Əhdi-Ətiqə görə, Axirətdə Allah Azərbaycanın yalançı
din və elm adamlarını amansızcasına qıracaq.
Firudin Gilar Bəg
Azərbaycan xalqının
gələcəyi haqqında söz demək üçün, onun keçmişini öyrənmək və onun dəqiq
xarakteristikasını bilmək lazımdır. Gələcəyi isə, Quran və digər qədim yazılara
görə Rəhman Allah Lövhi Məhfuzda yazaraq, hər şeyi əvvəlcədən müəyyənləşdirmişdir.
Məşhur sufi Əziz Əd-din Nəsəfinin “Zübdətül Həkaik” əsərinə görə, Allahın işi də,
əvvəlcədən yazdığı yazını həyata keçirməkdən ibarətdir (Sayt: http://www.upelsinka.com/Russian/text_zubdat.htm). Deməli,
əgər biz müəyyən xalq haqqında məlumatları bilsək, müqəddəs kitablara görə
gələcəkdə onu nələr gözlədiyini də öyrənə bilərik.
Bu gün məlumdur ki,
Azərbaycan xalqının əsasını Azəri türkləri təşkil edir ki, mənbələrdə bu
türklər – Oğuz bəgləri (bəy), bəg ərənlər və s. adlanırdı. Müqəddəs kitabımız
olan “Kitabi-Dədə Qorqud”da türk bəgləri – “ərənlərin əvrəni”, “Adəmilər əvrəni”
də adlandırılır ki, bu da “ərənlərin yəhudisi”, “Adəmin yəhudisi” mənasındadır
(“Kitabi - Dədə Qorqud”, B., 1988, səh. 49, 80). Bu kitaba görə, bəg ərənlər “Dünya
mənim” deyirmişlər və bu da onların - dünyanın sahibləri olması anlamındadır. Belə
çıxır ki, Azəri türk bəgləri, mənbələrdə yəhudi adlandırılan seçilmişlər
nəslidir və onların acdadları da dünyanın sahibləri olmuşlar.
Son dövrün
araşdırmalarından çıxan nəticəyə görə, ən qədim mənbələrdə seçilmişlər, yəni
yəhudilər dedikdə Xəzər türk bəgləri nəzərdə tutulurdu (А. Кестлер,
«Тринадцатое колено»). Erməni mənbələrində Xəzər sözü - Xazarapet (Xəzər-Yafət)
kimi də yazılır və digər yerdə bu sözün əvəzinə Azarapet, yəni Azər-Yafət sözü
istifadə olunur. Bu isə o deməkdir ki, Yafət nəsli olan Xəzər türk bəgləri elə
Azəri türk bəgləridir.
Quranda yəhudilər - İsrail
oğulları adlandırılır və burada açıq bildirilir ki, bu kitab, Allahın
aləmlərdən üstün yaratdığı İsrail oğullarına göndərilmişdir. Allah onlara
müdriklik, peyğəmbərlik və bərəkət vermişdir. Onlar elm və biliklərinə görə
seçilmişlər və varislər olaraq ucaldılmışlar (Quran 27:76,77, 45:16,
2:47,122,40, 44:32, 45:16, 6:165). Belə çıxır ki, Quran kitabı Azəri türk bəglərinə
göndərilmişdir və Allah bizim əcdadlarımızı aləmlərdən üstün tutmuşdur.
Mən, “Qurandakı İsrail
oğulları – Azəri türk bəyləridir” adlı məqaləmdə, qədim yəhudi seçilmişlərinin
bilavasitə Azəri türk bəgləri olmasını elmi cəhətdən sübut etmişəm (http://www.gilarbeg.com). Qədim
yəhudilərin indiki İzrail xalqı olmamasını mənbələr də sübut edir. Deyilənə
görə, Allah Musaya Tövratı verəndən sonra dedi: “İndi Tövratı İsrailə başa sal.
Musa: “Dünyanın hökmdarı, - mən onu onlar üçün yazaram” dedi. Allah isə: “Mən onlara onu yazılı vermək
istəmirəm, çünki bilirəm, gələcəkdə dünya xalqları yəhudilər üzərində ağalıq
edəcək, onların Tövratını əlindən alacaq və onlara nifrət edəcəklər” (Е.
Айзенберг, «Что такое Тора», Иерусалим, 1985, səh. 58). Bu gün dünyanın
əsl sahibləri indiki yəhudilərdir. Bu o deməkdir ki, Musanın yəhudiləri, bu gün
nifrət edilən, Tövrat kitabı əlindən alınan və hamının, üzərində ağalıq etdiyi
Azəri türk bəgləridir.
Yazdıqlarımdan
çıxan nəticə odur ki, Azərbaycan adlanan ölkə, qədim mənbələrdə İzrail (İsrail)
kimi qeyd olunan Azər-Elidir. Bu elin qədim ərazisi isə Savalan dağı ilə Xəzər
dənizi arasındakı ərazidir. Hər bir samitin bir rəmz olduğu sufizmdə İzrail [ZRL]
rəmzi ilə Azər-Eli [ZRL] rəmzi eyni mənalı rəmzlərdir. Mənbələrdə Azər adı - Assur,
Aşşur, Əsər və s. kimi də yazılırdı. Misir mətnlərində isə Azər rəmzi -
Oziri/Usiri (Osiris) Allahı mənasında, ölümsüzlər nəslinə aid edilirdi.
Araşdırıcılar
Xazarapet (“Hazarapati”) rəmzini də, sözlərin etimologiyasına görə “minlərlə ölməz” kimi mənalandırırlar (Р.
Фрай, «Наследие Ирана», М., 1972, səh. 139). Əgər nəzərə alsaq ki, mənbələrdə
ölümsüz deyəndə, Xəzər [XZR] rəmzi ilə eyni formada yazılan Xızır [XZR] nəzərdə
tutulur, razılaşarıq ki, Azəri türk bəgləri ölümsüz Xızır peyğəmbərin, yəni
qədim Misirin Oziri (Azər/Osiris) Allahının törəmələridir. Çünki qədim Misir
mənbələrinə görə, yalnız Oziri-Osiris Allahının nəsli ölümsüz hesab olunurdu.
Bu gün Azərbaycanda
yaşayan türk bəyləri, seyidlər, şıxlar və s. müqəddəslər nəslinin nümayəndələri
qeyd edirlər ki, onlar adi insan deyillər, çünki onlar “Allah nurundan”
yaranmışlar. Bu müqəddəslər haqqındakı deyimlərin birində isə bildirilir: “Avam
(yəni adi insan) doyunca yeyər, molla ölüncə yeyər, seyid öləndən sonra da
yeyər”. Seyidin öləndən sonra da yeməsi, onun ruhunun, bədənin fiziki ölümündən
sonra da yaşaması deməkdir. Belə çıxır ki, seyid, bəg, şıx və s.
adlandırdığımız Azəri müqəddəsləri - qədim Misirin ölməz Oziri-Osiris Allahının
törəmələridir. Mənbələrdə batinilər kimi də qeyd olunan bu insanların eyni
zamanda məlahilər, mülhidlər adlandırılması, onların ölümsüz mələklər nəsli
olması deməkdir.
Quranda,
İbrahim peyğəmbərin atası Azər, büt düzəldib, onlara can verən Allah kimi qeyd
olunur (Quran, 6:74). Yunan mifologiyasında bu obrazda göydən ilahi od gətirən Yafət
oğlu Prometey (Pir-Midiya) göstərilir ki, o da insan düzəldib, Allahın ona ruh
verməsini xahiş edir. Bu isə o deməkdir ki, Azərilər, adi insanları öz əlləri
ilə yaratmış müqəddəslər nəslidir. Mən, “Allah - türkləri, оnlar isə insanı
yaratdılar” adlı məqaləmdə göstərmişəm ki, Allah iki növ insan yaratmışdır və
bunların da ilkini qədim Misirin Oziri, yəni Azər Allahının nəslidir.
Oziri (Osiris)
haqqındakı qədim Misir rəvayətinə görə, ilk olaraq Oziri (Azər) dünyaya hakim
kimi gəlir və insanları heyvan səviyyəsindən çıxarıb, onlara buğda əkməyi,
şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik qardaşı Set ona həsəd
apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Ozirinin arvadı İsida isə,
oğlu Qorla yenidən Oziri Allahını dirildir və o əvvəlki kimi dünyaya hakimlik
etməyə başlayır. Mənbələrdə Ozirinin ölümü axirətlə əlaqələndirilir ki, onun
yenidən dirilməyi də, axirətdən sonrakı həyata aid edilir.
Bu gün Azəri
müqəddəsləri öz əvvəlki qüdrətlərini itirmişlər və əvvəlki kimi sözlə təbiətə
və canlılara təsir edə bilmirlər. Müqəddəslərin Cəddlərinin gücünün itməsi ilə
eyni zamanda Azəri xalqı da bir xalq kimi məhvə doğru getməkdədir.
Axirət haqqında ən dəqiq məlumatlar verən peyğəmbərlərdən olan İsay (Yeşay),
Azər-Eli, yəni İzrail haqqında yazır: “Yer-göy qulaq as, çünki Allah deyir: Mən
oğul böyüdüb ucaltmışam, onlar isə mənim üzümə ağ olublar. Camış da, uzunqulaq
da öz yiyəsini tanıyır. İzrail (Azər-Eli) məni tanımır, mənim xalqım
ağıllanmır... Əfsus, haqsızlığa düçar olmuş günahkar xalqım Allahdan dönüb geri
qayıdıbdır. Sizin tərsliyinizə görə, daha nədən ötrü sizi döyüm. Sizin
başınızdan tutmuş bütün bədəninizdə salamat yer yoxdur. Torpaqlarınız
boşaldılıb, şəhərləriniz odla yandırılıb, sahələrinizi gözünüz qarşısında
özgələri yeyir və s.” (Библия, Исая.1:2-7). Aydın məsələdir ki, burada söhbət
Azəri türk bəglərinin torpaqlarından gedir. İndiki İzrail özü fələstinlilərin
torpaqlarını alıb və bu yazıları onlara şamil etmək qeyri mümkündür.
İsay yazır: “O
zaman yeniyetmə, uşaqlar hökmranlıq edəcək. Xalq içində biri digərinə, hərə öz
yaxınına zalımlıq edəcək, cavan həyasızcasına qocadan, adi adam kübardan üstünlüyünü
göstərəcək... Qaranlıqda gəzən xalq, böyük işıq görəcək, ölüm kölgəsində
yaşayanlar üçün işıq parlayacaq. Xalqı ölümə apardığı üçün, kasıb, yetim və
dullara rəhm etmədiklərinə, yalan danışdıqlarına görə, Allahın qəzəbi və əli
ilə, Allah İzrailin (indiki Azər-Elinin) baş və quyruğunu kəsdiyi kimi, günahkarları
və yalançı elm, din xadimlərini məhv edəcək…
Budur, Allah torpaqları boşaldır, onu bərəkətsiz edir, onun görkəmini
dəyişir və onun üzərində yaşayanları dağıdır. Xalqın başına nə gələcəksə din
adamının da, qulun da, ağanın da, satanların, alanların da və s. hamısının
başına o gələcəkdir. Axırda torpaq boşaldılacaq, talan ediləcək. Çünki Allah bu
sözü demişdir. Torpaq məyus olub şikayətlənir, kainat məyus olmuşdur. Torpağın xalqlarının
yüksəlmişləri əyilmişlər. Torpaq, üzərində yaşayanlar tərəfindən
murdarlanmışdır, çünki onlar qanunu aşmışlar, nizamnaməni dəyişmiş, əbədi
vəsiyyəti pozmuşlar. Ona görə də qarğış torpağı yeyir, üzərində yaşayanlar
cəzalandırılır: torpağın əhalisi yandırılmış və az adam qalmışdır.
Şənlənənlərin səs-küyü yox olmuş, hər şey sakitləşmişdir. İçki acılaşmışdır,
artıq mahnı ilə içki içilmir. Boşalmış şəhər dağılmışdır, bütün evlər bağlıdır.
Küçədə günahkarlar üçün ağlayırlar, hər bir şənlik qəmlidir, torpağın bütün
şənliyi qovulmuşdur. Şəhər boş qalmış, darvazalar aşmışdır. Torpağın ortasında
xalqlar içində isə, üzümlüyü budayandan sonra nə qalırsa elə olacaqdır. Onlar
öz səslərini qaldıracaq və Allahın böyüklüyünə sevinəcəklər. O vaxt günahkarlar
üçün dəhşət, quyu və kəndir olacaq. Qorxudan qaçanlar quyuya düşəcəklər,
quyudan çıxanlar isə kəndirdən asılacaqlar, çünki Göyün pəncərəsi açılacaq və
yerin özəyi titrəyəcək. Yer devriləcək, yer dağılacaq, yer dəhşətə gələcək. O
gün olacaq ki, təntənəli hərb Allahı yuxarıda, yerdə yer şahlarına baş çəkəcək.
Onlar məhbuslar kimi, bir yerə yığılıb zirzəmiyə salınacaq və bir çox günlər
sonra cəzalandırılacaqlar” (Библия,
Исая.3:4-25, 24).
Göründüyü
kimi İsayın kitabında Azərbaycanda baş verənlər və axirətdə olacaq hadisələr
çox dəqiqliklə və geniş şərh olunur. Lakin söhbət bundadır ki, məşhur sufi
Mühiddin İbn Ərəbinin dediyi kimi, müasir insanlar o dərəcədə inamsız və məntiqsizdirlər
ki, oxuduqları kitablardan düzgün nəticə çıxara bilmirlər. Bu insanlar
ata-babalarımızı avam və savadsız hesab edir, izahı verilməmiş milyonlarla
ədəbiyyatı da cəfəngiyyat sayırlar.
Maraqlı təzad
əmələ gəlir. Bir tərəfdə, adi insanları məntiqsiz və avam sayan bütün qədim müdriklər, digər tərəfdə isə
özlərini ağıllı, qədim insanları isə axmaq hesab edən müasir alimlər durur. Kimin
haqlı olduğunu təbii ki zaman göstərəcək.
Ağıllı insan
bütün faktorları, o cümlədən, müqəddəs kitablarda yazılanları da nəzərə alaraq,
Allahın qanunlarını pozmaqdan çəkinər, günah az işlədər və tez də onun əvəzini
vermək üçün tədbirlər görərdi. Əfsus ki, günahı mənasız şey sayan bizim elm və
din adamlarımız Allah faktorunu qətiyyən nəzərə almadılar. Qurana görə Allah
insanları, Ona xidmət etmək üçün yaratmışdır (Quran, 51:56). Bu elm adamları isə
elə hesab etdilər ki, Allah və onunla bağlı yazılar, bu insanların varlanmaları
üçündür. Atalar sözlərinin birində deyilir: “Sən saydığını say, gör Fələk nə
sayır”. Fələk isə əvvəlcədən baş verəcək hadisələri Lövhi Məhfuzda yazmışdır və
onu heç kim dəyişə bilməz.
Mən qədim müdriklərin
bu qorxulu proqnozlarını yazmaya da bilərdim. Lakin bilə-bilə ki, Allahın
qəzəbi çox yaxın zamanlarda yalançı elm adamlarını məhv edəcək, seyrçi qalmaq
istəmədim. Qədim yazıların gizli mənalarını, yəni Batin (Ledun) elmini bilən
tədqiqatçı kimi bu insanlara əvvəlcədən xəbərdarlıq etməyi özümə borc bildim. Bu
- zarafat, onları qorxutmaq üçün deyilən yalan sözlər deyil. Bunlar əvvəlcədən yazılmış
və həyata keçəcəyinə heç şübhə olmayan acı həqiqətlərdir. Mən, Allahın göydə
yaratdığı “Dünya”nın yaranış prosesinin texnologiyasını və axirətdə bu Osiris
dünyasının sonunun necə olacağını, onun yerinə yeni Qeyb aləminin necə əmələ
gələcəyini bilən sufi kimi yazdıqlarımı tam məsuliyyətimlə təsdiqləyirəm. Nə
qədər ki vaxt var, günahkarlar günahlarını yusunlar. Göyün qapıları açıldığı
gün hər şey gec olacaq və 120000 Əzrail Löhvi Məhfuzda yazılanları qısa
müddətdə həyata keçirəcək.
Quran bu
haqda yazır: “Aralarında səni dinləyənlər də vardır. Lakin bizi anlamasınlar
deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar
istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına
gəldikdə səninlə mübahisə edirlər və “Bu, keçmiş insanların əfsanələrindən
başqa bir şey deyildir”– deyərlər”... (De:)
“Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim onları görsə, xeyri
onun özünə olacaq. Kim korluq etsə, zərəri də onun özünə olacaq. Mən sizin
üstünüzdə gözətçi deyiləm” (Quran, 6:25,104).
Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi
olduğum “Batini-Quran” kitabında verilmişdir.
Firudin Gilar Bəg
Комментариев нет:
Отправить комментарий