Qarabağ müharibəsi başlayanda mən istehsalla
məşğul idim və özümün daş karxanam var idi. Gələcək həyatımı da iş adamı kimi
təsəvvür edirdim. Kitab oxumaqdan xoşum gəlmirdi. Buna baxmayaraq tez-tez kitab
dükanlarına və bukinistlərə gedib, tarix, fəlsəfə və s. sahələrə aid kitablar
alırdım. Bir xeyli kitab yığdıqdan sonra, məndə, bunları oxuyub xalqımız və
millətimiz haqqında həqiqətləri bilmək marağı oyandı. Beləliklə 1990-cı illərin
əvvəllərindən mən elmlə məşğul olmağa başladım.
İlk dəfə kimmirlərin – qam ərləri, yəni
şamanlar, maqlar olmasını anlayanda uçmağa qanadım yox idi. Sonra, qədim
Misirin fironu Taktiz Amonun elə Kitabi-Dədə Qorquddakı Bəkdüz Əman olduğunu
kəşf etdim və rəmzlər dünyasının sirlərini anlanmağa başladım. Bununla da qədim
dünyanın sirləri mənim üçün açıldı. 1994-cü ildə ilk məqaləm, 1996-cı ildə isə
ilk kitabım olan “Qor Əman” kitabı çapdan çıxdı. Bu kitabda, mənbələrin az
olmasına baxmayaraq çox maraqlı faktlar üzə çıxarmışdım. Riyaziyyatçı üçün əsas
məsələ düsturun düzgün tərtib edilməsidir və mənim də düsturum düzgün tərtib
edilmişdi. Kitabları götürüb, müzakirə üçün institutlara müraciət etdim. Elə
bilirdim ki, alimlər mənim açdığım həqiqətləri görüb, məni tərifləyəcəklər və elimiz
haqqında həqiqətlərin üzə çıxmasında bu kitab böyük rol oynayacaq.
Lakin gözlədiyimin əksinə olaraq, alimlər
mənim kitabımda göstərilən faktlara münasibət bildirmək əvəzinə, mənim düzgün
ideologiyaya qulluq etmədiyimi bildirdilər. Mən onların nə demək istədiklərini
anlamırdım və yazdıqlarımın da düzgün olduğunu məqalələrimdə sübut edirdim. Yalnız
iki-üç ildən sonra mən başa düşdüm ki, Azərbaycanda elm yox, kiminsə diktə
etdiyi fikir elm kimi təqdim olunur. Təbii ki, riyazi məntiqə malik insan kimi
mən bunları qəbul etmədim və o vaxtdan elm adamları ilə mübarizəyə başladım.
Rusiyanın riyaziyyatçı akademiki Fomenko, öz
“Yeni xronologiya” məntiqini irəli sürəndə, mən onun kitabını Moskvadan
gətirtdim və indi AMEA-nın Tarix institunun direktoru olan Yaqub Mahmudova verdim.
Üç ay “İmperiya” kitabı Yaqub müəllimdə qaldı. Bu kitab, qəbul olunmuş bütün
tarixi, elmi faktlarla alt-üst edirdi. Fomenkonun gəldiyi nəticələr çox düzgün
idi. Lakin o, bütün keçmişi Rusiya ilə bağlayırdı ki, bu da onun böyük səhvi
idi. Mən o vaxt Yaqub Mahmudova, mərhum İqrar Əliyevə bildirdim ki, Fomenkonun
cavabını vermək lazımdır. Onlar buna etiraz etdilər. Mən tək Fomenko və
Nosovskinin cavabını verdim və bu cavabı da KİV-də yaydım.
Sonralar elmi müzakirələr keçirmək üçün dəfələrlə
Prezident aparatından tutmuş müxtəlif elm ocaqlarına, Dini elmi şuraya
müraciətlər edirdim. Lakin bütün cəhdlərim uğursuzluqla nəticələnirdi. 2004-cü
ildə, mənim elmi nəticələrimi kiminsə mənimsəmək istədiyini eşitdim və KİV-də
“Azərbaycanda elm yox, plaqiatlıq inkişaf edir” adlı məqalə yazdım və bununla
da “elm adamlarının” düşməninə çevrildim.
2008-ci ildə son kitabım olan “Batini-Quran”
kitabını çap etdirdim. Bu kitabda mən qədim dünyanın bu günə qədər açılmayan
bütün sirlərinə elimi izah verdim. Qədim sirləri açan, həqiqətlərə tam işıq
salan ikinci belə bir kitab yazılmamışdır və yazılmayacaqdır da. Çünki bütün
sirlərin əsl mənasını mən artıq bu kitabda tam aydınlığı ilə göstərmişəm. Bu
kitab eyni zamanda bütün dinlərin bir olduğunu və hamısının da Azərbaycanla
bağlı olduğunu sübut edir. “Batini-Quran” kitabı - İlahi elmin giriş qapısıdır
və yalnız onun vasitəsi ilə qədim mənbələri dərk etmək mümkündür. Çünki bütün
qədim yazılar, kosmik səviyyəli çox böyük bir hadisənin axirətə qədər sirr
qalması məqsədilə, rəmzlərlə, yəni “quş dilində” yazılmışdır və bu rəmzlərin də
açarı “Batini-Quran” kitabıdır. Xoşbəxtlik ondadır ki, bu kosmik səviyyəli
hadisə də məhz Azərbaycan və azərbaycanlılarla bağlıdır. Əgər bu həqiqət ortaya
çıxsa, bütün insanların Azərbaycana və azərbaycanlılara münasibəti dəyişəcək və
Azərilər, digər xalqların gözündə adi insanlardan müqəddəslər nəslinin törəmələrinə
çevriləcək. Dünyanın bütün millət və xalqları bu xoşbəxtliyə nail olmaq üçün
istənilən üsula əl atardı. Yalnız Azərbaycan alimləri bunu qəbul etmədilər və
əksinə olaraq mənim KİV-ə çıxışımı da məhdudlaşdırdılar. Maraqlı haldır ki, bu
istiqamətdə müxalifətlə bağlı olan KİV də onlarla həmrəyliyini büruzə verdi.
Mənim istədiyim sadəcə müzakirələr keçirmək
idi. Müzakirələr isə tarixlə bağlı olan bütün alimlərin bu günə qədər
yazdıqlarının cəfəngiyyat olduğunu meydana çıxaracaqdı və buna görə də alimlər
bu müzakirəyə getmədilər. Deməli, Azərbaycan xalqının gələcəyi, övladlarımızın
xoşbəxtliyi kimlərinsə şəxsi maraqlarına qurban verildi. Mən, Azərbaycanın
yenidən ən ali səviyyədə olması üçün, onun yenidən dirilib, qədimdəki şöhrətini
qaytarması üçün çalışırdım. Bunun üçün nəzəri və praktik yolları da ən yuxarı
təşkilatlara dəfələrlə bildirdim. Praktik variant – Əhd sandığının və Allahın
Yaradılışla bağlı Əşyalarının tapılması idi ki, bu da bilən adam üçün zaman
məsələsi idi. Bu halda, Azərbaycan bir ildə həm bütün torpaqlarını qaytaracaqdı
və həm də dünyanın ən inkişaf etmiş ölkəsinə çevriləcəkdi. Lakin mənim bütün
müraciətlərim kimi bu müraciətim də cavabsız qaldı. Anladığım isə o oldu ki,
xalqla ziyalı təbəqəsi arasında uçurum var və bunların həyatlarının əsas
meyarları tam müxtəlifdir.
Mən,
həyatını ləyaqətlə yaşamış sufiyəm və özümü də dünyanın ən xoşbəxt insanı sayıram.
Çünki dünyanın ən qədim və ən şöhrətli nəsli olan Gilar bəglərinin
nümayəndəsiyəm. Bütün bəşəriyyət, düşünən insan kimi mövcudluğuna görə bizlərə
– Azəri türk bəglərinə borcludur. Biz, Azəri bəgləri - insanları heyvan
səviyyəsindən çıxarıb, onlara elm, mədəniyyət vermişik. Qədim dünyanın bütün
qəhrəmanları, peyğəmbərləri məhz bu Gel elinin törəmələri olmuşlar. Mənbələrə
görə Rəhman Allah buradan ərşə yüksəlmiş, İbrahim burada oda “atılmış”, Musa
peyğəmbər burada İlahi oddan özünün “Vəhy çadırını”, yəni cənnət yaratmışdır. Axirətdə
də Rəhman Allah - mənbələrdə Albaniya, Alu adlandırılan göydəki bu cənnəti,
bizlərdən birinə əbədi verəcəyinə and içmişdir.
Sufizmdə Albaniya – nəbilər, peyğəmbərlər
eli deməkdir və bura bütün müqəddəslərin ölümsüzlük qazandığı yerdir. Quran,
Tövrat, İncil və s. bütün qədim kitablar bilavasitə bu Dilmun cənnətinin
yaradılmasına və axirətdə onun bir nəfərə verilməsinə həsr olunmuşdur. Bu bir
nəfərsə Albanların öz nəslindən, lakin bütün sirləri bilənlərdən olacaqdır.
Çünki ilkin materiya, yəni ilahi enerji - kamil sistemdir və yalnız bu kamil
elmi bilən, bu sistemin sahibinə çevrilə bilər. Mənbələrdə seçilmiş dedikdə də “elminə
görə seçilmə” nəzərdə tutulur. Batin elmində bu insan - “Beyt əl-elm
vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasındadır
ki, İslamda bu “Əhli-Beyt” adlanır.
Mən, Allahın “Dünya” yaratmaq fikrinə
düşməsindən, axirətə qədər və axirətdən də 2200 il sonrakı prosesləri bilən
yeganə sufiyəm. Bu o deməkdir ki, mənim Albaniyanın sahibinə çevrilmə şansım az
deyil. Təbii ki, kimin kim olduğunu zaman göstərəcək. Ancaq fakt odur ki, mənim
mübarizəm müqəddəs Azərin dirilməsi üçün idi.
Qədim mənbələrə görə, dünyaya sahib kimi
yaradılmış Azəri - qardaşı Set (Satana/Şet/Şeytan) tərəfindən öldürülür. Lakin
oğlu Qor, anası İsida ilə əziyyətlə də olsa onu dirildir. Deməli, Azərin
dirilməsi də zaman məsələsidir. Şeytani hisslərinin əsirinə çevrilmiş bütün
insanların cəhdlərinə baxmayaraq, Allah, Azərin diriləcəyinə əvvəlcədən
Lövhi-Məhfuzda qərar vermişdir. Allahın işi isə, əvvəlcədən yazdıqlarını həyata
keçirməkdən ibarətdir.
Azərlə Setin mübarizəsi - həqiqətlə yalanın,
yaxşı ilə pisin - Mardukla Tiamatın, Allahla Xaosun mübarizəsidir. Bu Günəş
oğulları ilə şeytani qüvvələrə qulluq edən insanların mübarizəsidir və bütün
insanlar, istəsələr də istəməsələr də bu müqəddəs mübarizədə kimin yanında
olacaqlarını seçim etmək məcburiyyətindədirlər. Məhz bu əsl cihadın sonunda,
göydə yeni Azər şahlığı, Albaniya cənnəti yaranacaq ki, bununla da yalan,
pislik, şeytan qovulacaqdır.
Qurana görə, Allah insanı Özünə qulluq,
itaət üçün yaratmışdır və itaət edənlərə öz Dilmun cənnətində yer söz
vermişdir. Kimliyindən aslı olmayaraq itaət etməyənlər nə bu dünyada, nə də o
dünyada xoşbəxtlik görməyəcəklər. Çox təəsüfləndirici haldır ki, bu müqəddəs
işdə müsəlmanlar, əsasən də şiələr öz borclarını yerinə yetirmədilər. Çünki
şiəliyə görə Vilayət elə Əlidir, yəni Alu adlandırılan Albaniyadır. Hər bir
şiənin həyatının mənası da, zamanı gələndə öz imamını axtarmaq və ona mütləq
itaət etməkdən ibarət olmalı idi.
Firudin
Gilar Bəg
www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий