Yəhudilərin Tövrat kitabı
dünyanın yaradılmasından başlanır. Bu kitaba görə, dünyanı 6 günə yaradan Allah,
yeddinci gün dincəlir. Kitabda daha sonra cənnət bağının, Həvvanın və s.
yaradılmasından danışılır. İstənilən diqqətli oxucu çox tez nəticəyə gələr ki,
burada söhbət bizim yaşadığımız fiziki dünyadan yox, hansısa başqa dünyanın
yaradılmasından gedir. Bu kitabda söhbətin nədən getdiyini anlamaq üçün, bu
kitabı yazmış müdriklərin öz məntiqlərinə müraciət etmək lazımdır. Mənbələrə
görə, seçilmişlər adlandırılan bu müdriklər gizli elmə sahib idilər və onların
xüsusi dilləri var idi. Samitlər əsasında yaradılmış bu dili sufilər “quş dili”
adlandırırdı və bu dil çox dərin mənalara malik idi. Süleyman peyğəmbərə verilmiş
bu dil gizli elm hesab edilirdi və çox az insana məlum idi ki, onlar da
uzaqlarda yaşayır və bu elmi gizli saxlayırdılar. Deməli, yəhudilərin Tövrat
kitabını yalnız quş dilini bilməklə anlamaq olar ki, bu dildə hər bir samit
eyni zamanda bir rəmz kimi çıxış edir. Firdovsi öz “Şahnamə” əsərində yazır:
“Mənim sözlərimdə tapılmaz yalan. Nə ovsun, nə əfsanə yazdım inan. Diqqətlə
oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər” (1). Bu isə o deməkdir
ki, qədim mətnləri dərk etmək üçün rəmzlərin açmasını bilmək lazımdır. Kitab və
məqalələrimdə mən çox saylı rəmzlərin gizli mənalarının açmasını vermişəm (2).
Tövratda deyilir ki, Yaqub
peyğəmbərin Allahla mübarizəsindən sonra Allah onu İsrail (İzrail) adlandırdı.
“Книга Гора или расшифровка Торы” adlı kitabımda mən göstərmişəm ki, Əhdi-Ətiq
rəvayətləri qədim Misirlə sıx bağlıdır. Ümumiyyətlə isə, Əflatuna görə bütün
mənbələrdə yalnız bir sirli hadisədən danışılır ki, bu hadisə də zamanla bağlı
yaddaşlardan silinmişdir. Bu hadisələrin mənbəyində nə olduğu haqda isə heç kim
danışmır (3). Belə çıxır ki, bütün qədim ədəbiyyat bir sirli hadisəyə həsr
olunmuşdur.
Yaqub rəmzi [QB] qədim Misir mənbələrində Qeb [QB]
kimi yazılır və göydəki dünyaya aid edilir. Geliopol kosmoqoniyasına görə,
dünyanın yaranışı bir-birini əvəzləyən hadisələrlə baş vermişdir. Mətnlərdə
bildirilir ki, firon (pir) Amon, özünü Ptah (Pta) adlandıraraq, ilkin Nun
suları adından çıxış edir və Atum Allahını yaradır. Atum öz-özündən Şu və
Tefnut cütlüyünü, yəni Hava və Nəmliyi yaradır. Onlardan isə ikinci cütlik -
Qeb və Nut, yəni Yer və Göy yaranır. Şu özü qalxaraq Qebi Nutdan, yəni Yeri
Göydən ayırır. Qeb və Nut isə öz növbəsində Osiris, İsida, Set və Neftidanı
yaradırlar. Bu mətndə Atum (Atam) dedikdə - Əhdi-Ətiq kitabındakı Adəm, Şu dedikdə
isə firon Amonun ruhu nəzərdə tutulur.
Ölüm şahlığının sahibi olan
Osiris (Asar/Oziri/Azər) [SR/ZR] Allahının adı sufizmdə Zara/Sara/İsra [ZR/SR]
və s. rəmzlərlə eyni mənalıdır. Əhdi-Ətiq lüğətində “israilli” ləqəbi -
“Zaradan (Zerah) olan” mənasını verir. Bu isə o deməkdir ki, İsrail [ZRL] sözü
Zara-El, yəni Oziri-El [ZR-L] – “Oziri/Asar/Osiris Allahının Eli” mənasındadır.
El rəmzi qədim mənbələrdə İl, Alu, Yalu və s. kimi də yazılaraq ərazini,
torpağı, dünyanı və orada yaşayanları bildirirdi. Türk mətnlərində də El rəmzi
ərazi, ölkə mənasındadır və “Moyun Çor” və s. abidələrdə türk xanı iddia edir
ki, o Tanrıda, yəni göydə olmuş və orada El yaratmışdır (4). Belə çıxır ki,
Yaqub obrazı – göyləri təşkil edən və həyat enerjisi mənasında olan ilkin
materiya (lkin Nun suları) ilə mübarizə aparan firon Amonun obrazıdır. Məhz O,
bu ilahi nurdan (ilkin materiyadan) göydə Osiris (Asar/Azər) Allahının Elini
yaratmışdır. İsrail adı da sufilərin quş dilində - “Osiris Allahının göydəki
dünyası (Eli)” mənasındadır.
Artıq məlumdur ki, qədim
mənbələrdə yəhudi dedikdə Xəzər xaqanı və Xəzər türk bəgləri nəzərdə tutulurdu.
Türk mənbələrində isə El rəmzi Oğuz elinə aid edilir. Kitabi-Dədə Qorqud
abidəsinin Vatikan variantında qeyd olunur ki, “Oğuzun içində Təmam vilayəti zahir
olmuşdu”. Bu cümlə - “bir elin içində ikinci el yaranmışdı” mənasındadır. Əgər
nəzərə alsaq ki, Oğuz eli – Tış Elə və İç Elə bölünür, razılaşarıq ki, İç Oğuz
Tış Oğuzun içində yaradılmışdır.
Kitabi-Dədə Qorqudda Oğuz
eli qanlı adlandırılır və qanlı çayın o biri sahilində yerləşir. Burada qədim
Azərbaycan şəhəri olan Dərbənd - “qanlı
Qara Dərbənd”, Oğuz ölkəsi – qanlı Oğuz eli, Oğuz bəgləri - «Qanlı Oğuz bəgləri»,
sular – «qanlı-qanlı axan sular», Oğuz elinin ordusu isə «Qan alaca ordu»
adlandırılır (5). Bu isə o deməkdir ki, İç El, yəni İç Oğuz qanla yaradılmışdır.
Qanla yaradılmış Elin nə demək olduğunu yaxşı anlamaq üçün, qanla bağlı olan
digər ölkəyə nəzər salaq. Bu ölkə mənbələrdə Rus ölkəsi adlandırılır.
Rusların
“Humayun nəğmələri” adlandırdığı nəğmələrdə deyilir ki, Rus ölkəsi qana
bulanmışdır və hər daşda qan vardır. Balaca şırnağdan qan gedərək, Ripey
dağındakı daşın altına axdı və bu daşın altından cücərti, başı göylərə çatan
böyük ağaca çevrildi. Bu ağacın kökündə ilan hərəkətdədir, budaqlarında isə
Svaroq Allahı yaşayır. “Velesin kitabı”nda da bu mənada deyilir ki, Rus ölkəsi
qanla yaradılmışdır, ona qan hopmuşdur və bu qan müqəddəsdir (6). Rus - qan
üzərində dayanır və onlar bu qanı tökmüşlər (7).
Tövratda
qan – ruh mənasında göstərilir və burada deyilir ki, “qan – ruhdur” və “bədənin
ruhu qandadır” (8). Həvariyun Pavel qeyd edir ki, “Təkcə qandan O (Allah),
bütün yer üzündə mövcud olmaq üçün insan nəslini yaratdı və müddətini,
mövcudluq ərazisini təyin etdi...” (9). Bu mətndə, kosmik insan mənasında olan
Adəmdən danışılır ki, onun bədənində, firon Amonun yaratdığı insan ruhları
ömürlərini davam etdirirlər. Belə çıxır ki, qanla yaradılmış Oğuz, Rus torpağı
- qədim Misirin Atum Allahının, yəni kosmik insan olan Adəmin (Edem)
bədənindədir.
Sufi
müdriklərinin quş dilində, sağa və sola oxunan rəmzlər eyni məna verirlər. Bu
isə o deməkdir ki, Rus [RS] və Asar [SR], yəni Osiris rəmzləri eyni mənalıdır.
Deməli, Oğuz və Rus ölkəsi – qədim Misirin Asar/Osiris Allahının göy
şahlığıdır. “Humayun nəğmələri”ndəki qan şırnağından cücərən və başı göylərə
çatan böyük ağac da göydə yaranmış dünya ağacı mənasındadır.
İezekiil
peyğəmbərin kitabında Misir və Assur ölkələri - Livan dağında əkilmiş dünya
ağacı adlandırılır. Onun kökü böyük dərya sularındadır və sonsuzluq onu
ucaldır. Buradakı hündür sidr ağacı - Edem və Allah bağının ağacları ilə
müqayisə edilir (10). Livan dağı isə mənbələrdə “ölümsüzün dağı” adlandırılır (11).
Belə çıxır ki, “Velesin Kitabı”na görə ölümsüz və əbədi olan ruslar - Livan
dağında, yəni “ölümsüzlər dağında” yaşayırmışlar. Mən - “Россия страна
азербайджанских беков или о чём повествует Книга Велеса” adlı kitabımda
faktlarla sübut etmişəm ki, qədim mənbələrdə “Rus” dedikdə indiki Azərbaycan dağlarındakı
ərazi nəzərdə tutulurdu.
Livan
[LVN] rəmzi sufizmdə El-İvan [L-VN] kimi oxunur ki, bu da “İvanın eli və xalqı”
mənasındadır. Deməli, Misir və Assur ölkələri - mənbələrdə eyni zamanda İban
kimi də qeyd olunan İvanın göydəki ölkəsidir (12). İban [BN] rəmzi Kitabi-Dədə
Qorqudda Ban [BN] kimi yazılır və buradakı “Ağ Ban” rəmzi - Ağ banlı (dam)
çadıra aid edilir (13). Çadır rəmzi altında Tövratda – “İlahinin sakin olduğu
çadır”, yəni Skiniya nəzərdə tutulur. Tövrata görə, Musa peyğəmbər qurban
vasitəsi ilə göydən İlahi od gətirmiş və ondan İlahinin sakin olduğu çadırı,
yəni Skiniyanı yaratmışdır. Skiniyanın yaradıldığı gün, bulud - İlahinin sakin
olduğu bu çadırı bürümüş və axşam üstü, Skiniyanın üstündə səhərə qədər Od
görünmüşdü.
Müqəddəs
yazılarda Od – İlahinin görünməsini bildirir (14). O Skiniyanın zühuru zamanı
göydən gəlmişdir və heç vaxt sönməməlidir. Qurbangaha qurban gətirildiyi üçün,
ora həmişə təzə qan tökülür və qurbanın buxarı da durmadan göyə qalxırdı. Qurbangahda
yanan Müqəddəs Od da həmişə qorunurdu (15). Burada qeyd etmək lazımdır ki,
qurbangahdan göyə qalxan buxar elə o buxardır (par) ki, Tövrata görə yerdən
qalxırdı və yeri suvarırdı. Məhz bundan sonra Allah Şərqdəki Edemdə cənnət
yaratdı və Adəmi də orada yerləşdirdi (16).
Bütün
bunlar o deməkdir ki, göydə qanla yaradılmış Oğuz, Rus torpaqları elə İlahinin
sakin olduğu Göy çadırı mənasındadır və bu çadır qurban ruhlarından
yaradılmışdır.
Qədim
Misir mənbələrində Ban rəmzi, ölmüş fironun Ba ruhunu bildirirdi ki, bu ruh
göyə qalxaraq orada Benu (“özündən yaranmış” deməkdir) quşuna çevrilirdi. Misir
ieroqlifi haqda traktat yazmış IV əsrin Misir yazıçısı Qorapollon, Ba ruhunu
kopt dilinə “ruh” kimi tərcümə etmişdir (17). Piramida mətnlərinə görə, qədim
şahlıqda Ba ruhları, Allahların və fironların güc və qüdrətlərinin təcəssümü
sayılırdı. Ba ruhu, firon öləndən sonra da yaşayırdı və başı, əlləri insandakı
kimi, lakin quş cildində təsvir olunurdu. Beny (Feniks) adlanan bu quşa əsasən
Geliopolda, yəni Gel şəhərində sitayiş olunurdu. Ölmüş fironların Ba ruhlarının
yaşadığı El isə mənbələrdə Ba-El, yəni Bel/Baal/Vil rəmzi ilə qeyd olunurdu. Benu/Ban/Van
rəmzlərindən isə Alban [LBN], yəni “Ban-Eli (Livan-Van Eli) rəmzi yaranmışdır.
Qədim Alban dövləti Qafqazda, indiki Azərbaycan ərazisində mövcud olmuşdur.
Deməli, qanla yaradılmış Misir, Assur dünya ağacı da, yəni Rus və Oğuz dünyası
da Qafqaz Albaniyasından “ucalmışdır”.
Bu isə o deməkdir ki, həqiqi İsrail də, yəni Asar/Osiris Eli də Qafqazda mövcud
olmuşdur. Əhdi-Ətiqdə - Adəm, qədim Misirdə isə Atum adlanan Allahın
yaradıldığı yer də bilavasitə Azərbaycandır.
Talmud
kitabına görə, Adəm - Nuhun gəmidən düşüb qurbangah düzəltdiyi yerin
torpağından yaranmışdır. O yaradıldıqdan sonra burada qurban kəsmiş, elə burada
da Qabil və Habil öz qurbanlarını gətirmişlər (18). Bildiyimiz kimi Nuhun gəmisi
Ararat dağında lövbər salmışdır. Deməli, Adəm də buranın torpağından
yaradılmışdır.
Qabil
[QBL] rəmzi sufizmdə Qaba-El [QB-L], yəni qədim Misirin Qeb-Eli [QB-L] mənasını
verir ki, digər qədim mənbələrdə bu rəmzin əvəzinə Kain rəmzi qeyd olunur. Kain
rəmzi [KN] quş dilində Knun [KNN] rəmzi ilə eyni mənalıdır və mənbələrdə
Kinun/Kün/Kənan/Xanaan və s. kimi də yazılır. Kinun [K-NN] rəmzi - ən qədim
mənbələrdə Nun-Ki [NN-K] kimi də qeyd edilir və Etemenanki (Atum-NunKi)
zikkuratına aid edilir. Şumerlilərin Nun-Ki (“Nun-un [mövcud olduğu] yer”)
adlandırdığı şəhər mənbələrdə Babil və Eridu adlanırdı (19).
Mifologiyaya
görə, Marduk Allahı Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya
qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırdı. Bu
okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında
Marduk, Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsində elə tikdi
ki, onun başı Göylərə çatdı. Deməli, Babil qülləsi – göylərdə yaradılmış
Allahlar ölkəsi ilə bağlıdır. Məşhur alim B. Turayev qeyd edir ki, klassik
yazıçılar Babil qülləsini “Belin məzarı”, yəni Mardukun məzarı adlandırırlar. O
bildirir ki, Vil (Bel, Baal) - gildən ilk insanı yaratmış Demiurqdur, yəni Allahdır
(20).
Bel
rəmzi, Babil rəmzi kimi, sufizmdə, özünün ilk doğumlu heyvanlarını qurban
gətirən Avel, yəni Habil rəmzi ilə eyni mənalıdır. Deməli, Bel/Avel/Habil rəmzi
də qurban mərasimi ilə, yəni qurban ruhları ilə bağlıdır. Əgər nəzərə alsaq ki,
Babil rəmzi “Allahın qapısı” mənasındadır, razılaşarıq ki, Babil – göydəki
ruhlar dünyasının, yəni Albaniyanın giriş qapısıdır.
Beross yazır ki, Nabupalasar
Babildə dağa bənzər hündürlük düzəldərək, orada cürbəcür ağaclar əkdi və asma
bağ saldı (21). Babil şahı Nabupalasarın oğlu Navuxodonosor isə nəhəng saray
düzəldib, Belin və Boreyadakı Merodaxın (Marduk) məbədgahını yenidən tikdi. Arvadı
midiyalı Nikotrisanın, Babil qumluğunda öz vətəninin dağ və meşələri üçün
darıxdığına görə, Semiramidanın asma bağını saldı. Deməli, Semiramidanın asma
bağları elə göydə yaradılmış cənnətin, yəni ruhlar dünyasının obrazıdır. Əgər
nəzərə alsaq ki, M. Xorenatsiyə görə, Ermənistana qədər orada baş vermiş
hadisələri Semiramidaya aid edilirdi, razılaşarıq ki, Semiramidanın asma
bağları, yəni Etemenankinin göy sarayı məhz Qafqazda yaradılmışdır.
Tanınmış
alim Devid Rol, Mesopotamiyanın Marduk Allahını qədim Misirin Asar, yəni Osiris
Allahı ilə eyniləşdirir (22). Asar adı “qüdrətli” mənasını verirdi və şah taxtı, hər şeyi görən
göz ieroqlifi ilə qeyd olunurdu. Misir sözünün özü, D. Rola görə, “Asardan (törəməsi)
doğulmuş” mənasındadır. D. Rol xüsusi qeyd edir ki, Xuş (Kuş) və Misraim
(Masri) tayfaları Nil vadisini koloniyalaşdırmaq üçün məhz Mesopotamiyanın
Eridu şəhərindən yola çıxmışdılar (23). Bu isə
o deməkdir ki, Misir Allahlarının vətəni məhz Qafqazdır.
“İtirilmiş Əhd” («Утраченный
Завет») kitabında Devid Rol
yazır ki, Eridu şəhərindən olan şumerlilər, Zaqros
dağlarından gəlmiş Enmer-Karanı, İlahilik statusu olan Enkinin oğlu Asara (Əsər/Osiris)
qədər ucaltdılar (24). Enmer rəmzi [NMR] quş dilində Ra-Amon [R-MN] kimi, Kara
isə - günəş Allahı Qor kimi izah olunur. Assurlar (Asar adı ilə eynidir) isə
Enmer-Asara, özlərinin Aşşur dövlətlərinin hamisi kimi sitayiş edirdilər. Belə
çıxır ki, Enmer-Kara [NMR-KR], yəni göydə ölümsüzlük qazanmış Ra-Amon-Qor
Allahı sonradan adını Asar, yəni Osiris Allahına dəyişmişdir. Bu isə o deməkdir
ki, Mesopotamiya və qədim Misir Allahları məhz Qafqaz Albaniyasında
doğulmuşlar. Məhz burada, bütün Allahların atası və ağası Ra-Amon Allahı - Asar
adını götürmüşdür. Bu ərazidə Asar rəmzi - Azər kimi, göy cənnətinin yarandığı
ölkə isə Azərbaycan kimi məlumdur. Belə çıxır ki, həqiqi İsrail, yəni “Asar Allahının
Eli” – Azər Elidir (ZR-L – İzrail), yəni Azərbaycandır.
Əbu İshaq əl-İstəhri qeyd
edir ki, «Biz Ermənistan, Arran və Azərbaycanı xəritədə birləşdirib, ona bir
ölkə (İqlim) kimi baxırıq» (25). Arran dedikdə, Yaqub peyğəmbərin yuxuda, göyə
qədər uzanan nərdivan gördüyü qədim Xarran nəzərdə tutulmalıdır (Sufizmdə Arran
və Xarran rəmzləri eyni mənalıdır). Yuxudan ayıldıqdan sonra – “... Həqiqətən
burada Allah vardır, mən isə bilmirdim” demişdi və qorxaraq: bu yer necə də
qorxuludur! Bura Allah evindən başqa bir şey deyildir, bura Göyün qapılarıdır”
deyə bildirmişdi. Səhər durduqda isə, başının altındakı daşı abidə kimi qoymuş
və oranı Betel adlandırmışdı” (26). Bu isə o deməkdir ki, Allah - Arranda
mövcuddur və Allah Evi, yəni göydəki ruhlar dünyası və onun qapısı da indiki
Azərbaycanda yerləşməlidir. Lakin Xarran eyni zamanda Azər oğlu İbrahim peyğəmbərin
və amoreylərin Sin (İl-Amurru) Allahının da vətənidir. Deməli, Azərbaycan -
eyni zamanda bütün yəhudi peyğəmbərlərinin də vətənidir.
Tövratda,
Allah israillilərə göstəriş verərək deyir: «... amoreylərin dağlarına və
onların bütün qonşularına, düzənliyinə, dağına, alçaq yerlərə və cənub
bölgəsinə və dəniz sahilinə, Knun (Kənan) və Lbnun (Alban) torpaqlarına, böyük
çay olan Fərat çayına yola düşün. Budur, bu torpaqları mən sizə verirəm, gedin,
Allahın atalarınıza, İbrahimə, İsağa, Yaquba və onların törəmələrinə andla söz
verdiyi torpaqları miras kimi götürün» (27). Lbnunun, yəni
Albaniyanın vərəsəliklə verilməsinə digər mənbələrdə də rast gəlinir. M. Kalankatuasi [1,4], M. Xorenatsi [11,8] və
digər müəlliflər də qeyd edirlər ki, “Sisaka nəslindən, Yafət-Ərən törəmələrindən
kiməsə Alban dağları və sahələri miras kimi qalmışdır”. Movses Xorenatsi Sisaka
(Sak) nəslini - məşhur və adlı-sanlı nəsil olan Gelarküni (Gel) nəsli
adlandırır. GelarKüni [GLR-KN] rəmzinin açması göstərir ki, buradakı Kün rəmzi
- Kənan (Kinun/Nunki) mənasındadır. Belə çıxır ki, “Göy və Yerin təməl Evi”
olan Etemenanki zikkuratı məhz burada – Gelarkünidə yaradılmışdır. Bütün bunlar
haqda da dəqiq təsəvvür yaratmaq üçün sufi müdriklərinə müraciət etmək vacibdir.
Məşhur sufi Əbu
Həmid əl-Qəzaliyə görə, Dünya üç hissəyə bölünür. Birinci – görünən və hiss
olunan «aləm əl-Mülk və-Şəhad», ikinci – mənəvi olan «aləm əl-Cəbərut», üçüncü
isə – gözəgörünməz o biri dünyadır ki, «aləm əl qeyb vəl-Mələküt» adlanır (28).
İstəhri bu hissələri Azərbaycan, Arran və Ermənistan adlandırır. Burada
gözəgörünən “aləm əl-Mülk” – Azərbaycan, mənəvi aləm olan «aləm əl-Cəbərut» isə
Arran mənasındadır ki, bu rəmz altında - tikilib qurtardıqdan sonra yerin
altında gizlədilmiş Etemenanki zikkuratı nəzərdə tutulur. Üçüncü, gözəgörünməz
o biri dünya olan «aləm əl qeyb vəl-Mələküt» isə, ölümsüz mələklər (Allahlar)
dünyası, yəni cənnət mənasında olan Ermənistandır.
Mifologiyaya görə, günəş
nəsli olan Aragil (Raxil, Raquil, Erakl və s. rəmzlərlə eyni mənalıdır), yəni
Gilar (Gelarküni) nəsli, Ermənistana uçmazdan əvvəl (ölüm zamanı) qanad geyirmişlər.
II əsrə aid Roma sikkələrində, Erməni dövlətinin alleqorik olaraq Roma
imperatorunun ayaqları altında oturmuş qadın simasında göstərilməsi onu deməyə
əsas verir ki, Ermənistan ölkəsi dedikdə – qadın rəmzli ruhlar dünyası nəzərdə
tutulmalıdır (29). Bu isə o deməkdir ki, Ermənistan – Albaniya və İsrailin
digər adlarından biridir və Gelarküni göylərində yaradılmış bu cənnət, Allah
tərəfindən Gelarküni nəslindən kiməsə verilmişdir.
Beləliklə biz
dəqiqləşdirdik ki, Tövratda, Dünyanın yaradılması dedikdə, göydə zühur etmiş
ruhlar dünyasının yaradılması başa düşülməlidir və bu dünyada Ra-Amon Allahının
nəsli ölümsüzlük qazanır. Ra-Amon [RMN] rəmzi mənbələrdə Ərmən [RMN]
(Ermənistan) kimi də yazılır və Asar (Osiris/Azər) Allahının göydəki dünyası
mənasını verir. İran mənbələrində Ra-Amon və ya Ərmən rəmzi - Raman [RMN] kimi
də qeyd edilir.
Araşdırıcı E. A. Qrantovski
«qala divarları»ndan tapılmış İran sənədlərini tədqiq edərkən, «dünya» mənasını
verən «raman», «ramakara» – «dünya yaratmış» və s. rəmzlərlə rastlaşır. «Raman»
[RMN], «rama» [RM] rəmzləri bu mətnlərdə «dünya», «yaradılmış dünya»
mənasındadır ki, burada söhbət təbii ki yaşadığımız fiziki dünyadan getmir. E.
A. Qrantovski yazır: «Artıq VIII – VII əsr. e. ə. Qərbi İranda «Raman»
anlayışının böyük mənada olmasını, bir neçə hökmranın adları göstərir (Qərbi
Midiya və onun ətrafı da): Ramatav(i)yah – (Ramateya və s.) və, Ramatava(h) –
(müqayis. Ramatau) «dünya ilə qüdrətli», «dünyanın qüdrətlisi (dünyanı təmin
etmək üçün qüdrətli)» (müqayis. VII əsrin ikinci yarısında yaşayanın oxşar adı
Ariyaramna – «dünyada ariləri olan» və ya «ariyalar üçün dünya yaradan»).
Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə, xoşbəxtliyin səbəbləri
- məhz qüdrətli və ədalətli hökmdar dünyasının olması xarakterikdir. Qatalarda «dünya»,
bilavasitə «hakimiyyət», «güc» (hökmdarın) və s. ilə əlaqələndirilir və xoşbəxt
həyatın, inkişafın əsas şərtlərindən sayılırdı» (30). Bu o deməkdir ki, qədim
hökmdarlar, Asar (Osiris/Azər) Allahının göydəki şahlığı ilə, yəni İlahinin
mövcud olduğu çadırla bağlı olan Ra-Amon nəslinə mənsub idilər. Məhz bu çadırın
İlahi Odu - müqəddəs şahlar nəslinə xoşbəxt və firavan həyat verirdi.
İlahi odla bağlı Ammian Marsellin bildirir
ki, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya
şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirirdi. R. Fray
yazır: «Erməni müəllifi Sebeos, Ammian Marsellin və başqa mənbələrin verdiyi
məlumata görə, hər şahın öz odu var idi ki, onun şahlığının əvvəlində
yandırılırdı və daşınan mehrabda saxlanılırdı». Bişapurda olan sütunun yazısında,
Şapur odu - «odlar şahı» adlandırılır və tədqiqatçılar güman edir ki, o - əsgərlərin
«Quşnasp odu» ilə eyniləşdirilir; sonuncu isə sonralar «odların müzəffər şahı»
adını alır (31). M. Boys İlahi odu Farbağın odu sayır ki, Farbaq rəmzi
«Farnanın yiyəsi» və ya «Farnanın hesabına uğur qazanan» kimi mənalandırılır və
bu da farnanın efir [FR]
mənasında olması deməkdir. İran mifologiyasında Farn –
var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir (32). Baq [BQ] rəmzi isə, qədim Misir
yazılarında eyni zamanda Qeb [QB] kimi qeyd olunan göy dünyası ilə eyni mənalıdır.
Sufizmdə Baq/Bəqa/Bəg rəmzi – ekstatik durumda, ilahi od, dirilik suyu və s.
adlanan ilkin materiyaya (efir) daxil olma və onunla birləşməni, vəhdəti
bildirir. Bu isə o deməkdir ki, Farbağ rəmzi – “efirdən (ilkin materiya), yəni
ilahi oddan yaranmış göy dünyası ilə vəhdət təşkil edən firon (pir)” deməkdir.
Əgər nəzərə alsaq ki, qədim insanların təsəvvürlərinə görə, fironları və ya
digər müqəddəsləri hansısa “substansiya”, “nur” əhatə edir, razılaşarıq ki,
farna adlandırdığımız efir elə o “ilahi mahiyyət”dir ki, şahlar nəslinin
törəmələrinə ötürülürdü və əbədi mövcud hesab olunurdu (33). Belə çıxır ki,
Gilar bəgləri o hökmranların nəslidir ki, onlar insanlara ilahi bərəkət və uğur
verirdi. Yəhudi mənbələrində bu ilahi substansiya – “dünyanı yaradan silah”
adlandırılır: “İsrail oğulları sevimlidir, çünki onlara, dünyanı yaradan silah
verilmişdir: daha böyük məhəbbətin göstəricisi odur ki, onlar dərk edirlər ki,
onlara, dünyanı yaradan silah verilmişdir” (34). Mən – “Qurandakı İsrail oğulları
– Azəri türk bəgləridir” adlı məqalədə göstərmişəm ki, pir, bəg, seyid və s.
adlandırdığımız Azəri seçilmişləri - “ilkin materiya ilə vəhdət”in hesabına
möçüzələr göstərmək qabiliyyətinə malık olmuşdular.
Sebeos müqəddəs od olan Qrat odunu Atrpatakan (Azərbaycan)
ölkəsində yerləşirdirir ki, şahlar, “Atəş” adlandırılan bu odu, həmişə özü ilə
gəzdirərdilər. İsidor Xarakskiy xəbər verir ki, əbədi od, «Arsakın ilk dəfə şah
elan olunduğu» Asaak şəhərində saxlanılırdı (35).
Əl Kufi isə yazır ki,
Arşak (Arsak) yeri Ərdəbil şəhərindən təxminən 45 km . yol məsafəsindədir (36). Burada Gelarküni torpaqlarında bu gün də Azəri bəgləri yaşayır. «Древние
масоны – прямые потомки Богов» adlı məqaləmdə mən
göstərmişəm ki, XIX əsrə qədər
Avropanın və bütün dünyanın şahları və hökmranları məhz bu nəsilin törəmələri
olmuşlar (37). Qədim mənbələrdə məhz onlar mələklər nəsli, yəni
ölümündən sonra ruhlarının Qor Allahına çevrilib, Qeb (Ermənistan) aləmində
ölümsüzlük qazanan müqəddəslər nəsli adlandırılırlar. Qədim Misir mənbələrində
onlar - “Qor ardıcılları” (Qor yolu ilə gedənlər) kimi qeyd olunurlar. Devid
Rol xüsusi qeyd edir ki, Misirin əfsanəvi “Qor ardıcılları” öz əslini
Mesopotamiyanın məşhur qəhrəmanlarından götürür və bu nəslin hər sonrakı
hökmranı öz adının qarşısında, Roma imperatorları - Roma imperiyasını yaratmış
adamın adının şərəfinə olaraq “Sezar” (Azər rəmzi ilə eynidir) adını daşıdığı
kimi, “Qor” ləqəbi daşıyırdılar (38).
Kitab
və məqalələrimdə mən göstərmişəm ki, Aleksandriyalı Filona görə, Allah iki növ
- formalaşdırılmış (Библ. Быт.2:7) və Allahın obrazı ilə əvvəl yaranmış
(Библ.Быт.1:27) insan yaratmışdır. Birincisi – “Göy” (Библ.Быт.1:27) insanı,
ikincisi isə “Yer” (Библ.Быт.2:7) insanıdır. Göy insanı, Allahın obrazından
yarandığı üçün məhv olmur və yerə aidiyyəti yoxdur, yer insanı isə qanunsuz
materiyadan yaranmışdır ki, Musa peyğəmbər onu «kül» adlandırmışdı. Buna görə
də Filon deyir ki, Göy insanı əllə düzəldilməmiş, Allahın obrazı ilə
nüsxələnmişdir (möhürlənmişdir). Yer insanı isə usta vasitəsi ilə düzəldilmişdir»
(39). Bu o deməkdir ki, “Qor ardıcılları” - Göy insanının nəslidir və onların
ruhları, ölümdən sonra da sağ qalaraq, Alban (İsrail) ölkəsində ikinci
ömürlərini yaşayırlar.
Mənbələrdə
Qor (Xor) rəmzi - Xoris/Xris kimi də yazılır və qədim Misirin Qor Allahının
ruhu mənasında “Qor/Xor ruhu” fikrini ifadə edir. Belə çıxır ki, “Qor
ardıcılları” elə Xristin, yəni İisus Xristosun – İsa peyğəmbərin
ardıcıllarıdır. İslamda onlar Məhəmməd peyğəmbərin və onun əshabələrinin
ardıcılları adlandırılır. Məhəmməd peyğəmbər hədislərdə bildirir ki,
yəhudilərin, xristianların və müsəlmanların yetmişdən artıq olan təriqətlərinin
yalnız biri cənnətə gedəcək. Bu yeganə təriqət isə, Ərdəbil ətrafında yaşayan
yəhudi nazoreylərinə, yəni Azəri türklərinin nizari bəglərinə aiddir.
Nazorey
rəmzi [NZR] qədim Misir mətnlərində Ni-Asar (Nu-Osiris/Nu-Oziri) [N-SR/N-ZR]
kimi yazılır və “Nu şəhərində (Gel/Geliopol) yaşayan Asar (Osiris) Allahı”
mənasını verir. Xristianlıq dönəmində bu şəhərdə yaşayanlar nasarlar və ya
nazaretlilər, İslam dövründə isə ənsarilər və ya nizarilər kimi tanındı.
Nizarilərin mənşəyi, onların rəhbəri Həsən ibn Sabbahın Ələmut qalasında cənnət
yaratması və assasinlər haqqında mən kitab və məqalələrimdə məlumat vermişəm.
Burada isə əlavə etmək istərdim ki, bütün dinlər onları müqəddəs nəsil hesab
edirdilər. Yəhudilər ismaili nizarilərinin Qalaad şəhərini müqəddəs şəhər hesab
edirdilər. Xristianlar bu Gel elini Qaliley (Kolyada və s.) adlandırdılar.
Müsəlmanlar isə Qulatı (Gel) – ifrat şiə batinilərinin müqəddəs oсağı kimi
qəbul etdilər. Məlumdur ki, bu ismaili-nizariləri, Quranın batini, yəni gizli mənasını
bilən müdriklərin nəslidir. Onların şiə ezoterizmi, bütün din və elmlərin açarı
hesab olunurdu.
Şiə
rəmzi, qədim Misirdə “Allah ruhu” mənasını verən Şu Allahının adının digər yazılış
formasıdır. Yəhudilər Şu Allahını – Yeşua, xristianlar isə İsa (İisus)
adlandırdılar. Yazdığımız kimi, Dünyanın yaradılışı zamanı məhz Şu Allahı
qalxaraq, Nut göyünü Qeb torpağından ayırmışdı. Əgər nəzərə alsaq ki, axirətdə
İsa peyğəmbər yenidən gələrək, insanlarla yeni Əhd bağlayacaq, razılaşarıq ki,
bu zaman yeni İsrail, yəni göydə Asar/Osiris Allahının yeni dünyası
yaranacaqdır. İsanın mənbələrdə Moşiax adlandırılması isə o deməkdir ki, o da Musa
(Moşe) peyğəmbər kimi göydən yerə yenidən İlahi odu gətirəcək və İlahinin
mövcud olduğu yeni çadır (Skiniya) yaradacaq.
Xoris
Allahının, yəni İisus Xristosun adı qədim Misir yazılarının birində «Bakxoris» kimi
qeyd edilir ki, onun müdrikliyi haqqında rəvayətlərə Pompey yazılarında da rast
gəlinir (40). Bakxoris rəmzi sufizmdə Bəg-Xristos kimi izah olunur. Bu isə o
deməkdir ki, İsa peyğəmbər sufilərin Bəqa səviyyəsinə yüksəlmiş müdrikin
obrazıdır. Mənbələrdə Xor Allahı eyni zamanda Bəglər (Bek/Baki) ölkəsi ilə də
əlaqələndirilir və mənbələrdə - “Xor,
Bakının sahibi”, “Xor, Bakının ağası”, “Xor, Bakı ölkəsinin hökmranı” və s.
kimi yazılır (41).
Qeyd
etmək lazımdır ki, müdriklik, İsrail oğullarını digər insanlardan fərqləndirən
əsas cəhətlərdən hesab olunur. Qurana görə, Allah bu kitabı bilavasitə İsrail
oğulları üçün göndərmiş, onlara hökmranlıq, peyğəmbərlik və pak nemətlərdən
ruzi vermiş, onları aləmlərdən üstün və varislər etmişdir. Onlara dinlə bağlı
aydın dəlillər verən Allah, onları, elmlərinə görə aləmlərdən üstün tutmuşdur (42).
Belə çıxır ki, İsrail oğulları Allahın sirlərini bilən batini-nizariləri, yəni
nazaretlilərdir.
İslamda,
ilahi sirləri bilən Məhəmməd peyğəmbər, imam Əli və ailəsi - əl-Beyt [L-BT]
adlanır. Batinilikdə əl-Beyt dedikdə, ailə qohumluğu yox, “gizli elmə, biliyə
və hikmətə malik ailə” (“Beyt əl-elm vəl-marifət vəl-hikmət”) nəzərdə tutulur
ki, bu da Quranın batini mənasını bilənlər mənasındadır. Sufizmdə əl-Beyt
[L-BT] rəmzi yəhudi seçilmişlərinin levit [LVT] rəmzi ilə eyni mənalıdır.
Tövratda, Allah levitləri - “Mənim levitlərim” adlandırır ki, bu da onların
Allahın seçilmişlərinin nəsli olması anlamındadır.
Sufizmdə
“Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti daha dərin
mənalara malikdir. Batinilikdə Rəsul [RS-L] rəmzi Rus-Eli [RS-L] kimi də oxunur
ki, bu da İsrail [SR-L] rəmzi ilə eyni mənalıdır və “Osiris/Usiri Allahının eli”
fikrini ifadə edir. Quranda Rus, Rəsul rəmzləri - Ress əshabi və Ressli kimi də
qeyd olunur (43). Belə çıxır ki, “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun
rəsuludur” şəhadəti - “İlkin materiyadan başqa həyat verən enerji yoxdur,
Məhəmməd - ondan yaranmış göydəki Osiris-Elidir (ruhlar dünyasıdır)” mənasını
verir. Mühiddin ibn Ərəbi, əl-Qəzali, Fəzlullah Nəimi və s. kimi məşhur sufilər
də Məhəmməd peyğəmbəri – bədənində ruhlar dünyası yaradılmış kosmik insan kimi
təqdim edirlər. Mühiddin ibn Ərəbi “Füsus-ül Hikəm” adlı əsərində “Din” sözünün
yerinə “Əl” sözünü işlədir ki, bu da İslam dininin göydəki El mənasında olması
deməkdir. İbn Ərəbi bu Elin Azər oğlu İbrahim nəslinə verilməsini də xüsusi
qeyd edir (44).
Ümumiyyətlə,
ibn Ərəbinin və Quranın (22:78) yazdıqlarından belə çıxır ki, müsəlmanlıq
Məhəmməd peyğəmbərdən yox, Azər oğlu İbrahim peyğəmbərdən başlanır. Bu isə o
deməkdir ki, musəvilik, xristianlıq və islam – çox qədim vahid bir dinin
hissələridir. Latınca “Religio” kimi yazılan “Din” sözünü Laktansiya - “Allahla
vəhdət”, “Allahla birləşmə” kimi də mənalandırır. Sufizmdə “Allahla birləşmə”,
“Allahla vəhdət” – Bəqa və Xulul rəmzləri ilə qeyd olunur ki, buradakı Bəqa
rəmzi - tərikə yolunu gedən türkün (türük) bəglik məqamını bildirir. Xulul
rəmzi isə islamda «ittihad» – «birləşmə», «axma» mənasını verən terminlə eyni
mənalı hesab olunur. İttihad, yəni «ittihad əl-ləhut bi-n-nasut» rəmzi,
insanın, İlahi mahiyyət olan ilkin materiya ilə birləşməsi deməkdir. Sufizmdə
Xulul [XLL] rəmzi Allah [LLH] kəlməsi ilə də eyni mənalıdır. Bu isə o deməkdir
ki, Allah, Din deyəndə, ilkin materiya ilə vəhdət təşkil edən qədim Misirin
Ra-Amon Allahı və onun göydə yaratdığı Qeb cənnəti başa düşülməlidir. Sufizmdə
“Religio” [RLG] rəmzinin “Gilar” [GLR] rəmzi ilə eyni məna verməsi isə onu
deməyə əsas verir ki, Allahla vəhdət məhz Gilarda baş vermişdir və bütün dinlər
də bu Ellə bağlıdır.
Yazdıqlarımızdan
belə nəticə çıxarmaq olar ki, qədim mənbələrdə İsrail (İzrail) dedikdə - Asar/Osiris/Oziri/Azər
Allahının göydəki ruhlar dünyası nəzərdə tutulmalıdır. Asar adı – İslamda
Rəhman, qədim Misirdə isə Ra-Amon adlandırılan Allahın ləqəblərindən biridir.
Ra-Amon Allahı, qədim mənbələrdə “Yuxarı Misir” adlandırılan göy dünyasının
hesabına, iki dünyada fövqəladə qüdrətə sahib olmuş və ölümsüzlük qazanmışdır.
Rus
mənbələrində də rus çarlarının özlərini - “Ata qanının haqqı ilə” şah,
imperator adlandırması, onların Ra-Amon Allahının törəmələri olması deməkdir:
“Mən, Ata qanımın haqqı ilə - həm şah və rusların hökmdarıyam: Öz
hakimiyyətimin təntənəli adını, heç bir xahiş və qiymət ilə, heç kimdən satın
almamışam; Başqa hökmdara da heç bir qanun ilə mən tabe deyiləm. Lakin, İsaya
inanaraq, başqasından xahişlə alınan şərəfə nifrət edirəm”. Yaxud: “Mən təkcə
Knyaz, Hökmdar və ya Çar deyiləm, Mən həm də ölçülməz ərazilərimin Böyük
İmperatoruyam. Bu ad mənə Allah tərəfindən verilib və digər şahların adları
kimi təkcə boş söz deyil: Nə Assuriya, nə Midiya, nə də ki Roma Sezarlarının
həqiqətdə belə adlanmağa haqları yox idi... Məgər bütün Avropa monarxları məni
İmperator adlandırmır?” (45). Belə iddialar qədim Misir mətnlərində də rast
gəlinir: “Mən Harakhty-yə möhkəm qanunlar verəcəm... Mən – öz doğumumda Şaham, heç
kimin təyin etmədiyi şahzadəyəm... Mən Fateh olmaq üçün böyüdülmüşəm, Mənim
torpağım və mən onun Şahıyam” (46).
Harakhty,
yəni Xaraxti [XRXT] rəmzi sufizmdə Xorxut [XRXT] kimi də oxunur ki, bu da Xor,
yəni Qor Allahı deməkdir. Xorxut rəmzi bizlərə Oğuz elinin müdriki olan Qorqud [QRQD]
kimi də tanışdır. Kitabi-Dədə Qorqudda əsasən gələcəkdə baş verəcək
hadisələrdən, dünyanın sonundan danışılır. Bu isə o deməkdir ki, Xaraxti/Qorqud
obrazı, axirətdə zühur edəcək və ölmüş Asar/Osiris Allahını dirildəcək qədim
Misirin Qor Allahının obrazıdır. Xoraxtinin – “Mən Fateh olmaq üçün
böyüdülmüşəm, Mənim torpağım və mən onun Şahıyam” deməsi, onun Mehdi obrazında
olması və Asar/Osiris Allahının göydəki ruhlar dünyasının (Albaniya/İsrail) ona
verilməsi deməkdir. Buna görə də O, dünyanın yaradılışı zamanı Ra-Amon Allahı
tərəfindən müəyyən edildiyi kimi, doğumunda Şahdır. Xaraxtiyə yeni qanunlar verilməsi
isə, göydə yaranacaq yeni Dünya və insanlarla bağlanacaq yeni əhd mənasındadır.
Əgər nəzərə alsaq ki, Qor/Xor Allahı elə Xoris/Xris, yəni İisus Xristos
Allahıdır, aydın olar ki, axirət məhkəməsindən sonra Dünyanın, yəni Aşağı və
Yuxarı Misirin Şahı İsa peyğəmbər olacaqdır.
Biz qeyd
etdik ki, Albaniya ölkəsi Allah tərəfindən Gelarküni nəslindən kiməsə vəd
edilmişdir. Deməli, Qor, yəni Xris/Xristos obrazı Gelarküni nəslindən olmalı və
İlahi sirləri bilməlidir. Bilim – Allahla vəhdətdə olan nəsli, adi insanlardan
ayıran əsas cəhətdir. İlkin materiyanın qanunlarına görə yalnız bilən Allaha
çevrilib, ilkin materiya ilə vəhdətə nail ola bilər. Qədim Misir mətnlərində,
Amon Allahının axirətdə gələn və İlahi sirlərdən xəbərdar olan oğlu haqqında
yazılır: “Sənin oğlundan... (Şahdan)... başqa özünü dərk edən yoxdur. Sən öz
oğluna əzəldən yazdığın taleni və öz qüdrətini verirsən” (47). Bənzər fikir
Əyyub peyğəmbərlə bağlı yazılarda da Allah tərəfindən ifadə edilir: “Əlbəttə
sən onun sərhədlərinə çatmısan və onun Evinin yolunu bilirsən. Sən ona görə
bunları bilirsən ki, sən artıq o vaxt doğulmuşdun və sənin günlərinin sayı çox
böyükdür” (48). Bu isə o deməkdir ki, axirətdə gələcək oğul, Dünyanın yaradıldığı
zaman yaradılmışdır.
Tövrata görə, Yer və Göyün yaradılışının dördüncü günü, Allah - iki
Nursaçan: Böyük Nursaçan - gündüz, Kiçik Nursaçan isə gecə idarə etmək üçün
yaradır. Burada Böyük Nursaçan dedikdə, qədim Misirin Amon Allahı ilə
birləşərək Ra-Amona çevrilən və axirətədək dünyanı idarə edən Ra günəş Allahı
başa düşülməlidir. Kiçik Nursaçan isə Ayın, yəni, axirətdə Günəş Allahı
Ra-Amonun yerinə keçən Mehdinin obrazıdır. Yaranışdan sonra Kiçik Nursaçan,
yəni Ay Allahının obrazı axirətədək göy aləmində qalaraq öz zamanını gözləyir.
Misir mətnlərin birində Allahın oğlu - Ay adlandırılır: “Sən yenilənməni
təkrarlayırsan və sən, Ay kimi yenidən çiçəklənirsən – uşaq, sən, Nunun əzəl dövrlərindəki
kimi öz-özünü il-ildən cavanlaşdırırsan. (Sənin) doğumun – Xeb-Sedin
təkrarlarındadır, bütün həyat sənə daxil olur (birbaşa məna:”Sənin burnuna
gəlir”), və sən – bütün torpaqların əbədi şahısan” (49). Ağ
məbədin mətnlərində, Allahların başçısı Amon bəyan edir: “Oğul (Mənim)
Senurset, Sənin atan Ra-nın istəyi ilə hər iki Torpağın şahlığı sənə
məxsusdur”. Digər bir yazıda isə Ra-Amon, öz “cismindən olan oğlu” Xeperkaraya
deyir: “Atan Ra, sənin uca - Aşağı və Yuxarı Misirin şahı adını, səni özü ilə
vahid cisimdə yaradanda yaratdı” və ya “Yaşasın yaranışı təkrarlayan Qor,
Ra-nın oğlu Amenemxet” (50). Bütün bunlar o deməkdir ki, Ra-Amonun yeganə
oğlunun doğumu əvvəlcədən, Dünyanın yaradıldığı zaman müəyyənləşdirilmişdir.
Mənbələrdə Ay
(İslamın rəmzi) Allahının obrazı Xarrandan (Arran) başlanır və Sin adlanır.
Devid Rol qeyd edir ki, mənbələrdə İl-Amurru kimi yazılan Əhdi-Ətiqdəki El
Allahı, patriarxal dövründə təbii olaraq Xarrandan olan Sin Allahı ilə
eyniləşdirilirdi. El [L] rəmzi isə, ifrat nizari şiələrinin Allahla
eyniləşdirdiyi imam Əli [L] obrazı (Əli-İlahi) ilə eynidir. Sufizmdə imam Əli
və İsa peyğəmbər eyni obraz kimi çıxış edir. Qurana görə, Allah, Adəmdən sonra yalnız
İsa peyğəmbəri özünün “Kün!”, yəni “Ol!” əmri ilə yaratmışdır. Deməli, İsa
obrazı da “Kün!” rəmzi ilə, yəni Gelarküni ilə bağlıdır. Lakin El [L] və Əli [L]
rəmzləri eyni zamanda Albaniyanın digər adı olan Alu [L] rəmzi ilə də eynidir
və bu Alu, yazdığımız kimi Gelarküni nəslindən kiməsə əbədi verilmişdir.
Quranda
deyilir ki, İsa peyğəmbər açıq nişanələrlə, yəni insanları fikir ayrılığına
salan kamil elmlə, müdrikliklə gələcək (51). Bu isə o deməkdir ki, İsa
peyğəmbər qədim sirləri açaraq bütün suallara izah verəcək və bütün dinlərin
bir olduğunu sübut edəcəkdir. Xristianların “Siluanın nəsihətləri” adlı yazıda
deyilir: “Xristos (İsa) – həyatın həqiqi işığı və günəşidir. Günəş, bədənin
gözlərinə işıq vermək üçün çıxdığı kimi, Xristos da bütün ağıl və ürəkləri
nurlandırır”. Sebeos, İsa peyğəmbər haqqında danışanda, xüsusi qeyd edir ki, o
yarı insan yarı Allah idi. Belə çıxır ki, İsa obrazı həqiqətən də qədim Misirin
Qor Allahının obrazıdır. Mənbələrə görə, hələ Dünyanın yaranışı zamanı, onun
üçün Yuxarı Misirin, yəni Asar-Elinin - İsrailin taxtı hazırlanmışdır və o
öləndən sonra, onun ruhu göyə qalxaraq Ra günəş diski ilə birləşəcək və Ra-Amon
Allahının doğumu təkrarlanacaq. Bundan sonrakı zamanın şahı isə İsa peyğəmbər
olacaqdır. O yerdə ədalət məhkəməsi quracaq və Asar/Osiris Allahını dirildəcək.
Mənbələrdə “Osirisin (İsanın) ölümü və dirilməsi” dedikdə, göy cənnətinin məhz
bu yenilənməsi nəzərdə tutulur.
Asar (Osiris) Allahının ölümü və dirilməsi digər mənbələrdə Attis,
Adonis, Tammuz, Kibela və s. Allahların ölüb dirilməsi kimi qeyd olunur və bu
bayram “Gilar bayramı” adlanırdı (52). Bu isə ona işarədir ki, Həzrəti İsa
Gilar elindən olacaqdır və axirətdən sonrakı dövrdə Ra-Amon Allahı - İsrail
şahlığını, yəni göydəki Azər Elini məhz ona verəcəkdir.
Axirət yaxınlaşdıqca, İsrail şahlığının kimə veriləcəyi məsələsi də
ortaya çıxmışdır. Tövrata görə, Allah əhd etmişdir ki, bu şahlığı – Gelarkünidən
və İsrail yəhudilərindən, yəni Azər elinin Gilar türk bəglərindən olan və İlahi
sirləri bilən bir nəfərə əbədi verəcəkdir. Kimin bu taxta sahib olacağını isə təbii
ki, zaman göstərəcəkdir.
Ədəbiyyat
- Firdovsi, “Şahnamə”, B., 1987, səh. 20
- Firudin Gilar Bəg, http://www.gilarbeg.com
- Платон, «Политик», 269 С
- Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134
- «Kitabi-Dədə Qorqud», B., 1988, səh.106,110,111,74,58,38,74
- Род I, 6:15; III, 3:5 ; Лют. II, 1:1 və s.
- «Книга Велеса», С-П., 2000, səh.93,95,157, 191
- Библия, Лев.17:11
- Библия, Деян.17:26
- Библия, Иезек.31:3-9
- «История Древнего Востока», I cild, М., 1983, səh.169
- Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000, səh.135,143,144
- «Kitabi-Dədə Qorqud», B., 1988, səh.42,55,63,68,94,91,126
- Библия, Быт.19:24, 22:6, Исх.3:2
- Библия, Лев.6:12,13
- Библия, Быт. 2:6-8
- Мифологический словарь, М., 1990
- «Талмуд», Санк-Пет., 1903, V cild, səh.3
- Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.248
- Б. А. Тураев, «История Древнего Востока», Л., 1935, I cild, səh. 135,126
- Б. А. Тураев, «История Древнего Востока», Л., 1935, II cild, səh.92
- Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.459,408
- Дэвид Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read
- Дэвид Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read
- Azərbaycan tarixi üzrə qaynaqlar”, B.,1989, səh.111
- Библия, Быт.28:16-19
- Библия, Второзак., 1: 6-8
- Ал Газали, “Воскрешение наук о вере” М., 1980, səh.29
- Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991, səh.215
- “История Иранского государства и культуры”, М., 1971, səh.305
- Р. Фрай, «Наследие Ирана», М., 1972, səh.286
- М. Бойс, «Зороастрийцы», М., 1987, səh.150
- «История Древнего Востока», I cild, М., 1983, səh.281
- Э. Э. Урбах, “Мудрецы Талмуда”, Исраэл, 1989, səh.60
- М. Бойс, Зороастрийцы, М., 1987, səh.107
- Аль Куфи, «Китаб аль Фитух»
- Фирудин Гилар Бек, http://gilarbek.blogspot.com/search?updated-min=2012-01-01T00:00:00-08:00&updated-max=2013-01-01T00:00:00-08:00&max-results=50
- Дэвид Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read
- А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh.110
- Б. А. Тураев, “Древний Египет”, изд. "Огни", Петроград., 1922, səh.123
- Э. Е. Кормышева, «Религия Куша», М., 1984, səh.71,74,76,112,146
- Quran, 27:76,77, 45:16, 2:47,122,40,44:32, 45:16, 6:165
- Quran, 25:38, 50:12-14
- Ибн Араби, «Геммы мудрости», sayt: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm
- Г. В. Носовский, А. Т. Фоменко, «Новая хронология Руси, Англии и Рима», М., 2001, səh.567
- Г. В. Носовский, А. Т. Фоменко, “Империя”, М., 2000, səh.593
- Г. Франкфорт, Г. А. Франкфорт, Дж. Уилсон, Т. Якобсен, “В преддверии философии”, М., 1984, səh.84
- Библия, Иов 38:20-21
- О. И. Павлова, “Амон Фиванский”, М., 1984, səh.58
- О. И. Павлова, “Амон Фиванский”, М., 1984, səh.61,50
- Quran, 43:63
- Е. Ярославский, «Как родятся, живут и умерают Боги», М., 1941, səh.83,86
Фирудин Гилар Бек
gilar@mail.ru
Комментариев нет:
Отправить комментарий