среда, 7 августа 2019 г.

Batinilərdə “İslam dini” – “Səlim Cənnəti” deməkdir



Dövri mətbuatdakı məqalələrimdə mən göstərmişəm ki, Allah “Dünya”nı yaradanda Tövrat kitabına baxırmış və bu kitab Aşuri, yəni Azəri yazısı ilə, müqəddəs tarqum - Türk dilində yazılmışdır. Mənbələrə görə bu dil, 70 dildə yazılmış mətnlərə təfsir, şərh, daha doğrusu təvil verən xüsusi dildir. Samitlərdən ibarət olan bu dil rəmzlər dilidir və onun mənası – mistik fikirlər, ideyalarla bağlı batini mənadır.
Tövratda “İslam” rəmzi Səlim şəhəri kimi keçir və bu şəhərin Allahı da El Allahıdır. Ən qədim mənbələrdə El dedikdə bizim el-oba mənasındakı kimi, müəyyən ərazi və bu ərazidə yaşayan insanlar nəzərdə tutulur. Məşhur batin alimi Mühiddin ibn Ərəbi “El” rəmzini “Din” rəmzi ilə əvəz edərək, ölümlə əlaqələndirir ki, bu da İslam dinin elə Şəlim Eli, Səlim Aləmi, şəhəri və s. mənasında olması deməkdir. Bu Elin yaradılması haqqında əsas məlumatlar Türk mənbələrində verilib və burada Türk xanının göydə İlahdan El yaratması (Eltutmuş, Eletmiş) açıq yazılır. Türklərin göydəki bu cənnətinin yaradılması Tövratda təsvir olunsa da, onun yaradılma texnologiyası bütün qədim ədəbiyyatlarda rəmzlərlə verilmişdir. Deməli, batinilərə görə “İslam dini” elə türklərin göydəki Səlim şəhəridir və bu dinə tabe olanların ruhları da, öləndən sonra bu cənnətdə ömürlərini davam etdirirlər. Bu ideya, həqiqi İslamın, yəni 5500 yaşlı İsna Aşəriyənin əsas ideyasıdır.
İslam/Səlim rəmzi ilə eyni mənalı Salam rəmzi də batinilərdə göydəki cənnəti bildirir. İnsanların salamlaşanda “Salam əleyküm” deyimi, batinilərdə “Səlim El Qam” kimi açılır ki, bu da elə “Qam eli Səlim” mənasındadır. Buradakı Küm/Qam rəmzi qədim Misirdə, Misirin digər adı kimi keçirsə də, Kitabi Dədə Qorqudda bu Elin – qamlama, yəni şamanlıqla yaradılması nəzərə çatdırılır (Qom qomlama Qoma yurdum). Başqa sözlə, Salam Əleyküm deyimi – “Qam Eli İslam”a eşq olsun mənasını verir. Lakin əgər nəzərə alsaq ki, Qam eli elə Misir mənasındakı Kem elidir, onda biz “Salam Əleyküm” rəmzinin batinilərdə - “Misir Eli olan Səlim”ə eşq olsun kimi də məna verməsini də iddia edə bilərik.
“Əhdi-Ətiq”də Misir ölkəsi Assur ölkəsi kimi, Livanda yerləşən hündür sidr ağacı adlandırılır. Yezekiil peyğəmbərə görə, bu ağacın kökü böyük dərya sularındadır və sonsuzluq onu ucaldır. Buradakı Livan rəmzi mənbələrdə Lbnun kimi yazılır ki, alimlər bilməməzlikdən onu Livan kimi oxumuşlar. Əslində isə Lbnun rəmzi Alban kimi oxunmalıdır və Albaniyanın digər adının Alu olması da, onun məhz El mənasında olması deməkdir. Assur mənbələrində bir Elin içində digər Elin yaradılması açıq yazılır və bu haqda mən “Assuriya - qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə geniş izah verlişəm.
Bütün bunlar o deməkdir ki, İslam dini dedikdə - qədim Assur, bu gün isə Azərbaycan adlanan Azəri elinin göylərində yaradılmış Göytürk xaqanlığı, yəni cənnət təsəvvür olunmalıdır. Əsl İslam dini də 5500 il əvvəlki Azərilərin İsna Aşəriyə (Azəriyyə) dinidir və bu din bu gün bizlərə ifrat şiələrin şiə ezoterizmi və ya sufi-batinilik kimi məlumdur. Bu din Azəri Türk bəglərinin gizli elmi olduğu üçün minillər adi insanlardan gizli saxlanılmışdır və adi insanlar bu bəg-ərənlərin cənnətinə düşə bilməmişlər. Buna səbəb isə adi insanların kamil insan nəsli olan Azəri pir-bəglərindən fərqli yaradılmasıdır. Bütün qədim mənbələrə görə, Allah iki növ insan yaradıb ki, bu da göylərdən yaradılmış göy insanı (Gök Türkləri) və yerdən yaradılmış adi insanlardır. Bu haqda daha geniş məlumatlar – “Allah Türkləri, onlar isə insanı yaratdılar” adlı məqaləmdə verilmişdir. Quranda göy insanları “İsrail oğulları”, yəni Azər (Asar/Osiris) Elinin oğullaır kimi keçir. Qurana görə, bu kitab özü onlara və onlaırn göydə yaratdığı  cənnətə həsr olunub. Bu haqda mən, “Qurandakı İsrail oğulları Azəri bəgləridir” adlı məqaləmdə yazmışam. Deməli, İslamın müqəddəs kitabı olan Quran kitabı da məhz Azər oğullarına göndərilib və göydəki cənnəti də bu müqəddəs ərənlər üçün yaradılıb.
Lakin zaman keçdikcə adi insanların da içindən Allaha sadiq möminlər çıxmağa başladı. Bu zaman, bu möminlərin də cənnətə düşməsi üçün, İsna Aşəriyə adlandırdığımız şiə ezoterizmi - adi insanların dərk edildiyi səviyəyə salındı. Beləlikdə, Allahın müxtəlif obrazları – Məhəmməd peyğımbər, İmam Əli, Salman Farsi və s. şəxsiyyətlərə parçalandı və nəhayət 1400 il əvvəl zahiri İslam, yəni ərəblərin İslamı ortaya çıxdı. Bu İslamda artıq bəglərin göydəki Eli (El-İlahi) –Allah adlanıdı. Bu haqda daha geniş məlumatlar – “Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır” adlı məqaləmdə vardır.
Bu gün artıq “ərəblərin” zahiri İslamı öz mənasızlığını üzə çıxarır. Quranın batini mənası isə insanları daha dərindən düşünməyə vadar edir. Lakin bir gün gələcək ki, insanlar qədim sirlərə tam bələd olacaqlar və o zaman Azərbaycan, bütün dinlərin müqəddəs ocağına çevriləcək.
                                       Firudin Gilar Bəg
 



Комментариев нет:

Отправить комментарий