воскресенье, 3 мая 2015 г.

Ra-Amon Allahın Azər dağı


         Qədim Misirin ən sirli obrazı, bütün Allahların atası hesab edilən Ra-Amon Allahıdır. Mənbələrə görə, firon Amon - əvvəl göydə Ra günəş diski yaratmış, öləndən sonra isə ruhu bu disklə birləşərək Ra-Amon Allahına çevrilmişdir. Deməli, Ra-Amon adlandırdığımız Allah - ölümsüzlük qazanmış və göydə əbədi yaşamaq üçün “Dünya” yaratmış insan ruhudur. Lakin bütün bu möhtəşəm “Allahyaratma” prosesinin harada baş verməsi bu günə qədər sirr olaraq qalır. Bu məqalədə biz Ra-Amon Allahının “Dünya”nı yaratdığı və ərşə yüksələrək “Dünya”ya sahib olduğu yeri dəqiqləşdirəcəyik.
         Hər şeydən əvvəl qədim yazıların dili və məntiqi ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək yerinə düşər. Araşdırıcılara görə, bütün qədim yazılar rəmzlərlə yazılmışdır və rəmz kimi də samitlər qəbul edilmişdir. Sağa və sola oxunuşda eyni fikri bildirən bu samitlər xüsusi məna daşıyırlar. Bu məna isə Tək Allaha, Onun yaratdıqlarına və seçilmişlər nəslinə aiddir. Adi insanların bu yazılara qətiyyən aidiyyəti yoxdur.  Deməli, qədim yazıları anlamaq üçün bu rəmzlərə xüsusi məntiqlə yanaşmaq lazımdır ki, biz bu məntiqi sufizm kimi tanıyırıq və bu haqda mən kitab və məqalələrimdə çox yazmışam.
Dövrümüzün məşhur alimi Devid Rol “İtirilmiş Əhd” kitabında yazır ki, qədim Misir rəvayətlərinə görə, sivilizasiyanın əsasının qoyuluşu Nil vadisi ilə bağlı olmamışdır (Дэвид Рол, «Утраченный Завет», сайт:  http://lib.rus.ec/b/328508/read). Elm və mədəniyyəti qədim Misirə - uzaqdan gələn “Qor yoluyla gedənlər” (Şəmsi Qor) nəsli gətirmişlər. D. Rol əfsanəvi “Qor yoluyla gedənlər” nəslinin soykökünün, Mesopotamiyanın böyük qəhrəmanlarından başlanmasını bildirir. Misirin yaranış haqqındakı rəvayətlərində bu yer, günəşin doğduğu şərqdəki uzaq yer adlanır ki, bura ilkin sonsuzluq sularından qalxmış Od adasıdır. Bu o deməkdir ki, sivilizasiyanın əsasını şərqdəki Od adasından gəlmiş Mesopotamiya qəhrəmanları qoymuşlar və biz ilk olaraq Od adası ilə bağlı sirlərə izah verməliyik.
Əflatun, Heroklit və digər qədim filosoflar “od” dedikdə bizim bildiyimiz adi od-alovu yox, İlahi odu -  ilkin materiyanı nəzərdə tuturlar. Qədim Misir yazılarında bu İlahi od Osiris Allahına aid edilir və o özünü mətnlərdə  “Odlu göldən gələn”, “Od oğlu Od” və s. adlandırır. Misirşünas U. Bac, “Ölülər kitabı”nda odla bağlı olan Osiris Allahı – “Ptah-Seker-Azar” adlandırır. Mətnlərin birinə görə, bu od Abtudan qalxır və Osirisin bədənini alovlandırır (У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.403, 439, 579, 580, 211). Buradakı Ptah rəmzi digər mənbələrdə Pta/Pat/Apet/Afet/Yafət kimi, Seker rəmzi – Sokar/Arsak kimi, Azar isə Asar/Assur/Aşşur/Azər və s. kimi də yazılır. Deməli, Osiris Allahının digər adı – “Yafət-Arsak-Azər”dir və Osiris odu da, mənbələrdəki Azər odudur. Abtu [BT] rəmzi isə digər qədim yazılarda ev mənasını verən Bit/Beyt [BT] rəmzidir.
Qurana görə İlahi odla bağlı olan ev, Azər oğlu İbrahim peyğəmbər üçün tikilmiş və ora cənnət ölkəsinə çevrilmişdir. Bu evin tikilişi isə Quranda Musa peyğəmbərə aid edilir (Quran, 37:97, 21:69, 2:126-128, 20:10-13, 27:7). Tövrat, Musa peyğəmbərin göydən gətirdiyi İlahi oddan yaratdığı cənnəti - Allahın sakin (Skinya) olduğu “Vəhy çadırı” adlandırır. Tövrata görə, Qurbangahda möcüzəvi surətdə yanmağa başlamış bu müqəddəs od, bura mütəmadi tökülən qurbanların qanı hesabına həmişə yanır və tüstüsü göylərə qalxır (Библия, Исх.13:21, 40:38, Числ.9:15-23, Лев.6:12,13). Bu isə o deməkdir ki, İlahi od - qurbangahla, qurban ruhları vasitəsi ilə əldə edilmiş və ondan cənnət yaradılmışdır. İslam dahilərindən olan Mühiddin ibn Ərəbi də “od” dedikdə cənnəti nəzərdə tutur ki, burada yüksək əbədi səviyyələri olan elçi və peyğəmbərlər olurlar. Qurana görə, Allah da bu İlahi oddan yaranmış Nurdur. Quranda qədim Misirin Ra günəş diski,  içində Nur olan şüşə Ulduz kimi rəmzləndirilmişdir (Quran, 24:35). Belə çıxır ki, İlahi odla bağlı olan qədim Misir Allahı Ra-Amon, elə islamın Rəhman adlandırdığı Allahdır. Rəhman Allahın ərşə yüksələrək oranı tutması da, firon Amonun - Ra-Amon (Rəhman) Allahına çevrilməsi mənasındadır. Bu haqda daha geniş məlumat – “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqaləmdə vardır (http://gilarbek.blogspot.com/2012/03/rhman-allahn-aglasgmaz-sirlri.html).
          Bütün bunlar onu deməyə əsas verir ki, İlahi odla bağlı ev dedikdə, qurban ruhlarından yaradılmış ev və ya çadır formasında olan məkan nəzərdə tutulmalıdır. Cənnət mənasında olan bu ev və ya çadır, ilkin materiyada, yəni göyləri təşkil edən ilkin sularda ada kimi də təsəvvvür edilir. Deməli, qədim Misir yazılarına görə, od adasından gələn “Qor yoluyla gedənlər” dedikdə, göydəki ruhlar dünyasından gələn müqəddəslər nəzərdə tutulmalıdır. Mənbələrdə göydən gələnlər dedikdə, Mesopotamiyanın şahlar nəsli yada düşür. Tanınmış alim A. Oppenheym bildirir ki, Mesopotamiyanın məhşur “Çarlar (şahlar) siyahısı”, yəni kutilər sülaləsinin hakimiyyəti, mifik dövrlərdən – “çar hakimiyyətinin Göydən yerə endiyi dövrlərdən başlanır”. Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır. Misirşünas Q. Bruqşa görə, Şərqdə, Xitlərin, yəni Kutilərin böyük şahlığı sonradan Mat adı ilə tanınmışdır (Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000, səh.535). Mat rəmzi isə Mad, yəni Midiya ölkəsi mənasındadır və bu o deməkdir ki, Midiya kimi tanıdığımız Mat/Mut ölkəsi daha əvvəllər Xita, yəni Kuti/Quti/Qot şahlığı adlanmışdır.
Devid Rola görə, göydən İlahi od gətirmiş Musa peyğəmbərin tayfası olan madiamlılar - midiyalılardır (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 230, 231). Ziqmund Freydin “Bu insan Musadır” kitabına görə, Musa (Moisey) peyğəmbər Kadeş kahinlərinin əcdadıdır. B. A. Turayev bildirir ki, amoreylər, yəni marlar ölkəsi olan Kadeş - Aziru (Oziri/Osiris – F. G. B.) şahlığıdır (Б. А. Тураев, «История древнего востока», Л., 1935, I cild, səh.304). Kadeş rəmzinin Kadus rəmzi ilə eyniliyi onu göstərir ki, Kadeş eli bilavasitə Midiyanın Kadus elidir. Aziru şahlığı isə Azər, yəni Azərbaycan ölkəsidir. Bu isə o deməkdir ki, İlahi oddan yaradılmış ev də Azərbaycanın qədim Midiya eli ilə bağlı olmalıdır. Bu yeri dəqiqləşdirmək üçün biz daha ətraflı araşdırmalar aparmalıyıq.
İlahi od haqqında Ammian Marsellin yazır: “Danışırlar ki, əgər buna inanmaq mümkünsə, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirir” (История Иранского государства и культуры. М., 1971, səh. 216). Prokopiy də qeyd edir ki, “Adarviqanda (Adərbecan) farsların Allahdan çox sitayiş etdikləri böyük Pirion vardır. Maqlar burada sönməz odu qoruyur, müqəddəs qaydalara dəqiq riayət edirlər və vacib işlərdə buradan baxıcılıq mənasında istifadə edirlər. Yunan mifologiyasına görə, bu odu Yafət oğlu Prometey (PirMaday – Midiya piri/fironu) gətirmişdir ki, buna görə Allah onu Qafqaz dağına qandallamışdır. Deməli, İlahi od Azərbaycanla və buranın ən qədim əhalisi olan maqlarla bağlıdır.
        Araşdırıcı R. Fray İlahi odla bağlı yazır: “Erməni müəllifi Sebeos, Ammian Marsellin və başqa mənbələrin verdiyi məlumata görə, hər şahın öz odu olmuşdur ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı” (Р. Фрай, «Наследие Ирана», М., 1972, səh.286). M. Boys bu İlahi odu Farbağın odu sayır və Farbaq rəmzini “Farnanın yiyəsi” və ya “Farnanın hesabına uğur qazanan” kimi mənalandırır. Far/Farna rəmzi isə efir, yəni ilkin materiya (dirilik suyu) deməkdir. İran mifologiyasında Farn – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir. Lakin Farn [FRN] rəmzi elə firon [FRN] rəmzidir. Baq (Baqa) rəmzi isə “bəg” mənasındadır və qədim Misir yazılarında bəglər – “Haq” adlanan Asar/Osiris/Azər Allahının yerdəki qulları hesab edilirdi («История Древнего Востока», М.,1988, том II, səh.338). Qədim insanların təsəvvürlərinə görə fironları və digər müqəddəsləri hansısa substansiya, yəni İlahi nur əhatə edirdi. Qədim İranda da bu nur – “fər” adlanırdı ki, istedadlı insana “fərri oğul” deyilirdi. Belə çıxır ki, farna – fironların, şahların, bəglərin nəsildən nəsilə keçən, əbədi mövcud hesab edilən və İlahi bolluq rəmzi olan ilkin materiyadır – İlahi oddur. İranda bu gün də Əhli-Haqlar (Asar/Azər əhli) - Atəşbəglər adlanır ki, bu da İlahi odu özü ilə daşıyanlar, onunla vəhdət təşkil edənlər mənasındadır.
İsidor Xarakskiyə görə, əbədi od, “Arsakın ilk dəfə şah elan olunduğu” Asaak şəhərində saxlanılırdı. Əl Kufiyə görə isə, Arşak (Arsak) yeri Ərdəbil şəhərindən təxminin 45 km yol məsafəsindədir. Sebeos bu müqəddəs od olan Qrat odunu (Qor Ata) Atrpatakan ölkəsində yerləşirdirir və bildirir ki, şahlar - Atəş adlandırılan bu odu, həmişə “özü ilə gəzdirərdilər”. M. Xorenatsiyə görə, Ormuzdun qurbangahda olan bu sönməz odu Baqavan şəhərində yerləşir. “Baq” rəmzinin bəg, “Van” rəmzinin isə Alvan/Alban rəmzi ilə eyni mənada olmasını nəzərə alsaq razılaşarıq ki, bu bəglər şəhəri Şərq ölkəsi olan Albaniyada yerləşməlidir. Yəhudi yazılarına görə, “Vəhy çadırı” qurbangahla birlikdə Qavaon şəhərində yerləşirdi (Библия. 3Цар.3:4-14). Qavaon [QVN] rəmzi eyni zamanda Aqvan [QVN], yəni Albaniya kimi də oxunur. Deməli, İlahi od həqiqətən də Albaniya kimi də tanıdığımız Midiyada dağları ərazisində qorunur.
Midiya ölkəsi ən qədim mənbələrdə marlar, amoreylər ölkəsi adlanırdı ki, mar [MR] rəmzi qədim mənbələrdə Misir ölkəsi və “piramida” mənasını verirdi. Qədim Misir fəlsəfəsində bu rəmz – “göyə qaldırılmış torpaq” fikrini ifadə edirdi. Lakin “mer” (piramida) rəmzi eyni zamanda “xenn”, “xennu” rəmzi ilə bağlıdır ki, bu da “xanan”, yəni mar-amoreylərə (amoraim) aiddir və onlar Talmud (yəhudi) müdrikləri hesab olunurlar. Xanan, yəni Kənan rəmzi - Ki-Nun və ya Nun-Ki [NNK] (Babil) rəmzinə uyğundur və biz bu rəmzi Enki [NK] kimi tanıyırıq. D. Rol “İtirilmiş Əhd” kitabında yazır ki, Eridu şəhərindən olan şumerlilər, Zaqros dağlarından gəlmiş ölümlü Enmer-Kar şahı – “Enki (Nun-Ki) oğlu Asar” İlahi statusuna qədər ucaltdılar. Assurlar isə Enmer/Asara, özlərinin Aşşur dövlətinin himayədar Allahı kimi sitayiş edirdilər. D. Rola görə, Misir, Misraim rəmzi də - “Asra və ya Asardan yaranmış (doğulmuş)” mənasındadır. D. Rol Asarı qədim Misirin Osiris Allahı hesab edir və Mesopotamiyanın Marduk Allahı ilə eyniləşdirir.
Enmer-Kar [NMR-KR] rəmzi qədim dilçilikdə Ra-Amon-Qor [R-MN-QR] kimi izah olunur. Bu isə o deməkdir ki, Enmer-Kar şah, İslamda Rəhman Allah kimi məlum olan qədim Misirin Ra-Amon Allahıdır. Deməli, Misiri fəth etmiş Asar (Osiris/Assur/Aşşur/Azər) elə Mesopotamiyanın Enmer-Kar şahıdır ki, qədim misirlilər onu Ra-Amon Allahı adlandırırdılar.
Misirşünas Edvars bildirir ki, qədim misirlilər öz torpaqlarına “Ta Meri” deyirdilər və bu da birbaşa mənada “Mer torpağı” (rəmzi məna.”sevimli torpaq”) mənasındadır. Deməli, piramida (mer) - ilkin dağın, ilkin təpənin rəmzidir ki, göydəki ruhlar dünyasının yaranışı buradan başlamışdır. Məhz bu torpaq “göyə qaldırılaraq”, Allahların göy dünyasına çevrilmişdir. Quranda da göyə qaldırılan torpaqdan və dağdan danışılır (Quran, 43:11, 4:154, 5:21). Bu isə o deməkdir ki, Marduk Allahının, Göy okeanı Tiamata (ilkin materiya) qalib gələndən sonra, ilkin sularında “tikdiyi” Etemenanki adlı “Göy və Yerin Təməl evi” - elə “qaldırılmış torpaq” mənasında olan “Ta-Meri” ölkəsidir.  D. Rol da xüsusi qeyd edir ki, Marduk və Assur Allahları - Eridudan olan “Enki və Damkinin oğlu Əsərdən” və ya Əsər-Luxidən yaranmışlar. Marduk (Merodax) rəmzi Mar-Xuda mənasında Mar Allahı deməkdir. Mardukun əsas ləqəbi Asar-Luxi, yəni Azər-İlahidir ki, bu da Azər Allahının amoreylərin (midiyalıların) Allahı olması deməkdir.
Lakin Marduk, yəni MarXuda rəmzi eyni zamanda Mar-Kuti kimi də oxunur. Kuti sülaləsinin hakimiyyəti isə, yazdığımız kimi çar hakimiyyətinin “Göydən yerə endiyi” dövrlərdən başlayır. Bu isə o deməkdir ki, Göydən yerə enmiş çar hakimiyyəti elə Ta-Meri adlanan “qaldırılış torpaqdan” gətirilmiş İlahi hakimiyyətdir və bu hakimiyyət Ermer-Kar nəslinə, yəni Ra-Amon Allahının Qor (Kor) fironları (pir) nəslinə verilmişdir. Mənbələrdə “Şəmsi Qor”, yəni “Qor Allahının yoluyla gedənlər” dedikdə də Asar nəsli, yəni Azər nəsli nəzərdə tutulur. Qor Günəş Allahınıın yolu ilə gedən bu müqəddəs insanlar mənbələrdə, elmləri ilə “ölkəni birləşdirənlər” adlandırılırdılar. “Ölkəni birləşdirən” deyəndə, bu müqəddəslər nəslinin həm bu dünya ilə və həm də göyə qaldırılmış cənnətlə (Aşağı və Yuxarı Misir) əlaqəsi olan müqəddəslər nəzərdə tutulmalıdır. Yəni, bu gün adlarının qarşısında “mir” rəmzi daşıyan seyid-bəglərin, iki dünyanı özündə birləşdirməsi deməkdir. Mənbələrdə onlar “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” adlanır ki, burada “dağ və səhralarda dolaşan” deyəndə, Midiya dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə dolaşan midiyalılar, yəni tərikə yolunu gedən türk seyid-bəgləri nəzərdə tutulmalıdır. Bu Atəşbəglər ölənə qədər bu dünyada, öləndən sonra isə ruhları göydəki cənnətdə ömür sürürlər.
Ümumiyyətlə bilmək lazımdır ki, qədim Misir yazılarında firon sözü yoxdur. Mənbələrdə bu rəmz “pirao” kimi yazılır ki, bu da bəg, seyid, şıx və s. türk müqəddəslərinə aid “pir” rəmzidir. “Oğuznamə”nin atalar sözlərində deyilir ki, “Ölüm pir üçün bayramdır”. Çünki onlar ölmürlər, öz Allahına qovuşaraq, “göyə qaldırılmış torpağa” köçüb, orada ömürlərini davam etdirirlər. Onların Rəhman/Ra-Amon Allahı isə, elə əcdadları Yafətdir ki, mənbələrdə bu rəmz Afet/Apet/Pat/Patu/Ptah kimi də yazılır. Amon Allahına alqışın Leyden variantında deyilir: “Üç Allah – Amon, Ra və Pta (Ptah) – bütün Allahlar mənasındadır. Onlara tay yoxdur. Öz adını gizlədən Amon, öz üzü ilə Ra və bədəni ilə Pta (Ptah)-dır” («Культура древнего Египта», М.,1976, səh. 197). Deməli, Pta (Yafət) Allahı elə kosmik insan olan Adəmin (Atum Allahı) bədənidir ki, müqəddəslər nəsli də bunun obrazı kimi yaradılmışdır. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, sufizmin tərikə yolunu gedənlərin, yəni türklərin Yafət (Pta) nəsli - İlahi odla bağlı olan, onunla vəhdətdə olan şahlar nəslidir. Sufi deyimlərinə görə də “Vəhdətin Günəşi”, yəni ilkin materiyadan yaradılmış Ra günəş Allahı ilk dəfə məhz Azərbaycanda görünmüşdür.
Devid Rol bildirir ki, qədim Misir yazılarında fironlar arasında yaşayan bir qəbiləni (ailə) ifadə etmək üçün xüsusi kollektiv ad var idi ki, bu da Patu (Pat sözündən) idi. Bütün bu ailəyə aid olanlar İri-Pati [R-PT] adlanırdı və “Patın törəmələrindən biri” mənasını daşıyırdı. Pat, piramidanın ilkin mətnlərində Qorla assosiasiya olunurdu və bu, şahların yerdəki təcəssümü sayılırdı. Özünün bu nəsilə, yəni Qor-fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол. «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh.388,389). İri-Pati rəmzi - Ra-Pta deməkdir ki, bu da Amon Allahının (Kosmik İnsanın) Üzü və Bədəni mənasındadır. Bu rəmz Ər-Yafət mənasındadır ki, M. Xorenatsi, M. Kalankatuatsi  və s. kimi tarixçilər bu rəmzi Yafət-Ərən kimi qeyd edib, böyük və adlı-sanlı tayfa olan Sisaka/Sisakan, yəni Gel/Gelarküni nəslinə aid edirlər. Albaniya ölkəsinin də onlara vərəsəliklə çatmasını yazırlar. Deməli, qədim Misirin Ra-Pta fironlarının nəsli, Midiya-Albaniyanın Yafət əsilli Sisaka-Saklar nəslidir.
Gelarküni rəmzi onu göstərir ki, Geliopolun Ra günəş məbədi, yəni Marduk Allahının tikdiyi Etemenanki (Atum-Nunki) məhz Midiya ərazisində tikilmişdir. Yafət (Afet/Apet/Pta) nəslinin bu məbədi qədim Misir yazılarında “Qızıl Opet” adlanırdı və müqəddəs Barkal dağının altında yerləşirdi (Тураев Б. А. История древнего востока. Л., 1935, II cild, səh.175]. Məhz bu dağ Misirin baş Allahı olan Amonun vətəni sayılır və o mənbələrdə Napatlı Amon adlanırdı. Abu-Simbeldəki abidəyə görə, Amon Allahı Napat dağında yaşayır və bu dağ – “Napatın təmiz (pak) dağıdır”. Bahəddin Ögələ görə, məhz bu Allah dağında hunn dövləti yaradılmışdı ki, hunn rəmzi də kinun/kənan/xanaan rəmzi ilə eyni mənalıdır. Çin mənbələrinə görə isə, Allah dağları Barkal ətrafındakı Dji-lien, yəni Cilan/Gilan/Gel dağlarıdır (B. Ögəl, “Böyük Hun imperiyası”, I cild, B.1992, səh. 269, 276). Araşdırıcı Matsudaya görə, hunnların bu dövləti Çu vahəsindən Talasa (Talışa) qədər, ola bilsin ki, daha da uzaqlara uzanırdı (B. Ögəl, Böyük Hun imperiyası” II cild, B., 1992, səh. 213). B. Ögəl bildirir ki, sakların vətəni - İssık-Gölün, yəni Sisaka-Gelin sahilləri və Allah dağları olmuşdur. Sisaka-Gel rəmzi isə Midiyaya aid olan ən qədim rəmzdir.
Midiya/Mada rəmzi qədim Misir mətnlərində Mut kimi də məlum idi. Mut rəmzi qədim Misirdə - Mut-Xotep kimi, yəni Mut-Ptah (Pta) kimi də yazılırdı. Mut eyni zamanda “Mut Napat” adlanır ki, bu da Amon Allahının vətəni olan Napat/Nifat elinin Midiya ilə bağlılığı deməkdir. Midiyada Mut məbədi – Ələmut qalası kimi məlumdur ki, burada Həsən ibn əs-Sabbah, yəni qədim Misirin Sebek Allahı cənnət yaratmışdı.
          Strabonun “Coğrafiyası”sına görə Nifat (Napat) və Zaqr (Sokar-Zaqros/Sokaris) dağlarında kadus, amard (Mar-Tu/Ta-Meri) və s. tayfalar yaşayırlar (Strabon XI:13/3). İordana görə Nifat dağları eyni zamanda Lamma, Propaniss, Kastr, Tavr, Qafqaz, Rifey və s. də adlanır. Pavel Orosiy də təsdiq edir ki, Qafqaz çox adlarla adlandırılır. Bir təpənin müxtəlif adlarla aldanması, bu təpənin ilkin təpə rəmzində olması ilə bağlıdır ki, məhz bu təpə, qədim Misir mənbələrə görə, dünyanın yaradılması zamanı ilkin okeandan üzə çıxmışdı. Qədim Misirdə Geliopol, yəni Gel şəhərinin yerləşdiyi bu ilkin təpənin altında Ra Günəşinin məbədi yerləşmiş və Ra Günəş diski də buradan ərşə yüksəlmişdir.
Yafət nəslinin Napat/Pta/Ptah dağını azərbaycanlılar Fit, ərəblər Cəbəl əl Fəth və s. adlandırırlar. Əhdi-Cədiddə Napat eli - Niftalı kimi yazılır və Zavulon, yəni Savalan torpaqları ilə bir yerdə çəkilir. Mənbələrdə Napat rəmzi “Bəgnapat” kimi də qeyd olunur ki, bu da Napat elinin - türk bəglərinin, sufizmin Bəqa səviyyəsində yaradılmış cənnət bağı mənasında olması deməkdir. Deməli, Qızıl Opet məbədi həm də göy cənnətinin yerdəki simvoludur. Bu dağ Oğuznamədəki, Oğuzun qoşunlarının yaratdığı Azərbaycan adlanan təpədir ki, bu gün bu təpə - Peştəsər dağ silsiləsinin başlanğıcında yerləşir. Maraqlı isə odur ki, bu dağ silsiləsinin ortasında Əlvan dağı yerləşir ki, bu da elə qədimdə Livan adlanan Alban dağıdır. PeştƏsər rəmzi sufizmdə - “Göy və Yerin” yaratdığı Allahlar mənasını verirsə, müxtəlif dillərdə bu rəmz Əsər/Azər dağının beli, yuxarı hissəsi, Əsərdən törənmişlər, Əsər nəsil və s. mənalar verir ki, bu da Asar/Osiris Allahları nəslinin yaşadığı Azər dağının üstü mənasındadır. Bu ərazi də məhz Ərdəbildən qeyd olunan məsafədə - saklar yurdunda yerləşir. Bu isə o deməkdir ki, qədim Misir mənbələrində - “Dünya”nın yaradıldığı Gel şəhərinin Ra  günəş (Gel-Ra/Gelar) məbədi adlanan məbəd məhz bu dağın və ya təpənin altında yerləşir. Bu ərazilərdəki Perimbel (qədim Misirdə Pirembole), Cerimbel (qədim Misirdə Cermopol/Germopol) və s. toponimlər onu göstərir ki, qədim Misir Allahlarının Şərqdəki vətəni məhz bu ərazilərdir. Bu dağın altındakı Opet məbədinin Qızıl adlanması isə, hündürlüyü 62 m. olan bu məbədin tam qızıldan olması ilə bağlıdır. Bu məbəd digər yazılarda Etemenanki, Babil, Süleyman peyğəmbərin, Ad oğlu Şəddadın və s. məbədi adlanır. Bütün dinlərin Allahla bağlı olan dağı da məhz Peştəsər dağ silsiləsinin başlandığı Azərbaycan adlanan təpədir. Bu təpə Sfinks formasındadır ki, bu da buranın Ra-Amon Allahının mühafizəsi altında olması deməkdir. Bu dağın altındakı Sokaris/Arsak mağarasında isə İlahi Azər odu, İslamın əzəl kitab saydığı Lövhi-Məhfuz, yəhudilərin Əhd sandığı, xristianların Qraal camı və s. bütün müqəddəs əşyaları Allah tərəfindən mühafizə olunur. Sfinksin başı mənasında olan nəhəng daş isə mənbələrdə Musa qayası, Yaqub daşı, Petra daşı, Kəbə daşı, Prometeyin qandallandığı qaya və s. kimi qeyd olunur. Bu abidənin açılışı, insanların din, tarix, yaradılış və s. haqqındakı bütün təsəvvürlərini alt-üst edəcəkdir.
                                                                                                                         Firudin Gilar Bəg
                                                                                                                         www.gilarbeg.com   


среда, 28 января 2015 г.

Babək bir gizli sirdir, aça bilərsən...

                                                                           

Keçmiş ideallarımıza, xalqın fəxr etdiyi müqəddəs səviyyəli qəhrəmanlarımıza ləkəyaxma prosesi bu gün də davam etməkdədir. İndi növbə Babək Xürrəmdinə çatmışdır. Əslini, kökünü və hardan gəlib, hara getdiyini bilməyən insanlar, gündəmdə qalmaq xatirinə yeni-yeni “araşdırmalar” aparıb, ürək bulandırmaqla məşğuldur. Bunların cavabını verməli olan elm adamları isə ortaya tutarlı sübut qoya bilmirlər. Nəticədə isə insanlarımız ruhdan düşür və milli ruhumuz növbəti dəfə sarsıntı keçirməli olur. Bütün bunları nəzərə alaraq Babək haqqında məqalə yazmaq qərarına gəldim və qənaətimi oxuculara təqdim edirəm.
Babək haqqında söz demək üçün, qədim mənbələri diqqətlə araşdırmaq, onun dövrü kimi qəbul olunmuş zamanın xüsusiyyətlərini, insanlarının məntiqini və s. öyrənmək lazımdır. Mənbələr isə Babək haqqında sirli informasiyalar verməkdədir.
Z. Bünyadovun yazdığına görə, Babək Azərbaycanda İslamdan əvvəlki qayda-qanunları bərpa etməyə çalışırdı. Birincisi, o, özünün müsəlman olmayan Babək (Papak) adını bərpa etdi, ikincisi, Allahın insan surətində görünəcəyi (Hulul-[Xulul]) nəzəriyyəsini elan etdi: üçüncüsü, ruhun bir cisimdən digərinə köçdüyünə (tənasux ər-ərvah) inanırdı və dördüncüsü, bu əqidədə idi ki, imamın qeyb olan ruhu çox sonralar qayıdacaq (ricət). Vardapet Vardana görə, Babək (Baban) özünü ölməz adlandırırdı. “Babəkin tarixi”ndə deyilir ki, Cavidan ölümqabağı demişdir: “Mən bu gecə öləcəyəm. Mənim ruhum bədənimdən çıxıb Babəkin bədəninə keçəcək və onun ruhu ilə birləşəcəkdir… Mən onu öz yerimə öz ardıcıllarıma rəhbər təyin edirəm”. Nizam ül-Mülk isə bildirirdi ki, “hicri 162-ci ildə Mehdinin xəlifəliyi zamanında sorxələm adlandırılan Qorqan batiniləri xürrəmdinlərlə birləşdi” (Z. Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə”, B.1989, 133; 228, 226, 313, 227). Kalankatuasi yazır ki, Sünik hakimi Vasakın qızı ilə evlənən Baban (Babək – F. G. B.), Gelarkünidəki məhşur Makenasos monastırını yandırmışdı və s. Bu faktlar göstərir ki, Babək obrazı adi obraz yox, sufi-batinilərlə və onların mərkəzi olan Sünik-Gelarküni ilə bağlı obrazdır. Bu isə o deməkdir ki, Babəki anlamaq üçün ifrat şiələr olan Gel batinilərinin (Gelati-Şiə) şiə ezoterizmini bilmək vacıbdir. Yalnız bu halda Babək həqiqətlərini dərk etmək mümkündür.
Batini məna, qədim yazıların adi, birbaşa mənasının əksi olaraq, yazıda qeyd olunan hadisələrin birbaşa Allaha və onun yerdəki seçilmişlər nəslinə aid edilməsi deməkdir. Sufilərin qəbul etdiyi tarix də məhz budur. İngiliscə “tarix” sözünün mənasını verən “history” sözü – “his story” kimi açıqlanır və “O Kişinin tarixi”mənasında “Allahın tarixi” fikrini ifadə edir. Bizim “tarix” [TRX] sözümüz də sufilərdəki “tərikə” yolu [TRK] mənasında Allahın Əvvəldən Axirətə qədər getdiyi yolu bildirir. Sufi məntiqinə görə bu dünyada hər şey – Yaradan Tək Allahın müxtəlif təzahürləridir. Allahdan başqa bu dünyada yazılmağa layiq heç nə yoxdur. Bütün qədim yazılar rəmzlərlə yazılmışdır və əsl – gizli mənası Allahın bu dünyada gördüyü işlər haqdadır. Hər bir ad özlüyündə Allahın gördüyü müəyyən işlərin rəmzidir və yalnız sirləri bildikdə, yazıda söhbətin nədən getdiyini dərk etmək olar və s. Deməli, sufi məntiqində ölümsüz Babəkin obrazı da bilavasitə Allahla bağlı olmalıdır.
Batinilikdə ruhun digər bədənə keçməsinə (“tənasüh”) inananlar – “əshab (əhli) ət-tənasüh”, “tənasühiyyə”, bəzən də “əshab əl-xulul”, “əl-xululiyyə” adlanırdılar («Ислам», Энциклопедический словарь, М, 1991, səh. 36). Sufizmdə “xulul” rəmzi ölümsüzlüklə bağlıdır və Allahla, yəni İlahi mahiyyət olan ilkin materiya ilə vəhdət təşkil etmək, İlahi mahiyyətə qovuşmaq mənasındadır. Kamillik yolunu tutmuş sufi, təriqətin Bəqa fazasında Allahla (İlahla) vəhdət vəziyyətinə gəlmək üçün, öz ruhunu ekstatik vəziyyətdə bədəndən çıxarıb, ilkin materiyaya daxil etməlidir. Sufizmdə insan ruhunun, ilkin materiyanı səyahət etməsi üçün bədəndən çıxması – “ruhun azad olması” kimi qeyd olunur. Məşhur sufi Bəhaulla, özünün “Yeddi vadi” mistik yazılarında bu rəmz haqda yazır: “Kaf, və ya Qaf (k və ya q) – “kuffi” (“azad ol”) mənasındadır, yəni ki, “ehtirasının tamah etdiyi şeydən azad ol: sonra isə öz Allahına tərəf addım at”… Kaf “kuffi” mənasındadır, yəni ki, “məhdudiyyətə bürünməkdən azad ol ki, müqəddəslik dayanacaqları haqqında bilmədiklərini biləsən” (Бахаулла, «Сем долин», sayt:  http://lib.ru/BAHAUL/sevenval.txt). Burada söhbət tərikənin Bəqa səviyyəsində, ruhun, bədəni təşkil edən heyvani qüvvələrdən (qəzəb və ehtiras qüvvələri) azad edilib, ilkin materiyaya daxil olmasından gedir. Quranda Bəqa rəmzi Əqəba kimi (BQ=QB) qeyd olunur ki, sufizmdə bunlar eyni mənalıdır: “Lakin o Əqəbanı keçmədi! Sən nə bilirsən Əqəba nədir? Bir qulu azad etməkdir və ya aclıq zamanı qohumlardan bir yetimi və ya torpağa sərilmiş bir yoxsulu doyurmaqdır!... Elə ki azad oldun, qalx və Rəbbinə doğru get!” (Quran, 90:11-16,94,7,8). Deməli, sufizmdə azad olmaq – ruhun bədəndən çıxıb İlahla qovuşması mənasındadır ki, bu tərikə yolu da sufi müridinin Allaha (ilkin materiyaya) səyahəti deməkdir. Allaha səyahət (suluq) edən sufi – tərikə [TRK] pillələrini qalxan türük [TRK], yəni türk [TRK] adlanır. Türk – təriqətin Bəqa fazasına, yəni bəglik səviyyəsinə daxil olanda, o ilkin materiyada – İlahda (Allahda) olur. Bu səviyyədə artıq sufi ilə Allah (ilkin materiya) arasında heç bir maneə olmur. İkilik, yəni insanla (ruhu ilə) ilkin materiya birləşir və vəhdət əmələ gətirir ki, bu da insanın Allaha çevrilməsi və Xızır kimi ölümsüzlük qazanması deməkdir. Belə çıxır ki, Babək – “Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha üstündür” deyəndə, “qırx il adi insan kimi yaşamaqdansa, bir gün Allah kimi yaşamaq daha üstündür” fikrini nəzərdə tutur.
“Qulun azad olması” rəmzinə daha çox xristian mənbələrində rast gəlinir. Xristian yazılarından olan “Siluanın nəsihət”lərində bu mənada deyilir: “Oğlum mənim, kimsə qul olmaq istərmi? Nəyə görə sən bu qədər ehtiraslara aludəsən? Bütün qandalları at ki, azadlıq qazanasan”. Ehtirasların təsiri altına düşmək, Klimentin (Klimentə II namə) yazdığına görə də, qatı qul olmaq deməkdir, əksinə ehtirasları əldə saxlamaq, ondan asılı olmamaq – azadlıqdır. Kliment burada şeytanı tiran adlandırır və bildirir ki, mənəvi cahillik, çirkinlik - Allahdan uzaqlaşmaqdır”. O, ehtirasların əlində əsir qalmış insanı heyvana bənzədir: “Heyvan olma ki, insanlar səni qovsunlar, pis heyvanları qovan insan ol”. Burada günahsızlıq vəziyyətinin əsası da “ehtiraslardan” azad olmaqdır. Bütün günahların əsası ehtiraslardır. Ehtirasa qarşı mübarizə – ehtiraslı istək, şəhvət, və ləzzətlə mübarizədir. İlkin xristianlığın ən populyar yazılarından biri olan “Sekstin deyimləri”ndə də ruhi və mənəvi kamilliyə aparan yollardan danışılır və bildirilir ki, can Allaha istiqamətlənməlidir və özündəki ehtirasları boğmalıdır. Yalnız ehtiraslardan azad olmuş insan mömin insan ola bilər və bunun üçün mömin həyatı yaşamaq lazımdır: Allaha ucalmaq imandan başlanır (“iman canı yerdən Allaha aparır”). Bu istiqamətdə əsas maneə bədən – cisimdir (nə qədər ki, bədən ehtiras və istəklərlədir, can Allahı dərk edə bilməz), buna görə də nəfsi saxlamaq lazımdır (А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh. 97, 130, 103, 122). Bütün bunlar o deməkdir ki, Babəkin azad insan kimi yaşama şüarı, sufi müdriklərinin ölümsüzlük qazanması üçün keçdiyi kamillik yolunun şüarıdır. Son nəticə isə Allahla vəhdətdir ki (Vəhdət əl Vücud), bu zaman insan ağlı ilkin materiyanın düşünən hissəsi olan kamil ağıla daxil olur. Əl-Fərabi insan ruhunun düşünən hissəsi olan ağılın kamil ağıla (Allaha - F. G. B.) çevrilməsi haqda yazır: “Bu qüvvələrə praktiki ağıl da aiddir – o ağıl ki, həyata keçməli olanları, insanlara xas olan hərəkətlərlə həyata keçirir. Ruhun qüvvəsinə həm də mücərrəd ağıl aiddir, hansı ki, onun hesabına ruhun substansiyası kamilliyə çatır və aktual ağıl substansiyası olur. Bu ağılın özünün səviyyələri var: bir halda o material ağıl kimi çıxış edir, digər halda - təfəkkürü olan ağıl kimi, üçüncü halda - qazanılmış ağıl kimi çıxış edir. Bu qüvvələr, dərk olunanı qəbul edərək, maddi olmayaraq özünü sadə substansiya kimi təqdim edir. Bu substansiya potensial vəziyyətdən aktual vəziyyətə keçir və (materiyadan) azad olunmuş ağılın hesabına kamil ağıla çevrilir və məhz onu aktual vəziyyətə gətirən fəal ağılın hesabına o kamil ağıla dönür. Əqllə qəbul ediləsi bölünən və ya vəziyyəti olan predmetlər bir şeydə yerləşə bilməz: ruh substansiyası materiyadan ayrı yaşayır: o, bədən öləndən sonra da qalır, onda elə bir güc yoxdur ki məhv olsun. O – vahid substansiyadır: o – əsl təbiətində insandır: onun gücü orqanlara bölüşdürülür. Forma verən onu o vaxt yaradır ki, onu qəbul etməyə hazır olan nə isə əmələ gəlir. Bu nə isə bədəndir: nə vaxt ki o olur, bu substansiyada əmələ gəlir” (Аль Фараби, «Существо вопросов», böl. 20). Əl Fərabi, insan ruhunun digər bədənə keçməsinə “inanmasa” da, ruhun kamil ağıla çevrilməsi haqda geniş şərh verir. Əflatun isə “Pir” əsərində, insan ruhunun ilkın materiyanın formalaşmış “damlası” ilə birləşib, ölümsüzlük qazanmasını belə rəmzləşdirir: “Bütün insanlar cismani olduğu kimi, ruhən də hamilədirlər və onlar lazımi vaxta çatanda, bizim təbiətimiz məcbur edir ki, bu hamiləlikdən azad olaq. Azad olmaq isə eybəcərlikdə deyil, yalnız gözəllikdə mümkündür. Kişi ilə qadının cütləşməsi məhz bu həlldir. Bu isə İlahi işdir, çünki hamilə qalma və doğum - ölümsüz başlanğıcın, ölümlü varlıqda əmələ gəlməsidir” (Платон, «Пир», 206S). Əflatun burada kişi və qadının çütləşməsi rəmzi altında, insan ruhunun ilkin materiya ilə birləşməsini nəzərdə tutur ki, məhz bundan sonra insan ruhu ölümsüzlük qazanır və yeni forma alıb göydə həyatını davam etdirir. Bu isə o deməkdir ki, ölümsüz Babəkin obrazı qədim Misir piri (fironu) olan Amonun obrazıdır. Çünki məhz pir Amon, insan öləndən sonra ruhunun “sahu”ya (saxu/sak rəmzi) çevrilməsini təşkil etmişdir. Misirşünas U. Bac bu barədə yazır: “Totun sözləri və kahinin duaları insan bədəninin mahiyyətinin “sahu”ya çevrilməsini məcbur edir və o Allahların yaşadığı Göylərə qalxır... İnsan bədənində yaşayan ruh sahuya keçir və çürüməyən bu yeni bədən Göylərdə ruhun bədənini təşkil edir, necə ki, fiziki bədən ruhun yerdəki evidir” (У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.143). Buradakı “sahu” rəmzi, sufilərin “tənasüh” və “səyyah” sözlərinin kökündə duran rəmzdir. Bu isə o deməkdir ki, Babəkin bədəninə köçən ruh elə qədim Misirdə Ba Allahı adlanan ruhudur. Babək adı da Ba-Bək, yəni Bəqa səviyyəsinə qalxmış Ba ruhu deməkdir.
Cavidanın ruhunun Babəkin ruhu ilə birləşməsi rəmzi axirətə aid rəmzdir ki, bu zaman hər şeyi yaratmış və əvvəldə gəlmiş Allahla axirətdə gələcək Mehdinin ruhu birləşməlidir. Rəsmlərdə bu birlik – bir atı minmiş iki nəfər kimi və ya bir bədəndə olan iki baş kimi də rəmzləndirilir. Quranda bu birləşmə Günəşlə Ayın birləşməsi kimi qeyd olunur ki, bu da Günəş Allahı Ra-Amonla (Rəhman), Ay Allahı mənasında olan Mehdinin birliyi mənasındadır (Quran, 75:9). Bu birləşmə isə Mehdinin ruhunun azadlıq qazandığı zaman baş verməlidir. “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində Əbu əl-Ala İbn Xassul yazır: “Zəncirdən azad olan türk ordunun başında durmayanadək və ya hacib olmaq şərəfinə nail olmayanadək ya da böyük ordunun komandiri və orduda sözü ötən ordu başçısına çevrilməyənədək, özünü məmnun hesab etməyəcəkdir” (Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 112). Burada “zəncirdən azad olma” deyəndə, təbii ki batini məna, yəni insan öləndə, onun “bədəndən azad olan ruhu” nəzərdə tutulur. Lakin ölən hər bir türkün ruhu Allahın ordusunun başına keçə bilməz. Deməli, burada söhbət Mehdidən gedir ki, onun ölümü zamanı, bədənindən çıxan ruhu göyə qalxaraq Amon Allahının ruhu ilə birləşməlidir.
Misir mənbələrində bildirilir ki, fironların Ba ruhları, bədəni tərk etdikdən sonra Benu quşuna çevrilirlər və göyə qalxaraq, burada yaradılmış Eldə ölümsüzlük qazanırlar. Deməli, fironların Benu ruhları El-Benuda [LBN], yəni Alban [LBN] ölkəsində ömürlərini davam etdirirlər ki, Alban ölkəsi də Sünik-Gelarkünidən başlayır. Belə çıxır ki, Albaniya rəmzi altında, qədim mənbələrdə cənnət adlandırılan ölümsüz ruhların göy dünyası nəzərdə tutulur. Bunu Təbrizli Arakel də öz yazılarında xüsusi nəzərə çatdırır. O, özünün tarix kitabında Albaniyadakı Lazar monastırını - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır. Onun yazdığına görə, Sünikdə tikilmiş səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olmuşlar. Arakelə görə, ruhlar bu səhradan çıxanda, sudan çıxmış balıq kimi ölümcül vəziyyətə düşür, boğulmağa başlayırlar və yalnız qayıdanda yenidən canlanırlar (Даврижеци А. Книга историй. М.1973, böl.24,51). Bu isə o deməkdir ki, “Lazar monastırı” deyəndə, göydəki ruhlar dünyasına aparan məbəd təsəvvür olunmalıdır. Buradan çıxan nəticə isə odur ki, mənbələrdə Şərq, Şərq əyaləti və s. adlandırılan Albaniya - qədim Misir Allahlarının vətənidir.
Qədim Misir yazılarına görə, Allahların vətəni günəşin doğduğu Şərq ölkəsidir. Misirin yaranış haqqındakı rəvayətlərində bu yer, “Günəşin doğduğu Şərqdəki uzaq yer” adlanır ki, bura ilkin sonsuzluq sularından qalxmış Od adasıdır. Məşhur alim Devid Rol “İtirilmiş Əhd” kitabında bildirir ki, sivilizasiyanın əsasının qoyuluşu qədim Misir rəvayətlərinə görə, Nil vadisi ilə bağlı olmamışdır. Elm və mədəniyyəti qədim Misirə uzaqdan gələn “Qor yoluyla gedənlər” nəsli gətirmişdilər. D. Rol əfsanəvi “Qor yoluyla gedənlər” nəslinin soykökünün, Mesopotamiyanın böyük qəhrəmanlarından başlanmasını bildirir. D. Rola görə, Şərqdən, “ilkin sonsuzluq sularından qalxmış Od adası”ndan gələn annunakilər, Eridu adlanan və “Qüdrət yeri” mənasında olan ilk məbədi tikdilər və onu Abzu adlandırdılar (Дэвид Рол, «Утраченный Завет», сайт:  http://lib.rus.ec/b/328508/read). Buradakı “Şərq” rəmzinə, dahi Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdi mistik məna verir. Onun “Şərq” fəlsəfəsində söhbət coğrafi Şərqdən yox, metafizik Şərqdən, Ruhun Şərqindən gedir. Sührəvərdi fəlsəfəsinin araşdırıcısı A. Korbenə görə, Sührəvərdi ezoterizmi, Şərq rəmzi altında ruhun mənbəyi olan Mələkütü, yəni mələklərin göydəki aləmini nəzərdə tutur. Deməli, Mesopotamiya qəhrəmanları elə Alban Şərqinin xalqıdır. Əgər nəzərə alsaq ki, Abzu rəmzi ilə Bəzz rəmzi eyni mənalı sözlərdir, razılaşarıq ki, Albaniyanın Bəzz qalası da, mənbələrdə “Yer və Göyün təməl evi” kimi qeyd olunan, annunakilərin tikdiyi Abzu məbədidir.
Annunaki sözü Nun-Ki rəmzindən yaranmış sözdür ki, bu rəmz digər mənbələrdə Ki-Nun, Kənan, Knun, Xanan, Xenni, Xunn və s. kimi yazılaraq “ilkin sularda (ilkin materiya) yaradılmış torpaq” mənasını verir. Annunaki adındakı də “An” rəmzi “Kitabi - Dədə Qorqud”da “bəg-ərən” sözünün yerinə işlədilir: “Anlar dəxi bu dünyaya gəldi keçdi, Anları dəxi əcəl aldı yer gizlətdi” (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh. 41). Deməli annunaki deyəndə - “ilkin sularda yaradılmış torpaqdan gəlmiş bəg-ərənlər” başa düşülməlidir.
Quranda Nun-Ki/Kinun rəmzi, Allahın Adəmi yaratdığı “Kün!”  (“Ol!”) əmri mənasında qeyd edilir. “Adəm-Kün!” [DMKN] rəmzi Mesopotamiya mənbələrində “Damkin” [DMKN] kimi yazılır və məhz Abzu, yəni Bəzz qalasına aid edilir. Digər tərəfdən, Ki-Nun rəmzi ilə eyni mənalı Xenn/Xenni rəmzi həm də “qaldırılmış torpaq” mənasını verir ki, bu da “MR” mənasında olan Misir piramidasını bildirir. Misirşünaslar “MR” rəmzini - “qalxma yeri”, “fironun göyə qalxması üçün metafizik odlu şar”, “Ba-nın qalxması”, “yaranış yeri və sonsuzluqda dirilmənin baş verdiyi İlkin dağ” və s. kimi mənalandırırlar. Bütün bunlar Ra-Amon Allahının yaranışı və ərşə hakim olması ilə bağlı rəmzlərdir. “MR” rəmzi ilə bağlı olan və qədim Misirin digər adı sayılan Ta-Meri rəmzi isə - “Mer torpağı”, “sevimli torpaq”, “dirilmə torpağı”, “şumlanmış və qaldırılmış torpaq”, “İlahi kanallar torpağı”  və s. kimi mənalar verir (Алан Ф Эльфорд, Путь Феникса. Тайны забытой цивилизации, «Земля Мер», http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130). Lakin əgər biz “MR” rəmzinin eyni zamanda Mar, yəni Midiya mənasında olmasını, xürrəmilərin də digər adının mühəmmirə, yəni “maq mar” olduğunu nəzərə alsaq razılaşarıq ki, xürrəmilər elə Abzu/Bəzz qalasını tikmiş annunakilərdir. Başqa cür desək, xürrəmilər elə məhşur “Qor yolu ilə gedən” Misir, Mesopotamiya Allahlarının nəslidirlər. “Xür” rəmzi - Xor/Qor, xürrəm rəmzi isə Xor-İrəm, yəni Quranda (89:7) “sütunlar şəhəri” adlanan “İrəm şəhərinin Xor nəsli” mənasındadır. Sanadan (Yəmən) olan məcnun şair Əbdül Həzrətin “Nekronomikonun sirri” (Əl-Əzif) kitabına görə, Sütunlar şəhəri olan İrəm zat əl-İmad şəhərini, yəhudilərin “nefilim” (nəhəng) adlandırdıqları cinlər göydə yaratmışlar. Bu isə xürrəmilərin - İrəm şəhərini tikən nəhənglər nəsli olması mənasındadır.
Bütün bunlar o deməkdir ki, xürrəmilər - qədim Misirin, Mesopotamiyanın Qor/Xor Allahının yolu ilə gedənlər (Xor ardıcılları) nəslidirlər. Nizam ül-Mülk yazılarda batiniləri Qorqan batiniləri adlandırması da, – Qor/Xor/Xür nəslinin Qan/Kün/Knun/Xunn mənasında olan məbədgaha aid olmasına işarədir. Zaxariya Ritor Bəzz qalasını Bazqun adlandırır və hunlar ölkəsi hesab edir: “Bazqun – dili olan torpaqdır ki, hunn sərhədləri ərazisinə aid olaraq Kaspi darvazalarına və dənizinə qədər ona əraziyə çatır və yayılır” (Ю.Р. Джафаров, «Гунны в Азербайджане», Б., 1985, səh. 97). Buradakı Bazqun rəmzi də Bəzz/Abzu və Qun/Kinun/Xunn/Hunn mənasında, bu qalanın elə Mesopotamiyanın KiNun – NunKi, yəni “ilkin materiyada yaradılmış yer” olması deməkdir.
İordan rəmzlərlə yazaraq, hunnların yaranmasını – Qot (Quti/Kuti) şahının ruhunun ilkin materiyada səyahəti zamanı cinlərlə cütləşməsi ilə əlaqələndirir. İlkin materiyada səyahət edən şah, ruhunu “Qaliurunnı” [QLRNN] adlandırır ki, bu rəmz də GelarNun [GLRNN] – “Nun ilkin materiyası ilə birləşmiş ruh” deməkdir (Иордан, «О происхождении и деяниях гетов», sayt: http://www.vostlit.info/Texts/rus/Iordan/pred.phtml?id=575). Məlumdur ki, qutilər - Mesopotamiyanın məhşur şahlar nəslidir və bu sülaləsinin hakimiyyəti mifik dövrlərdən - “çar hakimiyyəti”nin “Göydən yerə” endiyi dövrlərdən başlanır (А. Оппенхейм, “Древняя Месопотамия”, М., 1980, səh.146). Əgər nəzərə alsaq ki, Berossa görə, qutilərin 21 şah sülaləsi midiyalı olmuşdur, razılaşarıq ki, ilkin materiyada ilk dəfə səyahət edən pir də məhz mar, əmirlər nəslinin banisi Amon olmalıdır. Bu isə o deməkdir ki, göydən gəlmiş quti-hunnlar – Sünik-Gelarküni türklərdir və onların qüdrəti də Bəzz/Abzu qalası ilə bağlı olmuşdır.
Devid Rol “İtirilmiş Əhd” kitabında Eridu/Abzu məbədini eyni zamanda Babil qülləsi adlandırır və bildirir ki, bu məbəd Marduk Allahına həsr olunmuşdur. Eridu şəhərindən olan şumerlilər isə ölümlü Enmer-Kar şahı – “Enki (Nun-Ki) oğlu Asar” İlahi statusuna qədər ucaltmışdılar. Assurlar (Asar) isə Enmer/Asara – özlərinin Aşşur dövlətinin himayədar Allahı kimi sitayiş edirdilər. Rola görə, Misir, Misraim rəmzi də - “Asra və ya Asardan yaranmış (doğulmuş)” mənasındadır. Asar  isə Nil vadisini zəbt etmiş Mesopotamiya fatehlərinin başçısıdır. D. Rol Asarı qədim Misirin Osiris Allahı hesab edir və Mesopotamiyanın Marduk Allahı ilə eyniləşdirir (Дэвид Рол, «Утраченный Завет», sayt:  http://lib.rus.ec/b/328508/read). Osiris/Asar rəmzi digər mənbələrdə Assur/Aşşur/Aziru/Azər və s. kimi qeyd olunur və mən kitab və məqalələrimdə bu haqda çox yazmışam. Əgər nəzərə alsaq ki, Enmer-Kar [NMR-KR] adlanan şah elə qədim Misirin Ra-Amon-Qor [R-MN-QR] Allahıdır, razılaşarıq ki, İslamda Rəhman, qədim Misirdə isə Ra-Amon adlanan Allah elə Qor fironlarının Asar/Azər Allahıdır. Azər Allahının nəsli isə bu gün də “mir” rəmzini adlarında daşıyan pirlər nəslidir və bu seyid-bəglər “Ya Cəddim” deyəndə məhz Ra-Amon, yəni Azər/Osiris Allahını köməyə çağırırlar. Azərbaycan adı da “Enki oğlu Azər” adından yaranmışdır ki, Enki rəmzi burada Kün/Qan/Can kimi də yazılır və bu rəmz Azər-Ba-Can rəmzi ilə eynidir (http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html). Oğuznamədə Azərbaycan adının təpəyə aid edilməsi də onun məhz Bəzz/Abzu qalasının torpaqla örtüldüyü təpəyə aid edilməsi deməkdir.
Mənbələrdə Bəzz vilayəti Azərbaycanla Arran arasında yerləşir və bu rəmz altında ölkə, torpaq, şəhər, kənd, dağ, qayalıq və daşlıq yer nəzərdə tutulur (Z. Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”, B.1989, səh. 229-230). Deməli, Bəzz rəmzi daş, qaya və həm də ölkə, el mənasını verir. Bəzz rəmzi mənasında olan Bəzzeynlə bağlı, Əbu Dulafın ikinci risaləsində deyilir ki, xürrəm adlanan qırmızı geyinmiş adamların bayraqlarını qaldırdıqları yer, Bəzzeyn dağları ərazisində yerləşir və Babək burada çıxış etmişdir. Məhz burada Mehdinin [zühurunu] gözləyirlər (“Azərbaycan tarixi üzrə qaynaqlar”, B., 1989, səh. 119). Qırmızı geyinmişlər deyəndə, burada qan rəngi nəzərdə tutulur ki,  pir Amon göyə qaldırmış bu cənnətini məhz qurban ruhlarından yaratmışdır.
Qədim Misirin “Ölülər kitabın”da deyilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Abidosda yerləşdirir və taxtı üçün sular yaradır. “Torpaq əmələ gəldikdə” isə, O artıq Abidosda peyğəmbər olmuşdur. Digər tərəfdən mətnlərə görə, Bəqa səviyyəsinə yüksəlmə və Allahla vəhdət də Abidos şəhərində baş vermişdir və mənbələrdə bu təmas - “Allahla söhbət” adlanır. D. Rol Abidos rəmzinin Abtu, Abcu və Abzu kimi də yazıldığını qeyd edir ki, bu da qurban ruhlarının, Allah Evi olan Beytlə [BT] bağlılığını göstərir.
Qurban mərasimi haqda şumer-akkad möhürlərində də məlumat verilir. Burada, “çılpaq qəhrəmanın insan-öküzlə güləşməsi” və ya kahinin iştirakı ilə qurbankəsmə səhnələri təsvir edilir. Möhürdə qəhrəmanın adı - “Yeri tikmiş (düzəltmiş) kahin, hökmdar” kimi də yozulur. Buradaca “bit i-li” yazısına rast gəlinir ki, bu da (Beyt-el) – “Allahın evi” mənasındadır (В.К.Афанасьева, «Гильгамеш и Энкиду», M., 1979, səh.120,137). Belə çıxır ki, hökmdar tərəfindən qurban ruhlarından yaradılmış Allah evi Abzu/Bəzz qalasıdır və bu qala həm də Allah Evi olan Beytdir.
Qədim Misir yazılarına görə, Misir – “qara” və “qırmızı” torpaqdan ibarət olmuşdur ki, burada “qara torpaq” - fiziki yer, “qırmızı torpaq” isə göydə yaradılmış cənnət mənasındadır. Firon isə mənbələrdə “qara” və “qırmızı” torpağın hökmranı adlandırılır və bəzən bunlar – “iki torpaq”, “iki sahil” mənasında Aşağı və Yuxarı Misirə ayrılırlar. Mənbələrdə Misir Allahları da qırmızı Allahlar adlandırılırlar (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh. 434).
Qırmızı rəng mənbələrdə türklərə və Oğuz elinə aid edilir. “Kitabi-Dədə Qorqud”da, Oğuzların çadırları qırmızı, Oğuz eli isə qanlıdır və o qana bulanmış çaydan o tərəfdə yerləşir. Kitabda Dərbənd şəhəri “qanlı qara Dərvənd” adlanır və o kafirlərin yaşadığı iqlim Aranda yerləşir. Bu qanlı dünyanın girişi isə qanlı sulardan o yandadır. Lakin kitabda təkcə Oğuz eli qanlı adlandırılmır. Buradakı bəglər – “Qanlı Oğuz bəgləri”, sular – “qanlı-qanlı sular”, Oğuz elinin ordusu isə “Qan alaca ordu” adlandırılır  (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh.58,38,74). Bu isə o deməkdir ki, qırmızı geyinmişlər elə Qanlı Oğuz bəylərinin Qan alaca ordusudur.
Hədislərdə və islam mənbələrində də qırmızı rəng türklərə aid edilir. Məhəmməd peyğəmbərin sözlərinə görə - “Məhkəmə saatı o vaxta qədər başlamayacaq ki, kiçik gözlü, yastılanmış burnu və dəmirdən hazırlanmış qalxana bənzər qırmızı sifəti olan türklər gəlməyəcək” (Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 24). Bu isə o deməkdir ki, xürrəmi adlandırdığımız qırmızı geyinmişlər qədim Misir Allahlarıdır və onlar axirətdə, yerdə məhkəmə qurmaq üçün enəcəklər. Bu haqda mən – “Allahın Şərqdəki türk ordusu” adlı məqaləmdə geniş məlumat vermişəm. Buradan çıxan digər nəticə isə odur ki, Babək obrazı axirətlə bağlı olan Mehinin obrazıdır və onun çıxışı da məhz Bəzz qalasından gözlənilir.
Babəkin mənbələrdə Papak adlandırılması və ölümsüz hesab edilməsi, onun Xiliarx rəmzi ilə bağlılığı deməkdir. Məlumdur ki, qədimdə fars və midiyalılardan ibarət ordunun özəyini, şah atlıları və “ölümsüzlər” dəstəsi təşkil edirdi. Xiliarxın başçılığı ilə minlərlə “ölümsüz” şahın şəxsi təhlükəsizliyini qoruyurdu (Р. Фрай, «Наследие Ирана», М., 1972, səh. 152). Mənbələrin yazdığına görə, ilk Sasanilər dövründə imperiyanın mülki və hərbi işləri pitiaxş və xiliarx arasında bölünmüşdü. Yazılarda Ərdəşir “pitiaxş”, Papak isə “xiliarx” adlandırılırdı. Pitiaxş rəmzinin batinilikdə “şah Pta”, yəni “Padişah” mənasını verməsi və “Pod-Qos” – Qospod (Allah) rəmzi ilə eyniliyi o deməkdir ki, Ərdəşir obrazı Ra-Amon Allahının obrazıdır. Xiliarx titulu isə xil/gel nəsli ilə bağlı olduğu üçün bu rəmz Gelark (Gelarküni) kimi də oxunur. İslamda xiliazm - 12-ci imamın gəlişi ilə bağlı olan təlimdir ki, bu da imamın xil, yəni gel eli ilə bağlılığı deməkdir. İran mətnlərinin birində Sasan oğlu Papakın adı çəkiləndə, ona “bgy” rəmzi aid edilir və bu da “bəg” (Bəqa/Baqa) mənasındadır (orada, səh. 285). Bu isə o deməkdir ki, Babək (Ba-Bəg) – axirətdə Bəzz qalasından zühuru gözlənilən Mehdinin obrazıdır.
Qədim Misir yazılarında axirətdə gələn Qor/Xor Allahı, ölmüş atası Asar/Osiris Allahını dirildir. Misir mətnlərində, Osirisin birinci oğlu Babai adlanır və o, Osirisin Geliopoldakı Gözünün daxilində Allahlarla birləşmişdir. Babai rəmzi sufizmdə Babəklə eyni mənalı rəmzdir. Babainin Geliopolda Allahlarla birliyi, Gel şəhərindəki Ra (Gel-Ra/Gelar – Gelarküni) məbədində, onun obrazının əzəl yazıdaki birliyi deməkdir. Məhz bu əzəl yazıya görə, Cavidanın ruhu Babəkə keçir və o ölümsüzlük qazanır.
Qədim Misir mənbələrdə Xor Allahı - Bakı rəmzinə, yəni Bəqa/Bəglik səviyyəsinə aid edilir və mətnlərdə bu rəmz “Bakı Xoru”, “Bakının ağası Xor”, “Bakı ölkəsinin hakimi olan Xor” və s. kimi yazılır (Э.Е.Кормышева «Религия Куша», М.,1984, səh. 66-90). Bu mənbələrdə Bakı deyəndə Geliopoldakı Biqqe/Biqe adası (İslamda Bəkkə) nəzərdə tutulur ki, mətnlərə görə Osiris Allahının qəbri burada saxlanılır.  Yazılarının birində, yunanların “Bakxoris” adlandırdıqları və müdrikliyi haqqında rəvayətlər danışılan Bekneranfu obrazına rast gəlinir ki, bu da Xor/Qor Allahının Bəqa/Bəg rəmzi ilə əlaqəsi deməkdir (Б.А.Тураев «Древний Египет», Петроград, 1922, изд., «Огни», səh. 123). Lakin, əgər nəzərə alsaq ki, Bakxoris rəmzi Bəg-Xris, yəni Bəg-Xristos mənasındadır, razılaşarıq ki, xristianların İsa peyğəmbəri də axirətdə gəlməli olan Qor/Xor Allahının obrazıdır. İsa peyğəmbərin də Gel eli (Qaliley) ilə bağlılığı və onun qədim sirləri bilməsi - onun batini ismaililərindən, yəni seçilmişlər nəslindən olması deməkdir. Xristianlığın da, xürrəmi batinilərin 12 imamı kimi 12 həvarini müqəddəs sayması, bunların eyni mənbədən qaynaqlanmasına işarədir.
Digər tərəfdən, batinilərdə İsa peyğəmbərlə imam Əli obrazı eynidir və bu haqda mən “Bütün dinlər birdir” adlı məqaləmdə yazmışam (http://gilarbey.blogspot.com/2013/03/butun-dinlr-birdir_712.html). Albaniya tarixində də Albaniya ölkəsi eyni zamanda Alu (Əli/İliya/Eliya və s.) kimi yazılır və onun, böyük, adlı-sanlı tayfa olan Sisaka (Sak/Saxu/Sahu), yəni Gelarküni nəslindən kiməsə vərəsəliklə verilməsi nəzərə çatdırılır (M.Xorenatsi, kit. II, böl. 8 və s.). Mənbələrində Albaniyanın – insan bədənindəki ərazi kimi göstərilərək Aran adlandırılması o deməkdir ki, Alu - batinilərin Məhəmməd peyğəmbəri kimi, bədəni ruhlar dünyası olan kosmik insan rəmzindədir.
Bütün bunlar o deməkdir ki, “Babək Xürrəmdin” deyəndə, qədim Mesopotamiya Allahlarının nəsli olan “Xor/Qor yoluyla gedənlər” nəslinin Bəgi nəzərdə tutulmalıdır. Babəkin islama qarşı vuruşması, onun batini olması, qədim yazıların və o cümlədən Quranın da batini mənasını əsas hesab etməsi ilə bağlıdır. Mənbələrdən məlumdur ki, axirətdə, bütün qədim yazıların batini - gizli mənaları açılacaq və məlum olacaq ki, Allahın təkliyi kimi bütün dinlərin də kökü birdir. Babəkin bu vuruşda törətdiyi qırğınlar da, onun azad olub, Allahın göydəki türk ordusunun başına keçəndən sonra, qırmızı simalı qan alaca ordusu ilə yerdə quracağı axirət məhkəməsi mənasındadır.
Bütün bunlar haqda daha geniş məlumatlar, “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir (www.gilarbeg.com).

                                                                                                             Firudin Gilar Bəg









четверг, 16 октября 2014 г.

Xristianlıq Azəri türklərindən başlanır


Bu yaxınlarda, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, “Şərq-Qərb” nəşriyyat evində yenicə çapdan çıxmış “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” kitabının müzakirəsi zamanı belə qənaətə gəlir ki, vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər. Mən də Ramiz müəllimin bu fikrinə qoşularaq bildirəm ki, həqiqət axtaran əsl tarixçilər heç vaxt “yalanın ayaq tutub yeriməsinə” yol verməməlidirlər. Lakin nə etmək olar ki, dünyanın əsas qüvvələrindən biri xristianlardır və onları həqiqət yox, din birliyi birləşdirir. Belə olan halda biz həqiqəti əziyyətlər hesabına olsa belə araşdırıb, üzə çıxarmalıyıq. Bunun üçün qədim tarixə daha geniş aspektdə baxılmalı və həqiqət arayan araşdırıcılara şərait yaradılmalıdır. Belə bir şəraitin yaradılmasında isə hörmətli akademikimiz özü yaxından köməklik göstərə bilər. Mən akademik Ramiz Mehdiyevdən, mənim də bu sahədəki fəaliyyətimi nəzərə alıb, araşdırmalarıma, onların müzakirəsi, tərcüməsi və çapına köməklik göstərməsini  xahiş edirəm.
Xristianlıq Azəri türklərindən başlanır
Xristianlığın banisi olan İsa peyğəmbərin Xəzər türk bəyi olması haqqındakı ilk məqaləmi mən hələ 2006-ci ildə internet səhifələrində yerləşdirmişəm (http://www.centrasia.ru/newsA.php?st=1147693260). Məqalənin azərbaycan variantında isə daha dərinə gedərək, xristianlığın, iudaizmin və islamın gizli mənalarının (batini) bir olmasını və onun da bilavasitə Azərbaycanla bağlılığını göstərmişəm (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1250). Məsələ ondadır ki, hər üç dinin yaradıcıları - yəhudilərin kadoş, xristianların aqios adlandırdığı müqəddəslərdir və islamda bu insanlar əqdəs, kuddus adlandırılırlar. Bizim kadus tayfası kimi tanıdığımız bu müqəddəsləri xristianların aqiazo (aqios və s.) adlandırması onu göstərir ki, kadus müqəddəsləri elə Oğuz bəgləridir.
“Qurandakı İsrail oğulları - Azəri bəgləridir!” adlı məqalədə mən göstərmişəm ki, qədim mənbələrdə İsrail/İzrail dedikdə “Azər/Asar eli” nəzərdə tutulur və bu da Xəzər türk bəglərinin elidir və Azərbaycan ərazisini əhatə edir (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Asar eli eyni zamanda ən qədim dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş Assuriya dövlətidir və bu dövləti də bu gün bizim pir, bəg, seyid, şıx və s. adlandırdığımız Azəri müqəddəsləri yaratmışdır. Mən bu dövləti yaradan müqəddəs əcdadlarımızın məntiqini və elmlərini də kitab və məqalələrimdə açıb göstərmişəm (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1242). Deməli, İsa peyğəmbər Azəri pirlərinin nəslindən olmalıdır və xristianlıq da bilavasitə bu pir-seyidlərin gizli elmi ilə bağlıdır. 
İsa peyğəmbərin mənbələrdə nazaretli (nasara) adlandırılması, onun, nizari batinilərindən olması deməkdir. Çünki İsa peyğəmbərin bildiyi qədim sirləri, ondan başqa yalnız nizari batiniləri bilirdilər. Nizarilər isə şiə ezoterizmini yaratmış ifrat Gel (Gelati-Şiə) şiələridirlər və İsa peyğəmbər də Gel rəmzi ilə, yəni mənbələrdə Qalil/Cəlil və s. kimi qeyd edilən rəmzlə əlaqəlidir. Gel elinin, yəni Qaliley/Xəlil/Cəlil rəmzinin digər variantı olan Gelat rəmzi isə qədim yəhudi mənbələrində Gelad/Qalaad/Xaldeya və s. kimi qeyd olunur. Əhdi-Ətiqdə Allah məhz bu eli - Öz eli adlandırır. Mənbələrdə görə Gel elində yaşayan türk bəgləri eyni zamanda xristianlar sayılmışlar.  
Bartolda görə, Səlcuq imperiyası dövründə yayılmış türk geneoloji rəvayətlərində Oğuz adı yox, Çigil, yəni İç-Gel (İç Oğuz mənasında) adı mövcud olmuşdur ki, köçəri çigillərin arasında xristianlar da var idi. Türküstanın çox şəhərlərində, xristian kilsələri ucaldılmışdı. Xəzər xaqanı İosifin Xasdaya məktubunda da bildirilir ki, ismaililərin ölkəsi olan Xəzər ölkəsində ismaililərdən başqa yəhudilər və xristianlar yaşayırlar. Müqəddəsi də Midiyada və Xorasanda yaşayan xristianlardan söz açır.
M. Kalankatuasinin «Alban tarixi»nə və digər mənbələrə görə, Albaniyada yaşayan hunlar xristianlığı qəbul etmişdilər. Moisey Xorenskiyə görə İsanın xaçı da indiki Azərbaycan dağlarının birində uçaldılmışdı və bu zaman göydən sütun formasında ilahi nur enərək bu ağacı nurlandırmışdı. “Allahların qayıdışı” (Возвращение Богов) adlı rus dilində yazdığım kitabda mən bütün Ermənistan tarixinin məhz Azəri seçilmişlərinin nəslinə aid olduğunu elmi sübut etmişəm (http://gilarbey.blogspot.com/2013/05/blog-post_3978.html). Bütün bunlar isə o deməkdir ki, ilk xristianlıq məhz Azərbaycanda yaranmış və ilk xristianlar da Oğuz türk bəgləri olmuşlar. Bunu Zəkəriyyə Qəzvini (XIII əsr.) də təsdiq edir.  Onun yazdığına görə, oğuzların qoşunları olan kimakların ölkəsindəki qayadakı izləri oğuzlar İsa peyğəmbərə aid edib, ona səcdə edirdilər və s.
Yazdıqılarımdan çıxan nəticə odur ki, xristianlıq məhz Azərbaycandan başlamış və ilk xristianlar da Xəzər, yəni Azəri türk bəgləri olmuşlar. Daha geniş məlumatlar isə kitab və məqalələrimdə verilmişdir (www.gilarbeg.com).

                                                                                      Firudin Gilar Bəg


среда, 16 апреля 2014 г.

Böyük Azərbaycana aparan yeganə yol



Son dövrdə baş verən hadisələr göstərir ki, Azərbaycanın müstəqilliyi əbədi olmaya da bilər. Rusiya kimi şovinist, imperialist siyasətli qonşusu olan ölkələrin əsas vəzifəsi daima hərbi qüdrətini inkişaf etdirməkdən ibarət olmalıdır. Bu isə çox xərc tələb edən problemdir və iqtisadiyyatı yanlız neft-qaz satmaq üzərində qurulan ölkənin parlaq gələcəyinə heç bir ümid vermir. Maddi resursların isə bir gün tükənməsi reallıqdır və bu zaman ölkənin acınacaqlı vəziyyətini təsəvvür etmək heç də çətin deyil. Bu təhlükənin qarşısını almaq üçün yeganə çıxış yolu elmin, texnikanın inkişafıdır ki, bu sahə də bizdə lazımi səviyyədə deyil. Azərbaycan elminin bu günkü vəziyyəti hamıya məlumdur və bunun açmasını vermək, bizim ümidsizliyimizi birə-on artıracaq. Deməli, Azərbaycanı gələcəkdə heç də xoş günlər gözləmir. Əgər biz şovinist qonşularımızın elimizi daxildən parçalamaq siyasətini də nəzərə alsaq, razılaşarıq ki, resurslarımızın sonu, ölkəmizin parçalanmasının və məhvinin başlanğıcı ola bilər. Bütün bunlar pessimist düşüncə deyil, reallıqdır və bunu inkar edənlər ya riyazi təfəkkürdən uzaq olanlar, ya da insanları aldatmaqla öz şəxsi məqsədlərini güdənlərdir. Son məntiqi nəticə odur ki, Azərbaycan çox böyük təhlükə astanasındadır.
Bəs bu təhlükənin qarşısını necə almaq olar? Problemləri birdəfəlik necə həll etmək olar? Ölkəmizi Çin, Cənubi Koreya, Yaponiya kimi inkişaf etmiş ölkələr sırasına qaldırmaq üçün nə etmək lazımdır? Çıxış yolunu harda və necə axtarmalıyıq? Ölkəmizi xoşbəxtliyə aparmaq üçün ən qısa yol hansıdır? Bütün bu tip suallara cavab vermək üçün tariximizi dərindən araşdırmalı və əcdadlarımızın məntiqini öyrənməliyik. Çünki məhz əcdadlarımızın müdrikliyi sayəsində biz bu gün cənnət kimi bir ərazidə yaşayırıq. Əcdadlarımız bizim kimi aciz olsaydılar, biz indi Afrika çöllərində yaşamalıydıq. Biz isə dünyanın ən gözəl bir guşəsində ömür sürürük. Son iki yüz ildə torpaqlarımızın çoxunun itirilməsinə baxmayaraq, qalan yurdumuz da ən bərəkətli məkan hesab olunur. Deməli, əcdadlarımız hansısa elmin, biliyin sayəsində digər xalqlardan üstün olublar ki, o zamanlar dünyanın ən bərəkətli və gözəl yurduna sahib olublar. Təsadüfən, Rusiya kimi vəhşi qonşuları olan xalq heç vaxt belə yurdda qərar tuta bilməzdi.
Fakt ondan ibarətdir ki, bu gün şimallı-cənublu Azərbaycanda yaşayan insanlar – mənbələrdə pir, seyid, bəg, şıx və s. adlandırılan müqəddəslərin törəmələridirlər. Əcdadlarımızın son minillikdə ən qüdrətli nümayəndəsi Şah İsmayıl Xətai olmuşdur ki, yazılanlara görə onun dövründə Azərbaycan Səfəvilər dövlətinin sahəsi Avropa, Asiya və Afrika qitəsində yerləşməklə 3.5 milyon kv. km. əhatə etmişdir. Bəs hansı elmin, ideologiyanın hesabına on dörd yaşlı Şah babamıza bu fatehlik nəsib olmuşdur? Bunu dərk etmək üçün, Xətai elmini, yəni sufizmi diqqətlə öyrənmək lazımdır. Xətainin batinilərdən, yəni Quranın və digər müqəddəs yazıların gizli mənalarını bilənlərdən olması bu gün hamıya məlumdur. Deməli, gizli batin elminin bazasında nəsə var ki, bu insanları Şah Xətaiyə tabe olmağa vadar etmişdir. Sadəcə qılınc gücünə bu böyüklükdə ərazidə hökmranlıq etmək qeyri mümkündür. Bu sirləri açmaq üçün Şah İsmayıl Xətainin “gizli sirr” adlandırdığı həqiqəti üzə çıxarmaq vacibdir.
Mənbələrdən məlumdur ki, Şah İsmayıl, Xətai ləqəbini – xəta törətdiyinə görə, yəni Kərbəla faciəsi zamanı ölmüş Hürrün qəbrini açmasına görə almışdır. Yazılanlara görə, yaralanmış Hürrün başını İmam Hüseyin öz əmmaməsinin bir parçası ilə sarımışdır. Şah İsmayıl da bu parçanı görmək üçün Hürrün qəbrini açmışdır. Bu rəvayətin rəmzi mənasını dərk etmək üçün, batiniliyə müraciət etmək lazımdır.
Mən – “Aşura haqqında ağlasığmaz həqiqətlər” adlı məqalədə göstərmişəm ki, İmam Hüseynin ölümü mərasimi, qədim Misirin Asar/Azər, yəni Osiris Allahının ölümü ilə bağlıdır (Sayta bax. http://gilarbey.blogspot.com/2013/03/asura-haqqnda-aglasgmaz-hqiqtlr.html). Batin elmində Hürr rəmzi qədim Misirin Hor/Horus, yəni Qor Allahının rəmzidir. Deməli, Şah İsmayıl Xətai qədim Misir Allahı Qorun qəbrini açmışdır ki, bu qəbir də qədim Misir Allahlarının vətəni Geliopolda, yəni Gel şəhərində yerləşir. Lakin Gel (Gelat/Qulat) şəhəri eyni zamanda batiniliyin, yəni ifrat şiələrin də vətənidir.
Qədim Misir mənbələrinə görə, Misir Allahlarının vətəni - Günəşin doğduğu Şərq ölkəsidir. Mənbələrdə Şərq ölkəsi dedikdə Albaniya və onun başlandığı Midiya dağları nəzərdə tutulur. Şumer mətnlərinə görə də Şumer Allahlarının vətəni Tilos (Dilmun) cənnətidir ki, biz Tilos rəmzini Talış kimi tanıyırıq. Deməli, Misir Allahlarının da vətəni Talış dağlarında olmalıdır ki, mənbələrdə Tilos rəmzi Atlas dağı kimi də yazılaraq atlantidalılarla əlaqələndirilir. Mən, “Talışlar haqda bilmədiyimiz həqiqətlər” adlı məqalədə göstərmişəm ki, Talış, yəni Tilos/Atlas dağları indiki Yardımlı rayonunun Perimbel, Alar (Gilar) ərazisini əhatə edən dağlardır (Sayta bax. http://gilarbek.blogspot.com/2014/01/talslar-haqda-bilmdiyimiz-hqiqtlr_20.html). Bu ərazilər ən qədim dövrlərdə Ərdəbil vilayəti hesab olunmaqla Ərdəbil xanlığına aid edilmişdir. XVIII əsrin əvvəllərində Azərbaycan torpaqları inzibati cəhətdən dörd vahidə bölünürdü ki, Ərdəbil mahalı heç bir bəylərbəyliyə daxil edilməyərək, Səfəvi nəslinin müqəddəs ocağı kimi, Şah xanədanı hesab olunurdu. Bu isə o deməkdir ki, Şah xanədanı məhz Talış dağlarındakı Gel eli ilə bağlı olmalıdır.
Qədim Misir yazılarına görə Gel şəhəri Allahların və Atum Allahının yaradıldığı yerdir və qədim dünyanın bütün sirləri də məhz buradan başlanır. Gel eli haqda mən “Batini-Quran” kitabında və məqalələrimdə geniş məlumat verdiyim üçün, burada sadəcə onu qeyd etmək istəyirəm ki, bu el bilavasitə gizli Sokaris mağarası ilə bağlıdır. Sokaris/Sokar (Quranda Sokar) adı isə bizlərə Arsak/Arşak kimi tanışdır. Əl Kufi, Arşak yəni Ar-sak yerinin Ərdəbil şəhərindən təxminin 45 km yol məsafəsində olmasını yazır ki, bu da elə Talış dağları ərazisinə düşür. İ. Xarakskiyə görə Arsakın ilk dəfə şah elan olunduğu Asaak şəhərində göydən gətirilmiş ilahi od saxlanılır. Asaak rəmzi göstərir ki, bu yer elə Sisaka, yəni Sak nəsli olan Gelarküni elidir. Qədim Misirdə Sak rəmzi “ruh” mənasını verirdi ki, Arsak rəmzi də “Ra Günəş Allahının ruhu” deməkdir. Əgər nəzərə alsaq ki, Gelar rəmzi də Gel-Ra, yəni Gel şəhərindəki Ra Günəş Allahı fikrini ifadə edir, razılaşarıq ki, İlahi od məhz Gel şəhərində tikilmiş Ra Günəş məbədində saxlanılmalıdır. M. Xorenatsi də Gel-Gelarküni elini “tikili” adlandırır ki, bu da qədim Misirin Gel şəhərindəki Ra Günəş Allahının məbədinin buradakı tikili olması deməkdir. Buradakı “Kün” rəmzi isə Qurana görə Allahın əmri, Şumer yazılarına görə isə məşhur Kinun, yəni Etemenanki zikkuratının yerini göstərir. Rus araşdırıcıları da təsdiq edirlər ki, Qafqazdakı Alatır dağı ərazisində Günəş Allahının nəhəng məbədi vardır və bu Çar-Şəhərini Yaruna və Boqumir nəsli idarə edir («Книга Велеса», С-П., 2000, стр.349). Yaruna və Boqumir rəmzləri təbii ki, Ərən/Aran (Ya-Ərən) və Bəg-Əmir rəmzləridir və Yafət-Ərən nəsli olan Gelarküni seyid-bəglərinə aid edilməlidir.
Bütün bunlar o deməkdir ki, İmam Hüseynin əmmaməsinin “parçası” rəmzi mənadadır və İlahi odla bağlıdır. Batin elmində Hüseyin rəmzi Oğuzan rəmzi ilə eyni fikri, yəni Oğuz/Xaosu bildirir ki, Oğuz da məhz göylərdəki ilkin materiya mənasındadır. Belə çıxır ki, Hürrün qəbrində insanlara xoşbəxtlik gətirən İlahi od – ilkin materiya saxlanılır. Yəhudi mənbələrində bu İlahi od – Skiniya, yəni Allahın Sakinliyi mənasında qeyd edilir. Bu odu Musa peyğəmbər (və ya Prometey – Midiya piri) göydən gətirərək ondan Vəhy çadırı, yəni Göy cənnətini yaratmışdır. Digər mənbələrdə Sakin rəmzi Sisakan kimi yazılaraq Gelarküni elinə və nəslinə aid edilir. İslamda Sakin/Skiniya rəmzi Səkinə kimi də yazılır və İlahın mövcud olduğu qutu da “Tabuti-Səkinə” adlandırılır. Yəhudilər bu qutunu “Əhd sandığı” adlandırırlar və bu sandıq onlar üçün ən müqəddəs əşya hesab olunur. Mənbələrə görə bu sandıq insanlara tək xoşbəxtlik yox, eyni zamanda qələbə, elm və kamillik də verir. Bu sandıq hansı ölkənin ordusunun qarşısına qoyularsa, o ordunun qələbəsi mütləqdir. Ona görə də bu sandıq tarix boyu insanlar üçün ən müqəddəs əşya hesab olunmuşdur. Deməli, Şah İsmayıl Xətai məhz Hürrün qəbrində gizlədilmiş bu sandığı tapdığı üçün 14 yaşında Səfəvi şahlığının ərazisini 3.5 milyon kv. km-ə qədər böyütmüşdür. Mən, “Süleymanın qızıl məbədgahı Azərbaycandadır” adlı məqaləmdə Əhd Sandığı haqda geniş məlumat vermişəm (Sayta bax. http://gilarbey.blogspot.com/2013/05/suleymann-qzl-mbdgah-azrbaycandadr.html).
Bu gün, qədim dünyanın ən müqəddəs əşyası olan Əhd sandığı və qədim Misirin Qor (Hürr) Allahının qəbri Azərbaycandadır. Onun saxlandığı ərazi Yardımlı rayonunun Perimbel (qəd. Misirdə Pirembole), Gilar (Geliopol) və Cerimbel (Cermopol/Germopol) kəndləri ərazisinə düşür. Bu ərazidəki dağların birinin altında böyük mağara yaradılmışdır ki, qədim Şumer, Assur, Misir Allahlarının bütün müqəddəs əşyaları da məhz burada qorunur. Bu abidənin və onun içindəki əşyaların üzə çıxması kifayətdir ki, Azərbaycan bütün dinlərin mərkəzinə və bütün insanların müqəddəs ocağına çevrilsin. Bu abidənin azərbaycanlılara məxsus olması isə azərbaycanlıların ən qədim və müqəddəs xalq olmasını sübut edəcək və düşmənlərimiz birdəfəlik torpaqlarımızdan əl çəkəcəklər.
Mən 12 ildir ki, bu abidənin tapılması və üzə çıxması üçün araşdırmalar aparıram. Lakin maddi vəsait çatışmaması səbəbindən ortaya problemlər çıxıb. 5500 illik zaman müddəti və toponimlərin qarışıqlığı da bu abidənin üzə çıxmasına çətinlik yaradır. Bu iş böyük həcmli iş olduğu üçün təbii ki, sponsorun olması vacib şərtdir. Maddi vəsait cəlb edilsə, Batin elmini bilən insanın bu abidəni tapması və açması mümkündür.
Hər bir insan öz elmi və əlində olan imkanları daxilində öz Vətəninin, elinin və övladlarının gələcəyi üçün çalışmalıdır. Mən Sufizm, Batin alimiyəm və müqəddəs elimə öz biliyim, elmimlə xidmət göstərə bilərəm. Batin elmi qədim müdriklərin, Midiya maqlarının elmidir və adi insanların bu yazılanlara etinasız yanaşması da təbiidir. Lakin əgər ürəyində inam olan kimsə bu işə vəsait ayırsa, biz onunla tarix yazmağa cəhd edə bilərik. Təbii ki, hər şey Allahın icazəsi və istəyi ilə baş tuta bilər. Hər halda cəhd etmək, sakit oturub, ölkəsinin parçalanmağa, məhvə doğru yavaş-yavaş getməsini kənardan seyr etməkdən daha məntiqlidir. Bu abidənin tapılması Azərbaycanın qədim şöhrətinin qaytarılmasına və dünyanın ən qüdrətli dövlətinə çevrilməsinə aparan yeganə yoldur.    
Yazdıqlarım haqqında daha geniş məlumat, müəllifi olduğum “Batini-Quran” kitabında və çoxsaylı məqalələrimdə verilmişdir (www.gilarbeg.com).

Firudin Gilar Bəg              gilar@mail.ru