Xaç
sözünün, indi özünü "erməni" adlandıran insanlara qətiyyən aidiyyəti
yoxdur. Həmişə xüsusi qeyd etdiyim fikri yenə bildirirəm:
Misir yazılarına görə iki növ insan yaradılıb. Kamil insan nəsli olan pir, bəg,
seyid, şıx və s. qədim Osiris/Asar (Azər) nəsli və adi insanlar nəsli. Erməni
tarixçisi M. Xorenatsi qeyd edir ki, müqəddəs yazıların adi insanlara aidiyyəti
yoxdur və eyni fikir yəhudi, ərəb, hind və s. mənbələrdə də xüsusi vurğulanır.
Erməni tarixinin bilavasitə
yəhudilərə, yəni Xəzər (Azər) türk bəglərinə aid olmasını sübut etməyə ehtiyac
yoxdur. Bu artıq məlumdur. Bu mənbələrdə
Haylar dedikdə də, ilahi nurla vəhdət təşkil edən müqəddəslər nəsli, yəni Asar/Osiris
nəsli nəzərdə tutulur. Birdəfəlik bir məntiqi başa düşmək lazımdır. Sufilərə
görə, adi insanın həyatı heyvanın həyatından fərqlənmədiyi üçün, onlar
mənbələrdə “heyvani insan” adlandırılırlar. Bunları mən demirəm. Dünyanın ən
müdrik sufiləri, alimləri deyir. Mən onların fikirlərini oxucuların nəzərinə
çatdırıram. Əgər Əhdi-Ətiqdə adi insan it və donuzla əlaqələndirilirsə, Hind
mənbələrində adi insan yeddi ev heyvanlarından biri sayılır.
Qədim Asar nəsli isə adi
insandan onunla fərqlənir ki, o ilkin materiya (dirilik suyu, ilahi od, ilahi
nur və s.) ilə vəhdət təşkil edir. Misal: Seyid - öz sözü və istəyi ilə təbiətə
aktiv təsir edə bilir və bu, onun ilahi enerji olan ilkin materiya ilə vəhdəti
hesabına baş verir (sufizmdə “Vəhdət əl Vücud” rəmzi). Bu İlahi nuru sufilər eyni zamanda "Hu",
yəni Allah kimi də qəbul edirlər. İlahi nur eyni zamanda həyat verir və buna
görə də “həyat” sözünün kökü olan "Həyya" rəmzi də süfizmdə
dirilik suyu, ilahi od anlamında qəbul edilir. Kitabi Dədə Qorquddakı “Hey-Hey”
alqışı da "həyat olsun", “yaşasın” anlamındadır.
“Həyya”, “Hu” rəmzinin kökü
“H” samitidir ki, mənbələrdə bu rəmz Oq, Ok, Oğ, Ka və s. kimi də yazılır və
ilahi nuru bildirir. Erməni mənbələrində bu rəmz Aqu kimi yazılır və Albaniyaya
aid edilir. Kitabi Dədə Qorqudda bu rəmz Oq kimi yazılır və Oğuz fikrini ifadə
edir. Deməli, Albaniya elə Oğuz eli deməkdir. Kitabi Dədə Qorquda görə Oğuz eli
və bu eldəki hər şey qanlıdır, yəni qanla yaradılmışdır. Bu kitaba görə, Oğuzun
içində Tamam vilayəti zahir olmuşdu ki, bu da yerdəki Oğuz elinin göylərində
qurban ruhlarından zühur etmiş İç Oğuz deməkdir. Bu o deməkdir ki, İç Oq, yəni
İç Oğuz dedikdə göydə yaradılmış ruhlar dünyası – cənnət başa düşülməlidir. İç
Oq rəmzi digər mənbələrdə Çoqa, Koç, Xaç və s. kimi də yazılır ki, sufizmdə
bunlar İç Oğuz rəmzi ilə eyni məna verirlər.
Xaç işarəsi ən qədim Misir,
Şumer və s. rəsmlərində də həyat enerjisi mənasını verirdi. Göydə yaradılmış
cənnət mənasında olan Xaç, mənbələrdə “Həyat ağaçı”, “Dünya ağaçı” da
adlandırılır. Rəsmlərdə, bu ağacın budaqlarında ölmüş insanın ruhları
ölümsüzlük qazanmış ruhlar (quş obrazı) göstərilir. İsa peyğəmbər mənbələrdə
Dünya ağacına “vurulur”, “mismarlanır” ki, bu da xaçın elə cənnət rəmzi olması
deməkdir. Ağac rəmzi də Xaç sözü ilə eyni kökdəndir və məna etibarilə də
eynidir.
Göydə yaradılmış cənnət
Şumer mənbələrində Tilos, Tilmun cənnəti adlandırılır. Tilos türk budununa aid
rəmzdir və Talış dağlarında yaradılmışdır. Bu dağ türk mənbələrində “Allah dağı”
da adlandırılır. Digər mənbələrdə bu dağ Atlas kimi də qeyd olunur ki, bu rəmz
Tilos rəmzi ilə eynidir. Atlas dağında isə Atlantlar yaşamışlar və Atlantida
dedikdə də göydə yaradılmış cənnət, İç Oğuz eli təsəvvür olunmalıdır.
Deməli, Xaç rəmzi
Albaniyanın, yəni İç Oğuzun rəmzidir və bu rəmz yalnız Asar müqəddəslərnə, yəni
Talış dağlarında yaşamış kadus/kudduslar nəslinə aiddir. Misir mənbələrində bu
müqəddəslər nəsli Qor pirlərinin, yəni Qor fironlarının nəsli adlandırılırdı.
Qor rəmzi Misir və digər məmnbələrdə Horos (Xorus) kimi də yazılırdı ki, bu
rəmzdən də Xris, yəni Xristos rəmzi yaranmışdır. Ən qədim mənbələrdə Qor nəsli
– “Qor yolu ilə gedənlər” adlandırılır və bu da onların İç Oğuzda ölümsüzlük
qazanmışlarının nəsli olması deməkdir. Sonrakı mənbələrdə “Qor yolu ilə
gedənlər” - “Xristin ardıcılları”, yəni “İisus Xristosun yolu ilə gedənlər”
adlandırıldı. İslamda bu insanlar “peyğəmbərin və səhabələrinin yolu ilə
gedənlər” adlandırılır ki, bunlar da peyğəmbərə görə 73 təriqətdən cənnətə
gedən yeganə insanlardır. Deməli, Xristianlığın Ermənistanda dövlət dini kimi
qəbul edilməsi də Ermən rəmzinin, yəni Ra-Amon Allahının göydə yaratdığı
cənnətin Qor fironları ilə bağlılığı deməkdir.
Xaçkar rəmzi Batin elmində “İç
Oğuz-Qor (Kor)” kimi izah olunur ki, bu da daşların bilavasitə İç Oğuzların Qor
nəslinə aid olması deməkdir. Mənbələrdə Qor nəsli Qarqar kimi yazılır və bu da
onların iki eldə yaşamaları mənasındadır. Yəni onlar ölənə kimi Tış Oğuzda,
öləndən sonra isə İç oğuzda Qor nəsli kimi yaşayırlar. Albanların və Oğuzların
xristian olmaları da onların Qor fironları nəslinə aid olmaları mənasındadır və
s.
İlk xristian
müqəddəslərinin mənbələrdə “Aqii” adlandırılması, onların müqəddəs Ağalar, yəni
pir, seyid, bəg, və s. Azəri nəsli olması deməkdir. Ağa (Axa) rəmzi qədim Misir
yazılarında Allahın adlarından biri qeyd olunur. Müqəddəs rəmzinin kökündə duran
kadus (kuddus) rəmzi xristian mənbələrində tərcümədə Aqioz, Aqiazo, Osios və s.
kimi tərcümə olunur ki, bu da xristianlığın oğuzlardan başlaması deməkdir.
Osios isə İisus (İsa) rəmzi kimi “ruh” mənasını verir. Kitabi Dədə Qorqudda bu
rəmzi “asi” kimi yazılır və asilər “su altında Mənəm Allah” deyə qışqırışırlar.
Bu isə o deməkdir ki, Asar (Azəri) müqəddəsləri öləndən sonra göydəki cənnətdə
Allah obrazında ömürlərini davam etdirirlər.
İstəhri yazır ki, «biz
xəritədə bu üç ölkəni birləşdirib onlara bir iqlim kimi baxırıq». Üç ölkə
dedikdə Azərbaycan, Ermənistan və Arran nəzərdə tutulur. Erməni mifologiyasında
Ermənistan cənnət kimi göstərilir. Mifoligiyaya görə, Ermənistana köçmək üçün,
insan Araqildə (Gel elində) “qanad geyib”, bu aləmə uçur. Ermənistan ölkəsinin
mənbələrdə qadın obrazında göstərilməsi də bu ölkənin ilkin materiyadan göydə
yaradılmış “dünya”, yəni cənnət mənasında olması deməkdir və s.
Bütün bunlar və yaza
bilmədiyim sonsuz sayda faktlar onu göstərir ki, xristianlıq bilavasitə Azəri
müqəddəslərindən başlanır. Mən “Batini-Quran” kitabında və məqalələrimdə
yazmışam ki, Mühiddin İbn Ərəbiyə görə xristianlıqla şiəlik eyni kökdəndir.
Araşdırmalarım da ilk xristianlığın və şiəliyin bir tayfadan başlandığını sübut
edir. Əgər nəzərə alsaq ki, xristianlıq - yəhudi sayılan İsa peyğəmbərdən
başlanır və yəhudilər də Xəzər (Azəri) türk bəgləri olmuşlar, razılaşarıq ki,
nazaret yəhudiləri elə ifrat şiələr olan nizari bəgləridir. Nizarilərin əcdadı
olan Həsən ibn Sabbahın Ələmut qalasında cənnət yaratması da onu göstərir ki,
göydəki İç Oğuz, yəni Albaniya ölkəsi məhz Azərbaycan ərazisində yaradılmışdır.
Xaç, xaçkar abidələri də məhz Azəri müqəddəslərinə aid abidələrdir.
Yazdıqlarım, mənbələrin
batini mənalarından çıxan nəticələrdir. Nəsimi - Batin Elmini Süleyman
peyğəmbərin “Quş dili” adlandırır ki, buradakı quş rəmzi də, ölən insanın
ruhunun cənnətdə quş obrazında yaşaması mənasındadır.
Firudin Gilar Bəg
www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий