Dünya mədəniyyəti incilərinin şah əsərlərindən biri də dahi Firdovsinin “Şahnamə” əsəridir. Bu əsər adından da göründüyü kimi, qədim dövrün padişahlarına həsr edilmişdir. Lakin bu gün “məlum” olur ki, sən demə padişahlar nəslinin hamısı fars imiş və Firdovsinin kitabı da bilavasitə onlara aiddir. “Şahnamə” əsərini dərk etmək üçün hər şeydən əvvəl bu kitabın məntiqini başa düşmək lazımdır. Kitabın əvvəlində Firdovsi yazır: “Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə yazdım inan. Ağılla oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər”. Bu o deməkdir ki, “Şahnamə” əsəri rəmzlərlə yazılmış əsərdir və onu başa düşmək üçün rəmzlər elmini, yəni dünyanın ilk dili olan sufiliyi bilmək vacibdir.
“Qabusnamə” kitabını tərtib edən Əmir Ünsürülməali Keykavus İbn İskəndər İbn Qabus İbn Vəşmgir İbn Ziyar, Mövla Əmirəlmöminin öz oğlu Gilanşaha, kitabın müqəddiməsində yazır: “Ey oğul, bilməlisən ki, sənin valideyinlərinin tayfası böyük və əsil-nəcabətli hökmdarlardır. Baban Şəmsülməali Qabus İbn Vəşmgirdir. Nəslin Gilan şahlarından olan Keykavus və Əbül-Müəyyad övladlarının xanədanındandır. Firdovsi onların tərcümeyi-halını öz “Şahnamə”sində təsvir etmişdir. Gilan şahlığı sənin babalarına ondan yadigar qalmışdır”. Belə çıxır ki, Şahnamə – Gilan şahlarının tərcümeyi-halıdır və padişahlar nəsli dedikdə də Gilan şahlarının sülaləsi nəzərdə tutulmalıdır.
Əbu Reyhan Biruni bildirir ki, farslar və maqlar subasma hadisəsini inkar edirlər və iddia edirlər ki, hakimiyyət, onların ilk insan hesab etdikləri Qayumars-Gilşah zamanından daimi onlara məxsus olub. Subasma rəmzinin yəhudi və Babil variantlarına görə Allah insana sirr açaraq, ona gəmi düzəldib, “həyat toxumu”nu xilas etməyi tapşırır. Babil variantında qeyd olunur ki, su çəkiləndən sonra, insan qurban kəsir və Allahlar səviyyəsinə yüksəlir. Şumerin Larsa şəhərində tapılan sənəddə isə deyilir ki, “Daşqın gəldi... Daşqından sonra şah hakimiyyəti Göydən yerə göndərildi”. “Əhdi-Ətiq”də isə nəzərə çatdırılır ki, “Allah subasma üzərində təntənəli surətdə əyləşdi və O, şah kimi əbədi əyləşəcək”. Bu o deməkdir ki, fars və maqların qəbul etmədikləri subasma hadisəsi – həyat toxumu, hakimiyyət və Allahla bağlı mistik bir hadisədir.
A. Oppenheym “Qədim Mesopatamiya” kitabında yazır ki, Mesopatamiyanın məşhur şahlar nəslinin, yəni Kutilər sülaləsinin hakimiyyəti mifik dövrlərdən – “şah (çar) hakimiyyətinin Göydən yerə endiyi dövr”lərdən başlanır. Əl Kufinin “Kitab əl-fütuh” əsərində isə deyilir ki, Göydən yerə enmişlər – Salman ibn Rəbiyə və İran əhalisindən onunla gələnlərdir. Belə çıxır ki, Kutilər, Salman ibn Rəbiyə və onunla gələnlər – fars və maqlar nəslidir və şah hakimiyyəti də onlarla birlikdə göydən yerə enmişdir. Allahın da subasma üzərində əbədi şah kimi təntənəli surətdə əyləşməsi bu obrazların bilavasitə Allahın obrazları olması deməkdir.
Evseviy, Kuti sülaləsini eyni zamanda “kəldani sülaləsi”, yəni xaldey sülaləsi adlandırır. Mənbələrdə Xaldeya adı altında paytaxtı Babil olan Asiya ölkəsi nəzərdə tutulur. Yazılanlara görə İbrahim peyğəmbər də Xaldeyanın Ur şəhərindən olub və burada onun böyük qardaşı Aran ölüb. Digər tərəfdən, Biruni bildirir ki, xaldeylər Kəyanilərdir ki, İraqa gəldikdən sonra, Məqrib sakinləri onları “xaldey” adlandırmağa başladı. Kəyanilər isə Firdovsiyə görə göydə Kəyan taxtı qurmuş Cəmşidin nəslidir.
Firdovsi yazır ki, Cəmşid hansısa dənizi keçib Göyə ilk ayaq açır. O göydə Kəyan taxtı qurub, divin çiynində taxta çıxır və fəzada günəştək qərar tutur. Cəmşidin fəzada günəştək qərar tutması, təbii ki, onun qədim Misir mənbələrindəki Ra- günəş Allahı obrazında olması deməkdir. Bu hadisə qədim Misir rəvayəti olan “Sinuxetin nağılı”nda da qeyd olunur. Burada Sexotepibre, otuzuncu ilin, subasmanın üçüncü ayının yeddinci günündə göyə ucalaraq Günəş diski ilə birləşir. Quranda bu hadisə, yəni Allahın Göyə – ərşə yüksəlməsi belə təsvir olunur: “O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini Göyə yönəldib, onları yeddi Göy olaraq düzəltdi... Allah Göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və Günəşi, Ayı özünə tabe etdi... Rəhman ərşə hakim oldu” (Quran, 2:29, 13:2, 20:5). Məşhur araşdırıcı C. Frezer isə Cəmşid obrazını Silvi şahlarının banisi kimi qeyd edir ki, o da öləndən sonra Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar tutub. Bütün bunlar o deməkdir ki, “Şahnamə” əsərində söhbət Allah hakimiyyətinin yaradılmasından və Rəhmanın ərşə hakim olmasından gedir. Burada hakimiyyətin ilk insan olan Qayumars-Gilşah zamanından farslara və maqlara məxsus olması isə, bu xalqların bilavasitə qədim Misirin Ra-Amon/Ra-Əman, yəni Rəhman Allahın nəsli olması deməkdir.
Lukian maqları – farslar, parfiyalılar, baktriyalılar, xarəzmlilər, arilər, saklar və midiyalılar arasında özlərini Allaha həsr etmiş peyğəmbərlər qrupu kimi təsvir edir. Şahnaməyə görə isə özlərini Allaha sitayişə həsr etmiş tayfa – katuzilər, yəni kaduslardır (islamda kuddus, yəhudilərdə kodeş) ki, bu tayfanın adı əksər dinlərdə “müqəddəs” mənasındadır. Belə çıxır ki, özlərini Allaha sitayişə həsr etmiş tayfa Midiya maqları olan kaduslardır. Bu isə onu göstərir ki, “fars” rəmzi də bilavasitə kadus rəmzinə aid olan rəmzdir. Sufiliyə, yəni Süleyman peyğəmbərin “quş dili” adlandırılan “mələklər dili”nə görə, “pars/fars” [PRS/FRS] rəmzi “pir-issi” [PR-S] rəmzindən yaranmışdır ki, bu da “pir ruhu”, yəni “firon ruhu” deməkdir. Belə çıxır ki, fars dedikdə qədim Misir müqəddəslərinin nəsli olan pirlər, yəni fironlar nəsli başa düşülməlidir və qədim Misir yazılarına görə bu nəsil Osiris/Aziri Allahının nəslidir. Tarixçi B. A. Turayevə görə, amoreylər, yəni marlar-midiyalılar ölkəsi olan Kadeş (Kadus) – Aziru (Azəri) şahlığıdır. Əl Yəqubi fars rəmzini məhz bu mənada işlədərək bildirir ki, Azərbaycan və onun ətrafının əhalisi əl Azəriyyə və əl Cavidaniyyə parslarının qarışığıdır. Qeyd edək ki, XVIII əsrə aid “Rus dəniz xəritəsi”ndə “Moskva ölkəsi” sözü də “Maskva parsı” kimi yazılır. Araşdırıcılara görə Fransa, Türkiyə və s. ölkələr də mənbələrdə pars ölkəsi, yəni müqəddəs pirlər ölkəsi adlandırılırlar. Əgər nəzərə alsaq ki, orta əsrlərə qədər Rusiya və s. ərazilərdə fars dili yox, türk-tatar dili işlədilirdi, razılaşarıq ki, farspars rəmzi də Aziri, yəni Azəri türklərinə aid rəmzdir.
İbn əl Müqəffa və əl Həmədaniyə görə Azərbaycan öz adını “Azərbaz ibn əl İran ibn əs-Sud ibn əs-Sam ibn əl-Nuh” kəlməsindən götürüb. İran [RN] rəmzi, samitlərin xüsusi məna ifadə etdiyi sufilikdə və qədim Misir dilçiliyində Aran/Ərən/Arna/Anar [RN] və s. rəmzlərlə eyni mənalıdır ki, müqəddəs kitablara görə Azər – İbrahim peyğəmbərin və Aranın atasıdır. Kitabi-Dədə Qorqudda Ərən, yəni Aran rəmzi bəglərə aid edilir və nəzərə çatdırılır ki, “dünyanı ağılnan bulan Ərənlər” – “Dünya mənim” deyərək öyünmüşlər. Bu o deməkdir ki, qədim dünyanın sahibləri məhz Azəri bəg-Ərənləri olmuşlar. Əhdi-Ətiq-də Ərən/Aran rəmzi Arna kimi yazılır ki, bu da Misir şahı Zaranın (Ozorxon) digər adıdır. Belə çıxır ki, Azər və Ərən/Aran rəmzləri eyni xalqa aid edilməlidir.
Mənbələrdə Aran – Albaniyanın ikinci rəsmi adıdır və qədim farslar, suriyalılar, gürcülər (Rani), ərəblər (Arran) Albaniyanı bu adla tanımışlar. Yunan mifologiyasında da eyni mənalı Eyren/İrena rəmzi göy aləminin şəxsləndirilmiş Allahıdır. Tarixçi M. Xorenatsi Aranı, yəni Ərən/İran rəmzini, bədəni ərazi kimi olan kosmik insan kimi təsvir edir və bildirir ki o Sisaka, yəni saklar nəslinin nümayəndəsidir. E. A. Qrantovskiyə və digər alimlərə görə “arilər dünyası” deyəndə söhbət – ariləri, yəni ər-ərənləri daha qüdrətli edən mistik dünyadan gedir ki, mənbələrdə bu rəmz Arian/Orion kimi göstərilir.
Qədim misirlilərin təsəvvürünə görə, pir, yəni firon öləndən sonra, onun ruhu Osiris/Oziri (Azər) Allahına çevrilib, yerin-göyün sahibi olur. Osirisin (İssi-Ra) ruhu isə Orion ulduzu sayılır. Çar sərdabələrinin tavanında Orion-Osiris qayıqda, əlində hökmdar əsası olan insanabənzər Allah kimi göstərilir. Misirşünas U. Bac “ren”, yəni Ərən/Orion rəmzini insanın əsas hissələrindən hesab edir və bildirir ki, bu onun adıdır. Deməli, Orion ulduzu, yəni ərən [R-N] dedikdə ilkin Nun sularındakı Ra (Ər), yəni günəş Allahı nəzərdə tutulmalıdır. Orion, yəni Ra ulduzunun (günəş Allahı) şəxsləndirilməsi isə, Yuxarı Misirin tacında təsvir olunan və Sax ulduzu kimi qeyd edilən çardır. U. Bacin yazdığına görə insan öləndən sonra onun ruhu göyə qalxaraq “saxu”-ya çevrilir və yeni bədən forması alır. Bu o deməkdir ki, Sax (Sak) rəmzi, ölmüş pirin, yəni fironun ulduzlar arasında ölümsüzlük qazanan (ulduz rəmzli) formalaşmış ruhudur.
M. Xorenatsiyə görə Alban şahı olan Aran – Sisaka, yəni Sak nəslinə aiddir və məlumdur ki, Sisaka hakimləri də sonradan Aranşah (yəni İran şahı) sülalə adını daşıyırdılar. Tanınmış etnoqraf Q. Qeybullayev də təsdiq edir ki, Aran-şah titulu Aran ölkəsinin adı ilə bağlıdır və Sünik şahzadələrinin Alban şahı Aranın nəslindən olması mənasındadır. M. Xorenatsi, Midiya və Aran ölkəsindəki Murasean, yəni Mar – əjdahalar evinin sahibi Ərqamı – Sisakean, yəni Sisaka-Saklar nəsli olan Gel elinə aid edir. Və onun yazdığına görə Araksdan Xnarakertə qədər olan ərazi Aran nəslinə verilmişdir. M. Kalankatusi də “Albaniya tarixi” (VII əsr) kitabında bildirir ki, Albaniya – Yafətin törəməsi, Sisakan nəslindən olan Arana vərəsəliklə verilmişdir. M. Xorenatsi, Sisaka/Sisakan nəslini – marlar (midiyalılar), yəni əjdahalar nəsli adlandıraraq, onların tacqoyan “qədim şahlar toxumu”ndan olmalarını xüsusi qeyd edir. O eyni zamanda Ərən, yəni Aran rəmzini Yafətə (Yapet), yəni qədim Misirin Pta Allahına aid edərək bu rəmzi Yafət-Aran kimi göstərir və Gel elinə aid edir. Qədim misir yazılarında Yafət-Ərən [FT-RN] rəmzi – “Allahlar yurdu” mənasında olan “An-rut-f” [NR-TF] kimi qeyd edilir. Erməni mənbələrində Yafət, yəni Yapet rəmzi Azər rəmzinə aid edilərək Azarapet (Azər-Yafət) kimi yazılır və bilavasitə Gelarküni, yəni qədim Misirdə Geliopol kimi tanınan Gel eli ilə əlaqələndirilir.
Herodota görə Gelə gələn Herakl burada yarıilan (yarıəjdaha) Yexidna ilə cütləşir və bu izdivacdan bütün ərazilərə hakimlik iddiası edən əjdahalar nəsli, yəni ilandan doğulan şah skifləri (sakları) yaranır. İppolit bu cütləşməni Allahın – qadın rəmzli ilkin materiya ilə cütləşməsi kimi göstərir ki, buradan mələklər nəsli yaranır. M. Xorenatsi bu nəsli “Tork-Anqelea”, yəni “türk – mələk” adlandırır. Qurana (22:75) görə mələklər nəsli eyni zamanda peyğəmbərlər nəslidir. Deməli, məbələrdəki mar, amorey adlandırılan əjdahalar nəsli məhz Gel türklərinin nəslidir.
Yafət-Ərən rəmzi qədim misir yazılarında İri-Pati (Ra-Pta) kimi də yazılır və Ər-Yafət mənasını verir. Tanınmış alim D. Rolun yazdığına görə, Misir yazılarında fironlar arasında yaşayan bu xüsusi qəbilə Qor Allahı ilə assosiasiya olunurdu və şahların, Allahların yerdəki təcəssümü sayılırdı. Özünün Qor-fironları nəslindən olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu. Yafət-Ərən nəslinin Qor Allahının nəslinə aid edilməsıni M. Xorenatsi də təsdiqləyərək nəzərə çatdırır ki, Yafət-Ərən eli olan Gelarküninin digər adı Qarnidir. Gel elinin Qarni adlanması məhz Gel ərlərinin Qor fironlarının nəsli olması deməkdir. Bu isə onu bildirir ki, insanı öz əlləri ilə yaratmış və ona ilahi od – ağıl vermiş Yafət oğlu Prometeyin (Pir Midiya) nəsli – Ərən/Aran şahlarınin, yəni İran şahlarının nəslidir. Lakin Təbrizli Arakel ilandan doğulmuşları, yəni əjdahalar nəslini Osman şahlarının nəsli adlandırır. Bu isə o deməkdir ki, İran şahları kimi, türk sultanları da Azəri bəglərinin nəslindəndirlər.
Digər tərəfdən Əhməd ibn Məcidin kitabında Firdovsinin “Şahnamə” əsərinin qəhrəmanları – “ərəb qəhrəmanları” adlandırılır. Eyni zamanda mənbələrə görə imam Əlinin oğlu Hüseyin – İran şahı Yezdəgirdin qızı ilə evləndiyi üçün onun törəmələri də İran şahlarının varisləri hesab edilirdi və onlara məxsus “ilahi bərəkət”in daşıyıcıları sayılırdı. Qeyd edək ki, ən qədim mənbələrdə ərəb dedikdə Midiya ərazisindəki “Şərqin ərəbləri” ölkəsinin əhalisi olan pir, seyid, şıx, bəg və s. kudduslar, yəni kaduslar nəsli nəzərdə tutulurdu. Deməli, “ilahi bərəkət” daşıyıcıları olan bu Azəri müqəddəslərinin, indi özünü fars adlandıran adi insanlara qətiyyən aidiyyəti ola bilməz. Biz dövri mətbuatdakı məqalələrimizdə də qeyd etmişik ki, Allah ilk əvvəl dünyaya hakim kimi Göy insanı olan Azəri (Osiris) pirlərini (fironları) yaratmış, onlar isə öz əlləri ilə adi insanlara, yəni yer insanına həyat vermişlər. Bu o deməkdir ki, indi özlərini fars adlandıran toplum heç vaxt “Şahnamə” əsərinə yiyə çıxa bilməz. Çünki bunun üçün onlar hər şeydən əvvəl Azəri pirlərinin nəsli olduqlarını sübut etməlidirlər.
Firudin Gilar Bəg
firudin@gilarbeg.com

Комментариев нет:
Отправить комментарий