Bu yaxınlarda FB sosial şəbəkəsində, özünü talış
adlandıran bir qrup insanın, Yardımlı rayonu toponimlərinin talış dilində
olması iddiasının şahidi oldum. Ümumiyyətlə, son dövrlərdə bu şəbəkədə “talış”ların
özlərini “ari” irqinə mənsub ali insan kimi qələmə vermələri və azərbaycanlılardan
üstün olmaları ilə bağlı yazılara tez-tez rast gəlirəm. Hər dəfə bu mövzunun
mübahisəyə səbəb olduğunu nəzərə alaraq, birdəfəlik bu məsələyə aydınlıq gətirmək
qərarına gəldim.
Talış kimlərə deyilir? Mənbələrdə Talış dağları
dedikdə hansı dağlar nəzərdə tutulur? Bu və digər suallara cavab vermək üçün mənbələrı
diqqətlə, tam və köklü surətdə araşdırmaq lazımdır ki, bütün suallar da birdəfəlik
öz cavablarını tapsın. Bu mənada mən, sufilərin batini məntiqi ilə elmi
araşdırma aparmaq qərarına gəldim və nəticəni oxuculara təqdim edirəm.
Qəbul olunmuşdur ki, Talış dağları – Burovar, Peştəsər
dağ silsiləsidir və İranda Elbrus və Savalan dağları ilə birləşir. Bu ərazidə
yaşayan əhalinin çox böyük əksəriyyəti Azəri türk tayfalarıdır. Bu ərazilər ən qədim
dövrlərdə Ərdəbil vilayəti hesab edilmişdir və Ərdəbil xanlığına aid edilmişdir.
XVIII əsrin əvvəllərində Azərbaycan torpaqları inzibati cəhətdən dörd vahidə bölünürdü
ki, Ərdəbil mahalı heç bir bəylərbəyliyə daxil edilməyərək, Səfəvi nəslinin müqəddəs
ocağı kimi, şah xanədanı hesab olunurdu.
XVIII əsrin ortalarında Astara, Lənkəran ərazisində
Talış xanlığı yarandı və “Əxbərnamə” kitabına görə bu xanlığı yaradan Seyid
Abbas bu əraziyə, Ərdəbilin Xalxal mahalının Hir kəndindən köçmüşdü. Mənbələrə
(“Cəvahirnameyi Lənkəran”) görə, Seyid Abbas - Həzrəti Məhəmməd peyğəmbərin törəmələrindən
olmuşdur və ərəb mənşəlidir. Deməli, Talış xanlığını yaradanlar ərəb əsilli
seyidlərdir və biz ilk növbədə buranın ərəb sakinlərinin kökünü araşdırmalıyıq.
Ən qədim mənbələrdə Ərəb ölkəsi, Ərəbistan deyəndə,
indiki Ərəbistan yox, Midiya ərazisində mövcud olmuş Ərəb ölkəsi nəzərdə tutulurdu.
Belə ki, hələ e. ə. VIII əsrə aid Assuriya yazılarında, qədimdə Midiya, indi isə
Yardımlı adlanan rayonun ərazisində “Şərqin ərəbləri” (dəqiq: “Günəşin çıxdığı
yerin ərəbləri”) ölkəsinin adı çəkilir (И. Дьяконов, «История Мидии», М-Л.1956,
səh. 219-221). Mən, “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqalədə göstərmişəm
ki, qədim Assur, Misir və s. mənbələrinə görə, Marduk Allahı – teurqiya, yəni
qurbankəsmə və magik rituallar vasitəsi ilə, Midiya göylərində qurban
ruhlarından cənnət yaratmışdır (http://gilarbek.blogspot.com/2013_10_01_archive.html). Assur, Misir Allahlarının pirlər (fironlar) nəsli
də burada ölümsüzlük qazanmışlar.
Dahi Azərbaycan
filosofu Şihabəddin Yəhya Sührəvərdi, özünün “Şərq” fəlsəfəsində də, Şərqi -
coğrafi məkan mənasında yox, metafizik mənada göstərir. Sührəvərdi fəlsəfəsinin
araşdırıcısı A. Korben qeyd edir ki, Sührəvərdi ezoterizmi, Şərq rəmzi altında
ruhun mənbəyi olan Mələkütü (mələklər aləmi) nəzərdə tutur (Ислам, «Рассветное
познание восточниги шейха», http://angel.org.ru/2/sohrpred.html). Deməli, Sührəvərdi məntiqinə görə də mənbələrdəki “Şərqin
ərəbləri” ölkəsi - Midiya göylərində yaradılmış ruhlar dünyası mənasındadır. Yunan mifologiyasında da “Ərəb” (Ereb) rəmzi
xaosu, yəni göyləri bildirir ki, sufizmdə bu göylər - böyük boşluq, ilkin
materiya mənasını verir.
Əhdi-Ətiqdə də “Şərq” rəmzi
Ərəbistana aid edilirsə, Alban və erməni mənbələrində “Şərq” dedikdə məhz
Albaniya ölkəsi nəzərdə tutulur («Историческая география Азербайджана», Б.,
1987, səh. 67). Erməni mənbələrində, Midiya ərazisində (Sünik) böyük
səhra tikilməsi haqqında geniş məlumat verilir. Tarixçi Arakel Təbrizli yazır
ki, paronterlər (fironların ruhları) əzəli Ermənistanda, yəni Sünikdə səhra
tikib bərqərar etdilər. Sünikdə tikilən bu səhranı Arakel - “mələklərin yaşadığı məskən və müqəddəs səhra”
adlandırır. Burada, böyük səhradakı “Atalar monastrı”nda, ölmüşlərin ruhları
yaşayış üçün bərqərar olurlar. Arakelə görə, ölmüşlərin ruhları bu səhradan
çıxanda ölümcül vəziyyətə düşürdülər və s. (Даврижеци А. Книга
историй. М.1973, böl.24,51). Bu o deməkdir ki, ölmüş insanların ruhları məhz
burada, yəni göy Ərəbistanı olan Albaniyada yaradılmış xüsusi “səhra”da
yaşamağa uyğunlaşmışlar. Buradan kənarda isə ruhlar üçün yaşayış yoxdur. Belə çıxır ki, mənbələrdə
- “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” dedikdə - Midiya dağları və
ilkin materiya səhralarında ekstatik vəziyyətdə “dolaşan” midiyalılar, yəni
tərikə yolunu gedən sufi türklər başa düşülməlidir. Mən “Ledun elminin
əsasları” adlı məqaləmdə bunlar haqda daha geniş məlumatlar vermişəm (http://gilarbey.blogspot.com/2013/03/ledun-elminin-saslar.html).
Ərəb geneoloqlarına görə, indiki ərəblər əsl ərəblər
deyil. Əsl ərəblər mifik “Ad”, “Samud”, “Amalik”, “Casim”, “Cadis” və s.
tayfalardır ki, islama qədər köçüb getmişlər (Təbəri, I/215). “Cadis” rəmzi -
kadus tayfa adının ərəb variantıdır və kaduslar Midiyanın əzəli sakinləri hesab
olunurlar. Kadus rəmzi yunan mənbələrində Qades - ölüm şahlığı və onun qapısı
sayılırsa, yəhudi, ərəb mənbələrində bu rəmz Qüds, yəni Yerusəlim kimi qeyd
olunur. Tarixçisi M. Xorenatsiyə görə, Yerusəlim (Qüds) şəhəri tikilib
qurtardıqdan sonra Gel adlandırıldı (М. Хоренаци, I/60). Gel isə Alban, erməni mənbələrində
- qədim Midiya ərazisində mövcud olmuş Gelarküni elidir. Deməli, Midiya
kadusları adi tayfa yox, ölüm şahlığı, cənnətlə bağlı tayfa olmuşlar.
Tövratda kadus rəmzi Kades (Kades-Varni) kimi keçir
və Xanaan torpağında şəhər, böyük və dəhşətli səhra və s. kimi qeyd olunur. Yəhudilər Kades düzündə iki dəfə düşərgə salaraq
yerləşmişlər (Библия, Быт,14:7, Числ.13:27, 20:1, və s.). İzrail oğullarının bütün qırx illik səyahəti Sin
(Sinay/Süni) və Kadis səhralarının da daxil olduğu böyük və qorxunc Faran səhrasında
keçmişdir (Библия, Втор.1:12, Числ.10:12, və s.). Bu isə o deməkdir ki, Sünikdə (Süni/Sin) “tikilmiş” səhra elə Kades/Kadis
səhrasıdır.
Əhdi-Ətiqdə kadus (kuddus, əqdəs) rəmzi - kodeş (kdsh) kimi də yazılır
və müqəddəs mənasını verir. İslamın “müqəddəs”
sözü də - əqdəs, kuddus və s. rəmzlər kimi kadus rəmzindən yaranmışdır. Lakin
Kuddus/Qüddus, yəni kadus rəmzi eyni zamanda Allahın 99 şərəfli adlarından
biridir. Deməli, qədim Midiya əhalisi olan kaduslar bilavasitə Allahla bağlı
olan müqəddəslər nəslidir.
Krutiskoy və
Kolomenski Yuvenali mitropolitinin nitqində bildirilir ki, “müqəddəs” sözü
Əhdi-Ətiqdə semit kökü olan “kodeş” (kdsh – müqəddəs) ilə bağlıdır. Bu kök
(kdsh) Əhdi-Ətiq yazılarında 830 dəfə, aramilərin “kadiş” (kaddish, müqəddəs)
variantı isə Daniil peyğəmbərin kitabında 13 dəfə çəkilir. “Kadeş” və “kadiş”
sözləri (kadesh i kedeshah) demək olar ki həmişə bütpərəst dini təcrübəsi ilə
assosiasiya olunur: “kadiş” (kaddish) bəzi yerlərdə Allahlara aid edilir. Digər
yerlərdə isə bu kökdən olan Əhdi-Ətiq sözləri Yəhva Allahına, onu şəxsiyyətinə
və onunla bağlı olan şeylərə aid edilir. Ümumilikdə isə “kodeş” sözü Əhdi-Ətiqdə dini termindir və onu Tanrıya
aid etdikdə müqəddəs mənasında işlənir. Əhdi-Cədiddə, “kodeş” sözünün
ekvivalenti - yunan sözü olan “osiotis”, “aqiotis”, “aqiosini” və “aqiasmos”
sözüdür. Bununla belə, bu mənanın çatdırılmasının əsas xarakter termini “aqios”
(230 dəfə), “aqiazo” (27 dəfə), eyni zamanda “osios” və “ieros” terminləridir.
Bunlarda, “kodeş” sözünün əsas ekvivalenti - “aqios” rəmzi ətrafında olan
qrupdur. Əhdi-Ətiq sitatlarında “osios” – “Kodeş İsrael” (Kedosh Yisrael), yəni
Müqəddəs İsrail sözünün ekvivalentidir ki, onu Əhdi-Cədid müəllifləri Xristə (İsaya)
(Библия, Деян.2:27, 13:35) və ya
Allaha (Библия, Откр.16:5) aid edirlər. Əsas məsələlərdən biri də odur ki,
müqəddəs sözü Əhdi-Cədididə əsasən Allaha və tez-tezdə Allah ruhuna aid edilir.
Eyni zamanda bu sözlər xristianlara da aid edilir və buna həvari Pavelin naməsində
rast gəlmək olar. Xristianlar “müqəddəs”i – “aqi”, “aqiya” adlandırırlar. Bu
ifadə Əhdi-Ətiq köklüdür və “Allaha qulluq və onu şöhrətləndirmə üçün
ayırılmışlar” mənasındadır və s. (http://www.orthodox.spbu.ru/kanoniza.htm). Əgər biz “aqi”, “aqiya” rəmzinin, indi də seyidlərə
aid edilən “ağa”, “ağayi” sözü olduğunu nəzərə alsaq, razılaşarıq ki, kadus
sözünün ekvivalenti kimi işlədilən “aqios”, aqiazo” rəmzi də Oğuz mənasındadır
və Oğuz müqəddəsləri olan seyid-bəglərə aid edilməlidir. Rusların Qospod rəmzi
də bu mənada Aqios-Apet, yəni Oğuz-Yafət deməkdir.
Bütün bunlardan isə o nəticə çıxır ki, bu gün seyid
adlandırdığımız kaduslar nəsli tək islamın deyil, yəhudi və xristianların da
müqəddəsləri hesab olunmuşlar. Mən, “Qurandakı İsrail oğulları – Azəri bəgləridir”
adlı məqaləmdə bütün yəhudi peyğəmbərlərinin məhz Azərbaycanın türk seyid-bəglərinin
nəsli olmasını sübut etmişəm (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Belə çıxır ki, talışların kökündə duran seyidlər
- Azərbaycan türkləri olan seyid-bəglərdir və mənbələrdə onlar Kodeş-İsrael (Kadus-İsrail), yəni İsrail müqəddəsləri hesab olunurlar.
Türk mənbələrində Talış rəmzi Töliş və ya Tolis
kimi yazılaraq, Göytürk xaqanlığına aid edilir və Türk Budunu adlandırılır.
“Moyun Çor” abidəsində türk xanı Tolis iddia edir ki, o Tanrıda olmuş və orada
El yaratmışdır. Orxon Yenisey abidələrindəki Mogilyan və Gültəkin mətnlərinin
ilk sətirlərində isə türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və
Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon –
Yenisey abidələri”, B, 1993, səh. 104). Türklərin göydə Tanrı, yəni Allah
yaratması mənbələrlə də təsdiqlənir. Bu mənbələrdə “türk” sözü “teurq” kimi
yazılır ki, Batin elmində bunlar eyni mənalı sözlərdir. Xalkidli Yamvlix,
özünün əsas kitabı olan “Misir sirləri haqqında” kitabında teurqları Misir
maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri - ruhlarının
yaradıcı Allahla vəhdətidir (А.Ф.Лосев, “История античной эстетики”, http://psylib.ukrweb.net/books/lose007/txt40.htm). Deməli, seyid talışlar – Göytürk, yəni Göydə
yaradılmış türk xaqanlığının - cənnətin əhlidir. Məşhur fransız filosofu, şeyx
titulu almış Rene Qenon da “seyid” sözünü – “peyğəmbər” kimi tərcümə etmişdir
ki, bu da Talış seyidlərin yəhudi (Ya-Xuda) peyğəmbərlərinin nəsli olması deməkdir.
Qədim Şumer ədəbiyyatında Talış [TLŞ] rəmzi ilə
eyni mənalı Tilos [TLS] rəmzi cənnətin adı kimi keçir və araşdırıcı Piter Kornuelə
görə Tilos – Dilmun cənnətinin digər adıdır. Tilmun/Dilmun isə - “ölmüşlərin
ruhlarının o dünyada xoşbəxtliyi daddığı yer”dir. Məşhur araşdırıcı Kramer hesab edir ki, Dilmun – Allahlar
monastırı mənasındadır və o Zaqros dağ silsiləsinin arxasında, İran ərazisində
yerləşir. Çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə - “Günəşin
çıxdığı yerdə” yerləşir. Cənnət haqqındakı şumer mifinin öz tərcüməsinə əsaslanaraq
Kramer, Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir.
Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər.
Qədim Şumer ədəbiyyatının bu yer cənnəti, heç şübhəsiz ki, Adəmin günah işlədənə
qədər yaşadığı bağdır və bura xoşbəxtlik, hüzur yeridir və ən əsası təhlükəsiz
yerdir («Генезис цивилизации. Откуда
мы произошли…», Эксмо, M., 2002, səh. 267,271,275). Talış dağlarının ərazisindəki Dilmun ölkəsinin - “əhalisinin
xoşbəxtliyi daddığı yer” adlanması, buranın əhalisinin elə, mənbələrdə “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm
türkləri olması deməkdir. İbn Xassula görə məhz deyləmlər, zamanı qabaqlamış və
tam xoşbəxtliyə çatmışlar (İbn Xassul “Türklərin digər döyüşçülərdən üstünlüyü
və böyük sultanın mövcudluğunun qədir qiyməti”). Bu isə o deməkdir ki, Talış
dağları – dünyanın ən xoşbəxt insanları olan türk seyid-bəglərinin yaşadığı müqəddəs
dağdır.
Sufizmdə Tolis/Tilos [TLS] rəmzi Atlas [TLS] rəmzi ilə də eyni məna ifadə edır. Herodota (IV,184) görə, Atlas [TLS] dağında atlantlar (atlantidalılar) yaşamışlar və məhz bu dağ göyün sütunu sayılmışdır. Əflatun bildirir ki, Atlantida adasında - dəniz
Allahı Poseydon ölümlü qadın Kleytodan olan öz şahlar nəslini yerləşdirmişdir (Платон,
«Критий», http://www.dp5.ru/index.php/-2/71538-platon-kritij-s-doc.html). Sufizmdə Kleyto rəmzi Kelt/Kelat/Gelad/Xelat rəmzləri
ilə eyni mənalıdır ki, Xelat da Azərbaycan atabəglərinin malikanəsidir. Quranda
Xelat rəmzi Xüld kimi qeyd olunur və cənnətin adı kimi keçir (Quran, 25:15). Lakin nəzərə alsaq ki,
Xelat/Gelad eli - Heraklın Yexidna ilə “izdivacı”ndan doğulmuş sak, skif
şahlarının Gileya/Gel elidir, razılaşarıq ki, atlantlar (atlantidalılar) Azərbaycan
atabəgləri (seyid-bəglər) olmuşlar və Talış dağlarında yaşamışlar.
Digər tərəfdən, Atlas, yəni Tilos dağı göyün sütunu
hesab olunur ki, Quranda “sütunlar şəhəri” – İrəm adlanır (Quran, 89:7). Yəmənin
Sana şəhərindən olan məcnun şair Əbdül Həzrətin “Nekronomikonun sirri”
(“Əl-Əzif”) kitabına görə sütunlar şəhəri olan İrəm Zat əl-İmad şəhəri Böyük
boşluqda, yəni göydə tikilmişdir. Rəvayətə görə, bu şəhəri Ad oğlu Şəddadın əmri
ilə, qızıl və gümüş kərpicdən cinlər tikmişlər. Digər mənbələrə görə isə, cinlərin
bu dünyada tikdiyi yeganə şəhər, Süleyman peyğəmbərin Allah üçün inşa etdirdiyi
Yerusəlim (Qüds) şəhəridir ki, tikilib qurtardıqdan sonra Gel adlandırılmışdır.
Gel eli isə Talış dağlarındakı Gelarküni elidir. Bütün bunlar isə onu göstərir ki, zamanı
qabaqlamış və tam xoşbəxtliyə çatmış Deyləm türkləri elə Talış dağlarının əhalisi
olan seyid-bəglərdir (atabəglər). Əgər biz Əflatunun – bütün hər şeyin yalnız
bir hadisədən başlanması və bütün yazılı, şifahi ədəbiyyatın da bu hadisə ilə
bağlı olması fikrini nəzərə alsaq, razılaşarıq ki, insanın yaranması və bəşəriyyətin
inkişafı məhz Azərbaycanın Talış dağlarında yaşayan Azəri türk seyid-bəglərinin
hesabına olmuşdur və onlar dünyanın ən qədim və ən müqəddəs sakinləridir.
Bu gün, keçmiş adı Vər-Gədüz (Tövratda Kades-Varni)
olan Yardımlı rayonunun türk seyidləri iddia edir ki, “biz Yəmən vilayətindən gəlmişik
və biz adi adam deyilik, çünki biz Allahın nurundan yaranmışıq”. Türk seyidlərin
Allah nurundan yaranması, onların adi insandan fərqli, Kamil İnsan nəsli olması
və Allahla vəhdət təşkil etməsi deməkdir. Seyidlərin Yəməndən gəlmələri isə,
onların Ümmandan, yəni göy dəryaları, göy suları mənasında olan ilkin
materiyadan yaranmaları mənasındadır. Mənbələrdə göydən gəlmələr dedikdə, Mesopotamiyanın
məşhur şahlar nəsli olan kutilər sülaləsi nəzərdə tutulur ki, onların hakimiyyəti
də mifik dövrlərdən – “çar hakimiyyəti”nin “Göydən yerə” endiyi dövrlərdən
başlanır (А. Оппенхейм, Древняя Месопотамия. М., 1980, səh.146). Kuti rəmzi
bizlərə Qut/Qad/Xud və s. kimi tanışdır ki, bu rəmzlər Allah mənasındadır. Bu
Xudalar nəslinin nurunu, ruhunu (İssi) daşıyanlar isə “Kut-issi”lər, yəni
kaduslardır. Talış rəmzi də bu mənada “Tala-İssi” deməkdir ki, bu da Allah
Talanın ruhunu daşıyan seyid-bəglərə aid rəmzdir.
Yardımlıda dünənə qədər, seyid-bəglər tanımadığı
adama rast gələndə – “Kimlərdənsən? Seyidsən ya avamsan?” deyə soruşaraq,
insanları iki qrupa – kamil və adi insan qrupuna bölərdilər. Seyid-bəglərin,
ölümsüz Allahlar nəslinin nümayəndələri olması el arasındakı misalda da
qalmışdır: “Avam (adi adam) doyunca, molla ölüncə, seyid isə öləndən də sonra
yeyir”. Seyidlərin öləndən sonra da qidalanmaları, onların Şah İsmayıl Xətainin
bidin (Türk budunu) mülhidləri, yəni mələk nəsli olması və ruhlarının öləndən
sonra da yaşamaları deməkdir. Bu və digər rəmzlərlə bağlı mən, Batini-Quran
kitabımda və çoxsaylı məqalələrimdə izah vermişəm.
Bu gün özünü ali irq sayan və “talış” dilində
danışan “qəhrəmanların” sitat kimi gətirdiyi rus mənbəsində, talış dilində danışan
tayfa kimi - Allar, Perimbel və Dılaqardə tayfaları qeyd olunur (В. Легкобытов,
«Талишинское ханство. – Обозрение Российской владений за Кавказом в
статическом, этнографическом,топографическом и финансовом отношениях», СПб,
1836, III hissə). Əsl talış tayfası sayılan bu tayfalar haqda bəzi məlumatlara
nəzər salaq.
Talış tayfası kimi qeyd olunan Allar tayfası türk
seyid-bəglərinin nəslidir və həmişə də Azəri türkcəsində danışmışlar.
Allar/Alarlıların bütün qocaları, ağsaqqalları bildirirlər ki, Alar tayfası
Gilar və Arvana tayfaları ilə əmiuşaqlarıdır. Cəlilabad rayonuna və digər ərazilərə
köçmüş Alar nəsli Yardımlı Alarından başlanır və deyilənə görə 18-ci əsrdən
Rusiyaya qədər səpələnmişlər. Gilar (ərəb. Cəlair) tayfalarının da əksəriyyəti əsasən
Cəlilabad və digər rayonlara köçmüşlər. Arvana tayfası haqqında dəqiq məlumat
olmasa da o məlumdur ki, Hürri dilində Arvana - “hökmranlar” deməkdir. Sufi məntiqi
ilə ehtimal etmək olar ki, İrəvan xanlığını, Səfəvi şahlarının əmri ilə Arvana
seyid-bəgləri yaratmışlar. Deməli, Allar tayfası təmiz türk seyid-bəglərinin nəslidir
və onun, “talışca” danışan adi insanlara heç bir aidiyyəti yoxdur. Bu ən qədim
Talış türk budunudur.
Perimbel tayfası da Yardımlı rayonunun Perimbel kəndində
yaşayan seyidlərdir və bu kənd Gilar kəndinin təxminən bir km məsafəsində yerləşir.
“Əxbarnamə” kitabına görə də, Talış xanlığının vuran qolu Perimbel seyidləri
olmuşlar ki, bunlar da təmiz türk seyid-bəgləridir. Bu tayfa pirlər, yəni qədim
Misir fironlarının nəslidir və ən qədim Misir mənbələrində Perimbel eli –
Pirembole kimi qeyd olunub ki, bunlar da tərikə yolunu keçmiş qədim teurqlar –
türklər nəslidir. Perimbel talışları da ən qədim atlantların, oğuzların törəmələridir
və bunların indi “talışca” danışan adi insanlara heç bir aidiyyəti ola bilməz.
Talış
tayfası kimi qeyd olunan Dılaqardə ilə bağlı toponim, bildiyim qədər Lənkəranda,
Fizulidə, Şuşada olmuşdur ki, Fizuli və Şuşanın əhalisi də türk tayfalarıdır və
onların “talışca” danışanlarla əlaqəsi yoxdur. Dılaqardə rəmzi - Dil və Qard rəmzlərindən
ibarətdir və Batin/Ledun elmində bu rəmz – “Allah Talanın elində yaşayan Qor
yoluyla gedənlər” deməkdir. Bu isə elə Allah dağlarında yaşayan seyid-bəglər mənasındadır
və bunun da indi “talışca” danışan adi insanlara aidiyyəti yoxdur. Ümumiyyətlə,
bütün Talış xanları seyidlər olmuşlar ki, bunlar da Azəri türkləridir. Talış
dağları dedikdə isə Yardımlı rayonunun Perimbel, Gilar və bu yaşayış məntəqələrin
daxil olduğu dağ silsiləsi nəzərdə tutulmalıdır.
Özünü talış adlandırıb, “talışca” danışan
insanların da içində seyidlər, şıxlar (sak) var ki, onlar da əsl Azəri, yəni
Asar/Osiris Allahının törəmələridirlər. Asar/Əsər/Osiris, yəni Azər rəmzi cənub
bölgəsində PeştƏsər, PirƏsər (Pirəsor), KürdƏsər, BilƏsər, ŞağlƏsər və s.
yaşayış məntəqələri və toponimlərində qalmışdır. Bu gün bu ərazilər cənub bölgəsi
hesab olunsa da, qədimdə, Azərbaycan bütöv olanda, bu ərazilər bütöv Azərbaycanın
mərkəzi sayılırdı. Mənbələrdə məhz əsl Talış seyid-bəgləri - şahsevənlər, qızılbaşlar,
mülhidlər, batinilər, nizarilər və s. adlanırdı. Bu el – Ra-Amon/Rəhman Allahın
Özünə qulluq üçün xüsusi yaratdığı hökmranlar nəslinin elidir və bunları digər
xalqlarla, əsasən də adi insanlarla qarışdırmaq mümkün deyil. Bütün yazılı ədəbiyyatda
qeyd olunanlar məhz Azəri müqəddəslərinə həsr olunmuşdur. Adi insanlar isə qədim
mənbələrdə yazılarada qeyd olunmağa layiq görülmürdülər.
Mən, “Pars – Azəri piri deməkdir” adlı məqaləmdə, “pars” rəmzinin
“pir”, “pir ruhu” mənasında olmasını, əsl parsların da Azəri türk seyid-bəgləri
olmasını elmi sübut etmişəm” (http://gilarbek.blogspot.com/2013/12/pars-azri-piri-demkdir_31.html). Yazılanlara görə, Savalan dağları və Azərbaycanın
digər ərazilərindəki kəndlərin əhalisi müxtəlif dillərdə danışırmışlar ki, bu
dillərin sayı mənbələrdə hətta 360, 72, 26 və s. qədər göstərilir (məs. İbn
Hövqəl – 360 dil). Tövratda isə xüsusi nəzərə çatdırılır ki, Babil qülləsi tikilib
qurtardıqdan sonra Allah, ilk insanların dilini dəyişib, onları dünyaya səpələdi
ki, bu sirləri heç kim bilməsin. Babil qülləsi isə bilavasitə Talış dağlarının
altında gizlədilmiş Etemenanki zikkuratının Esagil məbədidir və s. Deməli, rus
mənbəsində “talış” dili adlandırılan dil - Ərdəbil və Yardımlı ərazisindəki əhalinin
danışdığı Azəri türklərinin dilidir ki, bəzi səslərin uzadılması, ləhcə
etibarilə “talış” ləhcəsinə çox bənzəyir. Lakin bütün sözlər türk sözləridir.
Bu gün özünü talış adlandıran və fars dilinə bənzər
dildə danışan bir qrup insan, Azərbaycanı parçalamaq istiqamətində işlər
aparırlar. Aydın məsələdir bu insanlar, əsli-kökü olmayan və seyid-bəglərin
“avam” adlandırdıqları adi insanlardır ki, savadsızlıqlarından türk seyid-bəglərinin
tarixini və şöhrətlərini mənimsəmək istəyirlər. Bu insanlarda məntiqsizlik,
avamlıq o səviyyədə aşağadadır ki, bunlar, seyid-bəglərin Rəhman Allahı “Cəddim”
adlandırmasının mənasını anlamırlar. Bu insanlar başa düşmürlər ki, Allah, Azəri
seyid-bəglərini, yəni İsrail oğullarını mənbələrdə “Mənim xalqım” adlandırır və
axirətdə də Öz xalqına görə böyük qırğın törədəcəyini, axirət məhkəməsi
quracağını söz vermişdir.
Azərbaycanı parçalamağı qarşısına məqsəd qoymuş
insanlar əsasən, əlindən bir iş gəlməyən, həyatda öz yerini tutmamış, lakin
iddialı insanlardır ki, milli söhbətləri ortaya atıb, insanların milli
heysiyyatından istifadə edərək, özünə vəzifə, şan-şöhrət və s. qazanmaq istəyirlər.
İranın 60 faizdən çox əhalisi Azəri türkləridir. Lakin onlar İranın
parçalanmaması naminə milli söhbətlərə ehtiyatla yanaşırlar. “Parçala – hökm
sür” siyasəti ilə ölkələr dağıdan Qərb siyasəti də belə separatçılara maliyyə dəstəyi
ayırır ki, bu ölkələri öz təsirində saxlasın və onların maddi resurslarını mənimsəsin.
Mən, Talış qardaşlarıma məsləhət görərdim ki, Azərbaycanı parçalamaq istiqamətində
iş aparan separatçılara özləri cavab versinlər.
Qədim Misir mənbələrinə görə, dünyaya hakim kimi gəlmiş
Azər (Asar/Osiris) axirət yaxın, qardaşı Set tərəfində 14 hissəyə parçalanıb
öldürülür. Lakin axirətdə, oğlu Qor və arvadı İsida tərəfində yenidən dirilir və
dünyaya sahiblik edir. Bu gün Azərbaycan parçalanmış vəziyyətdədir. Deməli, Allahın
Azəri diriltməsi sadəcə vaxt məsələsidir. Onu öldürmüş Set (Satana/Şet/Şeytan)
isə qədim yazılara görə, axirətdən sonra məhv olacaqdır. Axirət - Günəş
Oğulları ilə Zülmət Oğullarının mübarizəsinin zamanıdır. Ağıllı insanlar, bu
mübarizədə şeytan tərəfdə yox, Allah tərəfində olarlar ki, sonrakı qızıl əsrdə
də xoşbəxt yaşasınlar.
Firudin
Gilar Bəg
www.gilarbeg.com
Göresen ne yazdıgını özunuz başa dusürsünüzmü?...Birce Allah qalıb ki,onu da türk edesiniz...Heyretamiz utopiya.
ОтветитьУдалитьBu yazı bilavasitə erməni düşüncəsinin əksidir.
ОтветитьУдалить