Azərbaycan tarixinin ən sirli məqamı, onun Xilat atabəgləri ailəsi
ilə bağlıdır. Tanınmış alim Ziya Bünyadov yazır ki, Xilatın, Ərzincanın sahibi
şah-Ərman II Nəsir əd-din Məhəmməd Sökmən, atabəg Cahan Pəhləvanın qızı ilə evləndi
və onun ölümündən sonra Xilat, Azərbaycan atabəglər ailəsinin malikanəsinə
çevrildi (“Историческая география Азербайджана”, Б.,1987, səh.95). Tarixçi
Vardan isə bildirir ki, Sökmən - “Xelat və digər çoxlu şəhərləri aldı… O həddi-buluğa
çatandan sonra… on iki şəhərə yiyələndikdən sonra özünü Şahi-Ərmən adlandırdı
ki, bu da onların dilində erməni şahı deməkdir…”. Digər tərəfdən, mənbələrə görə,
özünü Şahi-Ərmən elan etmiş Azərbaycan atabəglərinin malikanısi olan Xelatda,
gürcü çarlarının da qəbrləri yerləşir (К.Гандзакеци, “История Армении”, М.,
1976, səh. 282, 234). Ortaya maraqlı suallar çıxır: Kimdir bu Xilat atabəgləri?
Niyə Azəri şahı Sökmən, sirli Xilatı aldıqdan sonra özünü Şahi-Ərmən
adlandırır? Ərmənşahları, Azərbaycan atabəglərini və gürcü çarlarını Xilatla nə
bağlayır? Bu və s. bu tip suallara cavab tapmaq üçün, qədim mənbələrdəki rəmzləri
diqqətlə araşdırıb, onların batini mənalarını açmaq lazımdır və mən də bu işi
öz üzərimə götürüb, bu suallara cavab verməyə çalışacağam.
Qədim
yazılarda Xilat/Xelat (XLT) və s. kimi qeyd olunan rəmzlər digər mənbələrdə Qalaad,
Xalda, Gelda (QLT/XLT/GLD) və s. müxtəlif formada qeyd olunur. Əhdi-Ətiqdə,
Xilat rəmzi ilə eyni mənalı Qalaad torpağı - Allah üçün xüsusi yer sayılır və
Allah Qalaadı – “Mənim
Qalaadım”adlandırır (Библ., Пс.,59:9). Bu kitabda, Qalaad izmailliləri (ismaililər)
dedikdə - madiamlılar, yəni midiyalılar nəzərdə tutulur. Deməli, Qalaad/Xilat
atabəgləri Midiya ismaililəridir və Allah bu torpağı – Öz torpağı sayır.
Xilat rəmzi ilə eyni mənalı
Xalda rəmzi, Urartu Allahları siyahısında - “Xalda darvazası” və “Xalda
darvazasının Allahları” kimi keçir. Çox qürətli silaha malik olan Xalda müharibə
Allahı, Urartu dövlətinin və şahının himayədarıdır («Хрестоматия по истории
Древнего Востока», М.,1980,səh.302). Bu isə o deməkdir ki, Allahın şəxsi mülkü
olan Xilat/Xelat, darvazası və Allahları ilə tanınır.
Lakin, Xilat/Xalda rəmzləri
həm də xaldey, yəni kəldani deməkdir. Evseviy xaldey/kəldani sülaləsini - “Kuti
sülaləsi” adlandırır (И.М.Дьяконов, «История Мидии»,М.-Л.,1956, səh.37,38).
Kutilər isə mənbələrə görə, şahlığı göydən endirilmiş Midiya əhalisidir.
Herodot, xaldeyləri Assuriya ordusundakı bölmə kimi göstərir. Əhdi-Ətiqdə İsay
(Yeşay) peyğəmbər bu haqda yazır: “Bu Xaldeya torpağıdır. Bu xalq əvvəl yox
idi; səhra əhlindən olan Assur ona başlanğıc verdi. Onlar öz qüllələrini
yaradır, təntənəli imarətlərini dağıdaraq, onu xarabalığa çevrirlər (Библ.,Исая, 23:13) Belə çıxır
ki, Xilat atabəgləri - şahlığı göydən yerə enmiş qədim Midiyanın Kuti xalqıdır
və onların başqa adı isə Assurdur.
Strabon, xaldeylərin qədimdə
“xalib” adı ilə tanındığını bildirir və Homerin isə onları “qalizon”
adlandırdığını qeyd edir (Strabon,XII:3/19,20).
Xalib və qalizon rəmzlərinin kökü xel/gel rəmzləridir. Klavdiy
Ptolomeyə görə də, Albaniyadakı Gelda (Xalda/Xilat)
yaşayış məskənində Gel tayfaları yaşayır (Ptolomey V, 11/2). Bu isə o deməkdir
ki, Xilat/Xalda/Geldanın əhalisi olan Kuti və Assurlar - Gel tayfalarıdır.
Əksər qədim mənbələrdə
xaldeylər - maqlar hesab olunur və ən qədim dövrdən onlar, Midiya və Fars ölkəsinin
kahin təbəqəsinin nümayəndələri sayılırdı. Əhdi-Ətiqdə də xaldeylər –
astronomiya, riyaziyyatla məşğul olan Babil müdrikləri və alimləri kimi təqdim
edilirlər. Onların, öz dövrlərinin bütün elm sahələrinin ən savadlı insanları
olmaları, Assuriyanın Nineva şəhərində tapılmış mixi yazılarında qeyd olunur.
Strabona görə, qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər,
bilavasitə Geliopolda, yəni Gel şəhərindəki məhəllədə yaşayırdılar (М.А.Коростовцев,
«Религия древнего Египта, М.,1976, səh.58). Ən qədim ovsunlar da Geliopol
kahinləri tərəfindən tərtib olunmuşdu. Bu isə o deməkdir ki, xaldeylər həqiqətən
Gel elinin, yəni Geliopol/Gelda/Xalda/Xilat kahinləridir.
Yazılanlara görə, Fars
imperiyası dövründə Kserks, Babil adını qadağan etdiyi üçün, onun yerinə Xaldey
adını çəkməyə başladılar. Başqa sözlə, Xaldeya elə Babildir. Berossa görə, xaldey Nabupalasar, Babildə dağa bənzər
hündürlük düzəltdi və orada cürbəcür ağaclar əkdi və Semiramidanın asma bağını
saldı (Б.А.Тураев,“История древнего востока”, Л.,1935, cild II.səh.92). Herodota
görə, xaldeylər Bel Allahının kahin qrupudur. Digər mənbələrə görə də xaldeylər
Bel-Marduk Allahının kahinləridir və onlar İskəndərin törəmələri üçün baxıcılıq
edirmişlər.
Şumer-Akkad mifologiyasına görə, Marduk Allahı,
Tiamata, yəni ilkin materiyaya (göy okeanına) qalib gələndən sonra, onun
bir hissəsini göy okeanı kimi Allahlar vilayətindən ayırıb, dərya sularında –
“başı göylərə çatan” və “göy və yerin təməl evi” olan Etemenanki məbədini tikmişdir (Б.А.Тураев,
«История Древнего Востока», II cild, Л.,1935, səh.91). Bu evin başının göylərə
çatması, onun elə Babil qülləsi olması deməkdir. Mardukun göylərdə tikdiyi bina,
Quranda da qeyd olunur (Quran, 40:64, 15:16, 2:22, 85:1). Əgər, xaldey şahı
Nabupalasarın (Nəbi Alp Asar) Babildə “asma bağ“ salmasını yada salsaq,
razılaşarıq ki, “asma bağ” dedikdə, Nabupalasarın göylərdə - ilkin materiyada
yaratdığı cənnət başa düşülməlidir. Quranda da Xilat - Xüld cənnəti
adlandırılır və göydəki ruhlar dünyasını bildirir: “De: Bu yaxşıdır, yoxsa
Allahdan qorxanlara vəd olunmuş Xüld cənnəti və onlara bir mükafat və qalacağı
yer vəd edilmişdir!” (Quran, 25:15). Babil rəmzinin - “Allahın qapısı” mənasını
verməsi isə o deməkdir ki, Babil qülləsi elə Etemenanki məbədidir və bu məbədin
qapısı da xaldeylərin Xalda darvazasıdır. Buradan isə belə bir nəticə çıxır ki,
Xalda darvazalarının Allahları elə xaldeylərdir.
Sufi-batinilərdə “xaldey” rəmzi – “xal” və “dey” rəmzindən
ibarətdir ki, buradakı xal/hel rəmzi “Hu-El” kimi izah olunur və bu rəmz
İlah/Eloax rəmzləri ilə eyni mənalıdır. “Dey” rəmzi isə Dio/Teo mənasında Allah
deməkdir və ismaili batinilərdə bu rəmz “dai” kimi keçir. Deməli, “xaldey” rəmzi
– “İlahi-Allah” mənasında - “ilkin materiyadan yaranmış Allah”, “Allahın İlahi Gel
eli” və s. kimi qəbul edilməlidir. Bu isə o deməkdir ki, xaldey dedikdə elə Gel
elinin kahinləri olan qədim Allahlar, o cümlədən Xalda darvazasının Allahları
başa düşülməlidir.
İran yazılarına görə, Babil ölkəsi, elə Assur ölkəsi
olan Asuristandır (Р.Фрай, «Наследие Ирана» М., 1972, səh.150). Mən yuxarıda qeyd etdim ki, İsay peyğəmbərə
görə, əvvəl Xaldeya torpağında heç kim olmamışdır və ora səhra əhlindən olan
Assurlar gəlib, orada özlərinə qüllə tikmişlər. Başqa sözlə, Babilə/Xaldeyaya gələn
Allahlar, elə - səhradan, yəni göy sahələrindən gələn Assur/Osiris
Allahlarıdır. Babil qülləsini də məhz onlar tikmiş, sonra da yerin altında
basdırmış və Xaldeyanı xarabalığa çevirmişlər.
Məşhur tədqiqatçı Devid Rol da, Şumer-Akkadların göydə qüllə tikən Marduk Allahını
– Asar adlandırır və onu qədim Misirin Osiris
Allahı hesab edir. D. Rola görə, Misir mədəniyyətini, Mesopotamiya-Şumer
fatehləri yaratmışlar. O, bu Misir fatehlərini “Qor yoluyla gedənlər”
adlandırır və bildirir ki, onlar öz kökünü Mesopotamiyanın böyük qəhrəmanlarından
götürür. D. Rol nəzərə çatdırır ki, Eridu şəhərində yaşayan şumerlilər, ölümlü
Enmer-Kar şahını, Enki oğlu Asar İlahi
statusu ilə adlandırmışdılar (Д. Рол, «Утраченный Завет», sayt:
http://lib.rus.ec/b/328508/read). Bu o deməkdir ki, Asar/Assur (Osiris) adı –
Enmer-Kar şaha verilən addır. Enmer-Kar (NMR-KR) rəmzi qədim dilçilikdə
Qor-Ra-Amon (QR-RMN) rəmzinin digər yazılış variantıdır və bu rəmz də Qor
qızılquşu obrazında olan Misirin Ra-Amon Allahını bildirirdi. Belə çıxır ki,
Assur/Asar/Osiris Allahları dedikdə - qədim Misirin Ra-Amon Allahının “törəmələri”
başa düşülməlidir və “xaldey” adı da onların digər adlarından biridir.
Tarixçi Vardan bildirir ki, Sökmən (Sukamun/Sakyamuni)
- Xelat və digər çoxlu şəhərləri və s. aldıqdan sonra özünü Şahi-Ərmən
adlandırdı. Sufi-batinilərdə “Ərmən” (RMN) rəmzi – Ra-Amon (R-MN) rəmzi ilə
eyni mənalıdır. “Sökmən” rəmzi də sufilərdə “Sak-Amon” kimi açılır və “Amonun
ruhu” anlamını verir. Qədim Misir yazılarında açıq yazılır ki, saxu/sahu rəmzi
– bədəndən çıxan insan ruhunu bildirir (У. Бадж, «Египетская религия. Египетская
магия», M., 2000, səh.143). Başqa sözlə, “Sökmən” rəmzi - ölümsüzlük qazanmış
Amon/Əman Allahının ruhu anlamındadır. Misir mənbələrinə görə, firon Amon öləndən
sonra, onun göyə qalxan ruhu, burada əvvəlcədən yaratdığı Ra günəş diski ilə
birləşir və Ra-Amon Allahına çevrilir. Bu isə o deməkdir ki, məhz Xilatda – Azərbaycan
atabəglərinin yurdunda, pir Əman - Ra-Amona, yəni Rəhman Allaha çevrilmişdir. Belə
çıxır ki, Rəhman Allah məhz Xilatdan ərşə yüksəlmiş və dünyanın sahibi olmuşdur.
Atabəg rəmzi sufizmdə ata və
bəg rəmzindən ibarətdir və buradakı bəg rəmzi – sufizmin bəqa səviyyəsinə yüksəlib,
İlahla vəhdətə nail olmuş müqəddəslərə deyilir. Buna görə də İran və rus mənbələrində
eyni mənalı Baqa/Boq rəmzi Allah mənasını verir. Deməli, sufizmdə atabəg rəmzi
– Allahların Atası deməkdir ki, qədim Misirdə məhz Ra-Amon Allahı - bütün
Allahların Atası və Ağası adlandırılırdı.
Digər tərəfdən, Xilat rəmzi Əflatunun “Kritiy” əsərində
Kleyto kimi qeyd olunur. Əflatun bildirir ki, Allahlar dünyanı öz aralarında
püşk ilə böldükdə, Atlantida adası - dəniz Allahı olan Poseydona düşür. Bu
adadakı Atlas (Talas/Tolis) dağında Poseydon, ölümlü qadın Kleytodan olan öz
şahlar nəslini yerləşdirir (29). Belə çıxır ki, Xilat atabəgləri həm də dəniz
Allahı Poseydonun şahlar nəslidir.
Xilat rəmzi,
Azərbaycan numizmatikasında Xəllədə kimi də qeyd olunur və “Xəllədə Mülkəhu”, “Xəllədullah
Mülkəhu” kimi yazılaraq, Cəlair şahlarının pul sikkələrinə aid edilir. Sufi-batinilərdə
“Xəllədə Mülkəhu” rəmzi - sufilərin “Hu”
adlandırdığı İlahın (ilkin materiya, İlahi od və s.) yerdə mövcud olduğu
Mülk, “Xəllədullah Mülkəhu” rəmzi isə
İlahla vəhdətdə olan və ondan yaradılmış Rəhman Allahın yerdəki Mülkü deməkdir.
Bu isə həm də onu deməyə əsas verir ki, Cəlairilər də elə Gel nəslidir. Mənbələrdə
Cəlair rəmzi Gilar rəmzinin ərəbləşmiş variantı hesab olunur.
M. Xorenatsi “Ermənistan
tarixi” kitabında yazır ki, Gelam, bir gölün yaxınlığına gəlib, buranı düzəldir
və ora, öz adına uyğun Gel, kəndə isə Gelarküni adını verir. Burada onun,
Sisaka adlı uca ər olan, boy-buxunlu, xoş simalı, natiq və sərrast oxatan oğlu
olur. Gelam, ona öz mülkünün çox hissəsini və çoxlu qul verir və onun mülkünün
sərhədlərini təyin edir. Burada məskən salmış Sisaka, ölkəni öz adına uyğun Sünik
adlandırır ki, farslar ona Sisakan deyirlər. Sonralar, Ermənistanın birinci şahı Valarşak, Sisaka nəslindən ləyaqətli
bir ərə rast gəldiyindən, onlara ölkənin hökmranlığını verir və məhz bunlar
Sisakan nəslidir (Kitab, I, böl.12). Gelam rəmzi, sufizmdə İqlim/Kəlam/Mələk/Mülk/Malik
və s. rəmzlərlə eynidir və bunlar da bilavasitə Allahla bağlı rəmzlərdir. Gel-Gelamın
buranı düzəltməsi və Sünik adlandırması o deməkdir ki, mənbələrə görə müqəddəs Ataların
tikdiyi “səhra”, yəni göydəki ruhlar dünyasının obrazı olan Babil- Etemenanki məbədi
məhz Gelarkündə yaradılmışdır. Qədim Misir yazılarında bu məbəd – Gel torpağında
tikilmiş Ra günəş məbədi adlandırılır və Allah, yeddi günə yaratdığı “Dünya”nı
məhz burada var etmişdir. Bu isə o deməkdir ki, Xilat/Xalda/Gelda dedikdə məhz
bu Gel eli nəzərdə tutulur. Gürcü mənbələrində Gelarküni rəmzi – Klarceti kimi
qeyd olunur və bura, qədim Gürcüstanın əsas mədəniyyət mərkəzi hesab olunur. Xilat
atabəgləri isə gürcü mənbələrində Samsxe-Klarceti atabəgliyi adlandırılır (С.
Давитис-дзе, «История и повествование о Багратонианах царях наших грузинских», böl.2,
sayt: http://www.matiane.com/tokarski.htm). “Gürcü” rəmzinin kökünün Gür/Qor rəmzi olması, mənbədəki gürcülərin
- “Qor yolu ilə” gedən Asar/Assur xaldeyləri olması deməkdir.
Gelam rəmzinin Kəlam/Malik/Mülk
rəmzləri ilə eyniliyi onu deməyə əsas verir ki, Gel eli həm də Allahın
Mülküdür. Mülk İsə sufizmdə İlahi üçlüyün bir hissəsidir. Başqa sözlə,
Gelarküni torpağı Allahın Mülkü, torpağın altında olan ölüm şahlığı – Cəbərut
aləmi, Mülkün üstündəki göylər isə Mələküt aləmidir. Deməli, Quranda qeyd
olunan Xüld cənnəti, məhz bu Xilat göylərində mövcud olmuşdur.
Ən qədim mənbələrə görə, fars və midiyalılardan
ibarət ordunun özəyini, şah atlıları və “ölümsüzlər” dəstəsi təşkil edirdi.
Xiliarxın başçılığı ilə minlərlə “ölümsüz”, şahın şəxsi təhlükəsizliyini
qoruyurdu (Р.Фрай, «Наследие
Ирана»,М.,1972, səh.152). Erməni mətnlərində
isə ölkənin təsərrüfatını idarə edən və digər bütün işlərə nəzarət edən xiliarx
– xazarapet (minbaşı) adlanır və digər yerdə bu rəmz, azarapet kimi yazılır. Mənbələrdə,
“hazarapet dran ariats” tituluna rast gəlinir ki, onu “arilərin qapısının xiliarxı”
kimi tərcümə edirlər. “Hazarapati” titulunu daşıyanların “ölməz” adlanması,
onların Hızır, yəni Xızır peyğəmbərin rəmzində olması deməkdir. Hazarapatinin həm
də Azarapati (Azər-Yafət) adlanması isə onların Azər/Asar/Assur Allahları
olması deməkdir. Buradakı “xiliarx” rəmzi türklərin “karluk” rəmzidir və məhz
Gel eli olan Gelarküni-Xilatı bildirir. “Arilərin qapısının xiliarxı” rəmzi onu
deməyə əsas verir ki, burada söhbət Xalda darvazasından, yəni Allahın qapısı
olan Babildən gedir.
Minlərlə ölümsüzə başçılıq edən Xiliarxın nəsli, Albaniya
tarixində Baqarat nəsli adlanır. Gürcü mənbələrində “Baqrat” kimi keçən “Baqarat”
rəmzi sufimzdə “Bəg-Arat”, yəni Aratta, Eridu bəgləri mənasını verir. M.
Xorenatsi “Ermənistan tarixi” kitabında Şahın, yəni Allahın mülkü haqqında
geniş danışaraq, Mülkün sahibləri olan Baqarat nəslini - “qədim şah toxumu”
adlandırır və onlara, şahların başına tac qoymaq səlahiyyəti verilməsini qeyd edir
(Kitab II, böl.7). Bu o deməkdir ki, ən qədim dövrlərdən dünyanın bütün şahlarına
tacı məhz Xilat atabəgləri qoymuşlar.
Atabəglər dünyaya hökmranlıq üçün səpələndiyindən,
Avropa ölkələrində bu şahlar və peyğəmbələr nəsli Qulyardlar, yəni “Gel
oğulları” kimi tanınır. Son dövrün araşdırmalarından məlum olur ki, bütün
Avropanın sahibləri, 9-cu əsrdə oraya köçmüş Gel oğullarıdır və mənbələrdə
onlar “quş dili bilən Qulyardlar” adlandırılırlar (Грасе д'Орсе, “Язык птиц.Тайная история Европы”, sayt: http://padaread.com/?book=38451&pg=337).
Bütün Avropa şahları və zadəganları bu Gel oğullarının törəmələri olmuşlar.
18-ci əsrə qədər Avropadakı bütün abidələri məhz bu Gel oğulları tikmişlər. İlk
mason təşkilatını da onlar yaratmışlar. Ay rəmzinə sitayiş edən bu Gel oğulları,
İslam mənbələrində Gel şiələri, yəni Gelati-Şiə (Qulat/Xilat) adlandırılan
ifrat şiələrdir ki, biz onları ismaili batiniləri kimi tanıyırıq.
Gel oğullarının “quş dili”,
Şərq fəlsəfəsinin məşhur bilicisi olan Anri Korbenə görə - mahiyyətin
dilidir, təmiz varlığın dilidir, hansının vasitəsi ilə ki, daxili və ruhi
varlıqlar, digər daxili və ruhi varlığa, öz varlığının keyfiyyəti haqqında
informasiya verir. Başqa sözlə, Korbenə görə vahid dil, bütün varlıqların təşkil
olunduğu ilkin materiyanın “dilidir”. Məşhur
sufi Qəzali də bildirir ki, göy və yerin hər bir hissəsi canlılarla gizli ünsiyyətdədir.
Bu İlahi biliyi isə İlahi nur özündə daşıyır və bu pak elmi, təbii halda
peyğəmbərlər qəbul edir (Абу Хамид аль-Газали,
«Воскрешение наук о вере» М.,1980, стр. 209,210,309).
Digər sufi Nəsəfi də pak nurun və varlığın dilini ilkin materiyanın dili
adlandırır. Araşdırıcılara görə,
Babil qülləsinin tikilməsindən əvvəlki insanların dili məhz bu “quş dili”nin təmiz
formasıdır (Шихабоддин Яхья Сохраварди, «Багряный ангел», sayt: http://angel.org.ru/2/sohravar.html). Belə çıxır ki, Babil qülləsini tikən xaldeylər,
məhz ilkin materiyanın dilində, onun şüalandırdığı informasiyanı təmiz formada
qəbul ediblər. Assur xaldeylərinin bu dili, yəhudi mənbələrində “Laşon akodeş”
(Lisani kadus – müqəddəs dil) adlanır və yəhudi mənbələrinə görə Allahlar bu
dillə yazılmış Tövrata baxaraq, Babil qülləsini tikmişlər. Sayı 120000 olmuş
Assur/Asar/Osiris Allahları, səhradan, yəni ilkin materiyadan yaradıldığı üçün,
bu dil də onların telepatik dilidir. Babil qülləsi tikilib qurtardıqdan sonra
isə, Ra-Amon Allah, başqa belə bir tikilinin qarşısını almaq üçün dilləri
dəyişdirir və dünya xalqlarının 70 dilini yaradır.
Tövrat müqəddəs dildə verilsə də, Ezranın, yəni Asar (Assur)
Allahının dövründə, Aşuri (Assur) əlifbası ilə aramey dilində qeyd olunmuşdur və xaldeylər
onu Assuriyadan özləri ilə gətirmişlər. Mənbələrə görə, aramey dilində ilk
danışan Adəm olmuşdur. Lakin Adəmin bu quş dili, özündə bütün 70 dili birləşdirir.
Başqa sözlə, Adəmin aramey dili, o vahid dildir ki, Babil qülləsi tikiləndən
sonra, Allah dilləri dəyişib, 70 dil yaratdı və insanlara bu dilləri verib,
dünyaya səpələdi.
Mənbələrə görə, aramey
dili xalqlara yox, bilavasitə xaldeylərə verilib və onlar haqda deyilib:
“Budur, xaldey ölkəsi xalq olmayacaq”. Deməli, aramey dili, elə Babil qülləsi
tikiləndən sonrakı, lakin insanların hələ dünyaya səpələnməmişdən əvvəlki
dildir. Xaldeylərin xalq olmamaları da, onların bütün xalqlara hökmranlıq üçün
yaradılması ilə, onların, bütün xalqların dillərini anlayan quş dilinin olması
ilə bağlıdır.
Sufi-batinilərdə “aram”
(RM) rəmzi, “mar” (MR) rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, aramey dili elə
mar, amoreylərin, yəni Midiya maqlarının, xaldeylərin dilidir. Bu dil həm də
“tarqum dili” adlanır ki, batinilikdə “tarqum” rəmzinin kökü olan “tarq” (TRQ)
rəmzi, qədim Assurda, Misirdə “teurq” (TRQ) kimi işlənərək, “göydə qurbanla Allah yaradan maqlar” mənasını
verir. Əgər biz “teurq” (TRQ) rəmzinin, sufilərin “tərikə” (TRK) rəmzi ilə
eyniliyini nəzərə alsaq razılaşarıq ki, tarqum dili – sufilərin tərikə yolunu
gedənlərin, yəni sufi türklərin dilidir. Bu dil, ümumilikdə təfsir, daha
döğrusu təvil deməkdir. Onun mənası – mistik fikirlər, ideyalarla bağlı batini
mənadır. Tövratın bu dilə xüsusi hörmət göstərməsinə görə, bu dil həm də gələcək
dünyanın ən ali səviyyəli dili hesab olunur (М. Носовский, «Адам говорил по-арамейский»,sayt:
http://berkovich-zametki.com/AStarina/Nomer10/MN47.htm). Bütün bunlar o deməkdir
ki, şahlığı göydən endirilmiş xaldeylərin dili, Adəmin dilidir və bu dil - türk
dilidir.
Tövrat yazır ki, Allah
Adəmi yaradandan sonra, onun özünə bənzər köməkçi yaratmaq fikrinə düşür və Adəmin
qabırğasından Həvvanı yaradır. Sufi-batinilərdə Adəm Allahın obrazıdır və bu
Allah, öz bədəni ilə dünyanı əhatə etmiş və hər şeyi özündə birləşdirmişdir. Adəmin
köməkçisi isə onun yerdəki kölgəsi, onun buyruq qullarıdır. Tövratda “köməkçi”
sözü, yəhudi dilində bilavasitə kişiyə aid ediələn “ezer” kimi yazılır. Ezer rəmzi
isə Asar/Assur/Azər rəmzləri ilə eyni mənalıdır və bu da bizə onu deməyə əsas verir
ki, Asar/Assurlar – Həvva obrazında olan Allahın köməkçiləridir.
Tövratda Adəmin köməkçisi
mənasında yaradılan “qadın” sözü - “işa”
rəmzi ilə verilir. Sufi-batinilərdə İşa rəmzi – Şiə, Yeşua, İisus/İsa rəmzləri
ilə eyni mənalıdır. Şiə rəmzi mənbələrdə Gelat (Qulat/Xilat) rəmzinə aid edilərək
“Gelati-Şiə” kimi yazılır. Deməli, Tövrata görə Adəmin köməkçiləri məhz
Gelat/Xilat atabəgləridir. Qədim Misir mənbələrində ölkə başçısı Heka, yəni Haq – Allah, onun köməkçiləri isə baka adlanır
ki, bu da bəg deməkdir (“История Древнего Востока”, М., 1988, cild II, M.,
1988, səh. 338). Başqa sözlə, həqiqətən də Azərbaycanın Xilat atabəgləri,
Allahın yerdəki köməkçiləri, əmr sahibləridir. Adəm və Həvva haqda daha dolğun
məlumatlar – “Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər” adlı məqaləmdə
verilmişdir (http://gilarbek.blogspot.com/2015/06/adm-v-hvva-haqqnda-aglasgmaz-hqiqtlr.html).
İşa rəmzi, həm
də yəhudilərin Yeşua [Ş] adlandırdıqları
İsa rəmzi ilə eyni mənalıdır. Bu o deməkdir ki, İsa peyğəmbər də Allahın köməkçilərindəndir.
Yeşua rəmzinin Şiə rəmzi ilə eyniliyini nəzərə alsaq, razılaşarıq ki, İsa obrazı
həm də Şiə, yəni imam Əlinin obrazı ilə eynidir. Sufilər dahisi Mühiddin ibn Ərəbi
də şiəliklə xristologiyanın üst-üstə düşdüyünü xüsusi nəzərə çatdırır («История
исламской философии», sayt: http://netref.ru/istoriya-islamskoj-filosofii.html?page=6). Bu isə o deməkdir ki, Xilat - şiəliklə bərabər,
həm də İsa peyğəmbərin vətənidir.
Xristianlıqda, müqəddəs
xristianlar – xüsusi xalq, varis və Allahla insanlar arasında vasitəçi
mənasında “klir” adlanır (Sayt: https://religion.wikireading.ru/73479). Sufizmdə
Klir (yunan. kleros) rəmzi Gilar rəmzi ilə eyni
mənalıdır və bu rəmz xristianlıqda, bütövlükdə “ruhani”, “kilsə” və “din
xadimləri” mənasını verir. Klir eyni zamanda Allahın torpağı, klirlər isə levit
və peyğəmbərlər hesab edilir. Tövratda levitlərlə bağlı Allah - “Levitlər mənim
olmalıdır” əmrini verir ki, bu da onların klirlərlə eyni mənalı olması
deməkdir. Plano Karpininin yazdığına görə, Böyük Monqol imperatorunu “rus
klirikləri” və ya “xristian klirikləri” adlandırılan kilsə xadimləri əhatə
edirdi (Г. В. Носовский, А. Т. Фоменко, «Новая хронология Руси, Англии и Рима»,
М., 2001,səh.485). Başqa sözlə, Monqol imperatoru Gel oğulları ilə əhatə
olunmuşdur ki, sufizmdə Monqol (Amon-Gel) rəmzi – “Amonun Gel eli” fikrini
ifadə edir. Əgər nəzərə alsaq ki, Gelarkünidə məhşur Makenasos monastırı
olmuşdur və məhz bu torpaqda xristian müqəddəsləri olan Yəhya (İoann), həvari
Foma və ilkin şəhidlərdən olan Stefanın cəsədinin qalıqları mövcuddur,
razılaşarıq ki, bura xristian dünyasının ən müqəddəs torpağı sayılmalıdır (М.
Каланкатуаци, «История страны Алуанк», sayt:
http://www.vehi.net/istoriya/armenia/kagantv/).
Ümumilikdə götürdükdə, yəhudi və xristianların Əhdi-Ətiq
və Əhdi-Cədid kitabları Gel rəmzləri ilə bağlıdır. “Din” mənasında olan
“reliqiya” (RLQ) sözü və türklərin də Allah mənasında olan “Erlik” (RLK) rəmzi sufi-batinilərdə “Gilar” (GLR) rəmzi ilə
eyni mənalıdır və onun müxtəlif yazılış formasıdır və s.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, qədim
dünyanın bütün Allahları - Azərbaycanın Xilat atabəgləri olmuşlar. Onların əcdadlarının
şahlığı göydən yerə endirilmiş və onlar burada Babil qülləsi tikərək ölümsüzlük
qazanmışlar. Babil qülləsini tikdikdən sonra Cəddimiz Ra-Əman, Öz vahid Türk
dilindən xüsusi məntiqlə 70 dil yaratmış və insanlara bu dilləri verərək,
onları dünyaya səpələmişdir. O zamandan axirət dövrünə qədər bütün dünyaya da məhz
Rəhman Allahın bu Xilat atabəglərinin nəsli şahlıq etmişdir.
Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz
faktlar, müəllifi olduğum Batini-Quran kitabında və məqalələrimdə verilmişdir.
Firudin
Gilar Bəg
Комментариев нет:
Отправить комментарий