XX1 əsrin elm və texnika əsrinin olması hamıya aydındır. Texniki tərəqqi
həyatımızı son dərəcədə rahatlaşdırıb və biz evdə oturaraq çox böyük işlər görə
bilirik. Lakin bu inkişaf hər sahədə
özünü göstərirmi? Digər tərəfdən bu inkişafın mənfi tərəfləri hələ də öyrənilməmişdir.
Bu inkişaf bizə eyni zamanda yeni xəstəlik növləri və təbiətin məhvinə aparan
problemlər də gətirmişdir. Qlobal baxanda, bu inkişafın gələcək nəsillərin
ömürlərinin azalmasına və təbiətin məhvinə aparması göz qabağındadır. Deməli,
bizim tərəqqimiz düzgün yolla getmir. Bəs bunun səbəbi nədir? Qədim müdrikləri belə
bir inkişaf haqqında nə düşünüblər?
Maraqlı faktdır ki, düşünən insan (Homo sapiens) adlandırdığımız bu
günkü insanın yaşı ən azı 5500 il olduğu halda, bu müddət ərzində cəmiyyətdə gözə
görünən heç bir inkişaf getməmişdir. Yalnız son əsrdə elm böyük sürətlə inkişaf
etməyə başlamış və bu səviyyəyə çatmışdır. Digər tərəfdən, ən qədim dövrü
araşdıran alimlər belə qənaətə gəlmişlər ki, 5 min il bundan əvvəl Misir və
Mesopotamiya kahinləri, sirli bir elmin hesabına çox qısa müddətdə ağlasığmaz
texnologiyalara sahib olmuş, yer üzərində, müasir elmi vasitələrlə tikilməsi
mümkün olmayan abidələr yaratmışlar. Ortaya maraqlı sual çıxır. Əsl elm
hansıdır: insanların ömürlərini azaldıb, təbiəti məhvə aparan bu günkü elm, yoxsa
uzunömürlü əcdadlarımızın tam kamil abidələr yaratmış gizli elmləri?
Mənbələrə görə, elmin inkişafı
ilə fərqlənən ən qüdrətli insanlar Midiya maqları olmuşlar ki, onlar mənbələrdə
“zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış Deyləm tayfası” adlandırılırlar. Mən
“Batini-Quran” kitabında və məqalələrimdə deyləmlilərin indiki Azərbaycanın ərazisində mövcud olmuş qədim
Midiya əhalisi olmasını göstərmişəm. Bu ərazidə deyləmləri ismaili batiniləri
adlandırırlar ki, onların öz ismailiyyə fəlsəfəsi vardır. İsmailiyyə fəlsəfəsi
isə sufizm adlandırdığımız fəlsəfədir. Məşhur sufi əl Qəzalinin yazdığına görə
Allahın dərkinə aparan yeganə yol məhz sufinin tərikə yoludur və s.
Yazdıqlarımdan çıxan nəticə odur ki, iki növ elm vardır: insanları, təbiəti
məhvə aparan müasir elm və insanları tam xoşbəxtliyə aparan Azərbaycan sufilərinin
batin elmi. Bütün qədim yazılar batin elminin əsasında yazılmış rəmzlərdir və
yalnız bu rəmzləri açdıqda, mənbədə yazılanların həqiqi mənası aydın olur.
Müasir alimlər o dərəcədə məntiqsiz insanlardır ki, qədim yazıların həqiqi mənalarını
dərk etmədiklərinə baxmayaraq, orada yazılanların birbaşa mənalarını elm kimi qəbul
etmiş və elm ocaqlarında bunları tədris edirlər. Nəticədə elə bir absurd vəziyyət yaranıb ki, hamının hər şeydən xəbəri
olduğu halda, heç kim heç nə bilmir.
Lakin ən dəhşətli vəziyyət isə odur ki, artıq insanlar bu cəhalət
içində yaşamağa öyrəniblər və həqiqət artıq onları maraqlandırmır. Tarixçilər
nağıl və rəvayət üslubunda yazılmış rəmzləri ölkənin tarixinə çeviriblər. Nəticədə
əsilsiz və köksüz olan, lakin bir dildə danışan insanlar - padişahlar və peyğəmbərlər
nəslinin adına sahib çıxıb, özlərini ali irq hesab edirlər. Əsilzadələr nəslinin
törəmələri isə adi insanlarla qarışdığı üçün qüdrətlərini itirib və pula, vəzifəyə
Allahını da, elini də qurban verirlər. Gənclər, yalançı alimlərin böyük
adlarına və vəzifələrinə aldanaraq elə başa düşürlər ki, artıq bütün elm öyrənilib
və hər şey hamıya aydındır. İnsanların əksəriyyəti bilmir ki, bu gün bütün qədim
yazılar dərk olunmaz qalır. Alimlər özləri mənbələr içində kor kimi gəzirlər və
bu yazılarda nədən danışıldığını təsəvvür belə edə bilmirlər.
Dünya alimləri həqiqətin gizli olduğunu dərk etmişlər və bunu açıq
yazırlar. Lakin əsl həqiqətin hələ üzə çıxmadığına görə, köhnə məntiqi tədrisdə
saxlayaraq, son nəticələri də tələbələrə çatdırırlar. Azərbaycan alimləri isə əksinə,
həqiqəti, gələcəyimiz olan tələbələrimizdən, gənc nəsildən gizlətməyə
çalışırlar. Kütləvi informasiya vasitələrində gənclərimizə saxta “tarix”imizi dərs
keçirlər və digər xalqların bizdən üstün olduğunu başa salmağa “çalışırlar”.
Maraqlı haldır ki, burada iqtidar və müxalifət yönlü alimlərin hamısı, həqiqəti
biləni, əsl elmdən xəbəri olanı özlərinə düşmən sayırlar.
Mən, on altı ildən artıq ki, qədim yazılaırn gizli mənalarının açması
ilə məşğulam və bu müddət ərzində bir neçə kitab, onlarla elmi məqalələr
yazmışam. Son - “Batini-Quran” kitabımda, qədim dünyanın demək olar ki, bütün
sirlərinə elmi izah vermişəm. İlk dəfə mən, bütün qədim yazıların bir sirli
hadisə ilə bağlı olduğunu və bu hadisənin də bilavasitə Azərbaycanda baş
verdiyini elmi cəhətdən sübut etmişəm. Bu sirli hadisə bilavasitə Rəhman
Allahla və onun nəsli olan biz Azərilərlə bağlıdır. Məhz Azəri oğulları dünyaya
bütün xalqların hökmranları kimi gəlmişlər və bu günkü insanlar, düşünən insan
kimi yaşadıqlarına görə məhz onlara borcludurlar. Dünya alimləri, Azərbaycan
adlanan, hansısa geri qalmış bir xalqın hamıdan üstün olduğunu qəbul etmək istəmir
və ona görə də bu yazılara münasibət bildirmirlər. Azərbaycanın öz alimləri isə,
öz işlərinin və vəzifələrinin itirilməsi, savadsızlıqlarının üzə çıxması qorxusundan
bu məsələlərin üstündən keçirlər. Nəticədə isə itirən Azərbaycan xalqı olur. Bunun
nəticəsidir ki, xalqımızda “natamamlıq kompleksi” yaranmışdır və onlar bütün
digər xalqlara özlərindən üstün kimi baxırlar. Bu isə sonda azərbaycanlıların
bir xalq kimi məhvinə aparır.
Mən Azərbaycan gəncliyinə bildirmək istəyirəm ki, Azərbaycanın elmlə
məşğul olan insanları, sizin gələcəyinizi,
öz şəxsi mənfəətlərinə qurban verirlər. Bilin ki, bu gün qəbul olunmuş tarix
başdan ayağa cəfəngiyyatdır. Bir nəfər də olsun tarixçi alim, mətnlərdə söhbətin
nədən getdiyini dərk eləmir. Mənbələrdəki İslam dini – biz azərilərin öləndən də
sonra ruhlarının göydə əbədi yaşaması üçün yaradılmış cənnət mənasındadır və bu
din bilavasitə biz azərbaycanlılara Allah tərəfindən əbədi verilmişdir. Bu gün
özünü İslam alimi adlandıranlar o dərəcədə savadsızdırlar ki, onlar bu cənnətin
mövcudluğuna belə şübhə ilə yanaşırlar. Filosoflarımız da əsl fəlsəfənin nə
olduğunu anlamırlar və heç bir qədim filosofun elminə izah verə bilmirlər. Bilmək
vacibdir ki, Əflatunun “Timey” əsərinə elmi izah verə bilməyən insan - filosof
adlandırıla bilməz. Mühiddin ibn Ərəbinin “Füsus-ül hikəm” əsərinə elmi izah
verə bilməyən alim – din alimi adlana bilməz. Mənbələrdə Xəzər dənizinin nəyə
görə okeanın yanında yerləşdirildiyinə izah verə bilməyən insan - tarix alimi
adını daşıya bilməz və s.
Erməni qəsbkarları bizim torpaqlarımızı alıblar və onları təbii
olaraq özümüzə düşmən hesab edirik. Lakin biz elmimizi gücləndirsək, yüksək
nailiyyətlərə sahib olub, sonda torpaqlarımızı qaytara bilərik. Həqiqəti gizlədən
savadsız alimlərin fəaliyyəti nəticəsində isə, azərbaycanlılar bir xalq kimi məhvə
doğru gedir ki, sonda qalan torpaqlarımızı da digər güclü dövlətlər bölüşəcəklər.
Belə olan halda sual oluna bilər ki, kim Azərbaycan xalqına daha çox ziyan vurur:
qaytarılması mümkün olan torpaqlarımızı almış ermənilər və ya qaytarılması
mümkün olmayan milli mənliyimizi məhvə aparan alimlərimiz?
Azərbaycan həqiqətlərinin üzə çıxmaması dünya elmini də süquta aparır
ki, bu da sonda təbiətin və insanların məhvi deməkdir. Çünki, həqiqi elmi Allah
yalnız Azər oğullarına vermişdir və yalnız bizlər qədim yazıların gizli mənalarını
dərk etmək qabiliyyətindəyik. Gizlində olan sirlər üzə çıxmayınca, Azərbaycan həqiqətləri
açılmayacaq. Bu isə cəhalətin təntənəsi və həqiqətin məhvi deməkdir. Müqəddəs
elimizin gələcəyi bu seçimdədir: Olum ya Ölüm.
Firudin
Gilar Bəg
Комментариев нет:
Отправить комментарий