среда, 7 августа 2019 г.

Şərab içmiş Şah Xətai - Sirrullahdır


                                                     

Bu gün elm, texnikanın inkişafı və informasiyaların çoxluğu, insanlara - qəbul olunmuş məntiqə yenidən, son məlumatlar da nəzərə almaqla baxılması zərurətini yaratmışdır. Əhalinin və eyni zamanda elm ocaqlarının da çoxalması, qədim yazıların, mənbələrin və faktların da müasir məntiqlə araşdırılmasına şərait yaratmışdır. Məntiqlə, araşdırmalar çoxaldıqca sirlər, qaranlıq məqamlar üzə çıxmalı və hər şey aydınlaşmalı idi. Lakin bunun tam əksi baş verdi. İnsanların, müqəddəs kitablar kimi yanaşdığı Tövrat, İncil, Quran və s. kitablardakı məntiqsizlik və izahı olmayan absurd faktlar, qədim yazıların məntiqinə şübhə yaratdı. Bu gün artıq din xadimləri özləri, min illər  müqəddəs saydığımız kitabları tənqid etməyə başlamışlar. Riyazi təfəkkürə malik hər bir insan da, qəbul olunmuş bu məntiqin tənqidinə haqq qazandırmalı olur. Çünki həqiqətən də yazıların birbaşa mənası cəfəngiyyatdan başqa bir şey deyildir. Bəs onda həqiqət hardadır və onu necə dərk etmək olar? Qədim yazılarda nədən danışılır? Niyə əcdadlarımız “mənasız” kitabları müqəddəs adlandırmışlar? Bütün bu suallara cavab tapmaq üçün, mütləq ilk mənbələrə müraciət edib, onları yazanların məntiqini, fəlsəfəsini dərk etməyə çalışmaq lazımdır.
Yəhudi müdriklərinə görə, Allah dünyanı yaradanda Tövrat kitabına baxırmış və biz də  ən qədim mənbə kimi Tövrat kitabına müraciət edəcəyik. Çünki, Tövrat - dünyanın yaradılmasından da əvvəl mövcud olmuşdur. Biz kitab və məqalələrimizdə göstərmişik ki, bütün qədim yazılarda “dünya” dedikdə, yaşadığımız fiziki dünya yox, qədim Misir mətnlərində Ra-Amon adlandırılan Allahın göydə yaratdığı ruhlar dünyasından gedir. Tövratda, bu “dünya”nın yaradılışı həm də Babil qülləsinin tikilişi kimi təqdim olunur ki, məhz bu tikilişdən sonra Allah, onu tikənlərin dillərini dəyişib, onları dünyaya səpələmişdi. Deməli, insanların dillərinə görə xalqlara, etnik qruplara və s. bölünməsi səhvdir. Bu dünyada bir xalq olmuşdur ki, onlar da sirli Babil qülləsini tikdikdən sonra, dünyaya səpələnərək müxtəlif dillərdə danışmağa başlamışlar. Belə olan halda qarşıya sual çıxır ki, bəs nəyə görə, xalqların çoxu bir-birindən üstün olduqlarını iddia edirlər. Bu sualın cavabını da yenə Tövratda axtaraq.
 Tövrata görə, Allah iki növ insan yaratmışdır ki, bunlar da Allahın obrazı ilə əvvəl yaradılmış Göy insanı və təşkil olunmuş Yer insanıdır. Obraza uyğun yaradılan Göy insanı ölümsüz, yer insanı isə ölümlüdür. Bunlar haqda - “Allah – türkləri, onlar isə insanı yaratdılar” adlı məqalədə geniş məlumat verilmişdir. Belə çıxır ki, əslində iki növ insan yaradılmışdır və dillərə görə insanların xalqlara, qruplara bölünməsi böyük yanlışlıqdır. Yəhudi fəlsəfəsində bu iki növ insan arasında çox böyük fərq qoyulur. Özlərini, Allahın seçilmişləri, yəni Göy insanı hesab edən yəhudilərə görə, adi insanlar dərindən düşünmə qabiliyyətindən məhrumdurlar və ona görə də müqəddəs yazıları heç vaxt dərk edə bilməzlər. Erməni mənbələri də bildirir ki, bütün müqəddəs yazılar yalnız “seçilmişlər” adlanan yəhudilərə, yəni Xəzər Türk bəglərinə aiddir. Adi insanlar isə nifrətə layiq olduqları üçün yazılarda qeyd olunmağa layiq deyillər. Başqa sözlə, adi insanların qədim yazılara heç bir aidiyyəti yoxdur və buna görə də onlar bu yazıları dərk edə bilməzlər. Bu ənənə Hind fəlsəfəsində daha kəskin ifadə edilir və bildirilir ki, qədim yazıları yalnız saklar nəsli olan şahlar dərk edə bilərlər. Mənbələri araşdıran alimlər bu məntiqli yazılara çox rast gəlirlər. Assur-Babil ədəbiyyatını yazan kahinlər, mətndə tez-tez bu ifadəni təkrarlayırdılar: “Yalnız xəbərdarı sən bununla tanış edə bilərsən, xəbərdar olmayanlar bunları bilməməlidir!”. Başqa sözlə, İlahi sirlər – kamillər nəsli olan Göy insanı nəsli üçündür, yer insanı bunları bilməməlidir.
Quranda qədim məntiq daha açıq ifadə olunur. Burada da insanlar iki yerə ayrılır ki, bu da Allahın hamıdan üstün yaratdığı İsrail oğulları və adi insanlardır. Qurana görə, Allah İsrail oğullarını - elmlərinə görə aləmlərdən, dərəcələrə görə bir-birindən üstün tutmuş, yerdə onları varislər etmiş, onlara kitab, müdriklik, peyğəmbərlik və pak nemətlərdən ruzi vermişdir. Bu o deməkdir ki, bütün kitablar - Göy insanı adlandırılan və  Allahın obrazı ilə yaradılan əsl İsrail (Asar/Azər-El) oğullarına aiddir. Adi insanların qədim mənbələrə heç bir aidiyyəti yoxdur və onlar, bu mənbələrdə yazılanları mürşidsiz heç vaxt dərk edə bilməzlər. Bu məqalədə biz, “şərab” rəmzinin sufi-batini mənada nə demək olduğunu hamı üçün aydınlaşdırmağa çalışacağıq. Bildirmək istəyirik ki, şərab rəmzi batinilərdə çox dərin mənalar verir və ehtimal ki, şox insanlar ilkin materiyanın qanunlarını bilmədikləri üçün bu rəmzi anlamacaqlar. Hər halda biz öz tərəfimizdən “şərab” rəmzinin elmi izahını verəcəyik.
                                                          

Məşhur sufi alimi Bəyazid Bistami şərabı sufizmlə əlaqələndirərək yazır: “Sufizmin toxumu Adəmin zamanında əkilmiş, Nuhun zamanında cücərti vermiş, İbrahimin zamanında çiçək açmış, bəhrəsi Musanın zamanında əmələ gəlmiş, İsanın (Xrist) zamanında yetişmiş, Məhəmmədin zamanında isə təmiz şərab əmələ gəlmişdir”. Bilirik ki, şərab qaldıqca keyfiyyəti yüksəlir. Başqa sözlə, Adəmin zamanında toxum halında olan sufizm, Məhəmmədin zamanında keyfiyyətli “içkiyə” çevrilmişdir və bu “işki”nin hesabına peyğəmbər – sufizmin ən kamil səviyyəsi olan Bəqa – İlahla vəhdət səviyyəsinə çatmışdır. Digər tərəfdən, buradakı 6 mərhələ, sufizmin tərikə yolunu bildirir ki, bu da “dünya”nı altı günə yaratmış və yeddinci gün dincələn Allaha aiddir. Başqa sözlə, sufizm - Allahın yaradılış elmidir və bu elm Adəmdən başlanır. Biz də bu elmi tam dərk etmək üçün, Adəm haqqındakı məlumatları araşdırmalı və orada toxum halında olam sufizmin, yəni üzümün rolunu dərk etməyə çalışmalıyıq.
 Adəm rəmzi ən qədim Misir mənbələrində Atum/Atam kimi keçir. Bu mənbələrdə şərabın tərkibi olan üzüm və üzüm suyu haqqında xüsusi danışılır. Bexdetdən olan Qor və qanadlı disk haqqındakı rəvayətdə, Ra (Ra-Amon) - Bexdetli Qora deyir: “Sən üzümü suya atdın, ondan axan və onda sənin ürəyin əmələ gəldi” və ona görə də Bexdetli Qorun suları (kanal) bu günə qədər [üzüm suyu] adlanır. Və Bexdetli Qor dedi: “Ey Ra get, sənin torpağında uzanmış öz düşmənlərinə bax”: bundan sonra əlahəzrət Ra yola düşdü, onunla Aştertet (Aştoret) ilahəsi də var idi, və o yerə yıxılmış düşmənləri gördü və onlar hamısı bağlanmışdı. Və Ra Bexdetli Qora dedi: “Bu yerdə həyat şirindir”, və ona görə də Bexdetli Qorun sarayı “Şirin həyat” adlanır”. Və Ra Tota dedi: “Mənim düşmənlərimə [burada divan tutulmuşdur]”: ona görə də bu yer indiyə qədər Teb adlanır (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.92). Buradakı üzüm suyu rəmzi, ilkin materiyanı özünə tabe etmiş Amon Allahının keçirdiyi ritualla bağlıdır. Belə ki, firon/pir Amon, qırmızı üzüm dənəsini öz ürəyi (formasına görə) adlandırmış və onu suya atmışdır. Suya düşmüş üzüm, suyu qırmızı rəngə boyamışdır. Qırmızı su isə artıq qanla eyni mənalıdır və rituallarda qan rəmzini əvəz edir. Bu ritualın keçirildiyi zaman mantralar oxunur və Amonun ürəyi və sözü ilə, onun kəsdiyi qurbanların ruhu göy üzünü bürüyür. Qırmzı göy isə artıq, Amon Allahının ürəyindəki fikri və sözü vasitəsi ilə kosmik İnsan-Allah olan Atuma (Adəmə) çevrilir. Deməli, burada düşmənə qalib gəlmək – göyləri üzüm suyu, yəni qurban qanı vasitəsi ilə özünə tabe etmək deməkdir.
                                                        

Bu ritualda – firon Amon, özünü ilkin Nun suları ilə eyniləşdirən Ptah (Fateh anlamında) adlandırır və onun adından çıxış edir. Məşhur misirşünas alim C. Uilson bu haqda yazır: “Ptah, böyükdür; O – doqquz Allahın ürəyi və dilidir… hansı ki, Allahları mayalandırmışdır… (nə isə) Atum (Adəm) obrazında ürəkdə təcəssüm etmiş və dildə təcəssüm etmişdir”. Beləcə Atum düşünülmüş və yaradılmışdır. Heç nədən yaradıcı Allah, Atum ideyası əmələ gəlmişdir. İdeya Tanrı dünyasının “ürəyində meydana gəlmişdir”: bu ürək və ağıl Ptah özüdür”; sonra ideya Tanrı dünyasının “dilində yaranmışdır”; bu dil və nitq Ptah özü olmuşdur. Atum - obrazında ürəkdə yaranmış və dildə yaranmışdır” (Г. Франкфорт, Г. А. Франкфорт, Дж. Уилсон, Т. Якобсен, «В преддверии философии», М., 1984, səh.67,68). Deməli, üzümü öz ürəyi adlandıran Amon, ürəyində düşünülmüş “dünya”nı yaratmaq üçün, qurbanlar kəsmiş və qurbanların ruhlarını öz “ürəyindəki dünyaya doldurmuşdur”. Qan rəmzi Tövrata görə, ruh mənasındadır və burada açıq yazılır ki, “qan ruhdur”“bədənin ruhu – qandadır”. Suya atılmış ürək rəmzli qırmızı üzüm, suyu necə qırmızı rəngə boyayırsa, Amon Allahının qurbanlarının ruhu da (qan rəmzində) ilkin materiyanı eləcə qurbanın ruhuna boyamışdır (üfüqün qızartısı) və bütöv bu qarışıq sanki Amonun ürəyi rəmzində (Pta) bədəninə çevrilir. Belə çıxır ki, mətndəki “sən üzümü suya atdın, ondan axan və onda sənin ürəyin əmələ gəldi” ifadəsi, ilkin sularda (efirdə) əmələ gələn Amon Allahının ürəyinin rəmzidir ki, bundan sonra ilkin materiya Amonun ürəyi rəmzində ona tabe olur. Mətndəki Bexdetli Qorun sarayının Teb adlandırılması, Göydəki bu ruhlar dünyasının eyni zamanda Osirisin dənizə atıldığı Teb qutusu və Beyt rəmzindədir. Bu Teb Beytinin (Qorun sarayı) “Şirin həyat” adlanması da, bu ritual zamanı göydə var olmuş cənnətdə yaşayışın şirin olması anlamındadır. Tövratda bu yaradılış haqda yazılır: “Qoy işıq olsun!” Və işıq oldu. Allah işığı qaranlıqdan ayırdı və bundan sonra sular birləşdi və torpaq əmələ gəldi və s. Başqa sözlə, pir Amon göydə cənnət torpağı yaratmaq üçün üzüm rəmzindən istifadə etmişdir.
                                           

Eyni mənalı digər qədim Misir yazısında, yenilməz, möhür gözləyən evin gözətçisi Nu (Nu-Osiris) deyir: “Mən Nun Allahından yaranmış İlahi Ra ruhuyam: O İlahi ruh ki, Allah özüdür… Mən Nun Allahıyam, şərin gücü məni məhv edə bilməz. Mən ilkin materiyanın ilk doğulmuşuyam, yəni İlahi Ruhuyam, hansı ki ölməz Allahların ruhlarına bərabərdir və mənim öz bədənim əbədilikdir. Mənim simam – ölməzlikdir, illərin hökmdarıdır və əbədilik hökmranıdır. [Mən] Göyün ən yüksək sərhəddində yaşayan zülməti yaradanam, [hansını ki] mən sevirəm və mən onun sərhədlərinə çatıram. Mən ayağa durub gedirəm, mən öz üzümümün sahibinə çevrilirəm, mən [yerlə Göyü] ayıran Göy okeanını üzüb keçirəm, mən ayaqlarıma yaxınlaşan, hər iki əlin hökmdarı tərəfinə göndərilən qurdları məhv edirəm. Mənim ruhum – ölümsüzlüyün ruhlar Ruhudur və mənim öz bədənim əbədilikdir. Mən İlahi ucaldılmış varlığam, Tabu torpağının  hökmdarıyam. “Mən şəhərdəki oğlan uşağı və sahədəki yeniyetməyəm” - və mənim adım budur: “kim ki, parçalanmağa məruz qalmamışdır” - budur mənim adım. Mən Nun Allahını yaratmış o dünyada yaşayan Ruham: mənim yumurtanı sındırdıb çıxdığım yer kənar adamlardan gizlidir və mənim yumurtamın çatı yoxdur…” (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.489-490). Bu mətndə artıq başqa Allahdan danışılır ki, bu da axirətdə gəlməli olan Qor Allahıdır. Bütün qədim yazlarda iki Allahdan – Əvvəldə gələn Günəş Allahı Ra-Amondan və Axırda bu Günəş Allahının yerinə gələcək Ay Allahı olan Qordan, yəni Mehdidən danışılır. Gizlində olan Qor Allahının – öz üzümünün sahibinə çevrilməsi, göydə əvvəldə yaradılmış bütün hər şeyin ona verilməsi anlamındadır.
Bu mətnlər onu göstərir ki, firon Amon, göyləri özünə tabe edərkən rəmz kimi üzümdən, üzüm suyundan istifadə etmişdir və üzüm suyu - rəmzlər elmində qanı əvəz edə bilən simvoldur. Bütün bu yaradılışdan sonra, göylər “qana bulaşır” və artıq, qanın digər rəmzi olan üzüm suyu mənasında Amona tabe olur. Qədim Misir mətnləri ilə desək, Amon göyləri – qanlı Nut göyünə çevirir və orada Qeb adlanan ruhlar torpağını, ruhlar beytini yaradır. Qanla yaradılmış bu ruhlar dünyası Kitabi Dədə Qorqudda Qanlı Oğuz eli adlanır.
Qədim Misir mənbəsindəki sitatda yazılırdı ki, - “Ptah, böyükdür; O – doqquz Allahın ürəyi və dilidir”. Burada doqquz Allah dedikdə Doqquz Oğuz ölkəsi nəzərdə tutulur ki, bu da Oğuz elinin - Amonun ürəyində tutduğu və sözü ilə yaranması deməkdir. Kitabi Dədə Qorqudda bəglər – “Qanlı Oğuz bəgləri”, sular – “qanlı-qanlı sular”, Oğuz elinin ordusu isə “Qan alaca ordu” adlandırılır. Bu isə o deməkdir ki, Amon Allahının yaratdığı Qeb beyti elə qanla yaradılmış İç Oğuz elidir.
Bütün bunlar isə o deməkdir ki, yaradılışda üzüm rəmzindən istifadə edilmişdir ki, bu da firon Amonun ürəyinin rəmzidir. Sufizmdə ürək çox dərin mənalar verir ki, bunun əsası - sufinin getdiyi tərikə yolu ilə bağlıdır. Bəyazid Bistaminin yuxarıdakı misalında, sufizmin axirətə qədər olan altı mərhələsi göstərilir ki, bu da – Allahın altı günə yaratdığı və yeddinci gün dincəldiyi mərhələdir. Bu isə o deməkdir ki, Məhəmmədin dövrü həm də axırda gələcək Allahın kamilləşmə mərhələsidir. Başqa sözlə, Adəmin yaradılışıdan axirətə qədər olan mərhələ sufizmin tərikə (TRK) yolu, yəni tarixdir (TRX). Tarix sözü də məhz bu mənada axirətdə gələcək Allahın kamilləşmə mərhələsidir. İngilislər tarix sözünü His-Story kimi yazırlar ki, bu da “O kişinin tarixi” anlamında Allaha aiddir. Belə çıxır ki, axirətdə gələcək Mehdi, tərikənin yeddi mərhələsini keçərək tam kamilləşəcək və bunula da yaradılış təkrarlanacaq və yeni Adəm yaranacaq. Bu kamilləşmə həm də pir Amonun, sufizmin tərikə yolunun yeddi mərhələsini keçib, ilkin materiya ilə vəhdəti və onun Allaha çevrilməsi yoludur.
Məhşur sufi mistiki Bəhaullanın “Yeddi vadi” kitabında, firon/pir Amonun göylərə, ilkin materiyaya səyahətı yeddi mərhələdir ki, bəziləri bunu yeddi vadi, bəziləri isə yeddi şəhər adlandırır. Birinci – dözümlülük vadisi olan “Axtarış vadisi”dir. İkinci – İlaha məhəbbət alovuna  bürünmə vadisi olan “Məhəbbət vadisi”dir. Allahın “Yar” olduğu mürid bu pilləkəni keçəndən sonra “Dərketmə vadisi”nə daxil olur ki, burada onun “daxili gözü” (ruhunun bəsirət gözü) açılır və o bu “gözlə” yaradılışın sirlərini dərk etməyə başlayır. Sufizmdə “gözünü yum ki, görəsən” deyimi, onların məhz ruhun gözü ilə görməsi mənasındadır. Buranı keçən səyyah “Qovuşma vadisi”nə daxil olur və o Allahın gözü ilə görür, qulağı ilə eşidir. O “dostunun” (Allahın) məbədgahına daxil olub istəkli sirdaş kimi çadırı öz sevgilisi (Allahla) ilə bölür. Beşinci vadi “Məmnunluq vadisi”dir ki, burada səyyah daxili və zahiri gözü ilə hər şeyin daxilini, xaricini dərk edir. Buranı keçən səyyah “Təəccüb vadisi” olan böyüklük okeanına daxil olur və hər an onun təəcübü artır. Nəhayət, səyyah – “Əsl miskinlik və tam yox olma vadisi”nə qədəm qoyur. Bu “mənzildə”, yəni pillədə şəxsiyət tam yoxa çıxır və Allah dərgahına qədəm qoyur. Bu tam yox olma “mənzilində”, səyahətçiyə təsir edən bütün şeylər yox olur və əbədiyyət üfüqündə qaranlıqdan İlahi Sifət qalxır. Ən yüksək mərhələyə çatıb, qüdrətli pilləkənə yaxınlaşanda və Sevgilini görəndə hər şey yaddan çıxır. Bu şəhərdə artıq insanı İlahi şəfəq öz ağuşuna alır. Bu vadi “Mahmud məqamı” (Məhəmməd) adlanır. Kim ki, Göylə vəhdət səviyyəsinə qalxıb Kamil Həqiqət dənizinə yüksəlir, bu şəhərə pərəstiş edir – bu isə Allahda həyat pilləsidir – sirlərə agah olana ən son dayanacaq və sevənlərin son vətənidir. Lakin sirli okeanın faniləri üçün bu pillə ürəkdəki dayağın birinci qapılarıdır, yəni insanın, ürək şəhərinə ilk girişidir: ürək isə dörd vəziyyətdən yaranmışdır və s. Digər tərəfdən – Əsil miskinlik və tam yox olma vadisi” özlüyündə iki fazadan – fəna (itirilmə) və bəqa (bəg), yəni əbədi mövcudluqdan ibarətdir ki, bəqa fazasında mürid artıq Allahla vəhdətə nail olur.
                                                        

Bütün bunlar o deməkdir ki, firon Amon məhz sufizmin tərikə yolu ilə İlahla vəhdətə nail olmuş və Ra-Amon Allahına çevrilmişdir. Lakin bu eyni zamanda onu bildirir ki, Məhəmmədin zamanında da Axırda gələcək Allah – sufizmin tərikə yolunu keçib, Allahla vəhdətə nail olacaq. Başqa sözlə, Məhəmməd burada elə Axırda gələcək Mehdi rolunda göstərilir. Batini şiələri isə axırda gələcək Allah rolunda imam Əlini görürlər.
Ən qədim mənbələrə görə, yaradılış zamanı iki Günəş Allahı yaradılmışdır ki, bunun biri Ra-Amon Allahı, digəri isə axirətdə gələcək Ay Allahıdır. Qədim Misir yazılarında Ay Allahı – Gecə Günəşi adlandırılır. Mətnlərə görə bu Allah, yaradılışından sonra ruhlar dünyasında axirətə qədər qalmış və axirətdə zühur etməlidir. İslam bu Allahı – Qeybə çəkilmiş imam kimi göstərir ki, bu da məna etibarilə eynidir. Bu haqda – “Qurana görə axirətdə Allah gələcək” adlı məqalədə geniş məlumat verilib (bax.  http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html).
Digər tərəfdən, “Əsl miskinlik və tam yox olma vadisi”ndə şəxsiyət tam yoxa çıxır və insan özündə olmur, hər yerdə Yarını – Allahını görür. Sufilər insanın bu vəziyyətini, şərab içmiş insana bənzədirlər və rəmz kimi qəbul etmişlər. Bu isə o deməkdir ki, sufilərdə “şərab içmək” - sufinin ekstatik durumunu, onun qamlıq vəziyyətində ilkin materiyaya qovuşmasını bildirir ki, bu da ən ali müdriklik hesab olunur. Məhz bu mənada Bəyazid Bistami, Məhəmmədin zamanında, sufizmin Bəqa səviyyəsinə yüksəlmiş və İlahi sirləri bilən Mehdini həm də yüksək keyfiyyətli şərab rəmzində qeyd edir.
Yazdıqlarımızdan belə çıxır ki, Adəmin dövründəki sufizm toxumu elə pir Amonun ürəyidir və məhz o öz “ürəyində” – “ürəklər şəhəri yaradıb”, magiya, teurqiya yolu ilə bu “şəhəri” göylərə “daşımışdır”. Cənnətin bu yaradılışı zamanı, göylərdə təbii “axan” ilkin materiya, yəni dirilik suyu – insan forması alıb Adəmə çevrilmişdir. Belə çıxır ki, şərab təkcə kamilliyin deyil, həm də dirilik suyunun rəmzidir. Qədim mənbələrdə “Qraal camı” dedikdə də məhz dirilik suyu doldurulmuş cam nəzərdə tutulur. Qədim Misir təsvirlərində, ruhlar dünyası mənasında olan həyat ağacından, ilkin materiyanın rəmzi olan qadının insanlara dirilik suyu verməsi təsvir olunur.  Göydəki ruhlar dünyasının digər rəmzi olan dünya ağacı da ilkin materiyadan yarandığı üçün, mətn və rəsmlərdə dirilik suyu ilə əlaqələndirilir. Qədim Misir rəsmlərində, dünya ağacı həmdə qadın İlahəsi kimi göstərilir ki, o ölülərə yeməli şeylər verir. Digər rəsmlərdə, firon əncirinin arasında olan İlahə, üzüm tənəklərinin yarpaqları arasındakı Osirislə eyniləşdirilir və yunan mifologiyasında bu obraz Dionisə uyğun gəlir. Dionis isə üzümçülük Allahıdır və onun digər adları isə Baxus (Bəqa-İssi) və Vakhdır ki, bu da sufinin ekstatik durumu, yəni Bəqa səviyyəsini bildirir. Dionisin şərabı qurbangahdan axırdı və insanlar onu içərək, Allahın güçündən istifadə edirdilər. Şərabın qurbangahdan axması, onun rəmzi mənada olması deməkdir. Tövrata görə, qurbangahda mütəmadi tökülən qurbanların qanı hesabına burada möcüzəvi surətdə müqəddəs İlahi od yanmağa başlamışdı və belə çıxır ki, şərab rəmzi də bu müqəddəs odun, yəni ilkin materiyanın rəmzlərindəndir. Quran görə, cənnətdə mömin adamlar üçün  şərab çayı axır ki, bu da dirilik suyu anlamındadır.
                                            

Əhdi-Cədiddə şərab dolu qədəh – İsanın “qanı” adlanır və yeni bağlanmış Əhdi bildirirdi. Bu kitabda İsa – üzümlük, Onun Atası isə üzümlüyün sahibi adlandırılır.  Əhdi-Ətiqdə üzümlük əsasən İsrailə aid edilir. Mattanın İncilində isə İsa deyir ki, bundan sonra, Atamın şahlığının yeni şərabından icməyənə qədər, bu şərabdan içməyəcəyəm. Bu isə o deməkdir ki, şərab burada həqiqətən də ilkin materiya, yəni dirilik suyu anlamındadır. İsa isə, axirətdə insanlarla bağlayacaq yeni müqavilənin və yeni “dünya”nın sahibidir. Bildiyimiz kimi, Qalileyanın Kana şəhərində İsa peyğəmbər suyu şəraba çevirmişdir. Suyun şəraba çevrilməsi rəmzi Bəyazid Bistaminin qeyd etdiyi sufizm toxumunun şəraba dönməsi anlamındadır ki, bu da İsanın da Məhəmməd peyğəmbər obrazında axirətdə gələn Mehdi rolunda olması deməkdir.
Yazdıqlarımızdan belə çlxlr ki, qədim mənbələrdə, yalnız yəhudilərin bildikləri İlahi sirr, Türk bəglərinin əcdadı olan pir Əmənin, sufizmin tərikə yolu vasitəsi ilə – Ra-Amon, yəni Rəhman Allaha çevrilməsidir. Şah İsmail Xətai -
“Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri.
Küfr içində iman vardır, seçə bilirsən gəl bəri”  dedikdə, məhz bu İlahi sirri nəzərdə tutur. Şah Babamız -
“Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgar idim.
Gövhəri ağ eylədim, tutdu cahanı sərbəsər,
Yeri-göyü, ərşi-kürsi yaradan səttar idim”, dedikdə isə özünün “dünya” yaradılmamışdan var olmasını qeyd edir ki, bu da onun İlah obrazında göstərilməsi anlamındadır. Belə çıxır ki, Şah İsmail Xətai – axırətdə gələcək Allahın obrazıdır. Çünki sufilər Allah deyəndə - Əvvəldə gələn Rəhmanı və Axırda gələcək Rəhimi, yəni Mehdini nəzərdə tuturlar. Batinilərdə Rəhim rəmzi – Ra-Qam, Qam-Ər/Qəmər mənasındadır ki, bu da axirətdə Ra günəş Allahının yerinə keçəcək Ay Allahı deməkdir.
                                                  

Zeynalabidin Əli Əbdi Bəyin “Təkamilətül-Əxbər” adlı əsərinə görə də, axirətdə haqq-ədaləti bərpa etməli olan Mehdi Sahib əz-zəman - Şah İsmail Xətaidir və o eyni zamanda “peyğəmbərlərin möhürüdür” (xətmi-ənbiya). Əbdi Bəy yazır: “Rumlu, şamlu və zülqədər tayfalarından olan sufilər və ğazilərin dəstələri Rum və Şam ölkələrindən, Misir və Diyarbəkr diyarlarından axışıb (İsmailin düşərgəsinə) gəldilər. Buradan hər yana, Əlahəzrətin ayağa qalxmasını gözləyənləri yola çağıran əmrlər göndərilmişdi: bu hərəkat Sahib-zamanın zühur etməsinin başlanğıcı oldu”. Bu isə o deməkdir ki, Şah İsmail Xətainin obrazı – axirətdə gələcək Mehdinin obrazıdır. Mehdi Sahib-Zaman isə hələ zühur etməmişdir. Xətainin şərab içməsi də, Onun müdrikliyinin ən ali səviyyədə olması və Allahla vəhdətə nail olması anlamındadır. Şah İsmailin on dörd yaşda hakimiyyətə gəlməsi və on dörd eli birləşdirməsi isə – axirətdə, on dörd hissəyə parçalanmış Asar/Osiris/Azər Allahının bədəninin birləşməsi və dirilməsi rəmzindədir. İlkin materiyada parçalanmış bu Atum (Adəm) Allahının bədəninin birləşməsi və Onun dirilməsi İezekiil peyğəmbərin kitabında qeyd olunur və s.
Bütün bunlar haqda daha geniş məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, Batini-Quran kitabında və məqalələrimizdə verilmişdir.
                                                                    Firudin Gilar Bəg
                                                                    Tahir Əmiraslanov






Комментариев нет:

Отправить комментарий