пятница, 23 октября 2015 г.

Aşura haqqında əsl həqiqətlər




Hər bir millətin qədimliyi və mədəni zənginliyinin əsas göstəricilərindən biri də onun adət-ənənəsi və mərasimləridir. Bu adət-ənənə və mərasimlərin kökünü axtarmaq, qədim həqiqətlərə aydınlıq gətirmək isə hər bir tədqiqatçının istəyidir. Əsil tədqiqatçı, mənafeləri kənara qoyub, yalnız və yalnız həqiqəti araşdırmalı və onu xalqa çatdırmalıdır. Məhz bu məqsədlə biz də Aşura mərasiminin kökünü araşdırmaq qərarına gəlib, mənbələrə məntiqlə yanaşmağa çalışdıq.
Aşura mərasimi haqqında söz demək üçün, qədim mənbələrdəki bu tip mərasimlərə nəzər salıb, onların nə məna kəsb etdiyini başa düşmək vacibdir. Adi insanın ölümü ilə əlaqədar keçirilən mərasimin belə böyük miqyasda minilliklər boyu davam etməsi ağlasığmaz bir hadisədir. Deməli, Aşura mərasimi bizə məlum olmayan hansısa İlahi varlıqla əlaqəlidir.
Misirşünas Erdmanın fikrincə Hüseynin mərasimi, yəni Aşura – Tammuz/Ta-uz şəbihi ilə əlaqədar keçirilən mərasim ilə bağlıdır (Б. А. Тураев, «История древнего востока», I cild, səh.147). Bu mərasim qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilirdi və mənbələrdə Tammuz/Ta-uz, Osiris/Oziri, Adonis, Attis, Kibela və s. Allahların ölüb-dirilməsi mərasimi adlanırdı. Həqiqətən də, müsəlmanlarda matəm günü olan Aşura axşamı, yəni məhərrəm ayının 9-cu günü Tasua/Tasus adlanır ki, bu da Ta-uz adına, yəni Tammuz mərasiminin adına çox uyğun gəlir. Bu matəm mərasimindəki ağlaşma isə Təziyə adlanır ki, bu da Ta-uz simvolu ilə eynidir. Belə çıxır ki, Aşura mərasimi adi insanın ölümü ilə yox, bilavasitə Allahla bağlı mərasimdir ki, biz bu haqda demək olar ki, heç nə bilmirik.
Qədim folklorun tədqiqatçısı C. Frezerin yazdığına görə qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilən Tammuz/Ta-uz, Adonis, Attis və s. Allahların ölüb-dirilməsi mərasimləri eynidir və öz köklərini qədim Misirdə keçirilən «Oziri Allahının ölüb-dirilməsi» mərasimindən götürmüşdür ki, bu mərasim sonralar xristianlıqda İsanın ölüb-dirilməsi kimi qalmışdır.
Finikiya ibadətgahı olan Biblosun Astartasında Adonisin ölümü hər il xüsusi mərasimlə keçirilirdi. Bu zaman insanlar ah-zar edir, öz sinələrinə döyür və inanırdılar ki, növbəti gün ilahi Adonis həyata qayıdacaq və hamının gözü qarşısında ərşə yüksələcək (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.316). Kibela və Attisin böyük yaz bayramının Roma, Friqiya variantına görə 22 martda meşədən şam ağacı qırılaraq məbədgaha gətirilir. Onu müqəddəs hesab edərək, parçaya bürüyüb üstünə gül tökürdülər. 23 martda əsasən nəfəs alətləri çalınırdı. «Qanlı» üçüncü gün baş kahin öz venasını kəsir, aşağa təbəqəli kahinlər isə baraban və digər alətlərin qarışıq səslərinin müşayəti ilə başlarını əsdirərək dağınıq saçla, ağrı hissiyatını itirib quduzluq halına gələnə qədər fırlanırdılar. Daha sonra onlar bıçaq və s. alətlərlə özlərini yaralayıb, qanlarını qurbangaha və müqəddəs ağacın üzərinə tökürdülər. Eyni mərasimi Avstraliya aborigenləri də keçirirdi. Belə ki, onların kahinləri özlərini axtalayır və bədən üzvünü ilahə heykəlinin altına atırdı. Daha sonra isə onu yerdə basdırırdılar ki, Attis Allahı qayıtsın. Qədim şərqin ən populyar yeri olan İerapolisdə, Astartanın məbədgahında keçirilən bu tip mərasimlərə varlılar Assuriya, Babil, Finikiya, Ərəbistan və s. ölkələrdən axışıb gəlirdi. Baraban və qışqırıq səsilə axtalanan kahinlər özlərinə bıçaqla zərər yetirir və ekstaz halına gəlirdilər (orada səh.328,329,332). Kiçik Asiyada Kibelanın, Attisin bu böyük yaz bayramı, yəni ölüb-dirilən Attis, Adonis,Tammuz, Kibela və s. Allahların bayramı Gilar bayramı adlanırdı (Е. Ярославский, «Как родятся, живут и умерают Боги», М., 1941, səh.83,86).
Herodota görə, Oziri (Osiris) Allahının qəbri aşağa Misirin Sais şəhərində yerləşirdi və buradakı gölün ətrafında xalq gecələr Oziri Allahının əziyyətlərinin şəbihini çıxarırdı. İldə bir dəfə keçirilən bu mərasimdə Allahın ölməsinə münasibətini bildirərək insanlar hönkürtü ilə ağlayır və öz sinələrinə vurub, İsidanın Ozirisi diriltməsi üçün getdiyi yolu təsvir edirdilər. Qeyd edək ki, «ölüb-dirilən Attis Allahı»nın  mərasimi martın 24, 25-də keçirilirdi ki, bu gün də eyni zamanda Xristosun ölüb-dirilməsi günü sayılırdı. Maraqlı faktdır ki, xristian və bütpərəstlərin ölüb-dirilən Allahlarının  mərasimi eyni ərazidə və eyni vaxtda keçirilirdi. C. Frezer yazır ki, buna görə xristian və bütpərəstlər arasında mübahisələr olurdu. Bütpərəstlər, xristianların «ölüb-dirilən Xristos»un mərasimini saxta adlandırıb, öz mərasimlərinin daha qədim olduğunu iddia edirdilər (orada səh.350,351, 339). Bütün bu mərasimlərin kökü isə bilavasitə qədim Misirin «ölüb-dirilən Oziri» (Osiris) Allahı haqqındakı rəvayətlə bağlıdır ki, onun da yaşı 5500 ildən artıqdır.
Qədim Misir rəvayətinə görə Allahın ilkini olan Oziri (Azər – F. G. B.) dünyaya hakim kimi gəlir və insanları heyvan səviyyəsindən çıxarıb, onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Ozirinin arvadı İsida isə, oğlu Qorla yenidən Oziri Allahını dirildir və o əvvəlki kimi dünyaya hakimlik etməyə başlayır. Rəvayətin açması müəllifi olduğum «Batini-Quran» kitabında geniş verilmişdir (sayt: http://hosting.bakinter.net/torah/index.html).
Kibela, Attisin və s. Allahların bu böyük yaz bayramının 22 martda keçirilməsi, bu bayramın Novruz bayrami ilə eyniliyi mənasındadır. Novruz bayramında keçirilən törəndə Kosanın ölməsi və sonra birdən dirilməsi, bu bayramın bilavasitə qədim Misir Allahının ölüb-dirilməsi bayramı olması deməkdir. Ümumiyyətlə, “Kosa” [KS] rəmzi sufilikdə eyni mənalı “XZ”, “HS” və s. rəmzlərlə eynidir ki, Novruz bayramındakı Xızır rəmzi də bu rəmzdən yaranmışdır. Novruz bayramında “Xızır, Xızır Xız gətir, var dərədən od gətir” deyimi isə onu göstərir ki, Kosa, Xızır obrazları ölümsüzlüklə və bu ölümsüzlüyü verən “xız” enerjisi ilə, yəni yer kürəsini əhatə edən ilahi od - ilkin materiya ilə bağlıdır. Ən qədim Misir yazılarında “XZ”, “KZ” və s. oxşar rəmzlər həyat enerjisini, yəni ilkin materiyanı bildirirdi. Deməli, Kosanın obrazı, Prometey (Musa peyğəmbər və s. obrazlar) tərəfindən yerə gətirilmiş bu ilahi odun, yəni ilkin materiyanın obrazıdır ki, məhz bu enerjinin hesabına insan - kamil insana (Homo sapiens) çevrilmişdir.
İslama görə Novruz bayramı Həzrəti Əli-nin doğum, taxta çıxdığı və Fatimə ilə evləndiyi gün hesab edilir. Lakin bu bayram eyni zamanda Həzrəti Məhəmmədin peyğəmbərliyə məbus olduğu, Cəmşid padişahın Azərbaycanda taxta çıxdığı, Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı və Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu və s. gündür (sayt: http://www.sarigelin1.com/Az/QonaqShairler/HSherghi/HSherghi_1.html). Bu isə o deməkdir ki, İslam dini özü VII əsrdə yox, daha qədimdə yaradılmışdır.
İbn Fəhd Hillinin (841 h.q) «Əl-muhəzzəbul-bare» kitabına görə İmam Sadiq buyurmuşdur: «Novruz günü Allahın Rəsulunun Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb onu sındıranların vay halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin Əlinı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. Bu, Əlinın Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə yetirdiyi gündür. Bu, İmam Zamanın zühur edəcəyi və Allahın izni ilə Dəccala qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür...» (sayt:  http://kovser.az/index.php?adid=MjAvMi50eHQ=). Əllamə Məclisinin (1111 h.q) «Biharul-ənvar» kitabına görə isə İmam Sadiq demişdir: «Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik qoşmamaları, Peyğəmbər və onların höccətlərinə tərəfdar olmaları və İmamlara iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı, küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh gəmisinin Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən çıxmış minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin İslam Peyğəmbərinə nazil olduğu və Peyğəmbərin İmam Əlinı Məscidul-Həramda Qureyşin bütlərini sındırmaq üçün çiyninə çıxartdığı və həmçinin İbrahimın bütləri qırdığı gündür. Bu gün Peyğəmbərin səhabələrinə Əli ilə beyət etmələrinə göstəriş verdiyi və Əlinı cinlərin yanına beyət almaq üçün göndərdiyi gündür” (yenə orada).
Yazdıqlarımızdan belə çıxır ki, Novruz bayramı adi bayram yox, bir neçə mistik hadisənin bayramıdır. O eyni zamanda axirətdə zühur edəcək imam Əlinin bayramıdır ki, bu da qədim Misir Allahı olan Ozirinin, yəni Azərin yenidən dirilməsi mənasındadır. Bu o deməkdir ki, Novruz bayramı qədim Misirin “ölüb-dirilən Oziri” bayramındakı Ozirinin dirilməsi hissəsidir. Ozirinin ölümlə bağlı hissəsi isə bu günə “Aşura” adı ilə gəlib çatmışdır. Nəzərə alsaq ki, Oziri Allahını Assuriya və s. ölkələrdə Aşşur adlandırırlar, onda razılaşarıq ki, Asur/Aşur sözü də Oziri/Azər mənasındadır. Azər rəmzinin pəhləvicə “od” mənasını verməsi və ədəbiyyatımızda –“Nuri-Azər”, yəni Allahın nuru mənasında olması bu rəmzin bilavasitə ilkin materiya mənasında olması deməkdir.
          Aşura mərasiminin adı mənbələrdə «Şaxsey-Vaxsey» kimi də qeyd olunur ki, sufilikdə bu rəmzlər Şah-Say və Bəg-Say mənasında izah olunur. Say sözü şifahi xalq ədəbiyyatımızda qoruyucu ruh, elin ruhu və Allah mənasında işlənilir. Deməli «Şaxsey-Vaxsey» mərasimi, dünyaya şah kimi, bəg kimi gəlmiş Allahın ölümünün mərasimidir.
Kərbəla müsibətində «qətlə yetirilən» İmam Hüseynin oğullarının Əsğər və Əkbər adları, sufilikdə «ilahi od» (Quranda Sokar) və Böyük Allah mənasındadır. Kərbəla rəmzi isə sufilikdə Qor-Baal (Balaat) mənasında «Qor vilayəti», yəni ruhlar dünyası fikrini ifadə edir. Belə çıxır ki, Kərbəla müsibəti zamanı, Əsğər və Əkbərin öldürülməsi dedikdə, Allah tərəfindən insanlara verilmiş «ilahi od»un və bu oddan yaradılmış Kosmik insan Kəbirin (Əkbər) sonu başa düşülməlidir ki, bu da göydəki dünyanın sonu deməkdir. Qeyd etmək istərdik ki, Tövratda, Allahın dünyanı yeddi günə yaratması qeyd olunur ki, bu da bilavasitə qurbanla göydə yaranan ruhlar dünyasına aiddir. “Kniqa Qora ili rasşifrovka Torı” kitabında biz bu yaradılışın qısa məzmununu açmışıq və s. (sayt: http://hosting.bakinter.net/torah/index.html).
Aşurada ölənlərdən biri də Qasimin nişanlısı, imam Hüseynin qızı Səkinədir (Vəfati – Səkinə) ki, sufilikdə bu rəmz (Sakin/Skiniya) «Allahın mövcudluğu» mənasındadır. Digər tərəfdən Qasim adı «Qas» [QS] rəmzindən yaranmışdır və bu rəmz yəhudi, xristian mənbələrində Aqios [QS] və Aqiazo [QZ] kimi yazılaraq müqəddəs mənasını verir. İslamda Əqsa [QS] kimi qeyd olunan Qas [QS] rəmzi, Kitabi Dədə Qorqudda Oğuz kimi, qədim Misir yazılarında isə «KZ», yəni «həyat enerjisi» mənasında işlənmişdir və ilkin materiyanı bildirmişdir. Mənbələrdə bu rəmzlərin yerinə əsasən «müqəddəs» mənasını verən yəhudilərin «kodeş», yəni Qades/Qüds/Kadus (islamda əqdəs, kuddus) rəmzi işlənir. Qeyd edək ki, Hüseyn və Həsən adlarınının «HS» rəmzləri, xristianların Qospod rəmzi də bu rəmzdən yaranmışdır. Bu isə o deməkdir ki, Hüseynin mərasimi Prometeyin (Allahin obrazı) göydən yerə gətirilmiş “HS”, ”XZ” ilahi odunun, yəni ilkin materiyanın yoxa çıxmasının mərasimidir.
Məlumdur ki, imam Hüseyn 72 əshabəsi ilə şəhid olmuşdur ki, buradakı 72 rəmzi də qədim Misirlə bağlıdır. Belə ki, rəvayətə görə Oziri Allahını Set öz 72 dostu ilə qətlə yetirir. Əgər Aşurada 72 rəmzi ölənlərə aiddirsə, qədim rəvayətdə bu rəmz öldürənlərə aid edilir. Qədim mənbələrdə 72 rəmzi göydəki ruhlar dünyasının rəmzidir və onun sonu da «dünyanın sonu» mənasındadır. Deməli, imam Hüseynin 72 əshabəsinin ölümü dedikdə, axirətdə, Rəhmanın göydə yaratdığı ruhlar dünyasının məhv olması başa düşülməlidir.
 Yazdıqlarımızdın belə çıxır ki, Aşurada müqəddəslərin ölməsi rəmzində, 5500 il bundan əvvəl Allah tərəfindən yaradılmış ruhlar dünyasının məhv olması nəzərə çatdırılır. Həzrəti Hüseynin mənbələrdə Sultani-Neynəva adlanması, yəni Nineva-Kufə (Nun-Qaf rəmzləri) səhrasında məhv olması rəmzi, onun, qədim Misir mənbələrində Nun adlanan ilkin sularda, yəni işıq okeanında məhv olması deməkdir.
Qədim Misir yazılarına görə, Misirin Ra-Amon (Amon-Ra) Allahı, ilkin Nun sularında, milyonlarla qurban hesabına ruhlar dünyası yaratmış və özü də onun daxilində Allaha çevrilmişdi. Quran bu hadisə belə təsvir olunur: «O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini göyə yönəldib onları yeddi göy olaraq düzəltdi…  Allah göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və günəşi, ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu (Quran 2:29, 13:2, 20:5). Rəhmanın ərşə hakim olması qədim Misir yazılarında Amon Allahının Şərqə - göyə qalxması (ərşə ucalması – F. G. B.) və Ra günəşi ilə birləşməsi kimi təsvir olunur: «Otuzuncu ilin, subasmanın üçüncü ayı, yeddinci gün Allah özünün göydəki sarayına (günəş Allahının göydəki evi) qalxdı, aşağı və yuxarı Misirin şahı Sexotepibre, O göyə ucaldı və günəş diski ilə birləşdi, «İlahi bədən», onu yaradana qovuşdu. Paytaxt sükutdadır, ürəklər qəmgindir, Böyük darvazalar bağlandı, saray əyanları, başlarını dizlərinə əyib əyləşmişlər, xalq ah-zar içindədir» (“Сказки и повести древнего Египта», Л.1979, səh.9). Bu yazılarda Amon Allahının ölümündən sonra, onun ruhunun göyə qalxaraq, sağlığında göydə yaratdığı Ra – günəş diski ilə birləşməsi və Ra-Amon/Ra-Əman, yəni Rəhman Allahına çevrilməsi təsvir olunur. Dahi Firdovsi, Allahın bu göyü tutuması hadisəsini «Şahnamə»sində Cəmşidlə bağlayır və qeyd edir ki, o hansısa dənizi keçərək, göyə ilk ayaq açır. Göydə kəyan taxtı qurub, divin çiynində taxta çıxan Cəmşid fəzada günəş tək qərar tutur (Firdovsi, «Şahnamə», B.1987, səh.33). C. Frezerə görə isə, məhz Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur  (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.147). Belə çıxır ki, göyə, yəni ərşə yüksələn Ra-Əman elə islamda Rəhman kimi qeyd olunan tək Allahdır və o Azərbaycan ərazisindəki Alban dağının üstündə qərar tutmuşdur.
Aşuranın atributlarından biri də «ələm götürmə» mərasimidir ki, bu mərasimi başa düşmək üçün qədim həqiqətləri bilmək vacibdir. Kainatın sirlərini ilk dəfə dərk edən Misir piri (firon) Amon, göydən yerə ilahi od (dirilik suyu) gətirmək və ondan ruhlar dünyası yaratmaq üçün, dirilik suyunun özündən, yəni ilkin materiyadan magik rituallar vasitəsilə bir cüt gözəgörünməz əl düzəltmiş və onu öz əllərinin kölgəsi adlandırmışdır. Məhz bu Əl-in köməyi ilə o göydəki ruhlar dünyasını və digər şeyləri yaratmışdır. Qədim yazılarda «Aşiratın barmaqları» (Aşşur/Assur/Usir/Azər) kimi qeyd olunan bu bir cüt əl, qədim Misir yazılarında «Ka», yəni «Ağa» adlandırılır və rəsmlərdə Allahın başının üstündə göstərilir. Qədim Misir kitabələrində, insan və s. varlıqların üzərinə günəşdən uzanan əlin («ələm») və bir-biri ilə qol vasitəsilə birləşən bir cüt əlin və s. rəsmləri geniş yayılmışdır. Deməli, Aşura günü keçirilən «Ələm götürmə» ənənəsi də qədim Misirdə Allahın müqəddəs sayılan bir cüt əli ilə bağlıdır. Allahın bir cüt əllərinin olması, lakin onun formasının qeyri müəyyənliyi Quranda (38:75), İbn Ərəbinin, Əşarinin və s. kitablarında qeyd edilmişdir. Ələmin cuşa gəldiyini görən hər bir adam təsdiq edə bilər ki, bu adi hadisə yox, bilavasitə Allahla bağlı hadisədir.
Aşuranın sonunda, «əsirlərin qayıtması» mənasını verən «Riəti-Üsəra» rəmzi axirətdən sonra Üsarə kimi qeyd olunan Osirisin (Oziri/Azər) dirilməsi deməkdir ki, bu zaman birinci ruhlar dünyasının yerinə ikinci ruhlar dünyası yaranmalıdır. Quranda (14:48) bu hadisə «torpaqların dəyişdirilməsi» kimi qeyd olunur. Əsirlər gecəsinin Şami-Qəriban adlanması isə «Səma-Qor» mənasında səmada yeni Qor dünyasının (Qərəə - Quran) yaranması deməkdir.
Bütün bunlar o deməkdir ki, biz dinimiz haqqında çox həqiqətləri bilmirik. Son dövrün araşdırmaları da sübut etmişdir ki, bu günə qədər əsil ərəb ölkəsinin, əsil Misirin də harada yerləşdiyi çox müəmmalıdır. Müqəddəs kitablarda Ərəbistan rəmzi – «Şərq ölkəsi» (Библия, Bıt. 25:6), əhalisi isə «şərqin əhalisi» (Библия, Sud. 6:3, 7:12) kimi qeyd olunur. Qədim Misir mətnlərində Şərq «Allahın ölkəsi» sayılır, çünki, «Günəş şərqdə öz gənc şanı ilə qalxırdı». Qurana görə Allah, günəşin qalxdığı bu yerdə yaşayan xüsusi seçilmişlər nəsli ilə öz arasında pərdə yaratmamışdır, yəni Allahin sirrini məhz onlar bilmişlər (Quran, 18:90, 18:84). Lakin, tarixçi İ. Dyakonovun yazdığına görə, hələ e. ə. VIII əsrə aid Assur yazılarında Midiya ərazisində, yəni Azərbaycanın cənub bölgəsində «şərqin ərəbləri» ölkəsi mövcud olmuşdur (И. Дьяконов, «История Мидии», M.1956, səh.219, 220). 
Yunan mifologiyasında “Ereb” rəmzi xaos mənasında göydə yaradılmış el fikrini ifadə edir. “Şərq” rəmzi də, dahi azərbaycan filosofu Şihabəddin Yəhya Sühravərdinin «Şərq» fəlsəfəsində göyləri və göydəki dünyanı bildirir. Görkəmli etnoqraf Q. Qeybullayev isə «şərq» rəmzinin bilavasitə Albaniya ilə bağlı olduğunu yazır. Əgər C. Frezerin, Silvi şahlarının banisinin öləndən sonra Allaha çevrilməsini və Alban dağlarındakı şəhərin üstündə qərar tutmusı faktını nəzərə alsaq, razılaşarıq ki, qədim mənbələrdəki Ərəbistan rəmzi məhz Azərbaycanın Alban dağlarında yaradılmış ruhlar dünyası mənasındadır.
Təbəri qeyd edir ki, ərəb geneoloqlarına görə indiki ərəblər əsl ərəblər deyil. Əsil ərəblər cədis, ad, samud və s. tayfalarıdır ki, İslama qədər köçüb getmişlər (Təbəri I, s. 215). Cədis tayfasının Kadus olduğunu nəzərə alsaq, başa düşərik ki, əsl ərəblər hələ e. ə. VIII əsrdə Azərbaycan ərazisindəki Midiyada yaşamış və bu gün pir, bəg, seyid, şıx və s. adlandırılan Azəri tayfalardır. Tarixçi B. A. Turayev də xüsusi qeyd edir ki, marlar ölkəsi olan Kadeş, yəni Kadus – Aziru (Azəri) şahlığıdır. Qədim Misir yazılarına görə də İran dağlarında yerləşən məhz bu Oziri/Azəri eli (Osiris) Allahların vətəni sayılmışdır.
 Əhdi-Ətiqdəki Yezekiil peyğəmbərin kitabına görə Misir ölkəsi Assur ölkəsi ilə eynidir və dünya ağacı timsalında Allahın ilkin materiyadaki, yəni göydəki eli mənasındadır (Библия, Езек.31:3,4,7). Məşhur tədqiqatçı D. Rola görə Misir rəmzi M-Əsər, yəni “Əsərdən doğulmuş” (Osiris/Oziri) mənasındadır ki, bu da Misir, Aşşur/Assur/Assuriya (Azəriyyə) rəmzlərinin bilavasitə Usir/Osiris/Azər elinə aid edilməsi deməkdir. Belə çıxır ki, qədim mənbələrdəki Ərəbistan, Misir, Assur və s. rəmzləri göydə yaradılmış ruhlar dünyasına aiddir.
Şərq, qədim Misir yazılarına görə böyük Allahların, əsasən də Geliopolun (Gel şəhərinin) baş Allahı Ra – Xaraktinin, yəni Ər Qorqudun (Xorxut) sevdiyi yer olmuşdur. Lakin Gel eli eyni zamanda Məhəmməd peyğəmbərin və imam Əlinin də evidir. Buxarinin hədisinə görə Məhəmməd peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə Əlinin qardaşı Akilə [KL], yəni Gelə [GL] çatmış evdir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər də Gel rəmzi ilə, yəni qədim Geliopol şəhəri ilə bağlıdır. “Məhəmməd” rəmzi sufilikdə “Midiya maqı” fikrini ifadə edir ki, bu rəmz həm “dünya”nı yaradana, həm axirətdə gələn Mehdiyə aid edilməlidir. Deməli, həqiqətən də Ərəb ölkəsi deyəndə, indi özlərini pir, şıx, seyid və s. adlandıran Azəri türklərinin ölkəsi başa düşülməlidir. Ərəb rəmzinin mənbələrdə “arap” [RP] kimi yazılışı isə onu göstərir ki, bu rəmz məhz “pir” [PR] , yəni Misir fironlarının nəslinə aid edilməlidir. Çünki qədim Misirdə müqəddəslər nəsli pir (pirao) adlandırılırdı ki, bu rəmz indi də Azəri müqəddəslərinə aid edilir.
Strabona görə qədim dövrdən Gel şəhərində, yəni Geliopolda fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər yaşamışlar (М. А. Коростовцев, «Религия древнего Египта, М., 1976, səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib edilmişdir. Əflatuna görə də dövləti xoşbəxtliyə yalnız Gel filosofları çatdira bilər. Əgər nəzərə alsaq ki, Qurana görə də Allah, məhz bu filosoflar nəsli ilə öz arasında pərdə yaratmamışdır, razılaşarıq ki, İslam müqəddəsləri də məhz bu nəslin nümayəndələridir.
Tarixçisi M. Xorenatsiyə görə Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlanmağa başlayır. Yerusəlim rəmzinin mənbələrdə Səlim kimi yazılışı, bu rəmzin isə eyni zamanda Mədinət əs-Salam rəmzi ilə eyniliyi onu göstərir ki, sasanilərin əl-Mədain adlandırdıqları Midiya şəhəri elə Məhəmməd peyğəmbərin Mədinə şəhəridir. Mənbələrə görə, Midiyanın Gel şəhərinə gələn Gelam (Kəlim-Ullah) bura Gelarküni adını verir və məhz burada doğulmuş sak (İsağ) nəslindən olan kiməsə Alban torpaqları əbədi verilmişdir.
Gelarküni adındakı “Kün” rəmzi Qurandakı “Ol!” əmri ilə bağlıdır. Məlumdur ki, Allahın “Kün!” əmrindən (Əmir/Mir rəmzləri) Adəm və İsa peyğəmbər yaranmışlar. Gelarküni rəmzinin mənbələrdə eyni zamanda Qarni [QRN] adlandırılması o deməkdir kı, Quran/Qərəə [QRN] rəmzi də, yəni Qor Allahı da bilavasitə Gel eli ilə bağlıdır. Əgər nəzərə alsaq ki, Kiçik Asiyada Kibelanın, Attisin böyük yaz bayramı, yəni ölüb-dirilən Attis, Adonis,Tammuz, Kibela və s. Allahların bayramı Gilar bayramı adlanırdı, onda razılaşarıq ki, Hüseynin mərasimi bilavasitə burada yaşayan Əli nəslinin mərasimidir. Bu ölüm isə, sözlə ilkin materiyanı idarə etmək qüdrətində olan bu bəglərin sözünün qüdrətinin itməsi mənasındadır. Başqa sözlə, bu - pir, seyid və s. adlandırdığımız Azəri müqəddəslərinin cəddlərinin (İlahi nur) gücünün yoxa çıxması mənasındadır. Azərbaycanın cənub bölgəsinin seyidləri indi də açıq iddia edirlər ki, biz adi insanlar deyilik, çünki biz Allahın nurundan yaranmışıq. Deməli, Aşura - adi insanın ölümü ilə yox, Allah tərəfindən Azəri müqəddəslərinə verilmiş ilahi nurun yox olması ilə bağlı keçirilən mərasimdır.
Sufiliyin ən ali məqamı olan Bəqa (Allahla vəhdət səviyyəsi - Bəg/Boq/Baqa) səviyyəsinə yüksəlmiş Gel bəglərinin şəhəri qədim Misir mənbələrində Biqqe adlanır ki, ərəb mənbələrində bu şəhər Bəkkə adlanır. Qurana və qədim Misir yazılarına görə Biqqe/Bəkkə evi dünyada ilk inşa olunmuş evdir (Quran, 3:97,98). Bəkkə rəmzi məbələrdə eyni zamanda Məkkə və ya Mükərrəm adlanır ki, bu rəmz də sufilikdə Maq-İrəm kimi açıqlanır. İrəm rəmzi Quranda, tayı-bərabəri olmayan “sütunlar şəhəri” kimi qeyd olunur (Quran, 89:7). Qədim mənbələrdə “sütun” rəmzi Herakla aid edilir ki, o məhz Gel elində ilan rəmzli ilkin materiya ilə “izdivac”da olmuşdur və bundan əjdahalar nəsli yaranmışdır.
Sanadan olan məcnun şair Əbdül Həzrətin “Nekronomikonun sirri” (“Əl-Əzif”) kitabına görə sütunlar şəhəri olan İrəm Zat əl-İmad (Midiya) şəhəri Böyük boşluqda, yəni göydə tikilmişdir. Rəvayətə görə, İrəm Zat ə-İmad şəhərini cinlər Ad oğlu Şəddadın əmri ilə qızıl və gümüş kərpicdən tikmişlər. Lakin mənbələrə görə dünyada cinlərin tikdiyi yeganə şəhər Süleyman peyğəmbərin tikdiyi Yerusəlim (Qüds) şəhəridir ki, onun də digər adı qeyd etdiyimiz kimi Gel şəhəridir. Qüds rəmzinin Kadus rəmzindən yaranmasını, kadus rəmzinin isə mənbələrdə yalnız Gel nəslinə aid edilməsini nəzərə alsaq razılaşarıq ki, Allahın göydə yaratdığı ruhlar dünyası məhz Gel dağlarının üstündə yaradılmışdır.
Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, Aşura mərasimi dedikdə, qədim Misirin Oziri (Azər) Allahının ölüb-dirilməsi mərasimi başa düşülməlidir. Bilavasitə axirətə aid olan bu mərasimlərin yaşı isə 5500 ildir və bilavasitə Azər Allahının eli olan Azərbaycanla bağlıdır.
Bu gün Aşura mərasimində keçirilən sinəvurma, zəncirdöymə və s. hərəkətləri arzuolunmaz hərəkət hesab edilir ki, bu da əcdadlarımızın ruhuna və Allaha hörmətsizlik deməkdir. Müasir din xadimləri bilmirlər ki, Allah real varlıqdır və hər şeyi görür. Lakin O, Lövhi-Məhvuzda əvvəcədən qeyd etdiyi zamanın yetişmədiyi üçün müdaxilə etmir. Vaxt yetişəndə, Allahın qanunlarına müdaxilə edən hər kəsi O, üç-dörd arxadönəninə qədər cəzalandıracaq (Библия, Исх.20:5). Heç kəsin buna şübhəsi olmamalıdır.
 Bütün bunlar haqqında daha geniş məlumat, minlərlə təkzibolunmaz faktlarla yazılmış «Batini-Quran» kitabında verilmişdir.

                                                          Firudin Gilar Bəg

вторник, 7 июля 2015 г.

Maxsud bəyin yazısına şərh


Maxsud bəyin yazısına şərh
Bu gün torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt edilib və biz hələ də o torpaqları qaytarmaq cürətinə gəlməmişik. Niyə? Niyə bizim baş bilənlər milli ideologiya yaradıb, insanlarımıza keçmiş qüdrətimizi, qəhrəmanlığımızı aşılamırlar? Yaxşı tutalım ki, tarixi həqiqətləri bilmirlər. Bəs axı bilənlər var. Niyə onlardan istifadə etmirlər? Qədimdə, el dara düşəndə umu-küsülər unudular, ölkənin xeyri üçün nə lazımdırsa, həyata keçirilərdi. Bəs indi niyə ziyalılarımız torpaqları almaq üçün yollar axtarmırlar. Bildiyim qədəri ilə milli ideologiyanın yaradılması isə bağlı PA-na dəfələrlə müraciətlər edilib və hər dəfə də bu istəklər cavabsız qalıb. Görən nəyə görə, yuxarıda oturanla heç iş görmək istəmirlər.
Bu gün prezidentimiz erməni prezidenti ilə bərabər hüquqlu insan kimi danışıqlar aparır. Axı erməni haranın itidir ki, Azər oğlu ilə bərabər olsun. Ermənistan tarixində bu adi insanlar nifrətəlayiq gədələr hesab olunurlar və bizlərə ağa kimi, Allah kimi baxırlar. O qullar nəsli üçün biz – ilahiləşdirilmiş Allahlar olmuşuq və adi insanların ümumiyyətlə Allahlar, şahlar, peyğəmbərlər nəslinə torpaq iddiası absurddur. Bizimkilər bunu bilmir və onları bərabər hüquqlu insan sayır. Siz bir qədim sirləri biləni aparın o danışıqlara, görüm kimin cəsarəti çatar, bizimlə bərabər hüquqlu söhbət aparsın?
Rəhbərliyimiz Vatikana gedib, papın, popun əlindən öpür və ona bir “əlahəzrət”, yəni ali zatdan olam müqəddəs də deyir. O papa adi insandır və adi insanlar da onu özlərinə “müqəddəs” seçib ki, Allahın bundan heç xəbəri də yoxdur. Belə cəfəngiyyat olarmı? Xristianların ali başçısı – İlahi zahdan, yəni Xəzər/Azəri türk bəglərindən ola bilər. Çünki Allah məhz onları özünə qulluq üçün seçib və yalnız onların başçı olduğu icmaları qəbul edir. O seçilmişlər də bizlər – Azəri bəgləriyik və bütün xristian dünyasının Allah kimi qəbul etdiyi Qalileyanın, yəni Gel elinin Nizari müqəddəsləri də bizik. Xristianlığı da biz yaratmışıq və onların müqəddəs kitablarının da, apokrif yazılarının da, xristian ezoterikasının da elmi izahını biz verə bilərik. Nə vaxtdan adi insanların seçdiyi adi insan müqəddəs sayılır? Müqədədəslik Allah tərəfində yalnız və yalnız öz sevimlilərinə verilir.
Bizimlikər Avropaya gedib, oranın başçıları ilə - aşağa təbəqəli insanların yuxarı təbəqəli insanla görüşdüyü kimi görüşür və təbii ki, onlar da bizlərə yuxarıdan baxırlar. Axı sən niyə onlarla görüşə bir sirləri biləni də aparmırsan ki, onların heç birinin əsilzadə olmamasını üzlərinə söyləsin və sözlə onaları “ayaq altına salsın”. Min illər bütün dünya ölkələrinin şahlarının tacını biz Azəri bəgləri qoymuşuq. Son min ildə isə biz heç kimin başına tac qoymamışıq. Yəni bu gün dünya zadəganları, şahlar nəsli – heç də Allah tərəfindən qəbul edilmiş sayılmamalıdır. Onlar yalançı şahların törəmələridirlər və bizimlə bərabər tutulmağa heç cür layiq ola bilməzlər.
Bu gün dünyanı idarə edən mason lojaları, müxtəlif klublar, təşkilatlar yaranıb ki, dünyanı özləri istədiyi kimi idarə edirlər. Əslində isə bütün masonluğu, gizliliyi biz – batini nizari assasinlərinin nəsli xüsusi olaraq yaratmışıq. İndiki saxta masonlar isə ümumiyyətlə bu iş haqda olan bilgiləri yaddan çıxarıb, öz “məntiqləri” əsasında dünyanı idarə edirlər. Bunları isə yalnız sirləri bilən - o saxta masonların, lordların və s. “gözəgörünməz başçıların” başına qaxa bilər.
Lakin bizlərdə sirləri bilənlər, təsadüfi vəzifə almış məmurlar tərəfindən düşmənə çevrilib. Hamı onun elmindən bəhrələnir. Onun adının çəkilməyinə isə yol verilmir. Ziyalılar, ermənilər kimi kütləvi şəkildə həqiqəti gizləməyi özləriə borc bilirlər. Kimi adladırlar? Kimin xeyrinə aldadırlar? Sirləri bilənlər sufi nəslidir ki, sən onu “görməsən” də onunçün fərqi yoxdur. Sufi öz Allahına və xalqına ləyaqətlə, təmənnasız qulluq edir. O yalançı ziyalı deyil ki, vəzifəyə, maddiyata görə Allahdan dönsün. O öz həyatını, pis-yaxşı yaşayır və heç kimə də şikayətlənmir. Allahın yazdığı onun taleyidir və o bunu anlayıb, qəbul edir. Burda uduzan sufi deyil, xalqdır, ölkədir ki, başçıları - alimi yox, savadsızları vəzifəyə təyin edir. Bununla da xalqının, övladlarının gələcəyini təhlükə qarşısına qoyur.
Məncə prezidentimizin yeganə səhvi – kadr seçimidir. Lakin ən əsas da məhz kadr siyasətidir. Düzgün seçim olsaydı, adi səhvlər də gözə görünməzdi. Bizdə isə hər həftə kiminsə rüşvətxor olması, xalqı talaması və s. xəbəri yayılır. Ortada isə xalqın malı gedir, insanlar kasıblaşır və s. Ən qədim zamanlardan yüksək vəzifələrə yalnız əsilzadələr, müdriklər nəsli təyin olunardı. Bizdə isə əsilzadılər ümumiyyətlə adam yerinə qoyulmur, əksinə, məddahlığı, yaltaqlığı bacaranlara tam şəraitlər yaradılır və s. Bunun nəticəsi isə təbii ki, heç də yaxşı bir şey vəd etmir.  Allah özü xalqımıza kömək olsun.


Firudin Gilar Bəg

вторник, 2 июня 2015 г.

Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər

(Məqalə, qədim fəlsəfi mənbə oxumuş insanlar üçündür)
Qədim dünyanın ən sirli obrazlarından biri də Adəm və Həvva obrazlarıdır. Qəbul olunmuşdur ki, Adəm ilk kişi, Həvva isə ilk qadındır. Tövrata görə Allah, ilk kişi və qadını - öz bənzəri və obrazı kimi, «Dünya»nın yaradılışının altıncı günü yaratdı və ona hər şey üzərində ağalıq verdi. Bu kitabda, Allah «Dünya»nı yeddi günə yaratdıqdan sonra, insanın yaradılışına qədər nə ot, nə kol, nə ağac, nə yağışın olmadığı vurğulanır ki, bu da ən sadə məntiqlə düz gəlmir. Çünki insanın, heyvanların yaradılışına qədər dünyada flora və yağış olmasaydı, yerdə həyat ola bilməzdi. Deməli, burada söhbət bizim yaşadığımız fiziki dünyadan yox, qədim Misir yazılarında geniş təsvir olunan göydəki ruhlar dünyasının yaradılışından gedir. Bu yaradılışı anlamaq üçünsə biz, qədim Misirin Gel şəhəri kahinlərinin məntiqinə və onların davamçıları olan Gel (Gelati-Şiə) sufilərinin Batin elminə müraciət etməliyik.
«Dünya»nın yaradılışının Geliopol (Gel şəhəri) variantına görə, göydəki ruhlar dünyası bir-birini əvəzləyən yaranışlardan törəmişdir. İlkin Nun sularının ortasındakı təpəyə Atum Allahı yüksəlir və öz-özündən Şu və Tefnut cütlüyünü yaradır. Bunlardan ikinci cütlük olan – Qeb və Nut, yəni Yer və Göy yaranır. Şu özü qalxaraq Nut göyünü başı üzərinə qaldırır və Qeb torpağından ayırır. Qeb və Nut cütlüyü öz növbəsində Osiris (Oziri), İsida, Set və Neftidanı yaradırlar. Beləliklə, ümumilikdə Atum adlanan “Enneadanın böyük doqquz Allahı” yaranır ki, türk yazılarında bu “Tuquzquz”, yəni “doqquz oğuz” kimi qeyd olunur. Burada Atum dedikdə, insan formasında olan  bir nəfər (firon Amon) nəzərdə tutulur və o, bütün bu yaradılışı - öz beynindəki təsəvvürü, qurban və magik rituallar vasitəsi ilə yaratmışdır. Bu yaradılışa mən “Batini-Quran” kitabında geniş izah vermişəm.  Deməli, mənbələrdə “cənnət” adlandırılan göydəki ruhlar dünyası - Atum adlanan nəhəng insan kimi təsəvvür olunmalıdır.
Dövrümüzün məşhur alimi Devid Rolun gəldiyi qənaətə görə, qədim Misir yazılarındakı Atum adı sonradan Adəm kimi yazıldı (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 441). Belə çıxır ki, bizim Adəm adlandırdığımız ilk insan əslində kosmik insandır və göydəki Qeyb, yəni Qeb torpağı (cənnəti) da onun bədənində yerləşir. Tövrata görə, “İlk insan yarananda dünyanın o başından bu başına qədər olmuşdu” və yalnız günah işlətdikdən sonra Allah əlini qoyub onu kiçiltmişdir (Библ. Втор.,4:32)]. Sufi batinilərdə də Adəm – kosmik insandır ki, Mühiddin ibn Ərəbiyə görə, o öz-özünü: ilkin materiyanın simvolu rəmzində olan insanın - güzgüdə özünə baxması “vasitəsilə” yaradılmışdır. İbn Ərəbi Adəmi - Haq, yəni Allah adlandırır ki, qədim Misirdə Haq/Heka rəmzi – iki dünyanın, yəni yerdəki fiziki və göydəki dünyanın sahibi olan Asar/Osiris Allahına aid edilirdi. Fəzlullah Astarabadinin “Cavidannamə” kitabına görə də, Beytül-Müqəddəs, Darüs-Səlam və Kəbə - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan ”Dünya”, “El” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Digər məşhur sufi Əl-Qəzaliyə görə də Məhəmməd peyğəmbər, Allahın obrazı ilə yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan asılıdır. Şumer, Mesopotamiya mənbələrində bu nəhəng insan Luqal adlanırdı və sufizmdə bu rəmz “Allah” (LuqAl/İlah-El/El-İlah/Allah) rəmzi ilə eyni mənalıdır. Əflatunun, Xorenatsinin əsərlərində, induizm və s. mənbələrində də kosmik insanın bədəni - dövlət, yəni öz qanunları olan göy ölkəsi kimi təsvir edilir (Г.М.Бонгард-Левин, Г.Ф.Ильин, «Индия в древности», М., 1985, səh. 563). Mən bu haqda – “Budda – göydə Allah yaratmış Azəri bəgidir” adlı məqaləmdə yazmışam (http://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html). Yazdıqlarımdan belə çıxır ki, Adəm – bədənində ruhlar ölkəsi yaradılmış Allahdır.
Yəhudi mənbələrində “Adəm” [DM] rəmzi - həm şəhər və həm də şəxsiyyət mənasını verən Edom [DM] kimi yazılır və “qırmızı torpaq” anlamını verir. Tövratdan bilirik ki, Allah Adəm üçün şərqdə Edem [DM] cənnəti yaratmışdır. İsay (Yeşay) peyğəmbərə görə, Yəhva Allahı onu öz qüdrəti ilə səhrada var etmişdır (Библ., Исаия, 41:19, 51:13). Burada, bu cənnət torpağı - Xanaan, Hett, Amorey, Ferezey, İevus və s. torpağı adlanır ki, orada süd və bal çayı axır (Библ. Исх., 3:8,17, 33:3). Quranda süd və bal çayı ilə əlaqədar bildirilir ki, mömin adamlar üçün o dünyada şərab çayı, bal kimi təmiz çaylar axır, müxtəlif meyvəli ağacları olan bağ salınmışdır. Burada dadı dəyişməyən süd gölü var. Möminlər üçün burada pak zövcələr var və insanlar orada əbədi xoşbəxt yaşayırlar (Quran, 47:15-17). Belə çıxır ki, qırmızı torpaq, Allahın öz qüdrəti ilə ilkin materiyada yaratdığı Edom, yəni Atum/Adəm torpağıdır və bu qırmızı torpaq elə - Xanaan, yəni hunların, hett, yəni quti/xudaların, amorey, yəni mar/midiyalıların və s. torpaqlarıdır.
Digər tərəfdən, qədim Misir yazılarına görə Misir ölkəsi də – “qara” və “qırmızı” torpaqdan ibarət olmuşdur ki, burada “qara torpaq” - qumluq səhra olan “qırmızı torpağ”ın əksi kimi göstərilir (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh. 171, 711). Firon isə mənbələrdə “qara” və “qırmızı” torpağın hökmranı adlandırılır və bunlar – “iki torpaq”, “iki sahil” mənasında Aşağı və Yuxarı Misirə ayrılırlar.  Bu isə o deməkdir ki, iki torpaq, yəni Aşağı və Yuxarı Misir deyəndə, yerdəki fiziki və göydəki ruhlar ölkələri başa düşülməlidir.
Qədim Suriyanın Uqarit şəhərinin xarabalığında tapılmış xanaan mətnlərində Adəm - Uqaritin baş Allahı olan El Allahı ilə assosiasiya olunur ki, El də bildiyimiz kimi Tövratda Allahın ilk adlarından biridir (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 226). Tövratda, Allahın “Dünya”nı yaratması prosesi zamanı, adı məhz El, Elah, Elohim kimi keçir ki, bunlar da məna etibarilə eyni fikri bildirirlər. Sufizmdə Elah – İlahi deməkdir və bu rəmz yer kürəsini əhatə edən ilkin materiyanı, ilahi odu bildirir. Sufilərin “Hu” adlandırdıqları bu ünsür – bütün yaradılışın əsasını, mayasını təşkil edir. Deməli, Allah “Dünya”nı – bütün yaradılışa həyat vermiş ilkin materiyadan və onun öz daxilində (göydə) var etmişdir.
Digər tərəfdən, belə qənaətə gəlmək olar ki, Edom/Adəm obrazı elə El Allahının özüdür və o (firon Amon) “Dünya”nı öz simasında (formasında) yaratmışdır. Misir mətnlərinin birində firon/pir Amon haqqında deyilir: “Ən birinci yaranan və mənası heç kəs tərəfindən dərk edilməyən Amon. Ondan qabaq və onunla bir vaxtda heç bir Allah olmamışdır ki, onun (ilkin) obrazı haqqında danışsın. Onun, ona ad verməli olan nə anası, nə də “O mənimdir” deyə bilən atası olmuşdur. O öz yumurtasını, öz gözəlliyini yaratmışdır və doğuluşunda da sirlidir. O, öz-özünü yaratmış İlahi Allahdır. Bütün Allahlar, (yalnız) o öz-özünə həyat verəndən sonra əmələ gəlmişlər” (Б. А. Тураев, «История древнего востока», Л., 1935, том I, səh. 329-330). Deməli, ilkin təpənin başında durmuş pir Amon magiya vasitəsi ilə öz obrazını göydə Allah kimi yaratmışdır. Eyni zamanda, Onun öz qüdrəti ilə göydə yaratdığı el-oba – elə Öz obrazının, yəni Atum/Adəmin bədənində yerləşir. El rəmzi ilə eyni mənalı olan Al rəmzi dilimizdə indi də “qırmızı” deməkdir və türkmənlərdə bu rəmz - uca, qüdrətli, güclü, əzəmətli mənasında da işlənir. Belə çıxır ki, bədənində cənnət yaradılmış Adəm/Atum Allahı elə yəhudilərin “Dünya”nı yaradan El Allahıdır və bu obrazlar pir Amonun obrazlarıdır. Qədim Misir yazılarında  cənnət – Yalu (Yaru) çöllərində yerləşir ki, bu rəmz də El rəmzi ilə eyni mənalıdır.
Adəm rəmzi ilə eyni mənalı Edem rəmzi - yəhudilərdə Eden [DN], ərəblərdə isə Ədn [DN] cənnəti kimi keçir və bu rəmzlər “Din” [DN] sözü ilə eyni mənalıdır. Quranda Ədn cənnəti haqda yazılır: “Allah mömin kişi və qadınlara əbədi qalmaq üçün altından çaylar axan bağlar və Ədn cənnətində gözəl yaşayış yeri vəd etmişdir. Allahın bu xoş niyyəti daha böyükdür: bu – böyük xoşbəxtlikdir… Onların Allah yanındakı mükafatı – altında çaylar axan Ədn cənnətidir ki, onlar orada əbədi qalacaqdır…” (Quran, 9:72, 98:8). Mühiddin İbn Ərəbiyə görə də, İslam dini elə Göydə yaradılmış dünya mənasındadır ki, məhz onu qəbul edən insanın ruhu o dünyada xoşbəxt həyat sürür. İbn Ərəbi “din” sözünü – “əlif” və “lam” əsələri ilə, yəni Əl/El kimi qeyd edir ki, bu da yəhudilərin El Allahı mənasındadır. Onun yazdığına görə, “Allahda olan İslam dininə” tabe olanlar Ədn/Din cənnətinə düşürlər (Ибн Араби, “Геммы мудрости”, böl.8). Eyni fikirlər Quranda da xüsusi nəzərə çatdırılır (Quran, 3:85,102, 12:101). İbn Ərəbiyə görə, Allah əsl müsəlmanı öldürmür, onun ruhunu qəbul edib, göydəki cənnətdə ona yer verir və o göy dünyasında əbədi xoşbəxtlik qazanır. İbn Ərəbi bu cənnəti, Azər oğlu İbrahim peyğəmbərin atıldığı İlahi oddan yaranmış cənnət kimi təsvir edir (Ибн Араби, “Геммы мудрости”, böl.18). Bu isə o deməkdir ki, islamda da cənnət Allahın bədənində yerləşir və biz Allahu-Əkbər deyəndə - kəbir, yəni nəhəng insan Adəmi Allah kimi qəbul edirik. Sufi-batinilər bu nəhəng insan – “Kamil İnsan”, “Kamil Tamm” və s. kimi qeyd olunur. Müqəddəslər nəsli isə bu Kamil İnsanın kütləvi tipidir, yəni onun obrazı və bənzəri kimi yaradılmışlar.
Biz aydınlaşdırdıq ki, Adəm adi insan yox, Allah mənasında olan ilk kosmik insandır. Tövratda, dünyanın yaradılışının altıncı günü yaradılmış və hər şey üzərində ağalıq etmək qabiliyyəti verilmiş insan qeyd olunanda, orada kişi və qadın xüsusi nəzərə çardırılır ki, bu da ilk yaradılmış Adəmin özündə iki cinsi birləşdirməsi mənasındadır. Burada, Adəmin bədənindəki ruhlar dünyası onun qadın tərəfi, Adəmi idarə edən pir Amonun ruhu, təfəkkürü isə kişi tərəfi mənasındadır.
Tövrata görə Allah, “Dünya”nın yaradlılışını altı günə qurtarıb, yeddinci gün yatır. Burada Allahın yeddici gün yatması eyni zamanda ölümü mənasını da verir. Bundan sonrakı hadisələri qeyd etmək üçünsə, Tövrat, Allah sözünü El/Elah/Elohim kimi yox, “Yahve Elohim” kimi yazır ki, bu da “Yahve” rəmzinin Allahın yeddinci gün yatması-ölümü ilə bağlıdır. Qədim Misir mənbələrində Osirisə həsr olunmuş günlərdən biri haqda deyilir: “Bu gün insanların və Allahların, Yerin və Göyün şənlənmə və sevinc günü idi, çünki “Allah gözəl tabutda yatdı” ki, sonradan yuxudan oyanıb Feniks quşu kimi Göyə uçsun” (Б. А. Тураев, “История Древнего Востока”, Л. 1935. cild 2, səh. 225). Sinuxetin nağılında isə nəzərə çatdırılır ki, - Otuzuncu ilin, subasmanın üçüncü ayı, yeddinci günü, Aşağı və Yuxarı Misirin şahı Sexotepibre Göyə ucaldı və Günəş diski ilə birləşdi, “İlahi bədən”, onu yaradana qovuşdu («Сказки и повести Древнего Египта», Л., 1979, səh. 9). Quran bu hadisə - Rəhman (Ra-Amon) Allahın yeri, göyü yaradandan sonra öz taxtında qərara tutması və ərşə hakim olması kimi qeyd olunur (Quran 2:29, 13:2, 20:5). Deməli, “Dünya”nın yaradılışından və pir Amonun ölümündən (yatmasından) sonra, firon Amonun ruhu göyə qalxaraq, əvvəlcədən göydə yaratdığı Ra günəş diski ilə birləşmiş və bununla da Atum/Adəm canlanmışdır. Amonun ruhunun göyə qalxması və Adəmin bədəninə köçməsi, Tövratda – “buxar yer üzündən qalxması və yer üzünü sulaması” kimi rəmzləndirilir ki, məhz bundan sonra Allah, Adəmin üzünə həyat nəfəsi üfürüb, onu canlandırır (Библ, Быт., 2:6,7). Buradakı ayənin bir neçə batini mənası var ki, əsas məna da məhz pir Amonun ruhunun Adəmin bədəninə köçməsi və Adəmin canlı varlığa – Allaha çevrilməsidir. Bu haqda mən – “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqaləmdə geniş izah vermişəm (sayt: http://gilarbek.blogspot.com/2012/03/rhman-allahn-aglasgmaz-sirlri.html). Tövrata görə, bundan sonra Allah şərqdəki Edemdə cənnət yaradıb, insanı ora yerləşdirir. Başqa sözlə desək, məhz pir Amonun ruhunun Adəmə köçməsindən və Adəmin canlanmasından sonra, onun bədənində cənnət - ruhlar ölkəsi də canlanır. Tövratda bu canlanma müxtəlif ağacların yaranması, çayların axmağa başlaması və s. kimi rəmzləndirilir ki, buradakı ağac – “Dünya” və ya “Həyat” ağacı,  “çay”lar isə - dirilik suyunun axdığı çaylar mənasındadır.
Bütün bu yaradılışlardan sonra Allah Adəmə köməkçi yaratmaq istəyir və onu yuxuya verib, qabırğasından birini çıxarır və ondan bir qadın yaradır. Tövratda Adəmin arvadının adı, onun günah işlədib, “yaxşı-pisi dərk etmə ağacı”ndan meyvə yeməsinə qədər olmur. Qadın günah işlətdikdən sonra Adəm onu Həvva adlandırır və bundan sonra Allah Adəmi cənnətdən qovur. Bütün bu rəmzlər təbii ki, Allahın çox dərin mənalı sirləridir və adi insanlar üçün nəzərdə tutulmamışdır. Məhz adi insanların bunları anlamasının qarşısını almaq üçün Allah onlara “yaxşı-pisi dərk etmə ağacı”ndan meyvə yeməsini qadağan etmişdi. “Yaxşı-pisi dərk etmə ağacı” rəmzi məhz insanların – Allahın “Dünya”nı yaratması prosesini dərk etməsi mənasındadır ki, bu da Batin elmidir. Allahın qoyduğu qadağa da insanların bu elmdən istifadə edib, digər şeylər yaratmasının qarşısını alması ilə bağlıdır.
Həvva rəmzinin nə demək olduğunu anlamaq üçün Batin (Ledun) elminə müraciət etmək lazımdır. Həvva və ya Yeva adları əsasən bir rəmz – “V” samitindən ibarətdir. Həvva adındakı “H” rəmzi ilkin materiyanın rəmzidir və o yalnız ekstatik durumda görünür. Buna görə də “H” rəmzi bəzən yazılır, bəzən də yazılmır. Batinilikdə və qədim Misir fəlsəfəsində “V” və onunla eyni mənalı olan “B” rəmzi – “Allah ruhu” fikrini ifadə edirdi ki, bu da ekstatik vəziyyətdə ilkin materiyaya daxil olaraq, onunla vəhdətə nail olmuş insanın (Amonun) ruhunu bildirirdi. Qədim yazılara görə, pirin Ba ruhu Ab adlanan ürəkdə yerləşirdi (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh. 408). Firon öləndə, onun Ba ruhu Ab ürəyindən çıxaraq göyə qalxır və burada metamorfozaya uğrayıb, Ba/Benu quşuna çevrilərək, Adəmin bədənindəki Qeyb aləmində ölümsüzlük qazanırdı.
Sufizmdə Ba ruhunun Hu ilkin materiya ilə vəhdəti “Ba-Hu” adlanır ki, bu da Bəqa səviyyəsini bildirir. Qədim Misir yazılarında Bəqa/Boq [BQ] rəmzi Qeb [QB] kimi də yazılırdı və bu da Bəqa səviyyəsində göydə yaradılmış Qeyb aləmi deməkdir. Qeyb/Qeb aləmi Atum Allahının bədənində olduğu üçün yəhudi mənbələrində İeqova (Ya-Qeb), yəni Qeb/Qeyb rəmzi də Allah mənasını verirdi. Yahve [Y-HV] rəmzi də İeqova/Həvva [QV/HVV] rəmzi kimi Qeb və Baq rəmzləri ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, yəhudilərin Yahve Allahı elə rus və iranlıların Boq/Baqa Allahıdır. Türklər isə məhz bu Yahve/Boq Allahını Bəg adlandırırlar. Qədim İran mənbələrində bəglər adətən farbaq və ya farnbaq kimi qeyd olunurlar ki, bu da pirbəg və fironbəg deməkdir (М. Бойс, «Зороастрийцы», М., 1987, səh. 150). Belə çıxır ki, yəhudilərin, iranlıların, rusların və s. xalqların Allahları - qədim Misirdə pirao, yəni pir adlandırılan və “Böyük Ev” mənasını verən türk Bəgidir. Buradakı ev də, Bəqa səviyyəsində göydə yaradılan Qeb/Qeyb aləmi mənasında Adəmin bədənini bildirir. Deməli, “Adəmin arvadı Həvva” dedikdə, batini mənada - Allahın yerdəki qulları sayılan firon-bəglər nəzərdə tutulmalıdır. Qədim Misir yazılarında ölkə başçısı Xeka/Xak (Xaqan), yəni Haq – Allah, onun qulları isə baka/bəqa adlanır ki, bu da bəg deməkdir («История Древнего Востока», М.,1988, том II, səh. 338). Buradan isə belə nəticə çıxarmaq olar ki, Tövrat kitabında adi insanların yox, qədim Misir Allahlarının, pirlərinin, bəglərinin yaradılması qeyd olunub və Adəm, Həvva dedikdə də Allah və onun yerdəki müqəddəsləri olan bəglər nəzərdə tutulmalıdır.
Bəg rəmzi mənbələrdə “yabqu” (Ya Bəg) formasında karluk şahlarının titulu sayılırdı. Kaşqari, türk dünyasının şərqində yerləşən Yabaku tayfasından söz açır ki, Çin və digər mənbələrində bu tayfa – xallux, qolelu, kololu və s. adlanırdı. Mənbələrə görə, şərqi karluklar gellərdir və alimlərin çoxu gelləri və qelolu tayfasını karluk hesab edirdilər (L. Qumilyov, “Qədim türklər”, B., 1993, səh. 100, 473). Sufizmdə karluk rəmzi, türklərin ölüm şahlığının xaqanı olan “Erlik” (Gelar) rəmzi ilə eynidir və altayların inamına görə Erlik (Cəlair) insanlara şamanlığı və qamlamanı öyrətmişdir. Yazılanlara görə, Talas (Talış) şəhəri onunla tanınmışdır ki, karlukların Yabqusu (bəgi) burada yaşamış və burada da “Altayın hökmranı” elan olunmuşdur (orada, səh. 428). Karluk rəmzi sufizmdə həm Qor-İlah, yəni Qor Allahı mənasını verir və həm də Herakl/Gelark rəmzləri ilə eyni mənalıdır. Qolelu/kololu rəmzlərinin – “İlahla vəhdət”, “Allaha qovuşmaq” və s. mənalarını verən “xulul” (xəlil) rəmzi ilə eyniliyi onu deməyə əsas verir ki, karluklar – sufi silsiləsinin bəqa səviyyəsinə yüksəlmiş və İlahla vəhdətə nail olmuş pir Amonun nəslidir. Buradakı Altay [LTY] rəmzi isə, sufizmdə “Ya Tala” [LTY] mənasında “Ya Ata Eli” fikrini ifadə edir. Ata (Teo/Dia) rəmzi qədim fəlsəfədə yaradıcı Allah mənasında işlənmişdir və Tala dedildə də “Allah Eli” fikri nəzərdə tutulmalıdır. Deməli, Altay deyəndə, “Allah Talanın eli” təsəvvür olunmalıdır ki, bu rəmzdən yaranmış Talas rəmzi də “Allah ruhu” fikrini bildirir.  
Rəvayətə görə, Xallux – Tuquzquz (Doqquz-Oğuz) ölkəsinə keçəndən sonra Yabaku, onun tayfası isə Yabaqu-xallux adlanmağa başlandı (В. В. Бартольд, «Сочинения», том VIII, М., 1973, səh. 42). Doqquz-Oğuz rəmzi qədim Misir yazılarında “Enneadanın doqquz Allahı” mənasında Atum Allahını bildirir. Oğuz rəmzi isə qədim Misirdə “KZ” kimi yazılaraq – “həyat enerjisi” mənasında ilkin materiyanı (yunan. Xaos) bildirirdi. Deməli, Xalluxun Doqquz-Oğuz ölkəsinə keçməsi, pir Amonun ruhunun Atun Allahının-Adəmin bədəninə köçməsi və onu canlandırması mənasındadır. İbn Xordadbehin yazıdığına görə, Tuquzquz (Doqquz-Oğuz) şahının, hündürlükdə qurulmuş və yüz nəfər tutan qızıl çadırı olmuşdur (Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 129, 131). Bu isə o deməkdir ki, göydəki Qeyb aləminin yerləşdiyi Adəmin bədəni burada – “hündürlükdə qurulmuş çadır” kimi rəmzləndirilmişdir. Tövratda bu çadır – “Vəhy çadırı” adlanır və onu Musa peyğəmbər, göydən gətirdiyi İlahi oddan yaratmışdır. Oğuznamədə isə Oğuzun “Muz” dağında qurduğu bu çadıra göydən işıqla bir qız düşmüş və Oğuz bu qızla evlənmişdir.
Araşdırıcı alim S. P. Tolstov yazır ki, Oğuzun “kişi stixiyası” - ünsürü (birinci arvadı) və “su stixiyası” (ikinci arvadı) ilə izdivacından Kainat yaranmışdır (M. Seyidov, “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, B., 1983, səh. 26). Rəvayətlərdə də Oğuzun bilavasitə göylərlə bağlı olması, onun – sufilərin “Hu” adlandırdığı ilkin materiyanın rəmzi olması deməkdir. İnsan ruhunun bu ünsürlə vəhdəti isə xulul (qolelu) adlanır ki, Xallux rəmzi də bu mənada Xəlil və Allah, yəni “ilkin materiya ilə vəhdət təşkil edən insan-Allah” deməkdir. Buradan isə belə nəticə çıxarmaq olar ki, Yabaqu-Xallux, yəni Bəg-Xəlil nəsli – qədim Misirin Qor fironlarının nəslidir. Oğuz ölkəsinə başçılıq edən yabqu - Kulerkin [KLRKN] adlanır ki, erməni mənbələrində bu rəmz Gelarküni (GLRKN) kimi qeyd edilir (F. Sümər, “Oğuzlar”, B.,1992, səh. 72). Bu isə onu deməyə əsas verir ki, Adəmin arvadı Həvva dedikdə, Allahın yerdəki nəsli olan Gel elinin sufi müqəddəsləri nəzərdə tutulmalıdır.
Sufizmdə bütün sufi müqəddəsləri - Allahın yerdəki “yarı”, “sevgilisi”, “dostu” hesab edilir. Burada, tərikə yolunu gedən mürid, “fəna” fazasına (fəna fiş-şeyx) qədəm qoyduqda, kamil iradəsi (iradat) və məhəbbətinə (eşq) görə ustadına, yəni Allaha tam cəzb olunur. O, (sufinin ruhu) Allahla iradələrinin (istəklərinin) birləşməsinə görə, Allahın varlığında yox olur və hər yerdə ancaq onu görür. Sufilərdə “sevgili” dedikdə - Allahı, Məhəmməd peyğəmbəri sevmək, onlara böyük məhəbbət başa düşülür. Sufilərin çoxu özlərini “sevgili” (mühibb, aşiq) və ya “yar”, “dost” adlandırırdılar. Ustada, yəni Allaha bu qeyri iradi sevgi – sufilərdə İlahi vergi sayılan ürəklə (“dəl”) bağlıdır və ustad çox vaxt “ürək dostu” (“sahibdil”, “əhli-dil”) və s. də adlandırılır. Deməli, pir Amonun törəmələri olan sufi pirləri – yerdə Amon Allahının sevgilisi, yarı, arvadı obrazlarındadırlar.
İlah, yəni ilkin materiya hər şeyi yaradan, “doğan” olduğu üçün, qədim müdriklər onu qadın rəmzi kimi qəbul etmişlər. Ruh da ilkin materiyanın bir “damlası”dır və buna görə, o da qadın rəmzi kimi qəbul edilmişdir. Naq Xammadidə tapılmış kitabxanadakı “Ruhun təfsiri” əsərində bu xüsusi vurğulanır. Bütün müqəddəslər Allahın Ba ruhunu daşıdıqlarına görə, yəni onlar “fəna” və “bəqa” səviyyəli doğulduqları üçün, mənbələrdə qadın kimi də qeyd olunurlar. Qurana görə də peyğəmbərlər nəsli - qadın rəmzi kimi rəmzləndirilmiş mələk nəslidir. Adəmin ilkin materiyadan, yəni nurdan yaradılmasını nəzərə alsaq, razılaşarıq ki, onun qabırğasından Həvvanın yaradılması -  müqəddəslər nəslinin də, dirilik suyu mənasında olan ilahi nurdan yaradılması deməkdir. Azərbaycan seyid-pirlər bu gün də iddia edirlər, onlar adi insan deyillər. Çünki Allahın nurundan yaradılmışlar.
İran mənbələrində qadın rəmzi ilə bağlı olan sufi pirləri “qadına bənzər” enareylər adlandırılırdılar. Kahin xalatları geyən bu müqəddəslər mənbələrdə professional skif/sak kahinləri hesab olunurdu. İsrailin Levit qolu ilə eyni xüsusiyyətdə olan enareylər mənbələrdə ayrıca tayfa kimi göstərilir. Adi insanlar, əlahiddə qüdrətə sahib olan bu şahlar nəslinin törəmələrindən çox qorxurdu. Onların qadına bənzərliyi isə, dini qanunların tələbinə uyğunluğu ilə əsaslandırılırdı (Энареи – скифские жрецы, http://ts-mysli.narod.ru/enarei.html). Maraqlı haldır ki, bu gün də seyid-peyğəmbər nəslində doğulan kişilərin içində ombası, tazı böyük olanlara rast gəlinir ki, qadına bənzərlik də məhz bu mənadadır. Skiflər özləri bu qadına bənzər kahinləri amazonkalar adlandırıdı. Herodot (IV/110) isə amazonkaları – “eor-pati” kimi qeyd edir ki, onların kimliyini təyin etmək üçün bu rəmzinin açılışı kifayətdir.
Qədim Misir yazılarında “eor-pati” adı – “iri-pati” kimi keçir. D. Rolun yazdığına görə, qədim Misir yazılarında fironlar arasında yaşayan bir qəbiləni (ailə) ifadə etmək üçün xüsusi kollektiv ad var idi ki, bu da Patu (Pat sözündən) idi. Bütün bu ailəyə aid olanlar “iri-pati” [R-PT] adlanırdı ki, bu da “Patın törəmələrindən biri” mənasını daşıyırdı. Pat, piramidanın ilkin mətnlərində artıq Qorla assosiasiya olunurdu və bu şahların yerdəki təcəssümü sayılırdı. Özünün bu nəslə, yəni Qor-fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.388, 389). Əgər biz nəzərə alsaq ki, “iri-pati” [R-PT] rəmzi “eor-pati” [R-PT] rəmzi ilə eynidir, razılaşarıq ki, amazonka deyəndə, Yapet/Yafət əsilli olan Misir fironları nəzərdə tutulmalıdır. İri-pati rəmzi sufizmdə Ər-Yafət mənasını verir və erməni mənbələrində bu rəmz Yafət-Aran kimi qeyd olunaraq, Sisaka/Sisakan nəsli olan Gel elinə (Gelarküni) aid edilir. Deməli, “eor-pati”, yəni Yafət-Ərən nəsli bilavasitə Amon Allahının yerdəki törəmələri olan pirlər – fironbəglər nəslidir ki, mənbələrdə onlar Oziri Allahının, yəni Azərin nəsli sayılırlar.
Yustin bildirir ki, amazonkalar albanlarla qonşuluqda yaşayırlar (Yustin, XLII:3/7). Pompey Mela Amazon adını – Qafqaz dağının adı kimi çəkir. Strabona görə isə, amazonkalar Albaniyanın üstündəki dağlarda yaşayırlar (Strabon, XI:5/1). Mənbələrdən bilirik ki, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.147). Bu isə o deməkdir ki, amazonka adlandırdığımız müqəddəslər nəsli - qədim Albaniya, indi isə Azərbaycan ərazisi göylərində qərar tutmuş Adəmin – Allahın yerdəki “sevgililəridir”. Tövratda, Allah öz seçilmiş Levit nəslinə deyir: “Mənim qarşımda müqəddəs olun, çünki Mən müqəddəs Allaham və Mən sizi digər xalqlardan ayırdım ki, mənim olasınız” (Библия, Лев. 20:26). Ərazi kimi isə Allah Qalaadı – “Mənim Qalaadım” adlandırır ki, bu da Allahın sevgililəri olan Levitlərin Qalaadda – Gel elində yaşamaları deməkdir.
İslamda Allahın sevililəri Əlhi-Beyt adlandırılır ki, bu da Allah Evində - Əl-Beytdə yaşayanlar deməkdir. Sufizmdə Əl-Beyt [LBT] rəmzi Levit [LVT] rəmzi ilə eyni mənalıdır. Allahın müqəddəs torpağı olan Qalaad isə İslamda ifrat batini şiələrin yurdu olan Gelat elidir. Gelat/Qalaad rəmzi Quranda Xüld kimi qeyd olunur və Adəmin bədənində yaradılmış cənnət də burada “Xüld cənnəti” adlandırılır (Quran, 25:15). Bu isə o deməkdir ki, Həvva nəsli - sufi pirlərinin Gelat-Gel ərənlərinin nəslidir.
 Gel/Gelat rəmzi ən qədim mənbələrdə Gilqameş və Heraklla bağlı qeyd olunur. Herodota (IV/8) görə, Herakl, Gerionun öküzlərini qovaraq Gileyaya (Gel) gəlir və burada itirilmiş atlarına görə, yarıilan-yarıqadın Yexidna ilə cütləşir və ondan “ilandan doğulmuşlar” (midiyalılar, marlar) yaranır. Moisey Xorenatsi, “Ermənistan tarixi” kitabında ilandan doğulmuş midiyalıları, yəni mar-amoreyləri – “əjdahadan doğulmuşlar” adlandırır. Mar, amoreylər isə bizlərə seyid-bəglər kimi məlumdur ki, bu gün də onların adlarının qarşısında “mir”, yəni “MR” rəmzi dayanır. Bu rəmzi isə qədim Misirdə, “göyə qaldırılan torpaq”, yəni cənnət mənasını verirdi ki, cənnət əhli də məhz – Babil qülləsini tikən bu amoreylər - seyid-bəglər sayılmalıdır.
Digər tərəfdən,  psevdoqnostik İustinin sistemində “ilandan doğulmuşlar” rəmzi mistik məna daşıyır. İppolit, İustinin doktrinasını Herodotun Herakl haqqındakı rəvayəti ilə əlaqələndirir. Yəni burada Herakl rolunda Allah, Yexidna rolunda isə Edem, İzrail çıxış edir və onların izdivacından xəbər gətirən mələklər nəsli yaranır (Refutatio, V, 28.). Bu isə o deməkdir ki, “ilandan doğulmuşlar” adi nəsil yox, ilan rəmzli ilkin materiyadan yaradılmış mələklərin nəslidir. Rus və digər dillərdə mələk mənasında olan “angel” rəmzi də, “Yevangel” rəmzi kimi Gel rəmzindən yaranmışdır ki, məhz burada Herakl Yexidna ilə cütləşmişdir. Deməli, yəhudi, xristian və islam mələkləri – elə Gel/Gelat pir-ərənləridir. Biz bu mələklər nəslini – “sorxsər bidin mülhidləri” kimi, yəni Şah İsmail Xətainin qızılbaşları kimi tanıyırıq.
Quranın otuz beşinci surəsi “Fatir” surəsi adlanır ki, Quranın dəqiq tərçüməçisi İ. Y. Kraçkovski bu rəmzi “mələk” kimi tərcümə etmişdir. Fatir surəsinin birinci ayəsində rəsullar, elçilər mələklərə bərabər tutulur və bu da elə hamısının bir nəsli olması deməkdir. Fatir [FT/PT-R] sözü “Fat” və “İr”  rəmzlərindən ibarətdir və buradakı Fat rəmzi Pat, yəni qədim Misirin Pta Allahı, İr isə Ər (Ra) mənasındadır. Belə çıxır ki, Fat-İr mələkləri Ər-Pat, yəni Ər-Yafətin törəmələridir. Digər tərəfdən, Ər-Yafət mənasında olan Fat-ir rəmzini biz eor-pati kimi oxuya bilərik ki, bu da amazonkalar deməkdir. Bu isə onu göstərir ki, islam mələkləri elə Misir fironlarının nəsli olan amazonkalar mənasındadır. Deməli, mələklər nəsli olan sufi müqəddəsləri - Həvva rəmzində Allahın yerdəki sevgililəridir. Seyid-peyğəmbərlərin möcüzə göstərmək qabiliyyəti də Allahın yalnız onlara verdiyi İlahi nur hesabına baş verir.
Bütün bunlar o deməkdir ki, Adəm və Həvvanın obrazı – Allahın və onun yerdəki müqəddəsləri olan padişahlar və peyğəmbərlər nəslinin obrazlarıdır. Burada adi insanın yaradılışı nəzərə alınmamışdır. Çünki, bütün qədim fəlsəfələrdə adi insan heyvana bərabər tutulur və yazılarda qeyd olunmağa layiq görülmürlər. Bu haqda mən – “Allah - türkləri, onlar isə insanı yaratdılar” adlı məqaləmdə geniş yazmışam (http://gilarbek.blogspot.com/2013/12/allah-turklri-nlar-is-insan-yaratdlar.html).

Firudin Gilar Bəg