среда, 7 августа 2019 г.

“Allah” sözü bilavasitə türklərə aiddir



Bu gün, insanın yaradılışından xəbəri olmayan müxtəlif xalqlar - dinləri, fəlsəfələri və s. “özününküləşdirərək”, onlara aid olduqlarını iddia edirlər. Əslində isə bütün dinlərin, fəlsəfələrin və s. məntiqlərin köklərində yalnız bir xalq durur ki, bu da Şərqdən gəlib, Babil qülləsini tikən Asar (Assur/Azər) xalqıdır. Onlar göylərlə, ilkin materiya ilə vəhdətdə olduqları üçün mar-amorey, yəni midiyalı adlanırdılar.
Mənbələrdə Midiya (MD) kimi qeyd olunan rəmz əslində Adəm (DM) rəmzidir və qədim Misir yazılarında bu rəmz Atum Allahı kimi qeyd olunur. Sufi-batinilərdə və yəhudi mənbələrində Adəm – Haqq, yəni Allah kimi təqdim olunur. Tövrata görə, Adəmin əlləri - dünyanın o başından bu başına qədər olmuşdur ki, bu da Adəm və ya Atum Allahının kosmik ölçülü insan mənasında olması deməkdir.
Qədim Misir yazılarına görə, Atum – Gel şəhərində yaradılmışdır və buradakı Gel rəmzi mənbələrdə Xel, Hel və s. kimi də yazılır. Qədim dilçilikdə “G” və ona bənzər “X”, “H”, “K” və s. rəmzlər, gözəgörünməz ilkin materiyanı bildirdiyi üçün, bəzən yazılmırdı və bu halda Gel rəmzi El formasına düşürdü (Geliopol-İliopol və s.). Bu isə o deməkdir ki, Gel eli – yəhudilərin El Allahının elidir.
Assur-Şumer mənbələrində, başı göyərə çatan Atum Allahı - Luqal (L-QL) adlanır və bu da sufilərdə El-Gel (L-GL), yəni Gel Eli deməkdir. Batinilər Luqal rəmzini El-İlahi (L-LH) kimi də oxuyurlar. Tövratda Eloah kimi keçən İlah rəmzi, qədim mənbələrdə - hər şeyə həyat verən İlahi odu, yəni ilkin materiyanı bildirirdi. Bu rəmz sufi-batinilərdə El-Hu kimi açılır və bu da Hu (Hü) ilkin materiyası və onun yerdə yaratdığı fiziki dünyanı bildirir. Qədim Assur-Şumer mənbələrində İlah rəmzi Asar (Osiris/Azər) Allahına aid edilib, “Asar-Luhi”, yəni “Azər İlahi” kimi yazılırdı. Başqa sözlə, Luqal, yəni İlahi-El dedikdə, insan formasında olan kosmik Asar (Osiris/Azər) Allahı nəzərdə tutulur. Bu Allahın yerdəki mülkü (MülkəHu) isə - Azərbaycanın Xilat Atabəgləri olan Cəlairlərin yurdudur. Tövratda Xilat Atabəglərinin eli – Allahın “Mənim” adlandırdığı Qalaad (Gelad) eli kimi qeyd olunur və bura izmaililərin (ismaili) vətəni sayılır. Gelat ismaililəri isə mənbələrdə “Gelati-Şiə” kimi tanınan ifrat şiələrdir və bunlar haqda mən məqalələrimdə geniş məlumat vermişəm. Bunlar onu deməyə əsas verir ki, qədim Misir mənbələrində qeyd olunan, Atum Allahının yaradıldığı Gel eli - Azərbaycan Atabəglər ailəsinin malikanısi olan Xilatdır.
“Budda – göydə Allah yaratmış Azəri bəgidir” adlı məqaləmdə mən göstərmişəm ki, göydə nəhəng İnsan kimi yaradılmış Atum (Adəm) Allahının bədəni, həm də ruhlar dünyasıdır. İnsan öləndə, onun ruhu bu kosmik İnsan-Allahın bədəninə köçür və burada ölümsüzlük qazanır. Deməli, qədim mənbələrdə Allah dedikdə, göydə yaradılmış kosmik İnsan-Allah, yəni böyük Asar Allahı nəzərdə tutulur. Müsəlmanların “Allah” sözü də sufi-batinilərdə El-İlahi kimi açılır ki, bu da Luqal, yəni İlahi-El rəmzi ilə eynidir. Belə çıxır ki, müsəlmanların Allahu-Əkbəri (Böyük Allah), göydəki kosmik İnsan obrazında olan Asar (Osiris/Assur/Aşşur), yəni Azər Allahıdır.
Türk mənbələrində El dedikdə, göydəki ruhlar eli, ruhlar vilayəti nəzərdə tutulur və mənbələrə görə, göydəki bu Eli – türk xanı yaratmışdır. “Bilgə Xaqan”, “Gül-Təkin”, “Moyun Çor” və s. abidələrində açıq yazılır ki, türk xanı - Tanrıda olmuş, orada Tanrı tək Tanrı yaratmış və oranı El etmişdir. Mənbələrdəki El-etmiş, El-tutmuş rəmzləri də, türk xanının göydə İlahdan, yəni ilkin materiydan yaratdığı Eli – Göy Türk xaqanlığını bildirir.
Ən qədim mənbələrdə Luqal, yəni Allah rəmzi Kiş şəhərinə aid edilir və bu da sufi-batinilərdə Kus/Quz/Oğuz rəmzləri ilə eyni mənalıdır. Başqa sözlə, qədim mətnlərdəki “Kiş-Luqalı” rəmzi elə “Oğuz Allahı” deməkdir. Rəvayətlərdə Oğuzun bilavasitə göylərlə bağlılığı, onun İlkin materiyadan yaranması anlamındadır. Kitabi Dədə Qorqudda Oğuz eli - qanlı Oğuz eli adlanır və bu da onun teurqiya, yəni qurban ritualı ilə yaranması deməkdir. Göydə, qurban ruhlarından yaradılmış Oğuz Eli kitabda – “Oğuzun içində Təmam Vilayəti zahir olmuşdu” cümləsi ilə verilmişdir ki, buradakı Təmam (Atum) Vilayəti – İç Oğuz mənasındadır. “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə mən bu haqda geniş məlumat vermişəm.
Xristianların Allah mənasını verən “Qospod” (Aqios-Pta) sözü də - “Oğuz-Yafət” mənasında, türklərin əcdadı olan Yafətin elə Oğuz Allahı olmasını bildirir. Yafət/İapet, qədim Misir mənbələrində – söz, fikir vasitəsi ilə “Dünya” yaradan Pta/Ptah Allahıdır. Pta Allahı bu mənbələrdə, bütün Allahların Atası və Ağası sayılan Amonun obrazı kimi göstərilir. Qədim Misir Allahı olan Təktiz Amon isə - Kitabi Dədə Qorqudda, türk bəgi Bəkdüz Əmən kimi qeyd olunur. Bu o deməkdir ki, qədim Misir Allahlarının Atası və Ağası olan Amon, elə türklərin Oğuz xaqanıdır. Oğuzun göylərdəki İç Oğuz eli isə qədim Misirdə - Yuxarı Misir və ya Yuxarı Geliopol kimi qeyd olunur.  
 Ən qədim mənbələrdə El Allahının arvadı Aşer, ekiz oğlu isə Səlim və Şəhər adlanır. Tövratda El (El-Eliyon) – Səlim şəhərinin böyük Allahıdır və buradakı Səlim (SLM) rəmzi İslam (SLM) rəmzi ilə eynidir. Məşhur sufi Mühiddin ibn Ərəbi “Füsusül Hikəm” əsərində İslam mənasında olan “Din” rəmzini - “El” rəmzi ilə əvəz edir. Buradan isə belə nəticə çıxarmaq olar ki, türk xanının göydə yaratdığı El, yəni cənnət elə İslam dini, İslam ərazisi mənasında olan Darussalamdır (xoşbəxtlik evi, cənnət). Mühiddin ibn Ərəbiyə görə, ilk müsəlmanlar İbrahim və Yaqub peyğəmbərlər olmuşlar ki, bu da əsl İslamın yaşının 5000 ildən artıq olması deməkdir. Başqa sözlə, göydəki bu Səlim Eli – elə İslam Elidir. Yəhudilərin Allah adlandırdıqları bu El (El-Amurru), şiələrdə İmam Əli-Əmir kimi qeyd olunur və Allaha bərabər tutulur. Bu gün İmam Əlini Allah kimi qəbil edən Əli-Allahilər (Əli-İlahi) var ki, bu türk şiələrinin İslamı, bu gün qəbul olunmuş ərəb İslamından (zahiri İslam) tam ayrıdır. Onların əsas müqəddəsləri - ölümsüzlük qazanmış Xızır peyğəmbər və İmam Əlidir. Sufi-batinilərdə Xızır/Hızır rəmzi – “Hu-Azər”, yəni “Azər Allahı” deməkdir. Belə çıxır ki, əsl İslam – bu gün qəbul olunduğu kimi ərəblərin zahiri İslamı yox, sufi alevilərin batini İslamıdır və bu 5500 yaşlı İslam məhz Azəri türklərindən və onların İsna Aşəriyə (Azəriyə) adlanan şiəliyindən başlanır.
Yazdıqlarımdan çıxan əsas nəticə odur ki, “Allah” kəlməsi – türk xaqanının göydə yaratdığı kosmik İnsan-Allaha aiddir və mənası da “İlahi-El” deməkdir. Qədim Misir yazılarında bu kosmik İnsan-Allah – firon/pir Amonun bəşəriyyətə hakim kimi yaratdığı Asar/Osiris/Oziri Allahıdır (Asar-İlahi). Məhz Misir yazılarına görə, axirətə yaxın bu Allah, ona paxıllıq edən qardaşı Set tərəfindən öldürülür. Axirətdə isə, Asar oğlu Qor onu yenidən dirildir və s.
Bütün bunlar haqda daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.
P.S. Məqalələrim, qədim mənbələrdən xəbəri olmayan insana fantaziya, təxəyyül kimi də görsənə bilər. Həqiqətdə isə bu yazılanlar – bütün qədim mənbələrin gizli, batini mənalarıdır və dünyanın heç bir alimi bu yazıların ümumi mənalarında, məntiqində səhv tapa bilməz. Bizim alimlərimizin özlərini “korluğa” vurub, müqəddəs tariximizlə bağlı yazılarıma münasibət bildirməməsi də, onların daxili keyfiyyətləri ilə bağlıdır. Lakin bir gün gələcək ki, bütün yazılar tam sübut olcaq.  
                  09.06.2019                                                  Firudin Gilar Bəg

1 комментарий:

  1. Ferudin Gilar, tüm sırlar açılmış sana. Mehdi, hem hz gerçek hz muhamed , hem isa hem de Süleymandır.

    ОтветитьУдалить