четверг, 6 февраля 2014 г.

Əsl sələfilər kimlərdir? Tarixin sirləri


Bu gün cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də sələfilər və peyğəmbərin səhabələri ilə bağlı mövzulardır. İnsanlar bu haqda az məlumatlı olduqlarından, təriqətlər arası münasibətlərdə gərginliklər göz qabağındadır. Bəs əsl sələfilər, səhabələr kimlərdir? Bu suala dəqiq cavab vermək üçün İslamın yarandığı dövrə, yəni peyğəmbər zamanına səyahət etmək lazımdır. Bunun üçün isə İslamı diqqətlə araşdırıb, bu haqda olan bütün yazıları, mənbələri dərindən tədqiq etmək vacibdir.

Artıq hamıya məlumdur ki, İslam mənbələri, hədislər və Quran iki hissədən - zahiri və batini mənalardan ibarətdir. Zahiri məna, yazılanların hamıya aydın olan adi, yəni birbaşa mənasıdır. Batini məna isə özlüyündə çox dərin rəmzi mənalar daşıyır ki, bunların sayı bəzən yeddiyə çatır. Batini anlamla bağlı Hz. Məhəmmədin bu hədisi, bütün əhəmiyyətli qaynaqlarda qeyd olunur: “Quranın bir zahiri (adi) mənası, bir də batini (gizli) mənası vardır. Bu batinin ardından da başqa bir batini (iç) məna gəlir. Bir-birinin içində göy kürələri formasında olan bu batinin də başqa batini dərinliyi vardır. Beləcə, yeddinci batini dərinliyə qədər açılır”. Deməli, İslam mənbələrində yazılanları dərk etmək üçün, yazıların batini mənalarını da nəzərə almaq lazımdır.

Məşhur sufi alimlərindən olan əl Qəzaliyə görə İslamın mahiyyəti sufizmdir. Sufizm isə elə təvil, yəni batini mənalardır ki, mənbələrdə bu elm eyni zamanda Ledun elmi adlanır. Bu elmi ezoterizm (şiə ezoterizmi), mistisizm, germetizm və s. adlarla da adlandırırlar ki, qədim Şumer, Misir yazılarından tutmuş Əflatuna, Ərəstuna qədər və onlardan sonrakı filosoflar da öz elmlərini zahiri və batini mənalara bölmüşlər. Zahiri məntiq adi insanlar üçün, batini məntiq isə seçilmişlər üçün nəzərdə tutulmuşdur. İslamın batini mənaları da bütün dinlərin, fəlsəfələrin kökündə duran gizli mənalarla eynidir.

Zahiri məna ilə batini mənanın fərqlərini anlamaq üçün rəmzlərin dərk edilmə məntiqinə nəzər salmaq kifayətdir. Adi insan “gözünü aç ki görəsən” məntiqi ilə hər şeyi öz gözləri ilə görür və buna əsasən fikir irəli sürürsə, batini-sufilər – “gözünü yum ki görəsən” məntiqi ilə, bəsirət gözü ilə görməyi, yəni gözəgörünməz, gizli mənaları dərk etməyi əsas götürürlər. Zahiri mənalarda Məhəmməd peyğəmbər adi ölümlü insan kimi qəbul edilirsə, batini mənalarda Məhəmməd peyğəmbər 5500 il əvvəl göydə yaradılmış kosmik insan - Allah kimi qəbul edilir. Zahiri mənada İslam sadəcə insanın inancıdırsa, batini mənada İslam göydə yaradılmış ruhlar dünyası – cənnət mənasındadır. Zahiri mənada Ərəbistan deyəndə, indiki Ərəbistan səhraları nəzərdə tutulursa, batini mənalarda Ərəb ölkəsi dedikdə, Midiya (Azərbaycan) göylərində, xaosdan (ilkin materiya) yaradılmış Yəmən, Albaniya, Tilos, Dilmun və s. ruhlar (cənnət) dünyası nəzərdə tutulur. Zahiri mənada Məhəmməd peyğəmbər 63 yaşında vəfat etmişdirsə, batini mənada peyğəmbərimiz axirətdə vəfat edəcəkdir ki, onun taxtında imam Əli oturacaqdır və s. Deməli, zahiri İslamla batini İslam tam fərqli anlayışlardır və həqiqət axtaranlar zahiri mənanı yox, məhz batini mənanı əsas götürməlidirlər. Yalnız batini mənaların açılması ilə İslamın əsl mahiyyətini dərk etmək mümkündür. Mən – “Həqiqi İslam Şumerdən başlanır” adlı məqalədə bu barədə geniş məlumatlar vermişəm (http://gilarbek.blogspot.com/2013/02/hqiqi-islam-sumerdn-baslanr.html).

Məlumdur ki, “sələfi” sözü – “əvvəl gələnlər” mənasında peyğəmbərin səhabələrinə (əshabə) aid edilən rəmzdir. Mənbələrə görə peyğəmbər, səhabələrini ən xeyirli nəsil adlandırmışdır. Onların arxasınca, onları izləyənlər, yəni Təbiin, daha sonra isə “Təbei-Təbiin” gəlir və bu üçlük sələfilər hesab olunur. İslamın ilk dönəmində yaşamış bu insanlar elmdə, imanda və əməldə bütün müsəlmanlardan üstün olmuşlar. Quranı, hədisləri, islam qanunlarını bütün müsəlmanlar səhabələr vasitəsi ilə öyrənmişlər (http://www.aytugakar.info/islam-teslim-muslim/308-selefilik-nedir-selefi-kimdir-selefi-itikadi-hakkinda.html). Deməli, biz hər şeydən əvvəl əsl səhabələrin kimlər olduğunu təyin etməliyik.

Qəbul olunmuş məntiqə görə, ənsarilər və mühacir müsəlmanlar, peyğəmbərlə Mədinəyə köçəndən sonra “peyğəmbərin əshabələri” (səhabə) dəstəsini yaratdılar (Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh.294). Əshabə (səhabə) rəmzi əsasən Hz. Məhəmmədin ən yaxın ətrafı, onun elminin tərəfdarları olan mühacir və ənsarilərə aid olunursa, digər tərəfdən bu rəmz “əshabi rəy”, “əshab əl-hədis”, “əshabi Rəss”, “əshab əl-Uxdud”, “əshabi Kəhf”, “əshab əs-suffa”, “əshab ət-tənasüh”, “əshab əl-xulul” və s. kimi bir çox rəmzlərə də aid edilir. Burada “əshabi rəy” rəmzi - azad söz sahibləri kimi, “əshab ər-Rass” – “quyu adamları”, “əshab əl-Uxdud – “xəndək insanları” (Quranda qığılcım və odun sahibləri adlanırlar 85:4-8), “əshabi Kəhf” – “Kəhf mağarasının əhli”, “əshab əs-suffa” – “örtük əhli”, “əshab ət-tənasüh” - ruhun digər insana keçməsinə inananlar, “əshab əl-xulul” – “Allaha qovuşanlar” və s. kimi mənalandırılır. Buradakı “əshab ət-tənasüh”, “əshab əl-xulul” rəmzləri onu göstərir ki, bu səhabələr bilavasitə sufilər olmuşlar. Çünki, “əshab əl-xulul” və “əshab ət-tənasüh” rəmzləri İlahla, yəni ilkin materiya ilə vəhdət təşkil etməni, ruhun insan bədəninə keçməsini bildirir ki, bu da sufi elminə, batiniliyə aiddir. Deməli, Məhəmməd peyğəmbərin səhabələri - tərikə yolunu keçən sufilərdir ki, mənbələrdə onlar “şeyxlər nəsli” hesab olunurlar. Onları eyni zamanda “əhli əs-silsilə” də adlandırırlar və bu sufi müdriklərinin də banisi Məhəmməd peyğəmbər hesab olunur. Məhəmməd peyğəmbərin əshabələrinin bir neçəsinin təsəvvüf elmi ilə bağlılığı məlumdur (Abu-d-Dardə, Abu Zərr, Huzayfa və s.) («Ислам», Энциклопедический словарь, M., 1991, səh. 209, 225, 228). Müasir dövrün sufilərindən hesab edilən İdris Şahın yazdığına görə də, sufi ordenlərini, tərikə yolunu - Məhəmməd peyğəmbər və onun əshabələri yaratmışlar (Идрис Шах, «Магия Востока», M., 2000, səh. 85). Əgər nəzərə alsaq ki, batin elmində “əhli əs-suffa” və ya “əshab əs-suffa” (“örtük əhli”) rəmzləri də “sufi əhli” mənasındadır və bu təsəvvüf elmi islamla bir vaxtda yaranmışdır, razılaşarıq ki, Məhəmməd peyğəmbər adi insan yox, sufi silsiləsini keçmiş şeyxlər, pirlər, yəni seçilmişlər nəslinin banisidir. Bu isə o deməkdir ki, “əshab əs-suffa” deyəndə elə Məhəmməd peyğəmbərin sufi səhabələri nəzərdə tutulmalıdır.
Quranda səf-səf duran, yəni cərgə ilə düzülmüş mələklər deyəndə - sufilər nəsli nəzərdə tutulur. Quranın 37-ci surəsi “əs-Saffat” adlanır və burada bu mələklərin ali məqamından, onların məhkəmə qurmasından və s. danışılır və mən - “Allahın şərqdəki türk ordusu” adlı məqaləmdə bu sufilər nəslinin məhz peyğəmbərin səhabələri olmasını yazmışam (http://gilarbek.blogspot.com/2013/11/allahn-srqdki-turk-ordusu.html). Bu səhabələrin mələklər adlandırılması isə onu göstərir ki, onlar, Quranda müjdəçilər və xəbərçilər adlandırılan peyğəmbərlər nəslidir ki, hələ insanlar bir ümmət olanda yerə göndərilmişlər (Quran, 2:213). Bu isə o deməkdir ki, peyğəmbərlərin səhabələri, Şərqdən gələn və başı göylərə çatan Babil qülləsini tikmiş müqəddəslərdir və bu hadisə də 5500 il bundan əvvələ təsadüf edir. Mənbələrdə, Məhəmməd peyğəmbərin də məscid inşa etməsindən, səhabələrin, Quranın peyğəmbərə necə nazil olduğunu, mələklərin döyüş vaxtı onlara necə kömək etdiklərini gözləri ilə görməsindən danışılır ki, bu da peyğəmbərimizin bilavasitə Babil qülləsini tikməsi mənasında olması deməkdir (Əkrəm Həsənov, “Səhabələr – İslamın ilk şəxsiyyətləri”, sayt: http://islam-haqq-din.com/2013/01/10/səhabələr-islamin-ilk-səxsiyyətləri/). Məhəmməd peyğəmbərin mənbələrdə “İki dünyanın ağası” və “Haqq-Məhəmməd” (Allah Məhəmməd) adlandırılması isə onu göstərir ki, o məhz qədim Misir Allahı olan Ra-Amon Allahının obrazıdır. Qədim Misir yazılarında da açıq yazılır ki, məhz Qor Allahı düşmənlərə qalib gələndə sonra “Allahın peyğəmbəri” adını alır (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.95). Belə çıxır ki, Məhəmməd peyğəmbər qədim Misir Allahı olan Ra-Amon (Qor) Allahıdır və Quranda bu Allah - Rəhman Allah kimi qeyd olunur. Mən, “İslamın 124000 peyğəmbəri kimlərdir?” adlı məqalədə ilk peyğəmbərlərin məhz Misir Allahları olmasını və onların başçılarının da Ra-Amon Allahı adlanması haqda geniş məlumatlar vermişəm (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1185).
Bütün bunlar o deməkdir ki, peyğəmbərin səhabələri, şərqdən gələrək yerdə Babil qülləsini tikmiş ilk insanlardır (Библия, Быт.11:1-9). Tarixçi M. Xorenatsi, Babil qülləsinin tikilişini “Yerin başlanğıcı və onun məskunlaşması” adlandırır və ilk Allahlarla bağlayır. Onun yazdığına görə, Böyük və qəddar olan ilk Allahlardan (peyğəmbərin səhabələri) ağlasığmaz nəhənglər nəsli ayrılır və onlar nəhəng tikili planlaşdıraraq, o saat da onun tikilişinə başlamışlar (М. Хоренаци, kitab 1, böl.9). Əflatun da ilk yaradılmış bu varlıqları “Allahlar Allahları” adlandırır və bildirir ki, onları yaradan Demiurq, onlara - ölümlü və “həqiqət dalınca gedən ölümsüz insan” yaratmalarını hökm edir (Platon, “Timey”, 41B,S,D). Burada, “həqiqət dalınca gedən ölümsüz insan” deyəndə Əflatun məhz Təbiin adlandırılan səhabələri nəzərdə tutur. Deməli, “peyğəmbər” adlandırılan varlıqlar – ilk Allahlardan ayrılmış ölümsüz nəhənglər nəslidir və onlar da “başı göylərə çatan” Babil qülləsini tikmişlər.
Mən “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə göstərmişəm ki, Babil qülləsi elə Misir Allahlarının göydə yaratdığı cənnətin qapısıdır və bu göy dünyasını da amoreylər, yəni marlar, əmirlər nəsli yaratmışlar (http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html). Mar [MR] rəmzi qədim Misirdə həm piramidaları, həm göyə qaldırılmış torpağı, yəni cənnəti və həm də bu cənnəti yaratmış ilk Allahları, yəni səhabələri bildirir. Göydə cənnət yaratmış bu səhabələr mənbələrdə kənanilər də adlandırılır ki, bunlar da yəhudilər hesab olunur. Mən, “Qurana görə axirətdə Allah gələcək” adlı məqaləmdə bu haqda məlumat vermişəm (http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Mar/amorey/əmir [MR] rəmzləri bu gün seyidlərin adlarının qarşısında “Mir” kimi yazılır ki, bu da göydə İslam dünyası yaratmış səhabələr nəslinin məhz seyidlər, yəni peyğəmbər nəsli olması deməkdir. Azəri pir-seyidlərin deyimlərində, onların ölümsüz hesab olunmaları və nurdan yaradılmalarının qeyd olunması onu deməyə əsas verir ki, onlar - İslam dünyasını yaratmış və göydə ölümsüzlük qazanmış səhabələr nəslidirlər.

Mənbələrə görə, Hz. Məhəmməd Rəsulullah buyurmuşdur: “Yəhudilər yetmiş bir təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç təriqətə bölünəcəkdir, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir”. Cənnətə düşən təriqət haqqında soruşduqda isə Rəsulullah: “Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir” və ya “O, da camaatdır” demişdi. Bu o deməkdir ki, peyğəmbərin səhabələri, hər üç dinin kökündə duran insanlardır və məhz onlar cənnətə düşürlər. Mən – “Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır” adlı məqaləmdə göstərmişəm ki, peyğəmbər – “Mənim və səhabələrimin yolu ilə gedənlər” dedikdə, qədim Misirin Qor Allahının nəslini nəzərdə tutur ki, onlar öləndən sonra Asar/Osiris Allahına çevrilərək göy cənnətində ölümsüzlük qazanmışlar (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1181). Asar/Osiris adı bu gün bizlərə Azər adı kimi məlumdur və seyidlər də bu gün Azərbaycan xalqının soykökündə duran əsas xalq hesab olunur. Azərbaycanla bağlı mənbələrdə cənnət yaratmış seyid kimi Həsən ibn Sabbah tanınır ki, o batini nizarilərin əcdadı hesab olunur. Nizari rəmzi xristianlıqda Nasar (Nazaret), yəhudilərdə nazorey, İslamda isə ənsarilər kimi məlumdur ki, ənsarilər də mühacirlərlə birlikdə səhabələr hesab olunurlar. Deməli, üç dinin kökündə duran ölməz səhabələr məhz Azəri nizariləridir ki, qədim Misir yazılarında Nasar/Nizar rəmzi - Nu-Asar və Nu-Oziri kimi yazılaraq, “Nu (İunu/Gel) şəhərindəki Asar/Osiris” Allahı mənasını verirdi. Bunlar haqda daha geniş məlumat – “Bütün dinlər birdir” adlı məqaləmdə verilmişdir (http://gilarbey.blogspot.com/2013/03/butun-dinlr-birdir_712.html).

 Qədim Misir mənbələrində “Qor yoluyla gedənlər” adlanan nəsil, ölümsüz Asar/Azər, yəni Osiris Allahının nəsli sayılır. “Şəmsu Qor”, yəni “Qor Allahının yolu ilə gedənlər” dedikdə, göydə Ra günəş diski yaratmış firon Amonun öləndən sonra, ruhunun göyə qalxaraq bu disk ilə birləşib Ra-Amon Allahına çevrilməsi nəzərdə tutulur. Şumer mənbələrində Ra-Amon-Qor rəmzi – Enmerkar kimi yazılır ki, sonradan şumerlilər bu Allahı Asar/Azər, yəni Osiris adlandırdılar. Deməli, “Qor Allahının yolu ilə gedənlər” dedikdə pirlər, yəni fironlar nəslinin göydə ölümsüzlük qazanmış ruhları nəzərdə tutulmalıdır. Bu isə o deməkdir ki, göylərə mühacirət etmiş səhabələr elə Qor Allahının yolu ilə gedənlərdir.
Misir mətnlərinə görə insan öləndə, bədənindəki ruh “saxu”ya (sahu) çevrilir və çürüməyən bu yeni bədən göylərdə quş kimi həyat sürməyə başlayır (У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.143). Ölümsüzlük qazanmış bu ruh isə qədim Misirdə Ba adlanır və Benu quşu kimi qeyd olunur. Benu [BN] rəmzi isə Batin elmində Nəbi [NB], yəni peyğəmbər rəmzi ilə eynidir. Əgər nəzərə alsaq ki, səhabə (əshabə) rəmzi də Batin elmində “Sahu-Ba” kimi açıqlanır, razılaşarıq ki, peyğəmbərin yolu ilə gedən səhabələr elə göydəki cənnətə mühacirət etmiş və orada ölümsüzlük qazanmış Misir pirlərinin (firon) ruhlarıdır (Sahu). İslamda da Ba ruhu Allah hesab olunur və Vallah, Billah kimi qeyd olunur. Rəvayətlərdə peyğəmbərlər nəslinin quş rəmzində ölümsüzlük qazanması, Gel elində yaşayan günəş nəslinin, öləndə qanad geyərək göy cənnətinə uçması kimi göstərilir. Quranda da insan ruhu quş kimi təsəvvür olunur və hər bir insanın quşunun (ruhunun), öz boynunda bərkidilməsi nəzərə çatdırılır (Quran, 17:13). Bu isə o deməkdir ki, mənbələrdə qızılquş kimi təsvir edilən Qor Allahı və onun yolu ilə gedənlər, Assur mənbələrində İşşakku/Üşşakilər kimi qeyd olunan, bir bədəndə “iki dünyanı biləşdirən” Sisaka (Sahu-Səhabə) nəslidir ki, bunlar da mənbələrə görə Azəri türk bəgləridir (http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html).
Səhabə [SHB] rəmzi Batin elmində Bahus [BHS] rəmzi ilə eyni məna verir. Bahus/Baxus isə yunan mifologiyasında Vakh, yəni vəhy kimi insanın ekstatik durumunu, vəcdə gəlməni, cuşa gəlməni bildirir. Baxus, Vakh Allahları qədim mənbələrdə Osiris, Adonis, Dionis və s. Allahları kimi də tanınır və bu rəmzlər də göydə yaradılmış ruhlar dünyası ilə əlaqədar rəmzlərdir. Baxus rəmzi – “Bəqa-İssi”, yəni sufinin “Bəqa səviyyəsindəki ruhu” mənasını verir ki, bu da elə Xulul, yəni Allaha (İlah) qovuşma, Allahla vəhdət mənasında olan sufi rəmzdir. Xristianların Qaliley rəmzi də Xulul/Xəlil rəmzidir ki, Batin elmində Xulul/Hulul [XLL/HLL] rəmzi ilə Allah [LLH] sözü eyni mənalı sözlərdir. Bu isə o deməkdir ki, ilk səhabələr bilavasitə İlahla, yəni ilkin materiya ilə vəhdətdə olan müqəddəslər olmuşlar ki, onlar qüdrətinə görə Ra-Amon Allahından heç də fərqlənməmişlər. Buna görə də bu ilk Allahlar, D. Rolun yazdığına görə mənbələrdə – “İbtidai dövrün Böyük Ruhları”, “İnşaatçı Allahlar”, “Müdriklər Qardaşlığı”, “Yaradıcının Törəmələri” və s. adlandırılırlar.
Bütün bunlar o deməkdir ki, ilk səhabələr – tərikə yolunu keçmiş türklər olmuşlar ki, onlar sufizmin ən ali səviyyəsi olan Bəqa, yəni bəglik səviyyəsinə yüksələrək, Allahlara çevrilmişlər. Əflatun onları heç də təsadüfən Allahlar adlandırmır. Mənbələrdə səhabələrin Təbiin, Təbei-Təbiin adlandırılması da Təbiin rəmzinin kökündə duran Təb rəmzinin - təbə gəlmək, yəni cuşa gəlmək mənasında ekstatik durum ilə bağlılığı deməkdir.
Təb rəmzi mənbələrdə Tuba/Taba kimi də yazılır ki, bu da Mədinə şəhərinin digər adıdır. Mənbələrə görə peyğəmbər Mədinəyə çatanda: “Bu da Taba!” demişdir (Аль Бухари, «Ал-Джами ас-сахих», 1872). Əl-Əşari, hədislərin birində Təb rəmzini Tuba kimi qeyd edir və bu rəmzi - Allahın öz əlləri ilə yaratdığı insanla, Edem cənnəti ilə, Tövratla və ağacla (Tuba) əlaqələndirir (Абу аль-Хасан аль-Аш‘ари, “Разъяснение основ вероисповедания”, böl. 3). Məhşur sufi şeyxi Şihabəddin Yəhya Sührəvərdi isə işığı - Tuba ağacından axan xəzinə adlandırır və bildirir ki, bu ağac “Allahın nurunun yerləşdiyi çıraqdır” (Quran, 24:35). Hədislərdə bu ağac – çaparın, kölgəsində yüz il getdiyi nəhəng cənnət ağacı kimi qeyd olunur. Bu isə o deməkdir ki, Tuba ağacı burada cənnətin rəmzi mənasındadır ki, quş obrazında olan ruhlar bu ağacın budaqlarında ölümsüzlük qazanmışlar. Əgər biz nəzərə alsaq ki, Batin elmində Tuba [TB] rəmzi ilə Beyt [BT] rəmzi eyni mənalı rəmzlərdir, razılaşarıq ki, bu cənnət elə Allahın göydəki Beyti, yəni Evinin obrazıdır. Təbiin adlandırılan səhabələr də əhli-Beyt mənasındadır. Digər tərəfdən, Batin elmində Beyt dedikdə - “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü nəzərdə tutulur ki, bu da Təbiin səhabələrinin - elm verilmiş İsrail oğulları olması deməkdir. Mən, “Qurandakı İsrail oğulları - Azəri bəgləridir” adlı məqaləmdə bu haqda yazmışam (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html).
Təbiin [TBN] rəmzi ilə eyni mənalı Nəbati [NBT] rəmzi isə mənbələrdə Petra şəhərini tikmiş xalqa aid edilir ki, onların qayalıqda tikdiyi bu şəhərdə həm ölülər və həm də dirilər yaşayırmışlar. Nəbati Allahlarının yaşadığı ərazi isə Beytel (Betil daşı) adlanır ki, bu da elə əl-Beyt mənasında Allah Evinin əhli deməkdir. Nəbati [NBT] rəmzi Batin elmində “Nu-Beyt” [NBT] mənasını da verir ki, bu rəmz “Beyti-Nu” [BTN], yəni Batin [BTN]  kimi də oxunur. Deməli, nəbatilər elə Midiya dağlarınının göylərində cənnət yaratmış batini marlar (amoreylər), yəni əmir-seyidlərdir ki, əl-Beyt, əhli-Beyt dedikdə də məhz bu pirlər nəsli nəzərdə tutulmalıdır.
Təb/Tuba/Taba rəmzləri ən qədim rəmzlərdən hesab olunur. D. Rol bildirir ki, Taba - Nuhun gəmisi (kovçeq) mənasını verən “qutu” və ya “konteyner”dir və məhz bu “sandıq” rəmzli qutuda Musa peyğəmbər uşaq ikən Nil sularına atılmışdır. Misir rəvayətinə görə isə Osiris Allahının bu “qutu”sunu su Qubl (Bibl), yəni Qəbələdə (Qiblə) sahilə atmış və o burada “ağac”da “ucalmışdır”. Bu isə o deməkdir ki, Osiris Allahının bədəni elə ağac rəmzli Mədinə şəhəridir ki, o eyni zamanda ruhlar dünyasıdır. Qədim Misir yazılarında da Mehdi mənasında olan Nu-Asar, yəni Nu şəhərindəki Osiris (yəni Nasar/Nizar) Allahı bildirir ki, o məhz “gözəl sandıqda və ya gəmidə (kovçeq)” qidalanırmış (Уоллес Бадж Э. А. – “Египетская книга мертвых”, М-СПб, Ексмо, 2005, səh. 720). Qutu, sandıq (kovçeq) rəmzinin eyni zamanda ruhlar dünyası mənasını verməsi o deməkdir ki, burada “sandıq” deyəndə, yerin altında gizlənmiş Cəbərut aləmi, “ağac” deyəndə isə, kökləri bu aləmlə bağlı olan Mələküt dünyası başa düşülməlidir. Nuhun gəmisi də “göy suları”nda (efirdə) ölümsüzlük qazanmış ruhların gəmisi mənasındadır.
Mədinə şəhəri, Musa peyğəmbərin vətəni olan Madiam mənasındadır ki, D. Rol, Musa peyğəmbərin tayfası olan madiamlıları - midiyalı adlandırır. Ziqmund Freyd  Musa peyğəmbəri Kadeş kahinlərinin əcdadı hesab edir və Kadeş də Midiyanın kadus eli deməkdir. Tarixçi Turayev amoreylər (mar/əmir) ölkəsi olan Kadeşi – Aziru, yəni Azəri şahlığı kimi qeyd edir (Б.А.Тураев, «История древнего востока», 1935, Л., I cild, səh.304). Bu isə o deməkdir ki, Batin elmində Qiblə (Qeyb-eli) - Asar/Osiris Allahının cənnət ağacının rəmzidir və bu ağac da Azərbaycanın Kadus vilayətində yaradılmışdır. Allahın Beyti, yəni Evi də məhz burada mövcud olmuşdur və s.
Səhabə/əshab rəmzi mənbələrdə “əshab əl-hədis”, “əhli əl-hədis” kimi yazılaraq “hədis” rəmzinə aid edilir. Hədis dedikdə peyğəmbərlə bağlı deyimlər nəzərdə tutulur. Lakin bu rəmz eyni zamanda Kadus/Qüds rəmzi ilə də eyni mənalıdır ki, Batin elmində “əshab əl-hədis”, “əhli əl-hədis” dedikdə “Kadus səhabələri”, “Kadus əhli” və ya “Qüds səhabələri, Qüds əhli” başa düşülür. Bu rəmzlər isə onu göstərir ki, peyğəmbərin səhabələri məhz Kadus və ya Qüds rəmzi ilə bağlıdır.
Tarixçi M. Xorenatsi yazır ki, Qüds, yəni Yerusəlim şəhəri tikilib qurtarandan sonra Gel adlanmağa başlandı (М. Хоренаци, kitabI, böl. 60). Tarixçi İ. Əliyev bildirir ki, qədim yunan və s. müəlliflər gel və leq deyəndə kadusları nəzərdə tuturlar (И. Алиев «Очерки Истории Атропатены», Б., 1989, səh.140). Gel eli isə batini-nizarilərin elidir və biz bu eli Gelati-Şiə kimi tanıyırıq. Mənbələrdə Qulat da adlandırılan Gel şiələri batiniliyə həyat vermiş ifrat şiələr hesab olunurlar. Belə çıxır ki, “hədisi-Qüdsi” deyəndə – “Yerusəlim (Gel) əhli olan kadus müqəddəslərinin deyimləri” başa düşülməlidir ki, bunlar da Azərbaycanın Gel elinin (Gelarküni) sakinləri olan seyid-bəglərin elidir.

Məşhur sufi Qəzali, peyğəmbərin səhabələrinin və ardıcıllarının  rəvayətlərini hədis yox - əsər adlandırır. Əsər rəmzi isə mənbələrdə Asar/Assur/Aşşur və s. kimi yazılır və bilavasitə Azəri xalqının adıdır. Bu isə o deməkdir ki, İlahi xəbər gətirən xalq məhz Azəri müqəddəsləridir ki, onları mənbələr batinilər, ismaililər, nizarilər, qızılbaşlar, mülhidlər (mələklər) və s. adlandırırlar. Qədim Misir yazılarında məhz Asar, yəni Osiris Allahı və onun törəmələri adam yeyənlər kimi qeyd olunurlar ki, bu da Misir Allahlarının insan ruhları ilə qidalanması mənasındadır (Б. А. Тураев,  “История древнего востока”, I cild, Л., 1935, səh. 190, 191). Orta və sonrakı əsrlərdə isə adam yeyənlər kimi qızılbaş bidin mülhidləri (məlahi), yəni batini mələkləri göstərilir ki, bu da ölüm mələkləri nəslinin Osiris (Asar/Azər) Allahının törəmələri olması deməkdir. Belə çıxır ki, peyğəmbərin səhabələri, indi Azərbaycan ərazisində yaşayan batini seyid-bəglərin əcdadlarıdır.

Bütün bunlar o deməkdir ki, Batin, Ledun elmində peyğəmbərin səhabələri, sələfilər dedikdə Azərbaycan kadusları (kuddus), yəni müqəddəsləri nəzərdə tutulmalıdır və məhz onlar 5500 il bundan əvvəl Azərbaycan ərazisində Babil qülləsi tikmişlər. Sayı 120000 olan bu ilk varlıqlar,  göydəki cənnətin yerdəki qapısı mənasında olan bu qülləni tikib qurtardıqdan sonra, bu cənnətə mühacirət etmiş və ruhları orada ölümsüzlük qazanmışdır. Onların yerdə qalan nəsli isə nizarilər, ənsarilərdir ki, onlar da üç dinin müqəddəsləri hesab olunurlar. Bu haqda mən – “Ledun elminin əsasları” adlı məqaləmdə məlumatlar vermişəm (http://gilarbey.blogspot.com/2013/03/ledun-elminin-saslar.html). Yurdda qalan bu Təbiin seyid-bəgləri öləndə, yaradılış xüsusiyyətlərinə görə ruhları cənnətin qapısına qədər gedib çıxır və yalnız məhkəmə zalındakı sorğu-sualdan sonra hara gedəcəkləri bəlli olur.

Səhabələrin digər davamçıları olan Təbei-Təbiinlər isə qədim sirləri bilən adi insanlardır ki, onlar da qədimdə batini qanunları bildikləri üçün, dini qanunlara diqqətlə riayət edir və öləndə ruhları cənnətin qapısına qədər gedib çıxırdılar. Batini sirləri bilməyən insanın ruhu isə, cənnətin qapısına qədər olan yolu gedə bilmir və bədəndən çıxan kimi işıqda parçalanır. Çünki, İslamın zahiri mənalarının əsas götürüldüyü vaxtdan Adəm cənnətdən qovuldu və bu da 7-ci əsrə təsadüf edir. Allah, Ararat (Ağrı) dağında insanlarla müqavilə bağlayanda, onlara məsləhət görmüşdü ki, yaxşı-pisi dərk etmə ağacından meyvə yeməsinlər. Bu – qədim yazıların, yəni Quran, İncil, Tövrat və s. kitabların adi insan məntiqi ilə dərk edilməməsi mənasındadır. Lakin insanlar buna riayət etmədilər və sirləri bilmədikləri halda Qurana, Tövrata, İncilə və s. kitablara izah verməyə başladılar və səhv yola düşərək cənnəti itirdilər.

Bu gün peyğəmbərimizin dediyi kimi, yalnız pir, bəg, seyid, şıx, maxtum, ata və s. müqəddəslər nəslinin qarışığı olmayan nümayəndələri cənnətə düşür ki, bu da onların yaradılış xüsusiyətlərinə görədir. Adi insanların cənnətə düşmələri isə artıq yalnız axirətdən sonra mümkün olacaq ki, bu da axirətdə gələcək İsa peyğəmbərlə bağlıdır. Batin elmində İsa peyğəmbər Şiə imamıdır. Şiə (İsa) rəmzi qədim Misirdə - Şu (Sia) kimi yazılaraq “ruh” mənasını verirdi. Yəhudilər Şu rəmzini Yeşua kimi yazaraq İsa peyğəmbər adlandırdılar. İsanın, yəni Şiə imamının ölümündən sonra isə göydə yeni, ikinci ruhlar dünyası yaranacaq ki, Quranda bu dünyanın yaranması – torpaqların dəyişdirilməsi, əvəz olunması və s. kimi göstərilir (Quran,14:48, 21:104, 55:46,62). Göydəki bu dünya isə artıq yeni İslam Eli (Vilayəti) olacaq və yəhudilər bu Eli - Allah, müsəlmanlar isə Əli kimi qəbul edirlər. İsa peyğəmbər insanlarla yeni müqavilə bağlayaraq, onlara yenidən cənnətə düşmə şansı verəcək və bu zaman yalnız İsa peyğəmbəri qəbul edənlər əbədi xoşbəxt həyat qazanacaqlar. Bu haqda mənim – “Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi” adlı məqaləmdə məlumatlar vardır (http://gilarbek.blogspot.com/2013/03/cnnt-haqqnda-hqiqtlr-v-onun-vrslikl.html).

Bu yazılanlar qədim müdriklərin Batin, Ledun və s. adlandırılan elmidir. Daha geniş məlumatlar isə müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

 

                                                                                             Firudin Gilar Bəg


                                                                                      www.gilarbeg.com

вторник, 28 января 2014 г.

Peyğəmbərin Ayı bölməsinin batini izahı


Qurana (54:1,2) görə, qiyamət saatı yaxınlaşdıqda ay iki yerə bölünəcək. Lakin insanlar bu möcüzəni gördükdə üz döndərərək: “Bu, tez keçib-gedən bir sehirdir” deyəcəklər. Bu hadisə haqqında hədislərdə də məlumatlar verilir. Yazılanlara görə, müşriklərin on dörd nəfəri Həzrətin hüzuruna gəlib, onun peyğəmbərliyinin nişanəsini soruşurlar. Peyğəmbər də sübut kimi aya əmr edir ki, iki yerə bölünsün. Ay iki yerə bölünür. Sonra isə Peyğəmbərin əmri ilə ay əvvəlki halına gəlir.
Peyğəmbərin bu möcüzəsini anlamaq üçün qədim müdriklərin məntiqlərini və rəmzlər dilini bilmək lazımdır. Çünki bütün qədim yazılar məhz xüsusi məntiqlə yazılmışdır və bu rəmzlər dili qədimdə sofi, islamda isə sufi elmi kimi qalmışdır. Dünyanın ilk və vahid dili olan bu dil, təbiət qanunlarına əsasən yaradılmışdır və batin elmi adlanır. Quranın da adi, yəni hərfi mənasından başqa batini mənası var və onu yalnız qədim sirlərdən xəbərdar olanlar bilmişlər. Biz də məhz bu “dil” vasitəsi ilə “ayın bölünməsi” rəmzinə izah verəcəyik.
“Batini-Quran” kitabında və məqalələrimdə mən sübut etmişəm ki, Allahın bir olduğu kimi, bütün dinlərin mənbəyi də birdir və qədimdə baş vermiş sirli hadisə ilə bağlıdır. Bu hadisə ən qədim mənbələrdə “Dünya”nın yaranması kimi qeyd olunur və burada söhbət yaşadığımız fiziki dünyadan yox, Misir fironu Amonun magiya və qurbanlar vasitəsi ilə göydə yaratdığı ruhlar dünyasından gedir.
Tövrata görə, dünyanın yaradılışının dördüncü günü, Allah - iki Nursaçan yaradır. Burada Böyük Nursaçan - gündüz, Kiçik Nursaçan isə gecə idarə etmək üçündür. Böyük Nursaçan dedikdə, qədim Misir fironu Amon tərəfindən göydə yaradılmış və Amon öləndən sonra onun ruhu ilə birləşərək Ra-Amona çevrilən Ra günəş diski başa düşülməlidir və axirətədək dünyanı məhz bu Allah idarə edir. Kiçik Nursaçan dedikdə isə, axirətdə Ra-Amonun yerinə “keçəcək” Mehdinin rəmzi olan Ay obrazı təsəvvür olunmalıdır. Yaranışdan sonra Kiçik Nursaçan, yəni Ay obrazı axirətədək göy aləmində qalaraq öz zamanını gözləyir.
Müsəlmanlığın rəmzi sayılan Ay rəmzi, ən qədim mənbələrdə Arrandan (Xarran) olan Sin, El-Amurru və s. Allahlara aid edilir. Yazılanlara görə, axirətdə Misir fironu Amonun törəmələrinin nəslindən bir insan doğulacaq və onun bədənində Allah ruhu olacaq. Mehdi və ya Məsih obrazında olan bu insan öldükdən sonra onun ruhu göylərə qalxaraq, “Dünya”nın yaradılması zamanı yaradılmış Ay diski ilə, yəni Kiçik Nursaçanla birləşəcək. Bundan sonra isə hər iki dünyanın sahibi Mehdi olacaqdır. Deməli, Ay obrazı, axirətdə Ra-Amon (Ra-Əman - Rəhman) Allahın yerinə “keçəcək” Mehdinin obrazıdır.

Qədim Misirlilərin «Amduat kitabı»nda (“Ölüm şahlığı Duatda olanlar kitabı”), axirətdə Ra-Amon Allahının Ay Allahı ilə əvəz olunması hadisəsi təsvir olunur. Bu kitabda, Günəş Allahı olan Ra-nın 12 saat ərzində bataraq, “yerin altında olduğu zaman” dəyişməsi və səhər qoca Günəşin əvəzinə, «gecə Günəşi» adlandırılan yeni -cavan Günəşin çıxması təsvir olunur. Köhnə Günəş, ölüm şahlığı Duata daxil olur və  onun yerinə «gizlində olan» «gecə Günəşi» zühur edir. Burada «gizlində olan» Mehdinin əsas xüsusiyyəti kimi, onun biliyi nəzərə çatdırılır və Allahla bağlı sirləri bilənin Böyük Allahın bənzərinə çevriləcəyi  bildirilir. Ona qədər Duatın sirli obrazı heç bir insan tərəfindən dərk edilməyəcəkdir. Duatdakı qurbanlar bu sirləri bilənə məxsusdur, yəni qurbanlardan yaranmış ruhlar dünyasının sahibi də o olacaqdır.

   Ölüm şahlığı Duatın sistem və ierarxiyası ismailiyə fəlsəfəsində geniş şəkildə təsvir olunur. İsmailiyə fəlsəfəsinə görə dünyanın yaranmasının əsas səbəbi – İlahi əmrin həyata keçməsidir. Dünya - 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (“əl-cəzair”) ibarətdir və hərəsinin öz ali xətibi var. Onlar “Dai Duat əl-cəzirə” adlandırılır. İnsan tarixi burada dövrlərə və eralara bölünür ki, “böyük” dövr – Adəmdən Əl-Qaimə, yəni Mehdiyə qədər olan dövrdür. Mehdinin gəlişinin əsas mahiyyəti - dini qanunun, yəni İslamın “zahiri” qəbulunu ləğv etmək və İlahi həqiqətlər olan batini sirləri tam açaraq insanlara izah etməkdir. Öləndən sonra isə Mehdinin ruhu - zamanın sahibinə, yəni axirətin Allahına çevriləcək.

Bilən adamın Allaha çevrilməsi rəmzi mənbələrdə yaradılışın əsas şərtlərindən sayılır. İlkin materiyanın qanunlarına görə, yalnız onun sirlərini bilən ilkin materiyanı idarə edə bilər. “Dünya”nın yaradılışı zamanı Amon Allahı da ilkin materiyanın bütün sirlərini dərk etdikdən sonra Allaha çevrilmişdir. Deməli, axirətdə gəlməli olan da, bu rəmzləri təkrar etməlidir. Əks halda kiminsə Ra-Amon Allahının yerinə keçməsi mümkün deyildir. Kitabda bunları bilməyin vacibliyi əsas ideya kimi tez-tez təkrarlanır.

“Amduat kitabı”ndakı səhnədə bütün prosesə nəzarət edən, «O, - Hansı-ki – Torpağı – Möhürləyir» rəmzini daşıyan, Günəşin səyahətinin birinci dövrünün qapılarını bağlayan Allah göstərilir və bu da Ra-Amon, yəni Rəhman Allahın obrazıdır. Məşhur sufi Mühiddin İbn Ərəbi bu Allahı “öz xəzinəsini möhürləyən Hakimi-Mütləq” adlandırır və bildirir ki, Böyük Allah möhürlə öz Xəlq etdiyini, möhür xəzinəni gözlədiyi kimi gözləyir. Dünyada bu Kamil İnsan yaşadıqca, dünya qorunacaq. Misir mətnlərində bu Allah – “möhür gözləyən evin gözətçisi” adlandırılan Nu-Oziri (Nu-Osiris) kimi də qeyd edilir. İsmaili fəlsəfəsində bu obraz ölümsüz Nizar kimi məlumdur. Deməli, İbn Ərəbi “Dünya” dedikdə Kamil İnsanı, yəni Adəm obrazında olan göy insanını nəzərdə tutur və qədim Misir mənbələrində bu insan Atum Allahı adlandırılır. Digər sufi dahisi Qəzali isə məhz bu kosmik insanı Məhəmməd peyğəmbər kimi təqdim edir. Bu isə Məhəmməd peyğəmbərin, Allahın möhürü mənasında olan kosmik insan olması deməkdir. Hz. Məhəmmədin peyğəmbərlərin möhürü olması Quranda (33:40) da xüsusi nəzərə çatdırılır.

İbn Ərəbi yazır ki, “Adəm - gil və torpaq olanda o artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə peyğəmbərlərin möhürü oldu”. Qədim Misirin “Ölülər kitabı”nda da bu mənada olan Allah bildirir ki, “torpaq” yarananda o artıq Beytdə peyğəmbər idi. Deməli, peyğəmbərlərin möhürü olan Həzrəti Məhəmməd, Günəş Allahı olan Ra-Amonun obrazıdır. Axirətdə isə onun yerinə qədim sirləri bilən gizli imam keçəcəkdir və bu obrazda da mənbələrə görə ”möhür” olacaqdır. 

Hədislərə görə də, imam Mehdidə də, Hz. Məhəmməddə olduğu kimi  "peyğəmbərlik möhürü" olacaqdır və axır zaman peyğəmbəri, peyğəmbərlik möhürü ilə tanınacaq. Bu isə o deməkdir ki, Günəş Allahının yerinə keçəcək Ay Allahı rəmzində olan Mehdi, axirətdən sonra Ra-Amon (Rəhman) Allahı kimi iki dünyanın Allahına çevriləcək və bundan sonrakı zamanın sahibi məhz o olacaqdır.

Bu çevriliş qeyd etdiyim kimi Duat aləmindən başlanacaq. Axşam, Ra-Amon Allahı ölüm şahlığı Duata daxil olacaq. Ölən Mehdinin ruhu da göyə qalxaraq, ruhlar dünyasının yaradılışı zamanı yaranmış Ay diski ilə birləşəcək və səhər, artıq Ra-Amon Allahının əvəzinə Ay Allahı olan Mehdi çıxacaq. Mənbələrdə bu “gecə Günəşi” də Ra günəşi kimi qeyd olunur. Quranda bu hadisə eyni zamanda Günəşin ayla, yəni günəş Allahı Ra-Amonun Ay Allahı Mehdi ilə birləşməsi kimi də qeyd olunur: “Qiyamət günü nə vaxt olacaq?”– deyə soruşurlar: Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın birləşəcəyi zaman”. Belə çıxır ki, axirətdə Ra-Amon Allahla Mehdinin ruhu bir Günəş (və ya Ay) obrazında birləşəcək.

Quranın 54-cü surəsi Qəmər adlanır və bu da Ay mənasındadır. Bu rəmz sufizmdə Qam-Ər kimi açılır və qədim mənbələrdə “hər şeyi bilən” mənasını verən “qam” (şaman) rəmzindən və Ər [R], yəni Ra [R] mənasında günəş rəmzindən ibarətdir. Qam [QM] rəmzi mənbələrdə əl-Qaim [QM] kimi də yazılır və gizli imam Mehdinin rəmzlərindən biri hesab olunur. Lakin qaim/qam rəmzindən eyni zamanda «Qiyama» rəmzi də yaranmışdır və bu axirətdə baş verəcək «qiyamət» mənasındadır. Deməli, Mehdi obrazı eyni zamanda axirətdə gəlməli olan və hər şeyi bilən qam-şamanın obrazıdır. Mehdiyə aid olan - «Qaim bi-əmr Allah» rəmzi  (yəni ”Allahın əmrini yerinə yetirən”), Mehdinin – Allahın əmrindən yaranması və onun əmri ilə hərəkət etməsi deməkdir.

Qam-Ər [QM-R] rəmzi digər mənbələrdə Ərqam [R-QM], Rəhim [R-HM] və s. kimi də yazılır və sufizmdə bu rəmzlər eyni məna kəsb edir. İslamın əsas rəmzlərindən olan «Bismillahu Rəhmani Rəhim» rəmzi də sufizmdə «Göylərin sahibi olan Allahın ruhu Ra-Əmanın və Ra-qamın ruhudur» kimi açıqlanır. Bu isə Rəhim rəmzinin Rəhman rəmzi kimi Allaha aid edilməsi deməkdir. Bu rəmzlərin tam izahını mən “Batini-Quran” kitabında vermişəm. Bütün bunlar o deməkdir ki, İslama görə də Rəhman Allahdan sonra, ilkin materiyanın qanunlarını bilən insanın ruhu göylərə qalxaraq “gecə Günəşi” mənasında olan Ra diski ilə birləşəcək və Rəhim Allaha çevriləcək. Deməli, axirətdə Rəhman Allahın yerinə Rəhim Allah “keçəcək” və bundan sonrakı zamanın sahibi də məhz Mehdi obrazında olan Rəhim olacaq.

Göydəki ruhlar dünyasının yaranışı zaman yaradılmış Mehdinin obrazı, göy elinin, yəni ilkin materiyanın rəmzi olduğu üçün qədim mənbələrdə onu El Allahı adlandırırdılar və İslamda bu rəmz Əli kimi qalmışdır. El Allahını, qədim Misirdə Allah ruhu mənasında olan Şu kimi də qeyd edirdilər. Daha sonralar Şu rəmzi yəhudilərdə Yeşua Allahına, yəni İsa Allaha çevrildi. İslamda Şu Allahının ardıcılları məhz bu mənada Şiə adlandırılmağa başlandı. Şiə nizarilərinin xristianlıq dövründə Yeşua nazareyliləri, qədim Misir mənbələrində isə Şu Allahının Nu şəhərində yaşayan Oziri (Nu-Oziri) nəsli adlanmasını mən “Batini-Quran” kitabında və məqalələrimdə sübut etmişəm.

Ən qədim mənbələrə görə axirətdə, mətnlərdə eyni zamanda Sin kimi qeyd olunan və Arrandan olan El-Amurru  (Əli-Əmir) obrazı gələcək. Sin rəmzindən isə Sünnü rəmzi yaranmışdır və bu da İslamın digər qolunun adıdır. Deməli, İslamın “Sünnü” və “Şiə” rəmzləri eyni mənalı olub, Ay obrazlı Mehdini gözləyənlərə və onun ardıcıllarına aiddir.

Qədim Misirin Şu Allahı xristianlıqda İsa kimi qeyd edilir. Belə çıxır ki, Mehdi öldükdən sonra, onun ruhu, yəni mənbələrdə Şu, Yeşua, İsa adlandırılan peyğəmbər, yazdığımız kimi əvvəlcədən yaradılmış Ay diski ilə birləşərək ilkin materiyadan yaradılmış bu Ay diski ilə vəhdət təşkil edəcək.

Məhkəmə günlərinin ilk dövrlərində Ay Allahı insan gözünə görünəcək qədər aydın olacaq və insanlar axşam göydə iki Ay görəcəklər. Bunlardan biri həmişə gördüyümüz Ay planeti, digəri isə ilkin materiyadan yaradılmış və Mehdinin ruhu ilə birləşmiş Aya bənzər İlahi Varlıqdır. Fəzada, bir-birinə qarşı duran dağların üstündə bu iki Ayı gördükdə, insanlar çox təəcüblənəcəklər. Quran məhz bu hadisəni təsvir edərək yazır ki, qiyamət yaxınlaşdıqda ay iki yerə bölünəcək və insanlar bu möcüzəni gördükdə - “Bu, tez keçib-gedən bir sehirdir” deyəcəklər. Həqiqətdə isə Ay Allahı olan Mehdi dünyanı axirətdən sonra da təxminən 2200 il idarə edəcək. Bu həqiqətlər silinməz yazı ilə yazıldığı üçün dəyişməzdir və Amon Allah tərəfindən idarə olunur.

Yazdıqlarımızdan belə nəticə çıxır ki, qiyamət zamanında Ayın iki yerə bölünməsi, real şəraitdə baş verəcək mistik bir hadisənin rəmzlərlə ifadə olunmasıdır. Bu hadisələrin baş verməsinə heç kimdə şübhə olmamalıdır. Çünki qədim müdriklər o dərəcədə ağılsız olmamışlar ki, bütün qədim ədəbiyyatı və müqəddəs kitabları olmayacaq bir şeyə həsr etsinlər. Əksinə, qədim müdriklər tam kamilliyə çatdıqlarına görə mənbələrdə onları “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” müdriklər adlandırmışlar. Onların yaratdıqları yaşayır, əvvəlcədən təyin etdikləri hökmlər isə bu gün də çox dəqiqliklə həyata keçir və hələ ən azı 2200 il də öz güçündə qalacaqdır.


Firudin Gilar Bəg            

www.gilarbeg.com



понедельник, 20 января 2014 г.

Talışlar haqda bilmədiyimiz həqiqətlər


Bu yaxınlarda FB sosial şəbəkəsində, özünü talış adlandıran bir qrup insanın, Yardımlı rayonu toponimlərinin talış dilində olması iddiasının şahidi oldum. Ümumiyyətlə, son dövrlərdə bu şəbəkədə “talış”ların özlərini “ari” irqinə mənsub ali insan kimi qələmə vermələri və azərbaycanlılardan üstün olmaları ilə bağlı yazılara tez-tez rast gəlirəm. Hər dəfə bu mövzunun mübahisəyə səbəb olduğunu nəzərə alaraq, birdəfəlik bu məsələyə aydınlıq gətirmək qərarına gəldim.
Talış kimlərə deyilir? Mənbələrdə Talış dağları dedikdə hansı dağlar nəzərdə tutulur? Bu və digər suallara cavab vermək üçün mənbələrı diqqətlə, tam və köklü surətdə araşdırmaq lazımdır ki, bütün suallar da birdəfəlik öz cavablarını tapsın. Bu mənada mən, sufilərin batini məntiqi ilə elmi araşdırma aparmaq qərarına gəldim və nəticəni oxuculara təqdim edirəm.
Qəbul olunmuşdur ki, Talış dağları – Burovar, Peştəsər dağ silsiləsidir və İranda Elbrus və Savalan dağları ilə birləşir. Bu ərazidə yaşayan əhalinin çox böyük əksəriyyəti Azəri türk tayfalarıdır. Bu ərazilər ən qədim dövrlərdə Ərdəbil vilayəti hesab edilmişdir və Ərdəbil xanlığına aid edilmişdir. XVIII əsrin əvvəllərində Azərbaycan torpaqları inzibati cəhətdən dörd vahidə bölünürdü ki, Ərdəbil mahalı heç bir bəylərbəyliyə daxil edilməyərək, Səfəvi nəslinin müqəddəs ocağı kimi, şah xanədanı hesab olunurdu.
XVIII əsrin ortalarında Astara, Lənkəran ərazisində Talış xanlığı yarandı və “Əxbərnamə” kitabına görə bu xanlığı yaradan Seyid Abbas bu əraziyə, Ərdəbilin Xalxal mahalının Hir kəndindən köçmüşdü. Mənbələrə (“Cəvahirnameyi Lənkəran”) görə, Seyid Abbas - Həzrəti Məhəmməd peyğəmbərin törəmələrindən olmuşdur və ərəb mənşəlidir. Deməli, Talış xanlığını yaradanlar ərəb əsilli seyidlərdir və biz ilk növbədə buranın ərəb sakinlərinin kökünü araşdırmalıyıq.
Ən qədim mənbələrdə Ərəb ölkəsi, Ərəbistan deyəndə, indiki Ərəbistan yox, Midiya ərazisində mövcud olmuş Ərəb ölkəsi nəzərdə tutulurdu. Belə ki, hələ e. ə. VIII əsrə aid Assuriya yazılarında, qədimdə Midiya, indi isə Yardımlı adlanan rayonun ərazisində “Şərqin ərəbləri” (dəqiq: “Günəşin çıxdığı yerin ərəbləri”) ölkəsinin adı çəkilir (И. Дьяконов, «История Мидии», М-Л.1956, səh. 219-221). Mən, “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqalədə göstərmişəm ki, qədim Assur, Misir və s. mənbələrinə görə, Marduk Allahı – teurqiya, yəni qurbankəsmə və magik rituallar vasitəsi ilə, Midiya göylərində qurban ruhlarından cənnət yaratmışdır (http://gilarbek.blogspot.com/2013_10_01_archive.html). Assur, Misir Allahlarının pirlər (fironlar) nəsli də burada ölümsüzlük qazanmışlar.
Dahi Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdi, özünün “Şərq” fəlsəfəsində də, Şərqi - coğrafi məkan mənasında yox, metafizik mənada göstərir. Sührəvərdi fəlsəfəsinin araşdırıcısı A. Korben qeyd edir ki, Sührəvərdi ezoterizmi, Şərq rəmzi altında ruhun mənbəyi olan Mələkütü (mələklər aləmi) nəzərdə tutur (Ислам, «Рассветное познание восточниги шейха», http://angel.org.ru/2/sohrpred.html). Deməli, Sührəvərdi məntiqinə görə də mənbələrdəki “Şərqin ərəbləri” ölkəsi - Midiya göylərində yaradılmış ruhlar dünyası mənasındadır. Yunan mifologiyasında da “Ərəb” (Ereb) rəmzi xaosu, yəni göyləri bildirir ki, sufizmdə bu göylər - böyük boşluq, ilkin materiya mənasını verir.
Əhdi-Ətiqdə də “Şərq” rəmzi Ərəbistana aid edilirsə, Alban və erməni mənbələrində “Şərq” dedikdə məhz Albaniya ölkəsi nəzərdə tutulur («Историческая география Азербайджана», Б., 1987, səh. 67). Erməni mənbələrində, Midiya ərazisində (Sünik) böyük səhra tikilməsi haqqında geniş məlumat verilir. Tarixçi Arakel Təbrizli yazır ki, paronterlər (fironların ruhları) əzəli Ermənistanda, yəni Sünikdə səhra tikib bərqərar etdilər. Sünikdə tikilən bu səhranı Arakel - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır. Burada, böyük səhradakı “Atalar monastrı”nda, ölmüşlərin ruhları yaşayış üçün bərqərar olurlar. Arakelə görə, ölmüşlərin ruhları bu səhradan çıxanda ölümcül vəziyyətə düşürdülər və s. (Даврижеци А. Книга историй. М.1973, böl.24,51). Bu o deməkdir ki, ölmüş insanların ruhları məhz burada, yəni göy Ərəbistanı olan Albaniyada yaradılmış xüsusi “səhra”da yaşamağa uyğunlaşmışlar. Buradan kənarda isə ruhlar üçün yaşayış yoxdur. Belə çıxır ki, mənbələrdə - “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” dedikdə - Midiya dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə “dolaşan” midiyalılar, yəni tərikə yolunu gedən sufi türklər başa düşülməlidir. Mən “Ledun elminin əsasları” adlı məqaləmdə bunlar haqda daha geniş məlumatlar vermişəm (http://gilarbey.blogspot.com/2013/03/ledun-elminin-saslar.html).
Ərəb geneoloqlarına görə, indiki ərəblər əsl ərəblər deyil. Əsl ərəblər mifik “Ad”, “Samud”, “Amalik”, “Casim”, “Cadis” və s. tayfalardır ki, islama qədər köçüb getmişlər (Təbəri, I/215). “Cadis” rəmzi - kadus tayfa adının ərəb variantıdır və kaduslar Midiyanın əzəli sakinləri hesab olunurlar. Kadus rəmzi yunan mənbələrində Qades - ölüm şahlığı və onun qapısı sayılırsa, yəhudi, ərəb mənbələrində bu rəmz Qüds, yəni Yerusəlim kimi qeyd olunur. Tarixçisi M. Xorenatsiyə görə, Yerusəlim (Qüds) şəhəri tikilib qurtardıqdan sonra Gel adlandırıldı (М. Хоренаци, I/60). Gel isə Alban, erməni mənbələrində - qədim Midiya ərazisində mövcud olmuş Gelarküni elidir. Deməli, Midiya kadusları adi tayfa yox, ölüm şahlığı, cənnətlə bağlı tayfa olmuşlar.
Tövratda kadus rəmzi Kades (Kades-Varni) kimi keçir və Xanaan torpağında şəhər, böyük və dəhşətli səhra və s. kimi qeyd olunur. Yəhudilər Kades düzündə iki dəfə düşərgə salaraq yerləşmişlər (Библия, Быт,14:7, Числ.13:27, 20:1, və s.). İzrail oğullarının bütün qırx illik səyahəti Sin (Sinay/Süni) və Kadis səhralarının da daxil olduğu böyük və qorxunc Faran səhrasında keçmişdir (Библия, Втор.1:12, Числ.10:12, və s.). Bu isə o deməkdir ki, Sünikdə (Süni/Sin) “tikilmiş” səhra elə Kades/Kadis səhrasıdır.
Əhdi-Ətiqdə kadus (kuddus, əqdəs) rəmzi - kodeş (kdsh) kimi də yazılır və müqəddəs mənasını verir. İslamın “müqəddəs” sözü də - əqdəs, kuddus və s. rəmzlər kimi kadus rəmzindən yaranmışdır. Lakin Kuddus/Qüddus, yəni kadus rəmzi eyni zamanda Allahın 99 şərəfli adlarından biridir. Deməli, qədim Midiya əhalisi olan kaduslar bilavasitə Allahla bağlı olan müqəddəslər nəslidir.
Krutiskoy və Kolomenski Yuvenali mitropolitinin nitqində bildirilir ki, “müqəddəs” sözü Əhdi-Ətiqdə semit kökü olan “kodeş” (kdsh – müqəddəs) ilə bağlıdır. Bu kök (kdsh) Əhdi-Ətiq yazılarında 830 dəfə, aramilərin “kadiş” (kaddish, müqəddəs) variantı isə Daniil peyğəmbərin kitabında 13 dəfə çəkilir. “Kadeş” və “kadiş” sözləri (kadesh i kedeshah) demək olar ki həmişə bütpərəst dini təcrübəsi ilə assosiasiya olunur: “kadiş” (kaddish) bəzi yerlərdə Allahlara aid edilir. Digər yerlərdə isə bu kökdən olan Əhdi-Ətiq sözləri Yəhva Allahına, onu şəxsiyyətinə və onunla bağlı olan şeylərə aid edilir. Ümumilikdə isə “kodeş”  sözü Əhdi-Ətiqdə dini termindir və onu Tanrıya aid etdikdə müqəddəs mənasında işlənir. Əhdi-Cədiddə, “kodeş” sözünün ekvivalenti - yunan sözü olan “osiotis”, “aqiotis”, “aqiosini” və “aqiasmos” sözüdür. Bununla belə, bu mənanın çatdırılmasının əsas xarakter termini “aqios” (230 dəfə), “aqiazo” (27 dəfə), eyni zamanda “osios” və “ieros” terminləridir. Bunlarda, “kodeş” sözünün əsas ekvivalenti - “aqios” rəmzi ətrafında olan qrupdur. Əhdi-Ətiq sitatlarında “osios” – “Kodeş İsrael” (Kedosh Yisrael), yəni Müqəddəs İsrail sözünün ekvivalentidir ki, onu Əhdi-Cədid müəllifləri Xristə (İsaya) (Библия, Деян.2:27, 13:35) və ya Allaha (Библия, Откр.16:5) aid edirlər. Əsas məsələlərdən biri də odur ki, müqəddəs sözü Əhdi-Cədididə əsasən Allaha və tez-tezdə Allah ruhuna aid edilir. Eyni zamanda bu sözlər xristianlara da aid edilir və buna həvari Pavelin naməsində rast gəlmək olar. Xristianlar “müqəddəs”i – “aqi”, “aqiya” adlandırırlar. Bu ifadə Əhdi-Ətiq köklüdür və “Allaha qulluq və onu şöhrətləndirmə üçün ayırılmışlar” mənasındadır və s. (http://www.orthodox.spbu.ru/kanoniza.htm). Əgər biz “aqi”, “aqiya” rəmzinin, indi də seyidlərə aid edilən “ağa”, “ağayi” sözü olduğunu nəzərə alsaq, razılaşarıq ki, kadus sözünün ekvivalenti kimi işlədilən “aqios”, aqiazo” rəmzi də Oğuz mənasındadır və Oğuz müqəddəsləri olan seyid-bəglərə aid edilməlidir. Rusların Qospod rəmzi də bu mənada Aqios-Apet, yəni Oğuz-Yafət deməkdir.
Bütün bunlardan isə o nəticə çıxır ki, bu gün seyid adlandırdığımız kaduslar nəsli tək islamın deyil, yəhudi və xristianların da müqəddəsləri hesab olunmuşlar. Mən, “Qurandakı İsrail oğulları – Azəri bəgləridir” adlı məqaləmdə bütün yəhudi peyğəmbərlərinin məhz Azərbaycanın türk seyid-bəglərinin nəsli olmasını sübut etmişəm (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Belə çıxır ki, talışların kökündə duran seyidlər - Azərbaycan türkləri olan seyid-bəglərdir və mənbələrdə onlar Kodeş-İsrael (Kadus-İsrail), yəni İsrail müqəddəsləri hesab olunurlar.
Türk mənbələrində Talış rəmzi Töliş və ya Tolis kimi yazılaraq, Göytürk xaqanlığına aid edilir və Türk Budunu adlandırılır. “Moyun Çor” abidəsində türk xanı Tolis iddia edir ki, o Tanrıda olmuş və orada El yaratmışdır. Orxon Yenisey abidələrindəki Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində isə türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104). Türklərin göydə Tanrı, yəni Allah yaratması mənbələrlə də təsdiqlənir. Bu mənbələrdə “türk” sözü “teurq” kimi yazılır ki, Batin elmində bunlar eyni mənalı sözlərdir. Xalkidli Yamvlix, özünün əsas kitabı olan “Misir sirləri haqqında” kitabında teurqları Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri - ruhlarının yaradıcı Allahla vəhdətidir (А.Ф.Лосев, “История античной эстетики”, http://psylib.ukrweb.net/books/lose007/txt40.htm). Deməli, seyid talışlar – Göytürk, yəni Göydə yaradılmış türk xaqanlığının - cənnətin əhlidir. Məşhur fransız filosofu, şeyx titulu almış Rene Qenon da “seyid” sözünü – “peyğəmbər” kimi tərcümə etmişdir ki, bu da Talış seyidlərin yəhudi (Ya-Xuda) peyğəmbərlərinin nəsli olması deməkdir.
Qədim Şumer ədəbiyyatında Talış [TLŞ] rəmzi ilə eyni mənalı Tilos [TLS] rəmzi cənnətin adı kimi keçir və araşdırıcı Piter Kornuelə görə Tilos – Dilmun cənnətinin digər adıdır. Tilmun/Dilmun isə - “ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yer”dir. Məşhur araşdırıcı Kramer hesab edir ki, Dilmun – Allahlar monastırı mənasındadır və o Zaqros dağ silsiləsinin arxasında, İran ərazisində yerləşir. Çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə - “Günəşin çıxdığı yerdə” yerləşir. Cənnət haqqındakı şumer mifinin öz tərcüməsinə əsaslanaraq Kramer, Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. Qədim Şumer ədəbiyyatının bu yer cənnəti, heç şübhəsiz ki, Adəmin günah işlədənə qədər yaşadığı bağdır və bura xoşbəxtlik, hüzur yeridir və ən əsası təhlükəsiz yerdir («Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh. 267,271,275). Talış dağlarının ərazisindəki Dilmun ölkəsinin - “əhalisinin xoşbəxtliyi daddığı yer” adlanması, buranın əhalisinin elə, mənbələrdə “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türkləri olması deməkdir. İbn Xassula görə məhz deyləmlər, zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmışlar (İbn Xassul “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti”). Bu isə o deməkdir ki, Talış dağları – dünyanın ən xoşbəxt insanları olan türk seyid-bəglərinin yaşadığı müqəddəs dağdır.
Sufizmdə Tolis/Tilos [TLS] rəmzi Atlas [TLS] rəmzi ilə də eyni məna ifadə edır. Herodota (IV,184) görə, Atlas [TLS] dağında atlantlar (atlantidalılar) yaşamışlar və məhz bu dağ göyün sütunu sayılmışdır. Əflatun bildirir ki, Atlantida adasında - dəniz Allahı Poseydon ölümlü qadın Kleytodan olan öz şahlar nəslini yerləşdirmişdir (Платон, «Критий», http://www.dp5.ru/index.php/-2/71538-platon-kritij-s-doc.html). Sufizmdə Kleyto rəmzi Kelt/Kelat/Gelad/Xelat rəmzləri ilə eyni mənalıdır ki, Xelat da Azərbaycan atabəglərinin malikanəsidir. Quranda Xelat rəmzi Xüld kimi qeyd olunur və cənnətin adı kimi keçir (Quran, 25:15). Lakin nəzərə alsaq ki, Xelat/Gelad eli - Heraklın Yexidna ilə “izdivacı”ndan doğulmuş sak, skif şahlarının Gileya/Gel elidir, razılaşarıq ki, atlantlar (atlantidalılar) Azərbaycan atabəgləri (seyid-bəglər) olmuşlar və Talış dağlarında yaşamışlar.
Digər tərəfdən, Atlas, yəni Tilos dağı göyün sütunu hesab olunur ki, Quranda “sütunlar şəhəri” – İrəm adlanır (Quran, 89:7). Yəmənin Sana şəhərindən olan məcnun şair Əbdül Həzrətin “Nekronomikonun sirri” (“Əl-Əzif”) kitabına görə sütunlar şəhəri olan İrəm Zat əl-İmad şəhəri Böyük boşluqda, yəni göydə tikilmişdir. Rəvayətə görə, bu şəhəri Ad oğlu Şəddadın əmri ilə, qızıl və gümüş kərpicdən cinlər tikmişlər. Digər mənbələrə görə isə, cinlərin bu dünyada tikdiyi yeganə şəhər, Süleyman peyğəmbərin Allah üçün inşa etdirdiyi Yerusəlim (Qüds) şəhəridir ki, tikilib qurtardıqdan sonra Gel adlandırılmışdır. Gel eli isə Talış dağlarındakı Gelarküni elidir. Bütün bunlar isə onu göstərir ki, zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış Deyləm türkləri elə Talış dağlarının əhalisi olan seyid-bəglərdir (atabəglər). Əgər biz Əflatunun – bütün hər şeyin yalnız bir hadisədən başlanması və bütün yazılı, şifahi ədəbiyyatın da bu hadisə ilə bağlı olması fikrini nəzərə alsaq, razılaşarıq ki, insanın yaranması və bəşəriyyətin inkişafı məhz Azərbaycanın Talış dağlarında yaşayan Azəri türk seyid-bəglərinin hesabına olmuşdur və onlar dünyanın ən qədim və ən müqəddəs sakinləridir.
Bu gün, keçmiş adı Vər-Gədüz (Tövratda Kades-Varni) olan Yardımlı rayonunun türk seyidləri iddia edir ki, “biz Yəmən vilayətindən gəlmişik və biz adi adam deyilik, çünki biz Allahın nurundan yaranmışıq”. Türk seyidlərin Allah nurundan yaranması, onların adi insandan fərqli, Kamil İnsan nəsli olması və Allahla vəhdət təşkil etməsi deməkdir. Seyidlərin Yəməndən gəlmələri isə, onların Ümmandan, yəni göy dəryaları, göy suları mənasında olan ilkin materiyadan yaranmaları mənasındadır. Mənbələrdə göydən gəlmələr dedikdə, Mesopotamiyanın məşhur şahlar nəsli olan kutilər sülaləsi nəzərdə tutulur ki, onların hakimiyyəti də mifik dövrlərdən – “çar hakimiyyəti”nin “Göydən yerə” endiyi dövrlərdən başlanır (А. Оппенхейм, Древняя Месопотамия. М., 1980, səh.146). Kuti rəmzi bizlərə Qut/Qad/Xud və s. kimi tanışdır ki, bu rəmzlər Allah mənasındadır. Bu Xudalar nəslinin nurunu, ruhunu (İssi) daşıyanlar isə “Kut-issi”lər, yəni kaduslardır. Talış rəmzi də bu mənada “Tala-İssi” deməkdir ki, bu da Allah Talanın ruhunu daşıyan seyid-bəglərə aid rəmzdir.
Yardımlıda dünənə qədər, seyid-bəglər tanımadığı adama rast gələndə – “Kimlərdənsən? Seyidsən ya avamsan?” deyə soruşaraq, insanları iki qrupa – kamil və adi insan qrupuna bölərdilər. Seyid-bəglərin, ölümsüz Allahlar nəslinin nümayəndələri olması el arasındakı misalda da qalmışdır: “Avam (adi adam) doyunca, molla ölüncə, seyid isə öləndən də sonra yeyir”. Seyidlərin öləndən sonra da qidalanmaları, onların Şah İsmayıl Xətainin bidin (Türk budunu) mülhidləri, yəni mələk nəsli olması və ruhlarının öləndən sonra da yaşamaları deməkdir. Bu və digər rəmzlərlə bağlı mən, Batini-Quran kitabımda və çoxsaylı məqalələrimdə izah vermişəm.
Bu gün özünü ali irq sayan və “talış” dilində danışan “qəhrəmanların” sitat kimi gətirdiyi rus mənbəsində, talış dilində danışan tayfa kimi - Allar, Perimbel və Dılaqardə tayfaları qeyd olunur (В. Легкобытов, «Талишинское ханство. – Обозрение Российской владений за Кавказом в статическом, этнографическом,топографическом и финансовом отношениях», СПб, 1836, III hissə). Əsl talış tayfası sayılan bu tayfalar haqda bəzi məlumatlara nəzər salaq.
Talış tayfası kimi qeyd olunan Allar tayfası türk seyid-bəglərinin nəslidir və həmişə də Azəri türkcəsində danışmışlar. Allar/Alarlıların bütün qocaları, ağsaqqalları bildirirlər ki, Alar tayfası Gilar və Arvana tayfaları ilə əmiuşaqlarıdır. Cəlilabad rayonuna və digər ərazilərə köçmüş Alar nəsli Yardımlı Alarından başlanır və deyilənə görə 18-ci əsrdən Rusiyaya qədər səpələnmişlər. Gilar (ərəb. Cəlair) tayfalarının da əksəriyyəti əsasən Cəlilabad və digər rayonlara köçmüşlər. Arvana tayfası haqqında dəqiq məlumat olmasa da o məlumdur ki, Hürri dilində Arvana - “hökmranlar” deməkdir. Sufi məntiqi ilə ehtimal etmək olar ki, İrəvan xanlığını, Səfəvi şahlarının əmri ilə Arvana seyid-bəgləri yaratmışlar. Deməli, Allar tayfası təmiz türk seyid-bəglərinin nəslidir və onun, “talışca” danışan adi insanlara heç bir aidiyyəti yoxdur. Bu ən qədim Talış türk budunudur.
Perimbel tayfası da Yardımlı rayonunun Perimbel kəndində yaşayan seyidlərdir və bu kənd Gilar kəndinin təxminən bir km məsafəsində yerləşir. “Əxbarnamə” kitabına görə də, Talış xanlığının vuran qolu Perimbel seyidləri olmuşlar ki, bunlar da təmiz türk seyid-bəgləridir. Bu tayfa pirlər, yəni qədim Misir fironlarının nəslidir və ən qədim Misir mənbələrində Perimbel eli – Pirembole kimi qeyd olunub ki, bunlar da tərikə yolunu keçmiş qədim teurqlar – türklər nəslidir. Perimbel talışları da ən qədim atlantların, oğuzların törəmələridir və bunların indi “talışca” danışan adi insanlara heç bir aidiyyəti ola bilməz.
 Talış tayfası kimi qeyd olunan Dılaqardə ilə bağlı toponim, bildiyim qədər Lənkəranda, Fizulidə, Şuşada olmuşdur ki, Fizuli və Şuşanın əhalisi də türk tayfalarıdır və onların “talışca” danışanlarla əlaqəsi yoxdur. Dılaqardə rəmzi - Dil və Qard rəmzlərindən ibarətdir və Batin/Ledun elmində bu rəmz – “Allah Talanın elində yaşayan Qor yoluyla gedənlər” deməkdir. Bu isə elə Allah dağlarında yaşayan seyid-bəglər mənasındadır və bunun da indi “talışca” danışan adi insanlara aidiyyəti yoxdur. Ümumiyyətlə, bütün Talış xanları seyidlər olmuşlar ki, bunlar da Azəri türkləridir. Talış dağları dedikdə isə Yardımlı rayonunun Perimbel, Gilar və bu yaşayış məntəqələrin daxil olduğu dağ silsiləsi nəzərdə tutulmalıdır.
Özünü talış adlandırıb, “talışca” danışan insanların da içində seyidlər, şıxlar (sak) var ki, onlar da əsl Azəri, yəni Asar/Osiris Allahının törəmələridirlər. Asar/Əsər/Osiris, yəni Azər rəmzi cənub bölgəsində PeştƏsər, PirƏsər (Pirəsor), KürdƏsər, BilƏsər, ŞağlƏsər və s. yaşayış məntəqələri və toponimlərində qalmışdır. Bu gün bu ərazilər cənub bölgəsi hesab olunsa da, qədimdə, Azərbaycan bütöv olanda, bu ərazilər bütöv Azərbaycanın mərkəzi sayılırdı. Mənbələrdə məhz əsl Talış seyid-bəgləri - şahsevənlər, qızılbaşlar, mülhidlər, batinilər, nizarilər və s. adlanırdı. Bu el – Ra-Amon/Rəhman Allahın Özünə qulluq üçün xüsusi yaratdığı hökmranlar nəslinin elidir və bunları digər xalqlarla, əsasən də adi insanlarla qarışdırmaq mümkün deyil. Bütün yazılı ədəbiyyatda qeyd olunanlar məhz Azəri müqəddəslərinə həsr olunmuşdur. Adi insanlar isə qədim mənbələrdə yazılarada qeyd olunmağa layiq görülmürdülər.  
Mən, “Pars – Azəri piri deməkdir” adlı məqaləmdə, “pars” rəmzinin “pir”, “pir ruhu” mənasında olmasını, əsl parsların da Azəri türk seyid-bəgləri olmasını elmi sübut etmişəm” (http://gilarbek.blogspot.com/2013/12/pars-azri-piri-demkdir_31.html). Yazılanlara görə, Savalan dağları və Azərbaycanın digər ərazilərindəki kəndlərin əhalisi müxtəlif dillərdə danışırmışlar ki, bu dillərin sayı mənbələrdə hətta 360, 72, 26 və s. qədər göstərilir (məs. İbn Hövqəl – 360 dil). Tövratda isə xüsusi nəzərə çatdırılır ki, Babil qülləsi tikilib qurtardıqdan sonra Allah, ilk insanların dilini dəyişib, onları dünyaya səpələdi ki, bu sirləri heç kim bilməsin. Babil qülləsi isə bilavasitə Talış dağlarının altında gizlədilmiş Etemenanki zikkuratının Esagil məbədidir və s. Deməli, rus mənbəsində “talış” dili adlandırılan dil - Ərdəbil və Yardımlı ərazisindəki əhalinin danışdığı Azəri türklərinin dilidir ki, bəzi səslərin uzadılması, ləhcə etibarilə “talış” ləhcəsinə çox bənzəyir. Lakin bütün sözlər türk sözləridir. 
Bu gün özünü talış adlandıran və fars dilinə bənzər dildə danışan bir qrup insan, Azərbaycanı parçalamaq istiqamətində işlər aparırlar. Aydın məsələdir bu insanlar, əsli-kökü olmayan və seyid-bəglərin “avam” adlandırdıqları adi insanlardır ki, savadsızlıqlarından türk seyid-bəglərinin tarixini və şöhrətlərini mənimsəmək istəyirlər. Bu insanlarda məntiqsizlik, avamlıq o səviyyədə aşağadadır ki, bunlar, seyid-bəglərin Rəhman Allahı “Cəddim” adlandırmasının mənasını anlamırlar. Bu insanlar başa düşmürlər ki, Allah, Azəri seyid-bəglərini, yəni İsrail oğullarını mənbələrdə “Mənim xalqım” adlandırır və axirətdə də Öz xalqına görə böyük qırğın törədəcəyini, axirət məhkəməsi quracağını söz vermişdir.
Azərbaycanı parçalamağı qarşısına məqsəd qoymuş insanlar əsasən, əlindən bir iş gəlməyən, həyatda öz yerini tutmamış, lakin iddialı insanlardır ki, milli söhbətləri ortaya atıb, insanların milli heysiyyatından istifadə edərək, özünə vəzifə, şan-şöhrət və s. qazanmaq istəyirlər. İranın 60 faizdən çox əhalisi Azəri türkləridir. Lakin onlar İranın parçalanmaması naminə milli söhbətlərə ehtiyatla yanaşırlar. “Parçala – hökm sür” siyasəti ilə ölkələr dağıdan Qərb siyasəti də belə separatçılara maliyyə dəstəyi ayırır ki, bu ölkələri öz təsirində saxlasın və onların maddi resurslarını mənimsəsin. Mən, Talış qardaşlarıma məsləhət görərdim ki, Azərbaycanı parçalamaq istiqamətində iş aparan separatçılara özləri cavab versinlər.
Qədim Misir mənbələrinə görə, dünyaya hakim kimi gəlmiş Azər (Asar/Osiris) axirət yaxın, qardaşı Set tərəfində 14 hissəyə parçalanıb öldürülür. Lakin axirətdə, oğlu Qor və arvadı İsida tərəfində yenidən dirilir və dünyaya sahiblik edir. Bu gün Azərbaycan parçalanmış vəziyyətdədir. Deməli, Allahın Azəri diriltməsi sadəcə vaxt məsələsidir. Onu öldürmüş Set (Satana/Şet/Şeytan) isə qədim yazılara görə, axirətdən sonra məhv olacaqdır. Axirət - Günəş Oğulları ilə Zülmət Oğullarının mübarizəsinin zamanıdır. Ağıllı insanlar, bu mübarizədə şeytan tərəfdə yox, Allah tərəfində olarlar ki, sonrakı qızıl əsrdə də xoşbəxt yaşasınlar.
                                                                    Firudin Gilar Bəg

                                                                    www.gilarbeg.com