Bu
gün hər bir xalq özünün və dilinin qədimliyini sübut etməyə çalışır. Bəs həqiqətdə
dünyanın ən qədim dili hansı dildir? Bu suala cavab tapmaq üçün, dillər haqqında
əsas məlumat verən Tövrat kitabına müraciət etmək lazım gələcək.
Tövrat
yazır ki, əvvəl yer üzündə bir xalq və onların bir dili var idi. Onlar Şərqdən
gələrək Senaar (Şinar) torpağında düzənlik tapdılar və orada, başı göylərə
çatan qüllə tikməyə başladılar. Allah insan oğullarının tikdiyi bu qülləyə
baxmaq üçün gəldi və insanların ikinci belə bir qüllə tikilməsinin
qarşısını almaq üçün onların dillərini dəyişdi və dünyaya səpələdi (Библ., Быт.,11:1-9). Quran, bu ilk
dilin sahibi olan xalq haqda yazır:
“İnsanlar bir ümmət idilər, Allah müjdəçiləri və xəbərçiləri peyğəmbər olaraq
göndərdi və aralarındakı anlaşılmazlıqları aradan götürmək üçün kitab göndərdi
və insanlar bununla da ayrıldılar” (Quran, 2:213, 22:74). Bir ümmət olan
insanların ayrılması onu göstərir ki, onlar Babil qülləsini tikib, ayrılıblar. Bu
o deməkdir ki, Şərqdən gələnlər adi insanlar yox, müjdəçilər və xəbərçilər nəslidir
və Quran onları peyğəmbərlər nəsli adlandırır. Quranda, bu nəslə eyni zamanda
kitab göndərilməsi də qeyd olunur ki, bu kitabın da hansı kitab olması da çox
maraqlıdır.
Əvvəl ondan
başlayaq ki, ən qədim Misir mənbələrində Şərq dedikdə - Allahların doğulduğu
ölkə başa düşülür. Məşhur sufi alimi Şihabəddin Yəhya Sühravərdi fəlsəfəsi əsasən
Şərqin axtarışına həsr olunub ki, bu fəlsəfədə Şərq yerdə yox, göylərdə - ruhun yarandığı yerdə yerləşir.
Sühravərdi fəlsəfəsində Şərq - göydəki ruhlar dünyası – ilkin materiya
mənasındadır («Световой человек в Иранском суфизме», sayt: http://www.metakultura.ru/vgora/ezoter/korben.htm). Bu o deməkdir ki, Tövratda, Şərqdən gələnlər
dedikdə - göyləri təşkil edən ilkin materiyadan yaranmış varlıqlar başa
düşülməlidir. Şumer, Mesopotamiya və s. mənbələrində şahlığı göydən endirilən padişahlar
nəsli haqda çox yazılır və burada onlar, indiki insanların əcdadları hesab
olunan ilk insanlar kimi təqdim olunurlar.
İkincisi, burada vahid dildən söz açılır ki, araşdırıcılara görə, Babil qülləsi tikilənədək
insanların dili - “quş dili”nin təmiz forması olmuşdur (Sayt: http://angel.org.ru/2/sohravar.html). Anri Korbenə görə bu - mahiyyətin
dilidir, təmiz varlığın dilidir, məhz bu dil vasitəsi ilə daxili və ruhi varlıqlar, digər daxili və ruhi
varlığa, öz varlığının keyfiyyəti haqqında informasiya verir. Başqa sözlə,
Korbenə görə də vahid dil, bütün varlıqların təşkil olunduğu ilkin materiyanın
“dilidir”. Bu “dili” isə təbii halda
peyğəmbərlər qəbul edə bilir (Абу Хамид аль-Газали, «Воскрешение наук о
вере» М.,1980, стр. 209,210,309). Bu isə o deməkdir ki, göydən gələn və vahid dildə
danışan padişahlar və peyğəmbərlər nəslinin vahid dili də, göylərin, yəni ilkin
materiyanın dilidir. Tövratda vahid dil – “safa əhət” kimi səslənir ki, bu da
ilk vahid dilin elə safa, yəni sufi (sofi) dili olması deməkdir. Sufizmdə bu
dil rəmzi mənada qəbul olunur və sufi pirinin ekstatik durumda getdiyi tərikə
yolu mənasında qamlıq, şamanlıq məqamıdır.
Deməli, Şərqdən
gələn və vahid dildə danışanlar – ilkin materiya ilə vəhdətdə olan peyğəmbərlər
nəslidir və onların dili də ilkin materiyanın, yəni sufilərin “Hu” adlandırdığı
İlahın dilidir. Bu ilk insanlar kitabla gəlmişlər ki, biz bu kitabın hansı
kitab olmasını da aydınlaşdırmalıyıq.
Qədim yəhudi
mətnlərinı görə – “Dünya”nın yaradımasında əsas vasitə Tövrat kitabı olmuşdur və
buna görə də bu kitab “Müqəddəs Ustanın silahı” adlandırılır. Tövrat deyir: “Mən
dünyanın yaradılışı zamanı Aşem üçün baş plan idim. Yaradılışın altı günü Aşem
məni Öz qarşısında tutmuşdu... O yazılara baxıb, yaradırdı” (Sayt: https://toldot.ru/articles/articles_1413.html). Belə çıxır
ki, Allah dünya yaradanda məhz Tövrat kitabına baxıb yaradırmış. Başqa sözlə,
Tövrat kitabı - Babil qülləsinin tikilməsindən əvvəl göndərilmiş ilk kitabdır.
Yəhudilərin Talmud kitabına görə, Tövrat, “Laşon akodeş” adlanan və “müqəddəs dil” mənasında
olan qədim yəhudi dilində yazılmışdır. Yəhudi müdriki Mar Zutra (Mar Ukva)
bildirir ki, Tövrat, əvvəl müqəddəs dildə verilmiş, lakin, Ezranın dövründə,
Aşuri əlifbası ilə aramey dilində yazılmışdır. Nəticədə İsrail, Aşuri yazısını
özünə yazı sistemi kimi qəbul etmişdi. Yazı ona görə Aşuri adlanır ki, yəhudilər
onu Assuriyadan özləri ilə gətirmişlər. Tövratın müqəddəs dildə verilməsi –
onun ekstatik dildə ilk insanlara çatdırılması mənasındadır. Bu o deməkdir ki,
İlahla vəhdətdə olan ilk insanların bu kitabı – ilkin materiyanın düşünən hissəsidir
ki, Fərabi
bunu fəal ağıl adlandırır. Sufizmdə bu – tərikə yolunun Bəqa səviyyəsi adlanır
ki, bu səviyyədə ilkin materiya informasiya şüalandırır. Bu zaman fəal ağıl
insana istənilən informasiyanı “başa salır”. Deməli, müqəddəs dil deyəndə,
ilkin materiya və onun düşünən hissəsi nəzərdə tutulur və onu “oxuyan”, yəni
ekstatik durumda ondan informasiya alan insan, bütün elmləri ən kamil şəkildə dərk
edir.
Yazdıqlarımızdan belə çıxır ki, ilk insanların müqəddəs dili - onların
eksatik durumda ilkin materiyadan informasiya almaları mənasındadır. Onlar, “müqəddəs
dildə” qəbul etdikləri elmi, Ezranın dövründə Aşuri (Assur) əlifbası ilə aramey
dilində yazdılar. “Ezra” rəmzi qədim dilçilikdə və sufizmdə Azər/Asar/Assur
rəmzləri ilə eyni məna verir. Deməli, Ezra
(ZR) dövrü dedikdə - Azər, yəni Assur/Osiris Allahları nəslinin yaşadığı dövr nəzərdə
tutulur. İsay (Yeşay) peyğəmbər, kitabında Assur/Ezra haqda yazır: “Bu
Xaldeya torpağıdır. Bu xalq əvvəl yox idi; səhra əhlindən olan Assur ona
başlanğıc verdi. Onlar öz qüllələrini yaradır, təntənəli imarətlərini
dağıdaraq, onu xarabalığa çevrirlər (Библ.,Исая, 23:13). Bu o deməkdir ki, vahid dildə danışan ilk
insanlar Assurlardır və onlar ilkin materiya səhrasından gəlib, Xaldeyada Babil
qülləsi tikmiş, sonra isə onu, rəmzi mənada “xarabalığa” çevirmişlər. Burada
ilk insanların Babil qülləsini tikdiyi yer Xaldeya, Tövratda isə Senaar/Şinar adlanır.
Assuralogiyanın banilərindən olan
Arçibald Seys - Şinar rəmzini, yunanların Sinqar adlandırdığı Sngr (Sanqara),
Sanhar/Sankhar rəmzləri ilə eyniləşdirir. Sngr rəmzi, sufizmdə Sünik-Ur kimi
açılır və Alban mənbələrində Sünik torpağı Süni (Süni+Ur=Senaar) kimi də
yazılır. Alban mənbələrində müqəddəs Ataların Sünikdə “səhra” tikmələri açıq
yazılır (А.Даврижеци,
«Книга историй», М.,1973, böl. 24,51). Ur rəmzi isə Əhdi-Ətiqdə Xaldeya Uru adlandırılıb,
Xaldeya ölkəsinə aid edilir. Başqa sözlə, Sinaar/Şinar torpağı elə Albaniya
torpağı olan Sünik torpağıdır və Babil qülləsi də qədim Albaniya, indiki Azərbaycanın
Xilat (Xaldeya) torpağında tikilmişdir. Məhz burada, Allah - ilk insanlar olan
Assurların, yəni Azərilərin dillərini dəyişib, onları dünyaya səpələmişdir. Assurların qədim Azərilər olması haqda mən bir məqaləmdə geniş yazmışam
(http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html).
Yazdıqlarımzdan belə çıxır ki, Şərqdən gələn və ilk müqəddəs dildə, yəni
ilkin materiyanın “dilində” danışan Assur/Azərilər, Tövratı – “müqəddəs dildə”
qəbul edib, qədim Assur yazısı ilə, aramey dilində yazmışdır. Aramey dili - müqəddəs
dil olan ekstatik dillə, adi dillər arasında keçid rolu oynayır və rəmzlər dili
mənasındadır. Mənbələrə görə, aramey dili xalqlara yox, bilavasitə xaldeylərə
verilib və onlar haqda deyilib: “Budur, xaldey ölkəsi xalq olmayacaq”. Deməli,
aramey dili - Babil qülləsi tikiləndən sonrakı, lakin insanların hələ öz dili
olan xalqlara bölünüb, dünyaya səpələnməsindən əvvəlki dildir. Xaldeylərin xalq
olmamaları da, onların padişahlar və peyğəmbərlər nəsli olmaları, onların dillərinin
isə - sonradan yaradılmış 70 dildən fərqli, xüsusi rəmzlər dili olması deməkdir.
Sufi-batinilərdə “aram” (RM) rəmzi, “mar” (MR) rəmzi ilə eyni mənalıdır.
Başqa sözlə, aramey dili elə mar, amoreylərin, yəni Midiya maqlarının, xaldeylərin
dilidir. Bu dil həm də “tarqum dili” adlanır ki, batinilikdə “tarqum” rəmzinin
kökü olan “tarq” (TRQ) rəmzi, qədim Assurda, Misirdə “teurq” (TRQ) kimi işlənərək, “göydə qurbanla Allah yaradan maqlar” mənasını
verir. Əgər biz “teurq” (TRQ) rəmzinin, sufilərin “tərikə” (TRK) rəmzi ilə
eyniliyini nəzərə alsaq, razılaşarıq ki, tarqum dili – sufilərin tərikə yolunu
gedənlərin, yəni sufi türklərin dilidir. Bu dil, 70 dildə yazılmış mətnlərə təfsir,
şərh, daha döğrusu təvil verən xüsusi dildir. Onun mənası – mistik fikirlər,
ideyalarla bağlı batini mənadır. Tövratın bu dilə xüsusi hörmət göstərməsinə
görə, bu dil həm də gələcək dünyanın ən ali səviyyəli dili hesab olunur (М.
Носовский, «Адам говорил по-арамейский», sayt: http://berkovich-zametki.com/AStarina/Nomer10/MN47.htm). Bütün bunlar o deməkdir ki, şahlığı göydən endirilmiş Assur xaldeylərin,
teurqlarının aramey dili – Xilat atabəglərinin Türk dilidir.
Yazdıqlarımızdan belə çıxır ki, aramey,
yəni türklərin tarqum dili o vahid dildir ki, Babil qülləsi tikiləndən sonra,
Allah bu rəmzlər dilini dəyişib, ondan 70 dil yaratdı və bu dilləri insanlara
verib, dünyaya səpələdi. Qədim Misir yazılarında bildirilir
ki, “Dünya”nı yaradan Allah, əvvəl Osiris, yəni Assur/Azər Allahını – dünyaya
hakim kimi yaratdı. Sonra isə Seti və onun obrazında olan 72 dostunu (rəmzi mənada
xalqı) xəlq etdi. Osiris Allahının adının Asar/Assur/Azər kimi yazılışı və bu
xalqın bilavasitə Midiya marları, teurqları olması haqda mən kitab və məqalələrimdə
çox yazmışam.
Mənbələrə görə, aramey dilində ilk danışan Adəm olmuşdur. Lakin Adəmin
bu sufi dili, özündə bütün 70 dili birləşdirir. Aydın məsələdir ki, bu da dillərin
samitlər qanunu əsasında mümkün olmuşdur. Adəmin aramey dilində danışması, həm
də onun məhz türklərin əcdadı olması deməkdir. Qədim Misir mənbələrində Atum
Allahı adlandırılan Adəm, təkcə Misir yazılarında yox, sufi ədəbiyyatında da
yaradan Allah – Haqq adlandırılır. Sufi-batinilərdə Adəm - kosmik
İnsan-Allahdır ki, Mühiddin ibn Ərəbi bu nəhəng insanın yaradılışı haqqında
“Füsusül Hikəm” kitabında söz açır. Kitabi Dədə Qorqudda məhz bu Türk bəg-ərənləri
- “Adəmilər əvrəni” (“Adəmilər yəhudisi”), yəni Adəmin seçilmiş xalqı
adlandırılır (“Kitabi - Dədə Qorqud”,
B., 1988, səh.80). Mən - “Qurandakı İsrail oğulları – Azəri Türk bəyləridir”
adlı məqaləmdə göstərmişəm ki, mənbələrdə “İsrail oğulları” rəmzi altında pirlər,
bəglər, seyidlər, şıxlar və s. Azəri Türk müqəddəsləri nəzərdə tutulur
(http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html).
Yekun nəticə
kimi onu deməyə tam haqqımız çatır ki, dünyanın ilk dili – Türk dili olmuşdur.
Bu dil, göydən gəlmiş ilk insanların ekstatik dilinin rəmzlərlə, yəni hərflərlə
ifadəsidir və burada hər bir səs – ilkin materiyanın qanun və qüvvələrinin təcəssümü
kimi çıxış edir. Bu dildə yazılmış qədim dualar, alqışlar, cadular və s. magik
mətnlər ona görə həyata keçir ki, buradakı hər bir hərf – Rəhman Allah tərəfindən
sistemləşdirilmiş göylərin qanunlarına uyğun gəlir və buna görə də Allahın
sanki əmri mənasında həyata keçir və s.
Bütün bunlar
haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum
Batini-Quran kitabında və məqalələrimdə verilmişdir.
Firudin
Gilar Bəg
Комментариев нет:
Отправить комментарий