четверг, 16 октября 2014 г.

Xristianlıq Azəri türklərindən başlanır


Bu yaxınlarda, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, “Şərq-Qərb” nəşriyyat evində yenicə çapdan çıxmış “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” kitabının müzakirəsi zamanı belə qənaətə gəlir ki, vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər. Mən də Ramiz müəllimin bu fikrinə qoşularaq bildirəm ki, həqiqət axtaran əsl tarixçilər heç vaxt “yalanın ayaq tutub yeriməsinə” yol verməməlidirlər. Lakin nə etmək olar ki, dünyanın əsas qüvvələrindən biri xristianlardır və onları həqiqət yox, din birliyi birləşdirir. Belə olan halda biz həqiqəti əziyyətlər hesabına olsa belə araşdırıb, üzə çıxarmalıyıq. Bunun üçün qədim tarixə daha geniş aspektdə baxılmalı və həqiqət arayan araşdırıcılara şərait yaradılmalıdır. Belə bir şəraitin yaradılmasında isə hörmətli akademikimiz özü yaxından köməklik göstərə bilər. Mən akademik Ramiz Mehdiyevdən, mənim də bu sahədəki fəaliyyətimi nəzərə alıb, araşdırmalarıma, onların müzakirəsi, tərcüməsi və çapına köməklik göstərməsini  xahiş edirəm.
Xristianlıq Azəri türklərindən başlanır
Xristianlığın banisi olan İsa peyğəmbərin Xəzər türk bəyi olması haqqındakı ilk məqaləmi mən hələ 2006-ci ildə internet səhifələrində yerləşdirmişəm (http://www.centrasia.ru/newsA.php?st=1147693260). Məqalənin azərbaycan variantında isə daha dərinə gedərək, xristianlığın, iudaizmin və islamın gizli mənalarının (batini) bir olmasını və onun da bilavasitə Azərbaycanla bağlılığını göstərmişəm (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1250). Məsələ ondadır ki, hər üç dinin yaradıcıları - yəhudilərin kadoş, xristianların aqios adlandırdığı müqəddəslərdir və islamda bu insanlar əqdəs, kuddus adlandırılırlar. Bizim kadus tayfası kimi tanıdığımız bu müqəddəsləri xristianların aqiazo (aqios və s.) adlandırması onu göstərir ki, kadus müqəddəsləri elə Oğuz bəgləridir.
“Qurandakı İsrail oğulları - Azəri bəgləridir!” adlı məqalədə mən göstərmişəm ki, qədim mənbələrdə İsrail/İzrail dedikdə “Azər/Asar eli” nəzərdə tutulur və bu da Xəzər türk bəglərinin elidir və Azərbaycan ərazisini əhatə edir (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Asar eli eyni zamanda ən qədim dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş Assuriya dövlətidir və bu dövləti də bu gün bizim pir, bəg, seyid, şıx və s. adlandırdığımız Azəri müqəddəsləri yaratmışdır. Mən bu dövləti yaradan müqəddəs əcdadlarımızın məntiqini və elmlərini də kitab və məqalələrimdə açıb göstərmişəm (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1242). Deməli, İsa peyğəmbər Azəri pirlərinin nəslindən olmalıdır və xristianlıq da bilavasitə bu pir-seyidlərin gizli elmi ilə bağlıdır. 
İsa peyğəmbərin mənbələrdə nazaretli (nasara) adlandırılması, onun, nizari batinilərindən olması deməkdir. Çünki İsa peyğəmbərin bildiyi qədim sirləri, ondan başqa yalnız nizari batiniləri bilirdilər. Nizarilər isə şiə ezoterizmini yaratmış ifrat Gel (Gelati-Şiə) şiələridirlər və İsa peyğəmbər də Gel rəmzi ilə, yəni mənbələrdə Qalil/Cəlil və s. kimi qeyd edilən rəmzlə əlaqəlidir. Gel elinin, yəni Qaliley/Xəlil/Cəlil rəmzinin digər variantı olan Gelat rəmzi isə qədim yəhudi mənbələrində Gelad/Qalaad/Xaldeya və s. kimi qeyd olunur. Əhdi-Ətiqdə Allah məhz bu eli - Öz eli adlandırır. Mənbələrdə görə Gel elində yaşayan türk bəgləri eyni zamanda xristianlar sayılmışlar.  
Bartolda görə, Səlcuq imperiyası dövründə yayılmış türk geneoloji rəvayətlərində Oğuz adı yox, Çigil, yəni İç-Gel (İç Oğuz mənasında) adı mövcud olmuşdur ki, köçəri çigillərin arasında xristianlar da var idi. Türküstanın çox şəhərlərində, xristian kilsələri ucaldılmışdı. Xəzər xaqanı İosifin Xasdaya məktubunda da bildirilir ki, ismaililərin ölkəsi olan Xəzər ölkəsində ismaililərdən başqa yəhudilər və xristianlar yaşayırlar. Müqəddəsi də Midiyada və Xorasanda yaşayan xristianlardan söz açır.
M. Kalankatuasinin «Alban tarixi»nə və digər mənbələrə görə, Albaniyada yaşayan hunlar xristianlığı qəbul etmişdilər. Moisey Xorenskiyə görə İsanın xaçı da indiki Azərbaycan dağlarının birində uçaldılmışdı və bu zaman göydən sütun formasında ilahi nur enərək bu ağacı nurlandırmışdı. “Allahların qayıdışı” (Возвращение Богов) adlı rus dilində yazdığım kitabda mən bütün Ermənistan tarixinin məhz Azəri seçilmişlərinin nəslinə aid olduğunu elmi sübut etmişəm (http://gilarbey.blogspot.com/2013/05/blog-post_3978.html). Bütün bunlar isə o deməkdir ki, ilk xristianlıq məhz Azərbaycanda yaranmış və ilk xristianlar da Oğuz türk bəgləri olmuşlar. Bunu Zəkəriyyə Qəzvini (XIII əsr.) də təsdiq edir.  Onun yazdığına görə, oğuzların qoşunları olan kimakların ölkəsindəki qayadakı izləri oğuzlar İsa peyğəmbərə aid edib, ona səcdə edirdilər və s.
Yazdıqılarımdan çıxan nəticə odur ki, xristianlıq məhz Azərbaycandan başlamış və ilk xristianlar da Xəzər, yəni Azəri türk bəgləri olmuşlar. Daha geniş məlumatlar isə kitab və məqalələrimdə verilmişdir (www.gilarbeg.com).

                                                                                      Firudin Gilar Bəg


среда, 16 апреля 2014 г.

Böyük Azərbaycana aparan yeganə yol



Son dövrdə baş verən hadisələr göstərir ki, Azərbaycanın müstəqilliyi əbədi olmaya da bilər. Rusiya kimi şovinist, imperialist siyasətli qonşusu olan ölkələrin əsas vəzifəsi daima hərbi qüdrətini inkişaf etdirməkdən ibarət olmalıdır. Bu isə çox xərc tələb edən problemdir və iqtisadiyyatı yanlız neft-qaz satmaq üzərində qurulan ölkənin parlaq gələcəyinə heç bir ümid vermir. Maddi resursların isə bir gün tükənməsi reallıqdır və bu zaman ölkənin acınacaqlı vəziyyətini təsəvvür etmək heç də çətin deyil. Bu təhlükənin qarşısını almaq üçün yeganə çıxış yolu elmin, texnikanın inkişafıdır ki, bu sahə də bizdə lazımi səviyyədə deyil. Azərbaycan elminin bu günkü vəziyyəti hamıya məlumdur və bunun açmasını vermək, bizim ümidsizliyimizi birə-on artıracaq. Deməli, Azərbaycanı gələcəkdə heç də xoş günlər gözləmir. Əgər biz şovinist qonşularımızın elimizi daxildən parçalamaq siyasətini də nəzərə alsaq, razılaşarıq ki, resurslarımızın sonu, ölkəmizin parçalanmasının və məhvinin başlanğıcı ola bilər. Bütün bunlar pessimist düşüncə deyil, reallıqdır və bunu inkar edənlər ya riyazi təfəkkürdən uzaq olanlar, ya da insanları aldatmaqla öz şəxsi məqsədlərini güdənlərdir. Son məntiqi nəticə odur ki, Azərbaycan çox böyük təhlükə astanasındadır.
Bəs bu təhlükənin qarşısını necə almaq olar? Problemləri birdəfəlik necə həll etmək olar? Ölkəmizi Çin, Cənubi Koreya, Yaponiya kimi inkişaf etmiş ölkələr sırasına qaldırmaq üçün nə etmək lazımdır? Çıxış yolunu harda və necə axtarmalıyıq? Ölkəmizi xoşbəxtliyə aparmaq üçün ən qısa yol hansıdır? Bütün bu tip suallara cavab vermək üçün tariximizi dərindən araşdırmalı və əcdadlarımızın məntiqini öyrənməliyik. Çünki məhz əcdadlarımızın müdrikliyi sayəsində biz bu gün cənnət kimi bir ərazidə yaşayırıq. Əcdadlarımız bizim kimi aciz olsaydılar, biz indi Afrika çöllərində yaşamalıydıq. Biz isə dünyanın ən gözəl bir guşəsində ömür sürürük. Son iki yüz ildə torpaqlarımızın çoxunun itirilməsinə baxmayaraq, qalan yurdumuz da ən bərəkətli məkan hesab olunur. Deməli, əcdadlarımız hansısa elmin, biliyin sayəsində digər xalqlardan üstün olublar ki, o zamanlar dünyanın ən bərəkətli və gözəl yurduna sahib olublar. Təsadüfən, Rusiya kimi vəhşi qonşuları olan xalq heç vaxt belə yurdda qərar tuta bilməzdi.
Fakt ondan ibarətdir ki, bu gün şimallı-cənublu Azərbaycanda yaşayan insanlar – mənbələrdə pir, seyid, bəg, şıx və s. adlandırılan müqəddəslərin törəmələridirlər. Əcdadlarımızın son minillikdə ən qüdrətli nümayəndəsi Şah İsmayıl Xətai olmuşdur ki, yazılanlara görə onun dövründə Azərbaycan Səfəvilər dövlətinin sahəsi Avropa, Asiya və Afrika qitəsində yerləşməklə 3.5 milyon kv. km. əhatə etmişdir. Bəs hansı elmin, ideologiyanın hesabına on dörd yaşlı Şah babamıza bu fatehlik nəsib olmuşdur? Bunu dərk etmək üçün, Xətai elmini, yəni sufizmi diqqətlə öyrənmək lazımdır. Xətainin batinilərdən, yəni Quranın və digər müqəddəs yazıların gizli mənalarını bilənlərdən olması bu gün hamıya məlumdur. Deməli, gizli batin elminin bazasında nəsə var ki, bu insanları Şah Xətaiyə tabe olmağa vadar etmişdir. Sadəcə qılınc gücünə bu böyüklükdə ərazidə hökmranlıq etmək qeyri mümkündür. Bu sirləri açmaq üçün Şah İsmayıl Xətainin “gizli sirr” adlandırdığı həqiqəti üzə çıxarmaq vacibdir.
Mənbələrdən məlumdur ki, Şah İsmayıl, Xətai ləqəbini – xəta törətdiyinə görə, yəni Kərbəla faciəsi zamanı ölmüş Hürrün qəbrini açmasına görə almışdır. Yazılanlara görə, yaralanmış Hürrün başını İmam Hüseyin öz əmmaməsinin bir parçası ilə sarımışdır. Şah İsmayıl da bu parçanı görmək üçün Hürrün qəbrini açmışdır. Bu rəvayətin rəmzi mənasını dərk etmək üçün, batiniliyə müraciət etmək lazımdır.
Mən – “Aşura haqqında ağlasığmaz həqiqətlər” adlı məqalədə göstərmişəm ki, İmam Hüseynin ölümü mərasimi, qədim Misirin Asar/Azər, yəni Osiris Allahının ölümü ilə bağlıdır (Sayta bax. http://gilarbey.blogspot.com/2013/03/asura-haqqnda-aglasgmaz-hqiqtlr.html). Batin elmində Hürr rəmzi qədim Misirin Hor/Horus, yəni Qor Allahının rəmzidir. Deməli, Şah İsmayıl Xətai qədim Misir Allahı Qorun qəbrini açmışdır ki, bu qəbir də qədim Misir Allahlarının vətəni Geliopolda, yəni Gel şəhərində yerləşir. Lakin Gel (Gelat/Qulat) şəhəri eyni zamanda batiniliyin, yəni ifrat şiələrin də vətənidir.
Qədim Misir mənbələrinə görə, Misir Allahlarının vətəni - Günəşin doğduğu Şərq ölkəsidir. Mənbələrdə Şərq ölkəsi dedikdə Albaniya və onun başlandığı Midiya dağları nəzərdə tutulur. Şumer mətnlərinə görə də Şumer Allahlarının vətəni Tilos (Dilmun) cənnətidir ki, biz Tilos rəmzini Talış kimi tanıyırıq. Deməli, Misir Allahlarının da vətəni Talış dağlarında olmalıdır ki, mənbələrdə Tilos rəmzi Atlas dağı kimi də yazılaraq atlantidalılarla əlaqələndirilir. Mən, “Talışlar haqda bilmədiyimiz həqiqətlər” adlı məqalədə göstərmişəm ki, Talış, yəni Tilos/Atlas dağları indiki Yardımlı rayonunun Perimbel, Alar (Gilar) ərazisini əhatə edən dağlardır (Sayta bax. http://gilarbek.blogspot.com/2014/01/talslar-haqda-bilmdiyimiz-hqiqtlr_20.html). Bu ərazilər ən qədim dövrlərdə Ərdəbil vilayəti hesab olunmaqla Ərdəbil xanlığına aid edilmişdir. XVIII əsrin əvvəllərində Azərbaycan torpaqları inzibati cəhətdən dörd vahidə bölünürdü ki, Ərdəbil mahalı heç bir bəylərbəyliyə daxil edilməyərək, Səfəvi nəslinin müqəddəs ocağı kimi, Şah xanədanı hesab olunurdu. Bu isə o deməkdir ki, Şah xanədanı məhz Talış dağlarındakı Gel eli ilə bağlı olmalıdır.
Qədim Misir yazılarına görə Gel şəhəri Allahların və Atum Allahının yaradıldığı yerdir və qədim dünyanın bütün sirləri də məhz buradan başlanır. Gel eli haqda mən “Batini-Quran” kitabında və məqalələrimdə geniş məlumat verdiyim üçün, burada sadəcə onu qeyd etmək istəyirəm ki, bu el bilavasitə gizli Sokaris mağarası ilə bağlıdır. Sokaris/Sokar (Quranda Sokar) adı isə bizlərə Arsak/Arşak kimi tanışdır. Əl Kufi, Arşak yəni Ar-sak yerinin Ərdəbil şəhərindən təxminin 45 km yol məsafəsində olmasını yazır ki, bu da elə Talış dağları ərazisinə düşür. İ. Xarakskiyə görə Arsakın ilk dəfə şah elan olunduğu Asaak şəhərində göydən gətirilmiş ilahi od saxlanılır. Asaak rəmzi göstərir ki, bu yer elə Sisaka, yəni Sak nəsli olan Gelarküni elidir. Qədim Misirdə Sak rəmzi “ruh” mənasını verirdi ki, Arsak rəmzi də “Ra Günəş Allahının ruhu” deməkdir. Əgər nəzərə alsaq ki, Gelar rəmzi də Gel-Ra, yəni Gel şəhərindəki Ra Günəş Allahı fikrini ifadə edir, razılaşarıq ki, İlahi od məhz Gel şəhərində tikilmiş Ra Günəş məbədində saxlanılmalıdır. M. Xorenatsi də Gel-Gelarküni elini “tikili” adlandırır ki, bu da qədim Misirin Gel şəhərindəki Ra Günəş Allahının məbədinin buradakı tikili olması deməkdir. Buradakı “Kün” rəmzi isə Qurana görə Allahın əmri, Şumer yazılarına görə isə məşhur Kinun, yəni Etemenanki zikkuratının yerini göstərir. Rus araşdırıcıları da təsdiq edirlər ki, Qafqazdakı Alatır dağı ərazisində Günəş Allahının nəhəng məbədi vardır və bu Çar-Şəhərini Yaruna və Boqumir nəsli idarə edir («Книга Велеса», С-П., 2000, стр.349). Yaruna və Boqumir rəmzləri təbii ki, Ərən/Aran (Ya-Ərən) və Bəg-Əmir rəmzləridir və Yafət-Ərən nəsli olan Gelarküni seyid-bəglərinə aid edilməlidir.
Bütün bunlar o deməkdir ki, İmam Hüseynin əmmaməsinin “parçası” rəmzi mənadadır və İlahi odla bağlıdır. Batin elmində Hüseyin rəmzi Oğuzan rəmzi ilə eyni fikri, yəni Oğuz/Xaosu bildirir ki, Oğuz da məhz göylərdəki ilkin materiya mənasındadır. Belə çıxır ki, Hürrün qəbrində insanlara xoşbəxtlik gətirən İlahi od – ilkin materiya saxlanılır. Yəhudi mənbələrində bu İlahi od – Skiniya, yəni Allahın Sakinliyi mənasında qeyd edilir. Bu odu Musa peyğəmbər (və ya Prometey – Midiya piri) göydən gətirərək ondan Vəhy çadırı, yəni Göy cənnətini yaratmışdır. Digər mənbələrdə Sakin rəmzi Sisakan kimi yazılaraq Gelarküni elinə və nəslinə aid edilir. İslamda Sakin/Skiniya rəmzi Səkinə kimi də yazılır və İlahın mövcud olduğu qutu da “Tabuti-Səkinə” adlandırılır. Yəhudilər bu qutunu “Əhd sandığı” adlandırırlar və bu sandıq onlar üçün ən müqəddəs əşya hesab olunur. Mənbələrə görə bu sandıq insanlara tək xoşbəxtlik yox, eyni zamanda qələbə, elm və kamillik də verir. Bu sandıq hansı ölkənin ordusunun qarşısına qoyularsa, o ordunun qələbəsi mütləqdir. Ona görə də bu sandıq tarix boyu insanlar üçün ən müqəddəs əşya hesab olunmuşdur. Deməli, Şah İsmayıl Xətai məhz Hürrün qəbrində gizlədilmiş bu sandığı tapdığı üçün 14 yaşında Səfəvi şahlığının ərazisini 3.5 milyon kv. km-ə qədər böyütmüşdür. Mən, “Süleymanın qızıl məbədgahı Azərbaycandadır” adlı məqaləmdə Əhd Sandığı haqda geniş məlumat vermişəm (Sayta bax. http://gilarbey.blogspot.com/2013/05/suleymann-qzl-mbdgah-azrbaycandadr.html).
Bu gün, qədim dünyanın ən müqəddəs əşyası olan Əhd sandığı və qədim Misirin Qor (Hürr) Allahının qəbri Azərbaycandadır. Onun saxlandığı ərazi Yardımlı rayonunun Perimbel (qəd. Misirdə Pirembole), Gilar (Geliopol) və Cerimbel (Cermopol/Germopol) kəndləri ərazisinə düşür. Bu ərazidəki dağların birinin altında böyük mağara yaradılmışdır ki, qədim Şumer, Assur, Misir Allahlarının bütün müqəddəs əşyaları da məhz burada qorunur. Bu abidənin və onun içindəki əşyaların üzə çıxması kifayətdir ki, Azərbaycan bütün dinlərin mərkəzinə və bütün insanların müqəddəs ocağına çevrilsin. Bu abidənin azərbaycanlılara məxsus olması isə azərbaycanlıların ən qədim və müqəddəs xalq olmasını sübut edəcək və düşmənlərimiz birdəfəlik torpaqlarımızdan əl çəkəcəklər.
Mən 12 ildir ki, bu abidənin tapılması və üzə çıxması üçün araşdırmalar aparıram. Lakin maddi vəsait çatışmaması səbəbindən ortaya problemlər çıxıb. 5500 illik zaman müddəti və toponimlərin qarışıqlığı da bu abidənin üzə çıxmasına çətinlik yaradır. Bu iş böyük həcmli iş olduğu üçün təbii ki, sponsorun olması vacib şərtdir. Maddi vəsait cəlb edilsə, Batin elmini bilən insanın bu abidəni tapması və açması mümkündür.
Hər bir insan öz elmi və əlində olan imkanları daxilində öz Vətəninin, elinin və övladlarının gələcəyi üçün çalışmalıdır. Mən Sufizm, Batin alimiyəm və müqəddəs elimə öz biliyim, elmimlə xidmət göstərə bilərəm. Batin elmi qədim müdriklərin, Midiya maqlarının elmidir və adi insanların bu yazılanlara etinasız yanaşması da təbiidir. Lakin əgər ürəyində inam olan kimsə bu işə vəsait ayırsa, biz onunla tarix yazmağa cəhd edə bilərik. Təbii ki, hər şey Allahın icazəsi və istəyi ilə baş tuta bilər. Hər halda cəhd etmək, sakit oturub, ölkəsinin parçalanmağa, məhvə doğru yavaş-yavaş getməsini kənardan seyr etməkdən daha məntiqlidir. Bu abidənin tapılması Azərbaycanın qədim şöhrətinin qaytarılmasına və dünyanın ən qüdrətli dövlətinə çevrilməsinə aparan yeganə yoldur.    
Yazdıqlarım haqqında daha geniş məlumat, müəllifi olduğum “Batini-Quran” kitabında və çoxsaylı məqalələrimdə verilmişdir (www.gilarbeg.com).

Firudin Gilar Bəg              gilar@mail.ru



понедельник, 17 марта 2014 г.

Novruz – "Dünya"nın yaradılışının bayramıdır


        Müqəddəs elimizin ən sevimli bayramı olan Novruz bayramı bu gün yaz bayramı kimi qəbul olunsa da, bu bayram haqda həqiqətlər hələ də açılmamışdır. Son dövr araşdırıcılarının gəldiyi nəticəyə görə Novruz bayramı eyni zamanda Həzrəti Əlinin doğumu, taxta çıxdığı və Fatimə ilə evləndiyi gündür. O digər tərəfdən Həzrəti Məhəmmədin peyğəmbərliyə məbus olduğu, Cəmşid padişahın Azərbaycanda taxta çıxdığı, Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı və Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu gündür (sayt: http://www.sarigelin1.com/Az/QonaqShairler/HSherghi/HSherghi_1.html). Belə çıxır ki, Novruz bayramı İslam dini ilə də bağlıdır. 
Dahi Firdovsinin “Şahnamə” əsərində xüsusi nəzərə çatdırır ki, Cəmşid şah bir dənizi keçib Göyə ilk ayaq açır. Göydə Kəyan taxtı qurub, divin çiynində taxta çıxan Cəmşid, fəzada Günəştək qərar tutur və məhz bu günə xalq Novruz adı qoyur ki, bu gündən təzə il başlanır (Firdovsi, “Şahnamə”, 1987, səh.33). Belə çıxır ki, Novruz bayramı Cəmşid şahın göydəki Kəyan taxtında Günəştək qərar tutmasının bayramıdır. Əgər biz bu rəmzin mənbəyini axtarsaq, oxşar hadisəyə 5500 illik tarixi olan qədim Misir yazılarında rast gələ bilərik. Qədim Misir yazılarında bu hadisə göydə Ra - Günəş diski ilə birləşən Allaha aid edilir: «Otuzuncu ilin, subasmanın üçüncü ayı, yeddinci gün, Allah özünün göydəki sarayına (günəş Allahının göydəki evi) qalxdı, aşağı və yuxarı Misirin şahı Sexotepibre, O göyə ucaldı və günəş diski ilə birləşdi, «İlahi bədən», onu yaradana qovuşdu. Paytaxt sükutdadır, ürəklər qəmgindir, Böyük darvazalar bağlandı, saray əyanları, başlarını dizlərinə əyib əyləşmişlər, xalq ah-zar içindədir» (“Сказки и повести древнего Египта», Л.1979, səh.9). Qədim Misir dilçiliyində “Sexotepibre” kimi qeyd olunan rəmz “Pta Allahının ruhu” mənasında qədim Misirdə yerin-göyün sahibi adlanan Ra-Amon Allahına aid edilən rəmzdir. Mənbələrə görə Amon Allahı göydə Ra günəş diskini yaratmış, bədəni fiziki öləndən sonra onun ruhu göyə qalxaraq bu disklə birləşmiş və Ra-Amon (Ra-Əman) Allahına çevrilmişdir. Məşhur araşdırıcı C. Frezer isə bu Allahı Silvi şahlarının banisi kimi qeyd edir ki, o da öləndən sonra Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», М., 1986, səh.147).
İslamda Ra-Amon, yəni Ra-Əman rəmzi Rəhman kimi qalmışdır. Bilavasitə rəmzləri “oxuya bilən” tayfa üçün yazılmış Quran kitabında Ra-Amonun, yəni Rəhmanın göyə ucalması hadisəsi belə təsvir olunur: «O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini Göyə yönəldib, onları yeddi Göy olaraq düzəltdi…  Allah Göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və Günəşi, Ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu (Quran, 2:29, 13:2, 20:5). Belə çıxır ki, müsəlmanların Rəhman adlandırdıqları tək Allah, elə qədim Misirdə yerin-göyün ağası adlandırılan və göydə ruhlar dünyası yaratmış Ra-Amon Allahıdır. Novruz bayramı da pir (firon) Amonun (Əman) Rəhman Allahına çevrilməsi və göydə ruhlar dünyasını yaratması bayramıdır. 
İbn Fəhd Hillinin (841 h.q) «Əl-muhəzzəbul-bare» kitabına görə İmam Sadiq (ə) buyurmuşdur: «Novruz günü Allahın Rəsulunun (s) Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli (ə) barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb onu sındıranların vay halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin (s) Əli (ə)-ı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. Bu, Əli (ə)-ın Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə yetirdiyi gündür. Bu, İmam Zamanın (ə.c) zühur edəcəyi və Allahın izni ilə Dəccala qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür...» (sayt:  http://kovser.az/index.php?adid=MjAvMi50eHQ=). Əllamə Məclisinin (1111 h.q) «Biharul-ənvar» kitabına görə isə İmam Sadiq (ə) demişdir: «Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik qoşmamaları, Peyğəmbər (s) və onların höccətlərinə tərəfdar olmaları və İmamlara iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı, küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh (ə) gəmisinin Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən çıxmış minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin (ə) İslam Peyğəmbərinə (s) nazil olduğu və Peyğəmbərin (s) İmam Əli (ə)-ı Məscidul-həramda Qureyşin bütlərini sındırmaq üçün çiyninə çıxartdığı və həmçinin İbrahim (ə)-ın bütləri qırdığı gündür. Bu gün Peyğəmbərin (s) səhabələrinə Əli (ə) ilə beyət etmələrinə göstəriş verdiyi və Əli (ə)-ı cinlərin yanına beyət almaq üçün göndərdiyi gündür” (yenə orada). Bu isə o deməkdir ki, Novruz bayramı eyni zamanda İslamla bağlıdır. 
Sufi dahilərindən olan İbn Ərəbiyə görə İslam dininin yaşı üç min ildən çoxdur və İbrahim, Yaqub və s. peyğəmbərlər də müsəlman olmuşlar: «Böyük Allah demişdir: Bu Dini İbrahim oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım, Allah sizin üçün Din seçdi: müsəlman olaraq ölün» - yəni Ona tabe olaraq». Burada ölümün xüsusi nəzərə çatdırılması, dinin bilavasitə öləndən sonrakı həyat üçün vacibliyi mənasındadır. Ərəbi xüsusi nəzərə çatdırır ki, burada Din – «əlif» və «lam» səsləri ilə qeyd olunmuşdur ki, bu da - Əl, yəni El – «Göydəki el», «ruhlar dünyası» deməkdir. Böyük Allahın dediyi - «Allahda olan bu Din – İslamdır» (Quran 3:19) ifadəsi isə «Allahda olan bu dünya – İssi Aləmdir», yəni «Göydəki aləm - (Amon) Allahın ruhundadır» fikrini ifadə edir. Çünki İslam rəmzi – “İssi-Aləm”, yəni göydəki aləmin ruhu mənasındadır. Tövratda, İbrahimlə bağlı yazılarda İslam [S-LM] rəmzi yox, İsmail [S-ML] rəmzi işlənir ki, bu da məna etibarilə eyni, yəni “Aləm İssi” mənasını verir.  Əgər nəzərə alsaq ki, “müsəlman” [MS-L-MN] rəmzi də sufilikdə “Amonun [MN] səma [SM] eli [L]” fikrini ifadə edir, razılaşarıq ki, “müsəlman olaraq ölün” ifadəsi – “Amon Allahının səmadakı, yəni göydəki elini qəbul edərək ölün” kimi başa düşülməlidir.
Quranda «əl-İslam» rəmzi məna etibarilə «əl-İman» (əl-Əman) və «əd-Din» rəmzlərinə yaxındır. “Din” [DN] rəmzi Ədn [DN] cənnətinin adı ilə eyni formada yazılır ki, bu da “Din”in Göydə yaradılmış el, yəni Ədn (Eden) cənnəti olması deməkdir: «Allah mömin kişi və qadınlara əbədi qalmaq üçün altından çaylar axan bağlar və Ədn cənnətində gözəl yaşayış
yeri vəd etmişdir… Onların Allah yanındakı mükafatı – altında çaylar axan Ədn cənnətidir ki, onlar orada əbədi qalacaqdır…» (Quran, 9:72, 98:8). Belə çıxır ki, müsəlman olaraq ölmək, Allahın yaratdığı Ədn cənnətində, yəni İslam «Din»ində əbədi həyat qazanmaq mənasındadır. 
Ədn bağları qədim Misir mənbələrində ruhlar dünyası mənasında  “Böyük yaşıllıq” adlandırılır ki, yaşıl rəng qədim Misirdə dirilmə rəmzi sayılır. Qədim Misir mənbələrində yaşıl rəng göydə yaradılmış Qeb torpağına aid edilir və bu rəmz islamda Qiblə (“Kitabi Dədə Qorqud”da Qaba Aləm), yəni Qeb elı kimi qalmışdır. Buxari hədislərində yaşıl rəngi ölümsüzlük qazanmış Xıdırla əlaqələndirir ki, türklərdə Xıdır obrazı Xızır peygəmbər kimi göstərilir. 
Qiblə rəmzi qədim mənbələrdə Kibela kimi qeyd olunurdu ki, Kibelanın böyük yaz bayramı martın 22-də keçirilirdi. C. Frezerin yazdığına görə qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilən bu bayram - Tammuz/Ta-uz, Adonis, Attis və s. Allahların ölüb-dirilməsi bayramı ilə eynidir və öz köklərini qədim Misirdə keçirilən «Oziri Allahının ölüb-dirilməsi» mərasimindən götürmüşdür ki, bu mərasim sonralar xristianlıqda İsanın ölüb-dirilməsi kimi qalmışdır. Daha sonralar, Oziri Allahının ölməsi ayrılıqda Aşura kimi, dirilməsi isə Novruz bayramı kimi qeyd olunur. Aşura (Assur/Azər) rəmzi sufilikdə və qədim Misir dilçiliyində, Novruz/Nouruz rəmzi kimi Azəran/Azər mənasındadır. 
 Novruz bayramında keçirilən törəndə Kosanın ölməsi və sonra birdən dirilməsi, bu bayramın həqiqətən qədim Misir Allahının ölüb-dirilməsi bayramı ilə eyni olması deməkdir. Ümumiyyətlə, “Kosa” [KS] rəmzi sufilikdə eyni mənalı “XZ” rəmzi ilə eynidir ki, Novruz bayramındakı Xızır rəmzi də bu rəmzdən yaranmışdır. Novruz bayramında “Xızır, Xızır Xız gətir, var dərədən od gətir” deyimi isə onu göstərir ki, Kosa, Xızır obrazları ölümsüzlüklə və bu ölümsüzlüyü verən “Xız” enerjisi ilə, yəni yer kürəsini əhatə edən ilahi od - ilkin materiya ilə bağlıdır. Ən qədim Misir yazılarında “XZ”, “KZ” və s. oxşar rəmzlər həyat enerjisini, yəni ilkin materiyanı bildirirdi. Deməli, Kosanın obrazı, Prometey (Musa peyğəmbər və s. obrazlar) tərəfindən yerə gətirilmiş bu ilahi odun, yəni ilkin materiyanın obrazıdır ki, məhz bu enerjinin hesabına insan - kamil insana (Homo sapiens) çevrilmişdir. Əgər nəzərə alsaq ki, pəhləvicə “İlahi Od” mənasını verən müqəddəs elimizin Azər adı qədim Misirin Oziri (Osiris) rəmzi ilə eynidir, razılaşarıq ki, “Odlar yurdu Azərbaycan” deyəndə adi od yox, ilahi od olan ilkin materiya başa düşülməlidir. 
Əflatun (Platon) bildirir ki, İlkin materiya öz xüsusiyyətinə görə asanlıqla su, hava, torpaq və oda çevrilir. Bu isə o deməkdir ki, göydəki ruhlar dünyası da məhz bu dörd ünsürün “köməyi” ilə yaradılmışdır. Belə çıxır ki, Tövratdakı Allahın Dünyanı 7 günə yaratması hadisəsi məhz göydəki ruhlar dünyasına aiddir və Novruzun 4 çərşənbəsi də bilavasitə bu yaranışa işarədir. 
Bildirmək istərdim ki, qədim mənbələrdə Misir iki yerə - aşağı və yuxarı Misirə bölünürdü ki, yuxarı Misir dedikdə göy səhralarında yaradılmış ruhlar dünyası və yerdəki Allahlar ölkəsi olan Ta-meri/Tamar eli nəzərdə tutulurdu. Əhdi-Ətiqdə, Yezekiil peyğəmbərin kitabında Misir və Assur rəmzləri dünya ağacı timsalında Allahın ilkin materiyadaki, yəni göydəki eli mənasında göstərilir (Əhdi-Ətiq, Yezek.31:3,4,7). Ta-meri/Tamar rəmzi qədim mənbələrdə marlar ölkəsi mənasında bilavasitə Midiyaya aid edilir ki, bu ölkə də məhz Azərbaycanda yerləşmişdir. Məşhur tədqiqatçı D. Rola görə Misir rəmzi M-Əsər, yəni “Əsərdən doğulmuş” (Osiris/Oziri) mənasındadır ki, bu da Misir, Aşşur/Assur/Assuriya (Azəriyyə) rəmzlərinin bilavasitə Azər elinə aid edilməsi deməkdir. Belə çıxır ki, qədim mənbələrdəki Misir, Assur və s. rəmzləri göydə yaradılmış ruhlar dünyasına aiddir. Tarixçi B. A. Turayev də xüsusi qeyd edir ki, amoreylər, yəni marlar ölkəsi olan Kadeş (Kadus – F. G. B.) – Aziru (Azəri – F. G. B.) şahlığıdır. Əgər nəzərə alsaq ki, ötən əsrin 50-ci illərinə qədər Azərbaycanda Azər adından bir neçə dəfə çox Misir, Misirxan, Tumar, Tomarxan adı yayılmışdı, razılaşarıq ki, qədim mənbələrdə Misir ölkəsi, Allahlar yurdu dedikdə məhz Azəri eli başa düşülməlidir.
Digər tərəfdən, İbn Fəhd Hillinin, Məclisinin gətirdiyi sitatlara görə Novruz bayramı eyni zamanda Allah-Taalanın əmri ilə Peyğəmbərin (s) Əli (ə)-ı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. 
Cinlər - Şumer, Mesopotamiya abidələrinə görə Nerqalın idarə etdiyi cəhənnəmin qapısını gözləyirlər. Qədim Misirin “Ölüm şahlığında olanlar” kitabına görə isə onlar gizli Sokaris (Quranda Sokar: 54:48, 74:26-28,43) mağarasını qoruyurlar. Misirdə, Naq Hammadidə tapılmış “Həqiqətin şahidliyi” mətnlərinə görə, onlar Süleyman peyğəmbərin əmri ilə Yerusəlim şəhərini tikmişlər və orada da bağlanıb qalmışlar. Tarixçi M. Xorenatsi isə cinləri - marlar ölkəsi ilə, yəni Midiya ərazisində mövcud olmuş Süniklə bağlayır. Quranda cinlər - Allahın xüsusi olaraq ona qulluq etmək üçün təmiz oddan, yəni ilkin materiyadan yaratdığı keşikçilərdir (Quran: 51:56, 55:15, 15:27, 72:5,7). Başqa mənbələrə görə cinləri Makidoniyalı İskəndər Kaspı dənizinin sahillərindəki dərəyə qovub, onları böyük qaya ilə bağlamış, Herakliya ilə Kaspi qapılarını açaraq onları buraxmışdır. Belə çıxır ki, cinlər məntəqəsi qədim mənbələrdə “Ölüm şahlığı” adlandırılan ruhlar dünyasının rəmzidir və bu dünyaya beyət üçün göndərilən İmam Əli isə qədim mənbələrdəki qəhrəman Heraklın obrazıdır və s.
Bütün bu yazılanlardan belə nəticə çıxarmaq olar ki, Novruz bayramı - insanın yaranışının, onun fiziki ölümündən sonra da ruhunun əbədi yaşaması üçün Allah tərəfindən yaradılmış ruhlar dünyasının yaranışı bayramıdır. Bunlar haqda daha dəqiq məlumat isə, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.
                                                    

                                                                   Firudin Gilar Bəg   

воскресенье, 16 марта 2014 г.

“Vəhdət əl Vücud” rəmzinin elmi izahı


İslamın ən sirli rəmzlərindən biri “Vəhdət əl Vücut” rəmzidir. Bu rəmzi tam anlamaq üçün Allahın və onun dininin həqiqi mənasını, onların əsas mahiyətini bilmək vacibdir. Bunları isə bir məqalədə əhatə etmək qeyri-mümkündür. Müəllifi olduğum “Batini-Quran” kitabımda mən bütün bu sistemi tam açaraq hər bir rəmzə ayrıca geniş izah vermişəm. İnternetdəki məqalələrimdə də bu rəmzlər haqda məlumatlar vardır. Bu məqalədə isə İslam tarixində ilk dəfə olaraq Allah və onunla bağlı olan “Vəhdət əl Vücud” rəmzinin qısa elmi izahını verməyə çalışacam.
“Vəhdət əl Vücud” sistemini anlamaq üçün ən əvvəl bilmək vacibdir ki, günəş sistemi hərəkətə gəldiyi zaman, bu sistemdə “ilkin materiya” adlanan eneji yaranmışdır. İlkin materiya, bütün canlılara həyat vermiş, yer kürəsini əhatə edən və burulğanvari formada hərəkətdə olan cövhərdir. Bu enerji-qanunun bir “damlası”nın müəyyən varlığa “düşməsi”, onun yaranmasına və ya canlanmasına səbəb olur. Buna görə də qədim mənbələrdə onu “dirilik suyu”, “İlahi od”, “həyat enerjisi” və s. adlandırırdılar. Sufilər “Hu” dedikdə bəşəriyyətə həyat vermiş bu İlahi substansiyanı nəzərdə tuturlar. Eyni zamanda qanun kimi çıxış edən bu enerji beş əsas tərkibdən: işıq, səs, hərəkət, magiyanan «bənzər bənzər yaradar» (C. Frezer görə «homeopatik magiya») və «əlaqədə olmuş cisimlər, ayrılandan sonra da əlaqəni saxlayır» (C. Frezerə görə «kontagioz magiya») qanunlar «məcmu»sundan ibarətdir (bax. “Batini-Quran”). İlkin materiya dörd ünsürə (su, hava, torpaq, od) asanlıqla çevrilən substansiyadır. Lakin ondan çanlı varlıq və ya digər bir şey yaratmaq üçün mütləq bənzər obyekti olmalıdır. Məhşur sufi müqəddəsi Əziz Əd-din İbn Mühəmməd Nəsəfi (XIII əsr), özünün «Zübdad əl-xəkaik» əsərində ilkin materiyanın bəzi xüsusuyyətlərinə geniş şəkildə izah vermişdir.
Qədim Misir mənbələrində ilkin materiya, üstü dairəvi olan xaç şəklində göstərilirdi və “anx” adlanırdı. Hər samitin bir rəmz olduğu sufizmdə “anx” rəmzi - “Hu” İlahi substansiyası mənasındadır. “Hu” [H] adlanan bu enerjinin hər bir müəyyən “anı” bir varlığa verilən həyat olduğu üçün “An” [N] rəmzi, ən qədim Misirdə mənbələrində, ilkin materiya mənasında - ilkin “Nun” [NN] suları kimi qeyd olunur. Anx rəmzi də sufizmdə “An-Hu”, yəni “Hu-anı”, “Hu məqamı” kimi açıqlanır. Mesopotamiya, Şumer mətnlərində bu rəmz “Ki-Nun” [K-NN] (və ya “Nun-Ki”) kimi qeyd olunur ki, Qanun/Kənan [QNN/KNN] və s. sözləri bu rəmzdən yaranmışdır.
İslamda Ki-Nun [K-NN] rəmzi Kün [K-N] kimi məlumdur və Allahın “Ol!” əmrini bildirir. Bu isə o deməkdir ki, ilkin materiya, ona verilən əmri həyata keçirən yaradıcı qüvvədir. Kün rəmzi ən qədim mənbələrdə, vahid dillə bağlı olan Saturn Allahının şəhərinə və “başı göylərə çatan” Babil qülləsinə aid edilirdi. Digər mənbələrdə, Marduk Allahının sərdabəsi kimi qeyd edilən Babil qülləsi – “Göy və Yerin təməl evi” adlandırılır və məlumdur ki, ilk insanlar burada “Etemenanki” adlı zikkurat tikmişdilər. Etemenanki [TM-NNK] rəmzi “Atum” [TM] və “Nun-Ki” [NNK] rəmzlərindən yaranmışdır və “ilkin materiyadan yaranmış Atum” deməkdir.
Şumer və Akkadlar da Nun-Ki [NN-K] rəmzini “qüdrət yeri” adlandıraraq Babil qülləsi ilə əlaqələndirirdilər. Deməli, “Allahın qapısı” mənasını verən Babil qülləsi, ilkin materiya adlanan “dirilik suyu”nun yer kürəsinə daxil olduğu yeganə qapıdır və burada, qədim Misirdə Atum adlanan Allah yaradılmışdır.
Qədim Misir mətnlərinə görə, özünü Pta (Yafət) adlandıran firon Amon, söz və magiya vasitəsi ilə, bütün yer kürəsini əhatə edən Atum isimli kosmik ölçülü insan yaradır ki, onun bədəni yerdəki bütün varlıqları əhatə edir. Sonrakı mənbələrdə Atum [TM] adı Adəm [DM] kimi qeyd olunur və bunu tədqiqatçı Devid Rol da xüsusi nəzərə çatdırır.
Bildirmək istərdim ki, yerdəki canlı-cansız bütün varlıqlar ilkin materiyadan yaranmışdır. Daş parçasından tutmuş metala, minerallara qədər hər şey ilkin materiyanın materiallaşmasından əmələ gəlmişdir. Bu gün artıq məlumdur ki, cisimlərin də energetik sahələri vardır və bu sahələr, ilkin materiyanın və onun tərkib hissəsi olan işığın sürətinin azalması ilə yaranmışdır. Canlılarda bu sahə ruhla bağlı olan sinir sistemidir və ruhun bədəndən çıxması ilə canlı məhv olur. Deməli, yer kürəsindəki bütün varlıqlar ilkin materiyanın materiallaşmasından əmələ gəlmişlər. Başqa sözlə desək, hər şey ilkin materiyanın müəyyən şəraitdə təsirə məruz qalması ilə yaranmışdır. Belə çıxır ki, hər bir varlıq, sufilərin Hu adlandırdıqları və Allah mənasında olan ilkin materiyadan ibarətdir. Quranda (2:115) bu fikir belə qeyd olunur: “Şərq də, Qərb də Allahındır: hara yönəlsəniz Allahın zatı oradadır. Şübhəsiz ki Allah hər şeyi əhatə edəndir, hər şeyı biləndir”. Bu isə o deməkdir ki, sufilər dahisi Mühiddin ibn Ərəbi - “hər şey Allahdır“ dedikdə – “hər şey ilkin materiyadan ibarətdir” və ya “hər şey ilkin materiyadır” fikrini nəzərdə tutur.
İbn Ərəbi, özünün “Füsus ül Hikəm” kitabında yazır ki, Allah, bütün saylardan artıq olan Öz şanlı adlarının sahibi kimi, onların təcəssümünü (əyan), mövcudluq atributunu daşıyan yığcam bir varlıqda görmək və onun vasitəsi ilə Özü üçün Öz sirrini açmaq istədi. Buna görə də ilk əvvəl Böyük İnsan, yəni kosmik ölçülü Adəmi yaratdı. Sonra bu Adəmə nəfəs vermək üçün ilkin materiyanın ona axmasını (fəyd rəmzi) təşkil etdi. Təsəvvüf arifləri bunu “məxfi xəzinə”adlandırırlar: “Mən gizli bir xəzinə idim, bilinməyə meyl etdim, “Xəlq edilmiş”i bilinmək üçün yaratdım. Beləcə özümü onlara tanıtdım, onlar da məni tanıyaraq, bildilər”.
Ərəbinin yazdığından belə çıxır ki, firon Amon öz formasında Böyük İnsan (Kəbir) yaratmış və məhz onu Adəm adlandırmışdır. Adəmin, Allahın bütün adlarının təcəssümü və bütün varlıqları əhatə edən ilkin materiyadan ibarət olması, onun Allahla eyniliyi deməkdir. Ərəbi də, yaradılmış bu kosmik Adəmi - Xəlq edilmiş adlandırır və Allahla eyniləşdirir. Burada əsas məsələ ondadır ki, əgər ilkin materiya firon Amona qədər təbii şərait nəticəsində varlıqları yaradırdısa, Adəm formasını alan ilkin materiya artıq varlıqları firon Amonun istəyi ilə yaratmağa başlayır. Deməli, Adəmin yaranması ilə ilkin materiya bilavasitə firon Amonun istəyinə tabe olur. Belə çıxır ki, mənbələrdə Allah deyəndə, ilkin materiya ilə Xəlq edilmişin, yəni Adəmin vəhdəti nəzərdə tutulur. Tədqiqatçılar bildirirlər ki, dərvişlərin təliminə görə də dünya – özünü daxildə yaratmış Allah özüdür: «Kainat – Allahın öz varlığına saldığı nəzərin məhsuludur. Kainatın məhsulu isə, Allahın özündə gördüyü yoxluq və varlıqdır. Kainatın məhsulunda o özünü təbiətin hər bir varlığında – varlığı əks etdirən güzgüdəki kimi gördü».
Qədim Misir mətnlərinə görə, ilk əvvəl firon Amon ilkin materiyadan göydə Ra günəş diski yaradır. İl tamam olduqda artıq ilkin materiyadan yaranmış Ra diski göydə nur saçırdı. Firon Amon öldükdən sonra isə, onun ruhu göyə qalxaraq bu Ra disklə birləşir və beləliklə Ra-Amon (Ra-Əman) Allahı yaranır ki, İslamda bu rəmz Rəhman adı ilə də məlumdur. Misir yazılarına görə Adəmin, yəni Atum Allahının siması elə Ra günəş diskidir. Hürufi deyimlərinin birində Ra günəş diki “Vəhdətin Günəşi” adlandırılır: «Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır. Peyğəmbərlərin və ermişlərin (müqəddəslərin) parıldayan almazıdır». Deməli, sufilər “vəhdət” deyəndə, ilkin materiyadan yaradılmış Ra günəş diski ilə birləşən firon Amonun ruhunu nəzərdə tuturlar ki, bu da Adəmin siması (başı), yəni onu idarə edən ruhu mənasındadır. Adəm özü də ilkin materiyadan yaradıldığı üçün, onu Allahın Vücudu ilə vəhdət təşkil edən varlıq kimi təsvir edirlər. Bütün bunlar o deməkdir ki, “Vəhdət əl Vücut” rəmzi, Allah mənasında olan ilkin materiyanın Vücudu ilə vəhdət təşkil edən firon Amonun ruhu deməkdir.
İslamda və digər dinlərdə Adəmi yaratmış firon Amonun [MN] adı Amin [MN] kimi qalmışdır ki sufiliyə görə bunlar eyni mənalıdır. Amin (Aminxan) rəmzi dinlərin əksəriyyətində «Allaha şükürlər», «Allah, qəbul elə» mənasını verir. Eyni mənalı “İman” [MN] rəmzi də Amon/Əman [MN] adı ilə eyni mənalıdır. İmanın köklərinin və təməlinin Aməntü [MN-T] adlanması, Allah deyəndə bilavasitə Əman-Atanın [MN-T] nəzərdə tutulması deməkdir. Allahın 99 şərəfli adlarından olan Məni [MN], Mund [MN] adları da məhz Əman [MN] Allahının adı ilə bağlıdır. Əmənullah isminin Əman-Allah mənasında olması yazdıqlarımıza sübut kimi qəbul olunmalıdır.
Tövrata görə Allah Adəmi yaratdıqdan sonra onu qabırğasından Həvvanı yaradır. Bildirmək istərdim ki, sufizm kimi məlum olan dünyanın ən qədim vahid dilində, qadın rəmzi varlığın yaradıcısı (doğması) mənasında ilkin materiyanın rəmzi kimi qəbul edilmişdir. Bu yaradıcılıq qüdrəti yerdə ilk insanlar nəsli olan peyğəmbərlər nəslinə verilmişdir. “Batini-Quran” kitabımdı və məqalələrimdə mən qeyd etmişəm ki, Allah iki növ insan yaratmışdır. İlk insanları Allah özü, Adəmin obrazı ilə qəlibdə yaradılmış və üzərinə dirilik suyu “axıdılmaqla”, onlara ruh verilmişdir. Sayı yüz iyirmi min olan bu ilk varlıqlar, öz növbəsində dulusçu dəzgahında adi insanları yaratmışlar. Deməli, Həvva dedikdə qadın obrazı yox, Allahın xüsusiyyətləri ilə eynilik təşkil edən ilk insanlar nəzərdə tutulmalıdır.
Qeyd etmək lazımdır ki, sufi dahilərindən olam Qəzaliyə görə Məhəmməd peyğəmbər, Allahın obrazı ilə yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan asılıdır. İbn Ərəbi, Məhəmməd peyğəmbərin İlahi gücü oyadaraq hərəkətə gətirdiyini bildirir. Deməli, Məhəmməd peyğəmbər Adəm formasında olan kosmik insanın obrazıdır. Onun yerdəki törəmələri olan seyidlər, yəni nizari/ənsarilər isə Onun prototipidir. Belə çıxır ki, müqəddəslər nəsli, möcüzələr göstərmək qüdrətinə, onların, Allahın obrazı ilə yaradıldığı üçün sahib olmuşlar. Mənbələrdə, yaradıcı qüdrətə sahib olan bu müqəddəsləri “enareylər” adlandırırdılar. Bu isə o deməkdir ki, bu gün seyid, şıx, bəy və s. adlandırılan Azəri müqəddəsləri Adəmin, yəni Allahı obrazı ilə Vəhdət təşkil edən ilk varlıqların törəmələridirlər.
Allah rəmzindəki “L” samiti ən qədim mənbələrdə el-oba, məmləkət, vilayət mənasında işlənmişdir. Türklərin məşhur «Moyun Çor» abidəsində türk xanı iddia edir ki, məhz O: «Tanrıda olmuş, il etmiş (el yaratmış) bilgə (müdrik) xaqandır”. «Bilgə Xaqan» abidəsidə isə göydə yaradılmış bu el özü Tanrı, yəni Allah adlandırılır: «Tanrı tək Tanrı yaratmış türk Bilgə xaqanı...». Deməli, məhz türk xanı ilkin materiyaya “daxil olmuş” və oranı El-ə çevirmişdir.
Allah rəmzindəki «LL» rəmzləri isə iki El-in, yəni iki dünyanın - yerdəki fiziki aləmlə, Göydəki ruhlar dünyasının birləşməsi mənasındadır. «Kitabi - Dədə Qorqud»da «LL» rəmzi – çadıra aid edilərək «ban al-ala», yəni iki eli birləşdirmiş çadır, aləm mənasındadır. Əhdi-Ətiqdə bu çadır Vəhy çadırı adlandırılır və Allahın sakin olduğu (yəhud. Skiniya) çadır mənasındadır. Əhdi-Ətiqdə «LL» rəmzi - Eleale, El-El, El-Aaal (Allah böyükdür) kimi də yazılır və Xanaan şəhəri ilə eyniləşdirilir.
Xanaan, yəni Kənan rəmzinin “Ki-Nun” mənasında olmasını və Kün [K-N] rəmzi kimi Allahın “Ol!” əmrini bildirməsini mən əvvəldə qeyd etdim. Mənbələrdə bu yerin «Göy və Yerin təməl evi» adlandırılması və «Etemenanki», yəni “Atum” [TM] və “Nun-Ki” [NNK] rəmzlərinin burada biləºməsini nəzərə alsaq, razılaşarıq ki, iki dünyanı birləşdirən Vəhy çadırı elə Atum Allahı, yəni kosmik insan olan Adəm mənasındadır.
Yazdıqlarımızdan belə çıxır ki, İlahi rəmzi – El-Hu, yəni ilkin materiya eli mənasında yerdəki fiziki aləmə aid edilməlidir. Çünki, ilkin mateiya firon Amona qədər yalnız bu fiziki aləmi yaratmışdır. Firon Amon isə yerdəki fiziki aləmdə yeni varlıqlar yaratmaqla bərabər, əlavə olaraq ilkin materiyanın öz daxilində Qeb/Qeyb adlanan ruhlar dünyası yaratmışdır. Bu isə o deməkdir ki, Allah dedikdə əsasən iki dünyanı formalaşdırmış Ra-Amon Allahı nəzərdə tutulmalıdır.
Təsəvvüf elmində insanla Allahın vəhdəti deyəndə «xulul» rəmzi ortaya çıxır. Xulul rəmzi islamda «ittihad» – «birləşmə», «axma» mənasını verən terminlə eyni mənalı hesab olunur. İttihad, yəni «ittihad əl-ləhut bi-n-nasut» rəmzi, insanın, İlahi mahiyyət olan ilkin materiya ilə birləşməsi deməkdir. Bu rəmz, bütün sufi rəmzləri kimi bir neçə mənada işlədilir ki, bunlara mən “Batini-Quran” kitabımda geniş yer vermişəm.
Sufizmdə və ən qədim dilçilikdə, xulul/hulul [XLL/HLL] rəmzləri – Allax/Allah [LLX/LLH] rəmzləri ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, xulul/xəlil və s. bu mənada olan rəmzlər bilavasitə Allaha aiddir. Yəni, İbrahim Xəlilullah dedikdə adi insan yox, Allahın obrazi nəzərdə tutulmalıdır. İslamda Xəlil rəmzi eyni zamanda Məhəmməd peyğəmbərə aid edilir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər də Adəmin, yəni kosmik insan olan Atum Allahının obrazıdır.
İslama görə, imam Əli Məhəmməd peyğəmbərin varisidir. Əlinin varis kimi qəbul edilməsi, Məhəmməd peyğəmbərin yerinə, yeni kosmik insan obrazında olan ikinci Adəmin yaranması deməkdir ki, bu da göydəki El [L] mənasında Əli [L] obrazının gəlməsi deməkdir. Mən kitab və məqalələrimdə xüsusi qeyd etmişəm ki, ən qədim mənbələrdə Əli rəmzi El kimi qeyd edilirdi. Tövratda El Allahı Səlim [SLM] şahı adlandırılır ki, bu da elə İslam [SLM] şahı deməkdir. Şumer, Mesopotamiya mənbələrdə Əli mənasında olan El (İl) rəmzi “El-Amurru” kimi yazılaraq Əli-Əmir (Əli –Əmir əl möminin) fikrini ifadə edir. Əgər nəzərə alsaq ki, ən qədim mənbələrə görə Adəmin bədəni eyni zamanda Edem cənnətidir, razılaşarıq ki, yeni yaranan və göydəki El mənasında olan Əli vilayəti də ikinci cənnət mənasındadır. İmam Əlinin mənbələrdə Vilayət adlandırılması da onun göydəki El, yəni ruhlar dünyası mənasında olmasına işarədir. Bu isə o deməkdir ki, axirətdə gəlməli olan Mehdi obrazı, elə nizari şiələrin Allahı mənasında olan İmam Əlinin obrazıdır.



                                                                                      Firudin Gilar Bəg

www.gilarbeg.com

суббота, 15 февраля 2014 г.

İlk mason təşkilatı Azərbaycanda yaradılmışdır

                               
             
Mason təşkilatları haqqında bu günə qədər minlərlə məqalə və kitabların yazılmasına baxmayaraq, təşkilatın keçmişi və əsas mənbəyi hamı üçün qaranlıqdır. Biz bu qaranlığa işıq salmaq missiyasını öz üzərimizə götürərək masonluğun əsas ideyasının nə olduğunu hamı üçün açmaq qərarına gəldik. Təşkilatın ideyasının hamı üçün açılması, bu təşkilatın əsas prinsiplərindən olan “gizlilik” prinsipinin öz gücünü itirməsi deməkdir. Bu isə - qədim Misir yazılarında “İsidanın örpəyinin qaldırılması”, Quranda isə «Baldırların açılacağı o gün»lə (Quran, 68:42) bağlıdır. Bütün bunları dərk etmək üçün isə ən qədim sirləri bilmək vacibdir. Biz bu məqalələrimizdə masonluqla yanaşı dinlərin də bəzi qaranlıq hissələrini aydınlaşdıracağıq və bütün yazılı, şifahi ədəbiyyatın bir hadisənin izləri olduğunu sübut etməyə çalışacağıq.
Hər şeydən əvvəl ondan başlayaq ki, “azad bənnalar” adlandırılan masonlar özləri özlərini Süleyman məbədgahı ordeninin varisləri (tamplierlər) hesab edirlər. Masonluğun yaranması da Süleyman peyğəmbərin Qüds şəhərində Allah üçün tikdiyi məbədgahla, onun tikintisi ilə bağlıdır. Bu məbədgah bəzi mənbələrdə Azərbaycan ərazisində qeyd olunur ki, bunula bağlı faktlara nəzər salaq.
Talmud yazır ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi evin ərazisində, yəni Moria torpağında, İbrahim peyğəmbər İsağın qollarını bağlamış və bu yerdə Nuh gəmidən düşüb qurban kəsmişdir… və Adəm də burada yaradılandan sonra qurban kəsmiş və o məhz bu torpaqdan yaranmışdır. I əsrdə yaşamış ravi Simeon ben Yoxayın sözlərinə görə Moria dağı müqəddəsliyinə görə o dünyaya bərabərdir. Qədim Misir dilçiliyinə və sufiliyə görə Moria rəmzi mar, marlar torpağı, yəni Midiya ərazisi, Qüds isə Kadus, yəni Kudduslar (müqəddəslər) vilayəti deməkdir. Belə çıxır ki, Süleyman peyğəmbərin Qüdsdə Allah üçün tikdiyi ev Midiya ərazisində yerləşməlidir. Bu isə o deməkdir ki, həqiqi Yerusəlim, Nuhun gəmidən düşüb qurban kəsdiyi yerdə tikilmişdir ki, bura da Kadus müqəddəslərinin vətəni olan Midiya ərazisidir.
Kadus (islamda kuddus - müqəddəs deməkdir) rəmzi yəhudi dilində də müqəddəs mənasında Kodeş kimi yazılır ki, bu rəmz masonların ən son dərəcələri hesab olunur. “Böyük seçilmiş Kadoş” dərəcəsi almış hər bir mason çəkməsində xaç gəzdirirdi. Masonların xaç gəzdirmələri onların heç də xristian olmaları mənasında deyil. Xaç rəmzi xristianlıqdan əvvəl həyat enerjisi mənasında (qədim Misirda Anx rəmzi) işlənmişdir. Mənbələrə görə masonlar ümumiyyətlə xristianlığı qəbul etmirlər və yalnız “Bütün dünyaların Ali Arxitektoruna”na sitayiş edirlər. Masonların təliminə görə nə dil, nə dərəcə, nə var-dövlət, nə vəziyyət onlar üçün məna kəsb etmir, onlar üçün bütün masonlar qardaşdırlar. Adi xalq isə, böyük fransa inqlabının ideoloqu mason Volterin dediyi kimi, kobud və dözümsüzdür – bunlar – boyunduruğa, çodara və yemə ehtiyacı olan öküzlərdir.
Mason rəmzlərinin və ayinlərinin yəhudi mənşəli olması da hamıya məlumdur. Onların təliminə görə masonlar Adəmdən fərqli olaraq Yeqova (Yəhva) Allahına bərabər olan və oddan yaranan Kainin nəslidirlər. Masonların özlərini adi insanlardan fərqli hesab etmələri də onların mənbələrdə seçilmişlər adlanmaları ilə bağlıdır. Qeyd etmək lazımdır ki, peyğəmbərlər nəsli də mənbələrdə seçilmişlər adlandırılır. Sufi dahisi İbn Ərəbiyə görə, peyğəmbərlər xüsusi müqəddəslərdir ki, yüksək əbədi səviyyələri mövcuddur, onlar odda, yəni cənnətdə elçi və peyğəmbərlərlə əbədi dünyada olurlar. Bu isə o deməkdir ki, özlərini peyğəmbərlərlə eyniləşdirən qədim masonlar adi insandan fərqli olmuşlar.
Həqiqətən də, Tövrata görə Allah iki növ insan yaratmışdır. Araşdırıcı A. L. Xosroev, Aleksandriyalı Filona əsasən yazır: «Təşkil olunmuş insanla (Tövrat, I kitab.2:7), Allahın obrazı ilə əvvəl yaranmış insan (Töv. I kit.1:27) arasında çox böyük fərq var... «Yer» (Töv. I kit.2:7) və «Göy» (Töv. I kit.1:27) insanı. Göy adamı, Allahın obrazından yarandığı üçün məhv olmur və yerə aidiyyəti yoxdur, yer adamı isə qanunsuz materiyadan yaranmışdır ki, onu Musa peyğəmbər «kül» adlandırmışdır. Buna görə də Filon deyir ki, Göy insanı əllə düzəldilməmiş, Allahın obrazı ilə nüsxələnmişdir (möhürlənmişdir). Yer adamı isə usta vasitəsi ilə düzəldilmişdir» (А. Л. Хосроев, «Александрийское христианство», M. 1991, səh.110). Bu fikir Quranla da təsdiqlənir: «O sudan bir insan düzəldib, ona qohum kişi və qadın yaratdı. Allah həqiqətən qüdrətlidir» (Quran, 25:56). Əgər biz su rəmzinin mənbələrdə ilkin materiyanın rəmzi olduğunu nəzərə alsaq, başa düşərik ki, Adəm adi insan yox, «dirilik suyundan», yəni ilkin materiyadan yaradılmış mistik varlıqdır. Bu isə o deməkdir ki, masonlar özlərini Allahın obrazı ilə nüsxələnmiş Göy insanının törəmələri hesab edirlər. Lakin Göy insanı dedikdə Göy türkləri yada düşür ki, Xəzər ətrafında yaşamış məhz bu türklər mənbələrdə yəhudilər adlanır.
Məşhur ingilis alimi Artur Kestler 1976-cı ildə Amerikada çap olunmuş «Onüçüncü boy» kitabında onlarla sitat gətirərək bütün dünyaya sübut etmişdir ki, yəhudilər indiki İordan ərazisindən yox, arilərin (ər-ərənlər) vətəni olan Qafqazdan çıxmışlar və əsl yəhudilər Xəzər xaqanı və türk bəgləridir (A. Кестлер. «Тринадцатое колено», sayt: http://www.lib.ru/INPROZ/KESTLER/hazary.txt). Bunu bütün qədim mənbələr də təsdiq edir. Belə çıxır ki, Göy insanlarının vətəni Midiya ərazisində yaşayan türk bəgləridir.
Əhdi-Ətiqdə Midiya - Madiam kimi qeyd olunur ki, bu şəhər Xanaan torpağında yerləşir və oranın əhalisi, subasmanı yaşamış cadugərlərin, ən qüdrətli müdriklərin və maqların övladlarıdır. Mənbələrə görə, Midiya ölkəsinə yəhudiləri assuriyalılar köçürmüşlər. Əl-Müqəddəsi də təsdiq edir ki, «Midiyada yəhudilər xristianlardan çoxdurlar». Quranda Midiya – Madyan kimi qeyd olunur ki, Musa peyğəmbər məhz burada göydən İlahi od gətirib ondan “Vəhy çadırı” düzəltmişdir və s.
Digər tərəfdən rəvayətə görə masonlar Xaldeya, Misir və Hindistan müdriklərinin və alimlərinin irsidir. Qədim dilçiliyə görə Xaldeya/Xald rəmzi Kelt/Gelad rəmzi mənasındadır ki, mənbələrdə bu rəmz məhz Gel elinə aid edilir.
Tarixçisi M. Xorenatsi bildirir ki, Qüds, yəni Yerusəlim şəhəri tikilib qurtarandan sonra o Gel adlanmağa başlandı. Herodota (IV/ 8) görə, Gerionun öküzlərini qovub Gelə gələn Herakl, buradakı mağarada öz atlarına görə, yarıinsan-yarıilan olan Yexidna ilə cütləşir və buradan şah nəsli olan şah skifləri yaranır. İppolit, özünün V kitabı olan «Refutatio»-nun sonunda psevdoqnostik İustinin sistemini təsvir edərək İustinin doktrinasını Herodotun Herakl haqqındakı rəvayətlə əlaqələndirir. İppolit, hər şeydən əvvəl onun tələblərini çatdırır: «Göz görməyən, qulaq eşitməyən, ürəyə dammayan, və hamıdan uca olan böyük səadəti bilmək istəyirsənsə, bu təlimin gizli saxlanmasını and iç» (Ref. V/24.). Burada İustin, Heraklın Yexidna ilə cütləşməsini, Ata adlandırdığı Allahın Edemlə (İzraillə) cütləşməsi kimi təsvir edir ki, buradan 24 mələk doğulur. Belə çıxır ki, son adı Gel olan Qüds, yəni Yerusəlim şəhəri bilavasitə Allahla bağlıdır və mənbələrdə «ilandan doğulmuş midiyalılar» deyəndə də Midiya ərazisində yaşayan Kaduslar, yəni müqəddəs mələklər nəsli nəzərdə tutulmalıdır.
Mənbələrdə mələk rəmzi mələhi, məlahi, əl-mülhid, əl-məlahid kimi yazılır ki, bu insanlar Midiya ərazisində ismaililər və nizarilər kimi tanınır. Lakin Mülhid, məlahid rəmzləri mələküt rəmzinə də uyğun gəlir ki, bu da sufilər dahisi Qəzaliyə görə göydəki mələklər dünyasıdır. Quranda Mələküt - yerdəki Mülkün hakimiyyətinin əksi, Allahın ali hakimiyyəti, Allahın əmri və İlahi sirlərin əsası mənasındadır (Quran, 6:75, 7:185, 23:88, 36:83). Bu isə o deməkdir ki, Heraklın Yexidna ilə cütləşməsi kosmik hadisədir və göydə yaradılmış ruhlar dünyası ilə bağlıdır.
İppolitin bu hadisəni çox gizli sirr kimi təqdim etməsi bunun hamı üçün nəzərdə tutulmaması deməkdir. Eyni mənalı yazılar Şumer, Babil, Assur və s. mənbələrdə də verilir. Bu mətnlərdə vacib öyüdlər «xəbərdarlara» dodaqdan dodağa ötürülürdü. Konteney, Assur-Babil ədəbiyyatı haqqında yazır ki, «həqiqətən də biz uyğun sahənin tam izahı ilə əlaqədar bir dənə də olsun, nəsihət xarakterli inşa tapa bilmərik. Kahinlər çalışırdılar ki, xalqa elə inşalar çatdırılsın ki, onların əsl mənalarının dərki üçün mütləq şərhçiyə ehtiyac olsun. Mətndə tez-tez bu ifadə təkrarlanır: «Yalnız xəbərdarı sən bununla tanış edə bilərsən, xəbərdar olmayanlar bunları bilməməlidir!». Bütün bunlar o deməkdir ki, ilkin masonluq da məhz Allahla bağlı sirləri bilən insanların təşkilatı olmuşdur.
Bu sirləri daha yaxşı başa düşmək üçün isə Süleyman peyğəmbərlə bağlı digər faktlara daha dərindən nəzər salaq. Qurana görə, Süleyman peyğəmbərə kosmik qüdrət verilmişdi. Davudun yerinə keçən Süleymana Allah quşların dilini və bütün istədiklərini vermişdir: cinlər, insanlar ordusu onun qarşısında yığışmışlar, onun işlərini görürlər və Allah özü onu himayə edir. Allah ona, onun istəyi ilə hər yerə axan küləyi tabe etmişdi ki, o hara istəsəydi, külək ora hərəkət edirdi (Quran, 21:81-82, 27:16-17, 34:10-13, 38: 33-39). Digər mənbələrə görə də Süleyman maqların ən alisi olmuşdur. Ərəb tarixçiləri isə təsdiq edirlər ki, Süleyman peyğəmbər özü və bütün sarayı uçan xalçada Göydə uçurmuş. Xalça yaşıl ipəkdən toxunmuş və eyni zamanda yüzlərlə insanı daşıya bilirmiş. Yəhudi deyimlərinə görə isə xalçanın sahəsi altmış kvadrat milə bərabər olmuş, yaşıl ipək isə qızılla naxışlanmışdır və s.
Misirdə, Naq Hammadidə tapılmış «Həqiqətin şahidliyi» adlı mətnlərdə yazılır ki, Süleyman Allah evini cinlərin köməyi ilə tikmişdir. Tikib qurtarandan sonra, o cinləri məbədgahda bağlamışdır. Belə çıxır ki, Yerusəlimi, yəni Qüdsü - Süleymanın elə orada bağladığı cinlər tikmişlər.
Qurana görə Allah cinləri, Ona səcdə etməsi üçün xüsusi olaraq təmiz və qızğın oddan yaratmışdır (Quran, 51:56, 55:15, 15:27). Quranın 72-ci surəsi «əl-Cinn», yəni cinlər adlanır və burada onlar düzgünlüyü sevən qüdrətli keşikçilərdir və onlar nur saçırlar (Quran, 72:5,7). Bütün dinlərdə və qədim mənbələrdə təmiz od dedikdə, yer kürəsini əhatə etmiş və bəşəriyyətə həyat vermiş ilkin materiya nəzərdə tutulur.
Şumer mifologiyasında “qal” (gel), akkadlarda “qallu” adlandırılan cinlər yeraltı dünyanın, yəni cəhənnəmin ruhları hesab edilirdilər («İstoriya drevneqo Vostoka», tom I, M., 1983, səh. 453). Qədim misirlilərin məşhur «Ölüm şahlığı» kitabında qeyd olunur ki, ilan və ya insan simasında olan cinlər Sokaris (Sokar/Arsak – F. G. B.) gizli mağarasını qoruyur. İbn Sinanın «Yakzan oğlu Hayy haqqında traktat»a görə isə cinlər (hinn) və mələklər Şərq tərəfdə yaşayırlar və onları sərhəd ayırır. İbn Sina buradakı mələklər nəslinin yurdunu, ruhun bədəndən çıxıb azad olandan sonra son mənzili kimi göstərir və qeyd edir ki, Göylərə aparan yol bilavasitə buradandır və bu yolun insan üçün tapılması mümkün deyil. Göylərdə yaşayanların isə öz şahı var, onu ən yaxın etibarlı gözətçiləri qoruyur. Günəş rəmzində olan məhz bu şahı İbn Sina Allah kimi göstərir. Bu isə o deməkdir ki, Süleyman peyğəmbər cinlərin köməyi ilə göydə, yəni ilkin materiyada ruhlar dünyası yaratmışdır ki, bu binanın rəmzi oxşarı da yer altında gizlədilmişdir. 
Məhşur sufi müqəddəsi Əziz Əd-din İbn Mühəmməd Nəsəfi (XIII əsr), özünün «Zübdad əl-xəkaik» əsərində ilkin materiyanı ağılla, ruhla, şüa ilə, kəlamla, Cəbraillə, Mikaillə, İsrafillə, Əzraillə, «Lövhi-Məhfuz»la, Allahın evi ilə, Adəmlə, mələklər şahlığı ilə və s.-lə əlaqələndirir ki, bu da, bütün bunların məhz ilkin materiyadan yaranması mənasındadır.
Misirşünas U. Bac, «Nesi Amsu-nun papirusu»ndan Amon Allahının ilkin materiyada, yəni Yer kürəsini əhatə etmiş efirdə «dünya» yaratması prosesini açıqlayır. Bu sirli yazıda söhbət, qədim Misirdə Allahların atası və ağası adlandırılan Amonun, sular adlandırılan ilkin materiyada, yəni göydə Osiris (Oziri) adı ilə Allahlar nəsli olan Oziri nəslini və Qeb (Qaba aləm/Qiblə/Kəbə) torpağını yaratması prosesindən gedir. Süleyman [SLMN] rəmzi də, yalnız samitlərin xüsusi məna ifadə etdiyi qədim Misir dilçiliyində və sufilikdə “İssi-El-Amon” [SS-L-MN]  kimi izah olunur ki, bu da göydəki elin ruhunun Amon Allahının ruhu olması mənasındadır. Tövrat kitabından bilirik ki, Yaqub, İlahi yuxu görəndən sonra, başının altındakı daşı «Betel» (əl-Beyt –F.G.B.) adlandırmış və «bu yer necə də qorxuludur! bura Allah evindən başqa bir şey deyildir, bura Göyün qapılarıdır» demişdi. Bu isə o deməkdir ki, Allah evi dedikdə eyni zamanda Amon Allahının göydə yaratdığı ruhlar dünyası nəzərdə tutulmalıdır.
Yaqubun (Ya-Qeba) digər adının İsrail/İzrail (Osiri-Eli/Oziri-Eli) olması onu göstərir ki, qədim Misir mətnlərinə görə göydə yaradılmış Qeb “torpağı” (İslamda Kəbə və Qiblə) elə Osiris/Oziri Allahının göydəki elidir. Qeb [QB] rəmzi yəhudi dinində Allahın İeqova [QV] adı kimi də qalmışdır ki, mason lojalarının sədrlərinin və ya ustalarının əyləşdiyi taxtdakı rəsmlərdə nur saçan günəşin içində və hər yerdə yəhudi hərfləri ilə İeqova (Yahve) sözü yazılmışdı. Mason lojalarının “Allah xalqı”, “Yeni İzrail” adlandırılması, onların bilavasitə qədim yəhudilərin, yəni türk bəglərinin təşkilatı olması mənasındadır. Bu isə o deməkdir ki, ilkin masonluq bilavasitə göydə yaradılmış Qeb aləminin yaradılması ilə bağlı olmuşdur. “Kitabi-Dədə Qorqud”da Qeb rəmzi “Qaba aləm” adlandırılır ki, onu da Bayandur xan “götürmüşdür” və s.
Qeyd etmək lazımdır ki, İzrail və Əzrail rəmzi qədim dilçilikdə Oziri-Elı (Azər eli) mənasını verir ki, bu da göydəki Qaba aləmin elə Oziri Allahlarının, yəni Əzraillər elinin olması deməkdir. Tövrata görə, İzrail (İsrail) yəhudiləri - amoreylər, yəni marlar torpağı (Midiya) olan İazər, yəni Azər (Oziri) torpağlarında yaşayırmış və onlar amoreyləri qovub onların kəndlərini tutdular (Библия; Чис.21:32). B. A. Turayevə görə də amoreylər, yəni mar-midiyalıların ölkəsi Aziru, yəni Azər/Oziri şahlığıdır.
Azəri torpağında nurla bağlı insanlar - pirlər, bəglər, seyidlər, şıxlar nəslidir ki, bu gün də onların yaşlı nəsli adi insan olmadıqlarını və Allahın nurundan yarandıqlarını iddia edirlər. Pirlər nəslinin sözlə varlıqlara fiziki təsiri və hətta adam öldürmək qabiliyyəti, bu insanların həqiqətən Əzraillər nəsli olması deməkdir. Mənbələrdə kadusların, yəni kuddus müqəddəslərinin “qaniçən” adlandırılması da onların ölüm şahı Ozirinin nəslinin nümayəndəsi olması ilə bağlıdır. Qədim Misir yazılarına görə Allah ilk olaraq məhz ölüm şahlığının hakimi Ozirini (Azər) İlahi nurdan bəşəriyyətə hökmran kimi yaratmışdır. Daha sonra isə Set rəmzində dünyanın 72 millətini adi gildən tərtib etmişdir. Bütün bunlar o deməkdir ki, ilk mason təşkilatını məhz Azəri müqəddəsləri olan pir, bəg, seyid, şıx nəsli yaratmışdır və burada da əsas məqsəd yaranışla bağlı sirlərin gildən yaranmış yer insanlarından gizlətmək olmuşdur.
Quranda açıq qeyd olunur ki, Quran kitabı məhz İsrail oğulları üçün, yəni Azəri müqəddəsləri üçün göndərilmişdir və onlar Allah üçün bütün bəşəriyyətdən üstün olmuşlar: «Həqiqətən, Bu Quran İsrail oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir. Və həqiqətən o, əldə rəhbər və möminlər üçün rəhmətdir (mərhəmət)… And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət və peyğəmbərlik əta etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərə üstün etmişdik!… Ey İsrail övladları! Sizə bəxş etdiyim nemətlərimi və sizi vaxtilə bütün aləmlərdə üstün tutduğumu yada salın… Ey İsrail oğulları, Sizə bəxş etdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözə əməl edin ki, mən də sizə olan əhdimi yerinə yetirim və yalnız məndən qorxun… Biz onları elmlərinə görə aləmlərdən üstün tutduq… Biz İsrail oğullarına kitab, müdriklik və peyğəmbərlik verdik, və onlara pak nemətlərdən ruzi verdik və onları aləmlərdən üstün etdik!... Verdiyi nemətlərlə sınamaq üçün O, yerdə sizi varislər etdi və dərəcələrə görə birinizi digərindən üstün tutdu. Həqiqətən, sənin Allahın cəzanı tez verəndir, bağışlayan və rəhmlidir» (Quran, 27:76,77, 45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165). Azəri müqəddəslərinin Allahın varisləri sayılması, onların möcüzələr göstərmək qüdrətində Allaha yaxın olması ilə bağlıdır. Bu nəslin Allaha «söz verməsi» deyəndə isə, onların Ararat dağında Allahla bağladıqları müqavilə başa düşülməlidir (Tövrat. I kit.8:4, 9).
Qəbul olunmuşdur ki, İbrahim və digər bütün peyğəmbərlər yəhudilər nəslidir. Yazdığımız kimi qədim mənbələrdə yəhudi deyəndə bilavasitə Xəzər türkləri olan xaqan və bəglər nəsli nəzərdə tutulur. Xəzər rəmzi sufilikdə ölümsüzlük qazanmış Xızır peyğəmbərin rəmzidir və bu rəmz bilavasitə ilkin materiya, yəni İlahi odla bağlıdır. İlkin materiya isə adi insanlar üçün gözəgörünməzdir və onu yalnız şamanlıq, qamlıq məqamında görmək mümkündür. Buna görə də sufizmdə ilkin materiyanın rəmzi olan “X” (“Q”/“G”/“H” və s.) səsi mənbələrdə bəzən yazılmır və bu halda Xəzər rəmzi Azər rəmzi kimi oxunur. Erməni mənbələrində Xazarapati (Xazarapet-Xəzər-Yafət) rəmzinin eyni zamanda Azarapati/Azarapet kimi yazılışı Xəzər rəmzinin Azər rəmzi ilə eyni olması deməkdir. Buradakı Pat rəmzi isə Müqəddəs Azəri nəslinin - Yafət (Apet), yəni Misir yazılarındakı Pta Allahının nəsli olmasını göstərir. Qeyd etmək istərdim ki, islamda müqəddəs mənasını verən “Həzrət” rəmzi məhz Xızır-Ata fikrini ifadə edir ki, bu da elə Azər-Ata deməkdir.
Azəri müqəddəslərinin, yəni «Kitabi Dədə Qorqud»da «ərənlərin əvrəni» (ərənlərin yəhudisi, seçilmişi) adlandırılan Midiya yəhudilərinin əsas qolu «levit» adlanır ki, onlar öz həyatlarını Allaha həsr etmişlər. İslamda bu qol «əl-Beyt» (əhli-Beyt) kimi yazılır və Məhəmməd peyğəmbərin Ailəsi mənasındadır. Ümumiyyətlə, Məhəmməd rəmzi sufizmdə «Midiya maqı» deməkdir. Quranda Allah Nurunun (Quran, 24:35, 61:8-9, 64:8) Məhəmməd peyğəmbərə verilməsi və ibn Ərəbinin bu Nuru «Həqiqə Məhəmmədiyyə» (Haqq-Məhəmməd) rəmzi ilə əlaqələndirməsi onu göstərir ki, Məhəmməd peyğəmbər adi insan yox, Kosmik İnsan (Adəm) olan və Allah funksiyasını daşıyan bir Varlıqdır. Belə çıxır ki, Məhəmməd peyğəmbər - nəhəng insan, yəni Allahu-Kəbirdir (Əkbər). Sufilər dahisi Qəzaliyə görə də Məhəmməd peyğəmbər kosmik insanın obrazıdır. Məhəmməd peyğəmbərin «iki dünyanın ağası» adlanması isə o deməkdir ki, o məhz qədim Misirin Ra-Amon (Amon-Ra), yəni Ra-Əman – Rəhman Allahının obrazıdır. Bütün bunlar isə o deməkdir ki, qədim mason lojaları həqiqətən də insanların bilmədikləri bilən xüsusi insanların təşkilatı olmuşdur.
Mövzudan kənara çıxaraq qeyd etmək istərdim ki, bu gün heç bir islam alimi əl Ərəbi, Qəzali, Əşari və s. kimi islam dahilərinin kitablarına təfsir verə bilmir. Yəhudi ravvinləri də, xristian alimləri də nə Tövratda, nə də digər qədim yazılarda söhbətin nədən getdiyini belə dərk edə bilmirlər. Bu isə o deməkdir ki, qədim masonların qoruduğu gizli elm bu günə qədər də sirli qalmışdır. Bu gün isə mason lojalarında oturanlar özləri də bu elmdən xəbərsizdirlər. Çünki onlar həqiqi masonların törəmələri deyil, adi insanlarla qarışmış, vəzifə və imkanlarına görə mason adı altında birləşmiş insanların toplumudur.
Masonların qüdrətli lojalarından biri də 1776 ildə yaradılmış “Oziris” adlanırdı ki, burada yalnız şahzadələr və əsilzadələr nəslinin nümayəndələri yığışmışdı.  Masonlar Allahı “Bütün dünyaların Ali Qururcusu” adlandırırlar və bu onların qədim sirlərdən həqiqətən xəbərdar olması ilə bağlıdır. Çünki, yalnız qədim sirlərdən xəbərdar olanlar bilir ki, Allah mücərrəd bir varlıq yox, magiya vasitəsi ilə insanları və göydə ruhlar dünyası yaratmış, əvvəllər yerdə insan kimi yaşamış, ərşə yüksələndən sonra isə bütün dünyanı özünə tabe etmiş Misirin ilk fironu Amonun ruhudur. Azad bənnalar (free-mason) sözündəki “azad” sözünün “free” rəmzi ilə qeyd olunması da rəmzlər dilində firon, yəni qədim Misirin ilk Pir-i mənasında olması deməkdir.
Mason ordeninin ən ali rəhbərliyi Şərq adlanır ki, bu da Şərqin seçilmişlər vilayəti olması ilə, bütün insan müdrikliyinin məhz buradan çıxması ilə əlaqədardır. Ümumiyyətlə, Şərq rəmzi azərbaycanlı dahi Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfəsində əsas yer tutur. Burada “Şərq” dedikdə söhbət coğrafi yerdən yox, metafizik Şərqdən, Ruhun Şərqindən gedir. Sührəvərdi fəlsəfəsinin araşdırıcısı A. Korben qeyd edir ki, Sührəvərdi ezoterizmi, Şərq rəmzi altında ruhun mənbəyi, Mələkütü (mələklər aləmi) nəzərdə tutur: «Bu Şərq əsl mənbə, hər şeyin mərkəzi və məqsədidir. Oradan varlıqların kainata yolu başlayır və «Qərb quyuları ilə» sınaqdan keçəndən sonra ora da qaytarılır». Sufilər «Şərq» deyəndə, yer üzərində, yəni torpaqdakı məkan yox, vertikal istiqamətdəki, yəni Göydəki Allahlar, mələklər dünyasını nəzərdə tuturlar. Bu ölkə şəxsiyyət kimi də, yəni Mələk, Pir, Simurq, Cəbrail, Süleyman şah, Xızır (Xıdır), Aran və s. adlar altında da çıxış edir.
Biz yuxarıda qeyd etdik ki, Midiya ərazisindəki ismaili-nizariləri - məlahi, yəni mələk adlandırırlar və onlar əl-mülhid, yəni Mələküt dünyası ilə bağlıdırlar. İsmaililərin bu dünyası Ələmut adlandırılan sirli qala ilə bağlıdır ki, ismaili-nizarilərə buna görə “qala adamları” da deyilir. Maraqlı haldır ki, tamplierlər, yəni Süleyman məbədgahı ordeninin varisləri də özlərini “məbəd adamları” adlandırırdılar ki, buradakı məbəd elə Süleyman peyğəmbərin tikdiyi qala mənasındadır. Mənbələrə görə bu ordenin ilk cəngavərləri Allahın Qəbrinin məbədgahının xidmətində durmaq üçün təşkil olunmuşdular. Belə çıxır ki, tamplierlər ordeni elə Həsən ibn Sabbahın sufi ordeninin avropaya və s. ölkələrə çoxdan köçmüş bir qoludur və xristian Allahının (İsa peyğəmbər) da qəbri məhz burada yerləşir.
İsa peyğəmbər Nazaretin Qaliley şəhərindən olmuşdur ki, burada «Nazaret» deyəndə nizarilər, yəni ismaililər eli nəzərdə tutulur. Nizari/Nazaret rəmzinin «Nisir» variantı, Gilqameş haqqındakı rəvayətdə Subasmadan sonra (Nuh) gəminin «lövbər saldığı» dağın adıdır. Qaliley deyəndə isə Qalil/Xəlil, yəni Gel-eli başa düşülməlidir. Təsəvvüf elmində xəlil/xulul rəmzləri - «Allahla vəhdət təşkil etmək», «Allaha qovuşmaq» mənasındadır. Deməli, Gel eli dedikdə Allahın göydə yaratdığı Mələküt dünyası ilə vəhdət təşkil edən müqəddəslərin yurdu başa düşülməlidir.
Biz yuxarıda Gel elinin Herodotla əlaqəsindən yazdıq. Əlavə olaraq bildirmək istərdim ki, ən qədim Misir mənbələrində Gel eli Yuxarı və Aşağı Geldən ibarətdir və bura, yəni Geliopol - Günəş Allahı Ra-nın vətəni hesab edilir. Geliopoldan çıxan Ptah (Yafət) Allahı indi də yaşayır və məhz burada Osiris, yəni Azər Allahının bədəni uyuyur. Ölənlərin ruhları da məhz burada yeni sima alıb ruhlar dünyasına köçür. Digər tərəfdən məhz buradakı Biqqe məbədgahında (Quranda Bəkkə) Ba Allahı (İslamda Vallah) bildirir ki, “O, bütün olmuş və olacaqların yazıldığı kitabı (“Lövhi Məhfuz”) qoruyur”. Buxariyə görə Məhəmməd peyğəmbərin evi vərəsəliklə Akilə, yəni Gelə çatmış evdir.
Biz qeyd etdik ki, sufilikdə  və qədim dilçilikdə Məhəmməd rəmzi “Midiya maqı” deməkdir. Midiya rəmzi isə Mədinə [MDN] rəmzi ilə eyni olan əl-Mədain [MDN] rəmzinə uyğun gəlir ki, bu şəhər də sasani iranın Ktesifon (Katus-Fon) şəhəri hesab edilən və ərəblərin sasanilərlə Kadisiyyə (Kadus ərazisində) ətrafındakı qələbə vuruşundan sonra ona verilən addır. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər həqiqətən Kadus/Kuddus müqəddəsləri nəslindəndir. “Batini-Quran” kitabında biz buna aid çoxlu sayda sitatlar gətirmişik. Buxarinin hədislərində Məhəmməd peyğəmbərin həcclə bağlı saç yapışdırması, qətra sürtməsi, ihram vəziyyətində olması, qurban kəsməsi və s. magik rituallar keçirməsi, onun həqiqətən də Midiya maqı olması deməkdir və s.
Bütün bunlar isə o deməkdir ki, İsa peyğəmbərin, qədim Misir Allahlarının və İslam müqəddəslərinin də vətəni Azərbaycan ərazisində mövcud olmuş Midiya şəhəridir və mason təşkilatı da xristian Allahının qəbrini məhz burada qorumuşlar.
İsmaililərə görə, İmam - irqin fəxri olan Nizardır, hansı ki, deyilənə görə sağdır, lakin onu heç kim görə bilməz. O həmişə əbədi yaşayır və şahlıq edir. Nizarın əbədi yaşayıb şahlıq etməsi, onun Qədim Misirin Nu-Oziri (Nizar) Allahı rolunda olması mənasındadır. Belə çıxır ki, Nizar deyəndə qədim Misirdə ilkin materiya (dirilik suyu, İlahi od və s.) mənasında olan Oziri/Osiris Allahı başa düşülməlidir. Qədim Misir mətnlərinin birində Osiris-Nu Allahının – «mən Sebek Allahı kimi diriləcəyəm» deyimi isə Sabbahın məhz qədim Misirin Sebek Allahı rəmzində olması mənasındadır. Buradan çıxan nəticə isə odur ki, Midiyanın Ələmut qalası bilavasitə Allahla bağlı olan qaladır və buranın əhalisi də ölümsüzlük qazanmış Xızır (Xəzər/Azər) peyğəmbərin, yəni Xəzər türklərinin törəmələridir.
Türk rəmzini tarixçi M. Xorenatsinin Tork kimi yazır və Anqelea rəmzi ilə, yəni mələklə eyniləşdirir ki, bu da tərikə yolunu keçərək sufiliyin bəqa (Allahla vəhdət) səviyyəsinə ucalmış Azəri bəglərinin (bəqa səviyyəsində olanlar nəsli) elə mələklər nəsli olması mənasındadır. Deməli, Həsən ibn Sabbahın mələhiləri elə Azəri türk bəgləridir. Kitabi - Dədə Qorqudda məhz bu bəg-ərənlər “Dünya mənim” deyərək öyünürlər ki, bu da onların, “Dünyanın sahibləri” olması mənasındadır.
Qeyd etmək lazımdır ki, əsası hələ XVII əsrdə qoyulmuş və XIX əsrdə yenidən dirçəldilmiş “Qızılgül və Xaç Qardaşlığı” (Rozenkreyser Ordeni) mistik təşkilatının banilərindən hesab edilən və Kral Mason Ensiklopediyasının müəllifi olan mason Kennet Makkenzi Həsən ibn Sabbahın mistik ordenini mason ordeni adlandırır və qeyd edir ki, “onlar İslamın gizli doktrinasının müəllimləri olmuşlar: onlar riyaziyyat və fəlsəfəyə üstünlük vermiş və çox qiymətli əsərlər yaratmışlar. Ordenin Başçısı Şeyx əl-Cəbəl (“Dağ Qocası”) adlanırdı və onların Böyük Müəllimi kimi həyat və ölüm vermə gücünə malik idi”. Bu isə o deməkdir ki, sufi türklərinin qardaşlığı ilə masonların təlimləri eyni mənbədən qaynaqlanır.
Digər tərəfdən, mason təşkilatı da sufi təşkilatı kimi səviyyələrə bölünür və sufi qardaşlığı kimi də qardaşlıq adlandırılır. Onların öz rəmzlər dili mövcud olmuşdur. Ümumiyyətlə, qəbul olunmuşdur ki, mason ideologiyası – insanlar üzərində ali hakimiyyətin, seçilmişlərin ideologiyasıdır. Masonların son məqsədi – onların hakim olduğu dünyəvi qayda-qanunun yaradılmasıdır. Rus masonları özlüyündə və dünyadakı pisliklərə qarşı mübarizədən, bu dünya ilə ruhlar dünyası arasındakı mistik pillələri qalxmaqdan danışırdı. Bu pillələrdə çoxlu səviyyələr var ki, bunların da əsası – özünüdərk, tövbə, daxili  məbədin tikilməsi, ali dərketmə, bəzilərində - ekstaz, digərlərində isə böyük sükutda  seyretmədir (О. Платонов «Тайная история масонства»). Bu isə elə sufi silsiləsi, sufi məqamları deməkdir.
Rus masonu N. Novikovun yazdığına görə masonluğa daxil olanlara “İşin altı böyük günləri” sirli çertyoju göstərərək deyirdilər ki, “bu çertyoj kabbala ilə tərtib edilib, aşağı qradusda olanlar onu dərk edə bilməzlər. Onu yalnız  yuxarı qradusda olanlar anlaya bilərlər”. Ən ali təbəqəli mason, doktor Papyus isə ilk masonluq haqqında belə deyir: “Görünən işıqdan başqa, onlar (qardaşlıqlar) varlıqlarda naməlum güc və enerjin mənbəyi olan görünməyan nuru seyr edirdilər. Bu dünyaya düşən və hər bir insanı nurlandıran bu gizli nur beşbucaqlı ulduz şəklində təsvir olunur”. İnsan rəmzində olan və özündən sirli nur saçan məhz bu beşbucaqlı “alovlu ulduz” dünya masonlarının emblemi oldu (В.Ф.Иванов «Тайны масонства»). Papyusun qeyd etdiyi nur, elə sufilərin cövhər və s. adlandırdıqları ilkin materiyadır ki, bütün həyat məhz ondan başlamışdır. Bu isə o deməkdir ki, ilkin masonlar olan Göy insanları - nurdan xüsusi iş üçün yaradılmış pirlər, bəglər, seyidlər, şıxlar və s. Azəri müqəddəsləri olmuşlar.
Əflatuna görə, əbədi, dəyişməz elə ideya dünyası var ki, oradan bu dünyaya ilkin materiya tökülür. Ptolomeyə qədər ilkin materiya - uzadılmış düzbucaqlı şəklində qeyd olunurdu ki, mason lojaları da məhz bu rəmzlə qeyd olunur (О.Платонов «Тайная история масонства»). Masonlar lojalarını çox vaxt Süleyman məbədi adlandırırdılar və qarşılarına məqsəd kimi onlar, insan üçün yer cənnəti olan Edem yaratmaq, yerdə qızıl əsrdə olduğu kimi həqiqət və məhəbbətin hakim olduğu cəmiyyət qurmaq olmuşdur. Lakin masonların cənnətini qurmaqda insanlara maneə kimi din, monarxiya, millətlər durur ki, onlarla da mübarizə aparmaq əsas işlərdən hesab edilir. Masonların Allaha yox, dünyanın Arxitektoruna müraciətləri, onların bilavasitə dünyanın qurucusu olan Amon Allahına müraciətləri mənasındadır. Məhz O, əvvəl ilkin materiyanı özünə tabe etmiş, daha sonra isə ərşə yüksələrək, onunla vəhdət təşkil etmiş (sufilərdə “Vəhdət əl-Vücud) Ra-Amon Allahına (islamda Rəhman) çevrilmişdir. Məhşur filosof Spinoza (XVII əsr) da Allah dedikdə məhz bu Arxitektoru nəzərdə tutur ki, O “Dünyanı” öz azad iradəsi ilə yaratmışdır. Spinoza bildirir ki, hər yerdə mövcud olan və vahid olan Allaha iman vacibdir, lakin kim Allahı və onun yerə təsirini necə təsəvvür edirsə, onun inamının mahiyyətinə dəxli yoxdur. Qoy hər kəs, ağlının dərketmə qabiliyyətinə uyğun olana inansın” (В.Ф.Иванов «Тайны масонства»).
Mason təşkilatında - günəş, dünyanın və birliyin sütunu, iki birləşmiş əl, pərgar, künc ləməsi və s. rəmzlərinə üstünlük verilirdi ki, bu rəmzlərin hamısı Amon Allahı və onun yaratdıqları ilə bağlıdır. Təsəvvüf elmində və qədim Misirdə günəş – Günəş Allahı olan Ra-Amon (Rəhman), sütun – göydəki Qaba aləmi saxlayan göy sütunları (Herakl sütunları), iki birləşmiş əl isə qədim Misirdə Allahın əllərinin (Ka) göydəki kölgəsi (islamda Ələm) mənasındadır. Burada pərgar, künc ləməsi və s. rəmzlər isə Amon Allahının yerin altında gizlətdiyi Allah evinin (Süleyman məbədgahı) tikintisinin çox dəqiqliklə aparılmasına işarədir.
Süleyman məbədgahı ordeninin varisləri olan tampliyerlərin əsas rəmzlərindən biri at üstündə iki nəfərin rəsmidir ki, masonlar bunu, ilk masonların kasıb olmaları ilə izah edirlər. Təbii ki, bu qədim sirlərdən xəbəri olmayan adi insanın izahıdır. Həqiqətdə isə, bir at üstündə iki nəfər dedikdə, “Kainat atı”nı minmiş iki nəfər başa düşülməlidir ki, buradakı birinci insan qədim Misir fironu Amon, ikincisi isə axirətdə onun yerinə keçəcək Mehdi mənasındadır. Kainat atı (mifologiyada kentavr, islamda Buraq) dedikdə, bütün yer kürəsini əhatə etmiş ilkin materiyanı öz atı rəmzində “minmiş” və onu idarə edən insan ruhu təsəvvür olunmalıdır. Qədim Misir yazılarında “minmək” rəmzi çətin dərk olunan xüsusi rəmzlərdən hesab olunur ki, mən “Batini-Quran” kitabımda buna və Kainat atının yaradılması prosesinə elmi izah vermişəm.
Masonların əsas rəmzlərindən biri də, ortasında bir göz olan və uc hissəsi göydə şəfəq saçan, aşağı hissəsi isə yerdə təsvir olunan piramidadır. Bütün qədim rəmzlər kimi bunun da bir neçə mənası var ki, burada əsas məna: Dünyanı idarə edən Ra-Amon Allahının göydə olması, hər şeyi gözləri ilə görməsi və idarə etməsidir. Göydə təsvir olunan kiçik piramida eyni zamanda, ən qədim zamanlarda göydə yaradılmış Mehdinin ruhu (ağlı, yaddaşı) və “dünyası” mənasındadır ki, məhz O axirətdə yerə enməli və yaradılış tam başa çatmalıdır.
Piramida rəmzi (Prometey rəmzi kimi) qədim Misir dilçiliyində və sufilikdə Pir-Mada mənasında “Müqəddəs Midiya” deməkdir. Bu rəmz ümumiyyətlə əbədilik, uzun müddətlilik mənasındadır və Ra-Amon Allahının bu yaratdıqlarının hələ uzun müddət yerdə mövcud olacağına işarədir. Masonların bu rəmzi özlərinə əsas rəmz seçmələri də onların Ra-Əman (Rəhman) Allahının göstərişlərinin həyata keçirənləri olmaları deməkdir və s.
Cihangir Gener “İsmaililik ve Templiyerler” məqaləsində Süleyman məbədi varislərinin ismaili şıələrinin əlaqəsindən yazır. Müəllif, xristianların xaç yürüşləri zamanı ismaililərlə görüşdüklərini bildirir. Xaç yürüşlərinin əsas məqsədi müqəddəslər müqəddəsi olan Süleyman məbədinin yerləşdiyi Qüdsü müsəlmanların əllərindən almaq və onu qorumaq olmuşdur. Görüş zamanı məlum olur ki, xristianların Batıni doktrin məbədini qorumaq istəyən xaçlılarla assasinlər eyni ideyaya qulluq edirlər.
Cihangir Generin yazdığına görə xristian şovalyeləri Həsən Sabbahın dəvəti ilə Ələmut qalasını ziyarət edir və burada islamın gizli doktrinası ilə tanış olurlar. Buradan qayıtdıqdan sonra xaçlılar katolik inancından uzaqlaşaraq ağıla üstünlük verən ezoterik doktrinə bağlanırlar. Tampliyerlərin bu inanc dəyişikliyi sonradan bütün Avropaya yayılır və bu katolik kilsəsinin də zəifləməsinə səbəb olur. Bunu görən Papa onları müsəlmanlarla əlaqə qurmaqda və hətta müsəlmanlaşmada günahlandırır. Məhz bundan sonra onlar ezoterik bilgiyə əsaslanan həqiqi inamı saxlamaqla xristian ənənəsini qoruyurlar.
 Təşkilatlanmalarını ismaili təşkilatına oxşatmağa çalışan tampliyerlər, intizamı, ierarxiyanı, təriqətin başçısı olan Böyük ustada mütləq bağlılıq və itaət kimi ismaili qanunlarını tətbiq edirdilər. “Mass” adı verilən ayinlərdə, Müqəddəs Ruhun simvolu olaraq qəbul etdikləri çörəyə çirkli ola biləcək əlləriylə dəyməmək üçün əlcək geyən Templiyerlerin önlükləri də ağ idi. Templiyerlərin yalnız önlükləri və əlcəkləri deyil, bütün geyimlərində ağ rəng üstünlük təşkil edirdi. Bu ənənəni də ismaililərdən alan Templiyerler, tək fərq olaraq, libaslarınının üzərinə xaçlıların simvolu olan bir xaç tikdirdilər. Templiyerlər də, təlimçiləri ismaililər kimi, uca bir varlığa və insanın o varlığın bir parçası olduğuna inanırdılar. Cəngavərlərin ən əhəmiyyətli prinsipi, hər kəsi inanclarında azad buraxaraq, öz inanclarını kimsəyə zorla, məcburi qəbula çalışmamaq idi. Templiyerler, eynilə ismaililər kimi bir-birlərini tanıya bilmək üçün gizli işarə, parol və simvollardan istifadə etməyə başladılar. Bu gizlilik daha sonrakı illərdə Papalığın təzyiqlərindən xilas olmaq üçün də işə yaradı (Cihangir Gener “İsmaililik ve Templiyerler”, http://www.hermetics.org/ismailliler.html).
Qeyd etmək lazımdır ki, tampliyerlərin xaç rəmzi gəzdirmələri, yuxarıda qeyd etdiyimiz kimi xristian dini ilə qətiyyən bağlı deyildir. Tədqiqatçılar bu rəmzin xristianlıqdan daha da qədim olması qənaətinə gəlmişlər. Xaçı boyunlarında hələ Assurbanipal, Şəmçi-Bin ( e. ə. X əsr) və s. çarlar və ya ilk keşişlər xristianlıqdan 1000  il əvvəl gəzdirirdilər. Araşdırıcılara görə xaç daşıyan aramey döyüşçüləri onu döyüşdə müdafiə üçün amulet kimi asırdılar. Qədim Misirdə üst hissəsi dairəvi olan xaç (Anx rəmzi) həyat və Allahların rəmzi hesab edilirdi. Babildə bu, Anu Allahına aid hesab olunurdu. Assuriyada isə xaç rəmzi günəş Allahı olan Aşşurun (Assur/Oziri/Azər) atributu hesab edilirdi.
Lakin İspan katolik inkvizisiyasının rəmzlərində xaç, Allaha xatir milyonlarla insanı öldürənlərə aid edilir, terrorun və insana nifrətin rəmzi sayılırdı (Ем. Ярославский, «Как родятся, живут и умерают Боги», M., 1941, səh. 98,99). Hindistanda da xaç, uşaqları öldürən fiqurun başının üstündə və Krişna Allahının əlində təsvir olunurdu. Bu gün də xaç rəmzi eyni zamanda ölüm rəmzi hesab edilir və qəbirlərin üstündə yerləşdirilir.
Qədim Misir dilçiliyində və sufilikdə “həyat” mənasında olan xaç (Anx) rəmzi, bütün bəşəriyyətə həyat vermiş ilkin materiyanın rəmzi hesab edilir. Qədim Misir fironu (piri) Amon ilk dəfə sufiliyin bəqa (bəglik) səviyyəsinə yüksələrək ilkin materiya ilə vəhdət təşkil etmiş (“Vəhdət əl Vücud”) və onu idarə edən Ra-Amon (Ra-Əman/Rəhman) Allaha çevrilmişdir. Məhz bundan sonra Allah göydə Qaba (Qeb/Qeyb/Kəbə) aləmi və s. yaratmışdır. Qurban ruhları və magiya ilə yaradılmış bu “dünya” da ilkin materiyadan təşkil olunduğu üçün, Anx rəmzi eyni zamanda bu ruhlar dünyasının rəmzi hesab olunur. Qədim rəsmlərdə bu “dünya” - dünya ağacı kimi də təsəvvür olunur ki, ölənlərin ruhları bu gözəgörünməz ağacın gövdəsi ilə yuxarı qalxır və ölümündən sonrakı həyatlarını da ağacın budaqlarındakı “dünya”da quş rəmzində davam etdirirlər. Deməli, xaç rəmzi eyni zamanda bu “dünya ağacı”nın rəmzidir ki, xristianlıqla bağlı mənbələrdə həyat verən xaçın yerinə çox vaxt məhz həyat verən ağac qeyd olunur. Buna görə də dilimizdəki “xaç” [XÇ] sözü ilə “ağac” [ĞC] sözü qədim Misir dilçiliyinə və sufiliyə görə eyni kökdəndir.
Bütün bunlar o deməkdir ki, ilk xaçlılar, yəni xaç götürən qədim tampliyerlər, ilkin materiya ilə vəhdət təşkil edən müqəddəslər nəslinin, yəni batini kuddus/kadus pirlərinin nümayəndələri olmuşlar. “Kitabi - Dədə Qorqud»da bu rəmz - «Qaba aləm götürən Bayandır xan» kimi qeyd olunur. Əsərin əsas qəhrəmanı olan Qazan xan bu kitabda «keşiş» də adlandırılır. Qədim Misir dilçiliyində və sufilikdə Bayandır rəmzi “Ba-Neter” mənasında Ba-Allahı (islamda Vallah) mənasında qeyd olunur ki, Ba quşu qədim Misirdə ölümsüzlük qazanmış Allahın ruhu mənasındadır. Bu isə o deməkdir ki, ilk xaçlılar, ilkin materiya və Qaba aləmlə bağlı olan türk bəg və xanları olmuşlar.
Qədim Misirdə Anx [NX] adlandırılan xaç, türk və islam mənbələrindəki inaq/inoq [NQ] rəmzi ilə eyni mənalıdır və bilavasitə bəglərə aid edilir. «Kitabi - Dədə Qorqud»da eşikdəki bəglər - “inaq bəgləri” [NQ] adlandırılır. Xristian mənbələrində «inaq»/«inoq» [NQ] rəmzi zahidlərin «Böyük səhranın qardaşlığı» cəmiyyətinin dərəcəsidir və Arakel Təbrizliyə görə bu “səhra”nı Midiyanın Sünik vilayətində möminlər “tikmişlər”. Burada “səhra” dedikdə təbii ki, ilkin materiyada ruhlar üçün yaşayış yeri nəzərdə tutulur. Bu isə o deməkdir ki, xaç gəzdirən və cəngavər kimi təsvir edilən ilk xristianlar elə Azəri-türk inaq bəgləri olmuşlar. Onlar göydə səhra rəmzində ruhlar dünyası yaratmış və orada ölümdən sonrakı həyatlarını quş rəmzli ruh şəklində davam etdirmişlər.
İnaq bəgləri [NQ-BĞ] mənbələrdə eyni zamanda vikinq [VK-NQ] kimi də yazılır ki, qədim Misir dilçiliyində və sufilikdə bunlar eyni mənalıdır. Salnaməçi Snore saqalarda açıq yazır ki, vikinqlərin [VK-NQ] (inaq bəgləri) ilk şahı Odin öz xalqını Azər ölkəsindən çıxarmışdır. Şimal salnaməçilərinə görə, Asiyanın Azər tayfasının başçısı olan Ziqqe (Sak rəmzi) Avropanın şimalına, onları Xəzər (Kaspi) dənizindən gətirmişdir. O, Qara dənizdən başlayaraq indiki Rusiyadan keçəndə burada hakim kimi, oğlanlarından birini saxlayır: eyni ilə o indiki Saksoniyada və Fransada da edir. Sonra o Daniyaya tərəf hərəkət edir və onlar burada onun beşinci oğlu olan Skoldanı hakim kimi qəbul edirlər. Oradan o İsveçə gedərək, burada özü hakimlik edir və özünə Odin adını götürür («Сенсационное открытие Тура Хейердала в Азербайджане». Sayt:  http://forum.33b.ru/topic1855339.html). Bu isə o deməkdir ki, xaçlı adlandırılan cəngavərlərin kökü, assasin adlandırılan Azəri türklərindən başlanır və sonralar onların törəmələri assasinlər ilə görüşdükdə və onların Batini doktrinası ilə tanış olduqda, onlarla qohumluq əlaqəsini dərk etmiş və onların sistemini öz təşkilatına tətbiq etmişlər.
Yazdıqlarımızdan belə çıxır ki, ilk masonlar Azərbaycan ərazisində yaşamış Azəri türk bəglərinin ismaili-nizari qoluna aid kadus/kuddus müqəddəslərinin nümayəndələri olmuşlar və xristian dini də qədim Misir dini ilə sıx bağlı olan ismaili-nizari fəlsəfəsindəki cərəyanlardan biri olmuşdur. Süleyman məbədgahı ordeninin bu cəngavərləri də bu məbədgahın xidmətində durmaq üçün təşkil olunmuş assasinlərdir. Onların mənbələrdə “bəkçilər” (gözətçi) və ya “sirr bəkçiləri” adlanması da bu gözətçilərin batini türk bəgləri olması ilə bağlıdır.
İran mənbələrində batini bəglərin, yəni “sirr bəkçi”lərinin Anx həyat enerjisi “farbaq” adlanır. M. Boys farbaq rəmzini «farnanın yiyəsi» və ya «farnanın hesabına uğur qazanan» kimi mənalandırır ki, bu da farnanın (efir rəmzi ilə eynidir) ilkin materiya mənasında olması deməkdir. İran mifologiyasında farn (firon rəmzi) – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir. Kahinlər bu odu tərifləyərək, «farra» elementinə böyük əhəmiyyət verir və onu İlahi Xvarenin özü ilə eyniləşdirirdilər (М.Бойс, «Зороастрийцы», М.,1987, səh.150). Qədim insanların təsəvvürlərinə görə fironları və digər müqəddəsləri hansısa substansiya, yəni İlahi nur əhatə edir ki, bu da elə şahlarda nəsildən nəsilə keçən, əbədi mövcud hesab edilərək İlahi bolluq rəmzi olan və farna kimi də rəmzləndirilən ilkin materiyadır (efir). Nəzərə alsaq ki, farbaq rəmzindəki baq rəmzi bəg mənasındadır, razılaşarıq ki, müqəddəslər nəsli sayılan pirlərin, bəglərin, şıxların, seyidlərin və s. Azərbaycan müqəddəslərinin «özləri ilə gəzdirdikləri» İlahi od, «cəddim» adlandırdıqları əcdadları pir Amonun, yəni firon Əmanın İlahi odudur.
Mifologiyaya görə İlahi odu ilk dəfə göydən Yafət oğlu Prometey (Pir-Maday) gətirmiş və insanı məhz bu oddan yaradıb ona can vermişdir. Qurana (6:74) görə isə, büt düzəldib onlara can verən İbrahim peyğəmbərin atası Azərdir. Tövrata görə Azər (İazer) torpaqlarını tutan və amoreyləri (mar-midiyalılari) buradan qovan, Kades (Kadus) kahinlərinin banisi Musa peyğəmbər, Göydən İlahi odu bilavasitə Sinay, yəni Süni (Sünik-Albaniya) dağına gətirmişdir (Çis.21:32, İsx.3:2,13:21). Qurana görə bu dağda İbrahim peyğəmbər və İsmail İlahi oddan bina tikmişlər və Allah bu evi “təhlükədən uzaq bir ölkə”yə, yəni cənnətə çevirmişdir (37:97, 21:69, 2:126-128).
 Sebeos, özünün İmperator İrakla həsr etdiyi kitabında «canlı od» dedikdə bilavasitə Allahı nəzərdə tutur. İranşünas R. Fray bildirir ki, Sebeosa, Ammian Marsellinə və başqa mənbələrin verdiyi məlumata görə, hər şahın öz odu var idi ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı. Devid Rol isə nəzərə çatdırır ki, “Əhdi-Cədid”in Vulqata tərcüməsinə görə Nuh “Allahı özündə gəzdirirdi” (Д.Рол «Генезис цивилизации, Откуда мы произошли…», Ексмо, М., 2002, стр.170). Tarixçi M. Xorenatsi Nuh peyğəmbər haqqında yazarkən, onu Tövratın, dünyanın yaradılışının yeddinci günündə, Allahın yaradılışı başa çatdırdıqdan sonra dilcəlməsi ilə əlaqələndirir ki, buradaki dincəlmək (sakitləşmək) rəmzi, fiziki ölümlə eyni mənada olub, ruhun, ruhlar dünyasında hüzur içində yaşaması mənasındadır (“F.G.B. “Batini-Quran”, səh.95,96). Bu isə o deməkdir ki, qədim Misirin Anx “həyat enerjisi” [NX] ilə eyni məna verən Nuh [NH/NX] rəmzi, ilkin materiyada ölümsüzlük qazanmış Amon Allahının ruhunun rəmzidir və bu Ruh ilkin materiya ilə vəhdət təşkil edir.
Amon Allahının törəmələri olan ismaili-batini müqəddəsləri, yəni kadus bəgləri mənbələrdə “qənisən kadus” adlandırılır ki, bu da onların eyni zamanda ölüm mələkləri (ismaili məlahilər, mülhidlər) olan əzrail [ZR-L], yəni Azəri-elinin [ZR-L] nəsli olması deməkdir. Deməli, İspan katolik inkvizisiyasının rəmzlərində Allaha xatir milyonlarla insanı öldürənlər ölüm mələkləri elə “sirr bəkçilər”, yəni batini doktrinasını bilən assasinlərdir. Assasin rəmzi digər mənbələrdə killer (gel-ər) kimi yazılır ki, bu da onların Midiyanın Gel/Hel adlandırılan ölüm şahlığının ərləri, ərənləri olması mənasındadır.
Yazdıqlarımızdan belə çıxır ki, ilkin masonlar, hələ 5500 il bundan əvvəl, indiki Azərbaycan ərazisində, qədim Misirin Ra-Əman Allahı tərəfindən nurdan (ədəbiyyatda Nuri-Azər) yaradılmış və müqəddəslər nəsli olan Azəri pirləri (Ozirinin fironlar nəsli) olmuşlar. Xüsusi yolla yaradılmış bu insanlar (Azərilər/Ozirilər), yerdə Süleyman qülləsini (ruhlar dünyası və onun yerdəki rəmzini) “tikdikdən” sonra o dünyaya köçmüş və əzraillərə çevrilmişlər. Mənbələrdə ölüm mələkləri (məlahilər) olan məhz bu əzraillər - assasinlər, fədailər və s. adlarla adlandırılır və real insanlar kimi göstərilir. Qeyd edək ki, fədai rəmzi də Yafət övladlarına, onların qədim Misirin Ptah/Pta (Yapet/Yafet) Allahı kimi söz qüdrətinə malik olduqları üçün verilmişdir.
Gözəgörünməz mələklərin mənbələrdə, yerdə yaşayan insanlar kimi real qeyd olunması hələ ən qədim mənbələrdən məlumdur. Tədqiqatçıların sözlərinə görə, qədim Misirdə bütün görünən və görünməz varlıqlar, köhnə şahlıqda maddi göstərilirdi. İnsanın mənəvi həyatı da, o dünyadakı varlıqlar kimi, cismani daxilin, əsasən də ürəyin fəaliyyəti kimi başa düşülürdü («История древнего Востока», II cild, М., 1988, səh.378). Bu isə o deməkdir ki, mənbələrdə, göydəki hadisələr də yerdəki hadisələr kimi real göstərilir. Assasinlərin - mülhid, məlahi adlandırılması da onların mələküt dünyasında, yəni göydəki Qaba aləmdə yaşamaları mənasındadır. Marko Polo süd və bal çayının axdığı ismaililərin Mulekt, yəni Mələküt dünyasını cənnətlə eyniləşdirir.
Mövzudan kənara çıxaraq insanların qədim sirləri bilməməsi ilə bağlı bəzi həqiqətləri oxucuların nəzərinə çatdırmaq istəyirəm. Bu gün bütün dünyada minlərlə elm ocaqlarında qədim yazıları öyrənən kafedralar, təşkilatlar və s. mərkəzlər var və onlar artıq yüz illərdir ki, bu işlə məşğuldurlar. Buna baxmayaraq qədim elmləri son iki yüz ildə dərk edən olmamışdır. Və bunun da əsas səbəbi qədim tarix, fəlsəfə, din, folklor və s. sahələrdəki anlaşılmazlıq, qədim mənbələrdə yazılanlara qədim müdriklərin öz məntiqləri ilə yox, müasir alimlərin bu günkü məntiqləri ilə yanaşmalarıdır. Son araşdırmaların gəldiyi nəticəyə görə, ümumiyyətlə qəbul edilmiş tarix səhvdir və mənbələrdə yazılanlar düzgün başa düşülməmişdir. Əflatun, Fales, Demokrit, Filon və s. kimi filosofların da elmləri izah olunmamış, onların yazdıqlarını o dövrün elminin zəifliyi ilə izah etmişlər. Eyni sözləri din sahəsinə də aid etmək olar. Ən kamil din kimi qəbul etdiyimiz İslamın həqiqi mənası heç kimə məlum deyil. Din xadimləri özləri İslam dahiləri olan Ərəbi, Qəzali, Əşari və s. kimi zəkaların yazdıqlarını dərk etmirlər. Bu gün heç kim dinlərin mənbəyi haqqında demək olar ki, heç nə bilmir. Folklor nümunələri də bu günə qədər araşdırılmamışdır. Yazıya alınmış bir dənə də olsun rəvayətin, mifin, mərasimin, adət-ənənənin, deyimlərin və s. nümunələrin elmi izahı verilməmişdir. Bütün bunlar isə o deməkdir ki, insanlar qədim yazıları oxusalar da, onu dərk edə bilməmişlər və mənbələrin arasında kor kimi gəzirlər. Bu isə yazıların batini yox, zahiri mənalarının öyrənilməsi ilə bağlıdır.
Quranda (18:90) Allah, günəşin çıxdığı yerdə yaşayan bir qrup insanla Özü arasında örtük yaratmadığını bildirir ki, bunlar da Şərqdə, yəni Albaniya ilə Midiya arasında yaşayan və qədim sirləri bilən batini ismaililəridir. Bu sufilərin qədim yazılara elmi izah vermədiyi halda heç kimin bu yazıları dərk etməsi mümkün deyildir. Əl-Qəzali bu sufilər haqqında yazır: «Mənim üçün aydın oldu ki, sufilər – təkcə sözdə yox, həqiqətdə də daxili biliyə malik olan insanlardır. Mən başa düşdüm ki, öyrənmək vasitəsilə mən onlardan nə mümkünsə öyrəndim, o şey ki, öyrənilməmiş qaldı, onu ekstaz və zahidlik həyatından başqa yolla öyrənmək mümkün deyil». İmam Əlinin “Nəhçül-Bəlağa” kitabına izah verən şeyx əl-Bəhrani də xüsusi qeyd edir ki, “həqiqət, heç şübhə yoxdur ki, Allah adamları olan sufilərin yolundadır”. Deməli, Allah qədim sirləri axirətə qədər saxlamaq üçün yalnız batini sufilərinə bu sirləri açmışdır və məhz onlar bütün dinlərin və elmlərin kökündə duran sirlərdən xəbərdar olmuşlar.
Əl Bundarinin 1226-cı ildə tərtib etdiyi mənbələrində batini, mələküt və həşişiyyə rəmzləri sinonim kimi qeyd edilir. İbn Müyəssər isə bildirir ki, ismaililəri  Suriyada həçiçiyyə, Ələmutda batiniyyə və məlahid, Xorasanda isə təlimiyyə adlandırırdılar. Bəzi mənbələrə görə həşişiyyə adı onlara, həşişdən istifadə etdiyi üçün verilmişdir. Araşdırıcı Frans Rozental isə qeyd edir ki, orta əsr müsəlman mübahisələrində həşiş istifadə edənlər qara camaat, aşağı təbəqəli insanlar sayılmışlar ki, onlar zərərli ehtiraslarına görə şəxsiyyətin düşkünlüyü səviyyəsinə enmişdilər. Cəmiyyətdən qovulmuş bu tip insanları islam cəmiyyəti ümumiyyətlə qəbul etmirdi. Bu isə o deməkdir ki, ismaililərinin həşişdən istifadə etməsi qeyri-mümkün olmuşdur. İsmaili fədailərinin öz rəhbərlərinə kor-təbii sitayişi mənbələrdə xüsusi qeyd olunur. Avropada isə həşişilərin rəhbərlərini, bu rəhbərin kim olduğunu bilmədən qorxu ilə “dağ şeyxləri” adlandırırdılar (Ф. Дафтари, “Легенды об ассасинах. Мифы об исмаилитах”, sayt: http://ec-dejavu.ru/h/Hashshashin.html).
Bildirmək istərdim ki, sufilikdə şərab içmək, həşişdən istifadə etmək və s. insanların halını dəyişən vasitələr, tərikə yolunu gedən sufinin bu yolu keçdiyi zaman keçirdiyi hisslərin rəmzidir. Sufi, mütləq reallıq olan həqiqətə, yəni fəna (itirilmə) və bəqa (baka) səviyyəsinə yüksələrək Allaha, yəni İlahi mühitə qovuşur. Bu səviyyədə sufi ilə Allah (ilkin materiya) arasında heç bir maneə olmur və insan özünü şərab içmiş, həşiş istifadə etmiş kimi aparır ki, sufilərin mənbələrdə “dəli” (məcnun) adlandırılması da bunula bağlıdır. Deməli, həşişi adı batinilərə, onların ekstazda özlərini “itirib”, ruhlarının Allahda səyahət (suluq rəmzi) etmələri ilə bağlı verilmişdir. Qədim mənbələrdə bu müqəddəslərə “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar» deyirdilər ki, burada dağ dedikdə Midiya dağları, səhra dedikdə isə yuxarıda yazdığımız Sünik göylərində yaradılmış ilkin materiya səhralarında ekstatik vəziyyətdə («suluq») dolaşan midiyalılar, yəni tərikə yolunu gedən batini türkləri başa düşülməlidir.
Digər tərəfdən, batinilərin haşişi/xaşişi adlandırılması, bu insanların ən qədim mənbələrdəki qeyd olunan xüsusi təyinatı ilə də bağlıdır. Xaşiş/Həşiş rəmzi ən qədim mənbələrdə Kaşşi kimi qeyd olunur və kassitlərə aid edilir. İ. Dyakonova görə, - Kar-Kaşşi yaşayış məskəni Midiyadakı “Babillərin qalası”dır (Silxazi) və buranın hökmdarı Kşatritidir (Kaştariti) (И. Дяконов, «История Мидии», М-Л., 1956, səh. 267, 276-278). Qədim iranlıların inamlarına görə Xşatra, yəni Kaştariti - hamını və daşdan olan hər şeyi gözləyən yüksək Göyün sahibidir, yəni Allahdır. Akkad-Şumer mənbələrində «XŞ» rəmzi - «xas», «xassus» və «kişş», «kişşatim» və s. kimi də yazılır ki, bu da onun kassi, kassit rəmzləri ilə bağlılığı deməkdir. Qədim mətnlərdə bildirilir ki, əvvəllər Aşşur «işşakumu», «işşaku» titulunu daşıyan Şəmşi-Adad, Aşşuru tutduqdan sonra məbəd tikintisinə başlayır və sonradan bu titulu ataraq, Enlilin təyin etdiyi «çoxluqlar şahlığı – şar kişşatim» rütbəsini saxlayır. Çoxluqlar şahı mənasını verən «şar kişşatim» titulunu alanlardan biri də, əvvəllər akkad-Şumer titulu olan «Kiş-in luqalı» titulu ilə adlandırılan Sarqon olmuşdur. Mənbələrə görə, qədim ölkələrin sahibləri özlərini əsasən «isak», ideoqrafik yazılışda «patesi», bəzən isə «luqal» (sumer.) titulları ilə adlandırırdılar. «Kişşatim» rəmzi, sağa və sola oxunuşda eyni məna verən və yalnız samitlərin məna ifadə etdiyi qədim dilçilikdə, «işşakum» rəmzi ilə eyni hesab edilir və buradakı kişş/şşak rəmzləri «Allah ruhu» deməkdir. İsaka (Sisaka – issi Ağa) rəmzi eyni zamanda patesi, yəni Pat-issi (qədim Misirin Pta Allahının ruhu) və luqal, yəni qall/xəlil rəmzləri ilə eyni mənalıdır (F.G.B. “Batini-Quran”, səh.602-606).
Luqal [L-QL] rəmzi sufilikdə və qədim dilçilikdə Qall/Qalil/Xəlil/Xulul [QL-L/XL-L] rəmzləri ilə eyni mənalı olub, Allahı və Allahla vəhdəti bildirir. Digər tərəfdən isə müsəlmanların “Allah” sözü də Xəlil/Xulul (Həlil/Hulul) rəmzləri ilə eyni mənalıdır və bu rəmzlərdən yaranmışdır. Bu isə o deməkdir ki, müsəlmanların Allahları ilə qədim Allahlar bir varlığın müxtəlif adlarıdır, yəni Allah birdir. Və qədim Misirdə Allahların atası və yaradıcısı adlandırılan bu tək Allah Ra-Amon (Ra-Əman - Rəhman), mənbələrə görə Günəşin çıxdığı yerdə, yəni Albaniya ilə Midiya arasındakı Geliopoldan (Gel şəhərindən) ərşə yüksəlmişdir. Burada tikilmiş Midiya qalası isə mənbələrdə Ələmut (Muta-eli/Midiya eli) qalası, Babil qülləsi kimi dünyaya məlumdur və s.
Ərəb mənbələrində “xaşişi” sözünün kökü olan “xaş” rəmzi - “xas”, “əl-xassə” kimi yazılır və “xalq”, “kütlə” mənalarında işlənən “əl-ümma”nın (əl-əvvam, yəni avam) əksi olan “seçilmişlər”, “nüfuz sahibləri” (əl-xəvvas) və s. “müqəddəslər nəsli” deməkdir. Mütəxəssislərin yazdığına görə, əl-xassə rəmzi əsasən sufi müdriklərinə aiddir ki, dinin həqiqi sirlərinə yalnız onlar bələddirlər. Digər bütün müsəlmanlar isə yalnız şəriətin qanunlarını yerinə yetirməklə məşğul olmalıdırlar. İslamın gizli doktrinasını (əl-batin), yəni əsil mənasını bilən əl-xassə seçilmişləri əsasən ismaili ierarxiyasının ən ali dərəcəsinə malikdirlər. Bəzi ədəbiyyatda «əl-xassə» və «əl-ümma» xüsusi və qəti məna daşıyır: «əl-xassə» - şiə (əş-şiə) termininin sinonimi, «əl-ümma» isə sünni (əhl əs-sünnə və-l-camaa və ya əshab əl-hədis) termininin sinonimi kimi qəbul edilmişdir.
Assasin ordeninin banisi Həsən ibn Sabahın adı «əl-Həsən ibn Qas-Sabbah» kimi də qeyd olunur ki, buradakı Qas (Kas) rəmzi xristianların Aqios (Oğuz) və s. mənasında müqəddəs deməkdir. Belə çıxır ki, «xaşişi» adlanan «əl-xassə» seçilmişləri, yəni kassitlər bilavasitə ruhlar dünyasına başlayan yolun üstündə - Ələmut, yəni Babil qalasında yaşayırlar.
Babil rəmzi mənbələrə görə «Allahın qapısı» mənasını verir və tarixçi B. A. Turayevə görə klassik yazıçılar Babil qülləsini - «Belin sərdabəsi», yəni Mardukun sərdabəsi adlandırırlar. O, Bel/Baal, yəni Vaal Allahını Mardukla eyniləşdirir və qeyd edir ki, Bel/Vil, yəni Vaalı -  Demiurq, yaradıcı Allah sayırlar. Bu isə o deməkdir ki, Babil, yəni Ələmut qalası yaradıcı Allahla - qədim Misirlilərin Ra-Amon (Ra-Əman), islamın isə Rəhman Allahı ilə bağlı olan qaladır.
Tövrata görə, Xarranda (Arranla eyni mənalıdır) Yaqub peyğəmbər, yuxuda Göyə qədər qalxan pilləkən görür və yuxudan ayılarkən “Bura Allah evindən başqa bir şey deyildir, bura Göyün qapısıdır” deyir. Yuxu gördüyü yerə böyük daş qoyan (Kəbə daşı) Yaqub onu «betel» (əl-beyt) – «Allahın evi» adlandırır (Bıt.28:16-22). Belə çıxır ki, Babil qalası elə Süleyman peyğəmbərin Allah üçün tikdiyi qaladır.
Tövrat yazır ki, Şərqdən gələn (günəşin çıxdığı yerdən) və bir dildə danışan insanlar, dünyaya səpələnməzdən əvvəl, “ad qoymaq” üçün «başı Göylərə çatan» Babil qülləsini tikdilər. İran yazılarında Babil - Assur ölkəsi, yəni Asuristan adlanır. Lakin Tövratda Misir, Assur və Babil ölkəsi, kökü dünya sularında (ilkin materiya) olan “Dünya ağacı” kimi rəmzləndirilir ki, bu da Livan, yəni Alban (Əlvan) torpağında ucaldılmışdır (İez.31:3,4,7). Bu dünya ağacı Buxarinin hədislərinə görə, cənnətdə elə bir nəhəng ağacdır ki, çapar onun kölgəsində yüz il getsə, yenə də bütün yolu gedə bilməz.
Gürcü abidəsi olan «David və Konstantinin əzabı» yazısına görə, Xristos əzabı məhz “həyat ağacı”nda qəbul edir və bu həyat ağacından sonsuz möcüzələr əmələ gəlir. Sebeosun yazısında da İrakli həyat ağacını yox, göylərin yaratdığı müqəddəs Xaçı qaytarır. M. Xorenatsiyə görə isə, Xristin xaçını şəhərdən Şərq tərəfdəki təpədə yaratmışlar və Allah göydən bulud sütunu göndərmiş, dağlar ətirlə dolmuş və xaç formasında işıq əmələ gəlmişdir. O vaxtlardan ondan şəfaverici möcüzələr baş verir. Belə çıxır ki, İsanın çarmıxa çəkildiyi xaç, Midiyada Allah tərəfdən yaradılmış və başı göylərə çatan həyat ağacının rəmzidir. Əgər biz yuxarıda yazılanları nəzərə alsaq başa düşərik ki, xaç rəmzi elə Kitabi - Dədə Qorqudda “Qaba ağac” kimi qeyd olunan ruhlar dünyasının rəmzidir və bütün insanların ruhları ölümündən sonra bura köçür.
Qədim Misir mətnlərinin birində yenilməz Osiris Nu Allahı deyir: «… Mən Aser (Osiris/Oziri – F. G. B.) ağacındakı Allahın budağıyam və  mənim doğumum – [Ra-nın] bu günkü doğuluşudur”. Deməli, Aser/Asuristan, yəni Oziri ölkəsi dedikdə, göydə, ilkin materiyada ağac rəmzində yaradılmış ruhlar dünyası başa düşülməlidir ki, bu həyat ağacı, həyat enerjisi olan ilkin materiyadan təşkil olunduğu üçün Anx (xaç) rəmzi ilə, yəni həyat enerjisinin rəmzi ilə təsvir olunur.
Yazdıqlarımızdan belə çıxır ki, ilk xaçlılar həqiqətən də “ağac” rəmzində olan, göydəki aləmi “götürən” Azəri müqəddəslər olmuşlar və xaç rəmzi də bilavasitə müqəddəs Azər elinə aid olan rəmzdir.
Xaç ağacına vurularaq öldürülən və sonra yenidən dirilən Xristosun mərasimi, mənbələrdə bütpərəstlərin ölüb-dirilən Tammuz/Ta-uz, Osiris/Oziri, Adonis, Attis, Kibela və s. Allahların ölüb-dirilməsi mərasimi ilə eyni ərazidə və eyni vaxtda keçirilirdi. C. Frezer yazır ki, buna görə xristian və bütpərəstlər arasında mübahisələr olurdu. Bütpərəstlər, xristianların «ölüb-dirilən Xristos»un mərasimini saxta adlandırıb, öz mərasimlərinin daha qədim olduğunu iddia edirdilər (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.350,351, 339). Bütün bu mərasimlərin kökü isə bilavasitə qədim Misirin “ölüb-dirilən Oziri”, yəni “ölüb-dirilən Azər” Allahı haqqındakı rəvayətlə bağlıdır ki, onun da yaşı 5500 ildən artıqdır.
Olüb-dirilən İsa peyğəmbərin (İisus Xristos) yəhudi olması, onun Xəzər, yəni Azəri türk bəgi olması deməkdir. İsanın qədim sirləri bilməsi və Nazaretli olması – onun nizari, yəni ismaili batinilərindən olması, Qaliley [QLL] şəhərindən olması isə, onun xəlil [XLL] nəslindən, yəni Gel elindən olması deməkdir. Deməli, İsa peyğəmbərin “ölüb-dirilməsi”, elə qədim Misir mənbələrindəki Oziri, yəni Azər Allahının “ölüb-dirilməsi” mənasındadır və s.
Bütün bunlar o deməkdir ki, ilk mason təşkilatı - “Qaba aləm götürən”, yəni xaçlı (xaç daşıyan - əhli-səlib) adlandırılan Azəri-türk bəglərinin təşkilatı olmuşdur ki, onlar seçilmişlər nəsli olduqları üçün Allahın sirlərini bilmişlər. Bu sirləri hamıdan gizli saxlamaq və Allahın qoyduğu qanunları yerinə yetirmək, Allahın əvvəlcədən təyin etdiyini və “Lövhi-Məhfuz”da yazılanları həyata keçirmək üçün bu batinilər müxtəlif germetik təşkilatlar yaratmışdılar ki, onlardan biri də bu gün dünya siyasətinə təsir edən mason təşkilatıdır.
Qədin sirlərin bilavasitə Azərbaycanla və azərbaycanlılarla, yəni kadus/kuddus müqəddəsləri ilə bağlı olmasını mən, istənilən qədər təkzibolunmaz faktlarla və sübutlarla “Batini-Quran” kitabımda vermişəm.



Firudin Gilar Bəg