вторник, 29 октября 2013 г.

Assuriya – qədim Azərbaycan ölkəsidir



 Qədim dünyanın ən sirli ölkələrindən biri də Assur və ya “Alum Aşşur” ölkəsidir. Mənbələrə görə, Aşşur şəhər-dövlətinin mərkəzi icması Aşşur olmuşdur və onu mənbələrdə “Al libbi Ale”, yəni “icma içində icma”, “şəhər içində şəhər” kimi də qeyd edirlər. Aşşurun valisi üşşakku (işşakku) adlanırdı və hakimiyyət nəsillikcə ötürülürdü. Torpaq işinə ukullu və ya uklu vəzifə sahibləri baxırdılar. Aşşur icmasının Alu “nom”unda səpələnmiş kiçik kənd icmaları da Alu adlanırdı. Hər bir kənd-icmasının rəhbərlik ittifaqı vardı ki, ona xazannu adlanan ağsaqqal başçılıq edirdi. Bir böyük ailə icması (Bitu – “Ev”) özündə birdən üçəcən nəsli birləşdirirdi və s. (1). Tarix kitablarındakı bu tip ümumi məlumatlar bizlərdə, qədim Aşşur dövləti haqqında çox qaranlıq təsəvvürlər yaradır. Araşdırıcılar bəzən elə çətin mətnlərə rast gəlirlər ki, onun birbaşa mənasını tərcümə etməkdə çətinlik çəkirlər. A. Oppenxeym, özünün “Qədim Mesopotamiya” kitabında yazır ki, “məktubdakı bütün ifadələr demək olar emosiyalarla doludur: onlar bəzən elə mövzuya toxunurlar ki, bizim üçün qaranlıqdır, oradakı işarələr isə yalnız öz ünvanı üçün aydındır... Onların terminləri arasında həddən ziyadə sirli olan xüsusi deyimlər mövcuddur” (2). Bu o deməkdir ki, qədim yazılarda hansısa sirli məna gizlənir və yalnız şamil edildiyi ünvanı üçün aydındır.
Mən kitab və məqalələrimdə sübut etmişəm ki, bütün qədim yazılar - qədim sirlərdən xəbərdar olanlar üçün kodlaşdırılmış informasiyalardır. Tədqiqatçılar bildirirlər ki, qədim Misir, finikiya, yəhudi, aramey və s. dilləri yalnız samitlər üzərində qurulmuşdur. Konsonant kök və yalnız o, fikrin daşıyıcısı, ifadələrin mənalarının göstəricisidir. Saitlər isə mənanın hansı qrammatik formaya bürünməsini göstərən xidmət rolunu oynayır (3). Deməli, hər bir samit, bizə məlum olmayan xüsusi məna ifadə edir. İslamda bu məntiq sufizm, Avropa mənbələrində isə “quş dili” adlanır ki, onu yalnız şahlar nəsli olan Qulyardlar, yəni Gel (Qul) oğulları bilmişlər. “Масонство – тайная организация ассасинов” adlı məqaləmdə mən göstərmişəm ki, qədim dünyanın bütün sirləri Gel/Qul [GL/QL] rəmzi ilə bağlıdır. Aşşur mənbələrində buna bənzər rəmz Uklu/Ukullu [KL/KLL] rəmzidir və sufizmdə bunlar eyni məna ifadə edirlər. Bu o deməkdir ki, torpaqla bağlı olan Ukullu/Uklu, yəni Kel - Avropanın şahlar nəsli olan Gel, yəni Qulyardların əcdadı ola bilər.
Qeyd etdiyim kimi, Aşşur şəhər-dövlətinin mərkəzi icması Aşşur, mənbələrdə tez-tez “Al libbi Ale”, yəni “icma içində icma”, “şəhər içində şəhər” kimi qeyd olunur. Al/Ale/Alu rəmzləri, türklərin El rəmzi kimi – müəyyən ərazidə yaşayan icma mənasını verir. Türk mənbələrində qeyd olunur ki, türk xanı Tanrıda olmuş və oranı El etmişdir (4). Yəhudi mənbələrində isə El rəmzi Allah mənasında işlənir. Belə çıxır ki, Alu (Al/Ale), El – Tanrıdan, yəni sufilərin “Hu” adlandırdığı ilkin materiyadan yaradılmış türk Eli mənasındadır.
Bəşəriyyətə həyat vermiş ilkin materiyanın rəmzi sayılan “Hu” rəmzi, yəni “H” samiti müxtəlif dillərdə “X”, “G”, “Q”, “K” və s. samitlərlə də əvəz olunur. Tədqiqatçılar qeyd edirlər ki, qədim mətnlərdə  “H”, “X”, “G”, “Q”, “K”  samitləri mənbələrdə bəzən yazılmır. Belə ki, Germont/German adı bəzən Ermont/Erman, Xaldi – Aldi və s. kimi yazılır (5). Bu ona görə baş verir ki, bu samitlər ilkin materiyanın rəmzi hesab olunur və o da gözə görünmür. Onu yalnız qam-şamanların qamlıq, ekstaz məqamında görmək mümkündür. Deməli, Gel və El rəmzləri eyni mənalıdır və “türk elinin içində yaradılmış El” mənasını verən “Al libbi Ale” ifadəsi də Gel eli ilə bağlıdır.
“Kitabi - Dədə Qorqud” abidəsinin Vatikan variantında qeyd olunur ki, “Oğuzun içində təmam vilayəti zahir olmuşdu”. Bu ifadə “Al libbi Ale” ifadəsi kimi - “bir elin içində ikinci el yaranmışdı” deməkdir. Deməli, abidədə qeyd olunan Taş el - Oğuz eli (Taş Oğuz), onun içində yaranmış el isə İç eldir (İç Oğuz). Mən “Azər Allahının tarixi” kitabında bu rəmzin izahını vermişəm və göstərmişəm ki, burada “vilayət” sözünün işlənməsi, “təmam vilayəti” anlayışının bilavasitə sufizmlə bağlı olması deməkdir. Sufizmdə “vilayə”, “vilayət” sözləri (övliya, vəli sözləri ilə eynidir), sufi müqəddəslərinin keyfiyyəti, onların Allaha yaxınlığı mənasındadır. “Tamam vilayəti” anlayışı isə - “Adəm dünyası”, yəni göy insanı mənasında olan kosmik Adəmin daxilində yaradılmış dünya anlamındadır. Belə çıxır ki, “Al libbi Ale” rəmzi altında da, “Oğuzun içində təmam vilayəti zahir olmuşdu” cümləsi kimi, kosmik insanın daxilində yaradılmış dünya, El başa düşülməlidir.
Budda - göydə Allah yaratmış Azəri bəgidir” adlı məqalədə mən qeyd etdim ki, insan simasında olan kosmik Allah - qədim Misir fironu (pir) Amonun qurban ruhlarından göydə yaratdığı “kölgəsi” hesab olunur. Özünün nəhəng kölgəsini göydə yaradan pir Amon, onun daxilində də ruhlar üçün dünya yaradır. Fiziki ölümündən sonra isə, onun ruhu – öz kölgəsinə, yəni kosmik Adəmin daxilinə köçür. Bu fikir “Enuma Eliş” adlı yeddi lövhədən ibarət Mesopotomiya  yazısında da qeyd olunur: “Okeanı ölçən hökmdar, Göy kimi tikdiyi Eşar sarayında özü Eşara bənzər böyük saray düzəltdi və onu Anu, Enlil və Ea-ya verdi. Bu saray kainatın rəmzi idi” (6). Aydın məsələdir ki, Eşar və Aşşur rəmzləri eyni mənadadır və göydə Allah kimi yaradılan firon Amonun kölgəsinə aid edilməlidir. Sufizmdə bu o deməkdir ki, hissiyat orqanı ilə qəbul edilən mülkün (yerdəki dünya və Amon) daxilində, ağılla dərk edilə bilən və gözə görünməz iç dünya – Mələküt (mələklər) dünyası yaradılmışdır. Bu möcüzəni isə, Kitabi - Dədə Qorqud abidəsində - “varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda sahəbəsi olan”, “bığı qanlı” Bəkdüz Əmən kimi qeyd edilən pir Amon yaratmışdır.
“Al libbi Ale” rəmzindəki “libbi” sözü sufizmdə “lubb” və “ulul Elbab” kimi məlumdur və ürəyə aid edilir. Qədim Misirdə ürək - Ab, bu ürəyin mahiyyəti isə, ölən fironun, ölüm zamanı göy dünyasına qalxan Ba ruhu adlanırdı. “Piramida mətnləri”nə görə, qədim şahlıq dövründə, Ba ruhu Allahlara və fironlara aid edilirdi və onların güc, qüdrətinin təcəssümü mənasını verirdi. Ba - insan öləndən sonra da yaşayan, əlləri və başının insandakı kimi göstərilən quş simasında təsvir olunurdu. Bu quş Benu (“Öz-özündən yaranmış”) adlanırdı və ona Geliopolda, yəni Gel şəhərində sitayiş edilirdi. Gel şəhəri dedikdə isə qədim Misirdə, yerdəki, yəni Aşağı Geliopol və göydəki, yəni Yuxarı Geliopol təsəvvür olunurdu. “Libbi” sözündə də iki “Ba” (El-BaBa) rəmzi var ki, bu da – “fironun yerdəki və göydəki Elində yaşayan Ba ruhu” mənasını verir.
Ərəb dilində “lubb” rəmzi gizli, daxili məna və ya qabıqla örtülmüş özək mənasındadır. Bu eyni zamanda, ürəklə bağlı olan insan ağlıdır. Quranda bu rəmz həqiqi möminlərə aid edilir (7). Onlar, yazıları tam anlayan, sözlərin dərinliyini dərk edən və onu araşdıran həqiqi bilik daşıyıcıları olan ağıl sahibləridir. Cürcaniyə görə bunlar, sözdə daxili məna axtaran, rəmzi mənada desək, qabığın içindən meyvəsini çıxaran insanlardır.
 Sufizmdə ürək iki məna: birbaşa və rəmzi mənz daşıyır. Rəmzi mənada ürək – ruhla bağlı olan İlahi cövhərdir. Əbu Həmid əl Qəzaliyə görə, ürək – bədəndəki cismani ürəklə əlaqəsi olan İlahi mənəvi vergidir. Bu vergi insanın mənasıdır, dərk edən, bilən və insanda dərk etmədir. O eyni zamanda söhbət edən, nəzarət edən, məzəmmət edən və tələb edəndir (8). Tirmiziyə və digər müəlliflərə görə “lubb” – ağıl deməkdir, lakin bunun digər mənaları da vardır. Tirmizi bildirir ki, “lubb” - böyük dağ, yüksək məqamdır və dinin gücü də ondadır. Bütün nurlar (ruhlar), onun mövcudluğu sayəsində mövcuddurlar və hüzur içində yaşayırlar. Bu nuru başqa yollarla əldə etmək mümkün deyil. Onu yalnız Allah verir. Deməli, lubb – insan ağlının yerləşdiyi ruhun (ürəyin) İlahi vəziyyətidir və o hansısa sirli dağla bağlıdır.
İslamda İlahi ağıl sahibləri vəli, övliya adlanır. R. Nikolson bu kateqoriyalı sufi müqəddəsləri haqda belə yazır: “Vəli, yəni müqəddəs, Kamil İnsanın (yəni Adəmin) kütləvi tipidir və bilmək lazımdır ki, Məhəmməd peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər kultu kimi “birdən görmə”, “görülməyən və başa düşülməyən şeyləri görmə”, “hər şeyin aydınlaşması” (qamlıq vəziyyətində görmə mənasında) və s.-dən başqa bir şey deyildir” (9). Belə çıxır ki, müsəlman müqəddəsləri, adi insanlardan fərqli olaraq İlahi aydınlaşma ilə bağlıdırlar və Kamil İnsanın obrazı ilə yaradılmışlar.
Lakin vəli, övliya [VL] rəmzləri sufizmdə vilayə, vilayət rəmzləri [VL/VLT] ilə eyni mənalıdırlar. Bu isə onu deməyə əsas verir ki, “Oğuzun içində təmam vilayəti zahir olmuşdu” dedikdə - müqəddəsin İlahi aydınlaşması, yəni onun ekstatik vəziyyəti ilə bağlı olan dünyanın yaranması başa düşülməlidir. Bütün bunlar onu bildirir ki, “libbi” və “lubb” [LBB] rəmzləri – vəli və övliya [VL]  rəmzləri ilə eynidir. Sufizmdə də “V”,”B” rəzmləri və samitlərin sağa və sola oxunuşu eyni məna verir. Belə çıxır ki, “Al libbi Ale” və Oğuzun içində təmam vilayəti zahir olmuşdu” ifadələri, müqəddəsin İlahi vəziyyəti ilə bağlıdır və bu vəziyyətdə də El, yəni Oğuz dünyası yaranmışdır.
Qeyd etmək istərdim ki, mütəxəssislərin sözlərinə görə, qədim Misirdə insanın mənəvi həyatı da, o dünyadakı varlıqlar kimi, cismani daxilin, əsasən də ürəyin fəaliyyəti kimi başa düşülürdü və maddi göstərilirdi. (10). Bu isə o deməkdir ki, türk elinin içində yaradılmış göy dünyasını da real, material dünya kimi qəbul etmək lazımdır.
Sufizmdə libbi [LBB] rəmzi, vilayə [VL], vilayət [VLT] rəmzləri kimi, Vaal/Bel/Baal [VL/BL], Balaat [BLT] və Babel [BBL] rəmzləri ilə də eyni mənalıdır. Deməli, sufilərin müqəddəs “Vəli” rəmzi elə qədim mənbələrdəki Vaal (Bel/Baal) Allahıdır. Vilayət [VLT] rəmzi altında isə Balaat [BLT] göy İlahəsi nəzərdə tutulmalıdır. Qədim mənbələrdə qadın İlahə - qadın kimi doğan, özündən yaradan, yox yerdən var edən mənasında, ilkin materiyadan ibarət göy dünyasının rəmzi sayılırdı. Mənbələrdə Balaat rəmzi - Belat-ekallim kimi də qeyd olunur (11). Mən qeyd etdim ki, Aşşur ölkəsində torpağa nəzarət edən ukullu vəzifəsi var idi. Ukullu və ekallim rəmzləri sufizmdə eynidir və ilkin materiyanın (Allahın) təcəssümü, onunla vəhdət mənasındadır. Deməli, Belat-ekallim dedikdə - “ilkin materiyadan yaranmış vilayət” nəzərdə tutulmalıdır.
Libbi [LBB] rəmzi məna etibarilə, “Allahın qapısı” mənasını verən Babil [BBL] rəmzi ilə də eynidir. Belə çıxır ki, Babil qülləsi - insan simasında yaradılmış göydəki Elin giriş qapısıdır.
Mənbələrdə Babil [BBL] rəmzi Babiəli [BBL] kimi də yazılır və Osmanlı imperiyasına aid edilir. Mən, “Türk, Türkiyə nə deməkdir. Ağlasığmaz həqiqətlər” adlı məqaləmdə sübut etmişəm ki, “türk” [TRK] sözü qədim Misir və Assurların “teurq” [TRQ] sözüdür. Teurq – sufizmin tərikə [TRK] yolunu (kamilləşmə) gedən, yəni ekstatik vəziyyətdə ilkin materiyanı seyr edən və onunla vəhdətə nail olmuş maq deməkdir. Teurqiya rəmzi isə magik ritual və qurban vasitəsi ilə Allahyaratma deməkdir. Türkiyə ölkəsi də öz adını məhz “Turquia” rəmzindən götürmüşdür ki, bu da Allahyaratma prosesinin keçirildiyi yer mənasındadır.
Osmanlı dövlətində Babiəli adı – dövlətin və Böyük Vəzirin idarəsi mənasında – “Böyük Qapı” fikrini ifadə edirdi. Farsların “Der”, ərəblərin isə “Bab” adlandırdıqları Qapı - Dövlət və hökumət idarəsi, Sultanın və Böyük Vəzirin iqamətgahını bildirirdi. Araşdırıcılara görə, İslam və Türkiyə tarixində dövlət və hökumət mərkəzləri, vəhdət və qüdrət rəmzi hesab edilərək, Ali və Əzəmət mənasında - Dərgah, Babi Saray, El-Bab-us-Sultaniyə. Babi Əli, Babi Asəfi, Paşa Qapısı və s. adlarla qeyd olunurdu (12). Əgər nəzərə alsaq ki, Osmanlı imperiyası “Dövləti-Əliyə” (Alu dövləti) adlanırdı, razılaşarıq ki, Babiəli – elə Osman şahın göydəki El dünyasıdır.
Siciliyalı Diodor Osman rəmzini – “Osimon Dias”, yəni “Osman Allah” adlandırır və bu rəmzi II Ramsesə aid edir (13). Belə çıxır ki, Osman (sufizm. “İssi-Amon”) rəmzi qədim Misir Allahının rəmzidir. Təbrizli (Davrijesi) Arakelə görə, Osman şahlarının nəsli ilandan doğulmuş midiyalıların, yəni marların, amoreylərin nəslidir (14). Məlumdur ki, amoreylər (marlar) - İran mənbələrdə Asuristan, yəni Asur ölkəsi adlandırılan Babil qülləsini yaradanlardır (15). Asur ölkəsi isə elə Assur, Aşşur deməkdir. Deməli, “libbi” və Babil/Babiəli rəmzləri, göydə yaradılmış Alu ölkəsinə, yəni “Dövləti-Əliyə”yə keçid qapısıdır.
Tövratda deyilir ki, ilk əvvəl şərqdən gəlmiş bir xalq mövcud idi və onlar bir dildə danışırdılar. Bu xalq, başı göylərə çatan Babil qülləsini tikdikdən sonra, Allah onların dillərini dəyişdirərək yer üzünə səpələdi. Deməli, bütün dillər, “başı göylərə çatan” Babil qülləsi tikildikdən sonra yaranmışdır. Əgər nəzərə alsaq ki, Əflatuna (Platon) görə bütün informasiyalar, mətnlər və s. hamısı bir sirli hadisəyə həsr olunmuşdur, razılaşarıq ki, bu hadisə də göydəki Elin, yəni Alu ölkəsinin yaradılması hadisəsidir (16). Bu o deməkdir ki, bütün qədim məlumatlar, ilkin insanların dünyaya səpələnməsindən əvvəl tikdikləri Babil qülləsi ilə bağlıdır.
Tarixçi alim B. Turayev qeyd edir ki, klassik yazıçılar Babil qülləsini “Belin sərdabəsi”, yəni Marduk Allahının sərdabəsi adlandırırlar. Vil, yəni Bel/Baal isə, gildən insan yaratmış demiurq, yəni Allahdır. O hesab edir ki, göy iqamətgahı sayılan Etemenanki zikkuratının Esagil məbədini, yəni “Göy və Yerin təməl Evi”ni tikən Marduk Allahıdır (17). Mifologiyaya görə, Marduk Allahı Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsində elə tikir ki, onun başı Göylərə çatır (18). Digər mənbədə isə nəzərə çatdırılır ki, Esagil məbədi ilə göy Babili, Allahlardan Marduka hədiyyə olmuşdur. Deməli, göydə yaradılmış El – Marduk Allahının yaratdığı “Göy və Yerin təməl Evi” olan Etemenanki (Atum-Nun-Ki) zikkuratıdır. Lakin, şumercə Nun-Ki (Nun sularının mövcud olduğu məkan) adlanan bu şəhər elə Eridu şəhəridir (19).
Məşhur tədqiqatçı Devid Rola (David Rohl) görə, Babilin müqəddəs məhəlləsində, Marduk Allahına həsr olunmuş Eridu məbədi vardı. D. Rol “İtirilmiş Əhd” kitabında yazır ki, Eridu şəhərindən olan şumerlilər, ölümlü Enmer-Kar şahı – “Enki (Nun-Ki) oğlu Asar” İlahi statusuna qədər ucaltdılar. Assurlar (Asar adından yaranmışdır) isə Enmer/Asara – özlərinin Aşşur dövlətinin himayədar Allahı kimi sitayiş edirdilər. Rola görə Misir, Misraim rəmzi də - “Asra və ya Asardan yaranmış (doğulmuş)” mənasındadır. Asar isə, Nil vadisini zəbt etmiş Mesopotamiya fatehlərinin başçısıdır. D. Rol Asarı qədim Misirin Osiris Allahı hesab edir və Mesopotamiyanın Marduk Allahı ilə eyniləşdirir (20). Belə çıxır ki, Babil qülləsini, qədim misirlilərin Osiris/Asar adlandırdıqları Enmer-Kar şah yaratmışdır.
Sufizmdə Enmer-Kar [NMR-KR] rəmzi Ra-Amon-Qor [R-MN-QR] kimi izah olunur. Bu isə o deməkdir ki, Enmer-Kar şahı – İslamda Rəhman Allah kimi məlum olan qədim Misirin Ra-Amon Allahıdır. Deməli, Osiris/Asar/Assur/Aşşur adları elə Ra-Amon/Rəhman Allahın digər adıdır.
Bəzi alimlər, o cümlədən, ingilis misirşünası Xornblauer də hesab edir ki, Osiris (Asar) yerli Misir Allahı yox, məhz ön Asiyadan gəlmədir (21). Ön Asiyada isə assurlar və Marduk Allahı Midiya ölkəsi ilə bağlıdır. İ. Dyakonov “Midiya tarixi” kitabında bildirir ki, Midiyada, babillilərin qalası sayılan “Silxazi” (sufizmdə Esagil rəmzi ilə eynidir) qalası olmuşdur və assuriyalılar, Midiyanın mərkəzində, gələcək Ekbatananın yanında nəinki “babillilərin qalası” və ya “kassitlərin koloniyası” ilə qarşılaşdılar, onlar hətta babillilərin Marduk Allahının sitayişinə rast gəldilər (22). Məlumdur ki, midiyalılar mənbələrdə “ilandan doğulmuşlar” adlandırılırlar. İlandan doğulmuş rəmzi Heraklın nəslinə aid rəmzdir. Herodota (IV/8) görə, Herakl, Gerionun öküzlərini qovaraq Gileyaya (Gel) gəlir və burada itirilmiş atlarına görə, yarıilan-yarıqadın Yexidna ilə cütləşir və ondan “ilandan doğulmuşlar” (midiyalılar, marlar) yaranır. Moisey Xorenatsi, “Ermənistan tarixi” kitabında ilandan doğulmuş midiyalıları, yəni mar-amoreyləri – əjdahadan doğulmuşlar adlandırır.
Mar [MR] rəmzi mənbələrdə qədim Misir və “piramida” mənasını vermişdir. Tədqiqatçı Edvardsa görə, “mer” rəmzi qədim Misirdə - “yer”, “alət” mənasını verəm “Me” rəmzindən və “qaldırmaq, “qalxmaq” mənasını verən “ir” rəmzindən yaranmışdır (23). Başqa cür desək, “mer” – “qaldırma yeri” və ya “qalxma aləti” mənasındadır. Lakin “mer” (piramida) rəmzi eyni zamanda “toxa” (bel, kətmən) işarəsi ilə də bağlıdır. Bu işarə toxa sözündən başqa “xenn”, “xennu” – nəyisə pozmaq, dəyişmək, çevirmək və s. kimi də mənalandırılır. Eyni köklü “xenxen” rəmzi - “iç hissə” deməkdir. “Xenn qayığı” isə, Torpaq açılandan və Osiris Allahını yeraltı dünyadan buraxdıqdan sonra göylərə aparmalı idi.
Tədqiqatçı M. Lener yazır ki, “piramidaya, ilkin dağın (təpə) obrazı kimi yaradılış yer və sonsuzluqdan dirçəlmə” kimi də baxmaq olar”. Piramidanın ilkin dağın rəmzi olması fikri ilə alimlərdən Frankfort və Byuvel də razılaşır. Edvars belə nəticəyə gəlir ki, qədim Misir dilindəki “mer” rəmzi - “torpağı şumlamaq”, “qalxma yeri”, “piramida” və “Göy Duatına su yolu” və s. mənalarındadır.
Lakin “xenn”, “xenxen” və s. rəmzləri - “xanan”, yəni amoreylərə (amoraim) aid rəmzdir ki, onlar Talmud (yəhudi) müdrikləri hesab olunurlar. Xanan, yəni Kənan rəmzi - Ki-Nun və ya Nun-Ki [NNK] (Babil) rəmzinə uyğundur ki, biz bu rəmzi Enki [NK] kimi tanıyırıq. Tövratda Ki-Nun rəmzi – “Knun” [KNN] kimi, Quranda isə “Kün” [KN] kimi yazılaraq, Allahın “Ol!” əmrini bildirir.  Enkidən isə Asar (Osiris) Allahı yaranmışdır. Bu isə o deməkdir ki, Etemenanki zikkuratı elə, daxilində Osiris şahlığı, yəni Allahlar dünyası yaradılmış Misir piramidasının obrazıdır. Mənbələrdə El rəmzinin – El-Amurru (İl-Amurru) kimi yazılışı onu göstərir ki, bu göy dünyasını amurru nəsli, yəni marlar, amoreylər yaratmışlar. Onlar isə elə xananlılar, yəni Enki Allahının nəslidir.
Edvars bildirir ki, qədim misirlilər öz torpaqlarını “Ta Meri” adlandırırdılar ki, bu da birbaşa mənada “Mer torpağı” (rəmzi məna.”sevimli torpaq”) deməkdir. Deməli, piramida obrazı, ilkin dağın, ilkin təpənin obrazıdır ki, göy dünyasının yaranışı məhz buradan başlamışdır. Məhz bu torpaq “göyə qaldırılaraq”, Allahların göy dünyasına çevrilmişdir. Belə çıxır ki, piramidalar – Etemenanki zikkuratının daxilindəki Esagil məbədinin, yəni “Yer və Göyün təməl Evi”nin rəmzidirlər və nə qədər ki, piramidalar mövcuddur, göydəki Osiris/Asar şahlığı da mövcud olacaqdır.
Ta-Meri [T-MR] rəmzi – Mar-Tu [MR-T] rəmzi ilə eyni mənalıdır və bu adla da şumer və assuriyalılar - mar, amoreyləri çağırırdılar. Mar rəmzi müsəlman müqəddəsləri olan seyid-bəglərin adlarının qarşısında indi də “mir” kimi yazılır və fransız filosofu və şeyxi Rene Qenon “seyid” sözünü – “peyğəmbər” kimi tərcümə etmişdir. Seyidlər Məhəmməd peyğəmbərin törəmələri hesab olunurlar və mən qeyd etdim ki, R. Nikolsona görə, müsəlman müqəddəsləri - Kamil İnsanın obrazı kimi yaradılmışlar. Onlar adi insanlardan onunla fərqlənirlər ki, İlahi nurla, nurlanma ilə bağlıdırlar.
Məşhur sufi dahilərindən olan Mühiddin ibn Ərəbi hesab edir ki, Kamil İnsanın (əl-Kamil əl-İnsan) mövcudluğu kainatın zəmanətidir. O göyləri saxlayan sütundur. Deyilənlər, ibn Ərəbinin “heyvani insan” adlandırdığı əksər insanlara aid deyildir. Əbu Yəzid Əl Bistami “Kamil İnsanı” – “Əl Kamil ət Tamm” adlandırır. Tamm rəmzi isə Tamam, yəni tamamlanmış, bütövləşmiş mənasındadır və bu rəmz Oğuzun içində yaradılmış “vilayət”ə aid edilir.
Qədim Misir yazılarında Tamam [TMM] rəmzi - öz sözü ilə dünya yaradan Atum [TM] Allahının adı kimi qeyd olunur. Burada açıq deyilir ki, Atumun “Doqquz Allahı” (Enneada) bilavasitə Pta Allahının sözü ilə yaranmışdır. İdeya Tanrı dünyasının “ürəyində meydana gəlmişdir”: bu ürək və ağıl Ptah özüdür”; sonra ideya Tanrı dünyasının “dilində yaranmışdır”; bu dil və nitq Ptah özü olmuşdur və s”. (24). Bu o deməkdir ki, Dünya yaratmaq ideyası firon Amonun ürəyində və beynində meydana gəlmiş və o öz dili, sözü ilə o dünyanı yaratmışdır. Qədim Misir mətnlərində firon Amonun göydə dünya yaratması hadisəsi geniş təsvir olunur. Pir Amon hər dəfə bir obrazda çıxış edərək dünyanın bir hissəsini yaradır və bütün bu doqquz “hissə” vahid Allah olan Atumun obrazlarıdır. D. Rola görə, Atum Allahı elə Adəmdir (25). Belə çıxır ki, ilk insan - Pta Allahın sözü ilə yaradılan Adəmdir. Tövrata görə, yeni yaradılanda Adəmin boyu da kosmik ölçüdə, yəni “göyün bu başından o biri başına qədər olmuşdur (26). Sonralar günah işlətdiyi üçün Allah əlini qoyub, onu kiçiltmişdir.
Bütün bunlar o deməkdir ki, Pta (Ptah) Allahın adından yaradan firon Amon, öz fikirləri, sonra isə deyilən sözləri ilə göy insanı olan Adəmi (Atum) yaratmışdır. İlkin xristianlığın ən müdrik filosoflarından biri olan, e. ə. I əsrdə yaşamış Aleksandriyalı Filon, Amonun təsəvvüründə yaratdığı bu varlığı (Atumu) materiallaşdırmasını rəmzi olaraq belə təsvir edir: Memar “əvvəl fikrində tikəcək şəhərin bütün hissələrini təsəvvür edir; məbədgah, məktəb, bazar, bərə, sahil, küçə, yaşayış binaları, ictimai binalar və s. Onun beynində, mumun üzərindəki kimi, yuxarıda qeyd olunanlar dərin iz buraxanda, öz beynində yaratdığını, şəhər simasında özündə daşıyır. Bundan sonra, ona verilən yaddaşın gücü ilə, şəhərin müxtəlif hissələrinin rəsmini təsəvvür edir və onların tipini daha dəqiq müəyyənləşdirir. O, yaxşı usta (Demiurq) kimi, şəhəri daş və ağacdan, yaratdığı obraza baxa-baxa, görünən və hiss olunan şeyləri düzəldə-düzəldə, bütün qeyri-material ideyalara uyğun tikməyə başlayır”. Filon əlavə edərək yazır: “Buna bənzər Allah, dünyanı yaratmağa başlayır. Əvvəl o, öz ruhunda (öz təsəvvüründə) hissələrin növünü (hissələrini) və onları mücərrəd dünyada birləşdirir, onu sonradan bu nümunəyə oxşar, hissiyyat orqanlarının qəbul edə bildiyi dünyaya çevirir” (27). Bu fikir qədim Misir yazılarında da qeyd olunur: “Allah kainatı və onda olanları yaratdı; O – dünyada var olanların, bütün varlıqların yaradıcısıdır, əvvəldən var olmuşların, indi var olanların və bütün var olacaqların yaradıcısıdır. O – dünyanın yaradıcısıdır, və O – ilk yaradılış olmamış, ona Öz əli ilə forma verəndir; O, ondan çıxanla Onu təsdiq etmişdir. O – göyün və yerin yaradıcısıdır, göyün, yerin və dərinliklərin, suların və dağların yaradıcısıdır. Allah göyləri yaymış və yerin təməlini qoymuşdur. Onun ürəyinin düşündüyü – o anda var olur və O danışanda, onun sözləri həyata keçir və əbədi var olacaqdır” (28).
Qeyd etmək istərdim ki, göy dünyasının yaradılması üçün istifadə olunan material, əsasən, teurqiya ritualları zamanı göylərə qalxan qurbanlıq heyvanların ruhlarıdır. Mantra və magik ayinlər vasitəsi ilə onlar ilkin materiya ilə qarışır və firon Amonun təsəvvür etdiyi formanı doldurur. İlkin materiya ilə qarışmış qurban ruhları qədim mənbələrdə “Me” (Omm) adlanır və qədim Misir mətnlərinə görə dünyanın yaranışı Gel şəhərində, yəni Geliopolda baş vermişdi. Bu isə, Gel rəmzi ilə birləşən “Me” qarışığının birlikdə “Gelam” adlanması deməkdir.
Qədim mənbələrdə Gelam rəmzi Kalam kimi yazılır və İlahi Kəlam (İlahi Söz) mənasını verir. Məhşur sufi müqəddəsi Əziz Əd-din İbn Mühəmməd Nəsəfi (XIII əsr), özünün “Zübdad əl-xəkaik” əsərində yazır: “Bil ki, [ilkin] materiya, obraz (suvar) və formalar (aşkal) alan cövhərdir (substansiya): “... bu cövhərin ürəkdəki biliklərin rəssamı olduğunu tapanlar onu Kəlam adlandırdılar” (29). Lakin Kalam rəmzi altında eyni zamanda Şumer ölkəsi nəzərdə tutulur. Sufizmdə Şumer rəmzi – “Şu-Mer” kimi izah olunur ki, qədim Misir mətnlərində “Şu” (Sia) [Ş/S] rəmzi “Allah ruhu” fikrini ifadə edirdi. Mer rəmzi altında isə Babilin əsasını qoyan amoreylər, yəni marlar nəzərdə tutulur ki, bunlar da midiyalılardır. Mar [MR] rəmzi sufizmdə “əmr” [MR] kimi də oxunur ki, bu da Şumer rəmzinin – “Şu Allahının əmri” (Şu-Əmr/Şumer) mənasında Allahın Kəlamı olması deməkdir.
Kəlam [KLM] rəmzi sufizmdə mələk və malik [MLK], yəni şah rəmzi ilə eyni mənalıdır. Malik (məlik) rəmzi qədim mənbələrdə “malikum” (finikiya dilində “malk”, yəhud. “melek”, ərəb. “malikun” (şah), akkad. “malkum” – “hökmdar”, “knyaz”) kimi qeyd olunur və Ebla hökmdarlarının titulu kimi göstərilir. Araşdırıcılara görə, malikum rəmzi mətnlərdə “en” şumeraqramması ilə qeyd olunur ki, bu da Ebla malikumunun, şumerlərin “en”i kimi bərəkət İlahəsinin kahini olması deməkdir və onlar “nom”un sitayiş başçılarıdır. Onların, mənbələrdə “Allahın sərkərdələri” hesab edilən luqalları olmuşdur (30). Ebla [BL] rəmzi Bel/Balaat [BL/BLT] rəmzi ilə eyni mənalıdır və mən qeyd etdim ki, Balaat rəmzi, qadın İlahəsi mənasında, göyləri təşkil edən ilkin materiyanı bildirir. Bel/Balaat da kosmik insan simasında olan malikin, luqalın bədənini, yəni fəzadakı nəhəng Kamil İnsanı bildirir.
İslamda Malik rəmzi Allahın 99 şərəfli adından biri hesab olunur. Nəsəfi yazır: “Bil ki, [ilkin] materiya, obraz (suvar) və formalar (aşkal) alan cövhərdir (substansiya): ... Bu cövhəri Allahın evi, əbədi ev, müqəddəs ev, ilk ev, uzaqdakı məscid, Adəm, mələklər şahlığı və ya Ən Böyük Taxt adlandırsalar, düzgün olar”. Bu o deməkdir ki, göydəki El (Bel/Balaat), yəni Kamil İnsan eyni zamanda Allahın (Malikin) Evi, Ən Böyük Taxt və mələklər şahlığı – Mələküt (yəhud. Malxut) mənasındadır.
Kitabi-Dədə Qorqudda Gelam/Kalam [GLM/KLM] rəmzi - “İqlim” [QLM]  kimi yazılır və Aran rəmzinə aid edilərək, “İqlim Aran” kimi qeyd olunur. İqlim rəmzi fəzaya aid rəmzdir və havanı, təbiəti bildirir. M. Xorenatsi Aran rəmzini, əjdaha Murasen nəslinə aid edərək, bədəni göy dünyası olan nəhəng insan, yəni Kamil İnsan kimi təqdim edir və Sisaka nəsli adlandırır (31). Qədim Misir mənbələrində Aran [RN] rəmzi - Orion [RN] bürcü kimi göstərilir ki, burada ulduzlar, kəmərində qılınc, yeriyən nəhəng adam formasını verir. Ən qədim dövrlərdə insanlar bu antropomorf obrazda özlərinin Osiris, yəni Asar Allahını tanıyırdılar. Orion/Osiris ulduzunun şəxsləndirilmiş obrazı isə, Yuxarı Misirin tacında təsvir olunan ulduz şahı Saxudur. Deməli, Aran/Orion rəmzləri Sax/Sisaka nəsli ilə bağlıdır və onlar da Asar/Osiris Allahının nəslidir.
 Tarix-etnoqrafçı alim Q. Qeybullayevə görə, Aran adı Albaniyanın ikinci rəsmi adıdır. Onu  fars və suriyalılar Aran, ərəblər Arran, gürcülər isə Rani adlandırdılar (32). Albaniya isə Azərbaycanın digər adı hesab olunur. Belə çıxır ki, Aran/Arran və Azərbaycan – firon Amonun, öz ruhunda yaratdığı göy dünyasıdır.
İstəhri bildirir ki, “biz xəritədə Azərbaycan, Ermənistan və Arranı birləşdirib, onlara bir iqlim kimi baxırıq” (33). Bu fikri anlamaq üçün sufizmə müraciət etmək lazımdır. Əbu Həmid əl Qəzaliyə görə də dünya üç hissəyə bölünür. Birinci – görünən və hiss olunan “aləm əl-Mülk və-Şəhad”, ikinci – mənəvi olan “aləm əl-Cəbərut”, üçüncü isə – gözəgörünməz o biri dünyadır ki, “aləm əl qeyb vəl-Mələküt” adlanır. Qədimdə bu üç ölkəyə bir ölkə kimi baxılırdı (34). Əl Qəzalinin məntiqindən belə nəticə çıxarmaq olar ki, Azərbaycan burada mülk (yerdəki dünya), Ermənistan – Mələküt (göydəki dünya), Arran isə cəbərut, yəni yer altındakı dünya mənasındadır. İqlim [QLM], yəni Malik [MLK] obrazı da, sufizmdə Allah adlandırılan Kamil İnsanın obrazıdır. Digər tərəfdən, Ermənistan, yəni Ərmən rəmzi sufizmdə Ra-Amon, Azərbaycan isə - Azər/Asar/Assur/Aşşur, yəni Osiris Allahının ölkəsi mənasındadır. Belə çıxır ki, bu üç ölkə elə “Al libbi Ale”, yəni “El içində El” mənasındadır ki, bütövlükdə bu, göydəki aləmlə yerdəki aləmi öz bədənində birləşdirmiş Kamil İnsan – Allahdır.
Allah rəmzi sufizmdə El-İlahi kimi açılır ki, burada İlah rəmzi özü El-Hu (yəhud. Eloah), yəni “Hu ilkin materiyasının Eli” mənasını verir. Deməli, Allah rəmzi də “Al libbi Ale” rəmzi kimi, “Elin içində yaradılmış İlahi El” kimi oxuna bilər. Şumer-akkad mənbələrində Allah [L-LH], yəni “El-İlahi” rəmzi - Luqal kimi yazılır ki, bu da İlahi-El [LH-L] deməkdir. Burada Luqal böyük, yəni nəhəng insan mənasında işlənir. İslamda da Allah – Əkbər, yəni nəhəng (Kəbir) mənasında qeyd olunur. Əl Qəzali “böyük dünya”, yəni makro-kosmos mənasında “əl aləm əl Əkbər” rəmzindən istifadə edir ki, bu – “Əkbərin aləmi”, yəni Allahın böyük dünyası mənasındadır. Deməli, İslamın “Allah” rəmzi elə “Kamil İnsan” olan Adəmdir. Bunu Mühiddin ibn Ərəbi də xüsusi qeyd edir (35).
Əl Qəzali, Kamil İnsandan danışarkən, “Allah insanı Öz bənzəri kimi yaratdı” cümləsinə mistik məna verir. O yazır: “Onun obrazı mənasında Bütün böyük dünya nəzərdə tutulur. İnsan isə bu böyük dünyanın bənzəri kimi yaradılmışdır, lakin onun kiçildilmiş variantıdır. Əgər bilik vasitəsi ilə Böyük dünyanı və Adəmi hissələrə bölsək, onların hissələri şübhəsiz bir-birinə bənzər olacaq... Belə ki, Böyük dünya iki hissəyə bölünür ki, onlardan biri gözə görünən, hissiyyat orqanı ilə qəbul edilən, yəni mülk dünyası, digəri isə - daxili, ağıl vasitəsi ilə dərk edilən mələküt dünyası olacaq. İnsan da sümük, cisim, qan və hissiyat orqanının qəbul etdiyi görünənə və daxili (görünməz) olan, ruh, idrak, bilik, iradə, güc və buna bənzər hissələrdən ibarətdir. Digər tərəfdən: dünya – mülk..., mələküt... cəbəruta... bölünür. İnsan da bənzər hissələrə bölünür.  Mülk dünyasına aid olan – sənin bildiyin hissiyyat orqanları ilə qəbul edilənlərdir. Mələküt dünyasına aid edilənlər – ruh, ağıl, güc, iradə və bənzər şeylərdir. Cəbərut aləminə uyğun olanlar isə, misal üçün hissiyatda olan duyğu və onun hissələrində olan gücdür (36). Əl Qəzali irsinin araşdırıcısı V. V. Naumkin yazır: “Ortalıq ideyası - mahiyyəti Allah, insan və insanda İlahi elementin olması mənasında olan insan-mikrokosmos doktrinasında da vardır... Allah insanı yaratdı... elə bil ki, ikinci dünya kimi: Böyük daxilində kiçik”. Lakin, “cəbərut aləmi – bu, mülklə mələküt arasındakı ortaq variantın dünyasıdır və onda, insanla Allah arasında olan varlıqların mövcudluğu təcəssüm etmişdir. İnsanlarla Allah arasındakı ortaq varlıqlar mələklər və cinlərdir. Mələklər üç qrupda birləşir: “yer mələkləri, göy mələkləri və Taxtı daşıyanlar və s. (37). Əl Qəzalinin yazdıqlarından belə çıxır ki, yer mələklərinin, yəni maliklər, şahlar və peyğəmbərlər nəsli, Allahla insan arasında ortaq variantdır və Cəbərut dünyasının obrazıdırlar. M. Xorenatsi mələk (Anqelea) deyəndə Torku, yəni sufizmin tərikə yolunu keçmiş türkü nəzərdə tutur (38). İslamda və türk dilində “mələk” [MLK] rəmzi Kalam/Gelam [KLM/GLM] rəmzləri ilə eynidir.
 M. Xorenatsi “Ermənistan tarixi”ndə yazır ki, Gelam bir gölün yaxınlığına gəlib buranı düzəldir və ora, öz adına uyğun Gel, kəndə isə Gelarküni adını verir. Burada onun Sisaka adlı uca, boy-buxunlu, xoş simalı, natiq və sərrast oxatan oğlu olur. O, ona öz mülkünün çox hissəsini və çoxlu qul verir və onun mülkünün sərhədlərini təyin edir. Burada məskən salmış Sisaka, ölkəni öz adına uyğun Sünik adlandırır ki, farslar onu Sisakan kimi qeyd edirlər. Sonralar, Ermənistanın birinci şahı Valarşak, Sisaka nəslindən ləyaqətli bir ərə rast gəldiyindən, onlara ölkənin hökmranlığını verir və məhz bunlar Sisakan nəslidir (39). Deməli, Sisaka, Sisakan nəsli Gel, Gelarküni elindəndir. Digər yerdə isə M. Xorenatsi dəqiqləşdirir ki, Sisaka nəsli böyük və adlı-sanlı tayfadır və başqa adı Alu olan Alvan sahələri onlara vərəsəliklə verilmişdir (40). Bu o deməkdir ki, Alu, yəni Albaniya ölkəsi elə pir Amonun ruhunda (ağlında) və ürəyində yaratdığı Asar/Assur/Aşşur/Azər elidir. Sisaka nəsli də Aşşur şahları olan üşşakku (işşakku) nəslidir.
Sisaka rəmzi, üşşaku rəmzi kimi sufizmdə “issi-Aka” (Ağa-issi) mənasında “ilkin materiyanın ruhu” kimi izah olunur. İlkin materiyanın “K” və s. samitlərlə qeyd olunmasını mən qeyd etdim. Ruh mənasını verən “S” rəmzi (samiti) mənbələrdə “Ş” və “Z” samitləri ilə də qeyd olunurlar. Qədim Misir mənbələrində bənzər “saxu” (sahu) rəmzi – “İssi” ruhunun bədəndən çıxıb, “Hu” ilkin materiyasına daxil olmasını bildirir. İnsan ruhu ilkin materiyaya iki halda daxil ola bilir ki, bunun da biri ölüm zamanıdır. İkinci halda isə, teurqun, yəni tərikə yolunu gedən türkün ekstatik durumu zamanıdır ki, bu zaman onun ruhu ilkin materiyaya səyahət edir və sufizmdə bu səyahət “seyri suluq” adlanır. Sufizmdə “səyyah” sözünün “saxu” (sahu) rəmzi ilə eyni məna verməsi o deməkdir ki, Aşşur hakimləri olan üşşakkular – yerdəki həyatı zamanı, ruhlarını cənnətə səyahət etdirən və Allahla təmasda olan müqəddəslər nəslidir.
Mənbələrdən biz bilirik ki, Adəm yaradıldıqdan sonra, Allah onun üçün cənnət yaratmışdır. Lakin o günah işlətdikdən sonra Allah onu cənnətdən qovmuşdur. Deməli, Sisaka nəsli məhz o müqəddəslərin nəslidir ki, günah işlədənə qədər iki dünyada yaşayırdılar. Mənbələrdə iki dünyanın sakinləri midiyalılar  hesab olunur ki, yazılarda onlar - “Dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” adlandırılırlar. Burada “dağ və “səhra” dedikdə, yaşadıqları Midiya dağları və göydəki ilkin materiya səhraları nəzərdə tutulmalıdır. Qeyd etmək yerinə düşər ki, üşşakku/işşakku rəmzi bu gün Türkiyədə “Xəlvəti Üşşaki qardaşlığı”nın adında qalmışdır ki, onlar 12 şiə təriqətinin biri hesab olunur. Bu təriqət üzvləri digərlərindən onunla fərqlənirlər ki, onlar, insanı ekstaz vəziyyətinə gətirən xüsusi ayinlər keçirirlər. Onlar namazı da iki rükət artıq qılırlar ki, bu da “seyri-suluq” namazı adlanır.
Qədim Misir yazılarında iki dünyanın sakinləri, yəni üşşaki nəsli - “Qor yoluyla gedənlər” kimi məlumdur. Mətnlərə görə, Qor yoluyla gedənlər özlərində “İlahi mahiyyətli bilik” daşıyırlar və “iki ölkəni birləşdirənlər” adlanırdılar. İki ölkə dedikdə isə – Aşağı, yəni yerdəki və Yuxarı, yəni Göydəki Misir ölkələri nəzərdə tutulurdu. Mətnlərin birində deyilir: “Və Qor iki ölkənin başında durdu. O – iki ölkəni birləşdirəndir, Ta-tenen Böyük adını daşıyandır, “Kim - ki – Öz – Divarından – cənubdadır”, “Əbədilik Ağası”dır... O – Divar (ətrafındakı Memfisi) ölkələrini birləşdirən, o yerdə ki bu ölkələr birləşmişdir, oradakı Yuxarı və Aşağı Misirin şahı kimi yüksəlmiş Qordur” (41). Burada “divar” dedikdə, Etemenanki (Nun-Ki/Ki-Nun) məbədinin tikildiyi və gizlədildiyi Sokaris mağarasının qapısının ağzına qoyulmuş daş nəzərdə tutulur ki, bu daş iki dünyanın sərhəddi və divarı mənasındadır. Məhz bu daş – göydəki Ermənistan və yerdəki Azərbaycanı, yəni Mələkütlə Mülkü birləşdirən Arran keçid dünyası (Cəbərut) mənasındadır.
Mifologiyaya görə, çöl və səhraların qoruyucusu sayılan və Günəşin rəmzi olan Aragil, Ermənistana köçmək üçün qanad geyərmiş. Aragil rəmzi İriqal/Raxil/Raquil/Erakl və s. bənzər rəmzlər kimi, məna etibarilə Gelar (Gelarküni) rəmzi ilə eynidir ki, bunlar günəş Allahı olan Ra-Amon Allahının nəsli hesab olunurdular. Onların, ölüm qabağı qanad geyməsi də, ölüm zamanı Qor qızılquşuna çevrilib göydəki, yəni Yuxarı Misirə köçməsi deməkdir. Misir mifologiyasında, qızılquş simasında olan Qor (Xor/Kor) Allahı - Günəşin və göyün Allahı hesab olunurdu. Qədim Misir mətnlərinə görə, insan öləndən sonra, ruhu metamorfozaya uğrayaraq, quşa çevrilir və göy dünyasına uçur. Deməli, Qor yoluyla gedənlər o nəslin (mələklərin) nümayəndələri hesab olunur ki, ölüm zamanı onların da ruhları məhv olmur və cənnətə uçub, burada ölümsüzlük qazanırlar.
D. Rol, Qor yoluyla gedənlərdən yazarkən qeyd edir ki, qədim Misir mətnlərində xüsusi olan Patı nəslindən danışılır və bu zümrənin bütün nümayəndələri İri-Patu adlanırdı. Hələ ilk piramida mətnlərində Pat – Qor Allahının yerdəki təcəssümü olan fironla assosiasiya olunurdu. Özünün ilk Qor fironlarının nəslindən olmasını sübut edən hər bir insan ən yüksək vəzifələr tuturdu (42). İri-Pati rəmzi qədim Misirda Ra və Pta Allahlarını bildirirdi. Amon Allahına aid edilən alqışların birində deyilir: “Üç Allahlar – Amon, Ra və Pta (Ptah) – bütün Allahlar mənasındadır. Onlara tay yoxdur. Öz adını gizlədən Amon, öz üzü ilə Ra və bədəni ilə Pta (Ptah)-dır” (43). Deməli, Qor yoluyla gedənlər elə İri-Pati nəslidir ki, onlar bütün qədim Misir Allahlarının mahiyyətidirlər.
İri-Pati rəmzi [R-PT] bizlərə Ər-İapet [R-PT], yəni Ər-Yafət kimi məlumdur. M. Xorenatsi, M. Kalankatuatsi və s. tarixçilər Ər-Yafət rəmzini Yafət-Ərən kimi qeyd edirlər və bildirirlər ki, Yafət-Ərən əsilli Sisaka nəslindən bir nəfərə Alban, yəni Alu dağları və sahələri vərəsəliklə verilmişdir (44). Belə çıxır ki, qədim Misir Allahları elə böyük və şöhrətli Sisaka, yəni Üşşaki/İşşakku nəslidir ki, Albaniya-Alu da ona vərəsəliklə verilmişdir. Dilimizdəki, şah/şıx/şeyx sözləri də (padişah – Pta/Yafət-Şah), Üşşaki/Sisaka rəmzindən yaranmışdır.
“Qor yoluyla gedənlər” rəmzinin araşdırıcısı Qrem Xenkok və Robert Byuvel “Sfinksin sirləri” kitabında yazır: “Müəmmalı “Şəmsu Qor” rəmzinə yeni məntiqlə baxaq və bu qrup insanları göstərən ieroqlifi analiz edək. Bu ieroqlif “qızılquş” (Qor) nişanından, “şəms”(“ardınca getmək”, “sitayiş etmək”) felindən və qəribə nişanlar dəstindən: tumbanın üstündə durmuş çaqqala bənzər itdən, kaman və nizədən ibarətdir. Sonuncu iki nişan silah mənasındadır və “qədim sirləri bilən astronomlar xalqı” adı ilə uyğunlaşmır”.
Sufizmdə it rəmzi, sadiqlik, yəni ölənə qədər öz Allahına sadiq olan insanların rəmzidir. Xristianlıqda müqəddəs Xristofor itbaşlı adamyeyən kimi məlumdur. Xristofor adı “Xaçı (Xristi) daşıyan” mənasını verir ki, burada Xrist deyəndə Xor, yəni Qor Allahı nəzərdə tutulur. Xor/Qor Allahı mənbələrdə Xorus/Xris/Xrist kimi də yazılır. “Adamyeyən” rəmzi isə sufizmdə, insanın canını alan, onun ruhunu bədənindən ayıran mənasındadır. Mənbələrdə məhz qədim Misir Allahları, insan ruhları ilə qidalanan varlıqlar kimi göstərilirlər (45). Məlumdur ki, çaqqal və kərkəslər (qartal kimilər) də ölülərlə qidalanırlar. Deməli, çaqqala bənzər it rəmzi – insanları öldürən və onların ruhları ilə qidalanan Misir Allahlarının rəmzidir. Lakin mətnlərdə Anubis çaqqalının ləqəblərindən biri də  “kim ki dağın başında dayanmışdır” rəmzi olmuşdur. Bundan başqa, sandıqlı Anubis - “sirlərin saxlanılması”nın rəmzi sayılırdı.
“Kim ki dağın başında dayanmışdır” rəmzi - Pta Allahının sözü ilə, ilkin Nun sularındakı dağın başına qalxmış Atum Allahının rəmzidir. Atum Allahı “Böyük Doqquzluq”dan (Enneada) ibarətdir ki, türk eposlarında bu rəmz “Toquzquz”, yəni “Doqquz Oğuz” kimi məlumdur. “Piramida mətnlərində” deyilir ki, şah-Oziris, çaqqal simasına girərək, iki Enneadanı idarə edəcəkdir: “Ra səni (Osirisi) çaqqal obrazında göylərin yüksəkliyinə çağırır, İki Enneadanın hökmranı... və sən, onun iradəsi ilə Qamış sahələrində Sübh ulduzu tək oturacaqsan, və göy üfüqünün qapıları taybatay açılacaq, və Allahlar sevinclə səni salamlayacaqlar” (46). Deməli, Anubis çaqqalının obrazı, ruhlarla qidalanan, məhkəmə gününə qədər və ondan sonra da dünyaları idarə edən Atum (Adəm) və Osiris Allahlarının  obrazıdır. Çünki, mənbələrə görə, məhkəmə gününə qədər dünyanı birinci Atum (Adam) idarə edəcək ki, məhkəmədən sonra onun yerinə ikinci Atum keçəcəkdir.
“Göy üfüqünün qapılarının taybatay açılması” rəmzi bizə deyir ki, bu elə, adının mənası “Bədəni açan” olan çaqqal başlı Tanrının rəmzidir. İeroqlif adı Upuat (yəni Pta/Yafət) - “Bədəni açan” mənasında olan bu Tanrı, axirətdə gələrək sirləri açan (İsidanın örpəyini qaldıran) və göy dünyasının qapılarını açacaq Osiris/Asar Tanrısının rəmzidir. Məlumdur ki, sandıqla təsvir olunan Anubis - “sirləri qoruyan” mənasındadır ki, burada sandıq özü, yeraltı cəbərut aləmi mənasında Osirisin olduğu mağaranın rəmzidir. Qədim misirlilərin “Ölülər kitabı”nda əmr edilir ki, İsida oğlu Osiris (Asar) gizlənsin və ona sirr açılanda, o atasının taxtında oturacaq və iki şahlığın (Yerdəki və Göydəki Dünya) Xek, yəni ən ali Haq vəzifəsini tutacaq (47). Deməli, mətnlərdəki çaqqal obrazı, axirətdə gələcək Mehdinin obrazıdır ki, o, öləndən sonra, yer və göydəki dünyaların şahı olacaq və ruhlarla qidalanan Haqqa, yəni Allaha çevriləcək.
Kitabi - Dədə Qorqudda adamyeyən obrazında Təpəgöz göstərilir ki, o, çobanla pərinin cütləşməsindən yaranmışdır. Rəmzi mənada bu, insanla, qadın obrazlı ilkin materiyanın vəhdətini bildirir. Kitabda: “Qara uran qopdı təpəgöz, ərş üzündə çevirdim alamadım” ifadəsi var ki, bu da təpəgözün ərşdə, göylərdə yaranması mənasındadır (48). Təpəgözün tək bir gözünün olması, onun Avropalıların Odin Allahı ilə eyniliyi deməkdir. “Edda” salnaməsinə görə Odin, göylərdə Asqard sarayını tikmişdir. Salnaməçi Snore isə saqalarda bildirir ki, vikinqlərin [VK-NQ] (inaq bəgləri) ilk şahı Odin öz xalqını Azər ölkəsindən çıxarmışdır. Şimal salnaməçilərə görə, Asiyanın Azər tayfasının başçısı olan Ziqqe, Avropanın şimalına onları Xəzər (Kaspi) dənizi ərazisindən gətirmişdir. O, Avropanı fəth etdikdən sonar, özünə Odin adını götürmüşdür. Deməli, “adamyeyən” rəmzi - Azər, yəni Ölüm şahlığının Allahı olan Asar/Osiris Allahının nəslinə aid rəmzdir.
Qor yoluyla gedənlərlə bağlı ieroqlifdə “yay” nişanı var ki, yay, nizə, qılınc və s. rəmzlər, insanlara həyat verən və onun canını alan ilkin materiyanın rəmzləridir. “Oğuznamə”nin Uyğur variantında qeyd olunur ki, Oğuz yuxuda üç gümüş ox və dünyanın bu başından o başına qədər olan qızıl yay görür (49). “Dünyanın bu başından o başına qədər” rəmzi o deməkdir ki, bu yay ilkin materiya mənasındadır. Deməli, Qor yoluyla gedənlər, insana həyat verən və onu öldürən ilkin materiyanın qüdrətinə sahib olmuşlar. Qeyd etmək lazımdır ki, mənbələrdə Gelam oğlu Sisaka da əla oxatan adlandırılır. Bütün bunlar isə o deməkdir ki, Qor yoluyla gedənlərin nəsli elə Gelarküni nəslidir və məhz burada, Azərbaycan ərazisində “Al libbi Ale”, yəni Alu-Albaniyanın göy dünyası yaradılmışdır. Assur və ya “Alum Aşşur”, yəni “Aşşur Aləmi” də - Azər (Asar/Osiris) Allahının ölkəsidir. Qor yoluyla gedənlərin özləri ilə “daşıdığı” İlahi biliklər isə, qədim müdriklərin (sofi) sufi elmidir. Ərəb mənbələrində bu elm sahibləri - “zamanı qabaqlamış və tam xoşbəxtliyə nail olmuş” Deyləm türkləri hesab olunur ki, “Deyləm” rəmzi mənbələrdə “Telami” kimi yazılaraq Gelarküniyə aid edilir (50).
 Mən qeyd etdim ki, mənbələrdə “lubb” (libbi) rəmzi həqiqi bilikləri daşıyanlara aiddir. Bu insanlar, sözdə daxili məna axtaranlar, sözlərin dərin mənalarını araşdırıb, arayanlardır. Sufizmdə bunlar, Quranın zahiri mənalarından başqa batini mənalarının olduğunu iddia edən batinilərdir. Məhz batini-ismaili seçilmişləri mənbələrdə - məlahi, əl-mülhid, əl-məlahid, yəni Mələküt (yəhud. Malxud) aləminin mələkləri adlandırılırlar (51). Azərbaycan tarixində onlar, Səfəvilər (sufilər) dövlətinin ilk şahı olan Şah İsmayıl Xətayinin döyüşçüləri olan qızılbaşlar (qazilər-oğuzlar) kimi məlumdurlar.
Zeynalabidin Əli Əbdi Bəyin “Təkamilətül-Əxbər” adlı əsərinə görə, axirətdə haqq-ədaləti bərpa etməli olan Mehdi, yəni Sahib əz-zəman - şahənşah Şah İsmail Xətaidir və o eyni zamanda “peyğəmbərlərin möhürüdür” (xətmi-ənbiya). Səfəvilər irsini araşdıran Oqtay Əfəndiyev, Şah İsmail haqqında yazır: “Xətainin “Divanı”nda öz əksini tapmış qızılbaş nəzəriyyəsinə görə, Xəlifə Əli Allahdır və kim bunu qəbul etmirsə o, kafirdir. Məhəmməd yalnız peyğəmbərdirsə, Əli – “Allah həqiqətinin təzahürüdür” (“məzhər-i həqq”dir) (52). Hədislərdə isə deyilir ki, Məhəmməd peyğəmbər bildirmişdir: “Mən müdriklik (Bilik) Evi, Əli isə onun qapısıdır. Kim bilik əldə etmək istəyirsə, bu qapıdan keçməlidir”. Burada “qapı” rəmzi bizə deyir ki, imam Əli – “lubb”, “libbi” rəmzləri ilə eyni mənada olan və “Allahın qapısı” mənasını verən Babilin obrazıdır. Əgər nəzərə alsaq ki, Şah İsmayıl Xətayi imam Əlini Allah hesab edirdi, razılaşarıq ki, İmam Əli, axirətdə gələcək və Osiris/Asar Allahını dirildəcək Mehdinin, yəni Qor Allahının obrazıdır. Bunu o fakt da təsdiq edir ki, inama görə, İmam Əli də Osiris Allahı kimi ölməmişdir və gizli vəziyyətdə mövcuddur və öz vaxtında zühur edəcəkdir.
Qeyd etmək lazımdır ki, Moskva Rusiyası ilə İran arasındakı diplomatik və ticarət əlaqələri yazışmalarında, İran dövləti əvəzinə Qızılbaş Dövləti qeyd olunur. Şah Abbasın və Gilanın Fərhat xanının, Rus çarı Fyodr İoanneviçə və boyar Qodunova ünvanlanmış məktubunda iranlıların danışdığı dil də fars dili yox, “Qızılbaş dili” adlandırılır. Boris Fyodorovdan Fərhad xana gələn cavab məktubu isə tatar, yəni türk dilində yazılmışdı (53).
Yazdıqlarımdan o nəticəni çıxarmaq olar ki, qədim Misirin pirlər (firon) nəsli olan “Qor yoluyla gedənlər” və Assur şahlarının Üşşakki (İşşakku/Sisaka) nəsli – Azərbaycan qızılbaşlarının nəslidir. Mənbələrdə qızılbaşların da adamyeyənlər kimi göstərilməsi, onların öləndən sonra da Allahlar kimi yaşamaları və ruhlarla qidalanmaları mənasındadır. Bu gün Qafqaz ərazisində yaşayan pir, bəg, seyid, şıx və s. Azəri müqəddəsləri iddia edirlər ki, onlar adi insan deyillər, çünki onlar “Allah nurundan” yaranmışlar. Seyidlər özləri haqda bildirirlər ki, - “əgər avam (adi insan) doyunca, molla ölüncə yeyirsə, seyid öləndən sonra da yeyir”. Seyidin öləndən sonra da yeməsi, onun qurban ruhları ilə qidalanması mənasındadır. “Oğuznamə”nin atalar sözlərində də nəzərə çatdırılır ki, “ölüm - pir üçün bayramdır”. Bu isə o deməkdir ki, Azəri pirlərinin (Osiris fironları) nəsli olan seyid-bəglər - ölümsüzlər, yəni Xızır/Azər/Asar/Osiris nəslinin törəmələridirlər.
Əl Yəqubi yazır ki, Azərbaycan və onun ətrafının əhalisi Əl Azəriyyə və Əl Cavidaniyyə parslarının qarışığıdır (54). Buradakı Azəriyyə rəmzi Assuriya rəmzi mənasında, pars rəmzi isə millət, xalq adı kimi yox, müqəddəs pir mənasında işlənmişdir ki, pars (fars) rəmzi də – “pir issi”, yəni “pir ruhu” fikrini ifadə edir. Deməli, qədim mənbələrdə Assur ölkəsi dedikdə, Osiris Allahının göydəki ruhlar dünyası nəzərdə tutulmalıdır ki, farslar, yəni pirlərin (fironların) ruhları da burada ölümsüzlük qazanmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, Assur (Aşşur), yəni “Al ilbbi Ale” ölkəsi, bizim Azər adlandırdığımız Asar Allahının ölkəsidir. Asar/Azər Allahı isə, İslamda Rəhman, qədim Misirdə isə Ra-Amon adlandırılan tək Allahdır. Azərbaycan, qədim mənbələrdə “iki ölkəni birləşdirənlər” kimi qeyd olunan müqəddəslər ölkəsidir. Bu ölkə ölməz Allahlar, şahlar, mələklər elidir. Azərbaycan seyid-bəglərinin cəddi (əcdadı) olan Rəhman Allah, Özünə və nəslinə qulluq üçün adi insanları və əbədi yaşamaq üçün göydə ruhlar dünyası yaratmışdır. Bütün dinlərin də batini mənaları, Ra-Amon Allahının pak dinin hissələridir və Onun göydə yaratdığı Elə köçmək üçün yazdığı qanunlar toplusudur. Seyid İmadəddin Nəsimi, bu iki dünyanı özündə birləşdirənləri nəzərdə tutaraq yazır:
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri-laməkan mənəm, gövnü məkanə sığmazam...
 Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam və s.
Bütün bunlar haqqında daha geniş və təkzibolunmaz faktlar, “Batini-Quran” və digər kitab və məqalələrimdə göstərilmişdir.

                                     Ədəbiyyat
1.                     «История древнего Востока», Зарождение древнейших классовых обществ и первые очаги рабовладельческой цивилизации: Передняя Азия, Египет, часть 2, М., 1988, стр. 94
2.                     А. Оппенхейм, «Древняя Месопотамия», М., 1980, стр. 27,28
3.                     «Культура древнего Египта» М.,1976. стр. 301
4.                     A. Rəcəbov, Y. Məmmədov, «Orxon – Yenisey abidələri», B., 1993, стр. 104, 134
5.                     Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000. стр. 606
6.                     Б. А. Тураев, «История древнего Востока», Л., 1935, том I, стр. 125
7.                     Коран 13/19; 2/179; 13/20; 13/21; 13/22
8.                     «Абу Хамид Аль-Газали, «Воскрешение наук о вере», М., 1980, стр.140
9.                     «Абу Хамид Аль-Газали, «Воскрешение наук о вере», М., 1980, стр. 276
10.                “История древнего Востока”, М., 1988, часть 2, стр. 378
11.                “История древнего Востока”, М., 1988, часть 2, стр. 26
12.                BABIALİ, http://www.diyadinnet.com/YararliBilgiler-1774&Bilgi=babıali
13.                Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000, стр. 537
14.                А. Даврижеци «Книга историй», М., 1973, стр.51
15.                Р. Фрай, «Наследие Ирана», М., 1972, стр.150
16.                Платон, «Политик», 269 С
17.                Б. А. Тураев, “История древнего Востока”, том 1. Л., 1935, стр. 135,126
18.                Б. А. Тураев, «История древнего Востока», Л., 1935, том II, стр. 91
19.                Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, стр. 248
20.                Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, стр. 459, 408
21.                М. А. Коростовцев, “Религия древнего Египта”, М., 1976. стр. 124
22.                И. Дьяконов, «История Мидии», М.Л.,1956, стр. 372.277
23.                Алан Ф Эльфорд, «Путь Феникса. Тайны забытой цивилизации», Земля Мер, http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130
24.                Г. Франкфорт, Г. А. Франкфорт, Дж. Уилсон, Т. Якобсен, «В преддверии философии», М., 1984, стр. 67-68
25.                Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, стр. 441
26.                Библия, Втор. 4:32
27.                Э. Э. Урбах, «Мудрецы Талмуда», Израэл, 1989, стр. 61
28.                У. Бадж, “Египетская религия. Египетская магия”, М., 2000. стр. 29
29.                Р. Шакуров, «Азиз-Ад-Дин Насафи и его трактат «Зубдат ал-хакаик», М., «Наука», 1989, http://www.upelsinka.com/Russian/text_zubdat.htm
30.                «История Древнего Востока», М., 1988, часть 2, стр. 216,220
31.                М. Хоренаци, «История Армении», кн. II, гл. 8
32.                Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991, стр. 121,431
33.                Azərbaycan tarixi üzrə qaynaqlar”, B.,1989, стр. 111
34.                Аль Газали, “Воскрешение наук о вере”, М, 1980. стр. 29
35.                Ибн Араби, «Геммы мудрости», гл 1, сайт: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm
36.                Аль Газали, “Воскрешение наук о вере”, М, 1980. стр. 302
37.                Аль Газали, “Воскрешение наук о вере”, М, 1980. стр. 61,183
38.                М. Хоренаци, «История Армении», кн. II, гл. 8
39.                М. Хоренаци, «История Армении», кн. I, гл. 12
40.                М. Хоренаци, «История Армении», кн. II, гл. 8
41.                Грэм Хэнкок, Роберт Бьювэл, «Загадка Сфинкса»,  http://readr.ru/grem-henkok-i-dr-zagadka-sfinksa.html?page=55
42.                Д. Рол. «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, стр.388,389
43.                «Культура древнего Египта», М.,1976, стр. 197
44.                Иованнес Драсханакертци, «Истории Армении», гл. 2
45.                Б. А. Тураев, «История древнего Востока», Л., 1935, том I, стр. 190,191
46.                Грэм Хэнкок, Роберт Бьювэл, «Загадка Сфинкса»,  http://readr.ru/grem-henkok-i-dr-zagadka-sfinksa.html?page=55
47.                Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, стр. 125
48.                «Kitabi - Dədə Qorqud», B., 1988, səh. 100
49.                M. Seyidov, «Qamaman və onun qaynaqlarına ümumi baxış», B., 1994, стр. 27
50.                Ф.  М. Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б., 1993, səh.104-107
51.                «Azərbaycan tarixi üzrə qaynaqlar», B., 1989, стр. 187
52.                O. Əfəndiyev, «Azərbaycan Səfəvilər dövləti», B., 1993, стр. 47
53.                В. Г. Вишнев, «Древняя Русь и Иран», сайт: http://artifact.org.ru/content/view/205/4
54.                Ал Ягуби, «Книга стран», СМОМПК», вып.38, 1908, səh. 59
                                  
                                                                              Фирудин Гилар Бек