Qədim
dünyanın ən sirli obrazlarından biri də Oğuz Xaqan obrazıdır. Türklərin əcdadı
sayılan Oğuz Xaqan dastanlarda göylərlə və göydən düşmüş İlahi nurla əlaqələndirilir.
Oğuzun Taş Oğuzda möhtəşəm qurban mərasimi keçirib, ruhlarından göydə çadır (İç
Oğuzu) yaratması – Tövratdakı, göydən İlahi od gətirib, ondan “Vəhy çadırı”
quran Musa peyğəmbərlə eynilik təşkil etməsi deməkdir. Bütün bunlara mən, “Batini-Quran” kitabımda və məqalələrimdə,
mənbə və sübutlarla elmi izah vermişəm. Bu məqalədə isə Oğuzun, xristianlıqla əlaqəsinə
və s. faktlatra aydınlıq gətirəcəm.
Hər şeydən əvvəl
onu qeyd edim ki, Oğuz (ĞZ) rəmzi qədin Misir mənbələrdə “KZ” kimi yazılırdı və
“həyat enerjisi”, yəni İlah, ilkin materiya mənasında qeyd olunurdu. Yunan
mifologiyasında Oğuz rəmzi “Xaos” kimi qeyd olunur və ilkin materiyanın təbii,
hələ “açılmamış” vəziyyətini bildirir. Oğuzun keçirdiyi rituallardan sonra isə
Xaos açılır və göylərdə El, yəni “Dünya” – Göytürk xaqanlığı (İş Oğuz) yaranır.
Türk mənbələrində göydə yaradılmış bu El həm də “Doqquz Oğuz” ölkəsi adlanır
ki, qədim Misirdə bu rəmz – “Enneadanın Doqquz Allahı” kimi keçir və kosmik
İnsan-Allah olan Atumu (Adəm) bildirir. Başqa sözlə, “Doqquz Oğuz” ölkəsi elə qədim
Misirin Atum Allahıdır və onun “bədəni” də göyləri tutmuş kosmik varlıqdır.
Şumer mənbələrində bu Allah - “Luqal” kimi keçir ki, bu da islamın “Allah” rəmzi
ilə eyni mənalıdır. Belə çıxır ki, Oğuzun obrazı elə İslamın “Allah”, qədim mənbələrdə
isə, yer kürəsini öz “bədəni” ilə əhatə etmiş böyük İnsan-Allah obrazında olan
Atum Allahının obrazıdır.
Qədim Misir mənbələrində, firon
(pir) Amonun Gel şəhərində (Geliopol) “Dünya” yaratması geniş təsvir olunur.
Türk mənbələrində Gel şəhərində yaradılmış bu Doqquz Oğuz ölkəsi Xallux (Xel/Gel-İlax/İlah)
bəglərinə aid edilir. Rəvayətə görə,
Xallux – “Doqquz Oğuz” (tuquzquz) ölkəsinə keçəndən sonra Yabaku, onun tayfası
isə Yabaqu-Xallux adlanmağa başlandı (В.В.Бартольд, Сочинения, VIII cild,
M.,1973, səh. 42). “Yabaku” rəmzi qədim dilçilikdə və sufizmdə “Ya-Bəg” mənasında
sufizmin “Bəqa” səviyyəsinə yüksələrək, İlahla vəhdətə nail olmuş bəglərə aid
edilir. İç Oğuzun bu türk (qədim mənbələrdə teurq) bəgləri Gel elindən olduğu
üçün, qədimdə Oğuz yox, əvəzinə Çigil, yəni İç-Gel adı işlənirdi (В.В.Бартольд,
Сочинения, II cild, M.,1963, səh.578). Kitabi Dədə Qorqudda, Taş Oğuzda İç
Oğuzun yaradılması – “Oğuzun içində Tamam vilayəti zahir olmuşdu” cümləsi kimi
qeyd olunur ki, buradakı “Təmam” (TMM) rəmzi – qədim Misirin “Atum” (TM) rəmzi mənasındadır.
Qədim Misir mənbələrində, İç Gel, yəni göydə yaradılmış Göytürk xaqanlığı –
Yuxarı Gel kimi keçir. Taş Oğuz isə burada Aşağı Gel kimi qeyd olunurdu. Bu isə
o deməkdir ki, Xalluxun “Doqquz Oğuz” ölkəsinə keçəndən sonra “Yabaku”
adlanması , onun Bəqa səviyyəsinə yüksəlməsi və bu səviyyədə Allaha çevrilməsi mənasındadır. Çünki,
sufizmdə bəg/bəqa rəmzi İlaha, ilkin materyaya qovuşma, Allahda olma və s. mənasındadır.
Çin mənbələrində Xallux tayfa adı Qolelu, Kololu kimi
məlumdur (L. Qumilyov, «Qədim türklər», B., 1993, səh.100). Qolelu/Kololo rəmzləri
sufizmdə xəlil/xulul rəmzi ilə eyni mənalıdır ki, “xulul” rəmzi islamda “ittihad”
– “birləşmə”, “axma”, “tökmə” və s. mənasını verir. İttihad iki mənada: insani
və İlahi mahiyyətlərin birləşməsi (ittihad əl-ləhut bi-n-nasut) və sufinin, vəhy
zamanı ruhunun və ürəyinin Allahla birləşməsi (fəna, bəqa) mənasında işlənir.
Mahiyyətcə eyni olan bu rəmzlərin fərqi ondadır ki, sufi - bəglik, yəni bəqa səviyyəsinə
müvəqqəti daxil olub çıxırsa, insani və İlahi mahiyyətlərin birləşməsi (ittihad
əl-ləhut bi-n-nasut) zamanı sufi birdəfəlik Allahla vəhdət təşkil edir, yəni o
bəgə çevrilir ki, bu zaman o ilkin materiya ilə əbədi birləşir. Deməli, Xallux/Xulul/Qolelu
rəmzləri - insani və İlahi mahiyyətlərin birləşməsi, ilkin materiyanın insan bədəninə
axması, tökülməsi, yəni insanın Allaha çevrilməsi deməkdir. Başqa sözlə,
Yabaqu-Xallux tayfası - Bəg-Xəlil mənasında İlahla, ilkin materiya ilə vəhdət təşkil
edən Allahın törəmələridir.
Digər tərəfdən, “yabqu” (Ya Bəg) - karluk
şahlarının titulu sayılır. Karluk rəmzi sufi-batinilərdə “Qor-İlax” mənasında qədim
Misirin Qor fironları (pirləri) nəslinin İlahla vəhdəti mənasındadır. Bu xalq İran
yazılarında Xallux, Kalluk kimi də yazılır. Karluqların baş bəgi eyni zamanda “başbuq”
adlanır və mənbələrdə bildirilir ki, xaqan Tarduşlara “yabqu” titulu ilə “başbuq”
təyin etdi. Digər yerdə isə nəzərə çatdırılır ki, Baz-xaqanın xalqı Doqquz-Oğuz
xalqıdır. Bunlar isə o deməkdir ki, İlahla vəhdətə nail olub, Allaha çevrilmiş
Yabaqu-Xalluxlar – Doqquz-Oğuz ölkəsi olan Göytürk xaqanlığının, burada
ölümsüzlük qazanmış xalqıdır.
Mənbələrə görə, Şərqi karluklar gellərdir və alimlərin
çoxu gelləri və Qolelu tayfasını karluk hesab edirdilər (L. Qumilyov, “Qədim
türklər”, B., 1993, səh.473). Şəhrəstaniyə görə, İsfahanda qaliləri, yəni gelləri
- xürrəmilər və ya kuzilər (oğuzlar) adlandırırdılar (Z. Məmmədov, “Azərbaycan
fəlsəfəsi tarixi”, B., 1994, səh.31). Bu o deməkdir ki, qədim oğuzlar – xürrəmilər
və gellər olmuşlar. Sufi məntiqində və mənbələrdə karluk rəmzi, türklərin ölüm
şahlığının xaqanı olan “Erlik” rəmzi ilə eynidir və altayların inamına görə
Erlik (Kilar/Gilar/Cəlair), insanlara şamanlığı və qamlamanı öyrətmişdir. Başqa
sözlə Erlik – ilk dəfə ekstatik durumda bəqa səviyyəsinə yüksəlmiş firon Amonun
obrazıdır.
Xulul/Xəlil/Qolelu rəmzləri eyni zamanda İsa peyğəmbərin
adının qarşısında Qalil, Qalileyli kimi durur. Belə çıxır ki, İsa peyğəmbər də
bilavasitə bu nəslə, yəni Xəlil xanəsinə aiddir. Sufilərin yaşadığı yerin “xanəgah”
adlanması da bilavasitə xanə/kana/kün rəmzi ilə bağlıdır və Xəlil xanəsi Əhdi-Cədiddə
Kana Qalileyski kimi yazılır və İsa peyğəmbərin suyu şəraba çevirdiyi yer kimi
göstərilir.
Yazdıqlarımızdan belə çıxır ki, Oğuz eli
xristianlıqla bağlıdır və mənbələr də təsdiq edir ki, Albaniyada xristianlar
yaşamışlar. Zəkəriyyə Qəzvini (XIII əsr.) oğuzları xristian saymışdır.
Yazılanlara görə, onların şimal qoşuları olan kimakların ölkəsində qaya
olmuşdur ki, onda adam ayağının, dizinin və uşaq ayağının izləri var idi.
Oğuzlar onu İsa peyğəmbərə aid edib, bu izlərə səcdə edirdilər (В.В.Бартольд,
Сочинения, II cild, I hissə, M., 1963, səh.565). Mənbələrə görə, İssık-Göl ətrafında
yaşayan köçəri çigillərin (İç gellər) arasında da xristianlar olmuşdur (orada,
səh.36). Müsəlman yazıçılarının məlumatından aydın olur ki, ümumiyyətlə,
Türküstanın çox şəhərlərində, xristian kilsələri var idi. Tarixçi Qranovskiyə
görə, türk sultanı xristian ordusunun hesabına öz qüdrətini saxlamışdı. Qərbdə
yayılmış rəvayətə görə isə, Monqol ölkəsinin daxilində xristian dövləti
olmuşdur və onun da başında keşiş İvan durmuşdur. Monqol ölkəsinin daxilində
xristian dövlətinin olması, yadımıza, “Oğuzun içində Təmam vilayətinin zahir
olması”nı salır. Belə çıxır ki, Monqol (Amon-Gel) ölkəsi burada Taş Oğuz, onun
içində zahir olmuş Təmam vilayəti isə xristian ölkəsidir (İç Oğuz). Bu isə o
deməkdir ki, qədim mənbələrdə xristian ölkəsi dedikdə - oğuzların göydə, ilkin
materiyada yaratdıqları ruhlar dünyası, cənnət başa düşülməlidir.
Xristian rəmzi Xor/Xoris rəmzindən yaranmışdır ki,
qədim Misirdə Xor/Qor Allahı - Asar/Osiris Allahının oğlu sayılır və axlrətlə əlaqələndirilir.
Qor rəmzi yunanlarda Allah mənasını verən “Kurios” kimi yazılır. Əhdi-Ətiqdə
“Kurios” rəmzi həm Allaha və həm də insanlara aid edilir. Oğuzların mənbələrdə
eyni zamanda “xürrəm” adlanması da onu göstərir ki, xürrəm dedikdə də Xor-İrəm,
yəni Xor/Qor Allahının İrəm bağı mənasında olan cənnət (İç Oğuz) əhli başa
düşülməlidir. Kitabi Dədə Qorqudda bu asilər “su altında Mənəm Allah deyə
qışqırırsa”, rus mənbələrində bu ölümsüz ruhlar – yarıinsan, yarıbalıq kimi
göstərilir və “rus, rusiç” adlandırılır. Şumer-Akkad mifologiyasında yeraltı
dünya okeanının Allahı Enkinin yol yoldaşı olan bu yarıinsan, yarıbalıq varlıqlar
- Kululu adlanır. Kululu rəmzinin Xulul rəmzi ilə eyniliyi, onu deməyə əsas
verir ki, bu “su altında yaşayan Allahlar” İlahla vəhdətdədirlər. Bu Allahların
“rus” adlanması isə, onların eyni mənalı Asar/Osiris Allahları olması deməkdir.
Türklərdə Oğuz rəmzi - xaqanı, onun elini, tayfasını
və s. bildirirsə də, Əhdi-Cədiddə bu rəmz “aqios”, “aqiazo” və s. kimi yazılaraq
“müqəddəs” mənasını verir. Krutiskoy və Kolomenski Yuvenali mitropolitinin
nitqində bildirilir ki, bu kitabda “aqios” (230 dəfə) və
“aqiazo” (27 dəfə) rəmzləri – “osios” və “ieros” (rus/asar) terminləri ilə eyni mənada keçir. Əhdi-Ətiqdə
isə “müqəddəs” mənasında işlənən Oğuz/aqiazo/aqios rəmzləri əvəzinə “kodeş”,
“kadiş” rəmzləri yazılır ki, bu da islamın “kuddus” (müqəddəs) rəmzidir. Əhdi-Ətiq
sitatlarında Oğuz/aqiazo rəmzləri ilə eyni mənalı “osios” (İisus/İsa/asi) rəmzi
– “Kodeş İsrael” (Kedosh Yisrael), yəni “Müqəddəs İsrail” sözünün
ekvivalentidir ki, onu Əhdi-Cədid müəllifləri Xristə və ya Allaha aid edirlər. Burada
əsas məsələlərdən biri də odur ki, “müqəddəs” sözü Əhdi-Cədididə əsasən Allaha
və tez-tezdə Allah ruhuna aid edilir. Eyni zamanda bu sözlər xristianlara aid
edilir və əsasən də buna həvari Pavelin naməsində rast gəlmək olar. Mənbələrdə
xristian müqəddəsləri – “aqi”, “aqiya” adlandırılır ki, bu ifadə Əhdi-Ətiq
köklüdür və “Allaha qulluq və onu şöhrətləndirmə üçün ayırılmışlar” mənasındadır
və s. (Доклад
Митрополита Крутицкого и Коломенского Ювеналия, sayt: http://www.orthodox.spbu.ru/kanoniza.htm). Aqi/Aqiya rəmzləri isə Oğuz türklərinin “ağa”
sözüdür və bu rəmz qədim Misirdə “Axa” kimi qeyd olunurdu və axirətdə gələn
Mehdiyə aid edilirdi.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, “Oğuz” -
İlahla, yəni ilkin materiya ilə bağlıdır və buna görə də müqəddəs sayılır. Bu
müqəddəslik də bilavasitə İsrailə aid edilərək “Müqəddəs İsrail” kimi mənalandırılır.
Lakin buradakı İsrail ölkəsinin, bu günkü İsrail ölkəsinə heç bir aidiyyəti
yoxdur. Sufi-batinilərdə İsrail/İzrail rəmzləri Asar/Azər Eli mənasında bu
günkü Azər Elinə - Azərbaycana aiddir və bu müqəddəslər də Azəri/Xəzər türk
seyid-bəgləridir. İsrail rəmzinin qarşısındakı Kadeş rəmzi həm də Qüds rəmzidir
və mənbələrə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlanmağa
başladı (М.Хоренаци, Книга I, 60). Başqa sözlə, Oğuz eli dedikdə Azərbaycan ərazisində
- qədim Kadus elindəki Gel şəhəri başa düşülməlidir ki, bu rəmz altında mənbələr
Gelarküni ərazisini nəzərdə tuturlar. Gelarküni-Sünik eli qədim mənbələrdə
Albaniya adlanır və mənbələrə görə, məhz burada müqəddəs Atalar – Atalar
monastırı və ölümsüzlük üçün “səhra” tikmişlər. Bu isə o deməkdir ki, məhz
Gelarkünidə müqəddəs Atalar - İç Oğuzu, Göytürk xaqanlığını, xristian dünyasını,
yəni cənnəti yaratmışlar. Bütün Albaniya və Ermənistan tarixi də məhz
Gelarkünidə tikilmiş bu İç Oğuz dünyasına həsr olunmuşdur.
Mənbələrdə Albaniyanın, Lpiniyanın, və Çolanın
katalikosu - Alban katalikosu adlandırılır. Buradakı Kata-likos rəmzi də
kuti/xuda və el-kos, yəni Oğuz eli rəmzlərindən ibarətdir və ümumilikdə bu rəmz
“Oğuz elinin Xudası, yəni Allahı” fikrini ifadə edir. Qeyd etmək yerinə düşər
ki, rusların “Allah” mənasını verən “Qospod” sözü də “Aqios Pta”, yəni “Oğuz
Yafət”, “Müqəddəs Yafət” deməkdir və bu
rəmz “Pta Sak” mənasında olan “padişah” rəmzi ilə eynidir. Deməli, mənbələrdə
padişah deyəndə - Qospod, yəni Allah nəzərdə tutulmalıdır. Erməni yazılarında
Qospod rəmzi Patqos kimi də yazılır və bu rəmz Xazr, yəni ölümsüzlük qazanmış
Xızır rəmzi ilə eyniləşdirilir (Xazr Patqos). Qospod rəmzi ilə eyni olan Patqos
rəmzi digər yerdə Padqosakan kimi də
qeyd olunur ki, buradakı “akan” rəmzi ən qədim mənbələrdə kan/kün/hun/kənan və
ya enki/anx/nuh/nunki və s. kimi də yazılır və eyni məna verir.
Bütün bunlar o deməkdir ki, türklərin əcdadı olan
Oğuz Xaqan – bu dünyanın tək Allahıdır. Bu Tək Allahımız, Cəddimiz və Xaqanımız
müxtəlif rəmzlərlə adlansa da, Onun adı Napatlı (Niftalı) Əmandır (Amon).
Kitabi Dədə Qorqudda pirimiz Əman – “Bəkdüz Əman” kimi qeyd olunur ki, buradakı
“Bəkdüz” rəmzi sufi-batinilikdə “tərikənin Bəqa səviyyəsinə yüksələrək, ölümsüz
Ba (Bəsmələ) ruhuna çevrilmiş müqəddəs” deməkdir. Bu Müqəddəs Allahın vətəni Azərbaycan,
Ərşə ucaldığı yer isə Tolis (Talış) Allah dağlarındakı Gel elidir. Bu haqda daha
geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran”
kitabında və məqalələrimdə verilmişdir.
Firudin
Gilar Bəg
Best Online Casino Site in India - ChoeCasino
ОтветитьУдалитьChoeCasino - the best หารายได้เสริม Online Casino website 메리트 카지노 고객센터 in India! Sign up and deposit ₹60 free to play slots, table games 카지노 and live casino games.