Keçmiş ideallarımıza, xalqın fəxr etdiyi müqəddəs
səviyyəli qəhrəmanlarımıza ləkəyaxma prosesi bu gün də davam etməkdədir. İndi
növbə Babək Xürrəmdinə çatmışdır. Əslini, kökünü və hardan gəlib, hara
getdiyini bilməyən insanlar, gündəmdə qalmaq xatirinə yeni-yeni “araşdırmalar”
aparıb, ürək bulandırmaqla məşğuldur. Bunların cavabını verməli olan elm
adamları isə ortaya tutarlı sübut qoya bilmirlər. Nəticədə isə insanlarımız
ruhdan düşür və milli ruhumuz növbəti dəfə sarsıntı keçirməli olur. Bütün bunları nəzərə alaraq Babək haqqında məqalə
yazmaq qərarına gəldim və qənaətimi oxuculara təqdim edirəm.
Babək haqqında söz demək üçün, qədim mənbələri
diqqətlə araşdırmaq, onun dövrü kimi qəbul olunmuş zamanın xüsusiyyətlərini,
insanlarının məntiqini və s. öyrənmək lazımdır. Mənbələr isə Babək haqqında sirli
informasiyalar verməkdədir.
Z. Bünyadovun yazdığına görə, Babək Azərbaycanda
İslamdan əvvəlki qayda-qanunları bərpa etməyə çalışırdı. Birincisi, o, özünün
müsəlman olmayan Babək (Papak) adını bərpa etdi, ikincisi, Allahın insan surətində
görünəcəyi (Hulul-[Xulul]) nəzəriyyəsini elan etdi: üçüncüsü, ruhun bir cisimdən
digərinə köçdüyünə (tənasux ər-ərvah) inanırdı və dördüncüsü, bu əqidədə idi
ki, imamın qeyb olan ruhu çox sonralar qayıdacaq (ricət). Vardapet Vardana görə,
Babək (Baban) özünü ölməz adlandırırdı. “Babəkin tarixi”ndə deyilir ki, Cavidan
ölümqabağı demişdir: “Mən bu gecə öləcəyəm. Mənim ruhum bədənimdən çıxıb Babəkin
bədəninə keçəcək və onun ruhu ilə birləşəcəkdir… Mən onu öz yerimə öz
ardıcıllarıma rəhbər təyin edirəm”. Nizam ül-Mülk isə bildirirdi ki, “hicri
162-ci ildə Mehdinin xəlifəliyi zamanında sorxələm adlandırılan Qorqan batiniləri
xürrəmdinlərlə birləşdi” (Z. Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə”, B.1989,
133; 228, 226, 313, 227). Kalankatuasi yazır ki, Sünik hakimi Vasakın qızı ilə
evlənən Baban (Babək – F. G. B.), Gelarkünidəki məhşur Makenasos monastırını
yandırmışdı və s. Bu faktlar göstərir ki, Babək obrazı adi obraz yox,
sufi-batinilərlə və onların mərkəzi olan Sünik-Gelarküni ilə bağlı obrazdır. Bu
isə o deməkdir ki, Babəki anlamaq üçün ifrat şiələr olan Gel batinilərinin
(Gelati-Şiə) şiə ezoterizmini bilmək vacıbdir. Yalnız bu halda Babək həqiqətlərini
dərk etmək mümkündür.
Batini məna, qədim yazıların adi, birbaşa mənasının
əksi olaraq, yazıda qeyd olunan hadisələrin birbaşa Allaha və onun yerdəki
seçilmişlər nəslinə aid edilməsi deməkdir. Sufilərin qəbul etdiyi tarix də məhz
budur. İngiliscə “tarix” sözünün mənasını verən “history” sözü – “his story”
kimi açıqlanır və “O Kişinin tarixi”mənasında “Allahın tarixi” fikrini ifadə
edir. Bizim “tarix” [TRX] sözümüz də sufilərdəki “tərikə” yolu [TRK] mənasında
Allahın Əvvəldən Axirətə qədər getdiyi yolu bildirir. Sufi məntiqinə görə bu
dünyada hər şey – Yaradan Tək Allahın müxtəlif təzahürləridir. Allahdan başqa
bu dünyada yazılmağa layiq heç nə yoxdur. Bütün qədim yazılar rəmzlərlə
yazılmışdır və əsl – gizli mənası Allahın bu dünyada gördüyü işlər haqdadır. Hər
bir ad özlüyündə Allahın gördüyü müəyyən işlərin rəmzidir və yalnız sirləri
bildikdə, yazıda söhbətin nədən getdiyini dərk etmək olar və s. Deməli, sufi məntiqində
ölümsüz Babəkin obrazı da bilavasitə Allahla bağlı olmalıdır.
Batinilikdə ruhun digər bədənə keçməsinə (“tənasüh”)
inananlar – “əshab (əhli) ət-tənasüh”, “tənasühiyyə”, bəzən də “əshab əl-xulul”,
“əl-xululiyyə” adlanırdılar («Ислам», Энциклопедический словарь, М, 1991, səh.
36). Sufizmdə “xulul” rəmzi ölümsüzlüklə bağlıdır və Allahla, yəni İlahi mahiyyət
olan ilkin materiya ilə vəhdət təşkil etmək, İlahi mahiyyətə qovuşmaq mənasındadır.
Kamillik yolunu tutmuş sufi, təriqətin Bəqa fazasında Allahla (İlahla) vəhdət vəziyyətinə
gəlmək üçün, öz ruhunu ekstatik vəziyyətdə bədəndən çıxarıb, ilkin materiyaya
daxil etməlidir. Sufizmdə insan
ruhunun, ilkin materiyanı səyahət etməsi üçün bədəndən çıxması – “ruhun azad
olması” kimi qeyd olunur. Məşhur sufi Bəhaulla, özünün “Yeddi vadi” mistik
yazılarında bu rəmz haqda yazır: “Kaf, və ya Qaf (k və ya q) – “kuffi” (“azad
ol”) mənasındadır, yəni ki, “ehtirasının tamah etdiyi şeydən azad ol: sonra isə
öz Allahına tərəf addım at”… Kaf “kuffi” mənasındadır, yəni ki, “məhdudiyyətə
bürünməkdən azad ol ki, müqəddəslik dayanacaqları haqqında bilmədiklərini biləsən”
(Бахаулла, «Сем долин», sayt: http://lib.ru/BAHAUL/sevenval.txt). Burada
söhbət tərikənin Bəqa səviyyəsində, ruhun, bədəni təşkil edən heyvani qüvvələrdən
(qəzəb və ehtiras qüvvələri) azad edilib, ilkin materiyaya daxil olmasından
gedir. Quranda Bəqa rəmzi Əqəba kimi (BQ=QB) qeyd olunur ki, sufizmdə bunlar
eyni mənalıdır: “Lakin o Əqəbanı
keçmədi! Sən nə bilirsən Əqəba nədir? Bir qulu azad etməkdir və ya aclıq zamanı
qohumlardan bir yetimi və ya torpağa sərilmiş bir yoxsulu doyurmaqdır!... Elə
ki azad oldun, qalx və Rəbbinə doğru get!” (Quran, 90:11-16,94,7,8). Deməli,
sufizmdə azad olmaq – ruhun bədəndən çıxıb İlahla qovuşması mənasındadır ki, bu tərikə yolu da sufi
müridinin Allaha (ilkin materiyaya) səyahəti deməkdir. Allaha səyahət (suluq)
edən sufi – tərikə [TRK] pillələrini qalxan türük [TRK], yəni türk [TRK]
adlanır. Türk – təriqətin Bəqa fazasına, yəni bəglik səviyyəsinə daxil olanda,
o ilkin materiyada – İlahda (Allahda) olur. Bu səviyyədə artıq sufi ilə Allah
(ilkin materiya) arasında heç bir maneə olmur. İkilik, yəni insanla (ruhu ilə)
ilkin materiya birləşir və vəhdət əmələ gətirir ki, bu da insanın Allaha
çevrilməsi və Xızır kimi ölümsüzlük qazanması deməkdir. Belə çıxır ki, Babək –
“Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha üstündür” deyəndə,
“qırx il adi insan kimi yaşamaqdansa, bir gün Allah kimi yaşamaq daha üstündür”
fikrini nəzərdə tutur.
“Qulun azad olması” rəmzinə daha çox xristian mənbələrində rast gəlinir.
Xristian
yazılarından olan “Siluanın nəsihət”lərində bu mənada deyilir: “Oğlum mənim,
kimsə qul olmaq istərmi? Nəyə görə sən bu qədər ehtiraslara aludəsən? Bütün
qandalları at ki, azadlıq qazanasan”. Ehtirasların təsiri altına düşmək,
Klimentin (Klimentə II namə) yazdığına görə də, qatı qul olmaq deməkdir, əksinə
ehtirasları əldə saxlamaq, ondan asılı olmamaq – azadlıqdır. Kliment burada
şeytanı tiran adlandırır və bildirir ki, mənəvi cahillik, çirkinlik - Allahdan
uzaqlaşmaqdır”. O, ehtirasların əlində əsir qalmış insanı heyvana bənzədir: “Heyvan
olma ki, insanlar səni qovsunlar, pis heyvanları qovan insan ol”. Burada
günahsızlıq vəziyyətinin əsası da “ehtiraslardan” azad olmaqdır. Bütün
günahların əsası ehtiraslardır. Ehtirasa qarşı mübarizə – ehtiraslı istək, şəhvət,
və ləzzətlə mübarizədir. İlkin xristianlığın ən populyar yazılarından biri olan
“Sekstin deyimləri”ndə də ruhi və mənəvi kamilliyə aparan yollardan danışılır və
bildirilir ki, can Allaha istiqamətlənməlidir və özündəki ehtirasları
boğmalıdır. Yalnız ehtiraslardan azad olmuş insan mömin insan ola bilər və
bunun üçün mömin həyatı yaşamaq lazımdır: Allaha ucalmaq imandan başlanır (“iman
canı yerdən Allaha aparır”). Bu istiqamətdə əsas maneə bədən – cisimdir (nə qədər
ki, bədən ehtiras və istəklərlədir, can Allahı dərk edə bilməz), buna görə də nəfsi
saxlamaq lazımdır (А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh. 97, 130, 103, 122).
Bütün bunlar o deməkdir ki, Babəkin azad insan kimi yaşama şüarı, sufi müdriklərinin
ölümsüzlük qazanması üçün keçdiyi kamillik yolunun şüarıdır. Son nəticə isə
Allahla vəhdətdir ki (Vəhdət əl Vücud), bu zaman insan ağlı ilkin materiyanın
düşünən hissəsi olan kamil ağıla daxil olur. Əl-Fərabi insan ruhunun düşünən
hissəsi olan ağılın kamil ağıla (Allaha - F. G. B.) çevrilməsi haqda yazır: “Bu
qüvvələrə praktiki ağıl da aiddir – o ağıl ki, həyata keçməli olanları,
insanlara xas olan hərəkətlərlə həyata keçirir. Ruhun qüvvəsinə həm də mücərrəd
ağıl aiddir, hansı ki, onun hesabına ruhun substansiyası kamilliyə çatır və
aktual ağıl substansiyası olur. Bu ağılın özünün səviyyələri var: bir halda o
material ağıl kimi çıxış edir, digər halda - təfəkkürü olan ağıl kimi, üçüncü
halda - qazanılmış ağıl kimi çıxış edir. Bu qüvvələr, dərk olunanı qəbul edərək,
maddi olmayaraq özünü sadə substansiya kimi təqdim edir. Bu substansiya
potensial vəziyyətdən aktual vəziyyətə keçir və (materiyadan) azad olunmuş
ağılın hesabına kamil ağıla çevrilir və məhz onu aktual vəziyyətə gətirən fəal
ağılın hesabına o kamil ağıla dönür. Əqllə qəbul ediləsi bölünən və ya vəziyyəti
olan predmetlər bir şeydə yerləşə bilməz: ruh substansiyası materiyadan ayrı
yaşayır: o, bədən öləndən sonra da qalır, onda elə bir güc yoxdur ki məhv
olsun. O – vahid substansiyadır: o – əsl təbiətində insandır: onun gücü
orqanlara bölüşdürülür. Forma verən onu o vaxt yaradır ki, onu qəbul etməyə
hazır olan nə isə əmələ gəlir. Bu nə isə bədəndir: nə vaxt ki o olur, bu
substansiyada əmələ gəlir” (Аль Фараби, «Существо вопросов», böl. 20). Əl Fərabi, insan
ruhunun digər bədənə keçməsinə “inanmasa” da, ruhun kamil ağıla çevrilməsi
haqda geniş şərh verir. Əflatun isə “Pir” əsərində, insan ruhunun ilkın
materiyanın formalaşmış “damlası” ilə birləşib, ölümsüzlük qazanmasını belə rəmzləşdirir:
“Bütün insanlar cismani olduğu kimi, ruhən də hamilədirlər və onlar lazımi
vaxta çatanda, bizim təbiətimiz məcbur edir ki, bu hamiləlikdən azad olaq. Azad
olmaq isə eybəcərlikdə deyil, yalnız gözəllikdə mümkündür. Kişi ilə qadının
cütləşməsi məhz bu həlldir. Bu isə
İlahi işdir, çünki hamilə qalma və doğum - ölümsüz başlanğıcın, ölümlü varlıqda
əmələ gəlməsidir” (Платон, «Пир», 206S). Əflatun burada kişi və qadının çütləşməsi
rəmzi altında, insan ruhunun ilkin materiya ilə birləşməsini nəzərdə tutur ki,
məhz bundan sonra insan ruhu ölümsüzlük qazanır və yeni forma alıb göydə həyatını
davam etdirir. Bu isə o deməkdir ki, ölümsüz Babəkin obrazı qədim Misir piri
(fironu) olan Amonun obrazıdır. Çünki məhz pir Amon, insan öləndən sonra
ruhunun “sahu”ya (saxu/sak rəmzi) çevrilməsini təşkil etmişdir. Misirşünas U.
Bac bu barədə yazır: “Totun sözləri və kahinin duaları insan bədəninin mahiyyətinin
“sahu”ya çevrilməsini məcbur edir və o Allahların yaşadığı Göylərə qalxır...
İnsan bədənində yaşayan ruh sahuya keçir və çürüməyən bu yeni bədən Göylərdə
ruhun bədənini təşkil edir, necə ki, fiziki bədən ruhun yerdəki evidir” (У.
Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.143). Buradakı
“sahu” rəmzi, sufilərin “tənasüh” və “səyyah” sözlərinin kökündə duran rəmzdir.
Bu isə o deməkdir ki, Babəkin bədəninə köçən ruh elə qədim Misirdə Ba Allahı
adlanan ruhudur. Babək adı da Ba-Bək, yəni Bəqa səviyyəsinə qalxmış Ba ruhu deməkdir.
Cavidanın ruhunun Babəkin ruhu ilə birləşməsi
rəmzi axirətə aid rəmzdir ki, bu zaman hər şeyi yaratmış və əvvəldə gəlmiş
Allahla axirətdə gələcək Mehdinin ruhu birləşməlidir. Rəsmlərdə bu birlik – bir
atı minmiş iki nəfər kimi və ya bir bədəndə olan iki baş kimi də rəmzləndirilir.
Quranda bu birləşmə Günəşlə Ayın birləşməsi kimi qeyd olunur ki, bu da Günəş
Allahı Ra-Amonla (Rəhman), Ay Allahı mənasında olan Mehdinin birliyi mənasındadır
(Quran, 75:9). Bu birləşmə isə Mehdinin ruhunun azadlıq qazandığı zaman baş
verməlidir. “Türklərin digər döyüşçülərdən
üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində Əbu əl-Ala
İbn Xassul yazır: “Zəncirdən azad olan türk ordunun başında durmayanadək və ya
hacib olmaq şərəfinə nail olmayanadək ya da böyük ordunun komandiri və orduda
sözü ötən ordu başçısına çevrilməyənədək, özünü məmnun hesab etməyəcəkdir” (Ф. М. Асадов, «Арабские
источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 112). Burada “zəncirdən azad olma” deyəndə, təbii ki batini
məna, yəni insan öləndə, onun “bədəndən azad olan ruhu” nəzərdə tutulur. Lakin
ölən hər bir türkün ruhu Allahın ordusunun başına keçə bilməz. Deməli, burada
söhbət Mehdidən gedir ki, onun ölümü zamanı, bədənindən çıxan ruhu göyə qalxaraq Amon Allahının ruhu
ilə birləşməlidir.
Misir mənbələrində bildirilir ki, fironların
Ba ruhları, bədəni tərk etdikdən sonra Benu quşuna çevrilirlər və göyə
qalxaraq, burada yaradılmış Eldə ölümsüzlük qazanırlar. Deməli, fironların Benu
ruhları El-Benuda [LBN], yəni Alban [LBN] ölkəsində ömürlərini davam etdirirlər
ki, Alban ölkəsi də Sünik-Gelarkünidən başlayır. Belə çıxır ki, Albaniya rəmzi
altında, qədim mənbələrdə cənnət adlandırılan ölümsüz ruhların göy dünyası nəzərdə
tutulur. Bunu Təbrizli Arakel də öz yazılarında xüsusi nəzərə çatdırır. O,
özünün tarix kitabında Albaniyadakı Lazar monastırını - “mələklərin yaşadığı məskən
və müqəddəs səhra” adlandırır. Onun yazdığına görə, Sünikdə tikilmiş səhradakı
“Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olmuşlar. Arakelə
görə, ruhlar bu səhradan çıxanda, sudan çıxmış balıq kimi ölümcül vəziyyətə
düşür, boğulmağa başlayırlar və yalnız qayıdanda yenidən canlanırlar (Даврижеци А. Книга историй.
М.1973, böl.24,51). Bu isə o deməkdir ki, “Lazar monastırı” deyəndə,
göydəki ruhlar dünyasına aparan məbəd təsəvvür olunmalıdır. Buradan çıxan nəticə
isə odur ki, mənbələrdə Şərq, Şərq əyaləti və s. adlandırılan Albaniya - qədim
Misir Allahlarının vətənidir.
Qədim Misir yazılarına görə, Allahların vətəni
günəşin doğduğu Şərq ölkəsidir. Misirin yaranış haqqındakı rəvayətlərində bu
yer, “Günəşin doğduğu Şərqdəki uzaq yer” adlanır ki, bura ilkin sonsuzluq
sularından qalxmış Od adasıdır. Məşhur alim Devid Rol “İtirilmiş Əhd” kitabında
bildirir ki, sivilizasiyanın əsasının qoyuluşu qədim Misir rəvayətlərinə görə,
Nil vadisi ilə bağlı olmamışdır. Elm və mədəniyyəti qədim Misirə uzaqdan gələn
“Qor yoluyla gedənlər” nəsli gətirmişdilər. D. Rol əfsanəvi “Qor yoluyla gedənlər”
nəslinin soykökünün, Mesopotamiyanın böyük qəhrəmanlarından başlanmasını
bildirir. D. Rola görə, Şərqdən, “ilkin sonsuzluq sularından qalxmış Od
adası”ndan gələn annunakilər, Eridu adlanan və “Qüdrət yeri” mənasında olan ilk
məbədi tikdilər və onu Abzu adlandırdılar (Дэвид Рол, «Утраченный Завет», сайт:
http://lib.rus.ec/b/328508/read). Buradakı “Şərq” rəmzinə, dahi Azərbaycan filosofu Şihabəddin
Yəhya Sührəvərdi mistik məna verir. Onun “Şərq” fəlsəfəsində söhbət coğrafi Şərqdən
yox, metafizik Şərqdən, Ruhun Şərqindən gedir. Sührəvərdi fəlsəfəsinin
araşdırıcısı A. Korbenə görə, Sührəvərdi ezoterizmi, Şərq rəmzi altında ruhun mənbəyi
olan Mələkütü, yəni mələklərin göydəki aləmini nəzərdə tutur. Deməli,
Mesopotamiya qəhrəmanları elə Alban Şərqinin xalqıdır. Əgər nəzərə alsaq ki,
Abzu rəmzi ilə Bəzz rəmzi eyni mənalı sözlərdir, razılaşarıq ki, Albaniyanın Bəzz
qalası da, mənbələrdə “Yer və Göyün təməl evi” kimi qeyd olunan, annunakilərin
tikdiyi Abzu məbədidir.
Annunaki sözü Nun-Ki rəmzindən yaranmış
sözdür ki, bu rəmz digər mənbələrdə Ki-Nun, Kənan, Knun, Xanan, Xenni, Xunn və
s. kimi yazılaraq “ilkin sularda (ilkin materiya) yaradılmış torpaq” mənasını
verir. Annunaki adındakı də “An” rəmzi “Kitabi - Dədə Qorqud”da “bəg-ərən”
sözünün yerinə işlədilir: “Anlar dəxi bu dünyaya gəldi keçdi, Anları dəxi əcəl
aldı yer gizlətdi” (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh. 41). Deməli annunaki
deyəndə - “ilkin sularda yaradılmış torpaqdan gəlmiş bəg-ərənlər” başa düşülməlidir.
Quranda Nun-Ki/Kinun rəmzi, Allahın Adəmi
yaratdığı “Kün!” (“Ol!”) əmri mənasında
qeyd edilir. “Adəm-Kün!” [DMKN] rəmzi Mesopotamiya mənbələrində “Damkin” [DMKN]
kimi yazılır və məhz Abzu, yəni Bəzz qalasına aid edilir. Digər tərəfdən,
Ki-Nun rəmzi ilə eyni mənalı Xenn/Xenni rəmzi həm də “qaldırılmış torpaq” mənasını
verir ki, bu da “MR” mənasında olan Misir piramidasını bildirir. Misirşünaslar
“MR” rəmzini - “qalxma yeri”, “fironun göyə qalxması üçün metafizik odlu şar”,
“Ba-nın qalxması”, “yaranış yeri və sonsuzluqda dirilmənin baş verdiyi İlkin
dağ” və s. kimi mənalandırırlar. Bütün bunlar Ra-Amon Allahının yaranışı və ərşə
hakim olması ilə bağlı rəmzlərdir. “MR” rəmzi ilə bağlı olan və qədim Misirin
digər adı sayılan Ta-Meri rəmzi isə - “Mer torpağı”, “sevimli torpaq”, “dirilmə
torpağı”, “şumlanmış və qaldırılmış torpaq”, “İlahi kanallar torpağı” və s. kimi mənalar verir (Алан Ф Эльфорд, Путь Феникса. Тайны забытой
цивилизации, «Земля Мер», http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130). Lakin əgər biz “MR” rəmzinin
eyni zamanda Mar, yəni Midiya mənasında olmasını, xürrəmilərin də digər adının
mühəmmirə, yəni “maq mar” olduğunu nəzərə alsaq razılaşarıq ki, xürrəmilər elə
Abzu/Bəzz qalasını tikmiş annunakilərdir. Başqa cür desək, xürrəmilər elə məhşur
“Qor yolu ilə gedən” Misir, Mesopotamiya Allahlarının nəslidirlər. “Xür” rəmzi
- Xor/Qor, xürrəm rəmzi isə Xor-İrəm, yəni Quranda (89:7) “sütunlar şəhəri” adlanan “İrəm
şəhərinin Xor nəsli” mənasındadır. Sanadan (Yəmən) olan məcnun şair Əbdül Həzrətin
“Nekronomikonun sirri” (Əl-Əzif) kitabına görə, Sütunlar şəhəri olan İrəm zat əl-İmad
şəhərini, yəhudilərin “nefilim” (nəhəng) adlandırdıqları cinlər göydə
yaratmışlar. Bu isə xürrəmilərin - İrəm şəhərini tikən nəhənglər nəsli olması mənasındadır.
Bütün bunlar o deməkdir ki, xürrəmilər - qədim
Misirin, Mesopotamiyanın Qor/Xor Allahının yolu ilə gedənlər (Xor ardıcılları)
nəslidirlər. Nizam ül-Mülk yazılarda batiniləri Qorqan batiniləri adlandırması
da, – Qor/Xor/Xür nəslinin Qan/Kün/Knun/Xunn mənasında olan məbədgaha aid
olmasına işarədir. Zaxariya Ritor Bəzz qalasını Bazqun adlandırır və hunlar ölkəsi
hesab edir: “Bazqun – dili olan torpaqdır ki, hunn sərhədləri ərazisinə aid
olaraq Kaspi darvazalarına və dənizinə qədər ona əraziyə çatır və yayılır” (Ю.Р.
Джафаров, «Гунны в Азербайджане», Б., 1985, səh. 97). Buradakı Bazqun rəmzi də Bəzz/Abzu və
Qun/Kinun/Xunn/Hunn mənasında, bu qalanın elə Mesopotamiyanın KiNun – NunKi, yəni
“ilkin materiyada yaradılmış yer” olması deməkdir.
İordan rəmzlərlə yazaraq,
hunnların yaranmasını – Qot (Quti/Kuti) şahının ruhunun ilkin materiyada səyahəti
zamanı cinlərlə cütləşməsi ilə əlaqələndirir. İlkin materiyada səyahət edən
şah, ruhunu “Qaliurunnı” [QLRNN] adlandırır ki, bu rəmz də GelarNun [GLRNN] – “Nun
ilkin materiyası ilə birləşmiş ruh” deməkdir (Иордан, «О происхождении и
деяниях гетов», sayt: http://www.vostlit.info/Texts/rus/Iordan/pred.phtml?id=575). Məlumdur ki, qutilər -
Mesopotamiyanın məhşur şahlar nəslidir və bu sülaləsinin hakimiyyəti mifik
dövrlərdən - “çar hakimiyyəti”nin “Göydən yerə” endiyi dövrlərdən başlanır (А.
Оппенхейм, “Древняя Месопотамия”, М., 1980, səh.146). Əgər nəzərə alsaq ki, Berossa
görə, qutilərin 21 şah sülaləsi midiyalı olmuşdur, razılaşarıq ki, ilkin
materiyada ilk dəfə səyahət edən pir də məhz mar, əmirlər nəslinin banisi Amon
olmalıdır. Bu isə o deməkdir ki, göydən gəlmiş quti-hunnlar – Sünik-Gelarküni türklərdir
və onların qüdrəti də Bəzz/Abzu qalası ilə bağlı olmuşdır.
Devid Rol “İtirilmiş
Əhd” kitabında Eridu/Abzu məbədini eyni zamanda Babil qülləsi adlandırır
və bildirir ki, bu məbəd Marduk Allahına həsr olunmuşdur. Eridu şəhərindən olan şumerlilər isə ölümlü Enmer-Kar
şahı – “Enki (Nun-Ki) oğlu Asar” İlahi statusuna qədər ucaltmışdılar. Assurlar
(Asar) isə Enmer/Asara – özlərinin Aşşur dövlətinin himayədar Allahı kimi
sitayiş edirdilər. Rola görə, Misir, Misraim rəmzi də - “Asra və ya Asardan
yaranmış (doğulmuş)” mənasındadır. Asar
isə Nil vadisini zəbt etmiş Mesopotamiya fatehlərinin başçısıdır. D. Rol
Asarı qədim Misirin Osiris Allahı hesab edir və Mesopotamiyanın Marduk Allahı
ilə eyniləşdirir (Дэвид Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read).
Osiris/Asar rəmzi digər mənbələrdə Assur/Aşşur/Aziru/Azər və s. kimi qeyd
olunur və mən kitab və məqalələrimdə bu haqda çox yazmışam. Əgər nəzərə alsaq
ki, Enmer-Kar [NMR-KR] adlanan şah elə qədim Misirin Ra-Amon-Qor [R-MN-QR]
Allahıdır, razılaşarıq ki, İslamda Rəhman, qədim Misirdə isə Ra-Amon adlanan
Allah elə Qor fironlarının Asar/Azər Allahıdır. Azər Allahının nəsli isə bu gün
də “mir” rəmzini adlarında daşıyan pirlər nəslidir və bu seyid-bəglər “Ya Cəddim”
deyəndə məhz Ra-Amon, yəni Azər/Osiris Allahını köməyə çağırırlar. Azərbaycan
adı da “Enki oğlu Azər” adından yaranmışdır ki, Enki rəmzi burada Kün/Qan/Can
kimi də yazılır və bu rəmz Azər-Ba-Can rəmzi ilə eynidir (http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html).
Oğuznamədə Azərbaycan adının təpəyə aid edilməsi də onun məhz Bəzz/Abzu
qalasının torpaqla örtüldüyü təpəyə aid edilməsi deməkdir.
Mənbələrdə Bəzz vilayəti Azərbaycanla Arran
arasında yerləşir və bu rəmz altında ölkə, torpaq, şəhər, kənd, dağ, qayalıq və
daşlıq yer nəzərdə tutulur (Z. Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”, B.1989, səh.
229-230). Deməli, Bəzz rəmzi daş, qaya və həm də ölkə, el mənasını verir. Bəzz
rəmzi mənasında olan Bəzzeynlə bağlı, Əbu Dulafın ikinci risaləsində deyilir
ki, xürrəm adlanan qırmızı geyinmiş adamların bayraqlarını qaldırdıqları yer, Bəzzeyn
dağları ərazisində yerləşir və Babək burada çıxış etmişdir. Məhz burada
Mehdinin [zühurunu] gözləyirlər (“Azərbaycan tarixi üzrə qaynaqlar”, B., 1989,
səh. 119). Qırmızı geyinmişlər deyəndə, burada qan rəngi nəzərdə tutulur
ki, pir Amon göyə qaldırmış bu cənnətini
məhz qurban ruhlarından yaratmışdır.
Qədim
Misirin “Ölülər kitabın”da deyilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz
qurbanlarını Abidosda yerləşdirir və taxtı üçün sular yaradır. “Torpaq əmələ gəldikdə”
isə, O artıq Abidosda peyğəmbər olmuşdur. Digər tərəfdən mətnlərə görə, Bəqa səviyyəsinə
yüksəlmə və Allahla vəhdət də Abidos şəhərində baş vermişdir və mənbələrdə bu təmas
- “Allahla söhbət” adlanır. D. Rol Abidos rəmzinin
Abtu, Abcu və Abzu kimi də yazıldığını qeyd edir ki, bu da qurban ruhlarının,
Allah Evi olan Beytlə [BT] bağlılığını göstərir.
Qurban mərasimi haqda
şumer-akkad möhürlərində də məlumat verilir. Burada, “çılpaq qəhrəmanın
insan-öküzlə güləşməsi” və ya kahinin iştirakı ilə qurbankəsmə səhnələri təsvir
edilir. Möhürdə qəhrəmanın adı - “Yeri tikmiş (düzəltmiş) kahin, hökmdar” kimi
də yozulur. Buradaca “bit i-li” yazısına rast gəlinir ki, bu da (Beyt-el) –
“Allahın evi” mənasındadır (В.К.Афанасьева, «Гильгамеш и Энкиду», M., 1979, səh.120,137).
Belə çıxır ki, hökmdar tərəfindən qurban ruhlarından yaradılmış Allah evi
Abzu/Bəzz qalasıdır və bu qala həm də Allah Evi olan Beytdir.
Qədim Misir
yazılarına görə, Misir – “qara” və “qırmızı” torpaqdan ibarət olmuşdur ki,
burada “qara torpaq” - fiziki
yer, “qırmızı torpaq” isə göydə yaradılmış cənnət mənasındadır. Firon isə mənbələrdə
“qara” və “qırmızı” torpağın hökmranı adlandırılır və bəzən bunlar – “iki
torpaq”, “iki sahil” mənasında Aşağı və Yuxarı Misirə ayrılırlar. Mənbələrdə Misir
Allahları da qırmızı Allahlar adlandırılırlar (Е. А. Уоллис Бадж, «Египетская
книга мёртвых», М-СПб., Ексмо, 2005, səh. 434).
Qırmızı rəng mənbələrdə türklərə və Oğuz
elinə aid edilir. “Kitabi-Dədə Qorqud”da, Oğuzların çadırları qırmızı, Oğuz eli
isə qanlıdır və o qana bulanmış çaydan o tərəfdə yerləşir. Kitabda Dərbənd şəhəri
“qanlı qara Dərvənd” adlanır və o kafirlərin yaşadığı iqlim Aranda yerləşir.
Bu qanlı dünyanın girişi isə qanlı sulardan o yandadır. Lakin kitabda təkcə Oğuz eli qanlı adlandırılmır.
Buradakı bəglər – “Qanlı Oğuz bəgləri”, sular – “qanlı-qanlı sular”, Oğuz
elinin ordusu isə “Qan alaca ordu” adlandırılır (“Kitabi - Dədə Qorqud”, B.,
1988, səh.58,38,74). Bu isə o
deməkdir ki, qırmızı geyinmişlər elə Qanlı Oğuz bəylərinin Qan alaca ordusudur.
Hədislərdə və islam mənbələrində də qırmızı rəng
türklərə aid edilir. Məhəmməd
peyğəmbərin sözlərinə görə - “Məhkəmə saatı o vaxta qədər başlamayacaq ki,
kiçik gözlü, yastılanmış burnu və dəmirdən hazırlanmış qalxana bənzər qırmızı sifəti
olan türklər gəlməyəcək” (Ф. М. Асадов, «Арабские
источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 24). Bu isə o deməkdir ki, xürrəmi
adlandırdığımız qırmızı geyinmişlər qədim Misir Allahlarıdır və onlar axirətdə,
yerdə məhkəmə qurmaq üçün enəcəklər. Bu haqda mən – “Allahın
Şərqdəki türk ordusu” adlı məqaləmdə geniş məlumat vermişəm. Buradan çıxan digər nəticə isə odur ki,
Babək obrazı axirətlə bağlı olan Mehinin obrazıdır və onun çıxışı da məhz Bəzz
qalasından gözlənilir.
Babəkin mənbələrdə Papak adlandırılması və ölümsüz
hesab edilməsi, onun Xiliarx rəmzi ilə bağlılığı deməkdir. Məlumdur ki, qədimdə fars və
midiyalılardan ibarət ordunun özəyini, şah atlıları və “ölümsüzlər” dəstəsi təşkil
edirdi. Xiliarxın başçılığı ilə minlərlə “ölümsüz” şahın şəxsi təhlükəsizliyini
qoruyurdu (Р. Фрай, «Наследие Ирана», М., 1972, səh. 152). Mənbələrin yazdığına
görə, ilk Sasanilər dövründə imperiyanın mülki və hərbi işləri pitiaxş və
xiliarx arasında bölünmüşdü. Yazılarda Ərdəşir “pitiaxş”, Papak isə “xiliarx”
adlandırılırdı. Pitiaxş rəmzinin batinilikdə “şah Pta”, yəni “Padişah” mənasını
verməsi və “Pod-Qos” – Qospod (Allah) rəmzi ilə eyniliyi o deməkdir ki, Ərdəşir
obrazı Ra-Amon Allahının obrazıdır. Xiliarx titulu isə xil/gel nəsli ilə bağlı
olduğu üçün bu rəmz Gelark (Gelarküni) kimi də oxunur. İslamda xiliazm - 12-ci
imamın gəlişi ilə bağlı olan təlimdir ki, bu da imamın xil, yəni gel eli ilə
bağlılığı deməkdir. İran mətnlərinin birində Sasan oğlu Papakın adı çəkiləndə,
ona “bgy” rəmzi aid edilir və bu da “bəg” (Bəqa/Baqa) mənasındadır (orada, səh.
285). Bu isə o deməkdir ki, Babək (Ba-Bəg) – axirətdə Bəzz qalasından zühuru
gözlənilən Mehdinin obrazıdır.
Qədim Misir yazılarında axirətdə gələn
Qor/Xor Allahı, ölmüş atası Asar/Osiris Allahını dirildir. Misir mətnlərində,
Osirisin birinci oğlu Babai adlanır və o, Osirisin Geliopoldakı Gözünün
daxilində Allahlarla birləşmişdir.
Babai rəmzi sufizmdə Babəklə eyni mənalı rəmzdir. Babainin Geliopolda
Allahlarla birliyi, Gel şəhərindəki Ra (Gel-Ra/Gelar – Gelarküni) məbədində,
onun obrazının əzəl yazıdaki birliyi deməkdir. Məhz bu əzəl yazıya görə,
Cavidanın ruhu Babəkə keçir və o ölümsüzlük qazanır.
Qədim Misir mənbələrdə Xor
Allahı - Bakı rəmzinə, yəni Bəqa/Bəglik səviyyəsinə aid edilir və mətnlərdə bu
rəmz “Bakı Xoru”, “Bakının ağası Xor”, “Bakı ölkəsinin hakimi olan Xor” və s.
kimi yazılır (Э.Е.Кормышева «Религия Куша», М.,1984, səh. 66-90). Bu mənbələrdə Bakı
deyəndə Geliopoldakı Biqqe/Biqe adası (İslamda Bəkkə) nəzərdə tutulur ki, mətnlərə
görə Osiris Allahının qəbri burada saxlanılır.
Yazılarının birində, yunanların “Bakxoris” adlandırdıqları və müdrikliyi
haqqında rəvayətlər danışılan Bekneranfu obrazına rast gəlinir ki, bu da
Xor/Qor Allahının Bəqa/Bəg rəmzi ilə əlaqəsi deməkdir (Б.А.Тураев «Древний Египет», Петроград, 1922, изд.,
«Огни», səh.
123). Lakin, əgər nəzərə alsaq ki, Bakxoris rəmzi Bəg-Xris, yəni Bəg-Xristos mənasındadır,
razılaşarıq ki, xristianların İsa peyğəmbəri də axirətdə gəlməli olan Qor/Xor
Allahının obrazıdır. İsa peyğəmbərin də Gel eli (Qaliley) ilə bağlılığı və onun
qədim sirləri bilməsi - onun batini ismaililərindən, yəni seçilmişlər nəslindən
olması deməkdir. Xristianlığın da, xürrəmi batinilərin 12 imamı kimi 12 həvarini
müqəddəs sayması, bunların eyni mənbədən qaynaqlanmasına işarədir.
Digər tərəfdən, batinilərdə
İsa peyğəmbərlə imam Əli obrazı eynidir və bu haqda mən “Bütün dinlər birdir”
adlı məqaləmdə yazmışam
(http://gilarbey.blogspot.com/2013/03/butun-dinlr-birdir_712.html). Albaniya
tarixində də Albaniya ölkəsi eyni zamanda Alu (Əli/İliya/Eliya və s.) kimi
yazılır və onun, böyük, adlı-sanlı tayfa olan Sisaka (Sak/Saxu/Sahu), yəni
Gelarküni nəslindən kiməsə vərəsəliklə verilməsi nəzərə çatdırılır
(M.Xorenatsi, kit. II, böl. 8 və s.). Mənbələrində Albaniyanın – insan bədənindəki
ərazi kimi göstərilərək Aran adlandırılması o deməkdir ki, Alu - batinilərin Məhəmməd
peyğəmbəri kimi, bədəni ruhlar dünyası olan kosmik insan rəmzindədir.
Bütün bunlar o deməkdir ki,
“Babək Xürrəmdin” deyəndə, qədim Mesopotamiya Allahlarının nəsli olan “Xor/Qor
yoluyla gedənlər” nəslinin Bəgi nəzərdə tutulmalıdır. Babəkin islama qarşı
vuruşması, onun batini olması, qədim yazıların və o cümlədən Quranın da batini
mənasını əsas hesab etməsi ilə bağlıdır. Mənbələrdən məlumdur ki, axirətdə,
bütün qədim yazıların batini - gizli mənaları açılacaq və məlum olacaq ki,
Allahın təkliyi kimi bütün dinlərin də kökü birdir. Babəkin bu vuruşda törətdiyi
qırğınlar da, onun azad olub, Allahın göydəki türk ordusunun başına keçəndən
sonra, qırmızı simalı qan alaca ordusu ilə yerdə quracağı axirət məhkəməsi mənasındadır.
Bütün bunlar haqda daha geniş
məlumatlar, “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir
(www.gilarbeg.com).
Firudin
Gilar Bəg