Qədim dünyanın ən
sirli ölkələrindən biri də Assur və ya “Alum Aşşur” ölkəsidir. Mənbələrə görə,
Aşşur şəhər-dövlətinin mərkəzi icması Aşşur olmuşdur və onu mənbələrdə “Al
libbi Ale”, yəni “icma içində icma”, “şəhər içində şəhər” kimi də qeyd edirlər.
Aşşurun valisi üşşakku (işşakku) adlanırdı və hakimiyyət nəsillikcə ötürülürdü.
Torpaq işinə ukullu və ya uklu vəzifə sahibləri baxırdılar. Aşşur icmasının Alu
“nom”unda səpələnmiş kiçik kənd icmaları da Alu adlanırdı. Hər bir kənd-icmasının
rəhbərlik ittifaqı vardı ki, ona xazannu adlanan ağsaqqal başçılıq edirdi. Bir
böyük ailə icması (Bitu – “Ev”) özündə birdən üçəcən nəsli birləşdirirdi və s.
(1). Tarix kitablarındakı bu tip ümumi məlumatlar bizlərdə, qədim Aşşur dövləti
haqqında çox qaranlıq təsəvvürlər yaradır. Araşdırıcılar bəzən elə çətin mətnlərə
rast gəlirlər ki, onun birbaşa mənasını tərcümə etməkdə çətinlik çəkirlər. A. Oppenxeym, özünün “Qədim Mesopotamiya”
kitabında yazır ki, “məktubdakı bütün ifadələr demək olar emosiyalarla doludur:
onlar bəzən elə mövzuya toxunurlar ki, bizim üçün qaranlıqdır, oradakı işarələr
isə yalnız öz ünvanı üçün aydındır... Onların terminləri arasında həddən ziyadə
sirli olan xüsusi deyimlər mövcuddur”
(2). Bu o deməkdir ki, qədim yazılarda hansısa sirli məna gizlənir və yalnız
şamil edildiyi ünvanı üçün aydındır.
Mən kitab və məqalələrimdə
sübut etmişəm ki, bütün qədim yazılar - qədim sirlərdən xəbərdar olanlar üçün
kodlaşdırılmış informasiyalardır. Tədqiqatçılar
bildirirlər ki, qədim Misir, finikiya, yəhudi, aramey və s. dilləri yalnız
samitlər üzərində qurulmuşdur. Konsonant kök və yalnız o, fikrin daşıyıcısı,
ifadələrin mənalarının göstəricisidir. Saitlər isə mənanın hansı qrammatik
formaya bürünməsini göstərən xidmət rolunu oynayır (3). Deməli, hər bir samit, bizə məlum olmayan xüsusi məna
ifadə edir. İslamda bu məntiq sufizm, Avropa mənbələrində isə “quş dili” adlanır
ki, onu yalnız şahlar nəsli olan Qulyardlar, yəni Gel (Qul) oğulları bilmişlər.
“Масонство – тайная организация ассасинов” adlı məqaləmdə mən göstərmişəm ki, qədim
dünyanın bütün sirləri Gel/Qul [GL/QL] rəmzi ilə bağlıdır. Aşşur mənbələrində buna
bənzər rəmz Uklu/Ukullu [KL/KLL] rəmzidir və sufizmdə bunlar eyni məna ifadə
edirlər. Bu o deməkdir ki, torpaqla bağlı olan Ukullu/Uklu, yəni Kel -
Avropanın şahlar nəsli olan Gel, yəni Qulyardların əcdadı ola bilər.
Qeyd etdiyim kimi,
Aşşur şəhər-dövlətinin mərkəzi icması Aşşur, mənbələrdə tez-tez “Al libbi Ale”,
yəni “icma içində icma”, “şəhər içində şəhər” kimi qeyd olunur. Al/Ale/Alu rəmzləri,
türklərin El rəmzi kimi – müəyyən ərazidə yaşayan icma mənasını verir. Türk mənbələrində
qeyd olunur ki, türk xanı Tanrıda olmuş və oranı El etmişdir (4). Yəhudi mənbələrində
isə El rəmzi Allah mənasında işlənir. Belə çıxır ki, Alu (Al/Ale), El –
Tanrıdan, yəni sufilərin “Hu” adlandırdığı ilkin materiyadan yaradılmış türk
Eli mənasındadır.
Bəşəriyyətə həyat
vermiş ilkin materiyanın rəmzi sayılan “Hu” rəmzi, yəni “H” samiti müxtəlif
dillərdə “X”, “G”, “Q”, “K” və s. samitlərlə də əvəz olunur. Tədqiqatçılar qeyd
edirlər ki, qədim mətnlərdə “H”, “X”,
“G”, “Q”, “K” samitləri mənbələrdə bəzən yazılmır. Belə ki, Germont/German adı bəzən Ermont/Erman, Xaldi
– Aldi və s. kimi yazılır (5). Bu
ona görə baş verir ki, bu samitlər ilkin materiyanın rəmzi hesab olunur və o da
gözə görünmür. Onu yalnız qam-şamanların qamlıq, ekstaz məqamında görmək
mümkündür. Deməli, Gel və El rəmzləri eyni mənalıdır və “türk elinin içində
yaradılmış El” mənasını verən “Al libbi Ale” ifadəsi də Gel eli ilə bağlıdır.
“Kitabi - Dədə Qorqud” abidəsinin Vatikan variantında
qeyd olunur ki, “Oğuzun içində təmam vilayəti zahir olmuşdu”. Bu ifadə “Al
libbi Ale” ifadəsi kimi - “bir elin içində ikinci el yaranmışdı” deməkdir. Deməli,
abidədə qeyd olunan Taş el - Oğuz eli (Taş Oğuz), onun içində yaranmış el isə
İç eldir (İç Oğuz). Mən “Azər Allahının tarixi” kitabında bu rəmzin izahını vermişəm
və göstərmişəm ki, burada “vilayət” sözünün işlənməsi, “təmam vilayəti”
anlayışının bilavasitə sufizmlə bağlı olması deməkdir. Sufizmdə “vilayə”, “vilayət”
sözləri (övliya, vəli sözləri ilə eynidir), sufi müqəddəslərinin keyfiyyəti,
onların Allaha yaxınlığı mənasındadır. “Tamam vilayəti” anlayışı isə - “Adəm
dünyası”, yəni göy insanı mənasında olan kosmik Adəmin daxilində yaradılmış
dünya anlamındadır. Belə çıxır ki, “Al libbi Ale” rəmzi altında da, “Oğuzun
içində təmam vilayəti zahir olmuşdu” cümləsi kimi, kosmik insanın daxilində
yaradılmış dünya, El başa düşülməlidir.
“Budda - göydə Allah yaratmış Azəri bəgidir” adlı məqalədə mən qeyd etdim ki, insan simasında
olan kosmik Allah - qədim Misir fironu (pir) Amonun qurban ruhlarından göydə
yaratdığı “kölgəsi” hesab olunur. Özünün nəhəng kölgəsini göydə yaradan pir Amon,
onun daxilində də ruhlar üçün dünya yaradır. Fiziki ölümündən sonra isə, onun
ruhu – öz kölgəsinə, yəni kosmik Adəmin daxilinə köçür. Bu fikir “Enuma Eliş”
adlı yeddi lövhədən ibarət Mesopotomiya
yazısında da qeyd olunur: “Okeanı ölçən hökmdar, Göy kimi tikdiyi Eşar
sarayında özü Eşara bənzər böyük saray düzəltdi və onu Anu, Enlil və Ea-ya
verdi. Bu saray kainatın rəmzi idi”
(6). Aydın məsələdir ki, Eşar və Aşşur rəmzləri eyni mənadadır və göydə Allah
kimi yaradılan firon Amonun kölgəsinə aid
edilməlidir. Sufizmdə bu o deməkdir ki, hissiyat orqanı ilə qəbul edilən mülkün
(yerdəki dünya və Amon) daxilində, ağılla dərk edilə bilən və gözə görünməz iç
dünya – Mələküt (mələklər) dünyası yaradılmışdır. Bu möcüzəni isə, Kitabi
- Dədə Qorqud abidəsində - “varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda sahəbəsi
olan”, “bığı qanlı” Bəkdüz Əmən kimi qeyd edilən pir Amon yaratmışdır.
“Al libbi Ale” rəmzindəki
“libbi” sözü sufizmdə “lubb” və “ulul Elbab” kimi məlumdur və ürəyə aid edilir.
Qədim Misirdə ürək - Ab, bu ürəyin mahiyyəti isə, ölən fironun, ölüm zamanı göy
dünyasına qalxan Ba ruhu adlanırdı. “Piramida mətnləri”nə görə, qədim şahlıq
dövründə, Ba ruhu Allahlara və fironlara aid edilirdi və onların güc, qüdrətinin
təcəssümü mənasını verirdi. Ba - insan öləndən sonra da yaşayan, əlləri və
başının insandakı kimi göstərilən quş simasında təsvir olunurdu. Bu quş Benu
(“Öz-özündən yaranmış”) adlanırdı və ona Geliopolda, yəni Gel şəhərində sitayiş
edilirdi. Gel şəhəri dedikdə isə qədim Misirdə, yerdəki, yəni Aşağı Geliopol və
göydəki, yəni Yuxarı Geliopol təsəvvür olunurdu. “Libbi” sözündə də iki “Ba”
(El-BaBa) rəmzi var ki, bu da – “fironun yerdəki və göydəki Elində yaşayan Ba
ruhu” mənasını verir.
Ərəb dilində “lubb” rəmzi
gizli, daxili məna və ya qabıqla örtülmüş özək mənasındadır. Bu eyni zamanda,
ürəklə bağlı olan insan ağlıdır. Quranda bu rəmz həqiqi möminlərə aid edilir (7).
Onlar, yazıları tam anlayan, sözlərin dərinliyini dərk edən və onu araşdıran həqiqi bilik
daşıyıcıları olan ağıl sahibləridir. Cürcaniyə görə bunlar, sözdə daxili məna
axtaran, rəmzi mənada desək, qabığın içindən meyvəsini çıxaran insanlardır.
Sufizmdə ürək iki məna: birbaşa və rəmzi mənz
daşıyır. Rəmzi mənada ürək – ruhla bağlı olan İlahi cövhərdir. Əbu Həmid əl Qəzaliyə görə, ürək – bədəndəki cismani
ürəklə əlaqəsi olan İlahi mənəvi vergidir. Bu vergi insanın mənasıdır, dərk edən,
bilən və insanda dərk etmədir. O eyni zamanda söhbət edən, nəzarət edən, məzəmmət
edən və tələb edəndir (8). Tirmiziyə
və digər müəlliflərə görə “lubb” – ağıl deməkdir, lakin bunun digər mənaları da
vardır. Tirmizi bildirir ki, “lubb” - böyük dağ, yüksək məqamdır və dinin gücü
də ondadır. Bütün nurlar (ruhlar), onun mövcudluğu sayəsində mövcuddurlar və hüzur
içində yaşayırlar. Bu nuru başqa yollarla əldə etmək mümkün deyil. Onu yalnız
Allah verir. Deməli, lubb – insan ağlının yerləşdiyi ruhun (ürəyin) İlahi vəziyyətidir
və o hansısa sirli dağla bağlıdır.
İslamda İlahi ağıl sahibləri vəli, övliya adlanır. R.
Nikolson bu kateqoriyalı sufi müqəddəsləri haqda belə yazır: “Vəli, yəni müqəddəs,
Kamil İnsanın (yəni Adəmin) kütləvi tipidir və bilmək lazımdır ki, Məhəmməd
peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər kultu kimi “birdən görmə”, “görülməyən
və başa düşülməyən şeyləri görmə”, “hər şeyin aydınlaşması” (qamlıq vəziyyətində
görmə mənasında) və s.-dən başqa bir şey deyildir” (9). Belə çıxır ki, müsəlman müqəddəsləri, adi insanlardan fərqli
olaraq İlahi aydınlaşma ilə bağlıdırlar və Kamil İnsanın obrazı ilə
yaradılmışlar.
Lakin vəli, övliya [VL]
rəmzləri sufizmdə vilayə, vilayət rəmzləri [VL/VLT] ilə eyni mənalıdırlar. Bu
isə onu deməyə əsas verir ki, “Oğuzun
içində təmam vilayəti zahir olmuşdu” dedikdə - müqəddəsin İlahi aydınlaşması, yəni
onun ekstatik vəziyyəti ilə bağlı olan dünyanın yaranması başa düşülməlidir.
Bütün bunlar onu bildirir ki, “libbi” və “lubb” [LBB] rəmzləri – vəli və övliya [VL] rəmzləri ilə eynidir. Sufizmdə də “V”,”B” rəzmləri
və samitlərin sağa və sola oxunuşu eyni məna verir. Belə çıxır ki, “Al libbi
Ale” və “Oğuzun içində təmam
vilayəti zahir olmuşdu” ifadələri, müqəddəsin İlahi vəziyyəti ilə bağlıdır və
bu vəziyyətdə də El, yəni Oğuz dünyası yaranmışdır.
Qeyd etmək istərdim ki, mütəxəssislərin sözlərinə
görə, qədim Misirdə insanın mənəvi həyatı da, o dünyadakı varlıqlar kimi,
cismani daxilin, əsasən də ürəyin fəaliyyəti kimi başa düşülürdü və maddi göstərilirdi.
(10). Bu isə o deməkdir ki, türk
elinin içində yaradılmış göy dünyasını da real, material dünya kimi qəbul etmək
lazımdır.
Sufizmdə libbi [LBB] rəmzi,
vilayə [VL], vilayət [VLT] rəmzləri kimi, Vaal/Bel/Baal [VL/BL], Balaat [BLT] və
Babel [BBL] rəmzləri ilə də eyni mənalıdır. Deməli, sufilərin müqəddəs “Vəli” rəmzi
elə qədim mənbələrdəki Vaal (Bel/Baal) Allahıdır. Vilayət [VLT] rəmzi altında
isə Balaat [BLT] göy İlahəsi nəzərdə tutulmalıdır. Qədim mənbələrdə qadın İlahə
- qadın kimi doğan, özündən yaradan, yox yerdən var edən mənasında, ilkin
materiyadan ibarət göy dünyasının rəmzi sayılırdı. Mənbələrdə Balaat rəmzi -
Belat-ekallim kimi də qeyd olunur (11). Mən qeyd etdim ki, Aşşur ölkəsində
torpağa nəzarət edən ukullu vəzifəsi var idi. Ukullu və ekallim rəmzləri
sufizmdə eynidir və ilkin materiyanın (Allahın) təcəssümü, onunla vəhdət mənasındadır.
Deməli, Belat-ekallim dedikdə - “ilkin materiyadan yaranmış vilayət” nəzərdə
tutulmalıdır.
Libbi [LBB] rəmzi məna
etibarilə, “Allahın qapısı” mənasını verən Babil [BBL] rəmzi ilə də eynidir.
Belə çıxır ki, Babil qülləsi - insan simasında yaradılmış göydəki Elin giriş
qapısıdır.
Mənbələrdə Babil [BBL]
rəmzi Babiəli [BBL] kimi də yazılır və Osmanlı imperiyasına aid edilir. Mən, “Türk,
Türkiyə nə deməkdir. Ağlasığmaz həqiqətlər” adlı məqaləmdə sübut etmişəm ki,
“türk” [TRK] sözü qədim Misir və Assurların “teurq” [TRQ] sözüdür. Teurq –
sufizmin tərikə [TRK] yolunu (kamilləşmə) gedən, yəni ekstatik vəziyyətdə ilkin
materiyanı seyr edən və onunla vəhdətə nail olmuş maq deməkdir. Teurqiya rəmzi
isə magik ritual və qurban vasitəsi ilə Allahyaratma deməkdir. Türkiyə ölkəsi də
öz adını məhz “Turquia” rəmzindən götürmüşdür ki, bu da Allahyaratma prosesinin
keçirildiyi yer mənasındadır.
Osmanlı dövlətində
Babiəli adı – dövlətin və Böyük Vəzirin idarəsi mənasında – “Böyük Qapı” fikrini
ifadə edirdi. Farsların “Der”, ərəblərin isə “Bab” adlandırdıqları Qapı - Dövlət
və hökumət idarəsi, Sultanın və Böyük Vəzirin iqamətgahını bildirirdi.
Araşdırıcılara görə, İslam və Türkiyə tarixində dövlət və hökumət mərkəzləri, vəhdət
və qüdrət rəmzi hesab edilərək, Ali və Əzəmət mənasında - Dərgah, Babi Saray,
El-Bab-us-Sultaniyə. Babi Əli, Babi Asəfi, Paşa Qapısı və s. adlarla qeyd
olunurdu (12). Əgər nəzərə alsaq ki, Osmanlı imperiyası “Dövləti-Əliyə” (Alu
dövləti) adlanırdı, razılaşarıq ki, Babiəli – elə Osman şahın göydəki El
dünyasıdır.
Siciliyalı Diodor
Osman rəmzini – “Osimon Dias”, yəni “Osman Allah” adlandırır və bu rəmzi II
Ramsesə aid edir (13). Belə çıxır ki, Osman (sufizm. “İssi-Amon”) rəmzi qədim
Misir Allahının rəmzidir. Təbrizli (Davrijesi) Arakelə görə, Osman şahlarının nəsli
ilandan doğulmuş midiyalıların, yəni marların, amoreylərin nəslidir (14). Məlumdur
ki, amoreylər (marlar) - İran mənbələrdə Asuristan, yəni Asur ölkəsi
adlandırılan Babil qülləsini yaradanlardır (15). Asur ölkəsi isə elə Assur,
Aşşur deməkdir. Deməli, “libbi” və Babil/Babiəli rəmzləri, göydə yaradılmış Alu
ölkəsinə, yəni “Dövləti-Əliyə”yə keçid qapısıdır.
Tövratda deyilir ki,
ilk əvvəl şərqdən gəlmiş bir xalq mövcud idi və onlar bir dildə danışırdılar.
Bu xalq, başı göylərə çatan Babil qülləsini tikdikdən sonra, Allah onların dillərini
dəyişdirərək yer üzünə səpələdi. Deməli, bütün dillər, “başı göylərə çatan”
Babil qülləsi tikildikdən sonra yaranmışdır. Əgər nəzərə alsaq ki, Əflatuna (Platon) görə
bütün informasiyalar, mətnlər və s. hamısı bir sirli hadisəyə həsr olunmuşdur,
razılaşarıq ki, bu hadisə də göydəki Elin, yəni Alu ölkəsinin yaradılması hadisəsidir
(16). Bu o deməkdir ki,
bütün qədim məlumatlar, ilkin insanların dünyaya səpələnməsindən əvvəl tikdikləri
Babil qülləsi ilə bağlıdır.
Tarixçi alim B.
Turayev qeyd edir ki, klassik yazıçılar Babil qülləsini “Belin sərdabəsi”, yəni
Marduk Allahının sərdabəsi adlandırırlar. Vil, yəni Bel/Baal isə, gildən insan
yaratmış demiurq, yəni Allahdır. O hesab edir ki, göy iqamətgahı sayılan Etemenanki
zikkuratının Esagil məbədini, yəni “Göy və Yerin təməl Evi”ni tikən Marduk Allahıdır
(17). Mifologiyaya görə, Marduk Allahı Tiamata, yəni Göy
okeanı mənasında olan ilkin materiyaya qalib gələndən sonra, onun bir hissəsini
Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə
bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı “Göy və Yerin təməl
Evi”ni cəhənnəmin sinəsində elə tikir ki, onun başı Göylərə çatır (18). Digər mənbədə isə nəzərə çatdırılır
ki, Esagil məbədi ilə göy Babili, Allahlardan Marduka hədiyyə olmuşdur. Deməli,
göydə yaradılmış El – Marduk Allahının yaratdığı “Göy və Yerin təməl Evi” olan
Etemenanki (Atum-Nun-Ki) zikkuratıdır. Lakin, şumercə Nun-Ki (Nun sularının
mövcud olduğu məkan) adlanan bu şəhər elə Eridu şəhəridir (19).
Məşhur tədqiqatçı
Devid Rola (David Rohl) görə, Babilin müqəddəs məhəlləsində, Marduk Allahına həsr
olunmuş Eridu məbədi vardı. D. Rol “İtirilmiş Əhd” kitabında yazır ki, Eridu şəhərindən
olan şumerlilər, ölümlü Enmer-Kar şahı – “Enki (Nun-Ki) oğlu Asar” İlahi
statusuna qədər ucaltdılar. Assurlar (Asar adından yaranmışdır) isə Enmer/Asara
– özlərinin Aşşur dövlətinin himayədar Allahı kimi sitayiş edirdilər. Rola görə
Misir, Misraim rəmzi də - “Asra və ya Asardan yaranmış (doğulmuş)” mənasındadır.
Asar isə, Nil vadisini zəbt etmiş Mesopotamiya fatehlərinin başçısıdır. D. Rol
Asarı qədim Misirin Osiris Allahı hesab edir və Mesopotamiyanın Marduk Allahı
ilə eyniləşdirir (20). Belə çıxır ki, Babil qülləsini, qədim misirlilərin
Osiris/Asar adlandırdıqları Enmer-Kar şah yaratmışdır.
Sufizmdə Enmer-Kar [NMR-KR]
rəmzi Ra-Amon-Qor [R-MN-QR] kimi izah olunur. Bu isə o deməkdir ki, Enmer-Kar
şahı – İslamda Rəhman Allah kimi məlum
olan qədim Misirin Ra-Amon Allahıdır. Deməli, Osiris/Asar/Assur/Aşşur adları elə Ra-Amon/Rəhman Allahın digər adıdır.
Bəzi alimlər, o cümlədən, ingilis misirşünası
Xornblauer də hesab edir ki, Osiris (Asar) yerli Misir Allahı yox, məhz ön
Asiyadan gəlmədir (21). Ön Asiyada
isə assurlar və Marduk Allahı Midiya ölkəsi ilə bağlıdır. İ. Dyakonov “Midiya
tarixi” kitabında bildirir ki, Midiyada, babillilərin qalası sayılan “Silxazi” (sufizmdə
Esagil rəmzi ilə eynidir) qalası olmuşdur və assuriyalılar, Midiyanın mərkəzində,
gələcək Ekbatananın yanında nəinki “babillilərin qalası” və ya “kassitlərin
koloniyası” ilə qarşılaşdılar, onlar hətta babillilərin Marduk Allahının
sitayişinə rast gəldilər (22). Məlumdur
ki, midiyalılar mənbələrdə “ilandan doğulmuşlar” adlandırılırlar. İlandan
doğulmuş rəmzi Heraklın nəslinə aid rəmzdir. Herodota (IV/8) görə, Herakl,
Gerionun öküzlərini qovaraq Gileyaya (Gel) gəlir və burada itirilmiş atlarına
görə, yarıilan-yarıqadın Yexidna ilə cütləşir və ondan “ilandan doğulmuşlar”
(midiyalılar, marlar) yaranır. Moisey Xorenatsi, “Ermənistan tarixi” kitabında
ilandan doğulmuş midiyalıları, yəni mar-amoreyləri – əjdahadan doğulmuşlar
adlandırır.
Mar [MR] rəmzi mənbələrdə
qədim Misir və “piramida” mənasını vermişdir. Tədqiqatçı Edvardsa görə, “mer” rəmzi
qədim Misirdə - “yer”, “alət” mənasını verəm “Me” rəmzindən və “qaldırmaq,
“qalxmaq” mənasını verən “ir” rəmzindən yaranmışdır (23). Başqa cür desək,
“mer” – “qaldırma yeri” və ya “qalxma aləti” mənasındadır. Lakin “mer”
(piramida) rəmzi eyni zamanda “toxa” (bel, kətmən) işarəsi ilə də bağlıdır. Bu
işarə toxa sözündən başqa “xenn”, “xennu” – nəyisə pozmaq, dəyişmək, çevirmək və
s. kimi də mənalandırılır. Eyni köklü “xenxen” rəmzi - “iç hissə” deməkdir.
“Xenn qayığı” isə, Torpaq açılandan və Osiris Allahını yeraltı dünyadan
buraxdıqdan sonra göylərə aparmalı idi.
Tədqiqatçı M. Lener
yazır ki, “piramidaya, ilkin dağın (təpə) obrazı kimi yaradılış yer və
sonsuzluqdan dirçəlmə” kimi də baxmaq olar”. Piramidanın ilkin dağın rəmzi
olması fikri ilə alimlərdən Frankfort və Byuvel də razılaşır. Edvars belə nəticəyə
gəlir ki, qədim Misir dilindəki “mer” rəmzi - “torpağı şumlamaq”, “qalxma
yeri”, “piramida” və “Göy Duatına su yolu” və s. mənalarındadır.
Lakin “xenn”, “xenxen”
və s. rəmzləri - “xanan”, yəni amoreylərə (amoraim) aid rəmzdir ki, onlar
Talmud (yəhudi) müdrikləri hesab olunurlar. Xanan, yəni Kənan rəmzi - Ki-Nun və
ya Nun-Ki [NNK] (Babil) rəmzinə uyğundur ki, biz bu rəmzi Enki [NK] kimi
tanıyırıq. Tövratda Ki-Nun rəmzi – “Knun” [KNN] kimi, Quranda isə “Kün” [KN]
kimi yazılaraq, Allahın “Ol!” əmrini bildirir. Enkidən isə Asar (Osiris) Allahı yaranmışdır. Bu
isə o deməkdir ki, Etemenanki zikkuratı elə, daxilində Osiris şahlığı, yəni Allahlar
dünyası yaradılmış Misir piramidasının obrazıdır. Mənbələrdə El rəmzinin –
El-Amurru (İl-Amurru) kimi yazılışı onu göstərir ki, bu göy dünyasını amurru nəsli,
yəni marlar, amoreylər yaratmışlar. Onlar isə elə xananlılar, yəni Enki
Allahının nəslidir.
Edvars bildirir ki, qədim
misirlilər öz torpaqlarını “Ta Meri” adlandırırdılar ki, bu da birbaşa mənada
“Mer torpağı” (rəmzi məna.”sevimli torpaq”) deməkdir. Deməli, piramida obrazı,
ilkin dağın, ilkin təpənin obrazıdır ki, göy dünyasının yaranışı məhz buradan
başlamışdır. Məhz bu torpaq “göyə qaldırılaraq”, Allahların göy dünyasına
çevrilmişdir. Belə çıxır ki, piramidalar – Etemenanki zikkuratının daxilindəki
Esagil məbədinin, yəni “Yer və Göyün təməl Evi”nin rəmzidirlər və nə qədər ki,
piramidalar mövcuddur, göydəki Osiris/Asar şahlığı da mövcud olacaqdır.
Ta-Meri [T-MR] rəmzi –
Mar-Tu [MR-T] rəmzi ilə eyni mənalıdır və bu adla da şumer və assuriyalılar - mar,
amoreyləri çağırırdılar. Mar rəmzi müsəlman müqəddəsləri olan seyid-bəglərin
adlarının qarşısında indi də “mir” kimi yazılır və fransız filosofu və şeyxi
Rene Qenon “seyid” sözünü – “peyğəmbər” kimi tərcümə etmişdir. Seyidlər Məhəmməd
peyğəmbərin törəmələri hesab olunurlar və mən qeyd etdim ki, R. Nikolsona görə,
müsəlman müqəddəsləri - Kamil İnsanın obrazı kimi yaradılmışlar. Onlar adi
insanlardan onunla fərqlənirlər ki, İlahi nurla, nurlanma ilə bağlıdırlar.
Məşhur sufi dahilərindən olan Mühiddin
ibn Ərəbi hesab edir ki, Kamil İnsanın (əl-Kamil əl-İnsan)
mövcudluğu kainatın zəmanətidir. O göyləri saxlayan sütundur. Deyilənlər, ibn
Ərəbinin “heyvani insan” adlandırdığı əksər insanlara aid deyildir. Əbu Yəzid Əl Bistami “Kamil İnsanı” – “Əl Kamil ət
Tamm” adlandırır. Tamm rəmzi isə Tamam, yəni tamamlanmış, bütövləşmiş mənasındadır
və bu rəmz Oğuzun içində yaradılmış “vilayət”ə aid edilir.
Qədim Misir yazılarında Tamam [TMM] rəmzi - öz sözü ilə dünya
yaradan Atum [TM] Allahının
adı kimi qeyd olunur. Burada açıq deyilir ki, Atumun “Doqquz Allahı” (Enneada) bilavasitə
Pta Allahının sözü ilə yaranmışdır. İdeya Tanrı dünyasının “ürəyində meydana gəlmişdir”:
bu ürək və ağıl Ptah özüdür”; sonra ideya Tanrı dünyasının “dilində yaranmışdır”;
bu dil və nitq Ptah özü olmuşdur və s”. (24). Bu o deməkdir ki, Dünya yaratmaq ideyası firon Amonun ürəyində və
beynində meydana gəlmiş və o öz dili, sözü ilə o dünyanı yaratmışdır. Qədim
Misir mətnlərində firon Amonun göydə dünya yaratması hadisəsi geniş təsvir
olunur. Pir Amon hər dəfə bir obrazda çıxış edərək dünyanın bir hissəsini
yaradır və bütün bu doqquz “hissə” vahid Allah olan Atumun obrazlarıdır. D. Rola
görə, Atum Allahı elə Adəmdir (25). Belə çıxır ki, ilk insan - Pta Allahın sözü
ilə yaradılan Adəmdir. Tövrata görə, yeni yaradılanda Adəmin boyu da kosmik
ölçüdə, yəni “göyün bu başından o biri başına qədər olmuşdur (26). Sonralar
günah işlətdiyi üçün Allah əlini qoyub, onu kiçiltmişdir.
Bütün bunlar o deməkdir
ki, Pta (Ptah) Allahın adından yaradan firon Amon, öz fikirləri, sonra isə
deyilən sözləri ilə göy insanı olan Adəmi (Atum) yaratmışdır. İlkin xristianlığın ən müdrik filosoflarından biri
olan, e. ə. I əsrdə yaşamış Aleksandriyalı Filon, Amonun təsəvvüründə yaratdığı
bu varlığı (Atumu) materiallaşdırmasını rəmzi olaraq belə təsvir edir: Memar “əvvəl
fikrində tikəcək şəhərin bütün hissələrini təsəvvür edir; məbədgah, məktəb,
bazar, bərə, sahil, küçə, yaşayış binaları, ictimai binalar və s. Onun beynində,
mumun üzərindəki kimi, yuxarıda qeyd olunanlar dərin iz buraxanda, öz beynində
yaratdığını, şəhər simasında özündə daşıyır. Bundan sonra, ona verilən yaddaşın
gücü ilə, şəhərin müxtəlif hissələrinin rəsmini təsəvvür edir və onların tipini
daha dəqiq müəyyənləşdirir. O, yaxşı usta (Demiurq) kimi, şəhəri daş və ağacdan,
yaratdığı obraza baxa-baxa, görünən və hiss olunan şeyləri düzəldə-düzəldə,
bütün qeyri-material ideyalara uyğun tikməyə başlayır”. Filon əlavə edərək
yazır: “Buna bənzər Allah, dünyanı yaratmağa başlayır. Əvvəl o, öz ruhunda (öz
təsəvvüründə) hissələrin növünü (hissələrini) və onları mücərrəd dünyada birləşdirir,
onu sonradan bu nümunəyə oxşar, hissiyyat orqanlarının qəbul edə bildiyi
dünyaya çevirir” (27). Bu fikir qədim
Misir yazılarında da qeyd olunur: “Allah kainatı və onda olanları yaratdı; O –
dünyada var olanların, bütün varlıqların yaradıcısıdır, əvvəldən var
olmuşların, indi var olanların və bütün var olacaqların yaradıcısıdır. O –
dünyanın yaradıcısıdır, və O – ilk yaradılış olmamış, ona Öz əli ilə forma verəndir;
O, ondan çıxanla Onu təsdiq etmişdir. O – göyün və yerin yaradıcısıdır, göyün,
yerin və dərinliklərin, suların və dağların yaradıcısıdır. Allah göyləri yaymış
və yerin təməlini qoymuşdur. Onun ürəyinin düşündüyü – o anda var olur və O
danışanda, onun sözləri həyata keçir və əbədi var olacaqdır” (28).
Qeyd etmək istərdim
ki, göy dünyasının yaradılması üçün istifadə olunan material, əsasən, teurqiya
ritualları zamanı göylərə qalxan qurbanlıq heyvanların ruhlarıdır. Mantra və
magik ayinlər vasitəsi ilə onlar ilkin materiya ilə qarışır və firon Amonun təsəvvür
etdiyi formanı doldurur. İlkin materiya ilə qarışmış qurban ruhları qədim mənbələrdə
“Me” (Omm) adlanır və qədim Misir mətnlərinə görə dünyanın yaranışı Gel şəhərində,
yəni Geliopolda baş vermişdi. Bu isə, Gel rəmzi ilə birləşən “Me” qarışığının
birlikdə “Gelam” adlanması deməkdir.
Qədim mənbələrdə Gelam
rəmzi Kalam kimi yazılır və İlahi Kəlam (İlahi Söz) mənasını verir. Məhşur sufi müqəddəsi Əziz Əd-din İbn Mühəmməd Nəsəfi
(XIII əsr), özünün “Zübdad əl-xəkaik” əsərində yazır: “Bil ki, [ilkin]
materiya, obraz (suvar) və formalar (aşkal) alan cövhərdir (substansiya): “... bu
cövhərin ürəkdəki biliklərin rəssamı olduğunu tapanlar onu Kəlam adlandırdılar” (29). Lakin Kalam rəmzi altında eyni
zamanda Şumer ölkəsi nəzərdə tutulur. Sufizmdə Şumer rəmzi – “Şu-Mer” kimi izah
olunur ki, qədim Misir mətnlərində “Şu” (Sia) [Ş/S] rəmzi “Allah ruhu” fikrini
ifadə edirdi. Mer rəmzi altında isə Babilin əsasını qoyan amoreylər, yəni
marlar nəzərdə tutulur ki, bunlar da midiyalılardır. Mar [MR] rəmzi sufizmdə “əmr”
[MR] kimi də oxunur ki, bu da Şumer rəmzinin – “Şu Allahının əmri” (Şu-Əmr/Şumer)
mənasında Allahın Kəlamı olması deməkdir.
Kəlam [KLM] rəmzi
sufizmdə mələk və malik [MLK], yəni şah rəmzi ilə eyni mənalıdır. Malik (məlik) rəmzi qədim mənbələrdə “malikum”
(finikiya dilində “malk”, yəhud. “melek”, ərəb. “malikun” (şah), akkad. “malkum”
– “hökmdar”, “knyaz”) kimi qeyd olunur və Ebla hökmdarlarının titulu kimi göstərilir.
Araşdırıcılara görə, malikum rəmzi mətnlərdə “en” şumeraqramması ilə qeyd
olunur ki, bu da Ebla malikumunun, şumerlərin “en”i kimi bərəkət İlahəsinin
kahini olması deməkdir və onlar “nom”un sitayiş başçılarıdır. Onların, mənbələrdə
“Allahın sərkərdələri” hesab edilən luqalları olmuşdur (30). Ebla [BL] rəmzi Bel/Balaat [BL/BLT] rəmzi ilə eyni mənalıdır
və mən qeyd etdim ki, Balaat rəmzi, qadın İlahəsi mənasında, göyləri təşkil edən
ilkin materiyanı bildirir. Bel/Balaat da kosmik insan simasında olan malikin,
luqalın bədənini, yəni fəzadakı nəhəng Kamil İnsanı bildirir.
İslamda Malik rəmzi Allahın 99 şərəfli adından biri hesab olunur. Nəsəfi
yazır: “Bil ki, [ilkin] materiya,
obraz (suvar) və formalar (aşkal) alan cövhərdir (substansiya): ... Bu cövhəri
Allahın evi, əbədi ev, müqəddəs ev, ilk ev, uzaqdakı məscid, Adəm, mələklər şahlığı
və ya Ən Böyük Taxt adlandırsalar, düzgün olar”. Bu o deməkdir ki, göydəki El
(Bel/Balaat), yəni Kamil İnsan eyni zamanda Allahın (Malikin) Evi, Ən Böyük Taxt
və mələklər şahlığı – Mələküt (yəhud. Malxut) mənasındadır.
Kitabi-Dədə Qorqudda Gelam/Kalam [GLM/KLM] rəmzi - “İqlim” [QLM] kimi yazılır və Aran rəmzinə aid edilərək,
“İqlim Aran” kimi qeyd olunur. İqlim rəmzi fəzaya aid rəmzdir və havanı, təbiəti
bildirir. M. Xorenatsi Aran rəmzini, əjdaha Murasen nəslinə aid edərək, bədəni
göy dünyası olan nəhəng insan, yəni Kamil İnsan kimi təqdim edir və Sisaka nəsli
adlandırır (31). Qədim Misir mənbələrində
Aran [RN] rəmzi - Orion [RN] bürcü
kimi göstərilir ki, burada ulduzlar, kəmərində qılınc, yeriyən nəhəng adam
formasını verir. Ən qədim dövrlərdə insanlar bu antropomorf obrazda özlərinin
Osiris, yəni Asar Allahını tanıyırdılar. Orion/Osiris ulduzunun şəxsləndirilmiş
obrazı isə, Yuxarı Misirin tacında təsvir olunan ulduz şahı Saxudur. Deməli,
Aran/Orion rəmzləri Sax/Sisaka nəsli ilə bağlıdır və onlar da Asar/Osiris
Allahının nəslidir.
Tarix-etnoqrafçı alim Q. Qeybullayevə görə,
Aran adı Albaniyanın ikinci rəsmi adıdır. Onu
fars və suriyalılar Aran, ərəblər Arran, gürcülər isə Rani adlandırdılar
(32). Albaniya isə Azərbaycanın digər adı hesab olunur. Belə çıxır ki, Aran/Arran
və Azərbaycan – firon Amonun, öz ruhunda yaratdığı göy dünyasıdır.
İstəhri bildirir ki, “biz xəritədə Azərbaycan, Ermənistan
və Arranı birləşdirib, onlara bir iqlim kimi baxırıq” (33). Bu fikri anlamaq üçün sufizmə müraciət etmək lazımdır. Əbu
Həmid əl Qəzaliyə görə də dünya üç hissəyə bölünür. Birinci – görünən və hiss
olunan “aləm əl-Mülk və-Şəhad”, ikinci – mənəvi olan “aləm əl-Cəbərut”, üçüncü
isə – gözəgörünməz o biri dünyadır ki, “aləm əl qeyb vəl-Mələküt” adlanır. Qədimdə
bu üç ölkəyə bir ölkə kimi baxılırdı (34). Əl Qəzalinin
məntiqindən belə nəticə çıxarmaq olar ki, Azərbaycan burada mülk (yerdəki
dünya), Ermənistan – Mələküt (göydəki dünya), Arran isə cəbərut, yəni yer
altındakı dünya mənasındadır. İqlim [QLM], yəni Malik [MLK] obrazı da, sufizmdə
Allah adlandırılan Kamil İnsanın obrazıdır. Digər tərəfdən, Ermənistan, yəni
Ərmən rəmzi sufizmdə Ra-Amon, Azərbaycan isə - Azər/Asar/Assur/Aşşur, yəni Osiris
Allahının ölkəsi mənasındadır. Belə çıxır ki, bu üç ölkə elə “Al libbi Ale”, yəni
“El içində El” mənasındadır ki, bütövlükdə bu, göydəki aləmlə yerdəki aləmi öz
bədənində birləşdirmiş Kamil İnsan – Allahdır.
Allah rəmzi sufizmdə
El-İlahi kimi açılır ki, burada İlah rəmzi özü El-Hu (yəhud. Eloah), yəni “Hu
ilkin materiyasının Eli” mənasını verir. Deməli, Allah rəmzi də “Al libbi Ale”
rəmzi kimi, “Elin içində yaradılmış İlahi El” kimi oxuna bilər. Şumer-akkad mənbələrində
Allah [L-LH], yəni “El-İlahi” rəmzi - Luqal kimi yazılır ki, bu da İlahi-El
[LH-L] deməkdir. Burada Luqal böyük, yəni nəhəng insan mənasında işlənir.
İslamda da Allah – Əkbər, yəni nəhəng (Kəbir)
mənasında qeyd olunur. Əl Qəzali “böyük
dünya”, yəni makro-kosmos mənasında “əl aləm əl Əkbər” rəmzindən istifadə edir
ki, bu – “Əkbərin aləmi”, yəni Allahın böyük dünyası mənasındadır. Deməli, İslamın “Allah” rəmzi elə “Kamil İnsan” olan
Adəmdir. Bunu Mühiddin ibn Ərəbi də xüsusi qeyd edir (35).
Əl Qəzali, Kamil İnsandan danışarkən, “Allah insanı Öz bənzəri kimi
yaratdı” cümləsinə mistik məna verir. O yazır: “Onun obrazı mənasında Bütün
böyük dünya nəzərdə tutulur. İnsan isə bu böyük dünyanın bənzəri kimi
yaradılmışdır, lakin onun kiçildilmiş variantıdır. Əgər bilik vasitəsi ilə Böyük
dünyanı və Adəmi hissələrə bölsək, onların hissələri şübhəsiz bir-birinə bənzər
olacaq... Belə ki, Böyük dünya iki hissəyə bölünür ki, onlardan biri gözə görünən,
hissiyyat orqanı ilə qəbul edilən, yəni mülk dünyası, digəri isə - daxili, ağıl
vasitəsi ilə dərk edilən mələküt dünyası olacaq. İnsan da sümük, cisim, qan və
hissiyat orqanının qəbul etdiyi görünənə və daxili (görünməz) olan, ruh, idrak,
bilik, iradə, güc və buna bənzər hissələrdən ibarətdir. Digər tərəfdən: dünya –
mülk..., mələküt... cəbəruta... bölünür. İnsan da bənzər hissələrə
bölünür. Mülk dünyasına aid olan – sənin
bildiyin hissiyyat orqanları ilə qəbul edilənlərdir. Mələküt dünyasına aid edilənlər
– ruh, ağıl, güc, iradə və bənzər şeylərdir. Cəbərut aləminə uyğun olanlar isə,
misal üçün hissiyatda olan duyğu və onun hissələrində olan gücdür (36). Əl Qəzali
irsinin araşdırıcısı V. V. Naumkin yazır: “Ortalıq ideyası - mahiyyəti Allah,
insan və insanda İlahi elementin olması mənasında olan insan-mikrokosmos
doktrinasında da vardır... Allah insanı yaratdı... elə bil ki, ikinci dünya
kimi: Böyük daxilində kiçik”. Lakin, “cəbərut aləmi – bu, mülklə mələküt
arasındakı ortaq variantın dünyasıdır və onda, insanla Allah arasında olan
varlıqların mövcudluğu təcəssüm etmişdir. İnsanlarla Allah arasındakı ortaq
varlıqlar mələklər və cinlərdir. Mələklər üç qrupda birləşir: “yer mələkləri,
göy mələkləri və Taxtı daşıyanlar və s. (37). Əl Qəzalinin yazdıqlarından belə çıxır
ki, yer mələklərinin, yəni maliklər, şahlar və peyğəmbərlər nəsli, Allahla
insan arasında ortaq variantdır və Cəbərut dünyasının obrazıdırlar. M.
Xorenatsi mələk (Anqelea) deyəndə Torku, yəni sufizmin tərikə yolunu keçmiş türkü
nəzərdə tutur (38). İslamda və türk dilində “mələk” [MLK] rəmzi Kalam/Gelam [KLM/GLM]
rəmzləri ilə eynidir.
M.
Xorenatsi “Ermənistan tarixi”ndə yazır ki, Gelam bir gölün yaxınlığına gəlib
buranı düzəldir və ora, öz adına uyğun Gel, kəndə isə Gelarküni adını verir.
Burada onun Sisaka adlı uca, boy-buxunlu, xoş simalı, natiq və sərrast oxatan
oğlu olur. O, ona öz mülkünün çox hissəsini və çoxlu qul verir və onun mülkünün
sərhədlərini təyin edir. Burada məskən salmış Sisaka, ölkəni öz adına uyğun
Sünik adlandırır ki, farslar onu Sisakan kimi qeyd edirlər. Sonralar, Ermənistanın birinci şahı
Valarşak, Sisaka nəslindən ləyaqətli bir ərə rast gəldiyindən, onlara ölkənin
hökmranlığını verir və məhz bunlar Sisakan nəslidir (39). Deməli, Sisaka, Sisakan nəsli Gel, Gelarküni elindəndir.
Digər yerdə isə M. Xorenatsi dəqiqləşdirir ki, Sisaka nəsli böyük və
adlı-sanlı tayfadır və başqa adı Alu olan Alvan sahələri onlara vərəsəliklə
verilmişdir (40). Bu o deməkdir ki,
Alu, yəni Albaniya ölkəsi elə pir Amonun ruhunda (ağlında) və ürəyində yaratdığı
Asar/Assur/Aşşur/Azər elidir. Sisaka nəsli də Aşşur şahları olan üşşakku
(işşakku) nəslidir.
Sisaka rəmzi, üşşaku rəmzi
kimi sufizmdə “issi-Aka” (Ağa-issi) mənasında “ilkin materiyanın ruhu” kimi
izah olunur. İlkin materiyanın “K” və s. samitlərlə qeyd olunmasını mən qeyd
etdim. Ruh mənasını verən “S” rəmzi (samiti) mənbələrdə “Ş” və “Z” samitləri ilə
də qeyd olunurlar. Qədim Misir mənbələrində bənzər “saxu” (sahu) rəmzi – “İssi”
ruhunun bədəndən çıxıb, “Hu” ilkin materiyasına daxil olmasını bildirir. İnsan
ruhu ilkin materiyaya iki halda daxil ola bilir ki, bunun da biri ölüm
zamanıdır. İkinci halda isə, teurqun, yəni tərikə yolunu gedən türkün ekstatik
durumu zamanıdır ki, bu zaman onun ruhu ilkin materiyaya səyahət edir və
sufizmdə bu səyahət “seyri suluq” adlanır. Sufizmdə “səyyah” sözünün “saxu” (sahu)
rəmzi ilə eyni məna verməsi o deməkdir ki, Aşşur hakimləri olan üşşakkular – yerdəki
həyatı zamanı, ruhlarını cənnətə səyahət etdirən və Allahla təmasda olan müqəddəslər
nəslidir.
Mənbələrdən biz
bilirik ki, Adəm yaradıldıqdan sonra, Allah onun üçün cənnət yaratmışdır. Lakin
o günah işlətdikdən sonra Allah onu cənnətdən qovmuşdur. Deməli, Sisaka nəsli məhz
o müqəddəslərin nəslidir ki, günah işlədənə qədər iki dünyada yaşayırdılar. Mənbələrdə
iki dünyanın sakinləri midiyalılar hesab
olunur ki, yazılarda onlar - “Dağ və səhralarda dolaşan qüdrətli midiyalılar”
adlandırılırlar. Burada “dağ və “səhra” dedikdə, yaşadıqları Midiya dağları və
göydəki ilkin materiya səhraları nəzərdə tutulmalıdır. Qeyd etmək yerinə düşər
ki, üşşakku/işşakku rəmzi bu gün Türkiyədə “Xəlvəti Üşşaki qardaşlığı”nın
adında qalmışdır ki, onlar 12 şiə təriqətinin biri hesab olunur. Bu təriqət
üzvləri digərlərindən onunla fərqlənirlər ki, onlar, insanı ekstaz vəziyyətinə
gətirən xüsusi ayinlər keçirirlər. Onlar namazı da iki rükət artıq qılırlar ki,
bu da “seyri-suluq” namazı adlanır.
Qədim Misir
yazılarında iki dünyanın sakinləri, yəni üşşaki nəsli - “Qor yoluyla gedənlər” kimi
məlumdur. Mətnlərə görə, Qor yoluyla gedənlər özlərində “İlahi mahiyyətli bilik”
daşıyırlar və “iki ölkəni birləşdirənlər” adlanırdılar. İki ölkə dedikdə isə – Aşağı,
yəni yerdəki və Yuxarı, yəni Göydəki Misir ölkələri nəzərdə tutulurdu. Mətnlərin
birində deyilir: “Və Qor iki ölkənin başında durdu. O – iki ölkəni birləşdirəndir,
Ta-tenen Böyük adını daşıyandır, “Kim - ki – Öz – Divarından – cənubdadır”, “Əbədilik
Ağası”dır... O – Divar (ətrafındakı Memfisi) ölkələrini birləşdirən, o yerdə ki
bu ölkələr birləşmişdir, oradakı Yuxarı və Aşağı Misirin şahı kimi yüksəlmiş
Qordur” (41). Burada “divar” dedikdə, Etemenanki (Nun-Ki/Ki-Nun) məbədinin
tikildiyi və gizlədildiyi Sokaris mağarasının qapısının ağzına qoyulmuş daş nəzərdə
tutulur ki, bu daş iki dünyanın sərhəddi və divarı mənasındadır. Məhz bu daş –
göydəki Ermənistan və yerdəki Azərbaycanı, yəni Mələkütlə Mülkü birləşdirən
Arran keçid dünyası (Cəbərut) mənasındadır.
Mifologiyaya görə, çöl və səhraların qoruyucusu
sayılan və Günəşin rəmzi olan Aragil, Ermənistana köçmək üçün qanad geyərmiş. Aragil
rəmzi İriqal/Raxil/Raquil/Erakl və s. bənzər rəmzlər kimi, məna etibarilə Gelar
(Gelarküni) rəmzi ilə eynidir ki, bunlar günəş Allahı olan Ra-Amon Allahının nəsli
hesab olunurdular. Onların, ölüm qabağı qanad geyməsi də, ölüm zamanı Qor
qızılquşuna çevrilib göydəki, yəni Yuxarı Misirə köçməsi deməkdir. Misir
mifologiyasında, qızılquş simasında olan Qor (Xor/Kor) Allahı - Günəşin və
göyün Allahı hesab olunurdu. Qədim Misir mətnlərinə görə, insan öləndən sonra,
ruhu metamorfozaya uğrayaraq, quşa çevrilir və göy dünyasına uçur. Deməli, Qor
yoluyla gedənlər o nəslin (mələklərin) nümayəndələri hesab olunur ki, ölüm
zamanı onların da ruhları məhv olmur və cənnətə uçub, burada ölümsüzlük
qazanırlar.
D. Rol, Qor yoluyla gedənlərdən yazarkən qeyd edir
ki, qədim Misir mətnlərində xüsusi olan Patı nəslindən danışılır və bu zümrənin
bütün nümayəndələri İri-Patu adlanırdı. Hələ ilk piramida mətnlərində Pat – Qor
Allahının yerdəki təcəssümü olan fironla assosiasiya olunurdu. Özünün ilk Qor
fironlarının nəslindən olmasını sübut edən hər bir insan ən yüksək vəzifələr
tuturdu (42). İri-Pati rəmzi qədim
Misirda Ra və Pta Allahlarını bildirirdi. Amon Allahına aid edilən alqışların
birində deyilir: “Üç Allahlar – Amon, Ra və Pta (Ptah) – bütün Allahlar
mənasındadır. Onlara tay yoxdur. Öz adını gizlədən Amon, öz üzü ilə Ra və bədəni
ilə Pta (Ptah)-dır” (43). Deməli,
Qor yoluyla gedənlər elə İri-Pati nəslidir ki, onlar bütün qədim Misir
Allahlarının mahiyyətidirlər.
İri-Pati rəmzi [R-PT] bizlərə
Ər-İapet [R-PT], yəni Ər-Yafət kimi məlumdur. M. Xorenatsi, M. Kalankatuatsi və s. tarixçilər Ər-Yafət rəmzini Yafət-Ərən
kimi qeyd edirlər və bildirirlər ki, Yafət-Ərən əsilli Sisaka nəslindən bir nəfərə
Alban, yəni Alu dağları və sahələri vərəsəliklə verilmişdir (44). Belə çıxır ki, qədim Misir
Allahları elə böyük və şöhrətli Sisaka, yəni Üşşaki/İşşakku nəslidir ki, Albaniya-Alu
da ona vərəsəliklə verilmişdir. Dilimizdəki, şah/şıx/şeyx sözləri də (padişah –
Pta/Yafət-Şah), Üşşaki/Sisaka rəmzindən yaranmışdır.
“Qor yoluyla gedənlər”
rəmzinin araşdırıcısı Qrem Xenkok və Robert Byuvel “Sfinksin sirləri” kitabında
yazır: “Müəmmalı “Şəmsu Qor” rəmzinə yeni məntiqlə baxaq və bu qrup insanları
göstərən ieroqlifi analiz edək. Bu ieroqlif “qızılquş” (Qor) nişanından, “şəms”(“ardınca
getmək”, “sitayiş etmək”) felindən və qəribə nişanlar dəstindən: tumbanın
üstündə durmuş çaqqala bənzər itdən, kaman və nizədən ibarətdir. Sonuncu iki
nişan silah mənasındadır və “qədim sirləri bilən astronomlar xalqı” adı ilə
uyğunlaşmır”.
Sufizmdə it rəmzi,
sadiqlik, yəni ölənə qədər öz Allahına sadiq olan insanların rəmzidir.
Xristianlıqda müqəddəs Xristofor itbaşlı adamyeyən kimi məlumdur. Xristofor adı
“Xaçı (Xristi) daşıyan” mənasını verir ki, burada Xrist deyəndə Xor, yəni Qor
Allahı nəzərdə tutulur. Xor/Qor Allahı mənbələrdə Xorus/Xris/Xrist kimi də
yazılır. “Adamyeyən” rəmzi isə sufizmdə, insanın canını alan, onun ruhunu bədənindən
ayıran mənasındadır. Mənbələrdə məhz qədim Misir Allahları, insan ruhları ilə
qidalanan varlıqlar kimi göstərilirlər (45). Məlumdur ki, çaqqal və kərkəslər
(qartal kimilər) də ölülərlə qidalanırlar. Deməli, çaqqala bənzər it rəmzi –
insanları öldürən və onların ruhları ilə qidalanan Misir Allahlarının rəmzidir.
Lakin mətnlərdə Anubis çaqqalının ləqəblərindən biri də “kim ki dağın başında dayanmışdır” rəmzi olmuşdur.
Bundan başqa, sandıqlı Anubis - “sirlərin saxlanılması”nın rəmzi sayılırdı.
“Kim ki dağın başında
dayanmışdır” rəmzi - Pta Allahının sözü ilə, ilkin Nun sularındakı dağın başına
qalxmış Atum Allahının rəmzidir. Atum Allahı “Böyük Doqquzluq”dan (Enneada)
ibarətdir ki, türk eposlarında bu rəmz “Toquzquz”, yəni “Doqquz Oğuz” kimi məlumdur.
“Piramida mətnlərində” deyilir ki, şah-Oziris, çaqqal simasına girərək, iki
Enneadanı idarə edəcəkdir: “Ra səni (Osirisi) çaqqal obrazında göylərin yüksəkliyinə
çağırır, İki Enneadanın hökmranı... və sən, onun iradəsi ilə Qamış sahələrində
Sübh ulduzu tək oturacaqsan, və göy üfüqünün qapıları taybatay açılacaq, və
Allahlar sevinclə səni salamlayacaqlar” (46). Deməli, Anubis çaqqalının obrazı,
ruhlarla qidalanan, məhkəmə gününə qədər və ondan sonra da dünyaları idarə edən
Atum (Adəm) və Osiris Allahlarının
obrazıdır. Çünki, mənbələrə görə, məhkəmə gününə qədər dünyanı birinci
Atum (Adam) idarə edəcək ki, məhkəmədən sonra onun yerinə ikinci Atum keçəcəkdir.
“Göy üfüqünün qapılarının
taybatay açılması” rəmzi bizə deyir ki, bu elə, adının mənası “Bədəni açan”
olan çaqqal başlı Tanrının rəmzidir. İeroqlif adı Upuat (yəni Pta/Yafət) - “Bədəni
açan” mənasında olan bu Tanrı, axirətdə gələrək sirləri açan (İsidanın örpəyini
qaldıran) və göy dünyasının qapılarını açacaq Osiris/Asar Tanrısının rəmzidir.
Məlumdur ki, sandıqla təsvir olunan Anubis - “sirləri qoruyan” mənasındadır ki,
burada sandıq özü, yeraltı cəbərut aləmi mənasında Osirisin olduğu mağaranın rəmzidir.
Qədim misirlilərin “Ölülər kitabı”nda əmr edilir ki, İsida oğlu Osiris (Asar)
gizlənsin və ona sirr açılanda, o atasının taxtında oturacaq və iki şahlığın
(Yerdəki və Göydəki Dünya) Xek, yəni ən ali Haq vəzifəsini tutacaq (47). Deməli,
mətnlərdəki çaqqal obrazı, axirətdə gələcək Mehdinin obrazıdır ki, o, öləndən
sonra, yer və göydəki dünyaların şahı olacaq və ruhlarla qidalanan Haqqa, yəni
Allaha çevriləcək.
Kitabi - Dədə Qorqudda
adamyeyən obrazında Təpəgöz göstərilir ki, o, çobanla pərinin cütləşməsindən
yaranmışdır. Rəmzi mənada bu, insanla, qadın obrazlı ilkin materiyanın vəhdətini
bildirir. Kitabda: “Qara uran qopdı təpəgöz,
ərş üzündə çevirdim alamadım” ifadəsi var ki, bu da təpəgözün ərşdə, göylərdə
yaranması mənasındadır (48). Təpəgözün tək bir gözünün olması, onun Avropalıların
Odin Allahı ilə eyniliyi deməkdir. “Edda” salnaməsinə görə Odin, göylərdə Asqard
sarayını tikmişdir. Salnaməçi Snore isə saqalarda bildirir ki, vikinqlərin
[VK-NQ] (inaq bəgləri) ilk şahı Odin öz xalqını Azər ölkəsindən çıxarmışdır.
Şimal salnaməçilərə görə, Asiyanın Azər tayfasının başçısı olan Ziqqe,
Avropanın şimalına onları Xəzər (Kaspi) dənizi ərazisindən gətirmişdir. O, Avropanı
fəth etdikdən sonar, özünə Odin adını götürmüşdür. Deməli, “adamyeyən”
rəmzi - Azər, yəni Ölüm şahlığının Allahı olan Asar/Osiris Allahının nəslinə
aid rəmzdir.
Qor yoluyla gedənlərlə
bağlı ieroqlifdə “yay” nişanı var ki, yay, nizə, qılınc və s. rəmzlər,
insanlara həyat verən və onun canını alan ilkin materiyanın rəmzləridir. “Oğuznamə”nin
Uyğur variantında qeyd olunur ki, Oğuz yuxuda üç gümüş ox və dünyanın bu
başından o başına qədər olan qızıl yay görür (49). “Dünyanın bu başından o
başına qədər” rəmzi o deməkdir ki, bu yay ilkin materiya mənasındadır. Deməli,
Qor yoluyla gedənlər, insana həyat verən və onu öldürən ilkin materiyanın qüdrətinə
sahib olmuşlar. Qeyd etmək lazımdır ki, mənbələrdə Gelam oğlu Sisaka da əla
oxatan adlandırılır. Bütün bunlar isə o deməkdir ki, Qor yoluyla gedənlərin nəsli
elə Gelarküni nəslidir və məhz burada, Azərbaycan ərazisində “Al libbi Ale”, yəni
Alu-Albaniyanın göy dünyası yaradılmışdır. Assur və ya “Alum Aşşur”, yəni “Aşşur Aləmi” də - Azər
(Asar/Osiris) Allahının ölkəsidir. Qor yoluyla gedənlərin özləri ilə “daşıdığı”
İlahi biliklər isə, qədim müdriklərin (sofi) sufi elmidir. Ərəb mənbələrində bu elm sahibləri - “zamanı
qabaqlamış və tam xoşbəxtliyə nail olmuş” Deyləm türkləri hesab olunur ki,
“Deyləm” rəmzi mənbələrdə “Telami” kimi yazılaraq Gelarküniyə aid edilir (50).
Mən qeyd etdim ki, mənbələrdə “lubb” (libbi) rəmzi
həqiqi bilikləri daşıyanlara aiddir. Bu insanlar, sözdə daxili məna axtaranlar,
sözlərin dərin mənalarını araşdırıb, arayanlardır. Sufizmdə bunlar, Quranın
zahiri mənalarından başqa batini mənalarının olduğunu iddia edən batinilərdir. Məhz
batini-ismaili seçilmişləri mənbələrdə - məlahi, əl-mülhid, əl-məlahid, yəni Mələküt
(yəhud. Malxud) aləminin mələkləri adlandırılırlar (51). Azərbaycan tarixində onlar,
Səfəvilər (sufilər) dövlətinin ilk şahı olan Şah İsmayıl Xətayinin döyüşçüləri
olan qızılbaşlar (qazilər-oğuzlar) kimi məlumdurlar.
Zeynalabidin Əli Əbdi Bəyin “Təkamilətül-Əxbər”
adlı əsərinə görə, axirətdə haqq-ədaləti bərpa etməli olan Mehdi, yəni Sahib əz-zəman
- şahənşah Şah İsmail Xətaidir və o eyni zamanda “peyğəmbərlərin möhürüdür” (xətmi-ənbiya).
Səfəvilər irsini araşdıran Oqtay Əfəndiyev, Şah İsmail haqqında yazır: “Xətainin
“Divanı”nda öz əksini tapmış qızılbaş nəzəriyyəsinə görə, Xəlifə Əli Allahdır və
kim bunu qəbul etmirsə o, kafirdir. Məhəmməd yalnız peyğəmbərdirsə, Əli – “Allah
həqiqətinin təzahürüdür” (“məzhər-i həqq”dir) (52). Hədislərdə isə deyilir ki, Məhəmməd peyğəmbər
bildirmişdir: “Mən müdriklik (Bilik) Evi, Əli isə onun qapısıdır. Kim
bilik əldə etmək istəyirsə, bu qapıdan keçməlidir”. Burada “qapı” rəmzi bizə
deyir ki, imam Əli – “lubb”, “libbi” rəmzləri ilə eyni mənada olan və “Allahın
qapısı” mənasını verən Babilin obrazıdır. Əgər nəzərə alsaq ki, Şah İsmayıl Xətayi
imam Əlini Allah hesab edirdi, razılaşarıq ki, İmam Əli, axirətdə gələcək və
Osiris/Asar Allahını dirildəcək Mehdinin, yəni Qor Allahının obrazıdır. Bunu o
fakt da təsdiq edir ki, inama görə, İmam Əli də Osiris Allahı kimi ölməmişdir və
gizli vəziyyətdə mövcuddur və öz vaxtında zühur edəcəkdir.
Qeyd etmək lazımdır ki, Moskva Rusiyası ilə İran
arasındakı diplomatik və ticarət əlaqələri yazışmalarında, İran dövləti əvəzinə
Qızılbaş Dövləti qeyd olunur. Şah Abbasın və Gilanın Fərhat xanının, Rus çarı
Fyodr İoanneviçə və boyar Qodunova ünvanlanmış məktubunda iranlıların danışdığı
dil də fars dili yox, “Qızılbaş dili” adlandırılır. Boris Fyodorovdan Fərhad
xana gələn cavab məktubu isə tatar, yəni türk dilində yazılmışdı (53).
Yazdıqlarımdan o nəticəni çıxarmaq olar ki, qədim
Misirin pirlər (firon) nəsli olan “Qor yoluyla gedənlər” və Assur şahlarının
Üşşakki (İşşakku/Sisaka) nəsli – Azərbaycan qızılbaşlarının nəslidir. Mənbələrdə
qızılbaşların da adamyeyənlər kimi göstərilməsi, onların öləndən sonra da
Allahlar kimi yaşamaları və ruhlarla qidalanmaları mənasındadır. Bu gün Qafqaz ərazisində
yaşayan pir, bəg, seyid, şıx və s. Azəri müqəddəsləri iddia edirlər ki, onlar
adi insan deyillər, çünki onlar “Allah nurundan” yaranmışlar. Seyidlər özləri
haqda bildirirlər ki, - “əgər avam (adi insan) doyunca, molla ölüncə yeyirsə,
seyid öləndən sonra da yeyir”. Seyidin öləndən sonra da yeməsi, onun qurban
ruhları ilə qidalanması mənasındadır. “Oğuznamə”nin atalar sözlərində də nəzərə
çatdırılır ki, “ölüm - pir üçün bayramdır”. Bu isə o deməkdir ki, Azəri pirlərinin
(Osiris fironları) nəsli olan seyid-bəglər - ölümsüzlər, yəni Xızır/Azər/Asar/Osiris
nəslinin törəmələridirlər.
Əl Yəqubi yazır ki, Azərbaycan və onun ətrafının əhalisi
Əl Azəriyyə və Əl Cavidaniyyə parslarının qarışığıdır (54). Buradakı Azəriyyə rəmzi Assuriya rəmzi mənasında, pars
rəmzi isə millət, xalq adı kimi yox, müqəddəs pir mənasında işlənmişdir ki,
pars (fars) rəmzi də – “pir issi”, yəni “pir ruhu” fikrini ifadə edir. Deməli,
qədim mənbələrdə Assur ölkəsi dedikdə, Osiris Allahının göydəki ruhlar dünyası
nəzərdə tutulmalıdır ki, farslar, yəni pirlərin (fironların) ruhları da burada
ölümsüzlük qazanmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, Assur
(Aşşur), yəni “Al ilbbi Ale” ölkəsi, bizim Azər adlandırdığımız Asar Allahının
ölkəsidir. Asar/Azər Allahı isə, İslamda Rəhman, qədim Misirdə isə Ra-Amon adlandırılan
tək Allahdır. Azərbaycan, qədim mənbələrdə “iki ölkəni birləşdirənlər” kimi
qeyd olunan müqəddəslər ölkəsidir. Bu ölkə ölməz Allahlar, şahlar, mələklər
elidir. Azərbaycan seyid-bəglərinin cəddi (əcdadı) olan Rəhman Allah, Özünə və
nəslinə qulluq üçün adi insanları və əbədi yaşamaq üçün göydə ruhlar dünyası
yaratmışdır. Bütün dinlərin də batini mənaları, Ra-Amon Allahının pak dinin
hissələridir və Onun göydə yaratdığı Elə köçmək üçün yazdığı qanunlar
toplusudur. Seyid İmadəddin Nəsimi, bu iki dünyanı özündə birləşdirənləri nəzərdə
tutaraq yazır:
Məndə sığar iki cahan, mən bu
cahanə sığmazam,
Gövhəri-laməkan mənəm, gövnü məkanə sığmazam...
Gövhəri-laməkan mənəm, gövnü məkanə sığmazam...
Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam və s.
Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam və s.
Bütün bunlar haqqında daha geniş və
təkzibolunmaz faktlar, “Batini-Quran” və digər kitab və məqalələrimdə göstərilmişdir.
Ədəbiyyat
Ədəbiyyat
1.
«История
древнего Востока», Зарождение древнейших классовых обществ и первые очаги рабовладельческой
цивилизации: Передняя Азия, Египет, часть 2, М ., 1988, стр. 94
2.
А.
Оппенхейм, «Древняя Месопотамия», М., 1980, стр. 27,28
3.
«Культура древнего Египта» М.,1976. стр. 301
4.
A. Rəcəbov,
Y. Məmmədov, «Orxon – Yenisey abidələri», B., 1993, стр. 104, 134
5.
Г. В. Носовский,
А. Т. Фоменко, «Империя», М., 2000. стр. 606
6.
Б.
А. Тураев, «История древнего Востока», Л., 1935, том I, стр. 125
7.
Коран
13/19; 2/179; 13/20; 13/21; 13/22
8.
«Абу Хамид Аль-Газали, «Воскрешение наук о вере», М., 1980, стр.140
9.
«Абу Хамид Аль-Газали, «Воскрешение наук о вере», М., 1980, стр. 276
10.
“История
древнего Востока”, М., 1988, часть 2, стр. 378
11.
“История
древнего Востока”, М., 1988, часть 2, стр. 26
13.
Г.
В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000, стр. 537
14.
А.
Даврижеци «Книга историй», М., 1973, стр.51
15.
Р.
Фрай, «Наследие Ирана», М., 1972, стр.150
16.
Платон,
«Политик», 269 С
17.
Б.
А. Тураев, “История древнего Востока”, том 1. Л., 1935, стр. 135,126
18.
Б.
А. Тураев, «История древнего Востока», Л., 1935, том II, стр. 91
19.
Д.
Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, стр. 248
20.
Д.
Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, стр. 459, 408
21.
М.
А. Коростовцев, “Религия древнего Египта”, М., 1976. стр. 124
22.
И. Дьяконов, «История Мидии», М.Л.,1956, стр. 372.277
23.
Алан Ф Эльфорд, «Путь Феникса. Тайны забытой цивилизации», Земля
Мер, http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130
24.
Г.
Франкфорт, Г. А. Франкфорт, Дж. Уилсон, Т. Якобсен, «В преддверии философии»,
М., 1984, стр. 67-68
25.
Д.
Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, стр. 441
26.
Библия,
Втор. 4:32
27.
Э.
Э. Урбах, «Мудрецы Талмуда», Израэл, 1989, стр. 61
28.
У.
Бадж, “Египетская религия. Египетская магия”, М., 2000. стр. 29
29.
Р.
Шакуров, «Азиз-Ад-Дин Насафи и его трактат «Зубдат ал-хакаик», М., «Наука»,
1989, http://www.upelsinka.com/Russian/text_zubdat.htm
30.
«История
Древнего Востока», М., 1988, часть 2, стр. 216,220
31.
М.
Хоренаци, «История Армении», кн. II, гл. 8
32.
Г.
А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991, стр. 121,431
33.
Azərbaycan
tarixi üzrə qaynaqlar”, B.,1989, стр. 111
34.
Аль
Газали, “Воскрешение наук о вере”, М, 1980. стр. 29
35.
Ибн
Араби, «Геммы мудрости», гл 1, сайт: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm
36.
Аль
Газали, “Воскрешение наук о вере”, М, 1980. стр. 302
37.
Аль
Газали, “Воскрешение наук о вере”, М, 1980. стр. 61,183
38.
М.
Хоренаци, «История Армении», кн. II, гл. 8
39.
М.
Хоренаци, «История Армении», кн. I, гл. 12
40.
М.
Хоренаци, «История Армении», кн. II, гл. 8
41.
Грэм
Хэнкок, Роберт Бьювэл, «Загадка Сфинкса»,
http://readr.ru/grem-henkok-i-dr-zagadka-sfinksa.html?page=55
42.
Д.
Рол. «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, стр.388,389
43.
«Культура древнего Египта», М.,1976, стр. 197
44.
Иованнес Драсханакертци, «Истории Армении», гл.
2
45.
Б.
А. Тураев, «История древнего Востока», Л., 1935, том I, стр.
190,191
46.
Грэм
Хэнкок, Роберт Бьювэл, «Загадка Сфинкса»,
http://readr.ru/grem-henkok-i-dr-zagadka-sfinksa.html?page=55
47.
Е.
А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, стр. 125
48.
«Kitabi - Dədə
Qorqud», B., 1988, səh. 100
49.
M. Seyidov, «Qam-şaman və
onun qaynaqlarına ümumi baxış», B., 1994, стр. 27
50.
Ф. М. Асадов, «Арабские источники о тюрках в
ранее средневекове», Б., 1993, səh.104-107
51.
«Azərbaycan tarixi üzrə qaynaqlar», B.,
1989, стр. 187
52.
O.
Əfəndiyev, «Azərbaycan Səfəvilər dövləti», B.,
1993, стр. 47
53.
В.
Г. Вишнев, «Древняя Русь и Иран», сайт: http://artifact.org.ru/content/view/205/4
54.
Ал Ягуби,
«Книга стран», СМОМПК», вып.38, 1908, səh. 59
Фирудин Гилар Бек