“Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri. Küfr içində İman
vardır, seçə bilirsən gəl bəri”
Şah İsmayıl Xətai
Bu gün artıq hamıya
məlumdur ki, Quranın zahiri mənasından başqa, yeddi qat dərinliyə malik batini mənaları
vardır. Zahiri İslamın 1400 yaşı varsa, batini İslamın 5500 yaşı var və o
Şumerdən başlanır (bax. “Həqiqi İslam Şumerdən başlanır”, sayt: http://gilarbek.blogspot.com/2013/02/hqiqi-islam-sumerdn-baslanr.html).
Gizli mənalara malik Batin elmini qədimdə yalnız
sufi pirləri (batinilər) bilmişlər. Bu elmi bilməyən insanların qədim yazılara
izah verməsi isə zahiri məntiqin insanlar arasında əsas məna kimi qəbul
olunmasına və Adəmin cənnətdən qovulmasına gətirib çıxarmışdır. Bu məqalədə mən
Məhəmməd peyğəmbərimizlə bağlı həqiqətlərin Batin elmi ilə izahını verəcəyəm.
Məhəmməd peyğəmbərin mənbələrdə “İki dünyanın
ağası” adlandırılması onu göstərir ki, O qədim Misirdə Ra-Amon adlandırılan
Allahın obrazıdır. Çünki Misir mənbələrinə görə, məhz Ra-Amon Allahı göydə
ruhlar dünyası olan Qeb (İslamda Qeyb) dünyasını yaradaraq, onun və yerdəki
Misirin Allahına çevrilmişdir. Quranda Ra-Amon Allahı Rəhman kimi qeyd olunur və
bu da sufizmdə eyni mənalı adlardır. Deməli, Məhəmməd peyğəmbərin obrazı elə Rəhman
Allahın obrazıdır. Bu fakt Quranda xüsusi nəzərə çatdırılır: “Peyğəmbərə itaət
etmiş Allaha itaət etmiş olur… Sənə (Məhəmmədə) biət etmiş (and içmiş) olanlar
Allaha biət etmiş olur…” (Quran, 4:80, 48:10). Hədislərin birində bunu Məhəmməd
peyğəmbərin özü də açıq bildirir: “Kim ki, mənə itaət edir, Allaha itaət edir;
kim ki, mənə itaət etmir, Allaha itaət etmir; kim ki. hökmdara itaət edir, mənə
itaət edir, kim ki, hökmdara itaət etmir, mənə itaət etmir”. Belə çıxır ki, Məhəmməd
peyğəmbər hökmdarlar hökmdarı, yəni şahlar şahıdır. Bu isə bilavasitə Rəhman Allahın
tituludur.
Qurana görə, Məhəmməd
peyğəmbərə Allah nuru verilmişdir ki, Mühiddin ibn Ərəbi bu nuru “Həqiqə
Məhəmmədiyə”, yəni Haqq-Məhəmməd adlandırır. Haqq isə Allahın adıdır. Deməli,
sufilərə görə də Məhəmməd peyğəmbər Allahın obrazıdır. Hədislərin birində
Məhəmməd peyğəmbər deyir: “Şəriət - mənim sözlərim, təriqət – mənim əməlim,
həqiqət isə mənim daxili vəziyətimdir”. Peyğəmbərin daxili vəziyyətinin
həqiqət, yəni haqq olması, onun bədəninin, bütün yer kürəsini əhatə edən ilkin
materiyadan (dirilik suyu, İlahi od və s.) ibarət olması deməkdir.
Quranın 69-cu surəsi “əl-Haqqa”
adlanır və burada, bu rəmzin çox dərin mənada olması nəzərə çatdırılır: “O Haqq
olan! Nədir o Haqq olan? O Haqq olanın nə demək olduğunu bilmək sənə nə
verəcək?” (Quran, 69:1-3). Bizim “Haq” kimi ifadə etdiyimiz söz qədim Misir
yazılarında Xak/Xeka kimi qeyd edilir və Misir ölkəsinin başçısına, Allahına
aid edilirdi. Onun qulları isə baka/bəqa adlanırdı ki, bu da bəg mənasını
verirdi («История Древнего Востока», М.,1988, том II, səh.338). Misir
mənbələrində “Haqq” rəmzi Maat Allahı ilə əlaqələndirilərək axirətdə zühur
edəcək Mehdi obrazına da şamil edilirdi. Belə ki, qədim mətnlərdən birində,
Yerdə və Göydə olan Maat Allahı İsidaya deyir: “[Öz] uşağınla, oğlunla gizlən
və ona bu şeylər açılacaq. Onun üzvləri inkişaf edəcək və bütün gücləri, iki
dəfə çox olacaq, [onda] ayılacaq. [Və o] öz atasının taxtında oturacaq, və [ona
görə] qisas alacaq, [və o] İki şahlıqda (Aşağı və Yuxarı Misir) Xek yüksək
vəzifəsini tutacaq” (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб.,
Ексмо, 2005, səh.125). Deməli, Haqq (Xek) olan Məhəmməd peyğəmbər eyni zamanda
axirətlə də bağlıdır.
Məhəmməd adının “Məd” hissəsi
qədim Misirdəki Maat Allahının adı ilə eyni mənalıdır. İslamda Maat rəmzi - “Maad”
və “Muta” rəmzləri kimi qeyd olunur və qayıdış mənasında gələcək həyat, məhkəmə
günündən sonrakı dövr və s. deməkdir. Belə çıxır ki, Məhəmməd peyğəmbərin
obrazı eyni zamanda axirətdə zühur edəcək Mehdinin obrazıdır.
Qədim Misir mənbələrinə Maat rəmzi - həqiqət, qayda-qanun, etik norma,
Allahın təbiətdəki və cəmiyyətdəki təyini və s. mənalarında qeyd olunur (М. А.
Коростовцев, «Религия древнего Египта», М., 1976, səh.142). Misirlilərin “Memfis İlahi traktat”ına görə,
Allahların yaranışı, İlahi qayda-qanunun yaranışı ilə eyni zamanda baş vermişdir.
Bu zaman yaxşı-pis arasındakı sərhəd, göy dünyasının yaranması, orada yaşama
qanunları, mədəniyyət, sənət, qidalanma və s. hamısı Ptah Allahının Maatı
yaratdığı zaman əmələ gəlmişdir və məhz bundan sonra Ptah Allahı dincəlmişdi (Г.Франкфорт,
Г. А.Франкфорт, Дж. Уилсон, Т.Якобсен, «В преддверии философии», М., 1984, səh.69).
Mənbələrdə Ptah (Fateh, Yafət rəmzləri) adlandırılan Allah - firon Amonun (Ra-Amon)
sözü və fikri mənasını verirdi.
Digər tərəfdən, qədim Misir
mətnlərində Maat həqiqəti - haqq məhkəməsinin rəmzi sayılırdı. Belə ki, əgər
insan “ürəyində Maatla” yaşamışdırsa, deməli günahsız və pakdır və o yenidən
dirilib Yaru çöllərində (cənnətdə) xoşbəxt yaşayacaqdır (У.Бадж. “Египетская
религия. Египетская магия” М.2000, səh.358). Mənbələrə
görə, insan öləndə, onun ruhu göy cənnətinə (Yuxarı Misir) qalxaraq, oradakı
hakimləri inandırmağa çalışır ki, mən şahımı, atamı, Allahı məyus etməmişəm.
Bundan sonra tərəzinin bir gözünə ölənin həyat fəaliyyətinin və mənəviyyatının
rəmzi olan ürəyi, digər gözünə isə həqiqət rəmzi olan Maat lələyi qoyulur (Б.А.Тураев,
“История Древнего Востока», Л., 1935, том I, səh.283). Deməli, Məhəmməd
peyğəmbərin obrazı haqdan, həqiqətdən yaranmış Maat Allahının obrazıdır və o –
“Həqiqət mənim daxili vəziyyətimdir” deməklə, özünün Haqq, Allah olmasını, yəni
İlahi nurdan yaradılmasını nəzərə çatdırır.
Maat rəmzi Batin elmində qədim
Misirin Atum Allahının adı ilə eyni mənalı rəmzlərdir ki, alimlərə görə Atum
elə Adəmdir. Tövratda kosmik ölçüdə göstərilən Adəmi məşhur sufi Mühiddin ibn
Ərəbi də Allah kimi təsvir edir və “Xəlq edilmiş” adlandırır. Sufilər dahisi
Qəzaliyə görə, Allah mənasında olan bu nəhəng göy insanı elə Məhəmməd
peyğəmbərdir. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə isə, Kəbə,
Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Belə çıxır ki, Məhəmməd
peyğəmbərin obrazı, qədim Misirdə Maat/Atum adlanan və bədəni ilə bütün
varlıqları əhatə edən kosmik insanın obrazıdır.
Fiva
məbədindəki yazıda bildirilir ki, Maat - böyük Allahların vaxtında Göydən yerə
enmiş və yerdə yaşayanlarla birləşmişdir (М.А.Коростовцев, «Религия
древнего Египта», М.,1976, səh.142). Maatın göydən
yerə enməsi və yaşayanlarla birləşməsi, çar hakimiyyətinin göydən yerə enməsi
ilə bağlıdır ki, Şumer mənbələrinə görə bunlar Midiya sakinləri olan Kutilər (Qut/Xuda)
nəslinin hakimiyyətidir (А. Оппенхейм, Древняя Месопотамия. М., 1980,
səh.146).
Batin elmində Məhəmməd
rəmzi Maq-Mada kimi açılır ki, sufilər bunu Midiya maqı kimi də oxuyurlar.
Lakin maq rəmzi eyni zamanda qam, yəni şaman rəmzi ilə də eyni fikri bildirir.
Şamanın qamlıq vəziyyəti – onun ekstatik durumda ruhunun ilkin materiyaya
qovuşması deməkdir ki, sufizmdə bu vəziyyət Bəqa fazası adlanır. Bu fazada
insan ruhu – sufilərin “Hu” adlandırdığı İlahla birləşir və vəhdət təşkil edir.
Bu fazada insan - Allah kimi yaratma qabiliyyətinə, bütün elmləri tam kamil
səviyyədə dərk etmək elminə sahib olur. Deməli, qamlıq vəziyyəti – bəşəriyyətə
həyat vermiş ilkin materiyanın vəziyyətidir ki, qədim fəlsəfədə bu İlahi
vəziyyət Xaos, türklərdə isə Oğuz kimi məlumdur. Belə çıxır ki, Məhəmməd adı -
Midiya şamanın, yəni türk-teurqun ekstatik durumu, başqa sözlə sufinin bəqa-bəglik
səviyyəsi deməkdir. İslamda bu vəziyyət - insani və ilahi mahiyyətin birləşməsi
mənasında olan “ittihad əl-ləhut bin
nəsut” kimi də qeyd olunur. Midiya teurqlarının (türklərinin) göydə Allah
yaratması haqqında mən kitab və məqalələrimdə geniş məlumat vermişəm. Bütün
bunlar isə o deməkdir ki, Məhəmməd peyğəmbərin obrazı Midiya maqlarından olan
türk bəginin obrazıdır. Maatın Göydən yerə
enməsi və yaşayanlarla birləşməsi deyəndə də ilahi mahiyyət olan ləhutun,
insanla birləşməsi başa düşülməlidir. Biz bu birləşməni – seyid-bəglərin “cəddi”
adlandırırıq.
Sufizmdə “Allahdan başqa
İlahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti daha dərin mənalara malikdir.
Batinilikdə Rəsul [RS-L] rəmzi İsrail [SR-L] rəmzi ilə eyni mənalıdır və bu da “Osiris/Asar
Allahının Eli” fikrini ifadə edir. Quranda (25:38, 50:12-14) Rəsul rəmzi Ress
əshabi və Ressli kimi də qeyd olunur və bizə bu rəmz Rus kimi də tanışdır. Rus
mənbələrində Rus ölkəsi, Oğuz eli kimi göydə qanla yaradılmışdır və bilavasitə
ölümsüzlüklə bağlıdır. Mən, “Allah İsrail şahlığını kimə vəsiyyət etmişdir?”
adlı məqaləmdə, göydə qanla yaradılmış Rus və Oğuz eli haqda geniş məlumat vermişəm.
Deməli, Rus və Oğuz eli - göydə qurban ruhlarından yaradılmış cənnət
anlamındadır ki, bu Osiris (Asar/Oziri/Azər) Allahının dünyası da qədim
mətnlərə görə Talış dağlarının göylərində yaradılmışdır. Bu isə belə bir nəticə
çıxarmağa əsas verir ki, “Allahdan başqa İlahi yoxdur və Məhəmməd onun Rəsuludur”
şəhadəti Batin elmində - “İlkin materiyadan başqa İlahi enerji yoxdur və
Məhəmməd bu İlahi enerjidən yaradılmış Osiris/Asar Elidir” kimi başa
düşülməlidir. Əgər nəzərə alsaq ki, Asar, yəni Osiris şahlığı elə Azər Eli
mənasındadır, qəbul edərik ki, Məhəmməd peyğəmbər elə Azər Allahıdır.
Sufizmdə, İslam rəmzi ilə
eyni mənalı olan Səlim rəmzi, digər mənbələrdə Ur-Səlim kimi də yazılır ki, bu
da elə Yerusəlim şəhəri anlamındadır. Bildiyimiz kimi, Məhəmməd peyğəmbər Merac
gecəsi insanbaşlı Buraq atı ilə Məkkədən (Əl Haram) səmadakı Yersəlimə
(əl-Əqsa) “səyahətə” çıxmış, oradan isə “nur pilləkanı” ilə (bəzən “pilləkan
gecəsi” də adlanır) qalxaraq, Allahla “görüşüb söhbət etmişdir”. Yerusəlim
rəmzi də sufizmdə “Rus-Aləmi” kimi də açılır ki, bu da elə Rəsul rəmzi kimi
göydəki Osiris/Asar, yəni Azər şahlığı deməkdir.
Tarixçisi M. Xorenatsiyə
görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlandırılır (М. Хоренаци,
I/60). Gel, Gelat (Qulat/Xilat) isə ifrat ismaili şiələrin, yəni batini-nizarilərin
elidir və o Midiya ərazisində mövcud olmuşdur. Bura eyni zamanda Azərbaycan
atabəglərinin malikanəsi olan Xilatdır və Quranda (25:15) Xüld cənnəti
adlandırılan cənnət də məhz burada yaradılmışdır. Qədim Misir mənbələrinə görə
də Allah “Dünya”nı məhz bu Gel şəhərində yaratmışdır və bütün Misir fəlsəfəsi
bu Gel eli ilə bağlıdır.
Buxarinin
hədisinə görə, Məhəmməd peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə Əlinin
qardaşı Aqilə, yəni Gelə çatmış evdir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər
də Gel rəmzi ilə, yəni qədim Geliopol şəhəri ilə bağlıdır.
E. ə. VIII əsrə aid
Assuriya yazılarında Midiya ərazisində “Şərqin ərəbləri” (dəqiq: “Günəşin
çıxdığı yerin ərəbləri”) ölkəsinin də adı çəkilir (И.М.Дьяконов, «История
Мидии» М.-Л., 1956, səh.219-221). Şərq dedikdə, qədim Misir mətnlərində və məşhur
sufi Sühravərdinin İşraq fəlsəfəsində - Allahların doğulduğu göy aləmi nəzərdə
tutulur. Deməli, Ərəbistan ölkəsi, göylərdə yaradılmış ruhlar dünyası mənasındadır
və burada Misir Allahları yaşayırlar. Yunan mənbələrinə görə, Xaosdan (Oğuz)
Ereb yaranmışdır ki, bu da “göydə yaradılmış el” fikrini ifadə edir. Belə çıxır
ki, sufilər də Ərəbistan deyəndə göydə yaradılmış Oğuz Elini (İç Oğuz) nəzərdə
tuturlar. Kitabi - Dədə Qorqudda, göydə yaradılmış bu dünya - Əmman (Ümman) dənizində
tikilmiş kafər şəhəri kimi qeyd olunur və orada asilər (ruhlar) su altında “mənəm
Allah” deyə qışqırışırlar (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh.118). Bu
ruhlar dünyası Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs mənasındadır ki, Fəzlullah
Astarabadinin “Cavidannamə”sinə görə bunlar Adəmin bədənindədir. Adəm, yəni qədim
Misirin Atum Allahı isə elə göydə yaradılmış Osiris/Asar, yəni Azər şahlığıdır.
Bu isə o deməkdir ki, Batin elmində Məhəmməd peyğəmbər – Azərbaycan göylərində
yaradılmış Azər Allahıdır.
Qədim Misir rəvayətinə görə,
Allahın ilkini olan Azər/Oziri (Oziri/Asar/Osiris) dünyaya hakim kimi gəlir və
ondan sonra Allah Seti və onun 72 dostunu yaradır. Oziri insanları heyvan səviyyəsindən
çıxarıb, onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin
kiçik qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür.
Ozirinin arvadı İsida isə, oğlu Qorla yenidən Oziri Allahını dirildir və o əvvəlki
kimi dünyaya hakimlik etməyə başlayır. Xristian mətnlərdən olan ”Yanıçarın
yazıları”na görə isə ölüb dirilən Məhəmməd peyğəmbər olmuşdur. Mətndə qeyd
olunur ki, Məhəmməd peyğəmbər ölənə
yaxın öz ardıcıllarını yanına çağırıb bildirmişdi ki, “Mənə dəfn təşkil edin və
Mən dirilənə qədər yanımda olun”. Başqa rəvayətə görə, Məhəmməd peyğəmbərin
tabutu göyə qalxaraq orada asılı vəziyyətdə qalmışdır. (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель»,
М.2009,səh.5,238,37,46,81,83,85). Bütün bunlar o deməkdir ki, Məhəmməd peyğəmbər
qədim Misir mənbələrində Asar/Osiris/Oziri kimi qeyd olunan Azər Allahının
obrazıdır. Bunlar haqqında daha geniş məlumat, müəllifi olduğum “Batini-Quran”
kitabında və məqalələrimdə verilmişdir.
Firudin
Gilar Bəg
www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий