суббота, 17 марта 2018 г.

Kəlimeyi Tövhidin daha dərin batini mənaları


İslamın əsas şüarlarından biri də Kəlimeyi Tövhid, yəni “Allahdan başqa İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadətidir ki, bu günə qədər bu deyimin bütün dərinlikləri nəzərə alınmaqla batini mənası açılmamışdır. Bu şüarı tam anlamaq üçün, rəmzlərin qədim mənbələrdəki mənalarını araşdırmaq vacibdir.
Mən, “Məhəmməd peyğəmbər – Nurdan yaradılmış Azər Allahıdır” adlı məqaləmdə Kəlimeyi Tövhidin ümumi batini açmasını vermişəm (http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html). Lakin Kəlimeyi Tövhidin daha dərin batini mənaları var və bunları anlamaq üçün rəmzlərin mənalarını dərindən araşdırmaq lazımdır. Bu məqalədə mən Kəlimeyi Tövhidin daha dərin mənalarını açmağa çalışacağam. Onu da deyim ki, bu günə qədər bu dərinliyi heç bir sufi-batin alimi dilə gətirməmişdir. Bu sirr sayılmışdır və adi insanlar üçün nəzərdə tutulmamışdır.
“La İlahə İlləllah, Məhəmmədər Rəsulullah” şəhadəti əsasən iki hissədən ibarətdir ki, bunlar da “La İlahə İlləllah” və “Məhəmmədər Rəsulullah” hissələridir. “La İlahə İlləllah”, yəni “Allahdan başqa İlah yoxdur” deyimi Quranda iki dəfə keçir. Lakin eyni mənalı “La İlahə İlla Hü” rəmzi isə Quranda otuz yerdə təkrarlanır. Buradakı fərq – Kəlimeyi Tövhiddəki “Allah” rəmzi əvəzində “Hü” rəmzinin qeyd olunmasıdır ki, İslamda Hü, İlah kəlmələri də Allah rəmzi ilə eyni mənalı qəbul olunmuşdur. Bu rəmzlər zahiri İslamda Allahın adlarından sayılır və məna fərqləri izah olunmur. Batini mənada isə Allah, Hü, İlah (Eloah), Elohim (İlham)  və s. rəmzlərin ayrıca mənaları vardır.
Sufi-batinilərdə “Hü” rəmzi - təbii halda göydə mövcud olan ilkin materiyanı, yəni mənbələrdə İlahi od, dirilik suyu, cövhər və s. adlandırılan ünsürü bildirir. İlah rəmzi isə sufizmdə El-Hü, yəni Hü ilkin materiyasının yaratdığı El – yer kürəsində mövcud olan bütün canlı-cansız varlıqlar mənasındadır. Deməli, batinilər İlah dedikdə, Hü ilkin materiyası və onun yerdəki Elində, yəni fiziki dünyamızda yaratdığı mövcudat nəzərdə tutulmalıdır. Qısaca desək, Hü – təbii halda “axan” ilkin materiya, İlah isə Hü ilkin materiyası və onun Eli, yəni Onun yaratdıqları bütün varlıqlardır. İlah/Eloax (LH/LX) rəmzləri qədim mənbələrdə eyni mənalı Xel/Gel (XL/GL) və s. kimi də yazılır ki, qədim Misir mənbələrinə görə, Allah göydəki dünyanı məhz Gel şəhərində yaratmışdır.
Osmanlı mənbələrində “La İlahə İlla Hü”, yəni “Hü-dən başqa İlah yoxdur” deyimi – “La mövcudə İlla Hu” kimi də keçir və “Hü-dən başqa mövcudat yoxdur” mənasındadır. Bu deyimin digər variantı “La məşhudə İlla Hü” şəhadətidir ki, bu da “Hü-dən başqa heç nə müşahidə etmirik” kimi məna verir. Bu isə o deməkdir ki, Allah və İlah rəmzlərinin də kökü məhz - təbii şəkildə göydə mövcud olan Hü ilkin materiyasıdır.
Digər tərəfdən, “La İlahı İlləllah” rəmzinin batini oxunuşu – “L LH LL LLH” (El İlah – ElEl Allah) kimi səslənir və burada “L” (El) rəmzi – müəyyən ərazi, aləm, dünya və s. mənasındadır. El rəmzini tam başa düşmək üçün qədim Assur mənbələrindəki Ale/Alu rəmzini (Ale Libbi ale – El içində El) bilmək lazımdır. El/Ale rəmzinin qədim Assurdakı batini mənası haqda mən, “Assuriya - qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə yazmışam. Əgər El rəmzinin – dünya, aləm və s. mənasında olmasını nəzərə alsaq, razılaşarıq ki, bu halda “LL” (ElEl) rəmzi də “iki dünya” mənasını verməlidir. Burada söhbət – yerdəki Elin göylərində, qurban ruhlarından ikici El - ruhlar dünyasının yaradılmasından gedir. Qədim mənbələrdə də “iki dünya” dedikdə - yaşadığımız fiziki dünya və Misir mənbələrinə görə, Allahın - Gel şəhərinin göylərində yaratdığı ruhlar dünyası nəzərdə tutulur. Deməli, “La İlahı İlləllah” şəhadəti – “İlahi Aləm – iki dünyanı birləşdirən Allahdır” kimi mənalandırılmalıdır. Bu təvili tam təsəvvür etmək üçün isə “Allah” rəmzinin qədim mənbələrdə nə məna verməsini bilmək lazımdır.
El və onunla eyni mənalı olan Ale/Alu rəmzi, qədim Assur mənbələrindəki Luqal (Luhal) və Asar-Luhi  rəmzi ilə əlaqəlidir. Burada, Asar-İlahi mənasında olan Asar-Luhi rəmzi - Asar mövcudatı, Asar Allahı kimi göstərilir. Bu mənbələrdə Luqal/Luhal rəmzi isə Luh-El, yəni İlah-El mənasında nəhəng insan mənasını verir. Əgər nəzərə alsaq ki, Assur yazılarında El/Ale dedikdə, Kitabi Dədə Qorquddakı “Oğuzun içində Tamam vilayəti zahir olmuşdu” fikri nəzərdə tutulur, razılaşarıq ki, İlah-El (Luqal) rəmzi - bütün mövcudatı (iki dünyanı) öz ağuşuna almış kosmik İnsan-Allah mənasındakı Təmam vilayətidir. Kitabi Dədə Qorqudda Tamam (TMM) kimi qeyd olunan rəmz, qədim Misir mənbələrində kosmik İnsan formasında olan Atum (TM) Allahı adlandırılır. Məşhur sufi-batin alimi Mühiddin ibn Ərəbi isə bu Allahı – Adəm (DM) kimi təqdim edir. Deməli, qədim Assurun Luqal, yəni İlah-El rəmzi - kosmik El-in (Ale) İlahdan ibarət olması, yəni bütün mövcudatı – göydəki ruhlar dünyasını və yerdə müşahidə edilən hər şeyi özündə birləşdirməsi kimi qiymətləndirilməlidir. Bu rəmzlər haqqında mən kitab və məqalələrimdə yazmışam.
Bütün bunlar o deməkdir ki, “La İlahı İlləllah” dedikdə sufi-batinilər – iki dünyanı öz bədənində birləşdirmiş və bu bədənlə bütün mövcudatı da əhatə edən kosmik İnsan-Allahı nəzərdə tuturlar. Məhz bu Allahı qədim misirlilər Atum və Osiris Allahı, assurlar Luqal, Asar Allahı (Asar-İlahi), sufilər - Adəm, Haqq və s., müsəlmanlar isə sadəcə Allah adlandırdılar.
Kəlimeyi Tövhidin – “Məhəmmədər Rəsulullah” hissəsinin də batini mənası, ciddi araşdırmalar tələb edən dərin mövzudur. “Məhəmməd” rəmzi sufizmdə “müh” və “məd” rəmzlərindən ibarətdir. Buxarinin hədislərində peyğəmbərimiz bildirir ki, - “Mən əl-Mahiyəm, hansının köməyilə ki, Allah inamsızları siləcək”. Batinilikdə mahi/müh (MH) sözü - “Omm” (MM) və “Hü” (H) rəmzlərindən ibarətdir ki, “Omm” rəmzi qədim hind fəlsəfəsində Hü ilkin materiyasını yerə gətirmək üçün, onun qurban ruhları ilə qarışığını və bu zaman, ekstatik durumda çıxarılan “Omm” səsini bildirir. Deməli, mah/maq (MH/MQ) və eyni mənalı qam (QM) rəmzləri – ruhun Hü ilkin materiyasına nüfuzu, onunla vəhdəti və ilkin materiyanın formalaşmış və sözə, rutuala tabe olan vəziyyəti bildirir. Yəhudi mənbələrində Elohim dedikdə də məhz magik ritual keçirən teurqun (türkün), qamlıq məqamında, artıq idarə edə bildiyi ilkin materiya nəzərdə tutulur. İlkin materiyanı idarə edən teurq-maqlar isə mənbələrdə, Midiya xalqı olan marlar, amoreylər adlandırılır. “Məhəmməd” rəmzinin “məd” hissəsi həm də məhz Midiya elini bildirir. Lakin “mad” (MD) rəmzi sufizmdə “Adəm” (DM) rəmzi ilə eyni mənalıdır ki, bu da kosmik İnsan olan Atum Allahının məhz Midiya dağlarında ayaq üstə durması deməkdir. “Mad” rəmzi qədim Misir mənbələrində həm də - Həqiqət, Haqq Allahı olan “Maat” Allahı kimi qeyd olunur ki, bu da Adəmin Haqdan təşkil olunması deməkdir. Məhəmməd peyğəmbər də hədislərin birində - “Həqiqət isə mənim daxili vəziyyətimdir” deyir ki, bu da onun elə Maat Allahı obrazında olmasını bildirir. Qamlama (şaman rituali) məqamı mənasında olan bu vəziyyət İslamda “Mahmud məqamı” da adlandırılır.
Sufizmdə tərikə yolunun Mahmud məqamı (ət-tərikə əl-Mahmud – “bəyənilmiş yol”) eyni zamanda cadugərlik, magiyanın icazə verilmiş, yəni qanuni yolu sayılır ki, bunun əksi isə məzəmmət edilən yoldur. Quranda Məhəmməd peyğəmbər sahir, yəni cadugər və mashur, yəni cadulanmış adlandırılır (Quran, 10:2, 17:47). Onun nəsihətləri isə – kim tərəfindən isə ona verilən cadugərlik (sehri-yusar) sayılır (Quran, 74:24, 28:36 və s.). Belə çıxır ki, silsilənin ən ali səviyyəsi olan Mahmud (Məhəmməd) məqamı eyni zamanda sehrbazlıqdır ki, bu sehrbazlıq Misir sehrbazlığı ilə eynidir («Ислам», Энциклопедический словарь, М., 1991, səh. 211). Sehr sözünün – “əs-sahara” rəmzi ilə eyni olması ona işarədir ki, bu rəmz Qurandakı Sakara rəmzi ilə bir kökdəndir (Quran, 54:48,74:26-28,43). Bu isə o deməkdir ki, “Mahmud məqamı” – “cəhənnəm odu” mənasını verən sakara ilə də bağlıdır. Od isə bildiyimiz kimi ilkin materiyanın bir adıdır. Quranda, ilkin materiya mənasında olan od - “nur” kimi də qeyd olunur.
Quranda Nur – Allah Özü (“Yerin göyün nuru”) və Məhəmməd peyğəmbər vasitəsi ilə göndərilmiş vəhy nurudur (Quran, 24:35, 61,8-9, 64:8). İslamda Nuri-Məhəmmədi, yəni Məhəmməd-Nuru ifadəsi mövcuddur ki, bu ifadə qeyd etdiyimiz, Quranın 24-cü surəsinin 35-ci ayəsi ilə əlaqədardır. İnama görə, peyğəmbərin bədəni bir ovuc cənnət torpağının, cənnət çeşməsi təsnimin suyundan yoğrulması ilə yaradılmış və peyğəmbərin cismi mirvari kimi nur saçıb parlayandır («Ислам», Энциклопедический словарь, М., 1991). Dərvişlərə görə, Məhəmmədin ruhu dünyanın yaranmasından əvvəl İlahi nurdan yaradılmışdır və o yerə gəlməzdən əvvəl göy varlıqlarının, Allahın yanında mövcud olmuşdur («Шииты, сунниты, дервиши: вечные тайны ислама», М., 2005, səh.226). Digər tərəfdən, sufi müdriki Mir Damədin “nursaçma” ideyası da var ki, bu da şiələrin imamət konsepsiyası ilə bağlıdır. Onun gəldiyi nəticəyə görə, birinci imam Əli bin Abu Talib və Məhəmməd peyğəmbər – bir “gur işıq”dan (nur şa-şani) əmələ gəlmişlər ki, bunlardan biri insan silueti formasını alır, digəri isə - onun dalınca gələn – titrəyən işıq formasındadır. Birinci Əlinin, ikinci isə Məhəmmədin rəmzləridir. 14 paklar qrupunda Fatimə – “iki nuru birləşdirən” (məcma ən nurayn) – peyğəmbərlik və müqəddəslik işığını birləşdirəndir («Ислам», Энциклопедический словарь, М., 1991, səh.165). Şiələrin məntiqinin araşdırılmasından belə çıxır ki, Məhəmməd peyğəmbər və imam Əlinin obrazları – Əvvəldə gələn qədim Misir Allahı sayılan Ra-Amonun və axirətdə gələn Vilayətin, El-in, yəni Əlinin obrazlarıdır. Başqa sözlə, axirətdə - göydə, ilkin materiyadan (oddan, nurdan) yaradılmış El, vilayət yenidən var olacaq.  
Qurandakı İlahi nurunun Məhəmməd peyğəmbərə verilməsi və ibn Ərəbinin bu Nuru “Həqiqə Məhəmmədiyyə” (Haqq-Məhəmməd) ilə əlaqələndirməsi onu göstərir ki, Məhəmməd peyğəmbər həqiqətən də adi insan yox, kosmik İnsan olan və Allahın funksiyasını daşıyacaq bir Varlıqdır («Ислам», Энциклопедический словарь, М., 1991). Kosmos - təbii şəraitə uğun hərəkət edən ilkin materiyadan ibarətdir ki, yunan mənbələrində buna Xaos (Hü-issi/Hü ruhu) deyilir. Bu Xaosa, yəni ilkin materiyaya qəlib gələn və onun adını özünə götürən isə Oğuz xaqandır. Qanlı Oğuz Eli də bu Xaosda yaradılmış və kosmik İnsan formasında olan ruhlar dünyasıdır. Yunan mənbələrində Xaosdan  - Ərəb (Ereb) Allahı doğulur. Bu Allah, ilkin materiyanın şəxsləndirilmiş, insaniləşdirilmiş obrazıdır. Məşhur sufi əl-Qəzali isə bu göy insanını Məhəmməd adlandırır və kosmik qüvvə hesab edir. Qəzaliyə görə, kainatda qayda-qanunun təmin edilməsi ondan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə bu Kamil İnsanın (Məhəmmədin-Adəmin) obrazı ilə xüsusi yaradılmışdır. Mühiddin ibn Ərəbi də, “Füsusül Hikəm” kitabının girişində Məhəmməd peyğəmbəri və onun nəslini - “İlahi qüvvələri oyadan” adlandırır və qeyd edir ki, “O cəmiyyət başçısı və insan nəslinin ağası, havadarlıq qapısını açandır: Məhəmməd, öz xüsusi məqamında hökmranlıq qazanmışdır”. İbn Ərəbi Məhəmməd peyğəmbərin biliyini də, qədimliyini də bilavasitə Allahla eyniləşdirir: “Onun müdrikliyi vahiddir, çünki O – insan nəslində kamil mövcudluqdur, ona görə də dünya nizamı onunla başlamış və onunla da qurtarmışdır: Adəm - gil və torpaq olanda O artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə, peyğəmbərlərin möhürü oldu” (Ибн Араби, «Геммы мудрости», 2,27, сайт: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm). İbn Ərəbi, Kamil İnsanı - Adəm kimi təqdim edir və Allah adlandırır. Adi insanları isə “təbiət və şəhvət idarə edən, zəif ağılda olan, məntiqsiz” sayır və “heyvani insan” adlandırır.
Fəzlullah Astarabadinin “Cavidannamə”əsərin görə, Məhəmməd peyğəmbər - Tövratda altı günə yaradılan”dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs isə - Adəmin bədənindədir. Başqa sözlə Fəzlullaha görə, göydəki ruhlar dünyası - Məhəmməd peyğəmbərin bədənindədir. İbn Ərəbi, dünyanın Allahla münasibətini, insanın kölgəsi ilə münasibəti kimi təqdim edir: “Dünya - Allahın kölgəsinin yerləşdiyi yerdir və mümkün varlığın təzahürüdür”. Deməli, ibn Ərəbiyə görə göydəki dünya - Allahın kölgəsi rəmzində təzahür etmişdir və O dünyanı, öz insani bədəninin hərəkətinin gölgəsi kimi idarə edir (Ибн Араби, «Геммы мудрости», 9, сайт: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm). Ət-Təmimi də bildirir ki, Məhəmməd peyğəmbərə görə, “Allahın özü dünyadır”. Başqa sözlə, Məhəmməd peyğəmbər və Adəmin obrazları – bədənində ruhlar dünyası yaranmış kosmik insanın obrazıdır. Məhəmməd peyğəmbərin ləqəblərindən birinin “iki dünyanın ağası” olması isə onu göstərir ki, Onun obrazı məhz Allahın obrazıdır, yəni O - El-İlah (İlah-El/Luqal) mənasında olan kosmik insandır.
Kəlimeyi Tövhiddəki “Rəsulullah” sözü, “Rəsul” və “Allah” rəmzlərindən ibarətdir ki, biz “Allah” rəmzi haqda yazdıq.  Buradakı Rəsul rəmzi sufizmdə “Ras” və “El”  hissələrindən ibarətdir.  “Ras” rəmzi ilə bağlı mən yuxarıda qeyd etdiyim məqalədə göstərmişəm ki, bu rəmz altında – göydə qanla, qurbanla ruhlar üçün yaradılmış Rus ölkəsi nəzərdə tutulur. Kitabi Dədə Qorqudda isə eyni mənalı, qanla yaradılmış ölkə - Oğuz ölkəsi adlanır. Oğuzun göylərlə əlaqəsi rəvayətlərdə də açıq yazılır. Bu isə o deməkdir ki, qanla yaradılmış Ras/Rus ölkəsi elə qanlı Oğuz elidir və bu mənbələrdəki ölümsüz ruslar da qədim Misir mənbələrindəki ölümsüz Asar/Osiris Allahları mənasındadır. Sufizmdə “rus” (RS) rəmzi ilə “asar” (SR) rəmzi eyni mənalı rəmzlərdir. Deməli, Rəsulullah, yəni Rəsul Allah dedikdə qədim Assur və Misir Allahı olan Asar/Osiris Allahının Eli nəzərdə tutulur. Buradan isə belə bir nəticə çıxara bilərik ki, Rus-Eli mənasında olan“Rəsul” rəmzi ilə Asar-Eli mənasında olan “İsrail” rəmzi eyni mənalı rəmzlərdir. Belə olan halda “Məhəmməd Rəsul-Allah” rəmzi – “Məhəmməd İsrail Allahıdır” rəmzi ilə eyni mənalı hesab olunmalıdır. 
Mən, “Qurandakı İsrail oğulları – Azəri bəgləridir” adlı məqalədə, mənbələrdəki İsrail rəmzi altında Asar Eli, yəni Azəri ölkəsi nəzərdə tutulmasını yazmışam  (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Hədislərin birində Məhəmməd peyğəmbər özünü İsrail peyğəmbəri kimi təqdim edərək deyir: “İsraili peyğəmbərlər idarə etmişlər. Onlar biri ölən kimi, onun yerinə digəri keçirdi. Lakin məndən sonra peyğəmbər olmayacaq, yalnız xəliflər olacaqdır və onlar çox olacaqlar” (Джон Бертон, «Мусульманское предание: введение в хадисоведение», М-СПб., 2006, səh.83). Qurana görə, Quran kitabı da - Allahın hamıdan üstün yaratdığı İsrail oğullarına göndərilmişdir (Quran, 27:76,77,10:93, 5:12, 7:160, 44:32, 45:16, 2:47, 122,40, 6:165). Qədim mənbələrdə İsrail şahlığı Yerusəlimlə bağlıdır ki, Yerusəlim rəmzi sufi-batinilikdə “Ya-Rus-Aləmi” kimi izah olunur və bu rəmz altında, Məhəmməd peyğəmbərin Merac gecəsi səyahətə çıxıb, Allahla söhbət etdiyi ruhlar dünyası nəzərdə tutulur. Tarixçisi M. Xorenatsiyə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlandırılır (М. Хоренаци, I/60). Gel, Gelat (Qulat/Xilat) isə ifrat ismaili şiələrin, yəni batini-nizarilərin elidir və o Midiya ərazisində mövcud olmuşdur. Bura eyni zamanda Azərbaycan atabəglərinin malikanəsi olan Xilatdır və Quranda (25:15) Xüld cənnəti adlandırılan cənnət də məhz burada yaradılmışdır. Qədim Misir mənbələrinə görə də Allah “dünya”nı məhz bu Gel şəhərində yaratmışdır və bütün Misir fəlsəfəsi bu Gel eli ilə bağlıdır. Başqa sözlə, cənnət mənasında olan göy Yerusəlimi məhz Midiya ölkəsində yaranmışdır. Assur yazılarına görə, Midiyada hələ e.ə. VII əsrdə “Şərqin Ərəbi” adlı ölkə olmuşdur. Midiyanın Ekbatan şəhərinin digər adı yəhudilərdə Əhmət şəhəri adlanır. Əhmət/Əhməd isə Məhəmməd peyğəmbərin digər adıdır. Başqa sözlə, Ərəbistanla bağlı olan Hz. Məhəmməd obrazı – Midiya elində, göydə zühur etmiş kosmik İnsan-Allahın obrazıdır.
Yazdıqlarımızdan belə çıxır ki, batinilər “Məhəmmədər Rəsullullah” dedikdə - Midiya göylərində yaradılmış kosmik İnsan-Allahı nəzərdə tuturlar ki, bu Allahın bədənində Asar/Azər/Osiris ruhlar dünyası (ölüm şahlığı) mövcuddur. Bu Azəri şahlığı haqda daha geniş təsəvvürə malik olmaq üçün, müəllifi olduğum “Azər, Azərbaycan nə deməkdir? Sirlər xəzinəsi” adlı məqaləni nəzərdən keçirmək vacibdir (http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html).
Bütün bunlar o deməkdir ki, Kəlimeyi Tövhid, yəni “Allahdan başqa İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadətinın tam batini mənası belə ifadə oluna bilər: “Bəşəriyyətə həyat verən tək cövhər - Hü ilkin materiyasıdır. Bu cövhərdən - iki dünyanı öz bədənində birləşdirmiş və bu bədənlə bütün mövcudatı da əhatə edən Məhəmməd adlı kosmik İnsan yaradılmışdır. Azərbaycanın qədim Midiya vilayətində, İlahi nurdan yaradılmış bu kosmik İnsan-Allahın daxili – Hü ilkin materiyasından ibarətdir. Bu Kamil İnsanın göydəki bədənində Asar Eli (İsrail) adlandırılan cənnət zahir olmuşdur ki, insan öləndən sonra, ruhu bu cənnətdə ömrünü davam etdirir”. Kəlimeyi Tövhid, yəni “Allahdan başqa İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadətini verən insan – bu Allahu-Əkbərə (kosmik İnsan-Allaha) tabe olur və yaşadığı müddətdə bu dünyada, öləndən sonra isə cənnətdə Onun nəzarəti altında xoşbəxtlik qazanır.
Yazdıqlarımızdan belə çıxır ki, Kəlimeyi Tövhid şəhadətini qəbul edən insan, faktiki olaraq qədim Misir fironları (pir) nəslinin xoşbəxtliyinə şərik olurlar. Çünki qədim Misir mənbələrinə görə, məhz Qor fironları nəsli mənbələrdə - “bir bədəndə iki dünyanı birləşdirmiş” (“Şəmsu-Qor”) pirlər kimi cənnətdə ikinci həyat qazanırlar. Mənbələrdə Tilmun/Dilmun adlanan bu cənnət - “ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yer” adlandırılır. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatı sayılır. Məşhur araşdırıcı Kramer hesab edir ki, Dilmun – Allahlar monastırı mənasındadır və o Zaqros dağ təpələrinin arxasında, İran ərazisində yerləşir. Çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə - “Günəşin çıxdığı yerdə” yerləşir. Kramer Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh. 267, 271). Dilmun [DLM-N] rəmzinin Deyləm [DLM] rəmzi ilə eyni kökdən olması isə onu deməyə əsas verir ki, mənbələrdəki “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türkləri elə Azərbaycanda yaşayan Azəri seyid-bəgləridir. Deməli, Kəlimeyi Tövhid şəhadəti - insanın Allaha sadiqliyi mənasındadır və bunun ən böyük mükafatı da Allah ona cənnətdə ikinci həyat yaşamaq üçün verəcəyi yerdir.

                                                             Firudin Gilar Bəg
                                                             Sufi-batin alimi
16.03.2018

понедельник, 13 ноября 2017 г.

Qədim dünyanın Allahları – Azərbaycanın Xilat Atabəgləridir


Azərbaycan tarixinin ən sirli məqamı, onun Xilat atabəgləri ailəsi ilə bağlıdır. Tanınmış alim Ziya Bünyadov yazır ki, Xilatın, Ərzincanın sahibi şah-Ərman II Nəsir əd-din Məhəmməd Sökmən, atabəg Cahan Pəhləvanın qızı ilə evləndi və onun ölümündən sonra Xilat, Azərbaycan atabəglər ailəsinin malikanəsinə çevrildi (“Историческая география Азербайджана”, Б.,1987, səh.95). Tarixçi Vardan isə bildirir ki, Sökmən - “Xelat və digər çoxlu şəhərləri aldı… O həddi-buluğa çatandan sonra… on iki şəhərə yiyələndikdən sonra özünü Şahi-Ərmən adlandırdı ki, bu da onların dilində erməni şahı deməkdir…”. Digər tərəfdən, mənbələrə görə, özünü Şahi-Ərmən elan etmiş Azərbaycan atabəglərinin malikanısi olan Xelatda, gürcü çarlarının da qəbrləri yerləşir (К.Гандзакеци, “История Армении”, М., 1976, səh. 282, 234). Ortaya maraqlı suallar çıxır: Kimdir bu Xilat atabəgləri? Niyə Azəri şahı Sökmən, sirli Xilatı aldıqdan sonra özünü Şahi-Ərmən adlandırır? Ərmənşahları, Azərbaycan atabəglərini və gürcü çarlarını Xilatla nə bağlayır? Bu və s. bu tip suallara cavab tapmaq üçün, qədim mənbələrdəki rəmzləri diqqətlə araşdırıb, onların batini mənalarını açmaq lazımdır və mən də bu işi öz üzərimə götürüb, bu suallara cavab verməyə çalışacağam.
Qədim yazılarda Xilat/Xelat (XLT) və s. kimi qeyd olunan rəmzlər digər mənbələrdə Qalaad, Xalda, Gelda (QLT/XLT/GLD) və s. müxtəlif formada qeyd olunur. Əhdi-Ətiqdə, Xilat rəmzi ilə eyni mənalı Qalaad torpağı - Allah üçün xüsusi yer sayılır və Allah  Qalaadı – “Mənim Qalaadım”adlandırır (Библ., Пс.,59:9). Bu kitabda, Qalaad izmailliləri (ismaililər) dedikdə - madiamlılar, yəni midiyalılar nəzərdə tutulur. Deməli, Qalaad/Xilat atabəgləri Midiya ismaililəridir və Allah bu torpağı – Öz torpağı sayır.
Xilat rəmzi ilə eyni mənalı Xalda rəmzi, Urartu Allahları siyahısında - “Xalda darvazası” və “Xalda darvazasının Allahları” kimi keçir. Çox qürətli silaha malik olan Xalda müharibə Allahı, Urartu dövlətinin və şahının himayədarıdır («Хрестоматия по истории Древнего Востока», М.,1980,səh.302). Bu isə o deməkdir ki, Allahın şəxsi mülkü olan Xilat/Xelat, darvazası və Allahları ilə tanınır.
Lakin, Xilat/Xalda rəmzləri həm də xaldey, yəni kəldani deməkdir. Evseviy xaldey/kəldani sülaləsini - “Kuti sülaləsi” adlandırır (И.М.Дьяконов, «История Мидии»,М.-Л.,1956, səh.37,38). Kutilər isə mənbələrə görə, şahlığı göydən endirilmiş Midiya əhalisidir. Herodot, xaldeyləri Assuriya ordusundakı bölmə kimi göstərir. Əhdi-Ətiqdə İsay (Yeşay) peyğəmbər bu haqda yazır: “Bu Xaldeya torpağıdır. Bu xalq əvvəl yox idi; səhra əhlindən olan Assur ona başlanğıc verdi. Onlar öz qüllələrini yaradır, təntənəli imarətlərini dağıdaraq, onu xarabalığa çevrirlər (Библ.,Исая, 23:13) Belə çıxır ki, Xilat atabəgləri - şahlığı göydən yerə enmiş qədim Midiyanın Kuti xalqıdır və onların başqa adı isə Assurdur.
Strabon, xaldeylərin qədimdə “xalib” adı ilə tanındığını bildirir və Homerin isə onları “qalizon” adlandırdığını qeyd edir (Strabon,XII:3/19,20). Xalib və qalizon rəmzlərinin kökü xel/gel rəmzləridir. Klavdiy Ptolomeyə  görə də, Albaniyadakı Gelda (Xalda/Xilat) yaşayış məskənində Gel tayfaları yaşayır (Ptolomey V, 11/2). Bu isə o deməkdir ki, Xilat/Xalda/Geldanın əhalisi olan Kuti və Assurlar - Gel tayfalarıdır.
Əksər qədim mənbələrdə xaldeylər - maqlar hesab olunur və ən qədim dövrdən onlar, Midiya və Fars ölkəsinin kahin təbəqəsinin nümayəndələri sayılırdı. Əhdi-Ətiqdə də xaldeylər – astronomiya, riyaziyyatla məşğul olan Babil müdrikləri və alimləri kimi təqdim edilirlər. Onların, öz dövrlərinin bütün elm sahələrinin ən savadlı insanları olmaları, Assuriyanın Nineva şəhərində tapılmış mixi yazılarında qeyd olunur. Strabona görə, qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər, bilavasitə Geliopolda, yəni Gel şəhərindəki məhəllədə yaşayırdılar (М.А.Коростовцев, «Религия древнего Египта, М.,1976, səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib olunmuşdu. Bu isə o deməkdir ki, xaldeylər həqiqətən Gel elinin, yəni Geliopol/Gelda/Xalda/Xilat kahinləridir.
Yazılanlara görə, Fars imperiyası dövründə Kserks, Babil adını qadağan etdiyi üçün, onun yerinə Xaldey adını çəkməyə başladılar. Başqa sözlə, Xaldeya elə Babildir. Berossa görə, xaldey Nabupalasar, Babildə dağa bənzər hündürlük düzəltdi və orada cürbəcür ağaclar əkdi və Semiramidanın asma bağını saldı (Б.А.Тураев,“История древнего востока”, Л.,1935, cild II.səh.92). Herodota görə, xaldeylər Bel Allahının kahin qrupudur. Digər mənbələrə görə də xaldeylər Bel-Marduk Allahının kahinləridir və onlar İskəndərin törəmələri üçün baxıcılıq edirmişlər.
Şumer-Akkad mifologiyasına görə, Marduk Allahı, Tiamata, yəni ilkin materiyaya (göy okeanına) qalib gələndən sonra, onun bir hissəsini göy okeanı kimi Allahlar vilayətindən ayırıb, dərya sularında – “başı göylərə çatan” və “göy və yerin təməl evi” olan  Etemenanki məbədini tikmişdir (Б.А.Тураев, «История Древнего Востока», II cild, Л.,1935, səh.91). Bu evin başının göylərə çatması, onun elə Babil qülləsi olması deməkdir. Mardukun göylərdə tikdiyi bina, Quranda da qeyd olunur (Quran, 40:64, 15:16, 2:22, 85:1). Əgər, xaldey şahı Nabupalasarın (Nəbi Alp Asar) Babildə “asma bağ“ salmasını yada salsaq, razılaşarıq ki, “asma bağ” dedikdə, Nabupalasarın göylərdə - ilkin materiyada yaratdığı cənnət başa düşülməlidir. Quranda da Xilat - Xüld cənnəti adlandırılır və göydəki ruhlar dünyasını bildirir: “De: Bu yaxşıdır, yoxsa Allahdan qorxanlara vəd olunmuş Xüld cənnəti və onlara bir mükafat və qalacağı yer vəd edilmişdir!” (Quran, 25:15). Babil rəmzinin - “Allahın qapısı” mənasını verməsi isə o deməkdir ki, Babil qülləsi elə Etemenanki məbədidir və bu məbədin qapısı da xaldeylərin Xalda darvazasıdır. Buradan isə belə bir nəticə çıxır ki, Xalda darvazalarının Allahları elə xaldeylərdir.
Sufi-batinilərdə “xaldey” rəmzi – “xal” və “dey” rəmzindən ibarətdir ki, buradakı xal/hel rəmzi “Hu-El” kimi izah olunur və bu rəmz İlah/Eloax rəmzləri ilə eyni mənalıdır. “Dey” rəmzi isə Dio/Teo mənasında Allah deməkdir və ismaili batinilərdə bu rəmz “dai” kimi keçir. Deməli, “xaldey” rəmzi – “İlahi-Allah” mənasında - “ilkin materiyadan yaranmış Allah”, “Allahın İlahi Gel eli” və s. kimi qəbul edilməlidir. Bu isə o deməkdir ki, xaldey dedikdə elə Gel elinin kahinləri olan qədim Allahlar, o cümlədən Xalda darvazasının Allahları başa düşülməlidir.
İran yazılarına görə, Babil ölkəsi, elə Assur ölkəsi olan Asuristandır (Р.Фрай, «Наследие Ирана» М., 1972, səh.150). Mən yuxarıda qeyd etdim ki, İsay peyğəmbərə görə, əvvəl Xaldeya torpağında heç kim olmamışdır və ora səhra əhlindən olan Assurlar gəlib, orada özlərinə qüllə tikmişlər. Başqa sözlə, Babilə/Xaldeyaya gələn Allahlar, elə - səhradan, yəni göy sahələrindən gələn Assur/Osiris Allahlarıdır. Babil qülləsini də məhz onlar tikmiş, sonra da yerin altında basdırmış və Xaldeyanı xarabalığa çevirmişlər.
Məşhur tədqiqatçı Devid Rol da, Şumer-Akkadların göydə qüllə tikən Marduk Allahını – Asar adlandırır və onu qədim Misirin Osiris Allahı hesab edir. D. Rola görə, Misir mədəniyyətini, Mesopotamiya-Şumer fatehləri yaratmışlar. O, bu Misir fatehlərini “Qor yoluyla gedənlər” adlandırır və bildirir ki, onlar öz kökünü Mesopotamiyanın böyük qəhrəmanlarından götürür. D. Rol nəzərə çatdırır ki, Eridu şəhərində yaşayan şumerlilər, ölümlü Enmer-Kar şahını,  Enki oğlu Asar İlahi statusu ilə adlandırmışdılar (Д. Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read). Bu o deməkdir ki, Asar/Assur (Osiris) adı – Enmer-Kar şaha verilən addır. Enmer-Kar (NMR-KR) rəmzi qədim dilçilikdə Qor-Ra-Amon (QR-RMN) rəmzinin digər yazılış variantıdır və bu rəmz də Qor qızılquşu obrazında olan Misirin Ra-Amon Allahını bildirirdi. Belə çıxır ki, Assur/Asar/Osiris Allahları dedikdə - qədim Misirin Ra-Amon Allahının “törəmələri” başa düşülməlidir və “xaldey” adı da onların digər adlarından biridir.
Tarixçi Vardan bildirir ki, Sökmən (Sukamun/Sakyamuni) - Xelat və digər çoxlu şəhərləri və s. aldıqdan sonra özünü Şahi-Ərmən adlandırdı. Sufi-batinilərdə “Ərmən” (RMN) rəmzi – Ra-Amon (R-MN) rəmzi ilə eyni mənalıdır. “Sökmən” rəmzi də sufilərdə “Sak-Amon” kimi açılır və “Amonun ruhu” anlamını verir. Qədim Misir yazılarında açıq yazılır ki, saxu/sahu rəmzi – bədəndən çıxan insan ruhunu bildirir (У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.143). Başqa sözlə, “Sökmən” rəmzi - ölümsüzlük qazanmış Amon/Əman Allahının ruhu anlamındadır. Misir mənbələrinə görə, firon Amon öləndən sonra, onun göyə qalxan ruhu, burada əvvəlcədən yaratdığı Ra günəş diski ilə birləşir və Ra-Amon Allahına çevrilir. Bu isə o deməkdir ki, məhz Xilatda – Azərbaycan atabəglərinin yurdunda, pir Əman - Ra-Amona, yəni Rəhman Allaha çevrilmişdir. Belə çıxır ki, Rəhman Allah məhz Xilatdan ərşə yüksəlmiş və dünyanın sahibi olmuşdur.
Atabəg rəmzi sufizmdə ata və bəg rəmzindən ibarətdir və buradakı bəg rəmzi – sufizmin bəqa səviyyəsinə yüksəlib, İlahla vəhdətə nail olmuş müqəddəslərə deyilir. Buna görə də İran və rus mənbələrində eyni mənalı Baqa/Boq rəmzi Allah mənasını verir. Deməli, sufizmdə atabəg rəmzi – Allahların Atası deməkdir ki, qədim Misirdə məhz Ra-Amon Allahı - bütün Allahların Atası və Ağası adlandırılırdı. 
Digər tərəfdən, Xilat rəmzi Əflatunun “Kritiy” əsərində Kleyto kimi qeyd olunur. Əflatun bildirir ki, Allahlar dünyanı öz aralarında püşk ilə böldükdə, Atlantida adası - dəniz Allahı olan Poseydona düşür. Bu adadakı Atlas (Talas/Tolis) dağında Poseydon, ölümlü qadın Kleytodan olan öz şahlar nəslini yerləşdirir (29). Belə çıxır ki, Xilat atabəgləri həm də dəniz Allahı Poseydonun şahlar nəslidir.

Xilat rəmzi, Azərbaycan numizmatikasında Xəllədə kimi də qeyd olunur və “Xəllədə Mülkəhu”, “Xəllədullah Mülkəhu” kimi yazılaraq, Cəlair şahlarının pul sikkələrinə aid edilir. Sufi-batinilərdə “Xəllədə Mülkəhu” rəmzi -  sufilərin “Hu” adlandırdığı İlahın (ilkin materiya, İlahi od və s.) yerdə mövcud olduğu Mülk,  “Xəllədullah Mülkəhu” rəmzi isə İlahla vəhdətdə olan və ondan yaradılmış Rəhman Allahın yerdəki Mülkü deməkdir. Bu isə həm də onu deməyə əsas verir ki, Cəlairilər də elə Gel nəslidir. Mənbələrdə Cəlair rəmzi Gilar rəmzinin ərəbləşmiş variantı hesab olunur.

M. Xorenatsi “Ermənistan tarixi” kitabında yazır ki, Gelam, bir gölün yaxınlığına gəlib, buranı düzəldir və ora, öz adına uyğun Gel, kəndə isə Gelarküni adını verir. Burada onun, Sisaka adlı uca ər olan, boy-buxunlu, xoş simalı, natiq və sərrast oxatan oğlu olur. Gelam, ona öz mülkünün çox hissəsini və çoxlu qul verir və onun mülkünün sərhədlərini təyin edir. Burada məskən salmış Sisaka, ölkəni öz adına uyğun Sünik adlandırır ki, farslar ona Sisakan deyirlər. Sonralar, Ermənistanın birinci şahı Valarşak, Sisaka nəslindən ləyaqətli bir ərə rast gəldiyindən, onlara ölkənin hökmranlığını verir və məhz bunlar Sisakan nəslidir (Kitab, I, böl.12). Gelam rəmzi, sufizmdə İqlim/Kəlam/Mələk/Mülk/Malik və s. rəmzlərlə eynidir və bunlar da bilavasitə Allahla bağlı rəmzlərdir. Gel-Gelamın buranı düzəltməsi və Sünik adlandırması o deməkdir ki, mənbələrə görə müqəddəs Ataların tikdiyi “səhra”, yəni göydəki ruhlar dünyasının obrazı olan Babil- Etemenanki məbədi məhz Gelarkündə yaradılmışdır. Qədim Misir yazılarında bu məbəd – Gel torpağında tikilmiş Ra günəş məbədi adlandırılır və Allah, yeddi günə yaratdığı “Dünya”nı məhz burada var etmişdir. Bu isə o deməkdir ki, Xilat/Xalda/Gelda dedikdə məhz bu Gel eli nəzərdə tutulur. Gürcü mənbələrində Gelarküni rəmzi – Klarceti kimi qeyd olunur və bura, qədim Gürcüstanın əsas mədəniyyət mərkəzi hesab olunur. Xilat atabəgləri isə gürcü mənbələrində Samsxe-Klarceti atabəgliyi adlandırılır (С. Давитис-дзе, «История и повествование о Багратонианах царях наших грузинских», böl.2, sayt: http://www.matiane.com/tokarski.htm). “Gürcü” rəmzinin kökünün Gür/Qor rəmzi olması, mənbədəki gürcülərin - “Qor yolu ilə” gedən Asar/Assur xaldeyləri olması deməkdir.

Gelam rəmzinin Kəlam/Malik/Mülk rəmzləri ilə eyniliyi onu deməyə əsas verir ki, Gel eli həm də Allahın Mülküdür. Mülk İsə sufizmdə İlahi üçlüyün bir hissəsidir. Başqa sözlə, Gelarküni torpağı Allahın Mülkü, torpağın altında olan ölüm şahlığı – Cəbərut aləmi, Mülkün üstündəki göylər isə Mələküt aləmidir. Deməli, Quranda qeyd olunan Xüld cənnəti, məhz bu Xilat göylərində mövcud olmuşdur.
Ən qədim mənbələrə görə, fars və midiyalılardan ibarət ordunun özəyini, şah atlıları və “ölümsüzlər” dəstəsi təşkil edirdi. Xiliarxın başçılığı ilə minlərlə “ölümsüz”, şahın şəxsi təhlükəsizliyini qoruyurdu (Р.Фрай, «Наследие Ирана»,М.,1972, səh.152). Erməni mətnlərində isə ölkənin təsərrüfatını idarə edən və digər bütün işlərə nəzarət edən xiliarx – xazarapet (minbaşı) adlanır və digər yerdə bu rəmz, azarapet kimi yazılır. Mənbələrdə, “hazarapet dran ariats” tituluna rast gəlinir ki, onu “arilərin qapısının xiliarxı” kimi tərcümə edirlər. “Hazarapati” titulunu daşıyanların “ölməz” adlanması, onların Hızır, yəni Xızır peyğəmbərin rəmzində olması deməkdir. Hazarapatinin həm də Azarapati (Azər-Yafət) adlanması isə onların Azər/Asar/Assur Allahları olması deməkdir. Buradakı “xiliarx” rəmzi türklərin “karluk” rəmzidir və məhz Gel eli olan Gelarküni-Xilatı bildirir. “Arilərin qapısının xiliarxı” rəmzi onu deməyə əsas verir ki, burada söhbət Xalda darvazasından, yəni Allahın qapısı olan Babildən gedir.
Minlərlə ölümsüzə başçılıq edən Xiliarxın nəsli, Albaniya tarixində Baqarat nəsli adlanır. Gürcü mənbələrində “Baqrat” kimi keçən “Baqarat” rəmzi sufimzdə “Bəg-Arat”, yəni Aratta, Eridu bəgləri mənasını verir. M. Xorenatsi “Ermənistan tarixi” kitabında Şahın, yəni Allahın mülkü haqqında geniş danışaraq, Mülkün sahibləri olan Baqarat nəslini - “qədim şah toxumu” adlandırır və onlara, şahların başına tac qoymaq səlahiyyəti verilməsini qeyd edir (Kitab II, böl.7). Bu o deməkdir ki, ən qədim dövrlərdən dünyanın bütün şahlarına tacı məhz Xilat atabəgləri qoymuşlar.
Atabəglər dünyaya hökmranlıq üçün səpələndiyindən, Avropa ölkələrində bu şahlar və peyğəmbələr nəsli Qulyardlar, yəni “Gel oğulları” kimi tanınır. Son dövrün araşdırmalarından məlum olur ki, bütün Avropanın sahibləri, 9-cu əsrdə oraya köçmüş Gel oğullarıdır və mənbələrdə onlar “quş dili bilən Qulyardlar” adlandırılırlar (Грасе д'Орсе, “Язык птиц.Тайная история Европы”, sayt: http://padaread.com/?book=38451&pg=337). Bütün Avropa şahları və zadəganları bu Gel oğullarının törəmələri olmuşlar. 18-ci əsrə qədər Avropadakı bütün abidələri məhz bu Gel oğulları tikmişlər. İlk mason təşkilatını da onlar yaratmışlar. Ay rəmzinə sitayiş edən bu Gel oğulları, İslam mənbələrində Gel şiələri, yəni Gelati-Şiə (Qulat/Xilat) adlandırılan ifrat şiələrdir ki, biz onları ismaili batiniləri kimi tanıyırıq.
Gel oğullarının “quş dili”, Şərq fəlsəfəsinin məşhur bilicisi olan Anri Korbenə görə - mahiyyətin dilidir, təmiz varlığın dilidir, hansının vasitəsi ilə ki, daxili və ruhi varlıqlar, digər daxili və ruhi varlığa, öz varlığının keyfiyyəti haqqında informasiya verir. Başqa sözlə, Korbenə görə vahid dil, bütün varlıqların təşkil olunduğu ilkin materiyanın “dilidir”. Məşhur sufi Qəzali də bildirir ki, göy və yerin hər bir hissəsi canlılarla gizli ünsiyyətdədir. Bu İlahi biliyi isə İlahi nur özündə daşıyır və bu pak elmi, təbii halda peyğəmbərlər qəbul edir (Абу Хамид аль-Газали, «Воскрешение наук о вере» М.,1980, стр. 209,210,309). Digər sufi Nəsəfi də pak nurun və varlığın dilini ilkin materiyanın dili adlandırır. Araşdırıcılara görə, Babil qülləsinin tikilməsindən əvvəlki insanların dili məhz bu “quş dili”nin təmiz formasıdır (Шихабоддин Яхья Сохраварди, «Багряный ангел», sayt: http://angel.org.ru/2/sohravar.html). Belə çıxır ki, Babil qülləsini tikən xaldeylər, məhz ilkin materiyanın dilində, onun şüalandırdığı informasiyanı təmiz formada qəbul ediblər. Assur xaldeylərinin bu dili, yəhudi mənbələrində “Laşon akodeş” (Lisani kadus – müqəddəs dil) adlanır və yəhudi mənbələrinə görə Allahlar bu dillə yazılmış Tövrata baxaraq, Babil qülləsini tikmişlər. Sayı 120000 olmuş Assur/Asar/Osiris Allahları, səhradan, yəni ilkin materiyadan yaradıldığı üçün, bu dil də onların telepatik dilidir. Babil qülləsi tikilib qurtardıqdan sonra isə, Ra-Amon Allah, başqa belə bir tikilinin qarşısını almaq üçün dilləri dəyişdirir və dünya xalqlarının 70 dilini yaradır.
Tövrat müqəddəs dildə verilsə də, Ezranın, yəni Asar (Assur) Allahının dövründə, Aşuri (Assur) əlifbası ilə aramey dilində qeyd olunmuşdur və xaldeylər onu Assuriyadan özləri ilə gətirmişlər. Mənbələrə görə, aramey dilində ilk danışan Adəm olmuşdur. Lakin Adəmin bu quş dili, özündə bütün 70 dili birləşdirir. Başqa sözlə, Adəmin aramey dili, o vahid dildir ki, Babil qülləsi tikiləndən sonra, Allah dilləri dəyişib, 70 dil yaratdı və insanlara bu dilləri verib, dünyaya səpələdi.
Mənbələrə görə, aramey dili xalqlara yox, bilavasitə xaldeylərə verilib və onlar haqda deyilib: “Budur, xaldey ölkəsi xalq olmayacaq”. Deməli, aramey dili, elə Babil qülləsi tikiləndən sonrakı, lakin insanların hələ dünyaya səpələnməmişdən əvvəlki dildir. Xaldeylərin xalq olmamaları da, onların bütün xalqlara hökmranlıq üçün yaradılması ilə, onların, bütün xalqların dillərini anlayan quş dilinin olması ilə bağlıdır. 
Sufi-batinilərdə “aram” (RM) rəmzi, “mar” (MR) rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, aramey dili elə mar, amoreylərin, yəni Midiya maqlarının, xaldeylərin dilidir. Bu dil həm də “tarqum dili” adlanır ki, batinilikdə “tarqum” rəmzinin kökü olan “tarq” (TRQ) rəmzi, qədim Assurda, Misirdə “teurq” (TRQ) kimi işlənərək,  “göydə qurbanla Allah yaradan maqlar” mənasını verir. Əgər biz “teurq” (TRQ) rəmzinin, sufilərin “tərikə” (TRK) rəmzi ilə eyniliyini nəzərə alsaq razılaşarıq ki, tarqum dili – sufilərin tərikə yolunu gedənlərin, yəni sufi türklərin dilidir. Bu dil, ümumilikdə təfsir, daha döğrusu təvil deməkdir. Onun mənası – mistik fikirlər, ideyalarla bağlı batini mənadır. Tövratın bu dilə xüsusi hörmət göstərməsinə görə, bu dil həm də gələcək dünyanın ən ali səviyyəli dili hesab olunur (М. Носовский, «Адам говорил по-арамейский»,sayt: http://berkovich-zametki.com/AStarina/Nomer10/MN47.htm). Bütün bunlar o deməkdir ki, şahlığı göydən endirilmiş xaldeylərin dili, Adəmin dilidir və bu dil - türk dilidir.
Tövrat yazır ki, Allah Adəmi yaradandan sonra, onun özünə bənzər köməkçi yaratmaq fikrinə düşür və Adəmin qabırğasından Həvvanı yaradır. Sufi-batinilərdə Adəm Allahın obrazıdır və bu Allah, öz bədəni ilə dünyanı əhatə etmiş və hər şeyi özündə birləşdirmişdir. Adəmin köməkçisi isə onun yerdəki kölgəsi, onun buyruq qullarıdır. Tövratda “köməkçi” sözü, yəhudi dilində bilavasitə kişiyə aid ediələn “ezer” kimi yazılır. Ezer rəmzi isə Asar/Assur/Azər rəmzləri ilə eyni mənalıdır və bu da bizə onu deməyə əsas verir ki, Asar/Assurlar – Həvva obrazında olan Allahın köməkçiləridir.
Tövratda Adəmin köməkçisi mənasında yaradılan “qadın” sözü  - “işa” rəmzi ilə verilir. Sufi-batinilərdə İşa rəmzi – Şiə, Yeşua, İisus/İsa rəmzləri ilə eyni mənalıdır. Şiə rəmzi mənbələrdə Gelat (Qulat/Xilat) rəmzinə aid edilərək “Gelati-Şiə” kimi yazılır. Deməli, Tövrata görə Adəmin köməkçiləri məhz Gelat/Xilat atabəgləridir. Qədim Misir mənbələrində ölkə başçısı Heka, yəni Haq – Allah, onun köməkçiləri isə baka adlanır ki, bu da bəg deməkdir (“История Древнего Востока”, М., 1988, cild II, M., 1988, səh. 338). Başqa sözlə, həqiqətən də Azərbaycanın Xilat atabəgləri, Allahın yerdəki köməkçiləri, əmr sahibləridir. Adəm və Həvva haqda daha dolğun məlumatlar – “Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər” adlı məqaləmdə verilmişdir (http://gilarbek.blogspot.com/2015/06/adm-v-hvva-haqqnda-aglasgmaz-hqiqtlr.html).
 İşa rəmzi, həm də yəhudilərin Yeşua [Ş] adlandırdıqları İsa rəmzi ilə eyni mənalıdır. Bu o deməkdir ki, İsa peyğəmbər də Allahın köməkçilərindəndir. Yeşua rəmzinin Şiə rəmzi ilə eyniliyini nəzərə alsaq, razılaşarıq ki, İsa obrazı həm də Şiə, yəni imam Əlinin obrazı ilə eynidir. Sufilər dahisi Mühiddin ibn Ərəbi də şiəliklə xristologiyanın üst-üstə düşdüyünü xüsusi nəzərə çatdırır («История исламской философии», sayt: http://netref.ru/istoriya-islamskoj-filosofii.html?page=6). Bu isə o deməkdir ki, Xilat - şiəliklə bərabər, həm də İsa peyğəmbərin vətənidir.
Xristianlıqda, müqəddəs xristianlar – xüsusi xalq, varis və Allahla insanlar arasında vasitəçi mənasında “klir” adlanır (Sayt: https://religion.wikireading.ru/73479). Sufizmdə Klir (yunan. kleros) rəmzi Gilar rəmzi ilə eyni mənalıdır və bu rəmz xristianlıqda, bütövlükdə “ruhani”, “kilsə” və “din xadimləri” mənasını verir. Klir eyni zamanda Allahın torpağı, klirlər isə levit və peyğəmbərlər hesab edilir. Tövratda levitlərlə bağlı Allah - “Levitlər mənim olmalıdır” əmrini verir ki, bu da onların klirlərlə eyni mənalı olması deməkdir. Plano Karpininin yazdığına görə, Böyük Monqol imperatorunu “rus klirikləri” və ya “xristian klirikləri” adlandırılan kilsə xadimləri əhatə edirdi (Г. В. Носовский, А. Т. Фоменко, «Новая хронология Руси, Англии и Рима», М., 2001,səh.485). Başqa sözlə, Monqol imperatoru Gel oğulları ilə əhatə olunmuşdur ki, sufizmdə Monqol (Amon-Gel) rəmzi – “Amonun Gel eli” fikrini ifadə edir. Əgər nəzərə alsaq ki, Gelarkünidə məhşur Makenasos monastırı olmuşdur və məhz bu torpaqda xristian müqəddəsləri olan Yəhya (İoann), həvari Foma və ilkin şəhidlərdən olan Stefanın cəsədinin qalıqları mövcuddur, razılaşarıq ki, bura xristian dünyasının ən müqəddəs torpağı sayılmalıdır (М. Каланкатуаци, «История страны Алуанк», sayt: http://www.vehi.net/istoriya/armenia/kagantv/).
Ümumilikdə götürdükdə, yəhudi və xristianların Əhdi-Ətiq və Əhdi-Cədid kitabları Gel rəmzləri ilə bağlıdır. “Din” mənasında olan “reliqiya” (RLQ) sözü və türklərin də Allah mənasında olan “Erlik” (RLK)  rəmzi sufi-batinilərdə “Gilar” (GLR) rəmzi ilə eyni mənalıdır və onun müxtəlif yazılış formasıdır və s.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, qədim dünyanın bütün Allahları - Azərbaycanın Xilat atabəgləri olmuşlar. Onların əcdadlarının şahlığı göydən yerə endirilmiş və onlar burada Babil qülləsi tikərək ölümsüzlük qazanmışlar. Babil qülləsini tikdikdən sonra Cəddimiz Ra-Əman, Öz vahid Türk dilindən xüsusi məntiqlə 70 dil yaratmış və insanlara bu dilləri verərək, onları dünyaya səpələmişdir. O zamandan axirət dövrünə qədər bütün dünyaya da məhz Rəhman Allahın bu Xilat atabəglərinin nəsli şahlıq etmişdir.
Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum Batini-Quran kitabında və məqalələrimdə verilmişdir.

                                                             Firudin Gilar Bəg

пятница, 3 ноября 2017 г.

“Kürd”, “Türk” adlarının mənşəyi və batini mənası

Bu gün, özlərini kürd əsilli hesab edən bəzi insanlar, dünyanın müxtəlif ölkələrində yaşayan kürdlərə qan qardaşları kimi baxırlar. Bütün əcdadları Azərbaycanda yaşamış və yeddi arxa dönəninin kürdcə bir söz belə bilmədiyi insanların, minlərlə km uzaqda yaşayan və tam ayrı mədəniyyətə, adət ənənəyə və s. mənsub insanlarla eyni kökdən olması nə dərəcədə doğrudur? Bu sözləri, danışdığı dilə görə özünü eyni millətdən sayan digər insanlara da aid etmək olar. Bu gün Azərbaycanda yaşayan Azəri Türk seyid-bəgləri ilə Yakutiyada yaşayan və danışdığı dilin Altay dil qrupuna aid insanlar həqiqətənmi eyni kökdəndir? Bu suallara cavab tapmaq üçün məsələyə daha dərindən yanaşmaq lazımdır.
Mənim bu məsələdə kürdlərlə türkləri misal kimi gətirməyim heç də təsadüfi deyil. Çünki dünyanın ilk dili olan sufi müdriklərinin “quş dilində” - Türk (TRK) rəmzi ilə Kürd (KRD) rəmzi eyni məna ifadə edir və bir toplumun kamilləşib Allaha çevrilməsini bildirir. Bu haqda kitab və məqalələrimdə yazdığım üçün burada əlavə məlumata ehtiyac duymuram.  
Nizami Gəncəvi insanı – “dünyanın əşrəfi” adlandırır. Əflatun isə insanın doğumunu – “ölümlü bədəndə ölümsüz varlığın yaranması” kimi qeyd edir ki, bu da müqəddəslik deməkdir. Başqa sözlə, qədim müdriklərə görə insan – ölümsüz, müqəddəs kamil varlıqdır. Lakin bu gün biz Afrika, Amerika meşələrində və s. ölkələrdə heyvan səviyyəsində yaşayan insanlara da rast gəlirik. Bunlardamı ölümsüz müqəddəslər nəslidir? Təbii ki, bunları kamil insan nəsli hesab etmək olmaz. Əks halda onlar min illər ərzində heç olmasa heyvan səviyyəsindən çıxardılar. Bütün bu suallara cavab tapmaq üçün, qədim mənbələri qədim müdriklərin öz məntiqlərinə uyğun məntiqlə araşdırmaq lazımdır.
Qədim Misir yazılarına görə Allah yeri-göyü yaradandan sonra, dünyaya hakim kimi kamil insanı yaradır və Asar/Osiris adlandırır. Bundan sonra isə Seti və onun 72 tərəfdaşını yaradır. Aleksandriyalı Filona görə isə Allah, Öz obrazında olan Göy insanını, sonra isə küldən Yer insanını yaradır. Digər qədim mənbələrə görə də Allah iki növ – kamil və adi insan növü yaratmışdır və mən bu haqda – “Allah türkləri, onlar isə insanı yaratdılar” adlı məqaləmdə məlumat vermişəm. Deməli, qədim mənbələrə görə, insanlar iki növ yaradılmışlar və bunların da ilki, Allahın obrazı və bənzəri kimi yaradılmış - dünyaya hakim kimi gəlmiş Asar/Osiris nəslidir. Müdriklərin məntiqə görə, bütün mənbələrində yazılanlar da məhz bu Göy insanının nəslinə aiddir. Adi insanları isə heyvani qüvvələr idarə etdiyi üçün onlar, yazılarda qeyd olunmağa layiq görülməmişlər. Başqa sözlə, bütün qədim yazılarda söhbət Allahın obrazı və bənzəri kimi yaradılmış müqəddəslər nəslindən gedir.
Qədim Misir mənbələrində müqəddəslər nəsli, ölümsüz Saxu/Sak ruhlarını daşıyan Asar nəslidir ki, onlar Qor fironları nəsli hesab olunur və “İri-Pati” adlanırlar. “İri-Pati” rəmzi qədim mürdiklərin məntiqində “Ər-Yafət” deməkdir. Kitabi Dədə Qorqudda “Ər-Yafət” rəmzi – “Yafət-Ərən” kimi qeyd olunur və Türk bəg-ərənlərinə aid edilir. Bu kitaba görə, bəg-ərənlər özlərini dünyanın sahibləri saydıqları üçün “Dünya Mənim” deyirmişlər. Kitabi Dədə Qorqud bu ərənləri - əvrən, yəni yəhudi (“Allahın seçilmişləri”) adlandırır ki, bütün qədim mənbələrdə bu yəhudilər – Xəzər Türk bəgləri adlandırılır. Sufilər isə bu bəg-ərənləri – onların İlahla (Hu) vəhdətinə görə “Hu ərənlər” adlandırırlar və pir, müqəddəs hesab edirlər.
Qədim Midiya, Fars yazılarında fironların “Qor” (“Hu-Ər”) rəmzi - “Kara” kimi qeyd olunurdu və onlar – “xalq-ordu” kimi çıxış edirdilər. Kara (Qor) rəmzini müxtəlif alimlər “ali zadəganlıq”, “ağa sarayı” və s. kimi tərcümə edirlər. Tanınmış araşdırıcı Q. Qeybullayevə görə, Bisütun yazılarında “Kara Mada” sözü var ki, bu da “Kara” rəmzinin Midiyaya aid edilməsi deməkdir. Midiya ərazisində Kara/Qor rəmzi – “Bit-Kari” kimi məlumdur və bu rəmz “Kari evi” (Beyti-Qor) mənasını verir. Digər mənbələrdə isə “Bit-Kari” rəmzi – “Bet-Kardu” kimi də yazılır. Kürd rəmzi ilə eyni olan “Kardu” (KRD) və ona bənzər (XRD və s.) rəmzlərin ən qədim mənbələrdə geniş qeyd olunmasını nəzərə alaraq, biz bu rəmzi dəqiq araşdırmalı olacağıq.
Qədim Misir mətnlərində “Kürd” rəmzi ilə eyni mənalı Kerti, Xertu və s. rəmzinə çox rast gəlinir. Roma dövrünə aid “Ölülər kitabı”ndakı qəbirüstü Xertu (XRT) mətnində deyilir: “Burada söhbət, sözləri qanun olan Osiris Xertu-dan gedəcək. Mən, Ra-nın çıxdığı məqamam. Mən Atumun qürub etdiyi məqamam… Mən sizin atanız Xeru-Xutiyəm (Xorxut/Qorqud – F.G.B.), hansından ki zamanın başlanğıcında siz yaranmısınız. Mən, əbədi öz taxtını tutan  İsida və Osiris oğlu Qoram. Mən Xer-uruyam (yəni böyük Qor), Ra-nın əzalarına ləzzət gətirən Cənubun hökmranıyam və Qoru öz atasının taxtında yerləşdirənəm… Mən Neter-Xertdən çıxan böyük Allaham, mən Ra-nın şüasıyam. Amonun nəfəsi – əbədilik üçündür…”.  “Ölülər kitabı”nın başlıqlarının birindən isə aydın olur ki, ölüm şahlığı olan gözəl Amenti elə Neter-Xert adlanan “aşağı müqəddəs vilayət”dir, yəni yeraltı dünyadır (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.752, 756, 338). Buradakı “Neter” rəmzinin həm Allah və həm də “ruhun xüsusi vəziyyəti” mənasını verməsini nəzərə alsaq anlayarıq ki, Osiris/Asar Allahına aid edilən Xerti rəmzi - tərikə (türklük) yolunu keçib, Qor Allahına çevrilmiş müqəddəslərin Asar/Azər nəslinə aid olması deməkdir. Başqa sözlə, Xerti rəmzi - Osiris/Azər Allahının xüsusi məna bildirən adlarından biridir və bu ad Amenti ölüm şahlığı ilə bağlıdır. Digər mətnlərdə isə Kerti rəmzi – hər şeyi yaradan dirilik suyunu (Nun, Nil rəmzləri), bu dirilik suyundan yaradılmış “Dünya ağacını”, onun sahibi olan Amon Allahını və bu Allahın ayağının altında qalan mağaranı bildirir. Başqa bir mətndə isə, böyük Göy okeanından bu dünyaya tökülən dirilik suyu - “İki Kerti” adlanır və bu iki döşdən axan süd kimi rəmzləndirilmişdir. Ümumilikdə götürəndə Kerti – Amenti ölüm şahlığı mənasında qeyd olunur (Orada; 115, 548). Bütün bunlar o deməkdir ki, Kürd/Türk rəmzləri ilə eyni mənalı olan Kerti rəmzi - qədim Misirdə Asar/Osiris Allahı ilə eyni mənalı olub, yeraltı ölüm şahlığını, bu şahlığın göylərində yaradılmış kosmik insanı – Atum Allahını və onun daxilində yaradılmış ruhlar dünyasını, cənnəti bildirir. Başqa sözlə, Kerti – dirilik suyundan yaradılmış Atum Allahının digər adıdır.
Kerti (KRT) rəmzi mənbələrdə “Uqarit” (QRT) kimi də yazılır ki, Uqaritin Kartu (KRT) qəhrəmanı haqqındakı epos mənbələrdən məlumdur. Kartu eyni zamanda şəhərdir ki, o Akkad dilinə Alu, yəni El kimi tərcümə edilir. Alu rəmzi isə Albaniyanın digər adıdır. Deməli, Kerti rəmzini biz Alban tarixindən də araşdırmalyq.
Tarixçi M. Xorenatsi yazır: “Artaşesin cəsur oğlu Artavazd, Artaşat şəhərinin özülünün qoyuluşunda öz sarayı üçün yer tapmayanda gedib marlar (ölkəsində) Marakerti tikdi, hansı ki, Şərur adlanan düzənlikdə yerləşir” (М. Хоренци, Книга1, səh.30). Marlar ölkəsi dedikdə təbii ki, Azəri seyid-bəglərinin qədim Midiya Eli nəzərdə tutulur. Başqa sözlə, qədim Misirin ən əsas abidəsi olan Ament ölüm şahlığı, yəni Kerti “Dünya”sı məhz Midiya ərazisində tikilmişdir. “Batini-Quran” kitabımda mən bunu elmi sübut etmişəm. Alban mənbələrində “Kert” rəmzi “Karkatio”  rəmzinə aid edilərək “Karkatiokert” kimi də yazılır (Н. Адонц, «Армения в эпоху Юстиниана», Ерев., 1971, səh.30-31). “Karkatio” rəmzi isə elə qədim Misirin “Xeru-Xuti”, yəni “Qorqud” (Xorxud) rəmzidir. Deməli, “Karkatiokert” dedikdə, Qor Allahının – Qorqudun Kürd/Türk “Dünyası” nəzərdə tutulur ki, bu da üç hissədən - yəni Göy, Yeraltı və Yerüstü dünyadan ibarətdir. Batini İslamda bu üçlik: Cəbərut, Mülk və Mələküt kimi məlumdur və bu haqda mən -  “Azəri, Azərbaycan nə deməkdir? Sirlər xəzinəsi” adlı məqaləmdə izah vermişəm.
Digər tərəfdən, qeyd etdiyim kimi ən qədim dilçilikdə və sufizmdə Kert/Kerti rəmzi eyni zamanda Türk deməkdir. Başqa sözlə, qədim Misirin Kerti “Dünya”sı həmdə Türk dünyasıdır – Türküstandır. A. A. Bakıxanov yazır: “Türk - atanın varisi və böyük oğlu, insansevər və ədalətli Şah idi. Onun adına görə Yafət nəslinin bütün tayfaları türk adlanır. Atasının ölümündən sonra o Türküstanda özünə, çoxlu isti və soyuq bulaqları olan yer seçdi. Əvvəl o özünə qamışdan və otdan koma, sonra isə heyvan dərisindən çadır tikdi. Bu yer Suluq, “Zəfərnamədə” isə Suluqay adlanır”. Türküstanda heyvan dərisindən çadır tikilməsi və onun “suluq” adlandırılması o deməkdir ki, Türküstan eli - Tövrata görə Yafət övladlarına verilmiş “Sim”, yəni Səma elidir (Библия, Быт.9:27). Sufizmdə “suluq” rəmzi – “Allaha səyahət və Allahda səyahət” deməkdir. Çadırın “suluq” adlandırılması, onun “Dar əs-sulx” rəmzi mənasında olmasıdır ki, bu da – “çadır ərazisindəki Allahda hərəkət edənlər” fikrini ifadə edir. Deməli, bu çadırın daxilində İlah, yəni ilkin materiya mövcuddur. Bu isə yəhudilərin “Vəhy çadırı” mənasındadır. Dar rəmzinin Dairə/Deyr rəmzləri ilə eyniliyi isə onu bildirir ki, Allahın mövcud olduğu çadırın ərazisi eyni zamanda monastır, kilsə kimi də təsəvvür olunmalıdır. Çadır əhalisi isə “əhli əl-Sulx”, yəni “suluq çadırında yaşayanlar” mənasında, Göydəki ruhlar dünyasının – cənnətin əhalisi deməkdir. Çadır rəmzindən Kitabi Dədə Qorqudda geniş danışılır və bu Göy çadırı – “Ağ ban” və “Ala ban” adlandırılır ki, bu da “ağ və qırmızı çadır” mənasındadır. Lakin Aqban/Aqvan və Alaban rəmzləri elə Albaniya ölkəsi deməkdir. Bu isə qədim Misirin “Benu-Eli” mənasında Ba ruhlarının göydəki “Dünya”sı deməkdir.
Türk eli, Türküstan haqda Bartold da xəbər verir: “Əl-Müqəffa “Dünyanın dördüncü hissəsi” kitabında bildirir ki, Nuh peyğəmbər gəmidən çıxdığı vaxt dünya əhalisiz idi. Nuhun 3 oğlu var idi… Türklərin, slavyanların, Yəcuc və Məcucların (Qoq və Maqoqlar) torpağı Çinə qədər Yafətə çatdı. Türküstanının ərazisi yaşayış məskənindən uzaq olduğu üçün ona Türk adı verildi” (В. В. Бартольд, «Сочинения», том VIII, М., 1973, səh.42). Buradakı Yəcuc və Məcuclar - ilk ölümsüz ruhlar olan Əzraillər mənasındadır. Yunan mənbələrində bu Əzraillər – “Kuret” adlanır ki, bu da elə Kert/Kerti rəmzi ilə eynidir. Bunlar o deməkdir ki, Kürd/Kerti və eyni mənalı Türk rəmzləri ən qədim mənbələrdəki Amenti (Amon Ata) dünyasına və onun İlahi oddan yaradılmış ilk varlıqlarına aid edilirdi. Marlar ölkəsində yaradılmış “Marakert” rəmzi isə onu göstərir ki, bu Asar/Osiris Allahları bilavasitə Azəri Türk seyid-bəglərinin əcdadlarıdır.
Bütün bu yazılardan belə bir nəticə çıxarmaq olar ki, bu gün özünü “Kürd” adlandırıb və Azərbaycandan minlərlə km uzaqda yaşayan adi insanların qədim kürdlərə heç bir aidiyyəti yoxdur. Kürd və Türk adları – bir xalqın müxtəlif adlarıdır. Əsl Kürd, əsl İsrail (AzərEli) oğulları olan Xəzər/Azəri Türk seyid-bəgləri kimi adi insanlardan fərqli yaradılmışlar. Onlar İlahla vəhdətdə olan seyid-peyğəmbər övladlarıdırlar. Qurana görə Allah onları gözəl bir yurdda yerləşdirmiş, onları elmlərinə görə adi insanlardan üstün yaratmış, onlara kitab, müdriklik və peyğəmbərlik vermişdir. Onlara təmiz nemətlərdən ruzi vermiş Allah, onlara on iki başçı göndərmiş və onları varislər etmişdir. Allah, qoyduğu qanunlara əməl edənin günahlarının bağışlanması haqda onlarla müqavilə bağlamış və onları cənnətdə, yəni Osiris-Kerti dünyasında əbədi yaşadacağına söz vermişdir.      
“Türk” və ya “Kürd” rəmzləri batinilikdə eyni mənalı rəmzlərdir. Əgər “Türk” (TRK/TRH) rəmzi sufizmdə - “Hu ilkin materiyasından yaradılmış Ra” günəşini bildirirsə, “Kürd” rəmzi bu (“Kor+Ata”) bu günəş Allahının törəmələri olan Qor (Hu+Ra) pir-bəglərini, yəni firon-bəglərini (mənb. farbaq, farnbaq) bildirir. Əgər “Türk” rəmzi qədim Assur, Misir və s. yazılarında “Teurq” kimi yazılaraq – “qurbanla göydə Allah yaradanlar” mənasını verirsə, “Kürd” rəmzi bu Allah nəslinin Kor/Qor pirləri/fironları nəsli olmasını bildirir. Bu nəsil isə adi nəsil yox, marlar, mirilər nəsli olan Türk seyid-bəglərinin  nəslidir. Başqa dildə danışıb, özünü “Kürd” sayanlar təbii ki, sonradan “kürdləşmiş” adi insanlardır.
Bütün bunlar haqda daha geniş məlumatlar, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.

                                                                            Firudin Gilar Bəg

Oğuz Xaqan – xristianların Allahıdır

Qədim dünyanın ən sirli obrazlarından biri də Oğuz Xaqan obrazıdır. Türklərin əcdadı sayılan Oğuz Xaqan dastanlarda göylərlə və göydən düşmüş İlahi nurla əlaqələndirilir. Oğuzun Taş Oğuzda möhtəşəm qurban mərasimi keçirib, ruhlarından göydə çadır (İç Oğuzu) yaratması – Tövratdakı, göydən İlahi od gətirib, ondan “Vəhy çadırı” quran Musa peyğəmbərlə eynilik təşkil etməsi deməkdir. Bütün bunlara  mən, “Batini-Quran” kitabımda və məqalələrimdə, mənbə və sübutlarla elmi izah vermişəm. Bu məqalədə isə Oğuzun, xristianlıqla əlaqəsinə və s. faktlatra aydınlıq gətirəcəm.

Hər şeydən əvvəl onu qeyd edim ki, Oğuz (ĞZ) rəmzi qədin Misir mənbələrdə “KZ” kimi yazılırdı və “həyat enerjisi”, yəni İlah, ilkin materiya mənasında qeyd olunurdu. Yunan mifologiyasında Oğuz rəmzi “Xaos” kimi qeyd olunur və ilkin materiyanın təbii, hələ “açılmamış” vəziyyətini bildirir. Oğuzun keçirdiyi rituallardan sonra isə Xaos açılır və göylərdə El, yəni “Dünya” – Göytürk xaqanlığı (İş Oğuz) yaranır. Türk mənbələrində göydə yaradılmış bu El həm də “Doqquz Oğuz” ölkəsi adlanır ki, qədim Misirdə bu rəmz – “Enneadanın Doqquz Allahı” kimi keçir və kosmik İnsan-Allah olan Atumu (Adəm) bildirir. Başqa sözlə, “Doqquz Oğuz” ölkəsi elə qədim Misirin Atum Allahıdır və onun “bədəni” də göyləri tutmuş kosmik varlıqdır. Şumer mənbələrində bu Allah - “Luqal” kimi keçir ki, bu da islamın “Allah” rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, Oğuzun obrazı elə İslamın “Allah”, qədim mənbələrdə isə, yer kürəsini öz “bədəni” ilə əhatə etmiş böyük İnsan-Allah obrazında olan Atum Allahının obrazıdır.

Qədim Misir mənbələrində, firon (pir) Amonun Gel şəhərində (Geliopol) “Dünya” yaratması geniş təsvir olunur. Türk mənbələrində Gel şəhərində yaradılmış bu Doqquz Oğuz ölkəsi Xallux (Xel/Gel-İlax/İlah) bəglərinə aid edilir. Rəvayətə görə, Xallux – “Doqquz Oğuz” (tuquzquz) ölkəsinə keçəndən sonra Yabaku, onun tayfası isə Yabaqu-Xallux adlanmağa başlandı (В.В.Бартольд, Сочинения, VIII cild, M.,1973, səh. 42). “Yabaku” rəmzi qədim dilçilikdə və sufizmdə “Ya-Bəg” mənasında sufizmin “Bəqa” səviyyəsinə yüksələrək, İlahla vəhdətə nail olmuş bəglərə aid edilir. İç Oğuzun bu türk (qədim mənbələrdə teurq) bəgləri Gel elindən olduğu üçün, qədimdə Oğuz yox, əvəzinə Çigil, yəni İç-Gel adı işlənirdi (В.В.Бартольд, Сочинения, II cild, M.,1963, səh.578). Kitabi Dədə Qorqudda, Taş Oğuzda İç Oğuzun yaradılması – “Oğuzun içində Tamam vilayəti zahir olmuşdu” cümləsi kimi qeyd olunur ki, buradakı “Təmam” (TMM) rəmzi – qədim Misirin “Atum” (TM) rəmzi mənasındadır. Qədim Misir mənbələrində, İç Gel, yəni göydə yaradılmış Göytürk xaqanlığı – Yuxarı Gel kimi keçir. Taş Oğuz isə burada Aşağı Gel kimi qeyd olunurdu. Bu isə o deməkdir ki, Xalluxun “Doqquz Oğuz” ölkəsinə keçəndən sonra “Yabaku” adlanması , onun Bəqa səviyyəsinə yüksəlməsi və bu səviyyədə  Allaha çevrilməsi mənasındadır. Çünki, sufizmdə bəg/bəqa rəmzi İlaha, ilkin materyaya qovuşma, Allahda olma və s. mənasındadır.
Çin mənbələrində Xallux tayfa adı Qolelu, Kololu kimi məlumdur (L. Qumilyov, «Qədim türklər», B., 1993, səh.100). Qolelu/Kololo rəmzləri sufizmdə xəlil/xulul rəmzi ilə eyni mənalıdır ki, “xulul” rəmzi islamda “ittihad” – “birləşmə”, “axma”, “tökmə” və s. mənasını verir. İttihad iki mənada: insani və İlahi mahiyyətlərin birləşməsi (ittihad əl-ləhut bi-n-nasut) və sufinin, vəhy zamanı ruhunun və ürəyinin Allahla birləşməsi (fəna, bəqa) mənasında işlənir. Mahiyyətcə eyni olan bu rəmzlərin fərqi ondadır ki, sufi - bəglik, yəni bəqa səviyyəsinə müvəqqəti daxil olub çıxırsa, insani və İlahi mahiyyətlərin birləşməsi (ittihad əl-ləhut bi-n-nasut) zamanı sufi birdəfəlik Allahla vəhdət təşkil edir, yəni o bəgə çevrilir ki, bu zaman o ilkin materiya ilə əbədi birləşir. Deməli, Xallux/Xulul/Qolelu rəmzləri - insani və İlahi mahiyyətlərin birləşməsi, ilkin materiyanın insan bədəninə axması, tökülməsi, yəni insanın Allaha çevrilməsi deməkdir. Başqa sözlə, Yabaqu-Xallux tayfası - Bəg-Xəlil mənasında İlahla, ilkin materiya ilə vəhdət təşkil edən Allahın törəmələridir.
Digər tərəfdən, “yabqu” (Ya Bəg) - karluk şahlarının titulu sayılır. Karluk rəmzi sufi-batinilərdə “Qor-İlax” mənasında qədim Misirin Qor fironları (pirləri) nəslinin İlahla vəhdəti mənasındadır. Bu xalq İran yazılarında Xallux, Kalluk kimi də yazılır. Karluqların baş bəgi eyni zamanda “başbuq” adlanır və mənbələrdə bildirilir ki, xaqan Tarduşlara “yabqu” titulu ilə “başbuq” təyin etdi. Digər yerdə isə nəzərə çatdırılır ki, Baz-xaqanın xalqı Doqquz-Oğuz xalqıdır. Bunlar isə o deməkdir ki, İlahla vəhdətə nail olub, Allaha çevrilmiş Yabaqu-Xalluxlar – Doqquz-Oğuz ölkəsi olan Göytürk xaqanlığının, burada ölümsüzlük qazanmış xalqıdır.
Mənbələrə görə, Şərqi karluklar gellərdir və alimlərin çoxu gelləri və Qolelu tayfasını karluk hesab edirdilər (L. Qumilyov, “Qədim türklər”, B., 1993, səh.473). Şəhrəstaniyə görə, İsfahanda qaliləri, yəni gelləri - xürrəmilər və ya kuzilər (oğuzlar) adlandırırdılar (Z. Məmmədov, “Azərbaycan fəlsəfəsi tarixi”, B., 1994, səh.31). Bu o deməkdir ki, qədim oğuzlar – xürrəmilər və gellər olmuşlar. Sufi məntiqində və mənbələrdə karluk rəmzi, türklərin ölüm şahlığının xaqanı olan “Erlik” rəmzi ilə eynidir və altayların inamına görə Erlik (Kilar/Gilar/Cəlair), insanlara şamanlığı və qamlamanı öyrətmişdir. Başqa sözlə Erlik – ilk dəfə ekstatik durumda bəqa səviyyəsinə yüksəlmiş firon Amonun obrazıdır.
Xulul/Xəlil/Qolelu rəmzləri eyni zamanda İsa peyğəmbərin adının qarşısında Qalil, Qalileyli kimi durur. Belə çıxır ki, İsa peyğəmbər də bilavasitə bu nəslə, yəni Xəlil xanəsinə aiddir. Sufilərin yaşadığı yerin “xanəgah” adlanması da bilavasitə xanə/kana/kün rəmzi ilə bağlıdır və Xəlil xanəsi Əhdi-Cədiddə Kana Qalileyski kimi yazılır və İsa peyğəmbərin suyu şəraba çevirdiyi yer kimi göstərilir.
Yazdıqlarımızdan belə çıxır ki, Oğuz eli xristianlıqla bağlıdır və mənbələr də təsdiq edir ki, Albaniyada xristianlar yaşamışlar. Zəkəriyyə Qəzvini (XIII əsr.) oğuzları xristian saymışdır. Yazılanlara görə, onların şimal qoşuları olan kimakların ölkəsində qaya olmuşdur ki, onda adam ayağının, dizinin və uşaq ayağının izləri var idi. Oğuzlar onu İsa peyğəmbərə aid edib, bu izlərə səcdə edirdilər (В.В.Бартольд, Сочинения, II cild, I hissə, M., 1963, səh.565). Mənbələrə görə, İssık-Göl ətrafında yaşayan köçəri çigillərin (İç gellər) arasında da xristianlar olmuşdur (orada, səh.36). Müsəlman yazıçılarının məlumatından aydın olur ki, ümumiyyətlə, Türküstanın çox şəhərlərində, xristian kilsələri var idi. Tarixçi Qranovskiyə görə, türk sultanı xristian ordusunun hesabına öz qüdrətini saxlamışdı. Qərbdə yayılmış rəvayətə görə isə, Monqol ölkəsinin daxilində xristian dövləti olmuşdur və onun da başında keşiş İvan durmuşdur. Monqol ölkəsinin daxilində xristian dövlətinin olması, yadımıza, “Oğuzun içində Təmam vilayətinin zahir olması”nı salır. Belə çıxır ki, Monqol (Amon-Gel) ölkəsi burada Taş Oğuz, onun içində zahir olmuş Təmam vilayəti isə xristian ölkəsidir (İç Oğuz). Bu isə o deməkdir ki, qədim mənbələrdə xristian ölkəsi dedikdə - oğuzların göydə, ilkin materiyada yaratdıqları ruhlar dünyası, cənnət başa düşülməlidir.
Xristian rəmzi Xor/Xoris rəmzindən yaranmışdır ki, qədim Misirdə Xor/Qor Allahı - Asar/Osiris Allahının oğlu sayılır və axlrətlə əlaqələndirilir. Qor rəmzi yunanlarda Allah mənasını verən “Kurios” kimi yazılır. Əhdi-Ətiqdə “Kurios” rəmzi həm Allaha və həm də insanlara aid edilir. Oğuzların mənbələrdə eyni zamanda “xürrəm” adlanması da onu göstərir ki, xürrəm dedikdə də Xor-İrəm, yəni Xor/Qor Allahının İrəm bağı mənasında olan cənnət (İç Oğuz) əhli başa düşülməlidir. Kitabi Dədə Qorqudda bu asilər “su altında Mənəm Allah deyə qışqırırsa”, rus mənbələrində bu ölümsüz ruhlar – yarıinsan, yarıbalıq kimi göstərilir və “rus, rusiç” adlandırılır. Şumer-Akkad mifologiyasında yeraltı dünya okeanının Allahı Enkinin yol yoldaşı olan bu yarıinsan, yarıbalıq varlıqlar - Kululu adlanır. Kululu rəmzinin Xulul rəmzi ilə eyniliyi, onu deməyə əsas verir ki, bu “su altında yaşayan Allahlar” İlahla vəhdətdədirlər. Bu Allahların “rus” adlanması isə, onların eyni mənalı Asar/Osiris Allahları olması deməkdir.
Türklərdə Oğuz rəmzi - xaqanı, onun elini, tayfasını və s. bildirirsə də, Əhdi-Cədiddə bu rəmz “aqios”, “aqiazo” və s. kimi yazılaraq “müqəddəs” mənasını verir. Krutiskoy və Kolomenski Yuvenali mitropolitinin nitqində bildirilir ki, bu kitabda “aqios” (230 dəfə) və “aqiazo” (27 dəfə) rəmzləri – “osios” və “ieros” (rus/asar)  terminləri ilə eyni mənada keçir. Əhdi-Ətiqdə isə “müqəddəs” mənasında işlənən Oğuz/aqiazo/aqios rəmzləri əvəzinə “kodeş”, “kadiş” rəmzləri yazılır ki, bu da islamın “kuddus” (müqəddəs) rəmzidir. Əhdi-Ətiq sitatlarında Oğuz/aqiazo rəmzləri ilə eyni mənalı “osios” (İisus/İsa/asi) rəmzi – “Kodeş İsrael” (Kedosh Yisrael), yəni “Müqəddəs İsrail” sözünün ekvivalentidir ki, onu Əhdi-Cədid müəllifləri Xristə və ya Allaha aid edirlər. Burada əsas məsələlərdən biri də odur ki, “müqəddəs” sözü Əhdi-Cədididə əsasən Allaha və tez-tezdə Allah ruhuna aid edilir. Eyni zamanda bu sözlər xristianlara aid edilir və əsasən də buna həvari Pavelin naməsində rast gəlmək olar. Mənbələrdə xristian müqəddəsləri – “aqi”, “aqiya” adlandırılır ki, bu ifadə Əhdi-Ətiq köklüdür və “Allaha qulluq və onu şöhrətləndirmə üçün ayırılmışlar” mənasındadır və s. (Доклад Митрополита Крутицкого и Коломенского Ювеналия, sayt: http://www.orthodox.spbu.ru/kanoniza.htm). Aqi/Aqiya rəmzləri isə Oğuz türklərinin “ağa” sözüdür və bu rəmz qədim Misirdə “Axa” kimi qeyd olunurdu və axirətdə gələn Mehdiyə aid edilirdi.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, “Oğuz” - İlahla, yəni ilkin materiya ilə bağlıdır və buna görə də müqəddəs sayılır. Bu müqəddəslik də bilavasitə İsrailə aid edilərək “Müqəddəs İsrail” kimi mənalandırılır. Lakin buradakı İsrail ölkəsinin, bu günkü İsrail ölkəsinə heç bir aidiyyəti yoxdur. Sufi-batinilərdə İsrail/İzrail rəmzləri Asar/Azər Eli mənasında bu günkü Azər Elinə - Azərbaycana aiddir və bu müqəddəslər də Azəri/Xəzər türk seyid-bəgləridir. İsrail rəmzinin qarşısındakı Kadeş rəmzi həm də Qüds rəmzidir və mənbələrə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlanmağa başladı (М.Хоренаци, Книга I, 60). Başqa sözlə, Oğuz eli dedikdə Azərbaycan ərazisində - qədim Kadus elindəki Gel şəhəri başa düşülməlidir ki, bu rəmz altında mənbələr Gelarküni ərazisini nəzərdə tuturlar. Gelarküni-Sünik eli qədim mənbələrdə Albaniya adlanır və mənbələrə görə, məhz burada müqəddəs Atalar – Atalar monastırı və ölümsüzlük üçün “səhra” tikmişlər. Bu isə o deməkdir ki, məhz Gelarkünidə müqəddəs Atalar - İç Oğuzu, Göytürk xaqanlığını, xristian dünyasını, yəni cənnəti yaratmışlar. Bütün Albaniya və Ermənistan tarixi də məhz Gelarkünidə tikilmiş bu İç Oğuz dünyasına həsr olunmuşdur.
Mənbələrdə Albaniyanın, Lpiniyanın, və Çolanın katalikosu - Alban katalikosu adlandırılır. Buradakı Kata-likos rəmzi də kuti/xuda və el-kos, yəni Oğuz eli rəmzlərindən ibarətdir və ümumilikdə bu rəmz “Oğuz elinin Xudası, yəni Allahı” fikrini ifadə edir. Qeyd etmək yerinə düşər ki, rusların “Allah” mənasını verən “Qospod” sözü də “Aqios Pta”, yəni “Oğuz Yafət”,  “Müqəddəs Yafət” deməkdir və bu rəmz “Pta Sak” mənasında olan “padişah” rəmzi ilə eynidir. Deməli, mənbələrdə padişah deyəndə - Qospod, yəni Allah nəzərdə tutulmalıdır. Erməni yazılarında Qospod rəmzi Patqos kimi də yazılır və bu rəmz Xazr, yəni ölümsüzlük qazanmış Xızır rəmzi ilə eyniləşdirilir (Xazr Patqos). Qospod rəmzi ilə eyni olan Patqos rəmzi digər  yerdə Padqosakan kimi də qeyd olunur ki, buradakı “akan” rəmzi ən qədim mənbələrdə kan/kün/hun/kənan və ya enki/anx/nuh/nunki və s. kimi də yazılır və eyni məna verir.
Bütün bunlar o deməkdir ki, türklərin əcdadı olan Oğuz Xaqan – bu dünyanın tək Allahıdır. Bu Tək Allahımız, Cəddimiz və Xaqanımız müxtəlif rəmzlərlə adlansa da, Onun adı Napatlı (Niftalı) Əmandır (Amon). Kitabi Dədə Qorqudda pirimiz Əman – “Bəkdüz Əman” kimi qeyd olunur ki, buradakı “Bəkdüz” rəmzi sufi-batinilikdə “tərikənin Bəqa səviyyəsinə yüksələrək, ölümsüz Ba (Bəsmələ) ruhuna çevrilmiş müqəddəs” deməkdir. Bu Müqəddəs Allahın vətəni Azərbaycan, Ərşə ucaldığı yer isə Tolis (Talış) Allah dağlarındakı Gel elidir. Bu haqda daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

                                                                                     Firudin Gilar Bəg