Bu yaxınlarda, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, “Şərq-Qərb” nəşriyyat evində yenicə
çapdan çıxmış “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti
kontekstində” kitabının müzakirəsi zamanı belə qənaətə gəlir ki, vicdanlı
tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz
adlarına çıxmalarına imkan verməzlər. Mən də Ramiz müəllimin bu fikrinə qoşularaq
bildirəm ki, həqiqət axtaran əsl tarixçilər heç vaxt “yalanın ayaq tutub yeriməsinə”
yol verməməlidirlər. Lakin nə etmək olar ki, dünyanın əsas qüvvələrindən biri
xristianlardır və onları həqiqət yox, din birliyi birləşdirir. Belə olan halda
biz həqiqəti əziyyətlər hesabına olsa belə araşdırıb, üzə çıxarmalıyıq. Bunun
üçün qədim tarixə daha geniş aspektdə baxılmalı və həqiqət arayan
araşdırıcılara şərait yaradılmalıdır. Belə bir şəraitin yaradılmasında isə hörmətli
akademikimiz özü yaxından köməklik göstərə bilər. Mən akademik Ramiz Mehdiyevdən,
mənim də bu sahədəki fəaliyyətimi nəzərə alıb, araşdırmalarıma, onların müzakirəsi,
tərcüməsi və çapına köməklik göstərməsini xahiş edirəm.
Xristianlıq Azəri türklərindən başlanır
Xristianlığın banisi olan İsa peyğəmbərin Xəzər
türk bəyi olması haqqındakı ilk məqaləmi mən hələ 2006-ci ildə internet səhifələrində
yerləşdirmişəm (http://www.centrasia.ru/newsA.php?st=1147693260). Məqalənin azərbaycan variantında isə daha dərinə
gedərək, xristianlığın, iudaizmin və islamın gizli mənalarının (batini) bir
olmasını və onun da bilavasitə Azərbaycanla bağlılığını göstərmişəm (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1250). Məsələ ondadır ki, hər üç dinin yaradıcıları - yəhudilərin
kadoş, xristianların aqios adlandırdığı müqəddəslərdir və islamda bu insanlar əqdəs,
kuddus adlandırılırlar. Bizim kadus tayfası kimi tanıdığımız bu müqəddəsləri
xristianların aqiazo (aqios və s.) adlandırması onu göstərir ki, kadus müqəddəsləri
elə Oğuz bəgləridir.
“Qurandakı İsrail oğulları - Azəri bəgləridir!”
adlı məqalədə mən göstərmişəm ki, qədim mənbələrdə İsrail/İzrail dedikdə “Azər/Asar
eli” nəzərdə tutulur və bu da Xəzər türk bəglərinin elidir və Azərbaycan ərazisini
əhatə edir (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Asar eli eyni zamanda ən qədim dövrlərdə Azərbaycan
ərazisində mövcud olmuş Assuriya dövlətidir və bu dövləti də bu gün bizim pir, bəg,
seyid, şıx və s. adlandırdığımız Azəri müqəddəsləri yaratmışdır. Mən bu dövləti
yaradan müqəddəs əcdadlarımızın məntiqini və elmlərini də kitab və məqalələrimdə
açıb göstərmişəm (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1242). Deməli, İsa peyğəmbər Azəri pirlərinin nəslindən
olmalıdır və xristianlıq da bilavasitə bu pir-seyidlərin gizli elmi ilə bağlıdır.
İsa peyğəmbərin mənbələrdə nazaretli (nasara)
adlandırılması, onun, nizari batinilərindən olması deməkdir. Çünki İsa peyğəmbərin
bildiyi qədim sirləri, ondan başqa yalnız nizari batiniləri bilirdilər. Nizarilər
isə şiə ezoterizmini yaratmış ifrat Gel (Gelati-Şiə) şiələridirlər və İsa peyğəmbər
də Gel rəmzi ilə, yəni mənbələrdə Qalil/Cəlil və s. kimi qeyd edilən rəmzlə əlaqəlidir.
Gel elinin, yəni Qaliley/Xəlil/Cəlil rəmzinin digər variantı olan Gelat rəmzi
isə qədim yəhudi mənbələrində Gelad/Qalaad/Xaldeya və s. kimi qeyd olunur.
Əhdi-Ətiqdə Allah məhz bu eli - Öz eli adlandırır. Mənbələrdə görə Gel elində
yaşayan türk bəgləri eyni zamanda xristianlar sayılmışlar.
Bartolda görə, Səlcuq imperiyası dövründə yayılmış
türk geneoloji rəvayətlərində Oğuz adı yox, Çigil, yəni İç-Gel (İç Oğuz mənasında)
adı mövcud olmuşdur ki, köçəri çigillərin arasında xristianlar da var idi. Türküstanın
çox şəhərlərində, xristian kilsələri ucaldılmışdı. Xəzər xaqanı İosifin Xasdaya məktubunda da bildirilir ki, ismaililərin
ölkəsi olan Xəzər ölkəsində ismaililərdən başqa yəhudilər və xristianlar
yaşayırlar. Müqəddəsi də Midiyada və Xorasanda yaşayan xristianlardan
söz açır.
M. Kalankatuasinin «Alban tarixi»nə və digər mənbələrə
görə, Albaniyada
yaşayan hunlar xristianlığı qəbul etmişdilər. Moisey Xorenskiyə görə İsanın
xaçı da indiki Azərbaycan dağlarının birində uçaldılmışdı və bu zaman göydən
sütun formasında ilahi nur enərək bu ağacı nurlandırmışdı. “Allahların
qayıdışı” (Возвращение Богов) adlı rus dilində yazdığım kitabda mən bütün Ermənistan
tarixinin məhz Azəri seçilmişlərinin nəslinə aid olduğunu elmi sübut etmişəm (http://gilarbey.blogspot.com/2013/05/blog-post_3978.html). Bütün bunlar isə o deməkdir ki, ilk xristianlıq
məhz Azərbaycanda yaranmış və ilk xristianlar da Oğuz türk bəgləri olmuşlar. Bunu
Zəkəriyyə Qəzvini (XIII əsr.) də təsdiq edir.
Onun yazdığına görə, oğuzların qoşunları olan kimakların ölkəsindəki
qayadakı izləri oğuzlar İsa peyğəmbərə aid edib, ona səcdə edirdilər və s.
Yazdıqılarımdan çıxan nəticə odur ki, xristianlıq məhz
Azərbaycandan başlamış və ilk xristianlar da Xəzər, yəni Azəri türk bəgləri
olmuşlar. Daha geniş məlumatlar isə kitab və məqalələrimdə verilmişdir (www.gilarbeg.com).
Firudin
Gilar Bəg
Комментариев нет:
Отправить комментарий