Batin elminə görə, bütün dinlər və ümumiyyətlə bütün inkişaf bir yerdən,
qədim Misir abidələrində Geliopol, yəni Gel şəhəri adlanan şəhərdən
başlamışdır. Məhz burada qədim Misirin ilk piri Amon (firon Əman), sufizmin tərikə
yolu ilə ilkin materiyanın qanunlarını dərk etmiş və bu substansiyadan göydə Ra
günəş diski yaratmışdır. Özü fiziki öldükdən sonra onun ruhu göyə qalxaraq Ra
günəşi ilə birləşmiş və İslamın Rəhman adlandırdığı Ra-Amon Allahına
çevrilmişdir. Qədim Misirin bütün tilsim və sehrləri Geliopol kahinlari tərəfindən
tərtib olunmuşdur. Məhz bu Gel eli qədim mənbələrdə yəhudi, xristian, müsəlman
və s. peyğəmbərlərinin də vətəni sayılır.
Ra-Amon Allahının köməkçiləri olan və o zamanlar teurq adlanan türk
maqları, Onun başçılığı ilə - teurqiya, yəni Allahyaratma mərasimi keçirmiş və
göydə, bütün varlıqları əhatə edən Atum Allahını yaratmışlar. Məşhur sufi
Mühiddin İbn Ərəbi Atum Allahını - Kamil İnsan və Adəm adlandırır. Digər sufi
Əl Qəzali isə bu Kamil İnsanı Məhəmməd peyğəmbər kimi təsvir edir və Kosmik qüvvə sayır.
Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə,
Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə,
Tövratda altı günə yaradılan”Dünya” mənasındadır və o axirətdə yenidən
yaranacaqdır. Məhəmməd peyğəmbərin axirətdə yenidən dirilməsini xristian mənbələri
də təsdiq edir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər, qədim Misir
yazılarında axirətdə gələcək Ay obrazı ilə bağlıdır.
Qədim Misir fironu (pir) Amon, Ra günəşi ilə eyni zamanda Ay rəmzli
obraz da yaratmışdır ki, bu da axirətdə Ra-Amon (Rəhman) Allahının yerinə keçəcək
Mehdinin (Rəhim) obrazıdır. Rəvayətlərdə bu hadisə, dünyaya şah kimi gəlmiş
Usiri (Oziri/Osiris) Allahının axirətə yaxın qardaşı Set tərəfindən öldürülməsi,
axirətdə isə Usirinin oğlu Qor (Horos) tərəfindən yenidən dirilməsi kimi qeyd
olunur. Deməli, Mehdi obrazı öz mənbəyini qədim Misirin Qor haqqındakı rəvayətindən
götürür ki, biz də Mehdi ilə bağlı bütün yazıları, Misir yazıları izah etməliyik.
Qədim misirlilərin “Ölüm şahlığı Duatda olanlar” (“Amduat kitabı”)
kitabında, axirətdə baş verəcək bu hadisə, 12 saat ərzində qoca Günəşin yerinə,
kitabda «gecə Günəşi» (Ay mənasında) adlandırılan və “Gizlində olan” cavan Günəşin
keçməsi kimi göstərilir. Burada “Gizlində olan” cavan Günəş eyni zamanda “möhür gözləyən evin gözətçisi” - Nu-Oziri
(Nu-Osiris) adlandırılır və bu da Nu şəhərində olan Oziri, yəni Osiris Allahı
deməkdir. Nu (İunu) şəhəri Qədim Misir mənbələrində Gel şəhərinin digər adı
sayılır və mənbələrdən məlumdur ki, Usiri Allahının bədəni burada uyuyur. Deməli,
Usiri Allahının dirilməsi, yəni Mehdinin gəlişi də Gel elində olmalıdır.
Mehdinin
çıxışı prosesi “Amduat kitabı”nda çox mürəkkəb bir ritual kimi təsvir edilir
ki, buradakı Allah “Torpağı möhürləyərək” Mehdinin gəlişinə qədər ona nəzarət
edir. Axirətdə gəlməli olan Mehdi özü burada Möhür rolunu oynayır və Allah,
ölüm şahlığına düşən Mehdiyə Qeyb dünyasının torpaqlarını əbədi bağışlayır.
Məşhur
sufi Mühiddin İbn Ərəbi möhürlənmiş bu xəzinəni Varis adlandırır. Digər yerdə
isə İbn Ərəbi, Məhəmməd peyğəmbəri -
“peyğəmbərlərin möhürü” kimi qeyd edir ki, bu da axirətdə Ra-Amon Allahın yerinə
məhz onun keçəcəyi deməkdir. Məhəmməd peyğəmbərə aid olan Əhməd [(H)MD] rəmzi də, hər bir samitin bir rəmz
olduğu sufizmdə Mehdi [M(H)D] rəmzi
ilə eyni mənalıdır. Sufizmdə Allah, yəni ilkin materiya mənasında olan “Hu” rəmzi,
yalnız ekstaz (şamanlıqda qamlıq vəziyyəti) vəziyyətində göründüyü üçün bu rəmz
mənbələrdə bəzən yazılmır. Bu isə o deməkdir ki, axirətdə gələcək və “Gizlində
olan” obraz - elə Məhəmməd peyğəmbərdir. Əhməd və Mehdi rəmzlərinin kökü olan
“MD” rəmzi sufizmdə Adəm kimi də oxunur və bu da axirətdə diriləcək Atum Allahı
mənasındadır. Təbii ki bu təvil, yeddi qata malik Batin (Ledun) elminin bir
qatının mənasıdır. Mən, müəllifi olduğum “Batini-Quran” kitabında bütün bunlara
geniş elmi izah vermişəm.
Qədim
Misir mənbələrində Mehdi obrazında qeyd olunan Nu-Oziri (Nu-Usiri) [N-ZR/N-SR] rəmzi,
sufizmdə Nizar/Nazor/Nazar/Nasır [NZR/NSR]
və s. rəmzlərlə eynidir. Yəhudi mənbələrində Oziri
Allahının törəmələri olan teurq-türklər nazoreylər adlandırılır və Əhdi-Ətiqə görə onlar öz həyatlarını Allaha həsr
etmiş müqəddəslər nəslidir. Xristian mənbələrində isə nazorey rəmzi
nazaret/nasara kimi qeyd olunur və İsa peyğəmbərə şamil edilir. İslamda isə bu nazorey
- nazaretlilər nizarilər kimi tanınır. Deməli, qədim Misirin Mehdi obrazı - yəhudi,
xristian və islamda eyni adla - “NZR” (NSR) adı ilə çıxış edirlər.
İsmaili şiələri olan nizarilərdə - Nizar irqin fəxri sayılır və deyilənə
görə o sağdır, lakin onu heç kim görə bilməz. O əbədi yaşayır və şahlıq edir.
Bu isə o deməkdir ki, ismaili müqəddəsi olan Nizar - əbədiyaşar Xızır peyğəmbərin
obrazıdır. Xızır rəmzi isə, mənbələrdə Azər rəmzi ilə əvəz olunan Xəzər rəmzi ilə
eyni mənalıdır. Belə çıxır ki, Nizar rəmzi altında qədim Misirin Nu şəhərində
yaşayan Oziri, yəni Osiris Allahı gizlənir.
Xristianlıqda nazaretli (nasara) Hz. İsa yəhudi peyğəmbəri sayılır və
bu gün artıq məlumdur ki, qədim mənbələrdə yəhudi, yəni seçilmiş dedikdə Xəzər
türk bəyləri nəzərdə tutulur. Mən “Qurandakı İsrail oğulları – Azəri türk bəyləridir”
adlı məqaləmdə Qurandakı İsrail oğullarının Azəri türkləri olduğunu göstərmişəm.
Buradakı İsrail/İzrail rəmzi də Oziri/Usiri-Eli (Azər-Eli), yəni Osiris
Allahının göydəki Eli mənasındadır. Qeyd etmək lazımdır ki, Məhəmməd peyğəmbərə
aid edilən Rəsul [RS-L] rəmzi də, batin elmində Usiri-Eli [SR-L] kimi də oxunur
ki, bu da Məhəmməd peyğəmbərin göydə yaradılmış Atum Allahı obrazında olması
deməkdir. Deməli, İsa peyğəmbər Oziri teurqlarından, yəni Azəri türklərindən olmalıdır.
İsa adı yəhudi mənbələrində Yeşua kimi yazılır ki, bu da qədim Misir
mənbələrində Şu Allahı kimi qeyd olunur və “Allah Ruhu” mənasında həm ilkin
materiyanın “ruhu”nu və həm də pir Amonun ruhunu bildirir. İslamda isə Şu və
Yeşua rəmzləri Şiə kimi qalmışdır. Deməli, Şiə nizariləri, Yeşua nazoreyləri və
İsanın nazaretliləri, qədim Misirin Gel elinin teurq-türkləridir.
Türk-teurqların göydə Allah yaratması haqqında mən – “Türk”, “Türkiyə” nə deməkdir?
Ağlasığmaz həqiqətlər” adlı məqalədə məlumat vermişəm.
Hz. İsaya şamil edilən
Qaliley [QLL] rəmzi isə, sufilərin Xulul [XLL] adlandırdıqları və “Allahın
təcəssümü”, “Allaha qovuşma”, “Allahla vəhdət” mənasında olan sufi rəmzidir. Bu
rəmz sufizmin tərikə yolunun bəqa fazası ilə, yəni bəglik məqamı ilə eyni
mənalıdır. Deməli, İsa peyğəmbəri ona görə Qalileyli (Cəlil) adlandırırlar ki,
o Allahla, yəni həyatverici enerji mənasında olan ilkin materiya (“Hu”) ilə
vəhdət təşkil (“Vəhdət əl Vücud” rəmzi) edir. Bu isə Ruh mənasında olan İsa
peyğəmbərin, ilkin materiyadan Ra günəş diskini yaradaraq onunla birləşmiş “Ra-Amon
Allahının Ruhu” obrazında olması deməkdir.
Bütün bunlar isə onu göstərir ki, Mehdi obrazı çox çətin dərk edilən
obrazdır və onun gəlişi ölüm şahlığı ilə, yəni hansısa bir insanın öləndən
sonra, onun ruhunun bu şahlıqda Günəşə çevrilməsi ilə bağlıdır. Deməli,
Mehdinin gəlişi - “Ruh” mənasında olan İsadan sonra olmalıdır. İncilə görə də,
İsanın Allah qismində göydən gəlişi, onun ölümündən sonra olmalıdır. İsa bütün
dinlərin gizli mənalarını, yəni batini mənalarını açdıqdan sonra çarmıxa çəkilir
və yalnız ölümündən 3 gün sonra gözəgörünməz Ruh kimi dirilir.
Digər tərəfdən, Qaliley [QLL]
rəmzi sufizmdə Gel-Eli [GL-L] mənasını verir ki, bu da Misirin Geliopol şəhəri
mənasındadır. İslamda Gel rəmzi Aqil (Akil) kimi məlumdur və Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin Məkkədəki evi
elə vərəsəliklə Əlinin qardaşı Aqilə [QL], yəni Gelə [GL] çatmış evdir. Belə
çıxır ki, Məhəmməd peyğəmbər də Gel rəmzi ilə, yəni qədim Geliopol şəhəri ilə
bağlıdır.
Şiəlikdə Gel
eli, batiniliyə həyat vermiş Gelat (Qulat) nizarilərinin müqəddəs ocağı hesab
olunur. Buradan isə belə nəticə çıxara bilərik ki, Gel (Gelat/Qulat) elinin
batini türkləri, elə qədim Misir kahinləri olan və göydə Allah yaradan
teurqlardır.
Tövratda da Gelat/Qulat [GLT/QLT] ismaililəri
- Qalaad [QL-D] elinin əhli hesab olunur.
Əhdi-Ətiqdə Qalaad - Allah üçün xüsusi yer sayılır və Allah, Qalaadı – “Mənim
Qalaadım” adlandırır. Burada yaşayanlar isə - Allahın özünə qulluq üçün seçdiyi
yəhudilərin Levit (İslamda Əl-Beyt) nəslidir və Tövratda Allah Levitləri - “Mənim
Levitlərim” (Levit [LVT] - Əl-Beyt [LBT]) adlandırır. Bu isə o deməkdir ki, türk bəyləri
həqiqətən də, Allahın Özünə qulluq üçün seçdiyi nazoreylər, yəni nizarilərdir.
Batin elmində seçilmiş dedikdə “biliyinə görə seçilmişlər“ nəzərdə
tutulur ki, bu da Qurana görə İsrail oğullarıdır. İslamda biliyinə görə
seçilmişlər - “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət
Evi”nin üzvü mənasındadır ki, bu Ev də Əl-Beytdir. Əgər nəzərə alsaq ki,
biliyinə görə seçilmişlər dedikdə, Quranın gizli mənalarını bilən batinilər nəzərdə
tutulur, razılaşarıq ki, Əl-Beyt elə qədim Misir kahinlərinin və nizarilərin
Gel (Gelat/Qulat) elidir.
Çoxsaylı şiə müəllifləri, o
cümlədən Xaydar Amoli və Kamal Kaşani, İoannın İncilinə əsaslanaraq axirətdə
gələcək Mehdinin gəlişini Parakletin gözlənilən gəlişi kimi qəbul edirlər. Paraklet
[PR-KLT] rəmzi - Pir-Kelat [PR-KLT] mənasındadır ki, bu da Gel eli olan Gelatın
- fironların müqəddəs ocağı olması deməkdir. Rus mənbələrində nizarilərin Qulat
[QLT] rəmzi - Kolyada [KLD] kimi yazılır və bildirilir ki, İsa Məsih məhz
Kolyadadan çıxacaqdır. Kolyada [KLD] və Gelat [GLT] rəmzi ilə eyni mənalı olan
Kleytodan [KLT] isə, Əflatuna görə, dəniz Allahı olan Poseydonun şahlar nəsli başlanır
və bu nəsil atlantidalıların nəslidir. Əgər nəzərə alsaq ki, Heraklın şahlar
nəsli olan sak-skiflər də Gel elindən başlanır, razılaşarıq ki, “biliyinə görə
seçilmişlər” nəsli eyni zamanda qədim dünya şahlarının nəslidir.
Mənbələrdə Hz. İsanın gizli elmi bilməsi və elmi ilə “qaranlığa nur
saçması” onu göstərir ki, o bilavasitə batini türklərdən olmalıdır. Qurana görə
də İsa müdrikliklə gəlmişdir ki, insanların mübahisələrinə səbəb olanları izah etsin.
Qədim Misir yazılarında da, İsa peyğəmbərə aid edilən Xoris (Xristos rəmzi) rəmzi
“Bakxoris” kimi yazılır ki, bu da Bəg-Xris, yəni sufizmin “Bəqa səviyyəsinə
yüksəlmiş Xristos” mənasındadır. Bakxorisin müdrikliyi haqqında qədim mənbələrdə
rəvayətlər danışılır və bu da İsa obrazının batin elminə sahib olması deməkdir.
Tədqiqatlar göstərir ki,
xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə imam Əli ilə
əvəz edilir. Şiələrin Əli-Allahi təriqətində də Əlini Allah kimi qəbul edirlər.
Quranda imam Əlinin adı çəkilmir, əvəzində isə Məryəm oğlu İsanın adına bir
neçə dəfə rast gəlinir. Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə Hz. İsanı –
“mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın
funksiyalarının üst-üstə düşdüyünü bildirir. İbn Ərəbi, varis rəmzi altında,
Allahın “Ol!” əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana
görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Ol!” əmri ilə yaratmışdır.
Hədislərə görə də Məhəmməd peyğəmbər yalnız Məryəm oğlu İsanı özünə yaxın hesab
edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı - imam Əli kimi qəbul edir. Bu
isə o deməkdir ki, axirətdə, imam Əli ilə eyni obrazda çıxış edən İsa, yəni
İisus Xristos gəlməlidir.
Şiəlikdə
qədim sirləri bilən Allah obrazı imam Əlinin obrazıdır. Şiə imamı Allahın
yerdəki nümayəndəsi, Onun qapısı, ilahi sirlərin varisidir və yalnız onun
vasitəsi ilə Allaha yaxınlaşmaq mümkündür. Dördüncü imamın sözlərinə görə -
“Allahın dərki – İmamın dərkidir”, “Öz İmamını tanımadan ölən, cahil olaraq
ölmüşdür”. Mənbələrə görə ilahi sirləri bilən Məhəmməd peyğəmbər, onları yalnız
Əliyə açmışdır. Peyğəmbər demişdir: “Mən elm şəhəri, Əli isə onun qapısıdır. Hər kim bu elmə sahib olmaq istəyirsə, bu qapıdan
keçməlidir”. Bu isə o deməkdir ki, imam Əli obrazı da, İsa peyğəmbər kimi axirətdə
gələn Mehdinin obrazlarıdır.
Mühiddin ibn Ərəbiyə görə,
İslam dini Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o
dünyada ömrünü davam etdirəcəkdir. Ərəbi bildirir ki, Allah, İslam dinini və
müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din
rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da Dinin
göydəki El mənasında olmasını bildirir. Deməli, Ərəbiyə görə Din rəmzi göydəki
El anlamındadır və bu Eli Allah, İsrailin yəhudi peyğəmbərləri olan İbrahim və
Yaqub oğullarına vəsiyyət etmişdir. Qeyd etmək lazımdır ki, ilk şiəlik də
Qurana görə Nuh və İbrahim peyğəmbərdən başlanır. El [L] rəmzinin Əli [L] rəmzi
ilə eyni məna verməsi o deməkdir ki, axirətdə göydə yaradılacaq El vilayəti -
elə Əlinin, yəni Mehdinin zühuru mənasındadır.
Yazdığımız kimi İbn Ərəbiyə
görə, Allah İslam dinini İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Tövrata
görə isə Allah, İbrahim, Yaqub və onların törəmələrinə and içərək Xanaan (Knun)
və Alban (Lbnun) torpaqlarını verir. Alban [LBN] rəmzinin sufizmdə Nəbi-Eli
[NBL] kimi də oxunuşunu nəzərə alsaq razılaşarıq ki, Albaniya rəmzi altında
peyğəmbərlərin göydəki Eli başa düşülməlidir.
Lakin tarixçi M.
Xorenatsinin “Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi vərəsəliklə Gel-GelarKüninin
Sisaka nəslindən “kiməsə” əbədi olaraq verilmişdir. Belə çıxır ki, mənbələrdə
İbrahim və Yaqub oğulları dedikdə, Gelar türk bəyləri (Bəg) nəzərdə
tutulmalıdır və İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinə
verilmişdir.
Burada qeyd olunan “kiməsə”
sözü, axirətdə Gelar türklərindən çıxacaq və batini sirləri bilən insan
mənasındadır ki, o sirləri bildiyi üçün “Beyt əl-elm vəl-marifət vəl-hikmət”,
yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasında “Əhli-Beyt” üzvü sayılacaq. Əhli-Beytin
üzvü olan şiə imamı Əli adının, Albaniyanın digər adı olan Alu rəmzi ilə
eyniliyi onu göstərir ki, Mehdini göydəki zühuru burada, yəni Gel elində baş
verməlidir.
Qeyd etmək lazımdır ki,
Albaniya dedikdə - Geliopol göylərində teurqiya vasitəsi ilə yaradılmış Yuxarı
Misir ölkəsi nəzərdə tutulmalıdır. Biz bilirik ki, Geliopol şəhəri Aşağı və
Yuxarı hissələrə bölünürdü ki, mənbələrdə Atum Allahı «Geliopolun iki
torpağının sahibi» adlanırdı. Deməli, Albaniya - Yuxarı Misir ölkəsi, Knun,
yəni Xanaan isə Aşağa Misir ölkəsi mənasındadır. Bu iki ölkənin tacının sahibi
isə mənbələrdə “İki dünyanın sahibi” adlandırılırdı. Əgər nəzərə alsaq ki,
Məhəmməd peyğəmbər də mənbələrdə “İki dünyanın sahibi” adlandırılırdı, qəbul
edərik ki, peyğəmbərimiz həqiqətən də Gel elində yaradılmış və axirətdə yenidən
yaranacaq Atum Allahının, yəni Adəmin obrazıdır.
Bu gün Azərbaycan adlanan ərazisində
yaşayan batini-nizarilər – mənbələrdə “məlahi” və “mülhid”lər adlandırılır ki,
bu da “mələk” və “mələklər ölkəsi” olan “Mələküt dünyası” deməkdir. Batinilərin
mənbələrdə mələk adlandırılması, onların ölümsüzlər nəsli olması deməkdir.
Qədim Misir mənbələrində Qor Allahının nəsli – “Qor yoluyla gedənlər”
adlandırılır və mətnlərə görə bu insanlar ölmür, sadəcə qanad geyərək cənnətə
uçurlar. Rəvayətə görə, Hz. Məhəmməd, yəhudi, xristian və müsəlmanların yetmişdən
çox olan təriqətlərinin yalnız birinin Cənnətə, qalanlarının isə Cəhənnəmə düşəcəklərini
bildirmişdi. Bu bir təriqət isə - yəhudi, xristian və müsəlmanların nazorey,
nazaret və nizari adlandırdığı, mənbələrdə Gel, Gelat
(Qulat/Xalda/Kolyada/Kleyto/Kelt və s.) kimi də qeyd olunan Gelar bəylərinin
batini təriqətidir.
Bütün bunlar o deməkdir ki,
gözlənilən Hz. İsa, heç də adi insan yox, qədim peyğəmbərlər və şahlar nəslinin
nümayəndəsi olacaqdır. Bu nəsil isə mənbələrdə Gel, Gelat, indi isə Gelar
adlanan məkanda yaşayan türk bəylərinin nəslidir. Qədim mənbələrdə Gilar adı -
“Ölüb-dirilən Allah”ın (Osiris, Attis, Adonis, Tammuz, Kibela və s.) bayramına
aid edilirdi. Hz. İsanın da “Ölüb-dirilən Allah” obrazında olmasını nəzərə
alsaq, razılaşarıq ki, batini sirləri bilən bu türk bəyləri qədim padişahlar və
peyğəmbərlər nəslinin törəmələridir.
Bütün bunlar haqqında daha dəqiq məlumatlar və təkzibolunmaz faktlar,
müəllifi olduğum “Batini-Quran” kitabım və məqalələrimdə verilmişdir.
Firudin
Gilar Bəg
Комментариев нет:
Отправить комментарий