воскресенье, 15 июля 2012 г.

Hz. İsa – Azəri türklərinin Gilar bəgidir



Batin elminə görə, bütün dinlər və ümumiyyətlə bütün inkişaf bir yerdən, qədim Misir abidələrində Geliopol, yəni Gel şəhəri adlanan şəhərdən başlamışdır. Məhz burada qədim Misirin ilk piri Amon (firon Əman), sufizmin tərikə yolu ilə ilkin materiyanın qanunlarını dərk etmiş və bu substansiyadan göydə Ra günəş diski yaratmışdır. Özü fiziki öldükdən sonra onun ruhu göyə qalxaraq Ra günəşi ilə birləşmiş və İslamın Rəhman adlandırdığı Ra-Amon Allahına çevrilmişdir. Qədim Misirin bütün tilsim və sehrləri Geliopol kahinlari tərəfindən tərtib olunmuşdur. Məhz bu Gel eli qədim mənbələrdə yəhudi, xristian, müsəlman və s. peyğəmbərlərinin də vətəni sayılır.
Ra-Amon Allahının köməkçiləri olan və o zamanlar teurq adlanan türk maqları, Onun başçılığı ilə - teurqiya, yəni Allahyaratma mərasimi keçirmiş və göydə, bütün varlıqları əhatə edən Atum Allahını yaratmışlar. Məşhur sufi Mühiddin İbn Ərəbi Atum Allahını - Kamil İnsan və Adəm adlandırır. Digər sufi Əl Qəzali isə bu Kamil İnsanı Məhəmməd peyğəmbər kimi təsvir edir və Kosmik qüvvə sayır. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Məhəmməd peyğəmbərin axirətdə yenidən dirilməsini xristian mənbələri də təsdiq edir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər, qədim Misir yazılarında axirətdə gələcək Ay obrazı ilə bağlıdır.
Qədim Misir fironu (pir) Amon, Ra günəşi ilə eyni zamanda Ay rəmzli obraz da yaratmışdır ki, bu da axirətdə Ra-Amon (Rəhman) Allahının yerinə keçəcək Mehdinin (Rəhim) obrazıdır. Rəvayətlərdə bu hadisə, dünyaya şah kimi gəlmiş Usiri (Oziri/Osiris) Allahının axirətə yaxın qardaşı Set tərəfindən öldürülməsi, axirətdə isə Usirinin oğlu Qor (Horos) tərəfindən yenidən dirilməsi kimi qeyd olunur. Deməli, Mehdi obrazı öz mənbəyini qədim Misirin Qor haqqındakı rəvayətindən götürür ki, biz də Mehdi ilə bağlı bütün yazıları, Misir yazıları izah etməliyik.
Qədim misirlilərin “Ölüm şahlığı Duatda olanlar” (“Amduat kitabı”) kitabında, axirətdə baş verəcək bu hadisə, 12 saat ərzində qoca Günəşin yerinə, kitabda «gecə Günəşi» (Ay mənasında) adlandırılan və “Gizlində olan” cavan Günəşin keçməsi kimi göstərilir. Burada “Gizlində olan” cavan Günəş eyni zamanda “möhür gözləyən evin gözətçisi” - Nu-Oziri (Nu-Osiris) adlandırılır və bu da Nu şəhərində olan Oziri, yəni Osiris Allahı deməkdir. Nu (İunu) şəhəri Qədim Misir mənbələrində Gel şəhərinin digər adı sayılır və mənbələrdən məlumdur ki, Usiri Allahının bədəni burada uyuyur. Deməli, Usiri Allahının dirilməsi, yəni Mehdinin gəlişi də Gel elində olmalıdır.
Mehdinin çıxışı prosesi “Amduat kitabı”nda çox mürəkkəb bir ritual kimi təsvir edilir ki, buradakı Allah “Torpağı möhürləyərək” Mehdinin gəlişinə qədər ona nəzarət edir. Axirətdə gəlməli olan Mehdi özü burada Möhür rolunu oynayır və Allah, ölüm şahlığına düşən Mehdiyə Qeyb dünyasının torpaqlarını əbədi bağışlayır.   
Məşhur sufi Mühiddin İbn Ərəbi möhürlənmiş bu xəzinəni Varis adlandırır. Digər yerdə isə İbn Ərəbi, Məhəmməd peyğəmbəri - “peyğəmbərlərin möhürü” kimi qeyd edir ki, bu da axirətdə Ra-Amon Allahın yerinə məhz onun keçəcəyi deməkdir. Məhəmməd peyğəmbərə aid olan Əhməd [(H)MD] rəmzi də, hər bir samitin bir rəmz olduğu sufizmdə Mehdi [M(H)D] rəmzi ilə eyni mənalıdır. Sufizmdə Allah, yəni ilkin materiya mənasında olan “Hu” rəmzi, yalnız ekstaz (şamanlıqda qamlıq vəziyyəti) vəziyyətində göründüyü üçün bu rəmz mənbələrdə bəzən yazılmır. Bu isə o deməkdir ki, axirətdə gələcək və “Gizlində olan” obraz - elə Məhəmməd peyğəmbərdir. Əhməd və Mehdi rəmzlərinin kökü olan “MD” rəmzi sufizmdə Adəm kimi də oxunur və bu da axirətdə diriləcək Atum Allahı mənasındadır. Təbii ki bu təvil, yeddi qata malik Batin (Ledun) elminin bir qatının mənasıdır. Mən, müəllifi olduğum “Batini-Quran” kitabında bütün bunlara geniş elmi izah vermişəm.
Qədim Misir mənbələrində Mehdi obrazında qeyd olunan Nu-Oziri (Nu-Usiri) [N-ZR/N-SR] rəmzi, sufizmdə Nizar/Nazor/Nazar/Nasır [NZR/NSR] və s. rəmzlərlə eynidir. Yəhudi mənbələrində Oziri Allahının törəmələri olan teurq-türklər nazoreylər adlandırılır və Əhdi-Ətiqə görə onlar öz həyatlarını Allaha həsr etmiş müqəddəslər nəslidir. Xristian mənbələrində isə nazorey rəmzi nazaret/nasara kimi qeyd olunur və İsa peyğəmbərə şamil edilir. İslamda isə bu nazorey - nazaretlilər nizarilər kimi tanınır. Deməli, qədim Misirin Mehdi obrazı - yəhudi, xristian və islamda eyni adla - “NZR” (NSR) adı ilə çıxış edirlər.
İsmaili şiələri olan nizarilərdə - Nizar irqin fəxri sayılır və deyilənə görə o sağdır, lakin onu heç kim görə bilməz. O əbədi yaşayır və şahlıq edir. Bu isə o deməkdir ki, ismaili müqəddəsi olan Nizar - əbədiyaşar Xızır peyğəmbərin obrazıdır. Xızır rəmzi isə, mənbələrdə Azər rəmzi ilə əvəz olunan Xəzər rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, Nizar rəmzi altında qədim Misirin Nu şəhərində yaşayan Oziri, yəni Osiris Allahı gizlənir.
Xristianlıqda nazaretli (nasara) Hz. İsa yəhudi peyğəmbəri sayılır və bu gün artıq məlumdur ki, qədim mənbələrdə yəhudi, yəni seçilmiş dedikdə Xəzər türk bəyləri nəzərdə tutulur. Mən “Qurandakı İsrail oğulları – Azəri türk bəyləridir” adlı məqaləmdə Qurandakı İsrail oğullarının Azəri türkləri olduğunu göstərmişəm. Buradakı İsrail/İzrail rəmzi də Oziri/Usiri-Eli (Azər-Eli), yəni Osiris Allahının göydəki Eli mənasındadır. Qeyd etmək lazımdır ki, Məhəmməd peyğəmbərə aid edilən Rəsul [RS-L] rəmzi də, batin elmində Usiri-Eli [SR-L] kimi də oxunur ki, bu da Məhəmməd peyğəmbərin göydə yaradılmış Atum Allahı obrazında olması deməkdir. Deməli, İsa peyğəmbər Oziri teurqlarından, yəni Azəri türklərindən olmalıdır.
İsa adı yəhudi mənbələrində Yeşua kimi yazılır ki, bu da qədim Misir mənbələrində Şu Allahı kimi qeyd olunur və “Allah Ruhu” mənasında həm ilkin materiyanın “ruhu”nu və həm də pir Amonun ruhunu bildirir. İslamda isə Şu və Yeşua rəmzləri Şiə kimi qalmışdır. Deməli, Şiə nizariləri, Yeşua nazoreyləri və İsanın nazaretliləri, qədim Misirin Gel elinin teurq-türkləridir. Türk-teurqların göydə Allah yaratması haqqında mən – “Türk”, “Türkiyə” nə deməkdir? Ağlasığmaz həqiqətlər” adlı məqalədə məlumat vermişəm. 
Hz. İsaya şamil edilən Qaliley [QLL] rəmzi isə, sufilərin Xulul [XLL] adlandırdıqları və “Allahın təcəssümü”, “Allaha qovuşma”, “Allahla vəhdət” mənasında olan sufi rəmzidir. Bu rəmz sufizmin tərikə yolunun bəqa fazası ilə, yəni bəglik məqamı ilə eyni mənalıdır. Deməli, İsa peyğəmbəri ona görə Qalileyli (Cəlil) adlandırırlar ki, o Allahla, yəni həyatverici enerji mənasında olan ilkin materiya (“Hu”) ilə vəhdət təşkil (“Vəhdət əl Vücud” rəmzi) edir. Bu isə Ruh mənasında olan İsa peyğəmbərin, ilkin materiyadan Ra günəş diskini yaradaraq onunla birləşmiş “Ra-Amon Allahının Ruhu” obrazında olması deməkdir.
Bütün bunlar isə onu göstərir ki, Mehdi obrazı çox çətin dərk edilən obrazdır və onun gəlişi ölüm şahlığı ilə, yəni hansısa bir insanın öləndən sonra, onun ruhunun bu şahlıqda Günəşə çevrilməsi ilə bağlıdır. Deməli, Mehdinin gəlişi - “Ruh” mənasında olan İsadan sonra olmalıdır. İncilə görə də, İsanın Allah qismində göydən gəlişi, onun ölümündən sonra olmalıdır. İsa bütün dinlərin gizli mənalarını, yəni batini mənalarını açdıqdan sonra çarmıxa çəkilir və yalnız ölümündən 3 gün sonra gözəgörünməz Ruh kimi dirilir.
Digər tərəfdən, Qaliley [QLL] rəmzi sufizmdə Gel-Eli [GL-L] mənasını verir ki, bu da Misirin Geliopol şəhəri mənasındadır. İslamda Gel rəmzi Aqil (Akil) kimi məlumdur və Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə Əlinin qardaşı Aqilə [QL], yəni Gelə [GL] çatmış evdir. Belə çıxır ki, Məhəmməd peyğəmbər də Gel rəmzi ilə, yəni qədim Geliopol şəhəri ilə bağlıdır.
Şiəlikdə Gel eli, batiniliyə həyat vermiş Gelat (Qulat) nizarilərinin müqəddəs ocağı hesab olunur. Buradan isə belə nəticə çıxara bilərik ki, Gel (Gelat/Qulat) elinin batini türkləri, elə qədim Misir kahinləri olan və göydə Allah yaradan teurqlardır.
Tövratda da Gelat/Qulat [GLT/QLT] ismaililəri - Qalaad [QL-D] elinin əhli hesab olunur. Əhdi-Ətiqdə Qalaad - Allah üçün xüsusi yer sayılır və Allah, Qalaadı – “Mənim Qalaadım” adlandırır. Burada yaşayanlar isə - Allahın özünə qulluq üçün seçdiyi yəhudilərin Levit (İslamda Əl-Beyt) nəslidir və Tövratda Allah Levitləri - “Mənim Levitlərim” (Levit [LVT] - Əl-Beyt [LBT]) adlandırır. Bu isə o deməkdir ki, türk bəyləri həqiqətən də, Allahın Özünə qulluq üçün seçdiyi nazoreylər, yəni nizarilərdir.
Batin elmində seçilmiş dedikdə “biliyinə görə seçilmişlər“ nəzərdə tutulur ki, bu da Qurana görə İsrail oğullarıdır. İslamda biliyinə görə seçilmişlər - “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasındadır ki, bu Ev də Əl-Beytdir. Əgər nəzərə alsaq ki, biliyinə görə seçilmişlər dedikdə, Quranın gizli mənalarını bilən batinilər nəzərdə tutulur, razılaşarıq ki, Əl-Beyt elə qədim Misir kahinlərinin və nizarilərin Gel (Gelat/Qulat) elidir.
Çoxsaylı şiə müəllifləri, o cümlədən Xaydar Amoli və Kamal Kaşani, İoannın İncilinə əsaslanaraq axirətdə gələcək Mehdinin gəlişini Parakletin gözlənilən gəlişi kimi qəbul edirlər. Paraklet [PR-KLT] rəmzi - Pir-Kelat [PR-KLT] mənasındadır ki, bu da Gel eli olan Gelatın - fironların müqəddəs ocağı olması deməkdir. Rus mənbələrində nizarilərin Qulat [QLT] rəmzi - Kolyada [KLD] kimi yazılır və bildirilir ki, İsa Məsih məhz Kolyadadan çıxacaqdır. Kolyada [KLD] və Gelat [GLT] rəmzi ilə eyni mənalı olan Kleytodan [KLT] isə, Əflatuna görə, dəniz Allahı olan Poseydonun şahlar nəsli başlanır və bu nəsil atlantidalıların nəslidir. Əgər nəzərə alsaq ki, Heraklın şahlar nəsli olan sak-skiflər də Gel elindən başlanır, razılaşarıq ki, “biliyinə görə seçilmişlər” nəsli eyni zamanda qədim dünya şahlarının nəslidir.
Mənbələrdə Hz. İsanın gizli elmi bilməsi və elmi ilə “qaranlığa nur saçması” onu göstərir ki, o bilavasitə batini türklərdən olmalıdır. Qurana görə də İsa müdrikliklə gəlmişdir ki, insanların mübahisələrinə səbəb olanları izah etsin. Qədim Misir yazılarında da, İsa peyğəmbərə aid edilən Xoris (Xristos rəmzi) rəmzi “Bakxoris” kimi yazılır ki, bu da Bəg-Xris, yəni sufizmin “Bəqa səviyyəsinə yüksəlmiş Xristos” mənasındadır. Bakxorisin müdrikliyi haqqında qədim mənbələrdə rəvayətlər danışılır və bu da İsa obrazının batin elminə sahib olması deməkdir.
Tədqiqatlar göstərir ki, xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə imam Əli ilə əvəz edilir. Şiələrin Əli-Allahi təriqətində də Əlini Allah kimi qəbul edirlər. Quranda imam Əlinin adı çəkilmir, əvəzində isə Məryəm oğlu İsanın adına bir neçə dəfə rast gəlinir. Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə Hz. İsanı – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir. İbn Ərəbi, varis rəmzi altında, Allahın “Ol!” əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Ol!” əmri ilə yaratmışdır. Hədislərə görə də Məhəmməd peyğəmbər yalnız Məryəm oğlu İsanı özünə yaxın hesab edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı - imam Əli kimi qəbul edir. Bu isə o deməkdir ki, axirətdə, imam Əli ilə eyni obrazda çıxış edən İsa, yəni İisus Xristos gəlməlidir.
Şiəlikdə qədim sirləri bilən Allah obrazı imam Əlinin obrazıdır. Şiə imamı Allahın yerdəki nümayəndəsi, Onun qapısı, ilahi sirlərin varisidir və yalnız onun vasitəsi ilə Allaha yaxınlaşmaq mümkündür. Dördüncü imamın sözlərinə görə - “Allahın dərki – İmamın dərkidir”, “Öz İmamını tanımadan ölən, cahil olaraq ölmüşdür”. Mənbələrə görə ilahi sirləri bilən Məhəmməd peyğəmbər, onları yalnız Əliyə açmışdır. Peyğəmbər demişdir: “Mən elm şəhəri, Əli isə onun qapısıdır. Hər kim bu elmə sahib olmaq istəyirsə, bu qapıdan keçməlidir”. Bu isə o deməkdir ki, imam Əli obrazı da, İsa peyğəmbər kimi axirətdə gələn Mehdinin obrazlarıdır.
Mühiddin ibn Ərəbiyə görə, İslam dini Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. Ərəbi bildirir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da Dinin göydəki El mənasında olmasını bildirir. Deməli, Ərəbiyə görə Din rəmzi göydəki El anlamındadır və bu Eli Allah, İsrailin yəhudi peyğəmbərləri olan İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Qeyd etmək lazımdır ki, ilk şiəlik də Qurana görə Nuh və İbrahim peyğəmbərdən başlanır. El [L] rəmzinin Əli [L] rəmzi ilə eyni məna verməsi o deməkdir ki, axirətdə göydə yaradılacaq El vilayəti - elə Əlinin, yəni Mehdinin zühuru mənasındadır.
Yazdığımız kimi İbn Ərəbiyə görə, Allah İslam dinini İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Tövrata görə isə Allah, İbrahim, Yaqub və onların törəmələrinə and içərək Xanaan (Knun) və Alban (Lbnun) torpaqlarını verir. Alban [LBN] rəmzinin sufizmdə Nəbi-Eli [NBL] kimi də oxunuşunu nəzərə alsaq razılaşarıq ki, Albaniya rəmzi altında peyğəmbərlərin göydəki Eli başa düşülməlidir.
Lakin tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi vərəsəliklə Gel-GelarKüninin Sisaka nəslindən “kiməsə” əbədi olaraq verilmişdir. Belə çıxır ki, mənbələrdə İbrahim və Yaqub oğulları dedikdə, Gelar türk bəyləri (Bəg) nəzərdə tutulmalıdır və İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinə verilmişdir.
Burada qeyd olunan “kiməsə” sözü, axirətdə Gelar türklərindən çıxacaq və batini sirləri bilən insan mənasındadır ki, o sirləri bildiyi üçün “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasında “Əhli-Beyt” üzvü sayılacaq. Əhli-Beytin üzvü olan şiə imamı Əli adının, Albaniyanın digər adı olan Alu rəmzi ilə eyniliyi onu göstərir ki, Mehdini göydəki zühuru burada, yəni Gel elində baş verməlidir.    
Qeyd etmək lazımdır ki, Albaniya dedikdə - Geliopol göylərində teurqiya vasitəsi ilə yaradılmış Yuxarı Misir ölkəsi nəzərdə tutulmalıdır. Biz bilirik ki, Geliopol şəhəri Aşağı və Yuxarı hissələrə bölünürdü ki, mənbələrdə Atum Allahı «Geliopolun iki torpağının sahibi» adlanırdı. Deməli, Albaniya - Yuxarı Misir ölkəsi, Knun, yəni Xanaan isə Aşağa Misir ölkəsi mənasındadır. Bu iki ölkənin tacının sahibi isə mənbələrdə “İki dünyanın sahibi” adlandırılırdı. Əgər nəzərə alsaq ki, Məhəmməd peyğəmbər də mənbələrdə “İki dünyanın sahibi” adlandırılırdı, qəbul edərik ki, peyğəmbərimiz həqiqətən də Gel elində yaradılmış və axirətdə yenidən yaranacaq Atum Allahının, yəni Adəmin obrazıdır.
Bu gün Azərbaycan adlanan ərazisində yaşayan batini-nizarilər – mənbələrdə “məlahi” və “mülhid”lər adlandırılır ki, bu da “mələk” və “mələklər ölkəsi” olan “Mələküt dünyası” deməkdir. Batinilərin mənbələrdə mələk adlandırılması, onların ölümsüzlər nəsli olması deməkdir. Qədim Misir mənbələrində Qor Allahının nəsli – “Qor yoluyla gedənlər” adlandırılır və mətnlərə görə bu insanlar ölmür, sadəcə qanad geyərək cənnətə uçurlar. Rəvayətə görə, Hz. Məhəmməd, yəhudi, xristian və müsəlmanların yetmişdən çox olan təriqətlərinin yalnız birinin Cənnətə, qalanlarının isə Cəhənnəmə düşəcəklərini bildirmişdi. Bu bir təriqət isə - yəhudi, xristian və müsəlmanların nazorey, nazaret və nizari adlandırdığı, mənbələrdə Gel, Gelat (Qulat/Xalda/Kolyada/Kleyto/Kelt və s.) kimi də qeyd olunan Gelar bəylərinin batini təriqətidir.
Bütün bunlar o deməkdir ki, gözlənilən Hz. İsa, heç də adi insan yox, qədim peyğəmbərlər və şahlar nəslinin nümayəndəsi olacaqdır. Bu nəsil isə mənbələrdə Gel, Gelat, indi isə Gelar adlanan məkanda yaşayan türk bəylərinin nəslidir. Qədim mənbələrdə Gilar adı - “Ölüb-dirilən Allah”ın (Osiris, Attis, Adonis, Tammuz, Kibela və s.) bayramına aid edilirdi. Hz. İsanın da “Ölüb-dirilən Allah” obrazında olmasını nəzərə alsaq, razılaşarıq ki, batini sirləri bilən bu türk bəyləri qədim padişahlar və peyğəmbərlər nəslinin törəmələridir.   
Bütün bunlar haqqında daha dəqiq məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabım və məqalələrimdə verilmişdir.

                                                                             Firudin Gilar Bəg



пятница, 13 июля 2012 г.

Həqiqi İslam hansıdır?


Mühiddin İbn Ərəbiyə görə İslamın da gizli - batini mənaları vardır
onu yalnız seçilmişlər anlaya bilər.

İnsan həyatında mühüm rol oynayan edən əsas meyarlardan biri də onun inamıdır. Yaradıcıya inam dinlərin yaranmasına səbəb olmuşdur və müxtəlif dinlərdə Yaradıcı Allah haqqında təsəvvürlər də müxtəlifdir. Bu məqalədə mən “din” sözünün əsl mahiyyətinin nədən ibarət olduğunu açmağa çalışacam.
Məşhur yazıçı və natiq Laktansiya (IV əsr.) “din” (lat. religio) sözünün - “bağlamaq”, “birləşmək” mənasında olan “religare” sözündən əmələ gəlməsini qeyd edir. Onun yazdıqlarına görə, Allah insanı ona görə yaratmışdır ki, Allaha lazımi səviyyədə, ədalətlə itaət etsin və yalnız Onu tanısın. İnsanın borcu - Allaha möminliklə bağlı və sadiq olmaq, haqq və həqiqi din prinsiplərinin yolu ilə getməkdir. Laktansiya bildirir ki, dinlər çoxdur və yalnız biri həqiqətdir. Bu həqiqi dini anlamaq üçün isə insani müdriklik azdır, İlahi müdrikliklə nurlanmaq lazımdır. İnsanlar yer həyatı ləzzətinin əsiri olduqları üçün, həqiqi dinin gücü yoxdur, o hər zaman zülm içində, yəni naməlumluqdadır (В. Костюк, “Учение Лактанция о религии”, http://vstrecha-mpda.ru/archive/01/uchenie_laktantsija_o_religii/).
Laktansiyanın yazdıqları Quran və hədislərdə də qeyd olunur. Quranda da nəzərə çatdırılır ki, Allah cinləri və insanları yalnız Ona qulluq etmək üçün yaratmışdır (Quran 51:56). Deməli, insan heç də  təsadüfən və ya təkamül yolu ilə yaranmamışdır. Allah insanı, Ona itaət və xidmət etmək üçün xüsusi yaratmışdır.
Laktansiyaya görə, həqiqi dinin bir olması, digər dinlərin isə mənasız hesab edilməsi, peyğəmbərimizin ümmətinin 73 təriqətə bölünməsi ilə bağlı hədisi yada salır. Mənbələrə görə, Hz. Məhəmməd Rəsulullah buyurmuşdur: "Yəhudilər yetmiş bir təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç təriqətə bölünəcəkdir, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir". Cənnətə düşən təriqət haqqında soruşduqda isə Rəsulullah: "Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir" və ya "O, da camaatdır" demişdi.
Cənnətə düşəcək yeganə təriqəti təyin etmək üçün Qurana nəzər salmaq kifayətdir. Çünki Qurana görə Allah, günəşin çıxdığı yerdə yaşayan xüsusi seçilmişlər nəsli ilə özü arasında pərdə yaratmamışdır, yəni Allahin sirrini məhz onlar bilmişlər (Quran, 18:90). Mənbələrdə “batini” adlandırılan bu tayfanın adı onlara, Quranın gizli mənalarını dərk etdikləri üçün verilmişdir. İslam ezoteriklərinə görə bu şiə nizarilərinin icması - Allahın özü tərəfindən idarə olunur. Onların işıq (nur) haqqında yüksək təlimi Əflatun və ondan əvvəlki müdriklərin təliminə uyğundur. Mənbələrdə onları – “zamanı qabaqlayıb tam xoşbəxtliyə çatmış” Deyləm türkləri də adlandırırlar.
Xristian mənbələrində bu şiə nizariləri (ənsarilər) - nazaretli (nasara), yəni İsa peyğəmbərin eli kimi qeyd edirlər. İsaya şamil edilən Qaliley (Cəlil) rəmzi isə, sufilərin Xulul [XLL] adlandırdıqları və “Allahın təcəssümü”, “Allaha qovuşma”, “Allahla vəhdət” mənasında olan sufilərin “Vəhdət əl Vücud” rəmzdir. Bu rəmz eyni zamanda Laktansiyanın qeyd etdiyi “din” (lat. religio) sözünün - “bağlamaq”, “birləşmək” mənasında olan “religare” sözü ilə eynidir və “Allahla vəhdəti”, “Allaha bağlılıq” mənasında ilkin materiya ilə vəhdəti bildirir. Batin elmində “din” mənasında olan “religio” [RLG] rəmzi eyni zamanda Gilar [RLG] kimi də oxunur ki, bu da Qalil/Xulul rəmzi kimi Gel eli mənasındadır. Bu və bununla bağlı digər rəmzlərin izahı – müəllifi olduğum “Bütün dinlər birdir” adlı məqalədə geniş izah olunur.
İsa peyğəmbərin yəhudi hesab edilməsi o deməkdir ki, O - mənbələrdə ifrat şiələr adlandırılan Xəzər türklərinin Gel (Qulat) bəgləri nəslindəndir. Çünki, bütün mənbələrdə yəhudi, yəni “biliyinə görə seçilmişlər“ dedikdə, Xəzər türk xaqanı və bəglər (bəy) nəzərdə tutulur. İslamda “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü dedikdə də məhz bu Evdən olan əhli-Beyt başa düşülməlidir. Bu Ev isə ismaili-nizarilərin Qulat (Gel) Evidir ki, Tövratda bu ismaililər - Qalaad elinin əhli hesab olunur. Əhdi-Ətiqdə Qalaad - Allah üçün xüsusi yer sayılır və Allah Qalaadı – “Mənim Qalaadım”adlandırır (Библ. Пс. 59:9). Burada yaşayanlar isə - Allahın özünə qulluq üçün seçdiyi yəhudilərin Levit nəslidir və Tövratda Allah Levitləri - “Mənim Levitlərim” adlandırır.
Batin (Ledun/Sufizm) elmində Levit [LVT] rəmzi - Məhəmməd peyğəmbər, Əli və ailəsi mənasında olan Əl-Beyt [L-BT] rəmzi ilə eynidir. Bu isə o deməkdir ki, Quranda İsrail oğulları adlandırılan yəhudi seçilmişləri – müsəlman şiələrin türk bəglərinin nəslidir. Müsəlman, xristian və yəhudilərin cənnətə düşəcək təriqət əhli də məhz ismaili-nizari batiniləridir. Mən “Batini-Quran” kitabında və məqalələrimdə bütün bu rəmzlərin tam elmi izahını vermişəm və göstərmişəm ki, batinilərin Gel Evi qədim Misir mənbələrində, Allahın “Dünya”nı yaratmağa başladığı Gel şəhəridir (Geliopol). İslamda Rəhman, qədim Misirdə isə Ra-Əman (Ra-Amon) adlandırılan Allah da məhz buradan ərşə yüksəlib, ona hakim olmuşdur. Firon Əmanın ruhu mənasında olan Şu Allahı isə yəhudi və xristianlarda Yeşua, yəni İsa kimi, İslamda isə Şiə kimi qalmışdır. Deməli ifrat şiələr, Rəhman Allahın ruhunu daşıyan müqəddəslər nəslidir və bu batini nizarilər, xristianlıqda İsanın Nazaret (nasara) eli, yəhudilərdə isə həyatlarını Allaha həsr etmiş nazoreylər kimi qeyd olunurlar.
Qeyd etdiklərim - Quran və digər müqəddəs kitabların batini, yəni gizli mənalarıdır. Xüsusi olaraq bildirmək istərdim ki, dinlər müxtəlif olsa da bütün bu dinlərin batini, yəni gizli mənaları eynidir. Bu isə o deməkdir ki, batinilər təkcə Quranın yox, bütün digər dinlərin və ümumiyyətlə bütün qədim yazıların gizli, yəni həqiqi mənalarını anlayan türklər nəslidir. Təkcə onu qeyd etmək kifayətdir ki, İslamın sayılan alimlərindən olan Mühiddin ibn Ərəbiyə görə Quranı yalnız seçilmişlər dərk edə bilər. Adi insanları isə Ərəbi - “təbiət və şəhvət idarə edən, zəif ağılda olan, məntiqsiz” sayır və “heyvani insan” adlandırır. Eyni fikri yəhudi və xristian alimləri də qeyd edirlər. XVI əsrdə yaşamış Varmiya yepiskopu, kardinal Qozi də Əhdi-Cədidə (Mf.7:6) əsaslanaraq demişdir: «Əhdi-Ətiqi xalqa oxumağa vermək – müqəddəs şeyi itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir». Deməli, dinlərin gizli, yəni batini mənaları, adi mənalarından tam fərqli olan elmdir. Bu elmdə hər bir rəmz xüsusi məna ifadə edir və onu anlamaq üçün qədim sirləri bilmək vacibdir. Mən İslamın bəzi rəmzlərinin zahirlə batini mənalarının müqayisəsini verməklə, insanlarda İslamın və digər dinlərin həqiqi mənaları haqqında təsəvvür yaratmaq istərdim.
Bildiyimiz kimi, İslam dinin banisi olan Məhəmməd peyğəmbər adi insan kimi qəbul edilmişdir. Ledun, yəni Batin elmində isə Məhəmməd rəmzi – “Midiya maqı” (mediumu), “Qamlıq vəziyyətində olan Adəm”, “axirətdən sonrakı Dünya”, “insan ruhunun ilkin materiya ilə vəhdəti” və s. çoxlu mənalar verir. Bütün bu rəmzləri birləşdirdikdə və sadə dildə ifadə etdikdə, Məhəmməd rəmzi – “göydə dirilik suyundan yaradılmış ruhlar dünyası və onu idarə edən insanın ruhu” mənasını verər. Deməli, batinilərdə Hz. Məhəmməd - dünyanı idarə edən Allahın ruhudur.
Peyğəmbər rəmzi adi mənada “Allahın elçisi” kimi qəbul edilmişdir ki, heç bir İslam alimi Allah rəmzi altında kimin və ya nəyin nəzərdə tutulduğunu, onun elçisinin işinin nədən ibarət olduğunu izah edə bilməz. Batin elmində isə peyğəmbər rəmzi altında - “göylərdə ölümsüzlük qazanmış müqəddəsin ruhu” fikri başa düşülür ki, bunlar firon Əmanın (Amon) və onun yaratdıqları 124 min ölümsüz müqəddəsin ruhudur. Bu ölməzlər nəsli mənbələrdə (120 min) mühacirlər, yəni məkkəlilər adlandırılırlar və Batin elmində bu rəmz altında Maqoqlar (Məcuc) nəzərdə tutulur. Maqoq rəmzi həm maq, yəni medium və həm də Qoq, yəni Haq (Allah) mənasında qədim Misir Allahlarına aiddir.
İslamın bu məntiqlə təvili, təbii ki müasir din alimlərinin qəbul edə bilməyəcəyi məntiqdir. Mən isə bu alimlərin yadına, peyğəmbərimizin silahdaşlarından olan Abdulla ibn Abbasın kütlə qarşısında dediyi sözü salmaq istərdim: “Əgər mən Quranın (65:12) bu ayəsinin peyğəmbərdən eşitdiyim izahını söyləsəm, siz məni daş-qalaq edərsiniz”. Bu o deməkdir ki, Quranın batini mənasını yalnız hazırlıqlı insanlara söyləmək olar və təsadüfi deyil ki, xristian müdrikləri bu sirləri açmazdan əvvəl, bu sirrin gizli saxlanılması ilə bağlı onun xüsusi tələblərini çatdırırdı: «Göz görməyən, qulaq eşitməyən, ürəyə dammayan və hamıdan uca olan böyük səadəti bilmək istəyirsənsə, bu təlimin gizli saxlanmasına and iç».
 İslamın əsas rəmzi – “Allah birdir və Məhəmməd onun rəsuludur” ifadəsidir ki, bu da zahiri mənada - naməlum yaradıcının bir olması, onun göndərdiyi elçinin isə Məhəmməd adlı bir insanın olması deməkdir. Batin elmində isə bu ifadə - “kosmik sistemi əhatə edən ilkin materiyanın vahid yaradıcı enerji olması, onun daxilində isə yer kürəsini əhatə edən və Adəm (qədim Misirin Atum Allahı, Edem) formasında ruhlar “Dünya”sının yaradılması” deməkdir. Bu “Dünya”nı idarə edən isə Midiyadan olan firon Amonun ruhudur. Kosmosun sirlərini, onu əhatə edən ilkin materiyanın qanunlarını bilməyən və onu dərk etmək qüdrətində olmayan insanlara bu fikri çatdırmaq çətin məsələdir. Ona görə də sufi müdrikləri, Rəhman Allahın gördüyü işləri rəmzlərə çevirərək, onu adi insanların dərketmə qabiliyyətinə uyğun formaya salmış və bu obrazı Məhəmməd peyğəmbər kimi təqdim etmişlər.
Riyazi məntiqi olan istənilən insan bilir ki, heç vaxt, heç kim - möcüzə göstərmək qabiliyyəti olmayan və sadəcə “Allah birdir və Mən də Onun elçisiyəm” deyən adi insanın dalınca getməz və əksinə onu ruhi xəstə kimi qəbul edərlər. Məhəmməd peyğəmbər isə müsəlmanlar üçün Allah səviyyəli bir varlıqdır. İstənilən bir iş gördükdə müsəlmanların “Ya Allah, Ya Məhəmməd, Ya Əli” deməsi, onların Məhəmməd peyğəmbərlə Əlini -Allah səviyyəsində tutması və ondan köməklik diləməsi mənasındadır. Xristianlar da bu mənada “Ata, Oğul və müqəddəs Ruhu” çağırırlar ki, bu də sufizmdə eyni mənalı rəmzlərdir. Bu isə o deməkdir ki, dinlərin batini və zahiri izahları, insanların qavrama qabiliyyətlərinə görə rəmzlər dilinə çevrilmişdir.
“İslam” rəmzi özü zahiri mənada sadəcə “din” deməkdirsə, batini mənada bu rəmz “İssi-Aləm”, yəni göydə Rəhman tərəfindən yaradılmış “Aləm”in “ruhu” deməkdir. Bu rəmz qədim Misir yazılaırnda “Şu Aləmi”, yəni “Şu Allahının ruhundakı Aləm” kimi mənalandırılırdı ki, mənbələrə görə Şu qalxaraq Nut göyünü Qeb torpağından ayırmış və göydə saxlamışdır. Quranda da (21:30-34) da Allahın göyü yerdən ayırması xüsusi nəzərə çatdırılır və bu hadisə ölümsüzlüklə əlaqələndirilir ki, bu da əməli-salehlərin ruhlarının bu göy aləmində ölümsüzlük qazanmasına işarədir.
Batin elində “İslam” rəmzi yəhudilərin Şelomo rəmzi kimi də oxunaraq, həm Süleyman peyğəmbər mənasında və həm də Yerusəlim mənasında qəbul edilir. Xristianlarda isə bu rəmz “İsa-Aləmi” fikrini ifadə edir ki, İsa rəmzi də “ruh” anlamındadır. “Aləm” sözü özü ən qədim mənbələrdə Elam dövlətinin adı kimi qeyd olunur və göydə yaradılmış ruhlar dünyası mənasındadır və s.
Müasir elm və texnikanın inkişafı heç də insanların ağlının inkişafı deyil. Heç kim fikirləşmir ki, 5500 illik insan tarixində nəyə görə elm inkişaf etməmiş və yalnız son iki yüz ildə birdən birə inkişaf etmişdir. Təbii ki bu, insan təfəkkürünün zəifliyi, insanın məntiqsizliyi ilə bağlıdır. İnsanlar elə başa düşülər ki, Ərəbistan səhrasında, adi kərtənkələ ətinin tapılmadığı bir yerdə, insanlar yüksək mədəniyyət yarada bilərlər. Sonra da, “Allah birdir, Mən də Allahın elçisiyəm” deyən adi bir insanın başçılığı ilə, Şumer-Akkad mədəniyyəti yaratmış və mənbələrdə “üçdə iki insan, üçdə bir Allah” adlandırılan müqəddəslərin dinlərini dəyişib, onlara İslamı qəbul etdirə bilərlər. Təbii ki buna yalnız elmi, təfəkkürü zəif olan insanlar inana bilər.
Məntiqin zəifliyinin nəticəsidir ki, insanlar bu gün Allahın adı ilə alver edir, bunun cəzasının olmayacağını düşünürlər. Onlar sözdə özlərini din, iman adamları kimi qələmə versələr də, bu adamları Allah və onun yaratdıqları yox, Allahın adından öz mənfəəti üçün istifadə düşündürür. Ona görə də heç kim həqiqi İslamı, yəni Batin elmini dərk etmək üçün çalışmır, savadsız insanlar üçün nəzərdə tutulmuş və hamının qəbul etdiyi zahiri məna ilə “yaxşı yaşamaq” üçün mübarizə aparırlar. Heç kimin ağlına belə gəlmir ki, hər şeyi görən və bilən bir Varlıq, bütün bu olacaqları əvvəlcədən bilmiş və “Lövhi-Məhfuz” adlı yazıda rəmzləndirmişdir. Onun bu günkü işi də məhz bu yazdıqlarının həyata keçirməkdir. İbn Ərəbi bunları “Füsus-ül Hikəm” adlı kitabında insanların nəzərlərinə çardırmışdır. Lakin bu günkü din xadimləri nə Ərəbini, nə Əflatunu, nə də digər müdriklərin yazılarının mənalarını dərk etmirlər. Onlar bu yazıları qədim insanların avamlığının təzahürü, Allahın adından öz xeyrinə istifadə üçün yazdıqlarını düşünürlər.
Quranda, zahiri mənanı üstün tutan bu din xadimləri haqqında bildirilir ki, onlar yalnız təsəvvürlərinin ardınca gedirlər və səhv yoldadırlar. Dini oyun və əyləncəyə çevirmiş bu insanları yaxşı həyat aldatmışdır. Allah bu inamsızların ürəklərinə örtük, qulaqlarına karlıq endirdiyi üçün onlar kor kimi gəzir, axirətlə görüşü və nişanələri inkar edirlər. Qurana görə, bütün əlamətləri görüb inanmayanları, dinə gəlir mənbəyi kimi baxanları, həqiqəti inkar edənləri və bunları nağıl hesab edənləri, Allah çox ağır cəzalandıracaq və axirətdə ən çox ziyan çəkənlər də onlar olacaqlar (Quran, 6:116, 7:51,17:45, 27:4, 6:25,10:39 və s).
Bütün bu yazılanlardan çıxan nəticə isə odur ki, Quranın əsl və həqiqi mənası, onun zahiri yox, batini mənasıdır. Əsl din də, həqiqi mənası bütün dinlərdə eyni olan Batini İslamdır. Batini mənanın dərkinə çalışmayan insan - din alimi, şeyx, həqiqi mömin ola bilməz. Özünü iman adamı, Allaha yaxın sayan və Cənnətdə peyğəmbərlərlə bir yerdə olmaq istəyən hər bir insan sufizmin bu təriqət (tərikə) yolu ilə getməlidir.
Sufi dahisi Qəzalinin yazdığına görə, tərikə yolu Allahın dərkinə aparan yeganə yoldur və bu yolu gedən sufilərin həyat tərzi ən yaxşı həyat tərzidir. Onların adət və ədəbləri isə ən pak adət və ədəbdir. Sufilərin hərəkət və işlərinin mənbəyi peyğəmbərin nurundan bəhrələnir, dünyada insanların özlərinə rəhbər tutacağı ikinci belə bir nur yoxdur (Абу Хамид Аль-Газали, «Избавляющий от заблуждения», sayt: http://www.iph.ras.ru/~orient/local/gazali.txt).
Bütün bunlar haqqında daha geniş məlumatlar, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir. Bu kitabı tam dərk etmiş insan özünü sufi müdrikləri cərgəsində hesab edə bilər.

                                                                             Firudin Gilar Bəg
                                                                             www.gilarbeg.com

Bu günkü İslam – cəhalət, bütpərəstlik, Batini İslam isə kamillik və ölümsüzlük deməkdir.


Təəsüfləndirici haldır ki, dünyaya xaqanlar və müqəddəslər nəslinin törəmələri kimi gəlmiş türklər - cəhalət və ölümü, kamil insan kimi ölümsüzlük qazanmaqdan üstün tuturlar. 

İslamın müqəddəs kitabı Quranın zahiri mənasından başqa, yalnız sufilərə aydın olan batini mənasının olması artıq hamıya məlumdur. Zahiri məna özündə daxili mənanın istiqamətini daşıyır və bu iki mənanı birləşdirəndə, Allahın bu dünyada gördüyü işlər və onun fikirləri açılır.
Batini mənanın açılmamasının nəticəsidir ki, insanlar bu gün ən sadə şeyləri, məsələn insanın yaranışı haqqında həqiqətləri bilmir, özlərindən müxtəlif  fərziyyələr  irəli sürürlər. Batini mənanı bilənlər üçün isə sirr deyilən şey yoxdur. Onlar bu dünyada kamil insan kimi sakit yaşayir, öləndən sonra isə Allahın göydə yaratdığı Qeyb aləminə köcərək, orada ömürlərini davam etdirirlər.
Qədim dövrdə insanlar - millət və xalqlara yox, avam adlandırılan adi insanlara və pir, bəg, seyid və s. adlandırılan seçilmişlər nəslinə ayrılırdı. Seçilmiş müqəddəslər nəsli xüsusi üsulla, yəni Allahın obrazı ilə yaradıldığı üçün, onlar kamil insan nəsli hesab olunurdular və ölən kimi də cənnətə düşürdülər. Avam insanların ruhlarının cənnətə düşməsi üçün isə Allah onlarla müqavilə bağladı və bu müqaviləni İslam adlandırdı. İslam rəmzi ən qədim mənbələrdə Səlim, Ur-Səlim, İsmail və s. formalarda yazılaraq göydəki aləmi və bu aləmin sahibinin ruhunu bildirirdi. Mən, “Bütün dinlər birdir” adlı məqalədə bu rəmzin açmasını vermişəm.
İslam, bu gün qəbul edildiyi kimi Ərəbistan çöllərində yox, qədim Misir yazılarında Yalu sahələri, yunanların isə Ereb adlandırdığı göy sahələrində yaranmışdır. Ereb dünyası, yəni Ərəbistan da göyləri təşkil edən ilkin materiyada yaradılmışdır. Erməni mənbələrində bu yaradılış, Midiyanın Sünik ərazisində, yəni indiki Azərbaycan torpaqlarında “səhra tikilməsi” kimi qeyd olunur. Bu səhranı tikənlər isə kitablarda “müqəddəs Atalar” adlandırılır. Mənbələrdə açıq yazılır ki, insanlar burada ikinci həyat qazanırlar və ömürlərini bu mələklər diyarında davam edirirlər.
Aydındır ki, səhra – çöllük, düzənlik deməkdir və bu düzənliyi tikmək də absurd söhbətdir. Midiyanın dağlıq ərazisində “səhra tikilməsi” də təbii ki, rəmzi mənadadır və batin (sufizm/ledun/təvil) elmində bu, qurban vasitəsi ilə göy sahələrində - qədim Misir yazılarında Qeb adlandırılan ruhlar dünyasının yaradılması deməkdir.
İslamda Qeyb aləmi kimi qeyd olunan Qeb dünyası, e. ə. VIII əsrə aid Assuriya yazılarında, Midiya ərazisində «Şərqin ərəbləri» (dəqiq: «Günəşin çıxdığı yerin ərəbləri») ölkəsi kimi qeyd olunur (И. Дьяконов, «История Мидии», M.,1956, səh.219-221). Şərq dedikdə, qədim Misir mətnlərində və məşhur sufi Sühravərdinin İşraq fəlsəfəsində - Allahların doğulduğu göy aləmi nəzərdə tutulur. Deməli, Ərəbistan ölkəsi, göylərdə yaradılmış ruhlar dünyası mənasındadır və burada Misir Allahları yaşayırlar. «Kitabi - Dədə Qorqud»da, göydə yaradılmış bu dünya - Əmman (Ümman) dənizində tikilmiş kafər şəhəri kimi qeyd olunur və orada asilər (ruhlar) su altında «mənəm Allah» deyə qışqırışırlar («Kitabi - Dədə Qorqud», B., 1988, səh.118).
Midiya əhalisi mənbələrdə «dağ və səhralarda dolaşan qüdrətli midiyalılar» adlandırılır ki, bu da Midiya dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə («suluq») dolaşan, yəni tərikə yolunu gedən türüklər (türklər) mənasındadır. İnsan ruhunun göy aləmində səyahəti sufizmdə «suluq» (yəhudilərdə «salxa», ərəbcə «seyr və suluq»), bu yolun yolçusu isə «saleh» adlanır. Təsəvvüf elmində suluq rəmzi xüsusi dolaşma, yəni “Allaha səyahət” və “Allahda səyahət” mənasındadır. Deməli, dini kamilləşmə (tərikə) yolu ilə gedən türük, elə “ekstaz” vəziyyətində cənnətdə səyahət edən salehdir. Mənbələrə görə, bu “səyahət”lə ilkin materiyanın sirlərini öyrənən zahidlər, Midiya ərazisində şəhər tikdilər və “köçüb” orada yaşamağa başladılar.
Mən, insan ruhunun “quş” formasında Qeyb aləmində yaşamasını, kitab və məqalələrimdə faktlarla göstərmişəm. Əlavə olaraq bildirmək istəyirəm ki, “peyğəmbər” dedikdə də adi insan yox, göy dünyasında ölümsüzlük qazanmış müqəddəsin ruhu başa düşülməlidir. Bu isə o deməkdir ki, İslam dininin banisi sayılan Məhəmməd peyğəmbər, Qeyb aləmində bu gün də ömrünü davam etdirən müqəddəsin ruhudur. Məhəmməd peyğəmbərin hədislərdə “iki dünyanın ağası” adlandırılması isə onu göstərir ki, O - qədim Misirin Ra-Amon Allahının obrazıdır. İslamda Rəhman kimi qeyd olunan bu Allahın, göy dünyasını və digər şeylər yaratması Quranda da açıq qeyd olunur. Ra-Amon Allahının yaratdıqlarını yaxşı başa düşmək üçün, Quranda Rəhman kimi qeyd olunan kəlməni Ra-Əman kimi qəbul edib, Quranı bu məntiqlə diqqətlə oxumaq kifayətdir. Bu isə ona gətirib çıxaracaq ki, insan - hər şeyin mücərrəd bir mərhəmətli və rəhmli varlıq tərəfindən yaradıldığını yox, konkret bir insanın ruhu tərəfindən yaradıldığını dərk etsin. Bu ruh, ilkin materiya ilə, yəni bəşəriyyətə həyat vermiş “dirilik suyu”ilə vəhdət təşkil etdiyi üçün, Allah dedikdə - əvvəli və sonu olmayan ilkin materiya və onu idarə edən firon Amonun ruhu təsəvvür olunmalıdır. Bütün bunlar İslamın batini mənasıdır və yalnız sufilərə məlum olmuşdur.
Sufi dedikdə - tərikə yolunu gedən türük, yəni bu gün türk adlandırılan mürid nəzərdə tutulmalıdır. Türk rəmzi erməni mifologiyasında Tork-Angelea, yəni Türk-Gel nəsli kimi Allahlara aid edilir. Burada mələk mənasında olan “Angel” rəmzi - imam Əlinin ifrat Gel şiələrinə aid olan rəmzdir və bu nəsil İslam mənbələrində “məlahi”, “mülhid” kimi yazılaraq mələklər (mələküt) nəsli mənasındadır. İsmaililərin bu Gel nəsli Heraklın “ilandan doğulmuşlar” nəslidir və mənbələrə görə bu mələklər - padşahlar və peyğəmbərlər nəslidir.
 Təbrizli Arakel «ilandan doğulmuş» («əjdahadan doğulmuş») Midiya maqlarını – «Osman şahlarının nəsli» adlandırır (А. Даврижеци «Книга историй»,  М., 1973, böl. 51). Diodor Siciliyalı isə Misir fironu II Ramsesi - Osimon-Dias, yəni Osman-Allah kimi qeyd edir. Osman [SMN] rəmzi Ledun elmində - «İssi Əman» [SS-MN], yəni «Əman ruhu» (Amon ruhu) kimi yozulur. Belə çıxır ki, mənbələrdə Osman türkləri dedikdə “Amon Allahının ruhu olan türklər”, yəni ilkin materiya ilə vəhdət təşkil etmiş müqəddəslər nəsli başa düşülməlidir. Orxon-Yenisey mətnlərində türk xanının Allah kimi göydə Allah yaratması açıq yazılır. Bu isə o deməkdir ki, Allah dedikdə - göydə Ra-Amon Allahını yaratmış türk xanının ruhu başa düşülməlidir.
Mahmud Kaşğarinin 1074-cü ildə yazdığı hədislərin birində Allah deyir: “Mənim Şərqdə türk adlanan ordum var: Mənim hansı xalqa qəzəbim tutursa, bu ordunu onların üzərinə göndərirəm”. Yazdığımız kimi, Şərq rəmzi sufizmdə göyləri bildirir ki, qədim Misirin 120 minlik Allahlar ordusu da, buradakı Qeb (Qeyb) aləmində ömürlərini davam etdirən ölməz müqəddəslər nəslidir. Biz bu varlıqları - insanların canların alan Əzraillər kimi tanıyırıq. İslam mənbələrində isə bu varlıqlar Həsən ibn Sabbahın “assasin”ləri kimi qeyd olunur və onlar “qala adamları”, yəni yerlə-göyü birləşdirən Ələmut qalasının (Süleymanın Allah Evi) məlahi-mülhidlərdir. “İslamın 124 min peyğəmbəri kimlərdir?” adlı məqalədə mən göstərmişəm ki, bu 120 minlik ordu İslamın 124 min peyğəmbərlərinin əsasını təşkil edir (bax. http://gilarbeg.blogspot.com/2012/02/islamn-124-min-peygmbri-kimlrdir.html ). Bu isə o deməkdir ki, türklər – sufi silsiləsinin kamillik yolunu keçib qədim Misir Allahlarına çevrilmiş peyğəmbərlər nəslidir. Osman türkləri dedikdə də firon Amonun, Allahın obrazı ilə xüsusi yaratdığı “Qor ardıcılları” nəzərdə tutulmalıdır və bu haqda mən kitab və məqalələrimdə geniş məlumatlar vermişəm.
Qor ardıcılları öz yaradılış xüsusiyyətlərinə görə öləndə cənnətə və ya cəhənnəmə yollanırlar. Adi insanlar isə bu yolu getmək üçün Allahla müqaviləyə qoşulmalıdırlar, yəni İslamı qəbul edib, onun qanunlarına ciddi surətdə əməl etməlidirlər. Quranda “Amenu olmaq”, yəni “iman gətirmək” - Amon Allahının cənnətə düşməsi üçün getdiyi yolun təqlidi deməkdir. Ölən insanın ruhu bədəni tərk etdikdə, ruh - balıq sudan çıxanda boğulduğu kimi, o da “boğulmağa” başlayır və əgər o “hara getdiyini” bilirsə birbaşa Qeyb aləmindəki “məhkəmə salonu”na yollanır. Əks halda adi insanın ruhu işıqda parçalanır və ruh məhv olur. Müqəddəslər nəsli olan türklər isə xüsusi üstünlüklə yaradılmışlar ki, onlar İslam qanunlarına riayət etməsələr belə öləndə, ruhları “məhkəmə salonu”na birbaşa gedir və yerdəki əməllərinə görə cənnətə və ya cəhənnəmə düşürlər. Bundan əlavə, Allah bu seçilmişlər nəslinə “dünyanı yaradan silah” vermişdi ki, sonralar harama əl uzatdıqları üçün bu silah öz gücünü itirdi. Bu, bizim bu gün “seyidin cəddi” adlandırdığımız möcüzələr göstərmək qabiliyyətidir. Bunun əsas səbəbi isə müsəlmanların, İslamın zahiri mənasına üstünlük verməsidir ki, bu da cəhalət və bütpərəstlikdir.
Hədislərdə deyildiyi kimi, zaman keçdikcə yer üzərində bilicilər və xəbərdarlardan bir nəfər də qalmadı və insanlar özlərinə cahil insanları başçı seçməyə başladılar. Bu elmsiz şeyxlər və ayətullalar isə bilmədikləri şeylər haqqında qərarlar verdilər. Batini sirləri bilməyən din xadimlərinin “təfsirləri” nəticədə insanlar “haradan gəlib hara getdiyini” yaddan çıxardılar və bunula da İslam adlı müqavilənin mühüm hissəsi öz mənasını itirdi. Nəticədə, peyğəmbərimizin dediyi kimi, 73 təriqətin 72-si, İslam qanunlarına riayət etdiyi halda cənnətə düşə bilmədilər. Türklərin bəzilərinin avam insanlarla nigahı, müqəddəslər nəslinin də “Qor ardıcılları” sırasından çıxıb adiləşməsinə səbəb oldu. İslamın batini yox, zahiri anlamının önə çəkilməsi və digər faktorların nəticəsində, bu gün cənnətə yalnız adi insanlarla qarışığı olmayan pir, seyid, bəg, şıx və s. müqəddəslər nəslinin nümayəndələri düşürlər.
Dünyada ağalıq üçün yaradılmış xaqanlar və peyğəmbərlər nəsli olan türklər, bu gün cəhalət və bütpərəstliyin rəmzi olan zahiri İslamı tədris edir, İslam dinini - ərəb adlandırılan avam insanların hakimiyyət mübarizəsi kimi qələmə verirlər. Bu günə qədər yazılmış küllü miqdarda mənbələri dərk etməyən, sufi elmini mənasız bir elm kimi qəbul edən bu insanları – elm və texnikanın, cəmiyyətin inkişafı da cəhalət yuxusundan ayıltmadı.
Qədim mənbələrdə axirətqabağı dövr bütpərəstlik dövrü kimi qeyd olunur ki, hər bir qrup insan - İudaizm, Buddizm, Xristianlıq, İslam adlı dinləri bütə çevirərək ona sitayiş edir. Bu insanlar hələ də anlamamışlar ki, bu dünyada yanlız bir din və bir elm vardır. Məhz bu Batin elmi sayəsində firon Amon göydə ruhlar dünyası, kamil və adi insanları yaratmışdır. Məhz bu sufi elmi nəticəsində qədimdə pir babalarımız Misir ehramları tikmiş, Atlantida, Şumer və s. mədəniyyətləri yaratmışlar.
Adi insanların qədim sirləri dərk etməməsi anlaşılandır və bu onun mahiyyətinə uyğundur. Lakin ilkin materiya ilə vəhdət təşkil etmiş müqəddəslərin törəmələrinin, əllərində küllü miqdarda sufi ədəbiyyatı olan türklərin bu səviyyəyə enməsi çox acınacaqlıdır. Ən anlaşılmaz isə odur ki, onlara bu sirlər açıldıqda belə, onlar - cəhalətdə, qaranlıqda yaşamalarını və bütün canlı varlıqlar kimi birdəfəlik ölmələrini, “Allah nuru” ilə nəfəs alaraq ölməzlik qazanmalarından üstün tuturlar.
İslam dini, insanın bu dünyada Ra-Amon Allahın himayəsi ilə xoşbəxt yaşaması və öləndən sonra da onun ruhunun, bu Tək Allahın göydə yaratdığı ruhlar dünyasında ömrünü davam etdirməsi üçün yaradılmış vasitədir. Əgər insan hansısa bir təhrif üzündən göy cənnətinə düşməyəcəksə, onun İslam qanunlarına əməl etməsi və özünü müsəlman hesab etməsinin məna yoxdur. Müsəlman kəlməsi batin elmində “Əman Allahın səmadakı eli”, “müslüm” rəmzi isə “Səma aləmi” fikrini ifadə edir ki, bu da İslam qanunlarına əməl edənin, Əman Allahın göydəki Qeyb aləminə düşüb, orada yeni həyat qazanması mənasındadır. Ramazan bayramı – göydə, ilkin materiyadan Allah yaratma ritualının təqlidi, Aşura mərasimi bu Allahın axirətdə ölüb, yenidən dirilməsi mərasiminin təqlidi, qurban bayramı isə Qeyb aləminin yaradılması üçün keçirilən qurban mərasiminin təqlididir. Digər bütün qədim mərasim və bayramlar da bilavasitə Amon Allahının göydə və yerdə yaratdıqlarının təqlididir. Bunların da əsas mahiyyəti, insanın, yerdə və göydəki bütün yaradılışları təşkil etmiş Amon Allahı olmasını (“Amenu olmaq”) ilkin materiyaya sübut etməyə çalışmasıdır. Çünki yalnız bu halda adi insan, göyləri təşkil edən ilkin materiyanı “aldadıb”, özünü Amon Allahı kimi qələmə verərək, Qeyb aləminə qalxıb, Amon kimi ölümsüz ola bilər. Bu adi şeyləri bilməyən insan heç vaxt cənnətə düşə bilməz. İlkin materiyanın qanunlarına görə yalnız bilən Allah kimi ölümsüzlük qazanır. Cəhalət, bütpərəstlik isə ölümə aparır.
Mənim bu sirləri açmaqda əsas məqsədim, insanları cəhalət yuxusundan ayıltmaq, onlara həqiqəti başa salmaqdır. Mənbələrdə, özlərinə cənnəti təmin etmiş insanlar – “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türkləri hesab olunurlar. Bu gün də insanların yenidən cənnət qazanmalarına şərait yaranmışdır. Lakin hər bir insan özü gələcək taleyinin hakimidir. İstər cəhaləti seçib bütün varlıqlar kimi məhv olar, istərsə də Amon Allah kimi ölümsüzlük qazanıb Ədn, yəni Din cənnətində müqəddəslərlə xoşbəxtlik qazana bilər. Seçim insanlarındır.
Bütün bunlar haqqında daha geniş məlumatlar, müəllifi olduğum “Batini-Quran” kitabında və son araşdırmalarımda verilmişdir (bax. http://gilarbek.blogspot.com/ ).

                                                                             Firudin Gilar Bəg
                                                                             www.gilarbeg.com
firudin@gilarbeg.com


четверг, 28 июня 2012 г.

“Türk”, “Türkiyə” nə deməkdir? Ağlasığmaz həqiqətlər


Oxuculara təqdim olunan bu məqalə türklər haqqında yazılmış ən kamil və ən dərin məqalədir. Çünki bu məqalə, mənbələrdə Misir və Xaldeya kahinləri, Midiya maqları və s. kimi adlandırılan qədim müdriklərin məntiqi ilə yazılmışdır və bu günə qədər sirr olan bir çox suallara cavab verir. Faktiki olaraq bu məqalə müəllifi olduğum “Batini-Quran” kitabından çıxan nəticələrdir.
Adətən mənbələrdən xəbəri olmayan, lakin özünü bilən adam kimi göstərmək istəyən bəzi insanlar: “bu ola bilməz”, “bu yalandır” və s. sözlər deyərək, ekspert rolunda çıxış etməyə cəhd edirlər. Belə insanlara, mübahisəyə girməzdən əvvəl heç olmasa Əflatunun “Timey”, Mühiddin İbn Ərəbinin “Füsus ül Hikəm” və s. kimi kitabları vərəqləməyi məsləhət görərdim. Bu məqalə, riyazi məntiqli, mənbələrdən xəbəri olan və düşünmə qabiliyyətinə malik insanlar üçün yazılmışdır. Fəlsəfi mənbələrə müraciət etməmiş insanlar bu məqalədən heç nə anlamayacaqlar. 
                                                                                                Müəllifdən


Türk və Türkiyə kəlmələrinin nə məna kəsb etməsi ilə bağlı çoxlu araşdırmaların aparılmasına baxmayaraq, bu günə qədər bu sözlərin məntiqi izahı verilməmişdir. Tədqiqatçılar təəcüblə bildirirlər ki, yer üzündəki dövlətlərin rəsmi adları həmişə öz dillərində olduğu halda, yalnız türk dövlətinin adı, türkçə deyil. Bunun hansı dildə, nə mənada olduğu da bu günə kimi qaranlıqdır. Biz bu qaranlığa işıq salmaq məqsədilə türk və Türkiyə sözlərini dərindən tədqiq etmək qərarına gəldik və nəticəni sizlərə təqdim edirik.
Hər şeydən əvvəl onu qeyd etmək istəyirik ki, bizim araşdırmamız, digər tədqiqatlardan onunla fərqlənir ki, biz qədim yazıları, onları tərtib edən müdriklərin öz məntiqi ilə izah edəcəyik. Bu məntiq, sufi (yunan. sofi) müdriklərinin məntiqidir və öz mənbəyini qədim dilçilik qanunlarından götürmüşdür. Tədqiqatçıların gəldiyi qənaətə görə qədim misirli, finikiyalı, yəhudi, aramey və s. xalqların dilləri, xüsusi məna ifadə edən samitlər üzərində qurulmuşdur. Saitlər isə yalnız bağlayıcı rolunu oynayır («Культура древнего Египта», М., 1976, səh.301). Hər biri bir rəmz kimi qəbul edilən samitlərinin sola və ya sağa oxunuşu sözün mənasını dəyişmir.
Qədim müdriklərin məntiqinə görə, bu dünyada yazıya alınmağa layiq olanlar yalnız Allahla bağlı olanlar seçilmişlərdir. Adi insanları isə məşhur sufi Mühiddin İbn Ərəbi “təbiət və şəhvət idarə edən, zəif ağılda olan, məntiqsiz” sayır və “heyvani insan” adlandırır (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl.25). Onların həyat tərzi digər canlılardan fərqlənmədiyinə görə, yazılarda qeyd olunmağa layiq deyillər. Buna görə də Assur-Babil ədəbiyyatında qədim yazılarla bağlı mətnlərdə tez-tez bu ifadə təkrarlanır: “Yalnız arifi (xəbərdarı) sən bununla tanış edə bilərsən, arif olmayanlar bunları bilməməlidir!” (Э. Церен, «Библейские холмы», M., 1966, səh.26). 
Digər tərəfdən, Əflatuna (Platon) görə, bütün yazılar yalnız bir hadisənin bəhrələridir. Lakin zaman keçdikcə bu hadisə yaddaşlardan silinmiş və onun haqqında ayrıca danışırlar. Bütün bunların kökündə isə nə olduğu haqqında heç kim danışmır (Əflatun, «Politik», 269s). Bu isə o deməkdir ki, müdriklərə görə bütün mənbələrdə yazılanlar Allahla bağlı olan hansısa mistik bir hadisəyə həsr olunmuşdur.  
Qəbul olunmuşdur ki, türk adı tarix səhnəsinə eranın VI əsrində Göy-Türk Dövlət adı ilə çıxmışdır. Orxon yazılarında “türk” sözü “daha çox “türük” şəklində qeyd olunur. Mənbələrdə “türük” rəmzi, IX əsrdən başlayaraq Xorasanda «müəllim (şeyx, mürşid) – tələbə» (mürid) institutu yaratmış və Allahın dərkinin mistik yoluna, yəni tərikə yoluna qədəm qoyan sufi qardaşlığına aid edilir. Məhz tərikə (təriqət) yolunu tutanlar mənbələrdə türüklər, yəni türklər adlanır («Ислам», Энциклопедический словарь, M., 1991, səh.224). Türük, türk [TRK] rəmzləri ilə eyni mənalı olan tərikə [TRK] sözü  - «dini kamilləşmə», Allahın dərkində «həqiqətə aparan yol» fikrini ifadə edir. Quranda (46:30) yol mənasında işlənən «tərikə» rəmzini, sufi dahilərindən olan Əbu Həmid Əl Qəzali də - həqiqi biliyə çatma, Allaha mistik yaxınlaşma mənasında qeyd edir (Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh.292).                  
Sufizmdə ilkin materiyadan informasiya alma yolu - tərikə yolu adlanır və sufinin Allaha, yəni “Hu” adlandırdığı ilkin materiyaya qovuşması üçün keçdiyi silsiləni bildirir. Sufilər bunu Allaha (ilkin materiyaya) və ya Allahda “səyahət” (“suluq” rəmzi)  adlandırırlar. Silsilənin “bəqa”, yəni bəglik fazasında türük Allaha qovuşur və artıq onunla Allah arasında heç bir maneə olmur. O, mənbələrdə dirilik suyu, ilahi od və s. adlandırılan ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. ilahi qüdrətə sahib olur. Deməli, türük, türk dedikdə, Allaha qovuşan, yəni əvvəli və sonu olmayan ilkin materiya ilə vəhdət təşkil edən (“Vəhdət əl Vücud” rəmzi) müdriklər nəzərdə tutulmalıdır.
Xalkidli Yamvlix Allahla vəhdət təşkil edən və onun qüdrətindən yararlanan bu türkləri - teurq kimi qeyd edir. Yamvlix, özünün əsas kitabı olan “Misir sirləri haqqında” kitabında teurqları Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri - ruhlarının yaradıcı Allahla vəhdətidir (А. Ф. Лосев “История античной эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm). O, teurqun, Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Qəbul olunmuşdur ki, “teurqiya” (“teos” – Allah, “orqiya” - ayin, qurban mərasimi və s.) sözü - Allahla vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah yaratma” kimi də tərcümə edirlər. Belə çıxır ki, türk sözü ən qədim mənbələrdə - “göydə Allah yaradan müdrik” mənasında olmuşdur. Teurqların göydə Allah yaratma prosesinin texnologiyası hind mənbələri olan Upanişadalarda qeyd olunur. Burada brahman və kahinlər - himn, qurbanlıq formulu və magik hərəkətlərlə, qurbanlıq heyvanların ruhlarının göydə toplanmasına və onların iradələrini həyata keçirən varlığa çevrilməsinə nail olurlar.
Orxon Yenisey abidələrindəki Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində, türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104). Bu isə o deməkdir ki, türk sözü həqiqətən ən qədim mənbələrdə cadugər mənasında olan teurq sözüdür. Mətnlərdə teurqlar – xristian kahinləri kimi göstərilir ki, mənbələrdə xristianların monax ordenlərinə oxşar çoxlu sufi qardaşlıqları yaranması və onlara sufi monastırında rast gəlinməsi qeyd olunur.
Əgər Türkiyə sözünün kökü olan türk [TRK] sözü - teurq [TRQ] sözündən yaranmışdırsa, Türkiyə [TRKY] sözü də elə Teurqiya [TRQY] deməkdir. Elm adamları və tədqiqatçılar Türkiyə sözünün İtalyan və Yunan dilindəki "Turkiya" sözündən gəldiyini qəbul edirlər. XIV əsrin İspan  səyyahı bu sözü "Turquia" şəklində qeyd etmişdi ki, bu da “teurqiya” sözü ilə eynidir ("Türkiye" Kelimesi - İsmâil Hâmî, sayt: https://www.facebook.com/note.php?note_id=344510938907295). Deməli, Türkiyə ölkəsi dedikdə göydə Allah yaradan teurqlar ölkəsi nəzərdə tutulmalıdır.
 Türkiyə XIX əsrə qədər; Dövləti Aliyyə, Dövləti Osmaniyə, Məmaliki Şahanə, Diyari Rum və s. adlar ilə tanınırdı. Türkiyənin Dövləti Osmaniyə adlandırılması, onun Osmanlı xanədanının atası, Oğuzların Qayı boyundan olan Osman Qazi ilə bağlıdır. Diodor Siciliyalı Misir fironu II Ramzesi - Osimon-Dias, yəni Osman-Allah adlandırır (Г.В.Носовский, А.Т.Фоменко, «Империя», M., 2000, səh.537). Əgər nəzərə alsaq ki, Misirdəki məmlüklərin Türk Köləmən dövlətinə də Türkiyə deyilirdi, qəbul edə bilərik ki, Osman Qazi elə magiya ilə göydə Allah yaratmış türk xanının obrazıdır.
Məlumdur ki, qədim Misir ölkəsi digər mənbələrdə Kem ölkəsi kimi də qeyd olunurdu. Kitabi-Dədə Qorqudda “qom qomlamam Qoma yurdum” ifadəsi var ki, bu da qamlama vasitəsi ilə yaradılmış Qam [QM] ölkəsi deməkdir və bu ad Misirin Kem [KM] adı ilə eyni mənalıdır (“Kitabi-Dədə Qorqud”, B., 1988, səh. 44). Qomlama isə, şamanın qamlıq, yəni ekstaz vəziyyəti mənasındadır və bu da sufinin tərikə yolunun Allahla vəhdət məqamıdır.
 Moyun Çor abidəsində türk xanı Tolis (Töliş) iddia edir ki, o Tanrıda olmuş və orada El yaratmışdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134). Gül Təkin abidəsində isə bildirilir ki, türk xaqanları El və onun Törəsini, yəni qanunlarını yaradaraq uçub getmişlər (Köl Tigin Yazıtı, Sayt: http://www.dilimiz.com/dil/kultiginyaziti.htm). Əgər nəzərə alsaq ki, mənbələrdə yəhudi adlandırılan Xəzər türk bəglərinin dilində El sözü Allah, Törə (Tövrat) isə qanunlar toplusu mənasındadır, razılaşarıq ki, türk xanın göydə yaratdığı El, elə Göy-Türk xaqanlığıdır. El [L] rəmzinin Ali [L], Aliyyə [L-YY] rəmzi ilə eyni məna ifadə etməsi onu deməyə əsas verir ki, Türkiyəyə aid edilən “Dövləti Aliyyə” ifadəsi  də Göydəki “El Dövləti” mənasındadır.
Kitabi-Dədə Qorqud abidəsinin Vatikan variantında qeyd olunur ki, “Oğuzun içində Təmam vilayəti zahir olmuşdu”. Bu cümlə - “bir elin içində ikinci el yaranmışdı”  mənasındadır. Deməli, abidədə qeyd olunan Taş el - Oğuz eli (Taş Oğuz), onun içində yaranmış el isə İç eldir (İç Oğuz). Burada «vilayət» sözünün işlənməsi isə onu göstərir ki, “Təmam vilayəti” anlayışı bilavasitə sufizmlə bağlıdır. Sufizmdə “vilayə”, “vilayət” sözləri (övliya, vəli sözləri ilə eynidir), sufi müqəddəslərinin keyfiyyəti, onların Allaha yaxınlığı mənasındadır. Təmam rəmzi isə mənbələrdə “Əl Kamil ət Tamm” kimi yazılır və sufilərin “Kamil İnsan” adlandırdıqları varlığa aid edilir.
Mühiddin İbn Ərəbi, özünün “Füsus ül Hikəm” kitabında Kamil İnsanı Adəm kimi təqdim edir və Allah adlandırır. Ərəbiyə görə, bu Böyük İnsan göydəki dünyanın formasıdır (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl. 1). Tövrata görə, Adəm yaradılanda kosmik ölçülü, yəni  dünyanın o başından bu başına qədər olmuşdu (Библия, Втор. 4:32). Fəzlullah Astarabadinin “Cavidannamə” kitabına görə, Beytül-Muqəddəs, Darüs-Səlam və Kəbə - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan ”Dünya”, “El” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Xristian yazılarına görə də Məhəmməd peyğəmbər - Osiris, Adonis, Attis, İsa və s. Allahlar kimi axirətdə diriləcək Allahın obrazıdır (“Записки янычара», böl. 2, Sayt: http://www.vostlit.info/Texts/rus/Janicar/frametext1.htm).
İbn Ərəbi Məhəmməd peyğəmbərin, təbiətin ilahi gücünü oyadaraq, onu hərəkətə gətirdiyini bildirir. O, Məhəmməd peyğəmbərin biliyini də, qədimliyini də bilavasitə Allahla eyniləşdirir və bildirir ki, “dünya tərtibi onunla başlamış və onunla da qurtarmışdır: Adəm - gil və torpaq olanda o artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə, peyğəmbərlərin möhürü oldu” (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl. 27). Əl-Qəzali irsinin araşdırıcısı Nikolsona görə də Məhəmməd peyğəmbər, Allahın obrazı ilə yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan asılıdır. Nikolson bildirir ki, Qəzaliyə görə, peyğəmbərin müqəddəslər nəsli, Kamil İnsanın obrazı ilə xüsusi yaradılmışdır (Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh.276,284). Bu isə o deməkdir ki, qədim türklər teurqiya vasitəsi ilə göydə insan simasında El yaratmışlar və türk müqəddəslərinin nəsli də bu göy insanının obrazı ilə xüsusi yaradılmışdır.
Mən, “Allah türkləri, onlar isə insanı yaratdılar” adlı məqaləmdə göstərmişəm ki, Aleksandriyalı Filona görə Allah iki növ insan: Göy və yer insanını yaratmışdır. Göy insanını Allah özü yaratmışdır və ona görə də onlar ölümsüzlər nəsli hesab olunur. Allahın ilk yaratdığı bu Göy insanları isə  adi insanları yaratmışlar (А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh.110). Belə çıxır ki, Göy-Türk dedikdə, Allahın xüsusi yaratdığı Göy insanı, yəni teurqlar nəzərdə tutulmalıdır.
Məşhur tədqiqatçı Devid Rola görə, Adəm [DM] adı, qədim Misirin Atum [TM] Allahının adının digər yazılış formasıdır (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 441). Digər tərəfdən, mənbələrdə Osman rəmzi də Adəm rəmzi ilə eyni mənalı olan “Dami Osman” [DM-SMN] kimi göstərilir ki, bu da “Adəm Osman” [DM-SMN], yəni Osmanın – qədim Misirin Atum Allahının obrazında olması mənasındadır.
Qədim Misir mənbələrinə görə, özünü Ptah (türklərdə Fateh rəmzi) adlandıran Misir piri Amon (firon Əman), ilkin materiyadan - bədəni ilə bütün dünyanı əhatə etmiş Atum Allahını yaradır. Doqquz Allahın ürəyi və sözləri mənasında olan Ptah – teurqiya vasitəsilə Atum obrazında zühur edir (Г.Франкфорт, Г.А.Франкфорт, Дж. А.Уилсон, Т.Якобсен, «В преддверии философии», М., 1984, səh. 67-68). Beləliklə, ümumilikdə Atum Allahı adlandırılan “Doqquz Allah” (Enneada) yaranır və bu zamandan sonra bütün dünyanı məhz bu Atum vasitəsi ilə pir Amon idarə edir. Türklərdə bu “Doqquz Allah” – “Doqquz Oğuz” kimi qalmışdır.
Sufizmdə Oğuz [ĞZ] rəmzi Xaos [XS] rəmzi ilə eynidir və bəşəriyyətə həyat vermiş ilkin materiyanı bildirir. Oğuzun içində Təmam vilayətinin zahir olması da, göyləri təşkil edən ilkin materiyada ruhlar üçün vilayət yaradılması mənasındadır. Bu vilayət Misir mənbələrində Qeb (İslamda Qeyb) adlandırılır. Bu isə o deməkdir ki, Göy-Türk xaqanlığı – göydəki Qeb aləmində ölümsüzlük qazanmış teurqların xaqanlığıdır.
Mənbələrin birində İşbara Xaqanın Çin imperatoruna verdiyi cavab məktubunda, Türk Dövlətinin Tanrı tərəfindən qurulması qeyd olunur ki, bu da Göy-Türk xaqanlığının ilkin materiyadan yaradılması deməkdir.
Göy-Türk yazılarında türk sözü daha çox “türk budun” (bodun) şəklində qeyd olunur. Budun rəmzi Herodotun əsərlərində Budin tayfa adı kimi qeyd olunur və Gelon rəmzi ilə əlaqələndirilir (Herodot, IV/108,109). Digər mənbələrdə Budun rəmzi Bidin kimi də yazılır və “sorxsər Bidin mülhidləri” formasında Şah İsmail Xətainin döyüşçüləri olan qızılbaşlara (qazilər) aid edilir («Azərbaycan tarixi üzrə qaynaqlar», B., 1989, səh.187). Sufizmdə “mülhid” [MLHD] rəmzi, Mələküt [MLKT] rəmzi (Kabbalada Malxut) ilə eyni mənalıdır və göydəki ruhlar dünyasını bildirir. Məşhur sufi alimi Şihabəddin Yəhya Sühravərdinin və Əl Qəzalinin əsərlərində Mələküt rəmzi, mələk rəmzi kimi göydəki ruhlar dünyasına və yerdə bu dünyanın qapısı olan əraziyə aid edilir.
Qeyd etmək yerinə düşər ki, sufizmdə mələk (mülk, malik) [MLK] rəmzi ilə məmlük [MMLK], Mələküt [MLKT] rəmzi ilə məmləkət [MMLKT] rəmzi eyni mənalı rəmzlərdir. Mənbələrdə Türkiyə - “Məmaliki Şahanə” də adlandırılır ki, bu da, mülk mənasında olan Məmalik rəmzinin, Şahanə kimi qeyd olunan Şakan/Sakan/Skin rəmzinə, yəni Allahın Sakin (Tövratda Skiniya)  olduğu çadıra aid edilməsi deməkdir. Deməli, “Məmaliki Şahanə” rəmzi – “Allahın sakin olduğu mülk” mənasındadır.
Sufizmdə Budun, Bidin [BDN] rəmzlərinin Batin [BTN] rəmzi ilə də eyni məna kəsb etməsi o deməkdir ki, Türk Budunu dedikdə, eyni zamanda Quranın gizli mənalarını bilən Gel (Gelat/Qulat) şiələri olan nizari türklər nəzərdə tutulur. Mətnlərdə məlahi [MLH], yəni mələklər [MLK] adlandırılan nizarilərin Ələmut qalasında cənnət yaratmaları mənbələrdən məlumdur.
Bidin mülhidlərinin “sorxsər” adlandırılması isə, bu türklərin - qədim Misirin ölümsüz Usiri/Oziri, yəni Osiris Allahının nəsli olması deməkdir. Çünki sufizmdə sorxsər (SR-XSR) rəmzi “Usiri-Xısır” kimi də oxunur ki, bu də “ölümsüz Osiris” anlamındadır.
Budun [BDN] rəmzi ərəb mənbələrində İranın Beduin [BDN] tayfası kimi də qeyd olunur. Beduin, yəni bədəvə rəmzi ərəb terminləri lüğətinə görə “köçəri vəziyyəti” (İbn Xalduna görə) mənasındadır. Sufizmdə bu mistik yol sayılır ki, Qədiriyə və Rifaiyə qardaşlığına yaxındır. Mənbələrə görə bu ad – “əl bədəviyə” sufi qardaşlığı olan türklərlə bağlıdır. İnama görə, 12 ana qardaşlıqdan ibarət olan bu silsilə Əli ibn Əbu Talibdən başlanır. “Köçəri vəziyyəti” mənasını verən bədəvi rəmzinin bilavasitə sufi qardaşlığı ilə əlaqəsi o deməkdir ki, buradakı “köçərilik”, sufi müridlərinin tərikə yolu ilə ilkin materiyaya etdiyi “köç” - səyahət mənasındadır. Buradakı “bədəvi” rəmzi, sufizmdə “bodi”, yəni tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində “görən” deməkdir.
Beduin hökmdarı yazılarda Buid [BD] kimi qeyd olunur və bu rəmzin kökündə duran bodi [BD] rəmzi, islamda (şiəlikdə) “əl-bədə” – “görünmə”, “yaranma”, “qabaqcadan xəbərvermə” və s. mənalarındadır. Allahın 99 şərəfli adlarından olan Bədi (yaradan) və Vədud (sevən) adları da məhz “bodi” və “budda” fikrini ifadə edir. Bu kökdən olan “bidə” (bədəə) rəmzi isə yenilik, kahinlik, bidət kimi də mənalandırılır. Yazdıqlarımızdan belə çıxır ki, bədəvi rəmzi elə sufilərin “bodi” rəmzidir və bu da tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində görən sufi pirləri mənasındadır.
Herodot 6 Midiya tayfalarından birini “Budi” adlandırır və bu rəmz Bubun rəmzinin qısa variantıdır (Herodot, I/101). Türk Budununun Tolis (Töliş) adlandırılması isə, göydəki Mələküt dünyasının bilavasitə Talış dağlarında olması mənasındadır və bu ərazi Azərbaycanın Ərdəbil şəhərinin yaxınlığında mövcud olmuş qədim Midiya ərazisinə düşür.
Qədim Şumer ədəbiyyatında Tolis [TLS] rəmzi ilə eyni mənalı olan Tilos [TLS] rəmzi mənbələrdə Tilmun/Dilmun kimi də qeyd olunaraq, “ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yer” adlandırılır. Məşhur araşdırıcı Kramer hesab edir ki, Dilmun – Allahlar monastırı mənasındadır və o Zaqros dağ təpələrinin arxasında, İran ərazisində yerləşir. Çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə - “Günəşin çıxdığı yerdə” yerləşir. Kramer Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh. 267, 271). Dilmun [DLM-N] rəmzinin Deyləm [DLM] rəmzi ilə eyni kökdən olması isə onu deməyə əsas verir ki, mənbələrdəki “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türkləri elə Tolis Budunudur (Ф.М.Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б., 1993, səh.104-107).
Sufizmdə Tolis [TLS] rəmzi Atlas [TLS] rəmzi ilə də eyni məna ifadə edır. Herodota (IV,184) görə, Atlas [TLS] dağında atlantlar (atlantidalılar) yaşamışlar və məhz bu dağ göyün sütunu sayılmışdır. Quranda “sütunlar şəhəri” – İrəm adlanır (Quran, 89:7). Yəmənin Sana şəhərindən olan məcnun şair Əbdül Həzrətin “Nekronomikonun sirri” (“Əl-Əzif”) kitabına görə sütunlar şəhəri olan İrəm Zat əl-İmad şəhəri Böyük boşluqda, yəni göydə tikilmişdir. Rəvayətə görə, bu şəhəri Ad oğlu Şəddadın əmri ilə qızıl və gümüş kərpicdən cinlər tikmişlər. Digər mənbələrə görə isə, cinlərin bu dünyada tikdiyi yeganə şəhər, Süleyman peyğəmbərin Allah üçün inşa etdirdiyi Yerusəlim (Qüds) şəhəridir. Sufizmdə İrəm [RM] rəmzinin Rum [RM] rəmzi ilə eyni mənalı olmasını nəzərə alsaq, razılaşarıq ki, Türkiyə mənasında olan “Diyari Rum” - Talış dağlarının göylərində yaradılmış cənnət mənasındadır və atlantidalılar da Göy-Türk Budunudur.
Tarixçi İ. Dyakonovun yazdığına görə, hələ e. ə. VIII əsrə aid Assur yazılarında Midiya ərazisində “Şərqin Ərəbləri” ölkəsi mövcud olmuşdur (И.Дьяконов, «История Мидии», M.1956, səh.219, 220). “Şərq” rəmzi dahi filosof Şihabəddin Yəhya Sühravərdinin “Şərq” fəlsəfəsində, göyləri və göydəki Mələküt dünyasını bildirir. “Ərəb” (Ereb) rəmzi də Yunan mifologiyasında Xaos mənasında, göydə yaradılmış El fikrini ifadə edir. Sufizmdə “Ərəb” deyəndə milliyət yox, bir formada olmuş insanın, dəyişərək digər forma almasından (metamorfoza), yəni ölümündən sonra (mələk nəslinin) bədən formasını dəyişib, göylərdə yeni forması başa düşülür (Ф.М.Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б.,1993, səh.71,72). Ərəb dili də cənnətdə danışılan dil, yəni ilkin materiyanın vahid dilidir. Buradakı ərəblər isə - cənnətdə ölümsüzlük qazanmış Rəbblər (peyğəmbərlər) mənasındadır. Quranda açıq yazılır ki, bu kitab Aləmlərin Rəbbinin endirməsidir və aydın Ərəb (Vəhy) dilində Ruh-ül-Əmin tərəfindən endirilmişdir (Quran, 26:192-196). Burada Ruh-ül-Əminin endirdiyi Ərəb dili – göydə ölümsüzlük qazanmış Misir Allahı Amonun Ruhunun göndərdiyi vəhy mənasındadır.
Bütün bunlar o deməkdir ki, Midiya ərazisindəki “Şərqin Ərəbləri” ölkəsi bilavasitə göylərlə bağlıdır və bura yalnız insan öldükdən sonra onun ruhu düşə bilər. Mənbələrdə Midiya əhalisi “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” adlandırılır ki, bu da Midiya dağları və bu dağların üstündə, ilkin materiya səhralarında ekstatik vəziyyətdə (“suluq”) dolaşanlar (türüklər) mənasındadır.
Erməni mənbələrində, Midiya ərazisində böyük səhra tikilməsi haqqında geniş məlumat verilir. Tarixçi Arakel Təbrizli yazır ki, paronterlər (fironlar) Sünikdə səhra tikib bərqərar etdilər. Paronterlər, yəni pirlər öldükdə, adlarını və qiyafələrini dəyişərək, buraya - insan səsi eşidilməyən məkana köçürlər. Bu cənnətin yerini dəqiqiləşdirərkən, Arakel onu - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır. Burada, böyük səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olurlar. Arakelə görə, ölmüşlərin ruhları bu səhradan çıxanda, can verən balığa bənzəyir və geriyə qayıtdıqdan sonra yenidən canlanır (А.Даврижеци, «Книга историй», М.,1973, böl. 24,51). Bu o deməkdir ki, ölmüş insanların ruhları məhz burada, yəni göy Ərəbistanında yaradılmış xüsusi “səhra”da yaşamağa uyğunlaşmışlar. Buradan kənarda isə ruhlar üçün həyat yoxdur.
Budun rəmzinin kökü olan Bodi [BD] rəmzi mənbələrdə Beyt [BT] kimi də yazılaraq göydəki Ev mənasında işlədilir. Qədim Misirin “Ölülər kitabın”da deyilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Abidosda yerləşdirir və taxtı üçün sular yaradır. “Torpaq əmələ gəldikdə” isə, O artıq Abidosda peyğəmbər olmuşdur. Qədim Misir mənbələrində Abidos rəmzi Abtu [BT] kimi də yazılır və Beyt [BT], yəni Ev mənasını daşıyır. Bu isə o deməkdir ki, pir Amon – bodi, yəni sufizmin tərikə yolu ilə, ekstatik vəziyyətdə (teurqiya) göydə Beyt (Ev) yaratmış və Türk Budunu da burada öıümsüzlük qazanmışdır.
Teurqların qurban mərasimi haqda şumer-akkad möhürlərində də məlumat verilir. Möhürlərdə, çılpaq qəhrəmanın insan-öküzlə güləşməsi və ya kahinin iştirakı ilə qurbankəsmə səhnələri təsvir edilir. Burada qəhrəman Enkidunun adı “Yeri tikmiş (düzəltmiş) kahin, hökmdar” kimi də yozulur. Buradaca “bit i-li” yazısına rast gəlinir ki, bu da Beyt-El – “Allahın Evi” mənasındadır (В.К.Афанасьева, «Гильгамеш и Энкиду», M., 1979, səh.120,137). Belə çıxır ki, hökmdar tərəfindən yaradılmış Allah Evi - türklərin teurqiya mərasimi ilə göydə yaratdığı Evdir.
İslamda Əl-Beyt dedikdə, Məhəmməd peyğəmbər, Əli və ailəsi nəzərdə tutulur. Batinilikdə Əl-Beyt rəmzi, ailə qohumluğu yox, “gizli elmə, biliyə və hikmətə malik ailə” (“Beyt əl-elm vəl-marifət vəl-hikmət”) deməkdir və bu da Quranın batini mənasını bilən türk bəglərinə aiddir. Mənbələrdə yəhudi adlandırılan Xəzər türk bəglərinin Levit [L-VT] Evi də Əl-Beyt [L-BT] rəmzi ilə eyni mənalıdır. Mən, “Qurandakı İsrail oğulları – Azəri türk bəgləridir” adlı məqaləmdə, qədim yəhudi seçilmişlərinin bilavasitə Azəri türk bəgləri olmasını elmi cəhətdən sübut etmişəm. Bütün bunlar isə o deməkdir ki, Əl-Beyt müqəddəsləri, Quranın və bütün qədim yazıların gizli mənalarını dərk edən türk bəgləridir. Kitabi-Dədə Qorqudda - “bu dünyayı ərənlər əqllə bulmuşlardır” deyəndə də, söhbət türk ərənlərinin göydəki “dünyanı” ağılla “tapması”ndan gedir (“Kitabi-Dədə Qorqud”, B., 1988, səh.88).                                                                
Mühiddin ibn Ərəbiyə görə, İslam dini də Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. Ərəbi bildirir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da Dinin göydəki El mənasında olmasını bildirir (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl. 8). Deməli, Ərəbiyə görə Din rəmzi göydəki El anlamındadır və bu Eli Allah, İsrailin yəhudi peyğəmbərləri olan İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir.
Qeyd etmək istərdim ki, mənbələrdə “Aldan” [L-DN] kimi qeyd olunan rəmz “El-Din” [L-DN], yəni “Din-Eli” mənasındadır. Kartirin (III əsr) yazılarında Aldan rəmzi Albaniya adlanır və bu da Azərbaycan ərazisində mövcud olmuş ölkədir (Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б. 1991, səh. 58). Tövratda Albaniya [LBN] rəmzi Lbnun [LBNN] kimi məlumdur və burada bildirilir ki, Allah and içərək Knun (Xanaan) və Lbnun torpaqlarını İbrahimə, İsaqa, Yaquba və onların törəmələrinə miras kimi vermişdir (Библия, Втор.1:6-8). Alban [LBN] və Lbnun [LBNN] rəmzlərinin sufizmdə Nəbi-Eli [NBL] kimi də oxunuşunu nəzərə alsaq razılaşarıq ki, Albaniya rəmzi altında peyğəmbərlərin göydəki Eli başa düşünülməlidir.
Knun [K-NN] rəmzi isə İslamda Kün [K-N] kimi məlumdur və Allahın “Ol!” əmrini bildirir. Knun [K-NN] rəmzinin Nun-Ki [NN-K] variantı Şumer və Akkadlarda “Qüdrət yeri” adlandırılaraq Babil qülləsi ilə əlaqələndirilir. Digər mənbələrdə, Marduk Allahının sərdabəsi kimi qeyd edilən Babil qülləsi – “Göy və Yerin təməl Evi” hesab olunur və məlumdur ki, ilk insanlar burada “Etemenanki” adlı zikkurat tikmişdilər.
Mifologiyaya görə, Marduk Allahı Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsində elə tikir ki, onun başı Göylərə çatır (Б.А.Тураев, «История Древнего Востока», II cild, Л., 1935, səh.91). Etemenanki [TM-NNK] rəmzi “Atum” [TM] və “Nun-Ki” [NNK] rəmzlərindən yaranmışdır və “ilkin materiyadan yaranmış Atum” deməkdir. Deməli, Knun rəmzi altında Allahın yerdə yaratdığı məbəd və onun göydəki obrazı olan Albaniya başa düşülməlidir. Bu isə onu göstərir ki, Allah, İbrahim və Yaqub nəslinə, yerdəki Evini və onun göydəki cənnəti vəsiyyət etmişdir.
Lakin tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” (I Kitab,böl.12) kitabına görə Albaniya ölkəsi vərəsəliklə GelarKüni nəslindən kiməsə əbədi olaraq verilmişdir. Belə çıxır ki, İbrahim və Yaqub oğulları dedikdə, Gelar türk bəgləri nəzərdə tutulmalıdır və İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinə verilmişdir.
Albaniyanın Allahla əlaqəsini məşhur tədqiqatçı C. Frezer də xüsusi vurğulayır. Onun yazdığına görə, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur  (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.147). Bu hadisə qədim Misir yazılarında Misir piri (fironu) Amona aid edilir. Mətnlərə görə Amon, göydə Ra günəş diski yaratmış, özü fiziki öldükdə, ruhu göyə qalxaraq bu Ra disklə birləşmiş və Ra-Amon Allahına çevrilmişdir. Firdovsi “Şahnamə”sində bu hadisəni Cəmşidlə bağlayır və qeyd edir ki, o göyə ilk ayaq açaraq, Göydə Kəyan taxtı qurmuşdur. Divin çiynində taxta çıxan Cəmşid, fəzada günəş tək qərar tutur (Firdovsi, “Şahnamə”, B.1987, səh.33). Quranda bu hadisə Rəhman Allaha aid edilir və bildirilir ki, Allah göyləri dirəksiz ucaltdıqdan sonra öz taxtında qərar tutur və günəşi, ayı özünə tabe edərək ərşə hakim olur (Quran, 2:29, 13:2, 20:5). Bu isə o deməkdir ki, İslamın Rəhman adlandırdığı Allah, elə qədim Misirin Ra-Amon Allahıdır. Əgər nəzərə alsaq ki, məhz türk xanı Göydə Allah yaratmasını iddia edir, razılaşarıq ki, Ra-Amon elə Osman şahdır.
Təbrizli Arakel “ilandan doğulmuş” (“əjdahadan doğulmuş”) Midiya maqlarını – “Osman şahlarının nəsli” adlandırır (А.Даврижеци «Книга историй»,  М., 1973, böl. 51). Osman rəmzi sufizmdə “İssi-Amon” kimi izah olunur ki, bu da “Amon Ruhu” (Əman Ruhu) mənasındadır. Deməli, Osman rəmzi altında bütün mənbələrdə, Göydə bu günə qədər sağ qalmış pir Amonunun Ruhu nəzərdə tutulmalıdır. Bu Ruh qədim Misir mənbələrində Qor Allahı kimi də qeyd olunur və qızılquş simasında təsəvvür edilir.
Göy-Türk abidəsində Türk Bodununun “Qara-Bodun” adlandırılması da bu tayfanın Qor Allahının törəmələri olması deməkdir. Məşhur tədqiqatçı Devid Rol bildirir ki, qədim Misirin əfsanəvi “Qor ardıcılları” nəslinin soykökü, Mesopotamiyanın böyük qəhrəmanlarından başlanır. Mən, “Batini-Quran” kitabında və məqalələrimdə çoxlu sayda təkzibolunmaz faktlarla, bütün dünya ədəbiyyatının bilavasitə türk bəglərindən başlamasını sübut etmişəm. Buna görə də burada əlavə sübutlara ehtiyac görmürəm.
Sonda onu qeyd etmək istəyirəm ki, bu gün türk adlandırdığımız millət, ən qədim mənbələrdə teurqlar, Əflatunun isə Allahlar adlandırdığı Midiya maqlarının nəslidir. Qədim mənbələrdəki Türkiyə adı da Xəzər ətrafında yaşayan türk bəglərinin göydəki və yerdəki Elinə aid edilməlidir. Dünyanın bütün peyğəmbərləri və şahları məhz türk bəglərindən olmuşdur. “Rəhman Allahın ağlasığmaz sirləri”, “Ledun elminin əsasları”, “Bütün dunlər birdir” və s. adlı məqalələrimdə də mən bütün dinlərin batini mənalarının bir olmasını və bilavasitə türklərin Göydə yaratdığı El ilə bağlı olmasını nəzəri cəhətdən sübut etmişəm. Yazdıqlarımın tam sübutu isə, mənbələrdə Babil qülləsi, Etemenanki məbədi, Midiya və Ələmut qalaları, Süleyman peyğəmbərin Allah üçün tikdiyi Ev kimi qeyd olunan dünyanın ilk məbədinin açılışı zamanı olacaqdır. Orada saxlanılan Əhd sandığı, Lövhi-Məhfuz və Allahın digər əşyalarının üzə çıxması, bəg-ərənlərin qədim dünyanın sahibləri olmasını tam sübut edəcəkdir. Bu abidənin açılışı isə ay məsələsidir.

Firudin Gilar Bəg