среда, 28 августа 2013 г.

Vəhy nədir və peyğəmbərlərə necə gəlir?



Peyğəmbəri adi insanlardan fərqləndirən əsas cəhətlərdən biri, onun vəhyi, yəni Allahın göndərdiyi informasiyanı qəbul etməsi qabiliyyətidir. Bəs vəhy nədir? Peyğəmbərlər vəhyi necə qəbul edirlər? Bu suallara cavab tapmaq üçün bəzi faktları diqqətlə araşdırmaq lazımdır.
Məşhur hədis alimi Buxari hədislərin birində yazır ki, Yala bin Umayyanın sözlərinə görə, bir dəfə o Umardan xahiş etmişdir ki, peyğəmbərə vəhy gələndə ona göstərsin. Bir müddət sonra Peyğəmbər öz əshabələri ilə Ciranda olanda bir nəfər ondan soruşur: “Ümrünü həyata keçirmək üçün ihram geyib ətirlənmiş adam haqqında nə deyə bilərsən”. Bir müddət peyğəmbər dinmədi və ona vəhy gəlməyə başlandı. Umar isə Yalaya işarə verdi və o yaxınlaşıb gördü ki, peyğəmbər pərdə ilə örtüldü. Yala daxilinə baxanda gördü ki, peyğəmbərin sifəti qızardı və özü də xırıldamağa başladı. Vəhy qurtarandan sonra isə o, soruşdu, “ümrü haqqında sual verən kimdir? O dedi: “Ətiri bədənindən üç dəfə yu, bu cübbəni çıxart və həcc vaxtı etdiyini ümrü vaxtı da et” (Ал-Бухари, «Ал-Джами ас-сахих», 1536). Deməli, vəhyin qəbulu zamanı peyğəmbərin halı dəyişir, sifəti qızarır və xırıldamağa başlayır. Quranda halın dəyişməsi haqda Allah deyir: “Siz mütləq haldan hala keçəcəksiniz” (Quran, 84:19). Buxari bu ayə haqqında yazır: “… siz mütləq haldan hala keçəcəksiniz”, İbn Abbas, Allah hər ikisindən razı olsun, demişdir: “Burada, bir vəziyyətdən digər vəziyyətə keçmədən söhbət gedir ki, bunu sizin peyğəmbəriniz demişdir, Allah ondan razı olsun” (Ал-Бухари, «Ал-Джами ас-сахих», 4940). Belə çıxır ki, vəhy - insanın ekstatik vəziyyətidir ki, bu da sufinin tərikə yoluna və şamanların qamlıq vəziyyətinə uyğun gəlir.
Batin elmində, tərikə yolunu gedən türükün (türk) Haqqa çatması və ona qovuşması məqamı - Həcc (Hiccə) adlanır. Həcc üçün “ihram geyən” sufi, qamlıq səviyyəsinə (ihram halı, ihram vəziyyəti) çataraq Allahdan “əlqama”, yəni “ilham” almağa başlayır. Quranda ilham rəmzi Allahın ruha verdiyi azadlıq və Allahdan qorxmaqla bağlanır ki, Təbəri bunu Allahın ruha aşıladığı və ruhda yaratdığı vəhy kimi qeyd edir (Quran, 91:8). Allahın verdiyi vergi mənasında olan ilham sözünü Zəmahşəri vəhy kimi izah edir. Əl-Bağdadi bunu məntiqi bilikdən əlavə İlahi biliyin qanunlarını dərk etmək kimi də göstərir. Ona görə bu instinktiv bilik sayılır. Sufi konsepsiyasına görə, ilham – işıqdır ki, Allah möminlərin ürəklərinə göndərir (ət-Tirmizi) və yalnız ilhamın köməyi ilə insan Quranın batini mənasını dərk edə bilər («Ислам», Энциклопедический словарь, М., 1991, səh.96,97). Deməli, Quranın batini mənası da vəhylə bağlıdır.
Əlqama (ilham) rəmzi “qam”, yəni şamanlıqla bağlıdır sufi - qamlama, şamanlıq vasitəsi ilə ekstatik vəziyyətə girir. Deməli, “ihram vəziyyəti” (İhram halı) sufinin ekstatik vəziyyətidir. Göy dünyasını səyahət edən sufinin, ihram vəziyyətinə girdiyi yer mikat adlanır ki, bu da “maq ata”, yəni Midiya maqının vəziyyəti deməkdir. İhram geymə, yəni ağ parçaya bürünmə rəmzi, sufinin ruhlar dünyasındakı nura bürünməsi mənasındadır. Qədim Misirin o dünya ilə bağlı mətnlərinin birində deyilir: “onlar orada ağ parçaya bürünmüşlər, ağ səndəl geymişlər və Dünya Sahələrinin əhatəsində olan böyük gölün yanına gedirlər ki, orada böyük Allahlar oturmuşlar və Allahlar ona həyat (ağacından) yeməyindən qida verirlər, hansından ki, özləri qidalanırlar və ölənlər də bunlardan yeyə bilirlər” (У.Бадж. “Египетская религия. Египетская магияМ.2000. səh.147). Deməli, sufi, qamlıq vəziyyətində ruhlar dünyasına, yəni Yuxarı Misirə daxil olur və oranı ziyarət edir. Misir ölkəsinin adının mənbələrdə eyni zamanda Kem, yəni Qam ölkəsi adlandırılması da onun, qam-şamanların göydəki dünyası olması deməkdir. Kitabi - Dədə Qorqudda Amit, yəni Midiya soyunun aslanı olan Qazan xan öz elini “Qom qomlamam qoma yurdum” adlandırır (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh.44). Bu o deməkdir ki, Qazan xan da öz yurdunu – qamlama ilə, yəni qamlıq vəziyyətində yaratmışdır. Belə çıxır ki, mənbələrdə Yuxarı Misir kimi qeyd olunan Kem ölkəsi elə Qazan xanın qamlama vasitəsi ilə yaratdığı ruhlar dünyasıdır. Kitabi - Dədə Qorqudda, Oğuzun içində yaradılmış bu ruhlar dünyası - İç Oğuz kimi də qeyd edilir.
Əl Fərabi, “Xeyirxahlıq şəhərin əhalisinin baxışları haqqında traktat”ında, vəhyləri qəbul etməni, ilkin materiya mənasında olan “fəal ağıl”ın, Allah vasitəsilə rəmz oxuyanlar nəslinin (peyğəmbərlər) ağlına “axıb tökülməsi” kimi göstərir. Fərabiyə görə, bu insanların ruhları “fəal ağıl”a, yəni ilkin materiyaya birləşmişdir və kamildir (Аль-Фараби, «Существо вопросов», böl.26,28, sayt: http://enoth.narod.ru/Philosophy/ph02_farabi.txt). İslamda bu İlahi mahiyyətin, rəmz oxuyanların ürəyinə “axıb tökülməsi” – “Fayd” rəmzi ilə qeyd olunur. Fayd rəmzi qədim Misirin Pta (qədim Misirdə Pta – sufi pirinin söz və fikri mənasındadır) rəmzinə uyğundur ki, bu da söz və fikir vasitəsi ilə İlahi mənbədən, yəni ilkin materiyadan, təsəvvür olunan varlığa (burada sufinin ürəyinə) tökülməsi  mənasındadır. Deməli, sufi pirləri olan peyğəmbərlər nəsli bilavasitə Allah vasitəsi ilə ilkin materiyadan istədiyi informasiyanı ala bilirlər.
Qurana görə, vəhy zamanı peyğəmbərin ürəyinə Ruhul-Əmin enir və məhz bundan sonra o vəhyləri qəbul etməyə başlayır: “Və həqiqətən bu aləmlərin Rəbbinin göndərdiyidir. Onunla sənin ürəyinə, açıq ərəb dilində Ruhul-Əmin endi ki, sən xəbər gətirənlərdən olasan. O həqiqətən ilkinlərin kitabındadır!” (Quran, 26:192-196). Ruhul-Əmin rəmzi, adından göründüyü kimi, Əminin, yəni qədim Misirin ilk fironu (pir) olan Amonun (Əman) ruhudur və onun enməsi də, Əmanın göndərdiyi informasiyanı peyğəmbərin qəbul etməsi deməkdir. Firon Amon isə, sufi silsiləsinin ən ali məqamı olan bəqa (bəglik) səviyyəsinə çatmış, bu məqamda göydə Ra günəş diski yaratmış firondur. Amonun fiziki ölümündən sonra, onun ruhu göyə qalxaraq, göydəki bu Ra diski ilə birləşmiş və Ra-Amona, yəni Rəhman Allaha çevrilmişdir. Quranda Ra-Amonun yaranması – Rəhmanın ərşi tutması kimi qeyd olunur (Quran, 2:29, 13:2, 20:5). Sufizmin bəqa səviyyəsi haqqında mən, kitab və məqalələrimdə geniş məlumatlar vermişəm.
Sufi dahilərindən olan Əl-Əşariyə görə isə əsl Quran kitabı elə insan ürəyinə göndərilmiş elmdir – vəhydir: “Böyük Allah demişdir: “Bu – həqiqi Qurandır – hansı ki “Lövhi-Məhfuz”dadır”. Quran - Mühafizə olunan lövhədədir, lakin eyni zamanda o, bilik verilmiş adamların ürəyindədir. Böyük və qüdrətli Allah dedi: “Əksinə, bu – aydın ayələrdir, kimə ki bilik verilmişdir, onun ürəyində saxlanılır” (Ал-Ашари, «Разъяснение основ вероисповедания», 3). Belə çıxır ki, həqiqi Quran peyğəmbərin ürəyinə verilmiş vəhydir. 
Qədim Misir yazılarında peyğəmbər deyəndə, göydə ölümsüzlük qazanmış Qor Allahı nəzərdə tutulur. Mənbələrin birində Tot Allahı Ra Allahına deyir: “Qoru bu gündən Xeben şəhərində düşmənlərə qalib gələn, qanadlı disk, Böyük Allah adlandırmaq lazımdır”, və onu bundan sonra “kim ki, beldə dayanmışdır” və “Bu Allahın peyğəmbəri” adlandırmaq lazımdır (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.95). Əgər nəzərə alsaq ki, Qor Allahı deyəndə - “ilkin materiyadan yaranmış Ra”, yəni Ra-Amon Allahı nəzərdə tutulur, razılaşarıq ki, peyğəmbər deyəndə də Rəhman Allah təsəvvür edilməlidir. Peyğəmbər rəmzi haqda mən – “İslamın 124 min peyğəmbəri kimlərdir?” adlı məqaləmdə izah vermişəm.
Əflatun (Platon) görə də peyğəmbər deyəndə göydə peyğəmbərlik edən, yəni sirli rəmzləri “diktə edən” ruh nəzərdə tutulmalıdır. Onun sirli rəmzlərinə izah verənlər isə Allahın məhz bu iş üçün yaratdığı xüsusi “anlayan” tayfadır ki, bu da təfsirçilər, yozanlar nəslidir. Əflatuna görə, Allah - anlayan tayfa, yəni xəbər gətirənlər nəsli üçün xüsusi qaraciyər növü yaratmış və ona - Allahla əlaqə, gələcəyi görmə və s. İlahi xüsusiyyətlər vermişdir (Platon, “Timey”, 71E,72V). Quranda məhz bu müjdəçilər və xəbərçilər nəsli peyğəmbərlər adlandırılır (Quran, 2:213, 22:74).
Bütün bunlar o deməkdir ki, vəhy adlandırdığımız ekstatik vəziyyət Allah tərəfindən yalnız bir nəsilə verilmişdir ki, bu da peyğəmbərlər nəsli kimi tanıdığımız Azər oğlu İbrahim peyğəmbərin nəslidir. Batin elmində İbrahim (Əvrə-Qam) rəmzi – “qamlıq vəziyyətində Ra günəşi ilə birləşmiş Ba ruhu” mənasını verir. Mənbələrdə İbrahim peyğəmbərin İlahi oddan yaradılmış Evə atılması və bu evin cənnətə çevrilməsi o deməkdir ki, İbrahim obrazı - ilkin materiyadan (İlahi oddan) göydə cənnət yaratmış Ra-Amon Allahın obrazıdır. Digər yəhudi peyğəmbəri olan Yaqub peyğəmbər isə, Tövrata görə Allahla “mübarizə aparır” və Allah onu İsrail/İzrail adlandırır ki, bu da Osiris/Asar (Azər-Eli) eli mənasında, göydəki ruhlar dünyası – cənnət anlamındadır. Yaqub adı da Qeb (Qeyb) aləmi fikrini ifadə edir və Batin elmində bu obraz – “bəqa səviyyəsində yaradılmış Qeyb aləmi” deməkdir. Belə çıxır ki, peyğəmbərin “vəhy” adlandırdığımız ekstatık vəziyyəti, sufi türüklərin (türk-teurq) bəglık səviyyəsidir. Batin elmində “bəqa” rəmzi ilə “vəhy” rəmzi eyni mənalı rəmzlərdir və “Hu ilkin materiyası ilə birləşmiş Ba ruhu” deməkdir. Oğuz atalar sözü olan “bəglik verilir, qəhrəmanlıq isə döyüşdə qazanılır” deyimindən də aydın olur ki, bəglik - vəhy kimi Allah tərəfindən verilir.
Tövratda, bəqa səviyyəsində, yəni vəhy vasitəsi ilə yaradılmış Qeyb aləmi – Vəhy çadırı adlandırılır. Bu kitaba görə, Musa peyğəmbər qurban vasitəsi ilə İlahi odu, yəni ilkin materiyanı göydən gətirmiş və ondan Vəhy çadırı yaratmışdır ki, bu da elə Qeyb aləmi, yəni cənnət mənasındadır (Библия, Исх.13:21,40:38, Чис.9:15-23, Лев.6:12,13). Lakin vəhy vasitəsi ilə, yəni bəqa səviyyəsində yaradılmış Qeyb aləmi haqqında məlumat verən ən kamil kitab isə hindlilərin “Bxaqavad-Gita” kitabıdır. Bu kitabın adından da göründüyü kimi burada bəglik məqamında yaradılmış Qeyb aləmi Bxaqavad adlanır ki, kitabda Bxaqavan adı eyni zamanda Allahın adı kimi çıxış edir.
Yunan mifologiyasında sufinin “vəhy” ekstatık durumu - Vakh adlanır və O, ekstaz, vəcdə və cuşa gəlməni, eyni zamanda təbiət qüvvələrini bildirən Olimpiya Allahı sayılır. Vakh rəmzi digər yerdə Baxus adlanır ki, bu da bəqa rəmzi ilə eyni mənalıdır. Lakin Vakh, Baxus Allahları mənbələrdə Osiris, Adonis, Dionis və s. Allahları kimi də tanınır və bu rəmzlər də göydə yaradılmış ruhlar dünyası ilə əlaqədar rəmzlərdir.
Bəqa, vəhy rəmzləri, dilimizdə “İlahi yuxu” anlamında olan “vaqeə” rəmzi kimi də qalmışdır. Bu rəmzlər hind mifologiyasında Vaka (Bəqa/Baka) mənasında, nur saçan div və yarıtanrı asurları bildirir. Asurlar isə elə Şumer və qədim Misirin Asar, yəni Osiris (Azər) Allahlarıdır. Hind mifologiyasında Asurlar (Azərilər) müsbət keyfiyyətlərə malik varlıqlar sayılırlar. Bəglər isə burada bxakti (Bəg-Kuti) kimi qeyd olunurlar və bu da “Bəg-Xuda”  mənasında “Allahın bəgi” fikrini ifadə edir. “Bxaqavad-Gita” kitabında Allah açıq elan edir ki, yalnız “Mənim bxaktilərim” məni lazımi dərəcədə dərk edə bilərlər və mənim təbiətimə çata bilərlər. Bu kitabda Allah bildirir ki, bxaktilər, yəni Allaha sadiq və pak qulluqla məşğul olan bəg-xudalar, öləndə möminə çevrilir və əbədi dinclik tapırlar. Kitabda Allah, axirətdə gələcək sevimli yetirməsinə deyir: “Ey Kunti oğlu, cəsarətlə hər kəsə elan et ki, Mənim bxaktam heç vaxt ölməyəcəkdir” (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 13/19; 9/31). Deməli, Hind mənbələrinə görə də bəglik məqamı – ölümsüzlüklə bağlıdır və Allah, sevimli mömin bəglərinə əbədi xoşbəxt həyat söz vermişdir.
Veda şastralarında qeyd olunur ki, Allahın bxaktiləri - yarıtanrılardır. İstənilən işlə məşğul olan bxakti - Allahın himayəsi altındadır və onlar Allahın əbədi, məhv olmayan aləminə daxil olurlar (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 562; 13/19; 18/56). Belə çıxır ki, bxaktilər eyni zamanda yəhudilərdir. Çünki yalnız yəhudi levitlərini (İslamda Əl-Beyt) Allah “Mənim” adlandırır və Özünə qulluq üçün ayırmışdır. Əgər biz nəzərə alsaq ki, qədim mənbələrdə “yəhudi” deyəndə “ya-xuda”, yəni Midiyanın kuti/qutilər nəsli nəzərdə tutulur, razılaşarıq ki, bxakti [BXKT] rəmzi altında da bəg-kuti [BG-KT], yəni bəg-xuda [BG-XD] nəsli başa düşülməlidir. Qita/Qata rəmzləri də bu mənada “Allah və onun nəsli ilə bağlı olan” mənasındadır.
İnduizmdə, yoqa sisteminin ən ali səviyyəsi “bxakti-yoqa” adlanır. Yoqa sisteminin digər növləri yalnız bxakti-yoqanın bxakti səviyyəsinə qalxması üçündür (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 346). Bu isə onu deməyə əsas verir ki, bxakti səviyyəsi elə sufizmin ən ali səviyyəsi olan bəqa (baka) səviyyəsidir və bu səviyyəyə qalxmış müdrik əbədi Allahda olur. Mətnlərə görə, əməli-saleh bxakti yoqa ilə məşğul olmur, çünki onlar həmişə Krişna vəziyyətində olurlar və yalnız onlar Qitanı dərk edə bilərlər. Hind mənbələrində Ali İlahi Şəxsiyyət adlandırılan Allah, bxakti ilə beş növ müxtəlif əlaqədə ola bilir: passiv vəziyyətdə, aktiv vəziyyətdə, dost halında, ana-ata kimi və sevgili yar qismində bxakti olmaq mümkündür.
Bxakti-yoqa eyni zamanda braxmo-bxakti pilləsinə çatmaq, yəni ilkin materiyaya tam qovuşmaq, onunla vəhdət təşkil etmək deməkdir. “Bxaqavad-Gita”da deyilir: “Kim ki, braxma-bxuta səviyyəsinə  qalxır, o ən Ali Braxmanı dərk edir. O heç vaxt qəmgin olmur və heç nə arzulamır. O bütün varlıqlara eyni gözlə baxır. Belə insanlar – deyə Allah bildirir – pak məhəbbət və sədaqətlə Mənə qulluq etmək hüququ qazanırlar (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 18; 18/54). Burada Ali Braxman dedikdə - ilkin materiyanı özünə tabe etmiş Amon, yəni Rəhman Allah nəzərdə tutulur. Əgər nəzərə alsaq ki, Batin elmində “braxmo” rəmzi elə “İbrahim” rəmzidir, anlayarıq ki, braxmo-bxuta səviyyəsi elə İbrahim məqamıdır. Bu isə İbrahim peyğəmbərin İlahi oddakı ölümsüzlük səviyyəsini bildirir. Bu fəlsəfənin və ümumiyyətlə “Bxaqavad-Gita” adlanan İlahi nəğmələrin elmi izahı, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.
Bütün bunlar o deməkdir ki, vəhy adlandırdığımız ekstatik vəziyyət, Azər oğlu İbrahim peyğəmbərin bəglər nəslinə verilmiş İlahi bəqa səviyyədir. Bu səviyyə müxtəlif insanlara müxtəlif məqsədlərlə verildiyi üçün, vəhyin qəbulu da öz məqamına görə müxtəlif formada özünü göstərir.


Firudin Gilar Bəg

вторник, 20 августа 2013 г.

Məhəmməd peyğəmbər - Nurdan yaradılmış Azər Allahıdır


                                                      “Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri.                                                                  Küfr içində İman vardır, seçə bilirsən gəl bəri”
                                                                                                Şah İsmayıl Xətai

Bu gün artıq hamıya məlumdur ki, Quranın zahiri mənasından başqa, yeddi qat dərinliyə malik batini mənaları vardır. Zahiri İslamın 1400 yaşı varsa, batini İslamın 5500 yaşı var və o Şumerdən başlanır (bax. “Həqiqi İslam Şumerdən başlanır”, sayt: http://gilarbek.blogspot.com/2013/02/hqiqi-islam-sumerdn-baslanr.html). Gizli mənalara malik Batin elmini qədimdə yalnız sufi pirləri (batinilər) bilmişlər. Bu elmi bilməyən insanların qədim yazılara izah verməsi isə zahiri məntiqin insanlar arasında əsas məna kimi qəbul olunmasına və Adəmin cənnətdən qovulmasına gətirib çıxarmışdır. Bu məqalədə mən Məhəmməd peyğəmbərimizlə bağlı həqiqətlərin Batin elmi ilə izahını verəcəyəm.
 Məhəmməd peyğəmbərin mənbələrdə “İki dünyanın ağası” adlandırılması onu göstərir ki, O qədim Misirdə Ra-Amon adlandırılan Allahın obrazıdır. Çünki Misir mənbələrinə görə, məhz Ra-Amon Allahı göydə ruhlar dünyası olan Qeb (İslamda Qeyb) dünyasını yaradaraq, onun və yerdəki Misirin Allahına çevrilmişdir. Quranda Ra-Amon Allahı Rəhman kimi qeyd olunur və bu da sufizmdə eyni mənalı adlardır. Deməli, Məhəmməd peyğəmbərin obrazı elə Rəhman Allahın obrazıdır. Bu fakt Quranda xüsusi nəzərə çatdırılır: “Peyğəmbərə itaət etmiş Allaha itaət etmiş olur… Sənə (Məhəmmədə) biət etmiş (and içmiş) olanlar Allaha biət etmiş olur…” (Quran, 4:80, 48:10). Hədislərin birində bunu Məhəmməd peyğəmbərin özü də açıq bildirir: “Kim ki, mənə itaət edir, Allaha itaət edir; kim ki, mənə itaət etmir, Allaha itaət etmir; kim ki. hökmdara itaət edir, mənə itaət edir, kim ki, hökmdara itaət etmir, mənə itaət etmir”. Belə çıxır ki, Məhəmməd peyğəmbər hökmdarlar hökmdarı, yəni şahlar şahıdır. Bu isə bilavasitə Rəhman Allahın tituludur.
Qurana görə, Məhəmməd peyğəmbərə Allah nuru verilmişdir ki, Mühiddin ibn Ərəbi bu nuru “Həqiqə Məhəmmədiyə”, yəni Haqq-Məhəmməd adlandırır. Haqq isə Allahın adıdır. Deməli, sufilərə görə də Məhəmməd peyğəmbər Allahın obrazıdır. Hədislərin birində Məhəmməd peyğəmbər deyir: “Şəriət - mənim sözlərim, təriqət – mənim əməlim, həqiqət isə mənim daxili vəziyətimdir”. Peyğəmbərin daxili vəziyyətinin həqiqət, yəni haqq olması, onun bədəninin, bütün yer kürəsini əhatə edən ilkin materiyadan (dirilik suyu, İlahi od və s.) ibarət olması deməkdir.
Quranın 69-cu surəsi “əl-Haqqa” adlanır və burada, bu rəmzin çox dərin mənada olması nəzərə çatdırılır: “O Haqq olan! Nədir o Haqq olan? O Haqq olanın nə demək olduğunu bilmək sənə nə verəcək?” (Quran, 69:1-3). Bizim “Haq” kimi ifadə etdiyimiz söz qədim Misir yazılarında Xak/Xeka kimi qeyd edilir və Misir ölkəsinin başçısına, Allahına aid edilirdi. Onun qulları isə baka/bəqa adlanırdı ki, bu da bəg mənasını verirdi («История Древнего Востока», М.,1988, том II, səh.338). Misir mənbələrində “Haqq” rəmzi Maat Allahı ilə əlaqələndirilərək axirətdə zühur edəcək Mehdi obrazına da şamil edilirdi. Belə ki, qədim mətnlərdən birində, Yerdə və Göydə olan Maat Allahı İsidaya deyir: “[Öz] uşağınla, oğlunla gizlən və ona bu şeylər açılacaq. Onun üzvləri inkişaf edəcək və bütün gücləri, iki dəfə çox olacaq, [onda] ayılacaq. [Və o] öz atasının taxtında oturacaq, və [ona görə] qisas alacaq, [və o] İki şahlıqda (Aşağı və Yuxarı Misir) Xek yüksək vəzifəsini tutacaq” (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.125). Deməli, Haqq (Xek) olan Məhəmməd peyğəmbər eyni zamanda axirətlə də bağlıdır.
Məhəmməd adının “Məd” hissəsi qədim Misirdəki Maat Allahının adı ilə eyni mənalıdır. İslamda Maat rəmzi - “Maad” və “Muta” rəmzləri kimi qeyd olunur və qayıdış mənasında gələcək həyat, məhkəmə günündən sonrakı dövr və s. deməkdir. Belə çıxır ki, Məhəmməd peyğəmbərin obrazı eyni zamanda axirətdə zühur edəcək Mehdinin obrazıdır.
Qədim Misir mənbələrinə Maat rəmzi - həqiqət, qayda-qanun, etik norma, Allahın təbiətdəki və cəmiyyətdəki təyini və s. mənalarında qeyd olunur (М. А. Коростовцев, «Религия древнего Египта», М., 1976, səh.142). Misirlilərin “Memfis İlahi traktat”ına görə, Allahların yaranışı, İlahi qayda-qanunun yaranışı ilə eyni zamanda baş vermişdir. Bu zaman yaxşı-pis arasındakı sərhəd, göy dünyasının yaranması, orada yaşama qanunları, mədəniyyət, sənət, qidalanma və s. hamısı Ptah Allahının Maatı yaratdığı zaman əmələ gəlmişdir və məhz bundan sonra Ptah Allahı dincəlmişdi (Г.Франкфорт, Г. А.Франкфорт, Дж. Уилсон, Т.Якобсен, «В преддверии философии», М., 1984, səh.69). Mənbələrdə Ptah (Fateh, Yafət rəmzləri) adlandırılan Allah - firon Amonun (Ra-Amon) sözü və fikri mənasını verirdi.
Digər tərəfdən, qədim Misir mətnlərində Maat həqiqəti - haqq məhkəməsinin rəmzi sayılırdı. Belə ki, əgər insan “ürəyində Maatla” yaşamışdırsa, deməli günahsız və pakdır və o yenidən dirilib Yaru çöllərində (cənnətdə) xoşbəxt yaşayacaqdır (У.Бадж. “Египетская религия. Египетская магия” М.2000, səh.358). Mənbələrə görə, insan öləndə, onun ruhu göy cənnətinə (Yuxarı Misir) qalxaraq, oradakı hakimləri inandırmağa çalışır ki, mən şahımı, atamı, Allahı məyus etməmişəm. Bundan sonra tərəzinin bir gözünə ölənin həyat fəaliyyətinin və mənəviyyatının rəmzi olan ürəyi, digər gözünə isə həqiqət rəmzi olan Maat lələyi qoyulur (Б.А.Тураев, “История Древнего Востока», Л., 1935, том I, səh.283). Deməli, Məhəmməd peyğəmbərin obrazı haqdan, həqiqətdən yaranmış Maat Allahının obrazıdır və o – “Həqiqət mənim daxili vəziyyətimdir” deməklə, özünün Haqq, Allah olmasını, yəni İlahi nurdan yaradılmasını nəzərə çatdırır.
Maat rəmzi Batin elmində qədim Misirin Atum Allahının adı ilə eyni mənalı rəmzlərdir ki, alimlərə görə Atum elə Adəmdir. Tövratda kosmik ölçüdə göstərilən Adəmi məşhur sufi Mühiddin ibn Ərəbi də Allah kimi təsvir edir və “Xəlq edilmiş” adlandırır. Sufilər dahisi Qəzaliyə görə, Allah mənasında olan bu nəhəng göy insanı elə Məhəmməd peyğəmbərdir. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə isə, Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Belə çıxır ki, Məhəmməd peyğəmbərin obrazı, qədim Misirdə Maat/Atum adlanan və bədəni ilə bütün varlıqları əhatə edən kosmik insanın obrazıdır.
Fiva məbədindəki yazıda bildirilir ki, Maat - böyük Allahların vaxtında Göydən yerə enmiş və yerdə yaşayanlarla birləşmişdir (М.А.Коростовцев, «Религия древнего Египта», М.,1976, səh.142). Maatın göydən yerə enməsi və yaşayanlarla birləşməsi, çar hakimiyyətinin göydən yerə enməsi ilə bağlıdır ki, Şumer mənbələrinə görə bunlar Midiya sakinləri olan Kutilər (Qut/Xuda) nəslinin hakimiyyətidir (А. Оппенхейм, Древняя Месопотамия. М., 1980, səh.146).
Batin elmində Məhəmməd rəmzi Maq-Mada kimi açılır ki, sufilər bunu Midiya maqı kimi də oxuyurlar. Lakin maq rəmzi eyni zamanda qam, yəni şaman rəmzi ilə də eyni fikri bildirir. Şamanın qamlıq vəziyyəti – onun ekstatik durumda ruhunun ilkin materiyaya qovuşması deməkdir ki, sufizmdə bu vəziyyət Bəqa fazası adlanır. Bu fazada insan ruhu – sufilərin “Hu” adlandırdığı İlahla birləşir və vəhdət təşkil edir. Bu fazada insan - Allah kimi yaratma qabiliyyətinə, bütün elmləri tam kamil səviyyədə dərk etmək elminə sahib olur. Deməli, qamlıq vəziyyəti – bəşəriyyətə həyat vermiş ilkin materiyanın vəziyyətidir ki, qədim fəlsəfədə bu İlahi vəziyyət Xaos, türklərdə isə Oğuz kimi məlumdur. Belə çıxır ki, Məhəmməd adı - Midiya şamanın, yəni türk-teurqun ekstatik durumu, başqa sözlə sufinin bəqa-bəglik səviyyəsi deməkdir. İslamda bu vəziyyət - insani və ilahi mahiyyətin birləşməsi mənasında olan  “ittihad əl-ləhut bin nəsut” kimi də qeyd olunur. Midiya teurqlarının (türklərinin) göydə Allah yaratması haqqında mən kitab və məqalələrimdə geniş məlumat vermişəm. Bütün bunlar isə o deməkdir ki, Məhəmməd peyğəmbərin obrazı Midiya maqlarından olan türk bəginin obrazıdır. Maatın Göydən yerə enməsi və yaşayanlarla birləşməsi deyəndə də ilahi mahiyyət olan ləhutun, insanla birləşməsi başa düşülməlidir. Biz bu birləşməni – seyid-bəglərin “cəddi” adlandırırıq.
Sufizmdə “Allahdan başqa İlahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti daha dərin mənalara malikdir. Batinilikdə Rəsul [RS-L] rəmzi İsrail [SR-L] rəmzi ilə eyni mənalıdır və bu da “Osiris/Asar Allahının Eli” fikrini ifadə edir. Quranda (25:38, 50:12-14) Rəsul rəmzi Ress əshabi və Ressli kimi də qeyd olunur və bizə bu rəmz Rus kimi də tanışdır. Rus mənbələrində Rus ölkəsi, Oğuz eli kimi göydə qanla yaradılmışdır və bilavasitə ölümsüzlüklə bağlıdır. Mən, “Allah İsrail şahlığını kimə vəsiyyət etmişdir?” adlı məqaləmdə, göydə qanla yaradılmış Rus və Oğuz eli haqda geniş məlumat vermişəm. Deməli, Rus və Oğuz eli - göydə qurban ruhlarından yaradılmış cənnət anlamındadır ki, bu Osiris (Asar/Oziri/Azər) Allahının dünyası da qədim mətnlərə görə Talış dağlarının göylərində yaradılmışdır. Bu isə belə bir nəticə çıxarmağa əsas verir ki, “Allahdan başqa İlahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti Batin elmində - “İlkin materiyadan başqa İlahi enerji yoxdur və Məhəmməd bu İlahi enerjidən yaradılmış Osiris/Asar Elidir” kimi başa düşülməlidir. Əgər nəzərə alsaq ki, Asar, yəni Osiris şahlığı elə Azər Eli mənasındadır, qəbul edərik ki, Məhəmməd peyğəmbər elə Azər Allahıdır.
Sufizmdə, İslam rəmzi ilə eyni mənalı olan Səlim rəmzi, digər mənbələrdə Ur-Səlim kimi də yazılır ki, bu da elə Yerusəlim şəhəri anlamındadır. Bildiyimiz kimi, Məhəmməd peyğəmbər Merac gecəsi insanbaşlı Buraq atı ilə Məkkədən (Əl Haram) səmadakı Yersəlimə (əl-Əqsa) “səyahətə” çıxmış, oradan isə “nur pilləkanı” ilə (bəzən “pilləkan gecəsi” də adlanır) qalxaraq, Allahla “görüşüb söhbət etmişdir”. Yerusəlim rəmzi də sufizmdə “Rus-Aləmi” kimi də açılır ki, bu da elə Rəsul rəmzi kimi göydəki Osiris/Asar, yəni Azər şahlığı deməkdir.
Tarixçisi M. Xorenatsiyə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlandırılır (М. Хоренаци, I/60). Gel, Gelat (Qulat/Xilat) isə ifrat ismaili şiələrin, yəni batini-nizarilərin elidir və o Midiya ərazisində mövcud olmuşdur. Bura eyni zamanda Azərbaycan atabəglərinin malikanəsi olan Xilatdır və Quranda (25:15) Xüld cənnəti adlandırılan cənnət də məhz burada yaradılmışdır. Qədim Misir mənbələrinə görə də Allah “Dünya”nı məhz bu Gel şəhərində yaratmışdır və bütün Misir fəlsəfəsi bu Gel eli ilə bağlıdır.
Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə Əlinin qardaşı Aqilə, yəni Gelə çatmış evdir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər də Gel rəmzi ilə, yəni qədim Geliopol şəhəri ilə bağlıdır.
E. ə. VIII əsrə aid Assuriya yazılarında Midiya ərazisində “Şərqin ərəbləri” (dəqiq: “Günəşin çıxdığı yerin ərəbləri”) ölkəsinin də adı çəkilir (И.М.Дьяконов, «История Мидии» М.-Л., 1956, səh.219-221). Şərq dedikdə, qədim Misir mətnlərində və məşhur sufi Sühravərdinin İşraq fəlsəfəsində - Allahların doğulduğu göy aləmi nəzərdə tutulur. Deməli, Ərəbistan ölkəsi, göylərdə yaradılmış ruhlar dünyası mənasındadır və burada Misir Allahları yaşayırlar. Yunan mənbələrinə görə, Xaosdan (Oğuz) Ereb yaranmışdır ki, bu da “göydə yaradılmış el” fikrini ifadə edir. Belə çıxır ki, sufilər də Ərəbistan deyəndə göydə yaradılmış Oğuz Elini (İç Oğuz) nəzərdə tuturlar. Kitabi - Dədə Qorqudda, göydə yaradılmış bu dünya - Əmman (Ümman) dənizində tikilmiş kafər şəhəri kimi qeyd olunur və orada asilər (ruhlar) su altında “mənəm Allah” deyə qışqırışırlar (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh.118). Bu ruhlar dünyası Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs mənasındadır ki, Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə bunlar Adəmin bədənindədir. Adəm, yəni qədim Misirin Atum Allahı isə elə göydə yaradılmış Osiris/Asar, yəni Azər şahlığıdır. Bu isə o deməkdir ki, Batin elmində Məhəmməd peyğəmbər – Azərbaycan göylərində yaradılmış Azər Allahıdır.
Qədim Misir rəvayətinə görə, Allahın ilkini olan Azər/Oziri (Oziri/Asar/Osiris) dünyaya hakim kimi gəlir və ondan sonra Allah Seti və onun 72 dostunu yaradır. Oziri insanları heyvan səviyyəsindən çıxarıb, onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Ozirinin arvadı İsida isə, oğlu Qorla yenidən Oziri Allahını dirildir və o əvvəlki kimi dünyaya hakimlik etməyə başlayır. Xristian mətnlərdən olan ”Yanıçarın yazıları”na görə isə ölüb dirilən Məhəmməd peyğəmbər olmuşdur. Mətndə qeyd olunur ki,  Məhəmməd peyğəmbər ölənə yaxın öz ardıcıllarını yanına çağırıb bildirmişdi ki, “Mənə dəfn təşkil edin və Mən dirilənə qədər yanımda olun”. Başqa rəvayətə görə, Məhəmməd peyğəmbərin tabutu göyə qalxaraq orada asılı vəziyyətdə qalmışdır. (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель», М.2009,səh.5,238,37,46,81,83,85). Bütün bunlar o deməkdir ki, Məhəmməd peyğəmbər qədim Misir mənbələrində Asar/Osiris/Oziri kimi qeyd olunan Azər Allahının obrazıdır. Bunlar haqqında daha geniş məlumat, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

                                                                             Firudin Gilar Bəg
                                                                             www.gilarbeg.com





суббота, 10 августа 2013 г.

Həzrəti Yusif - zühur edəcək İmamın obrazıdır

           Bu yaxınlarda televiziya ekranlarında, İran kinorejissorlarının çəkdiyi Həzrəti Yusif filminə baxdıq. Hamının bəyəndiyi bu film, Tövratda, Quranda və s. kitablarda qeyd olunan rəvayət əsasında çəkilmişdir. Bütün müqəddəs kitablarda yazılanlar kimi, bu rəvayətin də gizli mənası var ki, onu yalnız qədim yazıların batini mənalarını bilənlər anlayır. Mən də batin elmini bildiyim üçün, bu rəvayətin gizli mənasını açmaq qərarına gəldim. Çünki burada baş verənlər məhz Azərbaycanla və Azər oğulları ilə bağlıdır.
          Batin (Sufizm/Ledun) elmi rəmzlərlə bağlı elmdir ki, burada hər bir samit bir rəmz sayılır və xüsusi məna ifadə edir. Bu elmdə bütün fəlsəfi baxışlar, dinlər, təriqətlər və s. məntiqlər - bir kamil elmin müxtəlif hissələridir. Bu elmə görə, bütün yazılanlar bir kosmik hadisəyə həsr olunmuşdur və yalnız bu rəmzlərin izahı rəvayətin əsl mənasını üzə çıxarır.
           Həzrəti Yusif rəvayətindəki hadisə, yəhudilərin Yaqub peyğəmbərinin ailəsindən başlanır ki, yəhudi deyəndə qədim mənbələrdə Xəzər, yəni Azəri türk bəgləri nəzərdə tutulur. Yaqub rəmzi qədim Misir yazılarında Qeb kimi qeyd olunur. Qədim Misir kosmoqoniyasına görə, Qeb – göylərdə yaradılmış ruhlar dünyasıdır. Yaqub rəmzi də Ya-Qeb deməkdir ki, buradakı Ya rəmzi, Qebin müqəddəsliyini bildirmək üçün əlavə edilmişdir.
            Tövrata görə, Yaqub yuxuda Allahla tutaşır və Allah onu İsrail adlandırır. Sufizmdə Qeb rəmzi - bəqa, yəni bəglik rəmzi ilə eyni mənalıdır ki, bəqa rəmzi də tərikə yolunun ən ali məqamıdır. Sufi, silsilənin bu məqamına çatanda ilkin materiya ilə, yəni sufilərin Hu, İlah adlandırdığı enerji (dirilik suyu, İlahi od) ilə birləşir. Bu vəziyyətdə o istədiyini yaratmaq qüdrətinə sahib olur. Deməli, Yaqubun Allahla tutaşması, onun Bəqa səviyyəsində ilkin materiya ilə “mübarizəsi”, onu özünə tabe edib, ondan Qeb, yəni Qeyb aləmini yaratması mənasındadır. Yaqubun İsrail adlandırılması isə, bu Qeyb aləminin sonradan “Asar-Eli”, yəni göydə yaradılmış Osiris ölüm şahlığı mənasını verməsi deməkdir. Deməli, Yaqub obrazı, bəglik məqamında göydə yaradılmış Qeb cənnətinin və onun sahibi olan qədim Misirin Ra-Amon Allahın obrazıdır ki, İslamda bu Allah Rəhman kimi məlumdur.
            Tövrata görə, Yaqub peyğəmbər Lavanın qızı Raxillə evlənir və ondan iki oğlu – Yusif və Bənyəmin olur. Yaqub, bu oğullarını digər on oğlundan daha çox istəyir. Lavan rəmzi qədim mənbələrdə Livan və Alban kimi yazılır və sufizmdə bunlar eyni mənalı rəmzlərdir. Tövrata görə, Misir və Assur ölkəsi, Livanda ucalmış ağacın üstündə yerləşir ki, bu da dünya (həyat) ağacının budaqlarında yaradılmış Asar/Azər, yəni Osiris şahlığı mənasındadır. Deməli, qədim mənbələrdə (Yuxarı) Misir dedikdə - ölüm Allahı olan Osirisin göy şahlığı nəzərdə tutulur. Yaqubun Lavanın qızı ilə evlənməsi də, Ra-Amon Allahının, Albaniya göylərində yaradılmış Osiris şahlığına sahib olması deməkdir.
           Raxil rəmzi qədim mənbələrdə Raquil, İriqal, Araqil, Erakl və s. kimi yazılaraq Gelar (Xilar/Qelar və s.) fikrini ifadə edir ki, erməni mənbələrinə görə, Albaniya göylərində yaradılmış ölkə məhz Gelarküni ilə bağlıdır. Ermənistan tarixinə görə, Albaniya ölkəsi Gelarkünidən olan kiməsə əbədi verilmişdir. Albaniya, Ermənistan və ümumiyyətlə bütün qədim dünya tarixi, erməni mənbələrində Gelarküni adlanan Gel elindən başlanır. Buranın Sisaka, yəni Sak nəsli isə mənbələrdə padişahlar və peyğəmbərlər nəsli hesab olunur. Batini-Quran kitabında və məqalələrimdə mən bunları çoxsaylı faktlarla sübut etmişəm. Deməli, Yusif obrazı Albaniyanın Gelar eli ilə əlaqəlidir.
           Rəvayətdə Yaqubun on iki oğlu olur ki, qədim mənbələrdə bu - on iki İsrail şahı mənasındadır. Avropa yazılarında bunlar 12 Ezir (Azər), xristianlıqda İsa peyğəmbərin 12 həvariyunu kimi qeyd olunur. İsrail oğullarının bu 12 başçısı, ismaili şiələrində 12 İmam və ya 12 Pir kimi qalmışdır və bunlar “İsna Aşəriyə” (Azəriyə) adlanırlar.
           İsmailiyə fəlsəfəsinə görə, dünyanın yaranmasının əsas səbəbi – İlahi əmrin, İlahi həqiqətin həyata keçməsidir. Dünya - 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (“əl-cəzair”) ibarətdir ki, hərəsinin öz ali xətibi var və onları “Dai Duat əl-cəzirə” və ya “Hüccət əl-cəzirə” adlandırırlar. Adada ali xətiblərin köməkçiləri olan xatib-nakibləri də mövcuddur ki, onların sayı, tam ayın günlərinə uyğun olaraq, 30 nəfər təşkil edir. Eyni zamanda hər nakibin, günün saatlarına uyğun 24 xatib-dai köməkçisi var və onların 12-si “görünən” (gündüz üçün) və 12 – “gizli”dir (gecə üçün). Ali rəhbərliyin üzvləri “Dai əd-Duat” adlanır. Dai rəmzi qədim dilçilikdə Dea, yəni Allah mənasını verir. Duat rəmzi isə qədim Misir mənbələrində Amduat adlanır ki, bu da ölüm şahlığı olan “Duatda olanlar” anlamındadır. Deməli, “Dai əd-Duat” rəmzi - göydə ada kimi təsəvvür olunan “Ölüm şahlığı Duatın Allahı” fikrini ifadə edir. Belə çıxır ki, İsmailiyə fəlsəfəsi qədim Misirin Osiris ölüm şahlığında olanların fəlsəfəsidir ki, mən Batini-Quran kitabında Duatda baş verən mistik hadisələrin bəzilərinə elmi izah vermişəm.
            İsmaili şiələrində on ikinci, yəni axırıncı İmam - Qaib, yəni Qeyb aləminə çəkilmiş hesab olunur və axirətdə o zühur etməlidir. Qeybə, yəni qədim Misirin Qeb aləminə çəkilmiş İmam rəmzi hədislərdə gizlilik sayılır və bu haqdakı bilik Allaha və peyğəmbərə aid bilikdir ki, insanlar üçün bu gizli qalmalıdır. Şiələr bu biliyin bilavasitə öz İmamlarına aid olduğuna inanırlar. Mənbələrə görə əl-Qaib (gözə görünməz varlılıq), yəni “gizli” İmam haqqında inam, Əli nəslində yaranmışdır ki, onlara görə Əli ölməmişdir və qayıdacaqdır.
Rəvayətdə Yusif quyuya salınaraq “yoxa çıxır” və uzun müddət sonra Misirin əmr sahibi kimi zühur edərək, elini çətinlikdən qurtarır. Deməli, Yusif obrazı, Qeybə çəkilmiş on ikinci İmamın obrazıdır. Maraqlı faktdır ki, Albaniya ilə bağlı olan Gelar toponimi, İran ərazisində – “On bir bəy Gilar” adlanır və bu da on ikinci bəyin qeybə çəkilməsi anlamındadır.
            Yusifin adı Misirdə Yuzarsifə çevrilir ki, Yuzarsif rəmzi – “Ya-Azər-Sif”, yəni Osiris-Yusif deməkdir. Yusifin Osiris adlandırılması onun Qeybdə, yəni Yuxarı Misirin Osiris şahlığında axirətə qədər gözləməsi mənasındadır. Deməli, Yusifin Yuzarsif adlanması, onun göydəki Osiris (Asar/Azər) şahlığında yaşaması anlamındadır.
            Yusif sözünün özü (Ya-Sif) qədim mənbələrdə sofi, İslamda isə sufi kimi qeyd olunan “müdrik” mənasındadır. Rəvayətdə Yusif yuxu yozan kimi göstərilir ki, batin elmində bu rəmz təkcə yuxuyozma mənasında deyil, rəmzləri oxuyan, onların gizli mənalarını açan sufi obrazıdır. Deməli, Yaqub oğlu Yusif peyğəmbərin obrazı - Azər elinin Gel, yəni Gelarküni batinilərinin nəslindən olan bir sufi müdrikinin obrazıdır.
Məlumdur ki, batiniliyə həyatı Gel (Gelat/Qulat) ismaililəri vermişlər. İfrat şiələr olan Gel batiniləri təbliğ edirdilər ki, insan üçün Allahın sübutu (Hüccət Allah və ya əl-Hüccə ələ-l-xalq) Hz. Məhəmməd olmuşdur, ondan sonra isə Qurandır. Lakin Quran dərkolunmaz olduğu üçün mütləq Quranın gizli sirlərini bilən, cəmiyyəti düz yola dəvət edən qəyyumu, səlahiyyətlisi olmalıdır. Belə sübut, səlahiyyətli - Allahın yerdə mövcudluğunun sübutu kimi Əli qəbul edilmişdir və ona mütləq itaət şiəliyin əsas şərtlərindəndir. İmamilərin inamına görə, yerdə həmişə Əli nəslindən “görünməz” və ya “görünən” cəmiyyətin başçısı – İmam olmalıdır.
Şiə ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenə görə, gözlənən İmam yeni Qanun, yeni Kitab gətirməyəcək, lakin bütün vəhylərin mənasını izah edəcək. Çünki, o özü Kamil İnsan formasında olan “əbədi peyğəmbər həqiqəti”nin ezoterikası mənasında bütün vəhylərin vəhyidir. Gözlənən İmamın gəlişinin mənası tam antropoloji vəhy, Ruhun insan daxilində çiçəklənməsidir.
            Şiə doktirasına görə İmam, insanların istəyindən aslı olmayan ali hakimiyyət mənasındadır və yuxarıdan təyin olunur. İmamın seçki yolu ilə seçilməsini birdəfəlik inkar edən şiələr elan edirlər ki, müsəlman cəmiyyətinin ali hakimiyyəti Əli nəslinə Allah tərəfindən verilmişdir. İmam öz hakimiyyətinin İlahi təbiətinə görə, dinin gizli sirlərini bilir ki, bu sirləri Məhəmməd peyğəmbər yalnız Əliyə açmışdır və atadan oğula ötürülür. Dördüncü İmamın sözlərinə görə - “Allahın dərki – İmamın dərkidir”, “Öz İmamını tanımadan ölən, cahil olaraq ölmüşdür”. Şiə İmamı – Allahın yerdəki canişini, qapısı - peyğəmbəri biliklərin varisidir ki, onun vasitəsi ilə Allaha yaxınlaşmaq olar. Allahı ağıl və düşüncə ilə yox, yalnız İmamın elmi ilə dərk etmək olar. İmamın gəlişinin əsas mahiyyəti - dini qanunun, yəni islamın “zahiri” qəbulunu ləğv etmək və İlahi həqiqətləri (əl-batini) tam açmaqdır. Bütün bunlar isə o deməkdir ki, Yuzarsifin dini biliyi və Amon dinini ləvğ etməsi, İslamın zahiri mənalarını rədd edib, batini mənalarını açması mənasındadır.
             Yusifin, fironun yuxusunu yozması da rəmzidir. Yusif, yeddi arıq inəyin yeddi kök inəyi yeməsini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu görməsini - yeddi ilin bolluq, yeddi ilin isə qıtlıq, aclıq olacağı kimi yozur. Batin elmində inək rəmzi göydə yaradılmış göy öküzü (dünyası) mənasındadır ki, qədim Misir mətnlərinə görə, insanlar öləndən sonra bura düşürlər. Buradakı yeddi rəmzi isə - yeddi zaman müddətinə, yeddi mərhələyə yaradılmış varlığı bildirir ki, Tövratda bu yaradılış – yeddi günə yaradılmış Dünya, yəni göydəki ruhlar dünyası - Qeb mənasındadır. Batin elmində, yeddi arıq inəyin yeddi kök inəyi yeməsi – 5500 il bundan əvvəl yaranmış və artıq bədəni ruhlarla dolmuş göy inəyinin (göy öküzü) yerinə, axirətdə yeni göy inəyinin (dünyasının) yaranması deməkdir. Quranda bu rəmz – “torpaqların dəyişdirilməsi” kimi, yəni göydəki köhnə cənnətin yerinə yeni cənnətin yaranması kimi qeyd olunur. Sünbül rəmzi də göyə ucalmış dünya ağacının rəmzidir ki, axirətdə birinci dünya ilkin materiyada məhv olacaq və onun yerinə ikinci dünya yaranacaqdır. Bütün bunlar isə o deməkdir ki, Yusif - axirətdə baş verəcək hadisələrin batini mənasını açıb insanlara çatdıracaqdır.
           Rəvayətdə, Yusifi Potifar satın alır ki, Potifar rəmz sufizmdə “firon-Yafət” anlamında, göy aləminin sahibi olan Ra-Amon Allahı deməkdir. Züleyxa (Selixa) rəmzi isə batin elmində “İlahın ruhu” fikrini ifadə edir ki, bu da ilkin materiya, yəni bəşəriyyətə həyat vermiş İlahi enerji anlamındadır. Qədim fəlsəfədə qadın obrazı - doğma, yəni yaratma, həyat vermə qabiliyyətinə görə ilkin materiyanın rəmzi sayılır. Deməli, Züleyxa obrazı qədim Misirin Atum Allahını, yəni Adəmi doğan ilkin materiyanın obrazıdır. Mənbələrdə bu obraz İsida, Xator, Kibela və s. kimi də qeyd olunur. Potifarla Züleyxanın evliliyi – Ra-Amon Allahının Qeyb aləmi ilə münasibətinin rəmzidir və bu “evlilik” axirətə qədər davam edir. Axirətdə isə göy şahlığınin sahibi olan Günaş Allahı Ra-Amon, öz taxt-tacını Ay Allahı rəmzində olan Mehdiyə verir. Mehdinin obrazı isə elə, axirətə qədər göydə qalan və öz zühurunu gözləyən Yusifin obrazıdır.
            Züleyxanın Yusifə olan məhəbbəti də, ilkin materiyanın insan ruhuna olan cazibəsini, yəni hər an birləşməyə meyli mənasındadır ki, sufizmdə bu “İlahi eşq” adlanır. Axirətdə Ra günəşi mənasında olan Osiris (Asar/Azər) ölür (Potifarın ölümü) ki, bu da Amon Allahının öz gücünü itirməsi anlamındadır. Rəvayətin axırında Yusifin Züleyxa ilə evliliyi – Mehdinin göylərə sahib olub, Ra-Amon Allahının taxtında oturması və bundan sonrakı zamanın sahibi məhz onun olması deməkdir. Rəvayətdə Yusifin öz ailəsi ilə, yəni on bir qardaşı və atası ilə görüşü, axirətdə İmamın zühuru, yəni zahirə, üzə çıxması, tanınması deməkdir. Çünki Yusif təkcə İsrail elinin yox, həm də gələcəkdə bütün dünyanın sahibinə çevriləcək bir varlığın obrazıdır.
Faktiki olaraq Yusif və Züleyxa rəvayəti – insanı, göydəki dünyanı yaratmış və axirətədək onu idarə edən, axirətdən sonrakı 2200 illik müddətdə də göy dünyasında ömür sürəcək Ra-Amon Allahının həyatının axirətlə bağlı hissəsidir. Batin elmində bu obraz – Rəhman Allahın yerinə keçəcək Rəhim Allahın obrazıdır.

Firudin Gilar Bəg
www.gilarbeg.com

понедельник, 5 августа 2013 г.

Ən xoşbəxt və ən bədbəxt Azərilər



Xoşbəxtlik nədir? Kimlər xoşbəxt sayılmalıdır? Qədim müdriklər xoşbəxt deyəndə hansı meyarları əsas götürmüşlər? Bu və digər suallara cavab vermək üçün qədim mənbələrdə xoşbəxtlik rəmzinin kimlərə şamil edildiyini və ümumiyyətlə bu rəmzin nə ilə bağlı olduğunu bilmək lazımdır. Mən bu xoşbəxtlik anlayışını araşdırmaq qərarına gəldim və nəticəni oxuculara təqdim edirəm.
İlk dəfə xoşbəxtlik rəmzinə qədim şumer mənbələrində rast gəlinir. Dövrümüzün ən görkəmli araşdırıcısı Devid Rolun yazdığına görə, şumer mətnlərində xoşbəxtlik – ölən insanın ruhunun Dilmun cənnətinə düşməsidir. D. Rol yazır: “Qədim ədəbi abidələr açıq yazırlar ki, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Beləliklə, burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır… Kramerin oxuduğu bir neçə mətnlər onu inandırdı ki, Dilmun – Allahlar monastırı, Zaqros dağ təpələrinin arxasında yerləşir… Kramer hesab edir ki, Dilmun İran ərazisində yerləşir, çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə, “Günəşin çıxdığı yerdə” yerləşir… Cənnət haqqındakı şumerlərin mifinin öz tərcüməsinə əsaslanaraq Kramer, Dilmunu - “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər... Qədim Şumer ədəbiyyatının bu yer cənnəti, heç şübhəsiz ki, Adəmin günah işlədənə qədər yaşadığı bağdır və bura xoşbəxtlik, hüzur yeridir və ən əsası təhlükəsiz yerdir (Д. Рол, “Генезис цивилизации. Откуда мы произошли…”, Эксмо, М., 2002, səh.267,271).
D. Rolun yazdıqlarından belə çıxır ki, xoşbəxtlik - Dilmun cənnəti ilə bağlıdır və əsl xoşbəxt insan o insandır ki, öləndən sonra onun ruhu İran dağlarında yaradılmış Dilmun cənnətinə düşür və burada onun ruhu ölümsüzlük qazanır. Deməli, şumerlilərə görə xoşbəxtlik – insan ruhunun cənnətdə ölümsüzlük qazanmasıdır. Ölümsüzlük qazanmış Dilmun Allahlarının kimlər olduğunu bilmək üçün batin (sufizm, ledun) elminə müraciət etmək lazımdır.
Dilmun [DLMN] rəmzi batin elmində Dil-Mun [DL-MN] və Dilum-On [DLM-N] kimi açılır ki, Dil-Mun rəmzinin izahını biz aşağıda verəcəyik. Dilum-On rəmzindəki On rəmzi qədim mənbələrdə İunu/Nu/No və s. kimi yazılaraq, qədim Misirin Gel şəhərinin (Geliopol/İliopol) digər adı kimi qeyd olunurdu. Erməni mənbələrində Ani kimi yazılan On (Gel) şəhəri, qədim Misirdə “Dünya”nın yaradıldığı şəhər kimi tanınırdı. Qədim Misirin “Ölülər kitabında” qeyd edilir ki, Allahların Evi Geliopolda (İunu/On) tikilmişdir və qoca Ra-nın Evi də buradadır. Geliopoldan çıxmış Ptah Allahı da bu günədək orada yaşayır. Usiri/Asar (Osiris) Allahının bədəni də İunu, yəni Geliopol şəhərində uyuyur. Deməli, On/İunu şəhəri qədim Misir Allahlarının göydəki evi, yəni cənnət evi mənasındadır.
Qədim Misir mənbələrində, ruhların göydəki evi – “xoşbəxt, rahatlıq ölkəsi” adlandırılır. Ra günəş Allahına həsr olunmuş himndə isə xoşbəxtlik ölkəsi deyəndə bilavasitə Osirisin (Asar/Azər) şahlığı nəzərdə tutulur (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.317). Tanınmış misirşünas U. Bac yazır ki, misirlilərin inamına görə, Göydəki dünya –– nəhəng düzbucaqlı dəmir lövhədir ki, dünyanın dörd tərəfindəki sütunlar onu saxlayır. Digər mənbələrdə bu sütunlar – Geliopol, Herakl, İrəm, Xozroy və s. sütunları kimi qeyd olunur. Bu dəmir lövhədə Allahlar və ölmüş möminlər yaşayırlar və hər bir halal insan ora düşmək üçün çalışır. Bəzi müqəddəs yerlərdə bu lövhə dağın başına o qədər yaxın idi ki, ölənlər əziyyətsiz ora çıxıb, oradan Göydəki xoşbəxtliyə çata bilirdilər (У.Бадж, “Египетская религия. Египетская магия”, М.2000, səh.213).
U. Bacın yazılarından aydın olur ki, cənnət deyəndə Geliopol göylərində yaradılan ruhlar dünyası təsəvvür olunmalıdır. Bu lövhənin üstü isə Misir mənbələrində Yaru çölləri adlanırdı və mənbələrə görə, insan yerdə “ürəyində Maatla” yaşamışdırsa, deməli günahsız və pakdır. O yenidən dirilib, Yaru çöllərində xoşbəxt yaşayacaqdır (У.Бадж, “Египетская религия. Египетская магия”, М., 2000, səh.358). Maat mənbələrdə - haqq məhkəməsi mənasını da verirdi və hesab olunurdu ki, insanlar “Maatın hesabına, Maatda və Maat üçün” yaşayırlar. Maat imarəti mətnlərdə “İki həqiqətin imarəti” adlanır və biz bu Maat qalasını Midiya qalası kimi tanıyırıq. 
Erməni mənbələrində, Midiya ərazisində böyük səhra tikilməsi haqqında geniş məlumat verilir. Tarixçi Arakel Təbrizli yazır ki, paronterlər (fironlar) Yerusəlimdə yaşayaraq, İordan çayının sahillərinə səyahət edirdi və onlar əzəli Ermənistanda, yəni Sünikdə səhra tikib bərqərar etdilər. Arakel, səyahət yerlərini “Ermənistanın Yuxarı vilayəti”  adlandırır ki, bu da göydə yaradılmış Yaru çölləri mənasındadır. Arakel buranı - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırıb, Taron qavarında yerləşən Lazar (ElAzər rəmzi) monastrı ilə əlaqələndirir. Öldükdən sonra paronterlərin, yəni fironların ruhları, adlarını və qiyafələrini dəyişərək - insan səsinin eşidilmədiyi bu məkana köçürlər. Burada, böyük səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olurlar. Arakelə görə, ölmüşlərin ruhları bu səhradan çıxanda ölümcül vəziyyətə düşürdülər: “... və yalnız zaman-zaman çıxır, gəzir, sonra yenidən səhraya qayıdırdı, çünki o sudan çıxarılmış, can verən balığa bənzəyirdi və geriyə, suya qayıtdıqdan sonra yenidən canlanırdı: səhradan çıxanda [Vardapet Movses] boğulurdu və geri döndükdə isə canlanırdı” (А. Даврижеци, “Книга историй”, М.,1973, böl.24,51). Bu o deməkdir ki, ölmüş insanların ruhları məhz burada, Sünikdə yaradılmış xüsusi “səhra”da yaşamağa uyğunlaşmışlar. Buradan kənarda isə ruhlar üçün yaşayış yoxdur. Belə cıxır ki, Dilmun cənnəti Sünik (Gelarküni) göylərində yaradılmış Yaru çölləridir.
Dilmun [DLMN] sözündəki Dilum [DLM] rəmzi Sebeosun əsərində Del [DL], Delum [DLM] kimi yazılır və Midiya dağlarında ərazi kimi göstərilir. Sebeos, Del rəmzini Delum rəmzi ilə eyniləşdirir və burada yaşan xalqları mərd, qorxmaz xalq adlandırır (Себеос, “История императора Иракла”, 37, отд. III, böl. 37). Del [DL] rəmzi sufizmdə Ada-El [D-L] kimi açılaraq, Ata-Eli mənasında “Allahların eli” fikrini bildirir. Çünki, Dea/Teo, yəni “D” və “T” samitləri batin elmində yaradıcı, həyat verən mənasındadır ki, bu rəmz altında Misir Allahı Amon və ilkin materiya nəzərdə tutulur. Dilmun, yəni Del-Amon rəmzi də qədim Misirin Amon Allahının eli fikrini ifadə edir.
Kitabi-Dədə Qorqudda Əmən (Bəkdüz Əmən) kimi qeyd olunan Amon Allahı müqəddəsliyinə görə “Ya-Amon” kimi də yazılır və biz bu rəmzi “Yəmən” ölkə adı kimi bilirik. Yəmən ölkəsinin mənbələrdə “xoşbəxt ölkə” adlandırılması da onun ruhlar dünyası mənasını verməsi ilə bağlıdır. Maraqlıdır ki, bu gün Azərbaycanda yaşayan seyidlər, bəglər - özlərinin Allah nurundan yaranmalarını, ölümsüz olmalarını və əcdadlarının da Yəməndən Azərbaycana gəlmələrini xüsusi qeyd edirlər. Bu isə o deməkdir ki, seyidlər – Amon Allahının göydəki Yəmən elindən, yəni cənnətdən gəlmişlər.
Tanınmış alim A. Oppenheym bildirir ki, Mesopotamiyanın məhşur “Çarlar (şahlar) siyahısı”, yəni kutilər sülaləsinin hakimiyyəti, mifik dövrlərdən – “çar hakimiyyətinin Göydən yerə endiyi dövrlərdən başlanır” (А.Л. Оппенхейм, “Древняя Месопотамия”, М., 1980, səh.146). Ərəb mənbələrinə görə göydən yerə enmişlər, Salman ibn Rəbiənin başçılığı ilə gəlmiş İran əhalisidir («Azərbaycan tarixi üzrə qaynaqlar», B.1989, səh.59). Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır. Əgər biz Del rəmzinin mənbələrdə Delos, Tilos və s. kimi yazılışını və bu rəmzlərin eyni zamanda cənnət mənasında olmalarını da nəzərə alsaq razılaşarıq ki, Talış (Tilos/Atlas) dağlarında yaşayan seyidlər, bəglər – cənnət əhlidirlər.
Ərəb mənbələrində Dilmun rəmzinin Delum hissəsi - Deyləm kimi yazılır və deyləmlilərin zamanı qabaqlamaları və tam xoşbəxtliyə çatmaları qeyd olunur. Əbu əl-Ala İbn Xassul “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində, Deyləmilərin geneologiyası, onların dövlətləri, ləyaqətləri xüsusi qeyd edilir və onların tam xoşbəxtliyə çatmalarının sirləri və onların zamanı qabaqlamaları vurğulanır. Müəllif burada Ukayl, yəni Gel tayfasını əsil ərəb tayfası kimi qeyd edir (Ф.М.Асадов, “Арабские источники о тюрках в раннее средневековье”, Б., 1993, səh.104-107). Deməli, tam xoşbəxtliyə çatmış Deyləm türkləri elə misirlilərin Geliopol adlandırdığı Gel şəhərinin maqlarıdır.
Strabona görə, qədim dövrdən Gel şəhərində fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər yaşamışlar (М. А. Коростовцев, «Религия древнего Египта, М., 1976, səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib edilmişdir. Bu isə o deməkdir ki, ölümsüzlük qazanmış Misir Allahlarının nəsli elə Deyləm türkləridir. Mən, türk sözünün qədim Misir mənbələrində teurq kimi yazılmasını və teurqiya, yəni qurban vasitəsi ilə göydə Allah yaradan maq mənasında olmasını – “Türk”, “Türkiyə” nə deməkdir? Ağlasığmaz həqiqətlər” adlı məqalədə yazmışam (http://gilarbek.blogspot.com/2012/06/turk-turkiy-n-demkdir-aglasgmaz-hqiqtlr.html). Hindlərin məşhur “Bxaqavad-Gita” kitabının (Bhaqavad-Gita) ilk cümlələrində bu teurqlar - Allahlar adlandırılır və onlar Dxarmo göylərində qurban mərasimi keçirirlər. Məhz bundan sonra göydə ruhlar dünyası, yəni günahlardan, bədbəxtlikdən kənar brahman dünyası yaranır ki, bu da əbədi xoşbəxtlik dünyası mənasındadır (Упанишады, М., 2000, səh.252). Hind mənbələrində brahmanlar - “bxakti”lər [BXKT] adlanır ki, bu da “bəg-kuti” [BG-KT] mənasındadır. Xalkidli Yamvlix, özünün “Misir sirləri haqqında” kitabında, göydə “Dünya yaradan” teurqları Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri - ruhlarının yaradıcı Allahla vəhdətidir (А.Ф.Лосев, “История античной эстетики”, sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm). Bu isə elə sufilərin tərikə (türklük) yolu deməkdir. Belə çıxır ki, ölümsüzlük qazanmış Deyləm türkləri – Midiya dağlarında yaşayan Gel batiniləri, yəni seyid-bəgləridir.
Tarixçi M. Xorenatsi Gel rəmzini Gelarküniyə aid edir və buradakı tikilini Telami [TLM] adlandırır ki, sufizmdə bu rəmz Delum [DLM] rəmzi ilə eyni mənalıdır (М. Хоренаци, Книга I, böl.12). Batin elmində Telami [TLM] rəmzi isə Milet [MLT] rəmzi ilə eyni məna verir ki, mənbələrdə miletlilər də öz xoşbəxtlikləri ilə ad qazanmışdılar. Deməli, ölümsüzlük qazanmış Deyləm türkləri – qədim dünyanın ən böyük və ən şöhrətli nəsli olan Gelarküni batiniləridir. Qədim Misir mənbələrində Gel kahinləri dedikdə də məhz onlar təsəvvür olunmalıdır.
İslamda Gel elinin sakinləri Gelat (Qulat) ifrat şiələri hesab olunur və onlar batiniliyin əsasını qoyan ismaili-nizariləridir. Bu ismaililərin İsmailiyyə fəlsəfəsi, qədim Misir və Əflatun fəlsəfələri ilə eynidir. Bu haqda mən “Batini-Quran” kitabında geniş izah vermişəm. Maraqlı fakt isə odur ki, batinilikdə İslam [SLM] rəmzi Salam/Səlim [SLM] rəmzi ilə eynidir və bu rəmzdən yaranmış Darussalam rəmzi (Salam/İslam evi) də xoşbəxtlik evi, cənnət mənasındadır. Deməli, İslam dini də göydəki cənnətlə bağlıdır.
Batin elmində Din [DN] rəmzi - Ədn [DN] cənnətinin adı eyni formada yazılır və bu da İslam dininin elə göydə yaradılmış el, yəni Ədn (Eden) cənnəti mənasında olması deməkdir. Quran yazır: “Allah mömin kişi və qadınlara əbədi qalmaq üçün altından çaylar axan bağlar və Ədn cənnətində gözəl yaşayış yeri vəd etmişdir. Allahın bu xoş niyyəti daha böyükdür: bu – böyük xoşbəxtlikdir… Onların Allah yanındakı mükafatı – altında çaylar axan Ədn cənnətidir ki, onlar orada əbədi qalacaqdır…” (Quran, 9:72, 98:8). Bu isə o deməkdir ki, İslam dini elə Dilmun cənnəti mənasındadır.
Sufizmdə İslam rəmzi – “İssi-Aləm”, yəni göydəki “Aləmin ruhu” kimi açıqlanır ki, qədim mənbələrdə “İssi-Aləm” rəmzi - “Aləm-İssi” mənasında Lamassu (və ya İlu – El) kimi yazılırdı və “insanı gözləyən Allah, ruh” mənasını verirdi. Əgər insanın bəxti gətirirsə, deməli ona köməklik edən “Lamassu” və ya “İlu” adlanan ruhu vardır (А.Оппенхейм, “Древняя Месопотамия”, М., 1980, səh.146,210,204). Buradan isə belə nəticə çıxarmaq olar ki, İslam rəmzi qədim Şumer, Misir və s. Allahlarının adlarından biridir.
İslamın ən tanınmış alimlərində olan Mühiddin İbn Ərəbinin yazdığına görə də, İslam dini elə Göydə yaradılmış dünya mənasındadır ki, məhz onu qəbul edən insanın ruhu o dünyada xoşbəxt həyat sürür. İbn Ərəbi yazır: “Böyük Allah dedi: Bu dini İbrahim, oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım, Allah sizin üçün din seçdi: müsəlman olaraq ölün - yəni Ona tabe olaraq. Burada din sözü dəqiq ifadə etmək və əhd-peyman üçün əlif və lam səsləri ilə (El) qeyd olunmuşdur, çünki bu din, Böyük Allahın dediyi kimi: “Allahda olan bu din – İslamdır”, yəni daha dəqiq tabe olmaq kimi məlumdur və tanışdır. Beləliklə, bu din sənin tabeçiliyindir. Böyük Allahdan isə sənin tabe olduğun qanunun qəbuludur” (Ибн Араби, “Геммы мудрости”, böl.8). Eyni fikirlər Quranda da xüsusi nəzərə çatdırılır (Quran, 3:85,102, 12:101). Deməli, İslam dini ölümlə və ölümdən sonrakı həyatla bağlıdır. Məşhur sufi Qəzaliyə görə də ölüm, insanın bir formadan digərinə keçməsi və əbədi həyat qazanmasıdır. Qəzali bildirir ki, bu dünya, səyyahların o dünyaya keçməyi yolundakı dayanacaq və ya bazar meydanıdır. Kim burada özlərinə səyahət üçün “azuqə” yığarsa, o, öləndən sonra xoşbəxt həyat qazanacaq (Абу Хамид аль Газали, “Эликсир Счастья”, гл.3, сайт: http://www.sufizm.ru/lib/gasali/selected/4/). İbn Ərəbi də nəzərə çatdırır ki, Allah əsl müsəlmanı öldürmür, onun ruhunu qəbul edib, göydəki cənnətdə ona yer verir və o bu göy dünyasında əbədi xoşbəxtlik qazanır. İbn Ərəbi bu cənnəti, Azər oğlu İbrahim peyğəmbərin atıldığı İlahi oddan yaranmış cənnət kimi təsvir edir (Ибн Араби, “Геммы мудрости”, böl.18). Belə çıxır ki, İslam dini Talış dağlarının üstündə İlahi oddan yaradılmış cənnətlə bağlıdır.
İlahi odun xoşbəxtliklə əlaqəsindən Ammian Marsellin də yazır: “Danışırlar ki, əgər buna inanmaq mümkünsə, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirir”. Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə, xoşbəxtliyin səbəbləri - məhz qüdrətli və ədalətli hökmdar dünyasının olması xarakterikdir. Qatalarda “dünya”, bilavasitə “hakimiyyət”, “güc” (hökmdarın) və s. ilə əlaqələndirilir və xoşbəxt həyatın, inkişafın əsas şərtlərindən sayılırdı” (История Иранского государства и культуры, М., 1971, səh.216,305). Qüdrətli hökmdarlar, şahlar deyəndə, mənbələrdə saklar nəslinin nümayəndələri olan şad-bəglər (seyid-bəg) nəzərdə tutulur. İslamdakı behişt rəmzi də - “bəg-şiyat” kimi açıqlanır ki, şiyat rəmzi qədim mənbələrdə şənlik, xoşbəxtlik, səadət, inkişaf, bolluq və s. mənasındadır. Deməli, behişt – “bəglik səviyyəsində yaradılmış xoşbəxt həyat” deməkdir. Digər tərəfdən dilimizdə “baqi İrəm” ifadəsi var ki, sufizmdə bu rəmz - “bəglik səviyyəsində yaradılmış İrəm” mənasını verir. Batin elmində bu rəmz – “bəqa (Allahla vəhdət) səviyyəsində yaradılmış İrəm bağı”, yəni cənnət deməkdir. Quranda İrəm şəhəri - dünyada bərabəri olmayan “sütunlar şəhəri” adlandırılır ki, bu da elə mənbələrdə Geliopol, Herakl, Xozroy və s. gözəgörünməz sütunlar üstündə yaradılmış cənnət deməkdir (Quran, 89:7).
Qurana görə də xoşbəxtlik - şərab, bal çayları axan, süd gölü, müxtəlif meyvəli ağacları və pak zövcələri olan cənnət bağında yaşamaqdır (Quran, 4:57, 9:72, 47:15-17). Quran da bu cənnəti, Azər oğlu İbrahim peyğəmbərin atıldığı ilahi odla əlaqələndirir və bu odda olanları xoşbəxt adlandırır (Quran, 20:10-13, 27:7). Quranda yazılanların təvili (batini mənası) onu göstərir ki, bu kitabda yazılanlar, Dilmun cənnətinin yaradılma prosesi ilə bağlı hadisələrin rəmzləşdirilməsidir. Əgər biz Əflatunun, bütün yazılı və şifahi ədəbiyyatın bir hadisəyə həsr olunmasını iddia etməsini nəzərə alsaq, razılaşarıq ki, Quran kitabında da söhbət, Əhdi-Ətiq və Əhdi-Cədiddəki kimi, firon Amonun Midiya göylərində cənnət yaratmasından gedir.
Qurana görə axirətdə Allah, xoşbəxtlik mənbəyi olan cənnətini öz istədiyi bir nəfərə verəcək və bunun qarşısını heç kim ala bilməyəcək (Quran, 6:134,135, 49:7, 7:184, 39:15). İbn Ərəbiyə görə, “Baldırın açılacağı gün”, yəni Allahın sirlərinin hamıya məlum olacağı o axirət günü yeni cənnət yaranacaq və onun sahibinə iman gətirənlər, yeni cənnətdə xoşbəxtlik tapacaqlar (Ибн Араби, “Геммы мудрости”, böl.14). M. Xorenatsiyə görə, axirətdə, cənnət mənasında olan Albaniya - Gel, yəni Gelarküni nəslindən bir nəfərə veriləcək. Mən, “Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi” adlı məqaləmdə bu haqda geniş məlumat vermişəm (Sayt: http://gilarbek.blogspot.com/2013_03_01_archive.html).
Bütün bunlar o deməkdir ki, Dilmun cənnətində xoşbəxtliyə qovuşan Deyləm türkləri -Azəri seyid-bəgləridir və onlar yaradılış xüsusiyyətlərinə görə, ölən kimi, ruhları birbaşa göy cənnətinə qalxır və burada ölümsüzlük qazanır. Müqəddəslərin ruhlarının birbaşa cənnətə qalxması, onların Qədim Misirin Qor fironlarının (pir) törəmələri olması ilə bağlıdır. Belə ki, qədim Misirin ilk piri, yəni fironu olan Amon, əvvəl göydə ilkin materiyada Ra günəş diskini yaradır. Özü öldükdə isə ruhu göyə qalxaraq bu Ra diski ilə birləşir və Ra-Amon (İslamda Rəhman) Allahına çevrilir. Dilmun cənnətində bu Ra günəş Allahı - Qor qızılquşu kimi ömür sürməyə başlayır ki, onun yerdəki törəmələri də sonradan “Qor yoluyla gedənlər” adlandırılır. Adi insanlardan fərqli olaraq, bu seyid-bəglər nəsli doğulanda, göydə də Ra günəşi mənasında olan ulduz doğulur və bu nəsli ölənə kimi “himayə” edir. Öləndə isə Azəri müqəddəslərinin ruhu göyə qalxaraq bu ulduzla birləşir və rəmzi olaraq Ra-Amon Allahının yaranışı təkrar olunur. Deməli, bütün Azəri (Asar/Osiris) müqəddəslərinin nəsli, Ra-Amon Allahının təqlidi ilə göydə ölümsüz Osiris/Oziri, yəni Azər Allahlara çevrilirlər. “Şəmsu Qor”, yəni Qor Günəş Allahının yolu ilə gedən bu müqəddəs insanlar, elmləri ilə “ölkəni birləşdirənlər” adlandırılırlar ki, bu da onların yerdəki və göydəki ölkələrin əbədi sakinləri olması mənasındadır.
Devid Rol “İtirilmiş Əhd” kitabında yazır ki, sivilizasiyanın əsasının qoyuluşu qədim Misir rəvayətlərinə görə, Nil vadisi ilə bağlı olmamışdır. Bunlar “Qor yoluyla gedənlər” olmuşlar ki, uzaqdan gələrək öz elm və mədəniyyətlərini qədim Misirə gətirmişdilər. D. Rol əfsanəvi “Qor yoluyla gedənlər” nəslinin soykökünü, Mesopotamiyanın böyük qəhrəmanlarından başlanmasını bildirir. Misirin yaranış haqqındakı rəvayətlərində bu yer, günəşin doğduğu şərqdəki uzaq yer adlanır ki, bura ilkin sonsuzluq sularından qalxmış Od adasıdır. Od adası dedikdə isə göyləri təşkil edən ilkin materiyadan yaranmış, ada formalı ərazi təsəvvür olunmalıdır ki, bu da Talış dağlarının üstündə yaradılmış Dilmun cənnətidir.
Talış dağlarında bu ərazi Gelarküni adlanır ki, bu da Adəmin, yəni qədim Misirin Atum Tanrısının məhz bu ərazidə, Allahın “Kün!”, yəni “Ol!” əmri ilə yaradılmasına işarədir. M. Xorenatsi Gelarküni (Gel) rəmzini eyni zamanda Qarni adlandırır və bu - “Nu (Gel) şəhərindəki Qor” deməkdir (М.Хоренаци, «История Армении», Кн. I, böl.12). Belə çıxır ki, Qor pirlərinin (firon) vətəni Gelarkünidir. Lakin Qarni [QRN] rəmzi eyni zamanda Quran [QRN] kimi də oxunur.
Sufi dahilərindən olan Əl-Əşariyə görə, əsl Quran kitabı elə “Lövhi-Məhfuz”dur: “Böyük Allah demişdir: “Bu – həqiqi Qurandır – hansı ki Lövhi-Məhfuzdadır». Quran - Mühafizə olunan lövhədədir, lakin eyni zamanda o, bilik verilmiş adamların ürəyindədir. Böyük və qüdrətli Allah dedi: “Əksinə, bu – aydın ayələrdir, kimə ki bilik verilmişdir, onun ürəyində saxlanılır” (Абу аль-Хасан аль-Аш‘ари, “Разъяснение основ вероисповедания”, böl. 3,  sayt: http://d1.islamhouse.com/data/ru/ih_books/single/ru_Ibana_in_asul_diyana.pdf). “Ürəyinə bilik verilmiş” deyəndə imam Əli nəzərdə tutulur ki, bildiyimiz kimi Məhəmməd peyğəmbər imam Əlini “Danışan Quran” (Natiq Əli-yel Quran) adlandırmışdır. Belə çıxır ki, imam Əli - Gelarkünidən olmuşdur. Əli rəmzinin qədim mənbələrdə El, İlu, Alu (Albaniya) və s. kimi yazılışını nəzərə alsaq, razılaşarıq ki, Ra-Amon Allahının göydə yaratdığı Dilmun Eli məhz Gelarküni ilə bağlıdır. Bakuviyə görə İmam Əli – Kusdan olan nəbatidir ki, rəmzlər dilində bu - “Xaosda yaradılmış Beyt”, yəni göydə yaradılmış cənnət evi mənasındadır. Başqa sözlə, İmam Əli obrazı Göydə yaradılmış El, Vilayət, yəni cənnət mənasındadır (Ал-Бакуви, «Сокращение [книги о] «памятниках» и чудеса царя могучего», М.,1971, 30a).
Digər tərəfdən, “Lövhi-Məhfuz” – olub və olacaqların yazıldığı kitabdır ki, mənbələrdə bu kitab Kronos Allahı ilə əlaqələndirilir. Beros yazır ki, Kronos Allahı Babilin 10-cu şahı Ksisutrusa tapşırır ki, dünyanın yaranmasının başlanğıcından yazıb, Günəş şəhəri olan Sipparda, yerin altında gizlətsin və subasma zamanı xilas olmaq üçün gəmi düzəltsin. Subasmadan sonra isə Babilə gedib, adamlarla Sippar yazılarını çıxartsın (Дж.Фрезер, «Фольклор в Ветхом Завете», М., 1990, səh.70). Deməli, günəş şəhəri olan Sippar elə Gelarkünidir və əsl Quran da bu ərazidə saxlanılır.
Bütün bunlar o deməkdir ki, Azəri müqəddəsləri yeganə xalqdır ki, Allah onlara, bu dünyada və göydəki cənnətdə əbədi həyat vermişdir və onlar dünyanın ən xoşbəxt insanları sayılmalıdırlar.
Hədislərə görə, Hz. Məhəmməd bildirmişdir ki, yəhudi, xristian və müsəlmanların hərəsinin yetmişdən çox olan təriqətlərinin yalnız biri Cənnətə düşəcəkdir və onlar da Mənim və Səhabələrimin yolu ilə gedənlərdir. Bu o deməkdir ki, yeganə bir xalq var ki, onlar hər üç dinin müqəddəslərinin nəslidir. Bu xalq da, qədim mənbələrdə “Qor yoluyla gedənlər” adlanır ki, Hz. Məhəmməd onları “Mənim və Səhabələrimin yolu ilə gedənlər” adlandırır.
İslamın yetmiş üç təriqətinin yetmiş ikisinin cəhənnəmə düşməsi mənbələrdə Adəmin cənnətdən qovulması kimi qeyd olunur. Tövrata görə Adəm, Allahın əmrini pozaraq, “yaxşı və pisi anlama ağacı”nın barını yediyi üçün cənnətdən qovulmuşdur. Batin elmində bu rəmz – Allahın ilahi elminin, insan məntiqi ilə dərk edilməsi və həqiqəti təhrif etməsi mənasındadır. Bu, bizim bu gün Qurana verdiyimiz zahiri məna anlamındadır ki, bu da insanların həqiqi batin elmindən uzaq düşməsi deməkdir. Deməli, Adəmin cənnətdən qovulması, onun Allah həqiqətlərini təhrif etməsi və zahiri məntiqi əsas tutması deməkdir ki, bunun nəticəsində insan haradan gəlib hara getdiyini bilmir. Bilməmək isə qeyri müəyyənlikdir və heç yerə aparmır. Nəticədə adi və qarışaraq adiləşmiş insanlar öləndə, ruhları cənnətin qapısına gedib çata bilmir və işıqda parçalanaraq (Arakelə görə boğularaq) məhv olur. Bu haqda mən “Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır “ adlı məqaləmdə geniş məlumat vermişəm (Sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1181).
Digər tərəfdən, Qor pirləri nəslinin cənnətə getməsi, onların bu dünyadakı əməlləri ilə də bağlıdır ki, yaranış xüsusiyyətləri, ölümündən sonra onların ruhlarını Cənnətin qapısındakı məhkəmə zalına aparır. Orada isə bu ruhları 42 hakim mühakimə edir: şərəf və ləyaqətlilər əbədi xoşbəxtlik məskəni olan cənnətə, günahkarlar isə cəhənnəmə göndərilir. Ağır cinayətləri olanların ruhu isə elə məhkəmə zalında Sebek timsahına yem olur və o birdəfəlik məhv olur.
Əbədi xoşbəxt həyat üçün yaradılmış Azəri müqəddəslərinin bu günkü həyatı onu göstərir ki, bu gün çox insanlar Ra-Amon Allahının yaratdığı bu Dilmun cənnətində xoşbəxtlik qazanmırlar. Axirətdə yeni yaranacaq cənnətə də çoxlarının düşmə ehtimalı azdır. Çünki müasir insanlarımızın həyat tərzi, kamil insanların əksi olan adi insanın həyat tərzinə uyğundur. Yəni bu günkü Azəri müqəddəslərinin həyatı, heyvani nəfs olan şəhvət və qəzəb qüvvələrinə əsaslanır. Bu isə cənnətə aparmır. Xoşbəxtlik üçün xüsusi yaradılmış bir xalqın həyatının digər canlılardan fərqlənməməsi məncə ən böyük bədbəxtlikdir.
Qədim Misir yazılarına və Əflatuna görə, yerdə olanların hamısı göy cənnətində də mövcuddur və oranın əhalisi (ruhları) yerdəki insanlarla yuxugörmə və s. telepatik yollarla əlaqə də saxlayırlar (Platon, «Fedon» 110, 111). İnsan həyatı cəmi 70 il, cənnətin xoşbəxt həyatı isə minillər davam edir. Qurban verməyə dəyərmi? Hər halda bu haqda düşünməyə dəyər.

                                                                                               Firudin Gilar Bəg
                                                                                                                               www.gilarbeg.com