Bu gün elm, texnikanın
inkişafı və informasiyaların çoxluğu, insanlara - qəbul olunmuş məntiqə yenidən,
son məlumatlar da nəzərə almaqla baxılması zərurətini yaratmışdır. Əhalinin və
eyni zamanda elm ocaqlarının da çoxalması, qədim yazıların, mənbələrin və
faktların da müasir məntiqlə araşdırılmasına şərait yaratmışdır. Məntiqlə,
araşdırmalar çoxaldıqca sirlər, qaranlıq məqamlar üzə çıxmalı və hər şey
aydınlaşmalı idi. Lakin bunun tam əksi baş verdi. İnsanların, müqəddəs kitablar
kimi yanaşdığı Tövrat, İncil, Quran və s. kitablardakı məntiqsizlik və izahı
olmayan absurd faktlar, qədim yazıların məntiqinə şübhə yaratdı. Bu gün artıq
din xadimləri özləri, min illər müqəddəs
saydığımız kitabları tənqid etməyə başlamışlar. Riyazi təfəkkürə malik hər bir
insan da, qəbul olunmuş bu məntiqin tənqidinə haqq qazandırmalı olur. Çünki həqiqətən
də yazıların birbaşa mənası cəfəngiyyatdan başqa bir şey deyildir. Bəs onda həqiqət
hardadır və onu necə dərk etmək olar? Qədim yazılarda nədən danışılır? Niyə əcdadlarımız
“mənasız” kitabları müqəddəs adlandırmışlar? Bütün bu suallara cavab tapmaq
üçün, mütləq ilk mənbələrə müraciət edib, onları yazanların məntiqini, fəlsəfəsini
dərk etməyə çalışmaq lazımdır.
Yəhudi müdriklərinə görə,
Allah dünyanı yaradanda Tövrat kitabına baxırmış və biz də ən qədim mənbə kimi Tövrat kitabına müraciət
edəcəyik. Çünki, Tövrat - dünyanın yaradılmasından da əvvəl mövcud olmuşdur.
Biz kitab və məqalələrimizdə göstərmişik ki, bütün qədim yazılarda “dünya”
dedikdə, yaşadığımız fiziki dünya yox, qədim Misir mətnlərində Ra-Amon
adlandırılan Allahın göydə yaratdığı ruhlar dünyasından gedir. Tövratda, bu “dünya”nın
yaradılışı həm də Babil qülləsinin tikilişi kimi təqdim olunur ki, məhz bu
tikilişdən sonra Allah, onu tikənlərin dillərini dəyişib, onları dünyaya səpələmişdi.
Deməli, insanların dillərinə görə xalqlara, etnik qruplara və s. bölünməsi səhvdir.
Bu dünyada bir xalq olmuşdur ki, onlar da sirli Babil qülləsini tikdikdən
sonra, dünyaya səpələnərək müxtəlif dillərdə danışmağa başlamışlar. Belə olan
halda qarşıya sual çıxır ki, bəs nəyə görə, xalqların çoxu bir-birindən üstün
olduqlarını iddia edirlər. Bu sualın cavabını da yenə Tövratda axtaraq.
Tövrata görə, Allah iki növ insan yaratmışdır
ki, bunlar da Allahın obrazı ilə əvvəl yaradılmış Göy insanı və təşkil olunmuş
Yer insanıdır. Obraza uyğun yaradılan Göy insanı ölümsüz, yer insanı isə
ölümlüdür. Bunlar haqda - “Allah – türkləri, onlar isə insanı yaratdılar” adlı
məqalədə geniş məlumat verilmişdir. Belə çıxır ki, əslində iki növ insan yaradılmışdır
və dillərə görə insanların xalqlara, qruplara bölünməsi böyük yanlışlıqdır. Yəhudi
fəlsəfəsində bu iki növ insan arasında çox böyük fərq qoyulur. Özlərini,
Allahın seçilmişləri, yəni Göy insanı hesab edən yəhudilərə görə, adi insanlar
dərindən düşünmə qabiliyyətindən məhrumdurlar və ona görə də müqəddəs yazıları
heç vaxt dərk edə bilməzlər. Erməni mənbələri
də bildirir ki, bütün müqəddəs yazılar yalnız “seçilmişlər” adlanan yəhudilərə,
yəni Xəzər Türk bəglərinə aiddir. Adi insanlar isə nifrətə layiq olduqları üçün
yazılarda qeyd olunmağa layiq deyillər. Başqa sözlə, adi insanların qədim
yazılara heç bir aidiyyəti yoxdur və buna görə də onlar bu yazıları dərk edə
bilməzlər. Bu ənənə Hind fəlsəfəsində
daha kəskin ifadə edilir və bildirilir ki, qədim yazıları yalnız saklar nəsli
olan şahlar dərk edə bilərlər. Mənbələri araşdıran alimlər bu məntiqli yazılara
çox rast gəlirlər. Assur-Babil ədəbiyyatını yazan kahinlər, mətndə tez-tez bu ifadəni təkrarlayırdılar: “Yalnız
xəbərdarı sən bununla tanış edə bilərsən, xəbərdar olmayanlar bunları bilməməlidir!”.
Başqa sözlə, İlahi sirlər – kamillər nəsli olan Göy insanı nəsli üçündür, yer
insanı bunları bilməməlidir.
Quranda qədim məntiq daha açıq ifadə olunur. Burada
da insanlar iki yerə ayrılır ki, bu da Allahın hamıdan üstün yaratdığı İsrail
oğulları və adi insanlardır. Qurana görə, Allah İsrail oğullarını - elmlərinə
görə aləmlərdən, dərəcələrə görə bir-birindən üstün tutmuş, yerdə onları varislər
etmiş, onlara kitab, müdriklik, peyğəmbərlik və pak nemətlərdən ruzi vermişdir.
Bu o deməkdir ki, bütün kitablar - Göy insanı adlandırılan və Allahın obrazı ilə yaradılan əsl İsrail
(Asar/Azər-El) oğullarına aiddir. Adi insanların qədim mənbələrə heç bir aidiyyəti
yoxdur və onlar, bu mənbələrdə yazılanları mürşidsiz heç vaxt dərk edə bilməzlər.
Bu məqalədə biz, “şərab” rəmzinin sufi-batini mənada nə demək olduğunu hamı
üçün aydınlaşdırmağa çalışacağıq. Bildirmək istəyirik ki, şərab rəmzi batinilərdə
çox dərin mənalar verir və ehtimal ki, şox insanlar ilkin materiyanın
qanunlarını bilmədikləri üçün bu rəmzi anlamacaqlar. Hər halda biz öz tərəfimizdən
“şərab” rəmzinin elmi izahını verəcəyik.
Məşhur sufi alimi Bəyazid Bistami şərabı sufizmlə əlaqələndirərək
yazır: “Sufizmin toxumu Adəmin zamanında əkilmiş, Nuhun zamanında cücərti
vermiş, İbrahimin zamanında çiçək açmış, bəhrəsi Musanın zamanında əmələ gəlmiş,
İsanın (Xrist) zamanında yetişmiş, Məhəmmədin zamanında isə təmiz şərab əmələ gəlmişdir”.
Bilirik ki, şərab qaldıqca keyfiyyəti yüksəlir. Başqa sözlə, Adəmin zamanında
toxum halında olan sufizm, Məhəmmədin zamanında keyfiyyətli “içkiyə”
çevrilmişdir və bu “işki”nin hesabına peyğəmbər – sufizmin ən kamil səviyyəsi
olan Bəqa – İlahla vəhdət səviyyəsinə çatmışdır. Digər tərəfdən, buradakı 6 mərhələ,
sufizmin tərikə yolunu bildirir ki, bu da “dünya”nı altı günə yaratmış və
yeddinci gün dincələn Allaha aiddir. Başqa sözlə, sufizm - Allahın yaradılış
elmidir və bu elm Adəmdən başlanır. Biz də bu elmi tam dərk etmək üçün, Adəm
haqqındakı məlumatları araşdırmalı və orada toxum halında olam sufizmin, yəni
üzümün rolunu dərk etməyə çalışmalıyıq.
Adəm rəmzi ən
qədim Misir mənbələrində Atum/Atam kimi keçir. Bu mənbələrdə şərabın tərkibi
olan üzüm və üzüm suyu haqqında xüsusi danışılır. Bexdetdən olan Qor və qanadlı disk haqqındakı rəvayətdə, Ra (Ra-Amon) -
Bexdetli Qora deyir: “Sən üzümü suya atdın, ondan axan və onda sənin ürəyin əmələ
gəldi” və ona görə də Bexdetli Qorun suları (kanal) bu günə qədər [üzüm suyu]
adlanır. Və Bexdetli Qor dedi: “Ey Ra get, sənin torpağında uzanmış öz düşmənlərinə
bax”: bundan sonra əlahəzrət Ra yola düşdü, onunla Aştertet (Aştoret) ilahəsi də
var idi, və o yerə yıxılmış düşmənləri gördü və onlar hamısı bağlanmışdı. Və Ra
Bexdetli Qora dedi: “Bu yerdə həyat şirindir”, və ona görə də Bexdetli Qorun
sarayı “Şirin həyat” adlanır”. Və Ra Tota dedi: “Mənim düşmənlərimə [burada
divan tutulmuşdur]”: ona görə də bu yer indiyə qədər Teb adlanır (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб.,
Ексмо, 2005, səh.92). Buradakı üzüm suyu rəmzi, ilkin materiyanı özünə
tabe etmiş Amon Allahının keçirdiyi ritualla bağlıdır. Belə ki, firon/pir Amon,
qırmızı üzüm dənəsini öz ürəyi (formasına görə) adlandırmış və onu suya
atmışdır. Suya düşmüş üzüm, suyu qırmızı rəngə boyamışdır. Qırmızı su isə artıq
qanla eyni mənalıdır və rituallarda qan rəmzini əvəz edir. Bu ritualın
keçirildiyi zaman mantralar oxunur və Amonun ürəyi və sözü ilə, onun kəsdiyi
qurbanların ruhu göy üzünü bürüyür. Qırmzı göy isə artıq, Amon Allahının ürəyindəki
fikri və sözü vasitəsi ilə kosmik İnsan-Allah olan Atuma (Adəmə) çevrilir. Deməli,
burada düşmənə qalib gəlmək – göyləri üzüm suyu, yəni qurban qanı vasitəsi ilə
özünə tabe etmək deməkdir.
Bu ritualda – firon Amon, özünü ilkin Nun suları ilə eyniləşdirən Ptah (Fateh
anlamında) adlandırır və onun adından çıxış edir. Məşhur misirşünas alim C.
Uilson bu haqda yazır: “Ptah, böyükdür; O – doqquz Allahın ürəyi və dilidir…
hansı ki, Allahları mayalandırmışdır… (nə isə) Atum (Adəm) obrazında ürəkdə təcəssüm
etmiş və dildə təcəssüm etmişdir”. Beləcə Atum düşünülmüş və yaradılmışdır. Heç
nədən yaradıcı Allah, Atum ideyası əmələ gəlmişdir. İdeya Tanrı dünyasının “ürəyində
meydana gəlmişdir”: bu ürək və ağıl Ptah özüdür”; sonra ideya Tanrı dünyasının “dilində
yaranmışdır”; bu dil və nitq Ptah özü olmuşdur. Atum - obrazında ürəkdə
yaranmış və dildə yaranmışdır” (Г. Франкфорт, Г. А.
Франкфорт, Дж. Уилсон, Т. Якобсен, «В преддверии философии», М., 1984, səh.67,68). Deməli, üzümü
öz ürəyi adlandıran Amon, ürəyində düşünülmüş “dünya”nı yaratmaq üçün,
qurbanlar kəsmiş və qurbanların ruhlarını öz “ürəyindəki dünyaya doldurmuşdur”.
Qan rəmzi Tövrata görə,
ruh mənasındadır və burada açıq yazılır ki, “qan ruhdur” və “bədənin ruhu – qandadır”. Suya atılmış ürək rəmzli
qırmızı üzüm, suyu necə qırmızı rəngə boyayırsa, Amon Allahının qurbanlarının
ruhu da (qan rəmzində) ilkin materiyanı eləcə qurbanın ruhuna boyamışdır
(üfüqün qızartısı) və bütöv bu qarışıq sanki Amonun ürəyi rəmzində (Pta) bədəninə
çevrilir. Belə çıxır ki, mətndəki “sən üzümü suya atdın, ondan axan və onda sənin
ürəyin əmələ gəldi” ifadəsi, ilkin sularda (efirdə) əmələ gələn Amon Allahının
ürəyinin rəmzidir ki, bundan sonra ilkin materiya Amonun ürəyi rəmzində ona
tabe olur. Mətndəki Bexdetli Qorun sarayının Teb adlandırılması, Göydəki bu
ruhlar dünyasının eyni zamanda Osirisin dənizə atıldığı Teb qutusu və Beyt rəmzindədir.
Bu Teb Beytinin (Qorun sarayı) “Şirin həyat” adlanması da, bu ritual zamanı
göydə var olmuş cənnətdə yaşayışın şirin olması anlamındadır. Tövratda bu
yaradılış haqda yazılır: “Qoy işıq olsun!” Və işıq oldu. Allah işığı
qaranlıqdan ayırdı və bundan sonra sular birləşdi və torpaq əmələ gəldi və s.
Başqa sözlə, pir Amon göydə cənnət torpağı yaratmaq üçün üzüm rəmzindən istifadə
etmişdir.
Eyni mənalı digər qədim Misir yazısında, yenilməz, möhür gözləyən evin gözətçisi
Nu (Nu-Osiris) deyir: “Mən Nun Allahından yaranmış İlahi Ra ruhuyam: O İlahi
ruh ki, Allah özüdür… Mən Nun Allahıyam, şərin gücü məni məhv edə bilməz. Mən
ilkin materiyanın ilk doğulmuşuyam, yəni İlahi Ruhuyam, hansı ki ölməz
Allahların ruhlarına bərabərdir və mənim öz bədənim əbədilikdir. Mənim simam –
ölməzlikdir, illərin hökmdarıdır və əbədilik hökmranıdır. [Mən] Göyün ən yüksək
sərhəddində yaşayan zülməti yaradanam, [hansını ki] mən sevirəm və mən onun sərhədlərinə
çatıram. Mən ayağa durub gedirəm, mən öz üzümümün sahibinə çevrilirəm, mən
[yerlə Göyü] ayıran Göy okeanını üzüb keçirəm, mən ayaqlarıma yaxınlaşan, hər
iki əlin hökmdarı tərəfinə göndərilən qurdları məhv edirəm. Mənim ruhum –
ölümsüzlüyün ruhlar Ruhudur və mənim öz bədənim əbədilikdir. Mən İlahi
ucaldılmış varlığam, Tabu torpağının
hökmdarıyam. “Mən şəhərdəki oğlan uşağı və sahədəki yeniyetməyəm” - və mənim
adım budur: “kim ki, parçalanmağa məruz qalmamışdır” - budur mənim adım. Mən
Nun Allahını yaratmış o dünyada yaşayan Ruham: mənim yumurtanı sındırdıb
çıxdığım yer kənar adamlardan gizlidir və mənim yumurtamın çatı yoxdur…” (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб.,
Ексмо, 2005, səh.489-490). Bu mətndə artıq başqa Allahdan danışılır ki, bu
da axirətdə gəlməli olan Qor Allahıdır. Bütün qədim yazlarda iki Allahdan – Əvvəldə
gələn Günəş Allahı Ra-Amondan və Axırda bu Günəş Allahının yerinə gələcək Ay
Allahı olan Qordan, yəni Mehdidən danışılır. Gizlində olan Qor Allahının – öz
üzümünün sahibinə çevrilməsi, göydə əvvəldə yaradılmış bütün hər şeyin ona
verilməsi anlamındadır.
Bu mətnlər onu
göstərir ki, firon Amon, göyləri özünə tabe edərkən rəmz kimi üzümdən, üzüm
suyundan istifadə etmişdir və üzüm suyu - rəmzlər elmində qanı əvəz edə bilən simvoldur.
Bütün bu yaradılışdan sonra, göylər “qana bulaşır” və artıq, qanın digər rəmzi
olan üzüm suyu mənasında Amona tabe olur. Qədim Misir mətnləri ilə desək, Amon
göyləri – qanlı Nut göyünə çevirir və orada Qeb adlanan ruhlar torpağını,
ruhlar beytini yaradır. Qanla yaradılmış bu ruhlar dünyası Kitabi Dədə Qorqudda
Qanlı Oğuz eli adlanır.
Qədim Misir mənbəsindəki
sitatda yazılırdı ki, - “Ptah, böyükdür; O – doqquz Allahın ürəyi və dilidir”.
Burada doqquz Allah dedikdə Doqquz Oğuz ölkəsi nəzərdə tutulur ki, bu da Oğuz
elinin - Amonun ürəyində tutduğu və sözü ilə yaranması deməkdir. Kitabi Dədə
Qorqudda bəglər – “Qanlı Oğuz bəgləri”, sular – “qanlı-qanlı sular”, Oğuz
elinin ordusu isə “Qan alaca ordu” adlandırılır. Bu isə o deməkdir ki, Amon Allahının yaratdığı Qeb beyti elə qanla
yaradılmış İç Oğuz elidir.
Bütün bunlar isə
o deməkdir ki, yaradılışda üzüm rəmzindən istifadə edilmişdir ki, bu da firon
Amonun ürəyinin rəmzidir. Sufizmdə ürək çox dərin mənalar verir ki, bunun əsası
- sufinin getdiyi tərikə yolu ilə bağlıdır. Bəyazid Bistaminin
yuxarıdakı misalında, sufizmin axirətə qədər olan altı mərhələsi göstərilir ki,
bu da – Allahın altı günə yaratdığı və yeddinci gün dincəldiyi mərhələdir. Bu
isə o deməkdir ki, Məhəmmədin dövrü həm də axırda gələcək Allahın kamilləşmə mərhələsidir.
Başqa sözlə, Adəmin yaradılışıdan axirətə qədər olan mərhələ sufizmin tərikə (TRK)
yolu, yəni tarixdir (TRX). Tarix sözü də məhz bu mənada axirətdə gələcək
Allahın kamilləşmə mərhələsidir. İngilislər tarix sözünü His-Story kimi
yazırlar ki, bu da “O kişinin tarixi” anlamında Allaha aiddir. Belə çıxır ki,
axirətdə gələcək Mehdi, tərikənin yeddi mərhələsini keçərək tam kamilləşəcək və
bunula da yaradılış təkrarlanacaq və yeni Adəm yaranacaq. Bu kamilləşmə həm də
pir Amonun, sufizmin tərikə yolunun yeddi mərhələsini keçib, ilkin materiya ilə
vəhdəti və onun Allaha çevrilməsi yoludur.
Məhşur sufi mistiki Bəhaullanın “Yeddi vadi”
kitabında, firon/pir Amonun göylərə, ilkin materiyaya səyahətı yeddi mərhələdir
ki, bəziləri bunu yeddi vadi, bəziləri isə yeddi şəhər adlandırır. Birinci –
dözümlülük vadisi olan “Axtarış vadisi”dir. İkinci – İlaha məhəbbət
alovuna bürünmə vadisi olan “Məhəbbət
vadisi”dir. Allahın “Yar” olduğu mürid bu pilləkəni keçəndən sonra “Dərketmə
vadisi”nə daxil olur ki, burada onun “daxili gözü” (ruhunun bəsirət gözü)
açılır və o bu “gözlə” yaradılışın sirlərini dərk etməyə başlayır. Sufizmdə “gözünü
yum ki, görəsən” deyimi, onların məhz ruhun gözü ilə görməsi mənasındadır. Buranı keçən səyyah “Qovuşma vadisi”nə daxil olur və
o Allahın gözü ilə görür, qulağı ilə eşidir. O “dostunun” (Allahın) məbədgahına
daxil olub istəkli sirdaş kimi çadırı öz sevgilisi (Allahla) ilə bölür. Beşinci
vadi “Məmnunluq vadisi”dir ki, burada səyyah daxili və zahiri gözü ilə hər
şeyin daxilini, xaricini dərk edir. Buranı keçən səyyah “Təəccüb vadisi” olan
böyüklük okeanına daxil olur və hər an onun təəcübü artır. Nəhayət, səyyah – “Əsl
miskinlik və tam yox olma vadisi”nə qədəm qoyur. Bu “mənzildə”, yəni pillədə şəxsiyət
tam yoxa çıxır və Allah dərgahına qədəm qoyur. Bu tam yox olma “mənzilində”, səyahətçiyə
təsir edən bütün şeylər yox olur və əbədiyyət üfüqündə qaranlıqdan İlahi Sifət
qalxır. Ən yüksək mərhələyə çatıb, qüdrətli pilləkənə yaxınlaşanda və Sevgilini
görəndə hər şey yaddan çıxır. Bu şəhərdə artıq insanı İlahi şəfəq öz ağuşuna
alır. Bu vadi “Mahmud məqamı” (Məhəmməd) adlanır. Kim ki, Göylə vəhdət səviyyəsinə
qalxıb Kamil Həqiqət dənizinə yüksəlir, bu şəhərə pərəstiş edir – bu isə
Allahda həyat pilləsidir – sirlərə agah olana ən son dayanacaq və sevənlərin
son vətənidir. Lakin sirli okeanın faniləri üçün bu pillə ürəkdəki dayağın
birinci qapılarıdır, yəni insanın, ürək şəhərinə ilk girişidir: ürək isə dörd vəziyyətdən
yaranmışdır və s. Digər tərəfdən – “Əsil miskinlik və tam yox olma vadisi” özlüyündə iki
fazadan – fəna (itirilmə) və bəqa (bəg), yəni əbədi mövcudluqdan ibarətdir ki,
bəqa fazasında mürid artıq Allahla vəhdətə nail olur.
Bütün
bunlar o deməkdir ki, firon Amon məhz sufizmin tərikə yolu ilə İlahla vəhdətə
nail olmuş və Ra-Amon Allahına çevrilmişdir. Lakin bu eyni zamanda onu bildirir
ki, Məhəmmədin zamanında da Axırda gələcək Allah – sufizmin tərikə yolunu
keçib, Allahla vəhdətə nail olacaq. Başqa sözlə, Məhəmməd burada elə Axırda gələcək
Mehdi rolunda göstərilir. Batini şiələri isə axırda gələcək Allah rolunda imam
Əlini görürlər.
Ən qədim
mənbələrə görə, yaradılış zamanı iki Günəş Allahı yaradılmışdır ki, bunun biri Ra-Amon
Allahı, digəri isə axirətdə gələcək Ay Allahıdır. Qədim Misir yazılarında Ay
Allahı – Gecə Günəşi adlandırılır. Mətnlərə görə bu Allah, yaradılışından sonra
ruhlar dünyasında axirətə qədər qalmış və axirətdə zühur etməlidir. İslam bu
Allahı – Qeybə çəkilmiş imam kimi göstərir ki, bu da məna etibarilə eynidir. Bu
haqda – “Qurana görə axirətdə Allah gələcək” adlı məqalədə geniş məlumat verilib
(bax. http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html).
Digər
tərəfdən, “Əsl miskinlik və
tam yox olma vadisi”ndə şəxsiyət tam yoxa çıxır və insan özündə olmur, hər yerdə
Yarını – Allahını görür. Sufilər insanın bu vəziyyətini, şərab içmiş insana bənzədirlər
və rəmz kimi qəbul etmişlər. Bu isə o deməkdir ki, sufilərdə “şərab içmək” - sufinin ekstatik
durumunu, onun qamlıq vəziyyətində ilkin materiyaya qovuşmasını bildirir ki, bu
da ən ali müdriklik hesab olunur. Məhz bu mənada Bəyazid Bistami, Məhəmmədin
zamanında, sufizmin Bəqa səviyyəsinə yüksəlmiş və İlahi sirləri bilən Mehdini həm
də yüksək keyfiyyətli şərab rəmzində qeyd edir.
Yazdıqlarımızdan belə
çıxır ki, Adəmin dövründəki sufizm toxumu elə pir Amonun ürəyidir və məhz o öz
“ürəyində” – “ürəklər şəhəri yaradıb”, magiya, teurqiya yolu ilə bu “şəhəri”
göylərə “daşımışdır”. Cənnətin bu yaradılışı zamanı, göylərdə təbii “axan”
ilkin materiya, yəni dirilik suyu – insan forması alıb Adəmə çevrilmişdir. Belə
çıxır ki, şərab təkcə kamilliyin deyil, həm də dirilik suyunun rəmzidir. Qədim
mənbələrdə “Qraal camı” dedikdə də məhz dirilik suyu doldurulmuş cam nəzərdə
tutulur. Qədim Misir təsvirlərində, ruhlar dünyası mənasında olan həyat
ağacından, ilkin materiyanın rəmzi olan qadının insanlara dirilik suyu verməsi
təsvir olunur. Göydəki ruhlar dünyasının digər rəmzi olan dünya ağacı da ilkin materiyadan
yarandığı üçün, mətn və rəsmlərdə dirilik suyu ilə əlaqələndirilir. Qədim Misir
rəsmlərində, dünya ağacı həmdə qadın İlahəsi kimi göstərilir ki, o ölülərə yeməli şeylər verir.
Digər rəsmlərdə, firon əncirinin arasında olan İlahə, üzüm tənəklərinin
yarpaqları arasındakı Osirislə eyniləşdirilir və yunan mifologiyasında bu obraz
Dionisə uyğun gəlir. Dionis isə üzümçülük Allahıdır və onun digər adları isə
Baxus (Bəqa-İssi) və Vakhdır ki, bu da sufinin ekstatik durumu, yəni Bəqa səviyyəsini
bildirir. Dionisin şərabı qurbangahdan axırdı və insanlar onu içərək, Allahın
güçündən istifadə edirdilər. Şərabın qurbangahdan axması, onun rəmzi mənada
olması deməkdir. Tövrata görə,
qurbangahda mütəmadi tökülən qurbanların qanı hesabına burada möcüzəvi surətdə
müqəddəs İlahi od yanmağa başlamışdı və belə çıxır ki, şərab rəmzi də bu müqəddəs
odun, yəni ilkin materiyanın rəmzlərindəndir. Quran görə, cənnətdə mömin
adamlar üçün şərab çayı axır ki, bu da
dirilik suyu anlamındadır.
Əhdi-Cədiddə
şərab dolu qədəh – İsanın “qanı” adlanır və yeni bağlanmış Əhdi bildirirdi. Bu
kitabda İsa – üzümlük, Onun Atası isə üzümlüyün sahibi adlandırılır. Əhdi-Ətiqdə üzümlük əsasən İsrailə aid
edilir. Mattanın İncilində isə İsa deyir ki, bundan sonra, Atamın şahlığının
yeni şərabından icməyənə qədər, bu şərabdan içməyəcəyəm. Bu isə o deməkdir ki,
şərab burada həqiqətən də ilkin materiya, yəni dirilik suyu anlamındadır. İsa
isə, axirətdə insanlarla bağlayacaq yeni müqavilənin və yeni “dünya”nın
sahibidir. Bildiyimiz kimi, Qalileyanın Kana şəhərində İsa peyğəmbər suyu şəraba
çevirmişdir. Suyun şəraba çevrilməsi rəmzi
Bəyazid Bistaminin qeyd etdiyi sufizm toxumunun şəraba dönməsi anlamındadır ki,
bu da İsanın da Məhəmməd peyğəmbər obrazında axirətdə gələn Mehdi rolunda
olması deməkdir.
Yazdıqlarımızdan belə çlxlr ki, qədim mənbələrdə,
yalnız yəhudilərin bildikləri İlahi sirr, Türk bəglərinin əcdadı olan pir Əmənin,
sufizmin tərikə yolu vasitəsi ilə – Ra-Amon, yəni Rəhman Allaha çevrilməsidir.
Şah İsmail Xətai -
“Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri.
Küfr içində iman vardır, seçə bilirsən gəl bəri” dedikdə, məhz bu İlahi sirri nəzərdə tutur. Şah
Babamız -
“Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgar idim.
Gövhəri ağ eylədim, tutdu cahanı sərbəsər,
Yeri-göyü, ərşi-kürsi yaradan səttar idim”, dedikdə
isə özünün “dünya” yaradılmamışdan var olmasını qeyd edir ki, bu da onun İlah
obrazında göstərilməsi anlamındadır. Belə çıxır ki, Şah İsmail Xətai – axırətdə
gələcək Allahın obrazıdır. Çünki sufilər Allah deyəndə - Əvvəldə gələn Rəhmanı
və Axırda gələcək Rəhimi, yəni Mehdini nəzərdə tuturlar. Batinilərdə Rəhim rəmzi
– Ra-Qam, Qam-Ər/Qəmər mənasındadır ki, bu da axirətdə Ra günəş Allahının yerinə
keçəcək Ay Allahı deməkdir.
Zeynalabidin Əli Əbdi Bəyin “Təkamilətül-Əxbər”
adlı əsərinə görə də, axirətdə haqq-ədaləti bərpa etməli olan Mehdi Sahib əz-zəman
- Şah İsmail Xətaidir və o eyni zamanda “peyğəmbərlərin möhürüdür” (xətmi-ənbiya).
Əbdi Bəy yazır: “Rumlu, şamlu və zülqədər tayfalarından olan sufilər və ğazilərin
dəstələri Rum və Şam ölkələrindən, Misir və Diyarbəkr diyarlarından axışıb (İsmailin
düşərgəsinə) gəldilər. Buradan hər yana, Əlahəzrətin ayağa qalxmasını gözləyənləri
yola çağıran əmrlər göndərilmişdi: bu hərəkat Sahib-zamanın zühur etməsinin
başlanğıcı oldu”. Bu isə o deməkdir ki, Şah İsmail Xətainin obrazı – axirətdə gələcək
Mehdinin obrazıdır. Mehdi Sahib-Zaman isə hələ zühur etməmişdir. Xətainin şərab
içməsi də, Onun müdrikliyinin ən ali səviyyədə olması və Allahla vəhdətə nail
olması anlamındadır. Şah İsmailin on dörd yaşda hakimiyyətə gəlməsi və on dörd
eli birləşdirməsi isə – axirətdə, on dörd hissəyə parçalanmış Asar/Osiris/Azər
Allahının bədəninin birləşməsi və dirilməsi rəmzindədir. İlkin materiyada
parçalanmış bu Atum (Adəm) Allahının bədəninin birləşməsi və Onun dirilməsi
İezekiil peyğəmbərin kitabında qeyd olunur və s.
Bütün bunlar haqda daha geniş
məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, Batini-Quran kitabında və məqalələrimizdə
verilmişdir.
Firudin
Gilar Bəg
Tahir
Əmiraslanov
Комментариев нет:
Отправить комментарий