Müqəddəs kitabımız Qurani-Kərimi dərindən araşdırdıqca ortaya çoxlu
sayda cavabsız suallar çıxır. Müasir məntiqlə izahı qeyri-mümkün olan bu
suallar onu göstərir ki, biz bu kitabda yazılanların həqiqi mənasını hələ də dərk
etməmişik. Quranda nədən və kimlərdən danışıldığı oxucu üçün bu gün də
qaranlıqdır. Biz bu qaranlığa işıq salmaq, çoxsaylı sualların bəzilərinə cavab
tapmaq məqsədi ilə araşdırma aparmaq qərarına gəldik və nəticəni Sizə təqdim
edirik.
Quran Ərəb dilində yazıldığı üçün bu gün qəbul olunmuşdur ki, bu
kitab ərəblərlə bağlıdır. Lakin Quranda yazılanlara görə bu kitab İsrail
oğullarına, yəni yəhudilərə göndərilmişdir. Quranda adı ən çox çəkilən peyğəmbərlərin
demək olar ki hamısı yəhudilərdir. Əgər bu kitabda Musa peyğəmbərin adı təxminən
128 dəfə, İbrahimin adı - 55, İsanın adı - 23 dəfə çəkilirsə, Hz. Məhəmmədin
adı burada cəmi 4 dəfə çəkilir.
Quran yazır: «Həqiqətən, Bu Quran İsrail oğullarına, onların fikir
ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir. Və həqiqətən o, əldə rəhbər
və möminlər üçün rəhmətdir... And olsun ki, biz İsrail oğullarını gözəl bir
yurdda yerləşdirdik və onlara təmiz nemətlərdən ruzi verdik... Allah, İsrail
oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdi. Allah demişdi:
Mən sizinlə bərabərəm, əgər namaz qılar, zəkat versəniz; elçilərimə inansanız,
onlara yardım etsəniz ve Allaha gözəl borc versəniz, əlbəttə sizin günahlarınızı
örtərəm ve sizi altından bulaqlar axan cənnətə göndərərəm. Sizdən kim həqiqəti
inkar etsə, düz yoldan azmış olar... Və onları ümmət olaraq on iki tayfaya
ayırdıq. Qövmü ondan su istədiyi zaman, Musaya əsasını daşa vurmasını vəhy etdik.
O zaman ondan on iki bulaq çıxdı. Hər qrup insan, içəcəyi yeri bildi. Onların
üzərinə buludla kölgə saldıq və onlara, qüdrət halvasıyla bildirçin endirdik.
Sizə ruzi verdiyimiz halal şeylərdən yeyin! Və onlar bizə yox, ancaq öz nəfslərinə
zülm etdilər... Biz onları elmlərinə görə aləmlərdən üstün tutduq… Biz İsrail
oğullarına kitab, müdriklik, peyğəmbərlik verdik və onlara pak nemətlərdən ruzi
verdik. Onları aləmlərdən üstün etdik!... Verdiyi nemətlərlə sınamaq üçün O,
yerdə sizi varislər etdi və dərəcələrə görə birinizi digərindən üstün tutdu. Həqiqətən,
sənin Allahın cəzanı tez verəndir, bağışlayan və rəhmlidir» (Quran, 27:76,77,
10:93, 5:12, 7:160, 44:32, 45:16, 2:47,122,40, 6:165).
Quranın bu ayələrindən belə çıxır ki, Allah İsrail oğullarını Özünə bərabər
tutmuş və onları on iki tayfaya ayırmışdır. Onlara gözəl torpaqlarda yer
vermiş, Allahın qoyduğu qanunlara əməl etdikləri halda onlara cənnəti vəd etmişdir.
Bunlardan əlavə, Allah İsrail oğullarına adi insanların bilmədiyi elm vermiş və
bu elmə görə də onları digər insanlardan üstün etmişdir. Bu o deməkdir ki, Allah
İsrail oğullarını fərqli yaratmışdır və onlar Allaha bərabər tutulan müqəddəslər
nəslidir.
Allahın, İsrail oğullarını
aləmlərdən üstün və adi insanlardan fərqli yaratması, yadımıza Aleksandriyalı
Filonu salır. Filona görə, Allah iki növ insan yaratmışdır: Allahın obrazı ilə əvvəl
yaranmış insan (Библ.Быт.1:27) və formalaşdırılmış insan (Библ. Быт.2:7).
Filon, Allahın obrazı ilə əvvəl yaranmış insanı “Göy insanı” adlandırır və
bildirir ki, Allah onları ilkin materiyadan yaratmışdır və onlar ölümsüzdürlər.
Adi insan olan “Yer insanı” isə “usta” vasitəsi ilə əllə düzəldilmişdir (А. Л.
Хосроев, «Александрийское христианство», М., 1991, səh.110). Əflatunun “Timey” əsərinə
görə də ilk insanları (Tanrıları) Allah özü yaratmışdır və ona görə də onlar
ölümsüzdürlər. Adi insanların yaradılmasını isə, Allah öz yaratdıqlarına həvalə
etmişdir. Quranda da bu haqda məlumat vardır: «O, sudan bir insan düzəldib, ona
qohum kişi və qadın yaratdı. Allah həqiqətən qüdrətlidir» (Quran, 25:54). Bu o
deməkdir ki, ilk insan sudan, yəni ilkin materiyadan yaradılmışdır və bundan
sonra kişi və qadın, yəni adi insanlar yaradılmışlar.
Belə çıxır ki, İsrail oğulları adi insanlardan fərqli yaradılmış göy
insanının nəslidir. Göy insanı dedikdə, qədim mənbələrdə Mesopotamiyanın məhşur
şahlar nəsli olan kutilər sülaləsi başa düşülür ki, Kuti şahlarının hakimiyyəti
mifik dövrlərdə göydən yerə enmişdir (А. Оппенхейм, Древняя Месопотамия. М.,
1980, səh.146). Ərəb mənbələrinə görə isə göydən yerə enmişlər, Salman ibn Rəbiənin
başçılığı ilə gəlmiş İran əhalisidir («Azərbaycan tarixi üzrə qaynaqlar»,
B.,1989, səh.59). Bu o deməkdir ki, İsrail oğulları İranın Ərdəbil ərasizində
yaşamış Kuti şahlarının nəslidir.
Sufizmdə və qədim dilçilikdə, Kuti [KT] sözü Xuda [XD] sözü ilə eyni
mənalıdır. Allah mənasını verən Xuda sözündən isə “yaxuda”, yəni “yəhudi” sözü yaranmışdır.
Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır (И.
Дьяконов, «История Мидии», М-Л, 1956, səh.31). Psevdo-Lukiana (“Əbədiyaşarlar”
kitabı) görə midiyalıların arasında maq adlandırılan peyğəmbərlər qrupu var ki,
onlar özlərini Allaha həsr etmişlər. Bu isə onu göstərir ki, İsrail oğulları
dedikdə, qədimdə İran, indi isə Azərbaycan adlandırılan ərazidə yaşamış və peyğəmbərlər
sayılan Midiya maqları nəzərdə tutulmalıdır. Digər mənbələrə görə maqlar, Mesopotamiya
və Xaldeya (kəldani) sehirbazlarıdır. Əbu Reyhan Biruni xaldeyləri İran şahları
olan Kəyani və Əhəmənilərin nəsli kimi təqdim edir (Бируни, «Избранные
произведения», т.1, www.pereplet.ru/gorm/chrons/biruni2.htm). Belə çıxır ki, İsrail oğulları həqiqətən də göylərdən
enmiş şahlar və peyğəmbərlər nəslidir.
Əhdi-Ətiqə görə, Midiya ölkəsinə
yəhudiləri assuriyalılar köçürmüşlər (Библ.2Чар.17:6). Əl-Müqəddəsi də bildirir
ki, Midiyada yəhudilər xristianlardan çoxdur (А. Мец, «Мусульманский
Ренессанс», M.,1973, səh.42,43). Məşhur ingilis alimi Artur Kestler 1976-cı ildə
Amerikada çap olunan «On üçüncü boy» kitabında bütün dünyaya sübut etdi ki, yəhudilər
indiki İordan ərazisindən yox, arilərin vətəni olan Qafqazdan çıxmışlar. Əsl yəhudilər
isə Xəzər türklərinin xaqanı və türk bəgləridir (bəy) (А. Кестлер, «Тринадцатое
колено»). “Kitabi - Dədə Qorqud”da türk bəgləri – “ərənlər əvrəni”, “Adəmilər əvrəni”
adlandırılır ki, bu da “ərənlər yəhudisi”, “Adəmilər yəhudisi” mənasındadır. Bu
kitaba görə, öyünərək “Dünya mənim” deyən bəg-ərənlər dünyanın sahibləridir
(«Kitabi - Dədə Qorqud», B.,1988, səh.49,80,122). Bu isə onu göstərir ki, Midiya
ərazisində yaşayan İsrail oğulları, dünyanın sahibləri olan türk xaqanı və türk
bəglərinin nəslidir.
Quranda, elmlərinə
görə üstün yaradılan İsrail oğulları əvəzinə, digər yerdə bəsirət gözü açıq
olan xüsusi tayfadan danışılır ki, onlar Allahın sirlərini dəqiqliklə bilirlər
(Quran, 45:20, 10:6, 7:181). Quranın “Mağara” surəsinə görə, Allahın gizli sirlərini
bilənlər Şərqdə yaşamışlar və Allah onlarla Özü arasında pərdə yaratmamışdır
(Quran, 18:90). Nikolay Rerix qədim sirləri bilənləri - “Böyük sirləri bilən
Böyük Azərilər” adlandırır və qeyd edir ki, bu sirlər insanlara açıldıqdan
sonra həyat tam dəyişəcəkdir (Н. К. Рерих, «Шамбала сияющая»). Bu isə o deməkdir
ki, İsrail oğulları dedikdə, Allahın gizli sirlərini bilən və xüsusi ezoterik
elmləri olan Midiyanın batini türkləri nəzərdə tutulur. İslam ezoterizminin məşhur
tədqiqatçısı Anri Korben bu nəticəyə gəlmişdir ki, çoxlu İran mənşəli texniki
terminlərin mövcudluğu onu sübut edir ki, şiə ezoterizmi İranda, müsəlmanlıqdan
da əvvəl olmuşdur.
İslamda
Quranın gizli mənası batin (daxili) adlanır və onun zahiri mənasının əksi kimi
qəbul edilir. Batini anlamla bağlı Hz. Məhəmmədin
bu hədisi, bütün əhəmiyyətli qaynaqlarda qeyd olunur: "Quranın bir zahiri (adi)
mənası, bir də batini (gizli) mənası vardır. Bu batinin ardından da başqa bir
batini (iç) məna gəlir. Bir-biri içində göy kürələri formasında olan bu batinin
də başqa batini dərinliyi vardır. Beləcə, yeddinci batini dərinliyə qədər
açılır". Deməli, Midiya əhalisi olan ismaili-batinilər, Quranın ən dərin
qatlarının mənasını bilən türk bəgləridir.
Batini sirlə bağlı hədislərin birində qeyd olunur ki, Hz. Məhəmmədin
silahdaşlarından olan Abdulla ibn Abbas bir dəfə insanlar arasında dedi: “Əgər mən Quranın bu
ayəsinin (65:12) peyğəmbərdən eşitdiyim izahını söyləsəm, siz məni daş-qalaq edərsiniz”.
Bu o deməkdir ki, Quranın batini mənasını yalnız hazırlıqlı adamlara söyləmək
olar. Ən qədim mənbələrdə batin elminin adi insanlara
çatdırılması qadağan edilmişdi. Assur-Babil ədəbiyyatında bununla bağlı mətndə
tez-tez bu ifadə təkrarlanırdı: «Yalnız arifi sən bununla tanış edə bilərsən,
arif olmayanlar bunları bilməməlidir!». Xristian müdriklərindən olan İppolit də
batini sirrin gizli saxlanılması ilə bağlı onun xüsusi tələblərini çatdırırdı: «Göz görməyən, qulaq eşitməyən,
ürəyə dammayan və hamıdan uca olan böyük səadəti bilmək istəyirsənsə, bu təlimin
gizli saxlanmasına and iç». Belə çıxır ki, qədim Midiya ərazisində yaşayan və
Allahın gizli sirlərini bilən İsrail oğulları, mənbələrdə “batinilər”
adlandırılan ismaili şiələridir.
Əhdi-Ətiqdə izmailli, yəni ismaililər deyəndə, İbrahim peyğəmbərin Həcərdən olan oğlu
İsmailin törəmələri nəzərdə tutulur və bu tayfanın şahzadələri 12 nəfər
olmuşlar (Библ.Быт.17:20). İsrail oğullarının bu on iki başçısı, ismaili şiələrində
On iki imam və ya On iki Pir kimi qalmışdır və bunlar “İsna Aşəriyə”
adlanırlar. Özlərinin gizli fəlsəfəsi olan ismaili imamlarının əsas vəzifəsi,
peyğəmbərimizin yolunu davam etmək, insanların dünyəvi və axirət həyatlarını
gizli fəlsəfəyə uyğun idarə etməkdir. İmam Əlidən (yəhud. El Allahı) başlayan
bu On iki Pir, imam Mehdi Sahib əz-Zamanla qurtarır və bunlara mütləq itaət şiəliyin
əsas şərtlərindəndir.
Tövrata görə izmaililər Madiamın Qalaad elinin əhalisidir (Быт.37:25,28, Суд.8:24). Mənbələrdə Madiam dedikdə Midiya, Qalaad dedikdə
isə ifrat şiələrin Qulat eli nəzərdə tutulur. Deməli, Qalaad izmailliləri, imam
Əlini Allah kimi qəbul edən və batiniliyə həyat vermiş Gel (Qaliyə - Qulati Şiə) tayfasıdır.
Əhdi-Ətiqdə Qalaad - Allah üçün xüsusi yer sayılır və Allah Qalaadı –
“Mənim Qalaadım” adlandırır (Библ.Пс.59:9). Bu isə onu göstərir ki, Allahın
batini sirlərini bilən ismaili türkləri həqiqətən də Allahla bağlı olan nəsildir
və Allah onların elini Öz eli hesab edir. Məşhur sufi Şihabəddin Yəhya Sühravərdiyə
görə isə batini sirləri bilən türk müdriklərini Allah özü himayə edir.
Mənbələrdə
“ledun elmi” də adlandırılan ismaililərin batin elmi, yer kürəsini əhatə edən
ilkin materiyanın qanunları əsasında yaradılmışdır. Bu qanunlara görə bütün bəşəriyyətə
həyatı, sufilərin “Hu” adlandırdıqları ilkin materiya vermişdir və bütün
varlıqlar da bu cövhərin materiallaşmasından yaranmışlar. Batin elmində yalnız
samitlər xüsusi məna ifadə edir və sağa, sola oxunmasından asılı olmayaraq eyni
məna verir. İlkin materiya asanlıqla dörd ünsürə çevrildiyi üçün, onun rəmzləri
olan oxşar samitlər də eyni fikri bildirir. O eyni zamanda gözə görünməz
substansiyadır və onu yalnız ekstaz vəziyyətində görmək mümkündür. Buna görə də
“H” samiti, eyni mənalı “K”, “Q”, “G”, Ğ” samitləri kimi mənbələrdə bəzən
yazılır və bəzən də yazılmır.
Bildirmək
istərdim ki, bütün qədim yazılar batini məntiqlə yazılmışdır və onları başa düşmək üçün sözləri bu məntiqlə araşdırıb,
gizli mənasını üzə çıxarmaq lazımdır. Bu elm ən qədim zamanlarda sofi (müdriklik)
adlanırdı, dövrümüzə isə sufi elmi kimi gəlib çatmışdır. Sufiliyin Hürufi cərəyanı
da məhz samitlər qanununu əsas tutan cərəyandır.
Sufiliyin Bəqa, yəni bəglik (bəy) səviyyəsindən endirilən bu dil isə
Rəbblərin [RBB], yəni Allah və peyğəmbərin dili olduğu üçün Ərəb [RB] dili
adlanır. Quranda açıq yazılır ki, bu kitab Aləmlərin Rəbbinin endirməsidir və aydın
Ərəb dilində Rûh-ül-Əmîn tərəfindən endirilmişdir (Quran,26:192-196). Burada
Rûh-ül-Əmîn dedikdə, qədim Misirin fironu “Amonun ruhu” nəzərdə tutulmalıdır
ki, O göydə Ra günəş diski yaratmışdır. Özü fiziki öləndən sonra onun ruhu göyə
qalxaraq Ra diski ilə birləşmiş və Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir. Dilimizdəki
“Vahiy” [VH-Y] rəmzi də Bəqa/Bəg (rus. Boq) [BQ/BG] rəmzindən yaranmışdır. Oğuz atalar sözü
olan «bəglik verilir, qəhrəmanlıq isə döyüşdə qazanılır» deyimindən də aydın
olur ki, bəglik, vəhy kimi Allah tərəfindən verilir.
Abu Usman əl-Cəhizin «Türklərin ləyaqətləri
və xəlif ordusundakı digərlər haqqında» əsərinə görə
də, Ərəb deyəndə söhbət kiminsə milliyətindən yox, bir formada olmuş insanın, dəyişərək
digər forma almasından, yəni ölümündən sonra 124 min peyğəmbər kimi, bədən
formasını dəyişib göylərdə yeni forma almasından gedir. Deməli, Ərəb dili - cənnətdə
danışılan dil, yəni ilkin materiyanın vahid dili mənasındadır ki, burada ərəblər
deyəndə cənnət əhli olan Rəbblər (peyğəmbərlər) başa düşülməlidir və s. (Ф.М.Асадов,
«Арабские источники о тюрках в ранее средневекове», Б.,1993, səh.71,72).
Bildiyimiz kimi, Məhəmməd peyğəmbər, Əli və ailəsi islamda əl-Beyt
[L-BT] adlanır. Batinilikdə əl-Beyt dedikdə, ailə qohumluğu yox, “gizli elm,
bilik və hikmət evinin ailəsi” (“Beyt əl-elm vəl-marifət vəl-hikmət”) nəzərdə
tutulur ki, bu da Quranın batini mənasını bilənlər mənasındadır. Sufizmdə əl-Beyt
[L-BT] rəmzi yəhudi seçilmişlərinin levit [LVT] rəmzi ilə eyni mənalıdır.
Tövratda Allah levitləri “Mənim levitlərim” adlandırır ki, bu da onların
Allahın seçilmişlərinin nəsli olması anlamındadır (Библ.Чис.3:12). Levit [LVT] rəmzi batin elmində təvil [TVL] rəmzi ilə eyni məna verir ki,
bu da Quranın batini mənasına verilən izahı bildirir. Bu o deməkdir ki, yəhudilərin
levit adlandırdıqları Allahın seçilmişləri, islamın əl-Beyt adlandırdığı imam
Əlinin ismaili bəgləridir və məhz onlar Allahın gizli elmini bildiklərinə görə əhli
əl-Beyt, yəni Allah Evinin əhli hesab olunurlar.
İsmaili batiniləri mənbələrdə nizarilər, deyləmlər, seyidlər və s.
adlarla da adlandırırlar. Mənbələrə görə, deyləm-nizarilərin dövləti İranın Ələmut
qalasında yaranmışdır. Müxtəlif mənbələrdə bu ismaililər - məlahi, əl-mülhid, əl-məlahid
və s. kimi qeyd olunurlar. Ələmut [LMT] rəmzi sufizmdə El-Muta [L-MT], yəni
“Midiya eli” mənasını verir. Məlahi, əl-mülhid, əl-məlahid [MLH/MLHD] və s. rəmzləri
isə mələk və mələküt, yəni mələklər [MLK/MLKT] dünyası (yəhud. Malxut) fikrini
ifadə edir. Bu isə onu bildirir ki, mələklər nəsli hesab olunan ismaili türkləri,
üstündə Mələküt dünyası, yəni ruhlar aləmi yaradılmış Midiya elinin sakinləridir.
Quranda mələk kəlməsi təxminən 88 dəfə çəkilir ki, bu da Quranın ismaililərlə
bağlı olması deməkdir. Deməli, Midiya qalası dedikdə, ifrat şiələrin Gel elinin
üstündə yaradılmış mələklər (Mələküt) dünyası başa düşülməlidir.
Tarixçi M. Xorenatsiyə bildirir ki, Gel adı, Yerusəlim şəhərinin
tikilib qurtarandan sonra ona verilən addır. Mən “Batini-Quran” kitabında və məqalələrimdə
əsl Yerisəlim şəhərinin məhz qədim Midiya ərazisində yerləşməsini soxlu sayda
faktlarla sübut etmişəm.
Türk alimi Cihangir Gener
“İsmaililik ve Templiyerler” məqaləsində, Süleyman məbədi varisləri sayılan
xaçlıların ismaili şıələrlə əlaqəsindən yazır və bildirir ki, xristianların
batıni doktrin məbədi olan Yerusəlimi qorumaq istəyən xaçlılarla
ismaili-assasinlər eyni ideyaya qulluq edirdilər. İsmaililərin Gel və Qulat rəmzi
xaçlılarda Gildeya və Kollegia rəmzinə, digər rəmzlər isə masonluğun əsas rəmzlərinə
çevrilmişdir. Təsadüfi deyildir ki, əsası hələ XVII əsrdə qoyulmuş və XIX əsrdə
yenidən dirçəldilmiş “Qızılgül və Xaç Qardaşlığı” (Rozenkreyser Ordeni) mistik
təşkilatının banilərindən hesab edilən və Kral Mason Ensiklopediyasının müəllifi
olan mason Kennet Makkenzi, ismaili müqəddəsi Həsən ibn Sabbahın mistik
ordenini - mason ordeni adlandırır. Əsl Yerusəlimin Midiya ərazisində tikilməsini
və buranın da həmişə türk bəglərinin əlində olmasını nəzərə alsaq razılaşarıq
ki, masonluq öz kökünü məhz ismaili-batinilərin gizli elmindən götürmüşler.
Gel
elinin mələklərlə bağlılığı, mənbələrdə Heraklla əlaqələndirilir. Rəvayətə görə,
Herakl Gel şəhərinə (Gileya) gələrək burada yarıqadın-yarıilan Yexidna ilə cütləşir.
Bu izdivacdan skif/sak şahlar və mələklər nəsli yaranır ki, mənbələrdə onlar “ilandan
(əjdahadan) doğulmuş midiyalılar” adlandırılır.
Xristianların angel, arxangel, Yevangel və s. rəmzləri də məhz Gel
eli ilə bağlıdır. Strabona görə, qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul
olan kahinlər bilavasitə Geliopolda, yəni Gel şəhərində yaşayırdılar (М.А.Коростовцев,
«Религия древнего Египта», М.,1976,səh.58). Ən qədim ovsunlar da Geliopol
kahinləri tərəfindən tərtib olunurdu. Qədim misirlilərin “Ölülər kitabı”na görə
isə Gel şəhərindən çıxan Ptah (türk. Yafət) Allahı indi də yaşayır və məhz
burada Osiris, yəni Oziri Allahının bədəni uyuyur. Mətnlərə görə Allah, göydəki
ruhlar dünyasını, Geliopol şəhərindəki Ra Günəşinin məbədinin ərazisindəki
ilkin təpədən yaratmağa başlamışdır. Bu isə o deməkdir ki, Ələmut, yəni Midiya
qalası kimi qeyd olunan Mələküt dünyası, qədim Misirin Ra-Amon (İslamda Rəhman)
Allahının göydə yaratdığı “Qeb”, yəni Qeyb aləmidir.
Qeb [QB] rəmzi Tövratda Yaqub [Y-QB] adı kimi də qeyd olunur. Bu
kitaba görə Yaqub peyğəmbər Allahla güləşir və Allah onun adını dəyişib İsrail
qoyur (Библ. Быт.32:30). Əhdi-Ətiq lüğətində
«izrailli» sözü, Zaradan törədiyi üçün «Zaranın törəməsi» mənasını verir. Mənbələrdə
bu ad, yuxarı Misiri idarə edən və hər iki torpağın başçısı olan Oziriyə, yəni
Osiris Allahına şamil edilir. Deməli, Zara/Oziri adı Osiris Allahının adıdır və
İzrail/İsrail dedikdə də Oziri-Eli/Usiri-Eli nəzərdə tutulur. Yaqub adının
İsrailə çevrilməsi də, göydə yaradılmış Qeb aləminin sonradan “Osiri müqəddəslərinin
eli” adlandırılması deməkdir.
Oziri haqqındakı rəvayətdə
deyilir ki, Oziri Allahı dünyanın yaradılması zamanı Qeb və Nut Allahlarından
doğulur. O doğulduğu zaman məbəddən qüdrətli səs gəlir ki, dünyaya Böyük
hökmdar, Allah gəlmişdir. Bu isə o deməkdir ki, “İsrail oğulları” dedikdə, Oziri
Allahının göydəki Mələküt elindən gəlmiş şahlar nəsli nəzərdə tutulmalıdır.
Tarixçi B. A. Turayev Aziru,
yəni Oziri şahlığını amoreylər ölkəsi olan Kadeş kimi qeyd edir ki, bu da
ismaili batinilərin Kadus elidir. Ziqmund Freyd, «Bu insan Musadır» kitabında
Musa peyğəmbəri Kadeş kahinlərinin əcdadı adlandırır. Tövratda Kadus/Kades eli
cənnət ərazisi kimi qeyd olunur və yəhudilərin əsas şəhərlərindən biri sayılır.
Kades/Kadeş rəmzindən isə müsəlman və yəhudilərin müqəddəs (kuddus/kodeş) sözü
yaranmışdır.
İsmaili batinilərini mənbələrdə nizarilər də adlandırırlar ki,
xristianlıq dönəmində bu rəmz nazarey kimi yazılırdı və həyatını Allaha həsr etmiş insanlara
aid edilirdi. İsa peyğəmbərin eli mənasında olan Nazaret rəmzi də bilavasitə
Nizar rəmzindən yaranmışdır. Mən “Batini-Quran” kitabında və məqalələrimdə
sübut etmişəm ki, nizari, ənsari, nasara və s. rəmzləri, qədim Misir mənbələrində
Nu-Usiri, Nu-Oziri kimi qeyd olunan Osiris Allahının Gel elinə aiddir. Bu gün pir,
bəg, seyid, şıx adlandırılan Azəri müqəddəsləri də, ən qədim mənbələrdə
nazorey, nasara, ənsar və s. kimi qeyd olunan yəhudi seçilmişləridir.
Quran yazır: «Məryəm oğlu İsa dedi: «Ey İsrail oğulları! Mən – məndən
əvvəl Tövratda qeyd olunanların həqiqiliyinin təsdiqi kimi, Allahın sizə elçisi
kimi gəldim. Məndən sonra gələn və adı
Əhməd olan elçinin xəbərçisi kimi gəldim. Sonra o açıq nişanələrlə gələndə
onlar dedilər: «Bu – açıq cadugərlikdir» (Quran, 61:6).
Tədqiqatlar
göstərir ki, xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə
imam Əli ilə əvəz edilir. Şiələrin Əli-Allahi təriqətində də Əlini Allah kimi qəbul
edirlər. Sufi dahilərindən olan Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə İsanı –
“mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın
funksiyalarının üst-üstə düşdüyünü bildirir. Ərəbi, varis rəmzi altında,
Allahın “Kün” (“Ol!”) əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə
tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Kün” əmri ilə
yaratmışdır. Hədislərə görə də Məhəmməd peyğəmbər yalnız Məryəm oğlu İsanı özünə
yaxın hesab edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı - imam Əli obrazında
qəbul edir.
Məhəmməd
peyğəmbər Özü mənbələrdə “iki dünyanın şahı” adlandırılır ki, bu da onun Aşağı
(yer) və Yuxarı (göy) Misirin şahı olan Amon Allahının obrazında olması deməkdir. Sufi dahilərindən
olan Qəzaliyə görə, Məhəmməd peyğəmbər Göy insanıdır və Kosmik qüvvə hesab
olunur. Kainatın qayda-qanununun təmin edilməsi ondan asılıdır. Peyğəmbərin müqəddəslər
nəsli isə bu Kamil İnsanın obrazı ilə yaradılmışdır. Göy insanı dedikdə, qədim Misirdə yaradılmış
kosmik ölçülü Atum Allahı nəzərdə tutulur ki, sonrakı mənbələrdə Atum adı Adəm
kimi qalmışdır. Deməli, pir, bəg, seyid, şıx və s. adlandırılan türk müqəddəsləri həqiqətən də adi insanlarda fərqli
olaraq, Allahın obrazı ilə yaradılmışlar və ona görə də əvvəllər onların əmrləri
həyata keçirdi.
Tövrata və s. yazılara görə də, ilk insan yarananda dünyanın bir başından
o biri başına qədər olmuşdu və yalnız günah işlətdikdən sonra Allah əlini qoyub
onu kiçiltmişdir (Библ.Втор.4:32). Qədim Şumer mətnlərində Luqal kimi qeyd
olunan bu kosmik ölçülü böyük insan eyni zamanda Allah rolunda göstərilir.
Sufizmdə Luqal [L-QL] rəmzi “İlah-Eli” [LH-L] kimi də açıqlanır ki, bu da Allah
(El-İlahi) [L-LH] rəmzi ilə eyni mənalıdır. Qədim yazılarda «Nam – Luqala» rəmzi
altında, zaman başlanğıcında Göydən emanasiya kimi endirilən, əsrlər boyu bir
şahdan digərinə fasiləsiz ötürülən və «Şah siyahısı» təliminin əsasını təşkil
edən ilahi, vahid və əbədi «şahlıq» təlimi məlum idi. Bu isə o deməkdir ki,
Kuti türklərinin nəsli elə Şumer Allahları olan Luqal nəslidir.
Mühiddin ibn Ərəbi də “Böyük İnsan” rəmzi altında kosmik Adəmi,
yəni bədəni bütün varlıqları əhatə edən qədim Misirin Atum Allahını nəzərdə
tutur və bu insanı Allah adlandırır. Belə çıxır ki, Məhəmməd peyğəmbər Luqal, yəni,
qədim mənbələrdə Allah mənasında olan kosmik insandır.
Son dövrün tədqiqatçıları bildirirlər ki, Məhəmməd peyğəmbərin həyatı
ilə İsa, Musa peyğəmbərlərin həyatında çoxlu oxşar cəhətlər var (Г. В. Носовский, А. Т. Фоменко «Пророк
завоеватель», М.,2009,səh.46,37). On doqquzuncu əsrdə Polşa monastırında
tapılmış “Yanıçarın yazıları”nda isə Məhəmməd peyğəmbər axirət günündə diriləcək
insan kimi qeyd olunur. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər də İsa peyğəmbər
kimi, qədim mənbələrdə “ölüb-dirilən” Osiris, Attis, Adonis, Tammuz, Kibela
Allahlarının obrazıdır.
Qeyd etmək istərdim ki, Mühəmməd [MH-MD] rəmzi sufizmdə “Maq-Mada”
[MQ-MD], yəni “Midiya maqı” kimi də açıqlanır. Midiya şahlığının paytaxtı Ekbatan
isə yəhudi dilində “Əhmət” kimi səslənir. Sufizmdə Əhməd [HM-D] rəmzi, Mehdi
[MH-D] rəmzi kimi - Mada/Midiya [MD] rəmzləri ilə eynidir. Bu rəmz isə Adəm
[DM] kimi də oxunur və bədənində ruhlar dünyası olan qədim Misirin Atum Allahı
mənasını verir. Bildirmək istərdim ki, qədim
hind, yunan, erməni və s. mənbələrində kosmik göy insanının bədəni ruhlar
dünyası kimi qeyd olunur (“Batini-Quran”, B., səh.314). Bu isə o deməkdir ki, Məhəmməd
peyğəmbər, bədənində ruhlar dünyası olan qədim Misirin Atum Allahının
obrazıdır.
Sufizmdə “Allahdan
başqa ilahi yoxdur və Məhəmməd onun rəsuludur” şəhadəti daha dərin mənalara
malikdir. Batinilikdə Rəsul [RS-L] rəmzi İsrail [SR-L] rəmzi ilə eyni mənalıdır
və yazdığımız kimi Osiris/Usiri Allahının eli mənasındadır. Quranda (25:38,
50:12-14) Rəsul rəmzi Ress əshabi və Ressli kimi də qeyd olunur və bizə bu rəmz
Rus kimi də tanışdır. Rus rəmzinin indiki rus millətinə aidiyyəti yoxdur. Qədim
mənbələrdə Rus rəmzi altında, Qafqaz dağlarındakı Günəş Allahın məbədgahı və
Allahın taxtının yerləşdiyi ərazi başa düşülürdü («Книга Велеса»). Ruslar isə
“ölümsüz və əbədi həyatı olanlar” adlandırılır. Rusların “Hümayun nəğmələri”
abidəsində deyilir ki, bütün Rus torpağı qana bulaşmışdır və buranın hər
daşında qan damlası var. Qan şırnağından başı göylərə çatan ağac yaradılmışdır.
Onun gövdəsinin yanında isə göy Allahı Svaroq dayanır. Deməli, göylərədək yüksələn
Rus torpağı dünya ağacı mənasındadır və o qandan yaranmışdır. Qədim Misirin “Ölülər kitabın”da deyilir ki, Allah
qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Beytdə yerləşdirir və Allahın
taxtı üçün sular yaradır. Bu isə o deməkdir ki, Quranda Rəsul kimi qeyd olunan
Rus-Eli rəmzi - göydəki ruhlar dünyası mənasındadır və o qurban ruhlarından
yaranmışdır. Sufizmdə Yerusəlim [RS-LM] rəmzi də İerus-Aləm [RS/LM], yəni
“Rus aləmi” kimi də oxunur. İsrail də mənbələrdə Eres-İsrail, yəni Rus-İsrail
adlandırılır.
Deməli, “Allahdan
başqa ilahi yoxdur və Məhəmməd onun rəsuludur” ifadəsi batinilərin “dili”ndə bu
mənanı verir: “İlkin materiyadan başqa həyat verən enerji yoxdur, Məhəmməd - ondan
yaranmış göydəki Osiris-Elidir (ruhlar dünyasıdır)”. Məhəmməd [MH-MD] rəmzinin
Midiya [MD] və Adəm [DM] rəmzləri ilə eyniliyini də nəzərə alsaq, bu ifadəni -
“Adəm (Midiya) ondan yaranmış Osiris Elidir” kimi də oxuya bilərik.
Tarixçi İ. Dyakonov yazır ki, Midiyada, babillilərin qalası olmuşdur
və “başı göylərə çatan” bu qala mənbələrdə “Göy və yerin təməl evi” adlanırdı (И.
Дьяконов, «История Мидии»,М-Л.,1956,səh.276-278,372). Babil rəmzinin “Allahın
qapısı” mənasında olmasını nəzərə alsaq, başa düşərik ki, göy insanı olan Məhəmməd
peyğəmbər məhz Midiya torpağında “ayağa” qalxmışdır. Quranda İsa peyğəmbərin:
“məndən sonra Əhməd adlı elçi gələcək” deməsi, nizari nəslindən gələn və batini
sirləri bilən sufinin, öləndən sonra göydə Adəmə çevrilməsi mənasındadır. Bu da
Hz. Məhəmmədin və qədim yazılardakı İsa, Osiris, Attis, Kibela, Adonis və s.
Allahların dirilməsi deməkdir. Kiçik Asiyada Attis, Kibela, Adonis və s.
Allahların ölüb-dirilməsi bayramı Gilar bayramı adlanırdı (Ем. Ярославский, «Как родятся, живут и умирают
Боги»,М.,1941,стр.83,86).
Tarixçi M. Xorenatsi “Ermənistan tarixi” kitabında batinilərin Gel
elini GelarKüni adlandırır ki, bu da Adəmin məhz burada Allahın “Kün” əmri ilə
yaradılması deməkdir (I Kitab,böl.12). Onun və digər tarixçilərin yazdığına görə,
mənbələrdə Alu, Aqu, Qavaon, Aquank və s. kimi qeyd olunan Albaniya ölkəsi vərəsəliklə
Gelarküni nəslindən kiməsə əbədi olaraq verilmişdir. Albaniya rəmzi, qədim
Misir mənbələrində Ba (islamda Bəsmələ), Benu ruhları üçün göydə yaradılmış El
mənasındadır. Bu isə o deməkdir ki, Geliopol göylərində yaradılmış Mələküt aləmi
əbədi olaraq Gel türklərinə verilmişdir. İsrail oğulları dedikdə də Gel göylərindəki
Oziri/Osiris Elindən gələn və bu gün Azər Elində yaşayan türklər nəzərdə
tutlmalıdır. Quran kitabı da məhz bu bəg-ərənləri üçün göndərilmişdir.
Bu yazılanlar Quranın batini mənasıdır (təvil) və ən qədimlərdə bunları
yalnız seçilmişlər bilirdi. Bu gün isə hamı üçün açıqdır. Quran yazır: «Onlar
haqqındakı hekayələrdə ağıl sahibləri üçün ibrətlər var: bu (Quran) uydurma bir
şey deyildir, ancaq ondan əvvəl göndərilənlərin həqiqət olduğunu təsdiq etmək,
hər şeyə izah vermək üçündür, iman gətirən tayfa üçün hidayət və mərhəmətdir!...
Onlar, elmini qavraya bilmədiklərini və yozumu onlara heç gəlməmiş bir şeyi
yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör
zalımların axırı necə oldu!. Həqiqətən, bu Quran İsrail oğullarına, onların
fikir ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir. Və həqiqətən o, əldə
rəhbər və möminlər üçün rəhmətdir (mərhəmət)... İçərilərində elələri var ki,
Quran oxuyarkən səni dinlər. Lakin Biz onların ürəklərinə örtük, qulaqlarına
karlıq endirdik ki, onlar onu başa düşməsinlər. Hərçənd ki, onlar bütün əlamətləri
görərlər, lakin ona inanmazlar…, «Bu ilk insanların nağıllarıdır» deyərlər və
s. (Quran, 12:111, 10:39, 27:76,77, 6:25).
Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi
olduğum “Batini-Quran” kitabında verilmişdir.
Firudin Gilar Bəg
Araşdırma adı altında insanların muqeddasatına zerer vermek məqsədi güdürsüz deyesen. Ayeleri mənası xaricinde tercume etmeyin. Ayelerde sekilcilerin yerini deyiserek tercüme etdiyiniz açıqca ortadadir. İslama aydınlıq gətirirəm düşüncəsiylə anlaşılan islama zerer vermək insanlarin zehinlerini bilandirmaq üçün qələmə almısız bu yazını. Ayıbdır. Əgər özünüzü Müslüman bir araşdırmaçı olaraq görürsünüzsə bu yazını qaldirarsız. Ərəbcə bilən biriylə ayələri siyak və sibakini doğru dəyərləndirərək tərcümə edərsiniz.
ОтветитьУдалить