(Cəlairlərin Həsən Ruhaniyə cavabı)
Bu yaxınlarda
İran prezidenti Həsən Ruhani, 1979-cu
il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycanı – İran
torpağı, Qacar şahlarını isə xain adlandırmışdır. Azərbaycanın İran ərazisi
olması sufi-batini məntiqi baxımından düzgündür. Lakin bunu, qədim elmlərdən,
İlahi məntiqdən xəbəri olmayan adi insanın deməsi təbii ki, gülüncdür. Qacarlar
- Cəlair bəgləridir. Cəlair isə Gilar adının ərəbləşmiş variantıdır. Başqa sözlə,
Həsən Ruhani bizləri xain adlandırmışdır.
Mən, qədim rəmzlərin, yazıların gizli – batini mənalarının araşdırması ilə
məşğul oluram və hesab edirəm ki, qədim sirləri bilməyənlərə həqiqi tarixi
anlatmaq lazımdır ki, hər yoldan ötən, keçmişimizə və əsilzadələrimizə dil
uzatmasın. Bu məqsədlə İranı və onun tarixini yazmış Qacarlarla bağlı sirlərə batin
aliminin gözü ilə baxmaq qərarına gəldim.
“İran” sözü ən qədim mənbələrdə Eran, Ariyana və s. kimi qeyd olunur. Qədim
məntiqdə bu rəmz “RN” kimi yazılır və müxtəlif variantlarda oxunur. Bu rəmzin
kökü ariya kimi qəbul olunmuşdur və bu da “seçilmiş” mənasında - arilər ölkəsinin
xalqına aid edilirdi. Ariya, Ariyana rəmzini tam dərk etmək üçün isə ən qədim mənbələrə
müraciət etmək vacibdir.
“Ariya” rəmzi qədim mənbələrdə “raman” rəmzi ilə birlikdə də yazılırdı və
“ariyaramna” birləşməsində - “dünyada ariləri olan”, “arilər üçün dünya
yaradan” və s. mənalarını verirdi. İran tarixinin araşdırıcısı E. A. Qrantovski, “Qala divarları”ndan tapılmış İran
sənədlərini tədqiq edərkən, “dünya”, “dünya
yaratmış” mənalarını verən “raman”,
“ramakara” və s. rəmzlərlə rastlaşır. “Raman” [RMN], “rama” rəmzləri bu
mətnlərdə “dünya”, “yaradılmış dünya” mənasındadır və burada söhbət təbii ki,
yaşadığımız fiziki dünyadan getmir. “Dünya ilə qüdrətli”, “dünyanın qüdrətlisi”,
“dünyanı təmin etmək üçün qüdrətli” və s. mənaları verən - ”Ramatav(i)yah,
Ramateya, Ramatava(h) və s. hökmran adlarını araşdıran E. A. Qrantovski, “Raman”
anlayışının Qərbi İranda “Böyük” mənada da olması qərarına gəlir. Başqa sözlə, burada hansısa qüdrətli mistik
dünyadan danışılır ki, məhz bu “dünya”nın hesabına şahlar nəsli fövqəladə qüdrətə
malik olmuşdular. Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə, xoşbəxtliyin
səbəbləri - məhz qüdrətli və ədalətli hökmdar dünyasının olması xarakterik idi.
Qatalarda “dünya” - bilavasitə hakimiyyət, güc (hökmdarın) və s. ilə əlaqələndirilir
və xoşbəxt həyatın, inkişafın əsas şərtlərindən sayılırdı. E. A. Qrantovskinin
və s. alimlərin də araşdırmalarından aydın olur ki, “arilər dünyası” deyəndə,
söhbət adi torpaqdan yox, ariləri qüdrətli edən mistik dünyadan gedir.
Mifologiyada,
arilər ölkəsi - “Aryana Veca”, yəni Ariyan
sahələridir və bu da Axuranın yaratdığı birinci ölkə hesab olunur. Yazılanlara görə,
Yima yeri qızıl oxla qazır ki, insanlar və mal-qara üçün bətn olsun. Beləliklə
o torpağı, əvvəlkindən üçdə bir dəfə böyüdür. Əgər nəzərə alsaq ki, torpağı
böyütmək mümkün deyil, razılaşarıq ki, burada arilər torpağı (sahələri) deyəndə,
magik ritualla yaradılmış və insanların - öləndən sonra qalxdığı ruhlar dünyası
başa düşülməlidir. Qədim yazılarda bu torpağın Armaiti (Armatay-ƏrMidiya)
adlanması da onu göstərir ki, söhbət arilərin Midiya ölkəsindən gedir. Midiya
arilərinin “sahələri” deyəndə, sufi-batinilərin - səhra, düzənlik, sahə kimi rəmzləndirdiyi
ilkin materiya nəzərdə tutulur. Midiya marlarının Sünikdə belə bir “səhra” tikmələri
Alban tarixindən məlumdur. Deməli, “Raman” dünyası məhz Alban ölkəsi ilə
bağlıdır və biz Albaniya tarixinə də müraciət etməli olacağıq.
Alban [LBN] rəmzi
qədim dilçilikdə El-Benu [L-BN] mənasında, qədim Misirin Benu quşlarının, yəni
ölümsüz Ba ruhların Eli deməkdir. “Raman” [RMN] rəmzi isə qədim Misirin
“Ra-Amon” [RMN] Allahının rəmzinə uyğun gəlir. Bu rəmzin “dünya” mənasını verməsi,
onun, Misir fironu Amonun göydə yaratdığı ruhlar dünyası mənasında olması deməkdir.
Deməli, “ariya” dedikdə Ra günəş Allahı, “Aryana” dedikdə isə Ra günəş
Allahının, yəni Raman/Ra-Amonun dünyası
nəzərdə tutulmalıdır. Şumer yazılarında bənzər “dünya” – Dilmun/Tilmun
adlanır. Dövrümüzün məşhur alimi Devid Rolun yazdığına görə, Dilmun – ölmüşlərin
ruhlarınının o dünyada xoşbəxtliyi daddığı yerdir. D. Rolun gətirdiyi sitatlara
görə, Dilmun – Zaqros dağ təpələrinin arxasında, İran ərazisində yerləşir. Günəşin
doğduğu yerdə, yəni Şərqdə yaradılmış bu Cənnət, mənbələrdə “Ölməzlər ölkəsi”
adlanır ki, oranın sakinləri nə xəstəlik, nə də ölüm bilməzdilər və s. Bu isə o deməkdir ki, Aryana/Raman dünyası elə İran
dağlarında yaradılmış Dilmun cənnətidir. Cənnətin real dünya olmasını biz bütün
müqəddəs kitablardan, o cümlədən Qurandan bilirik.
Yazdıqlarımızdan belə çıxır ki, “ariya”, “Ariyana” rəmzləri
- Misir fironu Amonun göydə yaratdığı “dünya” və bu dünyada ikinci həyat
qazanmış ölümsüz ruhlara aiddir. Aryana rəmzini tam anlamaq üçünsə, biz qədim
Misir yazılarına müraciət etməli olacağıq.
Ən qədim Misir yazılarında Aryana rəmzi – Orion
kimi qeyd olunur və ona xüsusi məna verilir. Burada Orion – bürc kimi təqdim edilir
və Osiris Allahı ilə eyniləşdirilir. Qədim misirlilərin təsəvvürlərinə görə, firon
(pirao) öləndən sonra Osirisə çevrilib, Allaha dönür və yerin-göyün sahibi olur.
Yerdəki həyatını başa vuran Osiris göyə qalxır və Orion ulduzuna çevrilib, Duat
adlı ruhlar dünyasının şahı olur. Deməli, Aryana/Orion ölkəsi – Osiris
Allahının ruhlar dünyası, yəni ölüm şahlığıdır.
Məşhur misirşünas Henri Frankfort yazır ki, ölmüş
fironun yenidən doğulması, onun varisinin tacqoyma mərasimi ilə birgə
keçirilir. Beləliklə, fironun ölümü iki hadisə ilə bağlıdır və bu hadisə
“Piramida mətnləri”ndə əks olunmuşdur. Birinci hadisə - Osirisin oğlu Qorun dəfni
və ikinci hadisə - Osirisə çevrilmiş yeni Qor şahın tacqoyma mərasimi. Astral
terminlərdə yeni firon Osiris, Orionun oğlu hesab olunur. Bu yazıda söhbət
Osiris Allahının axirətdə ölüb, yenidən dirilməsindən gedir. Burada iki Allah nəzərə
çatdırılır ki, bunlar Əhdi-Ətiqdə və Quranda – əvvəldə və axırda gələn Allah
kimi məlumdurlar.
Yunan mifologiyasında ovçu Orion, məhəbbət
axtarışında Atlasın qızlarının ardınca qaçır. Araşdırıcılara görə, bənzər obraz
Altaylıların “Maaday-Kara” eposundakı Koquldey obrazıdır. O da, üç maralın
ardınca qaçır və göyə uçub Orion (Üç-Mıyqak) ulduzuna çevrilir. Göy ovçusu günəş
rəmzli maralı öldürür və o qərbdə “kölgələr şahlığında” yavaş-yavaş ölür.
Orion-Koquldey özünün ən yüksək nöqtəsinə çatır və gələcəyin şamanlar və
baxıcılar dövrü mənasında “maqlar səhəri” açılır. Bu zaman ölüm şahı Osiris mənasında
olan Böyük Erlik dirilir. Deməli, burada söhbət axirətdə diriləcək Osiris
Allahından gedir. Ölülər dünyasının şahı olan Osiris Allahı – türk rəvayətlərində
Erlik adlanır ki, bu rəmz də sufizmdə Gel elinin Ra günəş (GLR) Allahı deməkdir.
Ən qədim mətnlərdə ölüb-dirilən Osiris, Attis,
Adonis, Tammuz, Kibela və s. Allahların bayramı Gilar (GLR) bayramı adlanırdı. Başqa
sözlə, Orion bürcü həm də Osirisin türk variantı olan Erlik (RLK/RLG=GLR) Allahının
axirətdən sonra diriləcəyi yeri, yəni Göyləri bildirir.
Mənbələrə görə, Orion sözü – “sərhəd”, “sərhəddin
keçikçisi” mənasını verir. Araşdırıcılar, Orionun qürubunu – bir dövrün digərindən
ayrılması və yer üzündə bütöv bir eranın sonu kimi qiymətləndirirlər. Orion –
keçmişlə gələcək, dirilər dünyası ilə ölülər dünyası arasında vasitəçi-mediator
rolunu oynayır. Onlar bu obrazı, iki dünya arasında vasitəçi olan şamanlarla
eyniləşdirirlər. Akademik N.K. Rerixə görə, Orta Asiyadakı qədim sirli məbədlər
də Orion bürcünə həsr olunmuşdur və şaman müdrikliyi də bu ulduzlara təzim edir. Bu isə o deməkdir ki, Orion bürcü – əvvəldə gələn
Allahla axırda gələcək Allahın görüşəcəyi axirət və ondan sonrakı dövrlə
bağlıdır.
İngiltərə araşdırıcısı Qrem Xenkok “Sfinks müəmmaları”
kitabında, Qizadakı üç böyük piramidanı – Orion Kəmərinin üç ulduzunun yerdəki
analoqları, piramidanın qarşısındakı sfinksi isə Şir bürcünün yerdəki əksi
adlandırır. Onun yazdığına görə, böyük sfinks – gün bərabərliyi təqvimində Şir
erasının göstəricisi mənasındadır. Əhdi-Ətiqdə, Əyyubun kitabında Orion kəmərinin
üç ulduzu – üç maq, üç cadugər, Yaqubun əl əsası və s. mənasında qeyd edilir.
Xristianlıqda, İsanın gəlməyini ilk olaraq üç İran (fars) maqı xəbər verir ki,
bu da axirətin bu ulduzlarla bilinməsi anlamındadır. Orion bürcünün ən iri
ulduzları Rigel, Betelqeyz və Bellatriksdir. Rigel rəmzi sufi-batinilərdə
Ra-Gel mənasında Gel (Geliopol) şəhərindəki Ra günəş Allahını bildirir.
Betelqeyz rəmzi bu məntiqdə Betel-Oğuz mənasını verir ki, buradakı Betel rəmzi (İslam.
Əl-Beyt), Ev anlamındadır. Başqa sözlə,
Betelqeyz- Oğuz Evi deməkdir və buradakı Oğuz, yunan mifologiyasının Xaosudur
(ilkin materiya). Bellatriks rəmzi isə qədim məntiqdə Balaat-Sokar kimi oxunur
və Sokar Vilayəti anlamına gəlir. Əgər biz bu üç ulduza bütövlükdə sufi məntiqi
ilə yanaşsaq, məlum olar ki, buradakı üçlük - sufilərin Mülk, Mələküt və Cəbərut
aləmi mənasındadır. Başqa sözlə, Allahın yerdəki Mülkü – Rigel, yəni Ra
Allahının Gel eli (R-GL) adlanır ki, bu da elə Erlik (RLK) Allahı deməkdir.
Betelqeyz rəmzi bu məntiqdə – göydəki Oğuz Evi mənasında Mələküt aləmini
(ruhlar dünyası), Bellatriks rəmzi isə yeraltı Sokar mağarasını - Cəbərut aləmini
bildirir. Belə çıxır ki, Orion (Aryana) kəmərinin üç ulduzu, batini mənada –
Mülk, Mələküt və Cəbərut aləmi mənasında Allah Evinin yerini göstərir. Bu yer
isə, yəni İran/Aryana/Orionun Allah Evi - Ra günəş Allahı olan Osirisin Gel Elidir.
Qədim Misir yazılarına görə, Allah “dünya”nı məhz
Gel şəhərində (Geliopol) yaratmışdır və Allahların vətəni də - günəşin doğduğu
Şərq ölkəsidir. Misirin yaranış haqqındakı rəvayətlərində bu yer - “Günəşin
doğduğu Şərqdəki uzaq yer” adlanır ki, bura sonsuzluq sularından qalxmış Od adasıdır.
Devid Rol “İtirilmiş Əhd” kitabında bildirir ki,
sivilizasiyanın əsasının qoyuluşu, qədim Misir rəvayətlərinə görə, Nil vadisi
ilə bağlı olmamışdır. Elm və mədəniyyəti qədim Misirə uzaqdan gələn “Qor
yoluyla gedənlər” nəsli gətirmişdilər. D. Rol əfsanəvi Qor yoluyla gedənlər nəslinin
soykökünün, Mesopotamiyanın böyük qəhrəmanlarından başlanmasını bildirir. Onun
yazdığına görə, Şərqdən - “ilkin sonsuzluq sularından qalxmış Od adası”ndan gələn
annunakilər, Eridu adlanan və “Qüdrət yeri” mənasında olan ilk məbədi tikdilər
və onu Abzu adlandırdılar. Deməli, Misir mədəniyyətini – Mesopotamiyadan gəlmiş
və Eridu/Abzu məbədini tikmiş “Qor yolu ilə gedən” qəhrəmanlar yaratmışlar.
“Şərq” rəmzini, dahi Azərbaycan
filosofu Şihabəddin Yəhya Sührəvərdi mistik mənada göylərə aid edir. Şiə
mistisizminin məhşur araşdırıcısı Anri Korbenə görə, Şihabəddin Yəhya Sührəvərdinin
“İşraq” fəlsəfəsində Şərq - ruhun mənbəyi olan Mələküt, yəni mələklərin göydəki
aləmi, ruhlar dünyasını bildirir. Alban mənbələrində Şərq dedikdə məhz Alban
ölkəsi nəzərdə tutulur. Deməli, Mesopotamiya qəhrəmanları - Şərq, yəni Alban xalqı,
Eridu/Abzu isə Alban qalasıdır.
Devid Rol yazır ki, Eridu şəhərindən olan şumerlilər,
Zaqros dağlarından gəlmiş Enmer-Karı - İlahilik statusu olan Enkinin oğlu Asara
(Osiris/Azər) qədər ucaltdılar. Enmer [NMR] rəmzi batinilikdə Ra-Amon [R-MN]
kimi, Kar [KR] isə günəş Allahı Qor kimi izah olunur. Belə çıxır ki, Enmer-Kar
[NMR-KR], yəni Ra-Amon-Qor Allahı sonradan adını Asar, yəni Osiris (Azər) adına
dəyişmişdir. Assurlar (Asarlar) bu Enmer-Asar (RaAmon-Osiris) Allahına, özlərinin
Aşşur dövlətinin hamisi kimi sitayiş edirdilər. Bu isə o deməkdir ki, Şərq əhli olan Qor yolu ilə gedən qəhrəmanlar - “Qüdrət
yeri” (şahlar nəslini qüdrətli edən) mənasında olan Eridu/Abzu məbədini məhz Gel
şəhərində tikmişlər.
Yunan rəvayətinə görə, Herakl Gileyaya (Gel elinə) gələrək,
buradakı mağarada, yarı-qadın yarı-ilan Yexidna ilə cütləşir. Bu izdivacdan
skif/sak - padişahlar və peyğəmbərlər nəsli yaranır ki, mənbələrdə onlar
“ilandan (əjdahadan) doğulmuş midiyalılar” adlandırılır. Ezoterik
xristianlıqda, Herakl rolunda Allah, Yexidna rolunda isə Edem, İzrail çıxış
edir və onların izdivacından, xəbər gətirən mələklər nəsli yaranır. Bu isə o
deməkdir ki, Heraklın nəsli olan ilandan doğulmuş midiya marları (amorey) -
mələklər nəslidir. Herakl (Erakl) rəmzi batinilikdə Hor-Gel kimi açılır ki, bu
da Gel şəhərinin Qor (Ra) Allahı mənasındadır. Deməli, Mesapotamiyanın Qor yolu
ilə gedən qəhrəmanları – Heraklın Yexidnadan doğulmuş Midiya marlarıdır. Buradakı
ilan isə - sufilərin Hu, İlah adlandırdıqlar ilkin materiya, dirilik suyunun
rəmzidir. Başqa sözlə, bu izdivacdan, İlahla (Allah mənasında) vəhdətdə olan
mələklər nəsli yaranır. Buradan isə belə bir nəticə çıxır ki, Herakl (Gel elinin
Qor (Ra) Allahı) məhz Gel elində Eridu/Abzu məbədini tikmişdir və burada Qor
yolu ilə gedənlər nəsli ilkin materiya ilə vəhdətə nail olaraq, İlahi qüdrətə
sahib olublar.
D. Rol, Qor yoluyla gedənlərdən
yazarkən qeyd edir ki, qədim Misir mətnlərində xüsusi olaraq Patı nəslindən
danışılır və bu zümrənin bütün nümayəndələri İri-Patu adlanırdı. Hələ ilk
piramida mətnlərində Pat – Qor Allahının yerdəki təcəssümü olan fironla
assosiasiya olunurdu. Özünün, Qor fironlarının nəslindən olmasını sübut edən hər
bir insan ən yüksək vəzifələr tuturdu. İri-Pati rəmzi qədim Misirdə Ra və Pta
Allahlarını bildirirdi. Amon Allahına aid edilən alqışların birində Amon, Ra və
Pta (Ptah) Allahları – bütün Allahlar mənası adlandırılır. Deməli, Qor yoluyla
gedənlər elə İri-Pati nəslidir ki, onlar bütün qədim Misir Allahlarının mahiyyətidirlər.
İri-Pati rəmzi [R-PT] bizlərə Ər-İapet [R-PT], yəni Ər-Yafət kimi məlumdur. M.
Xorenatsi, M. Kalankatuatsi və s. tarixçilər Ər-Yafət rəmzini Yafət-Ərən kimi
qeyd edirlər və bildirirlər ki, Yafət-Ərən əsilli Sisaka nəslindən bir nəfərə
Alban (Alu) dağları və sahələri vərəsəliklə verilmişdir. Başqa sözlə, qədim
Misirin Qor yolu ilə gedənlər nəsli elə Gel eli olan Gelarkünün Sisaka (Sak) nəslidir.
Tarixçi Moisey Xorenatsi “Ermənistan tarixi”
kitabında, ilandan doğulmuş midiyalıları “əjdahadan doğulmuşlar” adlandırır.
Onun yazdığına görə, əjdahalar nəsli olan Sisaka, yəni saklar - “qədim şah
toxumu” olan, tacqoyan Baqaratın ərənlər nəslidir. Baqarat rəmzi sufilərdə
Bəg-Arat kimi izah olunur ki, bu da “Eridu bəgi” fikrini ifadə edir. M.
Xorenatsi, tacqoyan Eridu bəglərinin bu əjdaha nəslini Gelarkün ilə
əlaqələndirir. Onun yazdığına görə, Alban
şahı olan Aran – Gelarkünün Sisaka nəslinə aiddir və məlumdur ki, Sisaka hakimləri
də sonradan Aranşah sülalə adını daşıyırdılar. Tarixçi alim Q. Qeybullayev də təsdiq
edir ki, Aran-şah titulu Aran ölkəsinin adı ilə bağlıdır və Sünik şahzadələrinin
-Alban şahı Aranın nəslindən olması mənasındadır. Belə çıxır ki, Aran - Albaniyanın
Sünik şahzadələri olmuşlar. Eyni zamanda, M. Xorenatsi, Midiya və Aran ölkəsindəki
Murasean, yəni Mar - əjdahalar evinin sahibi Ərqamı da bu Sisaka/Sak nəslinə
aid edir. M. Xorenatsi, bəglərlə bağlı olan Aran rəmzini -
Baqaran kimi yazır ki, bu rəmz “Allahlar yeri” kimi tərcümə olunur. Dədə Qorqudda
Baqaran rəmzi “bəg-ərən” kimi keçir və burada bəg-ərənlər – “dünya mənim” deyən
Allahlar mənasında göstərilir.
Sufilər bəg-ərən rəmzini “İran bəgləri” kimi də mənalandırırlar.
Bu bəglər ölkəsi İranda Baqestan (Bəglər ölkəsi) yer adı kimi də məlumdur və bu
rəmz sufizmdə - “Sufizmin Bəqa səviyyəsində yaradılmış ruhlar dünyası” mənasını
verir. Deməli, İran/Eran/Aryana rəmzləri elə Ərən rəmzidir və bu ölkə də türk bəglərinə
qüdrət verən İlahi Azər odu (Asar/Osiris) ilə bağlıdır. Tanınmış alim Meri Boys bu İlahi Odu - farbağın odu sayır ki, farbaq rəmzi
də “farnanın yiyəsi” və ya “farnanın hesabına uğur qazanan” kimi mənalandırılır.
İran mifologiyasında farn – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi
mahiyyətdir və bu da farna rəmzinin efir (ilkin materiya) mənasında olması deməkdir.
Mənbələrdəki farbaq, farnbaq rəmzləri batinilərdə pirbəg, fironbəg mənasındadır
ki, bu da qədim Misir fironlarının-pirlərinin məhz türk bəgləri olması deməkdir.
Qədim Misirdə pir (pirao) kimi məlum olan “far” sözündən fars/pars kəlməsi də
yaramışdır ki, bu da “pir ruhu” və s. anlamını verir.
Bütün bunlar o deməkdir ki, İran adı bilavasitə
Aran/Ərən nəslinin Gelarkün bəglərinə aiddir və mənbələrdəki Aranşahlar da bu
Gel oğullarıdır. “Qabusnamə”də bu bəglər Gilan şahları adlandırılır və
bildirilir ki, Firdovsi “Şahnamə”sində bu nəslin tərcümeyi-halı təsvir
edilmişdir. Bu gün artıq o da məlumdur ki, bütün Avropanın sahibləri, 9-cu əsrdə
ora köçmüş Gel oğullarıdır və mənbələrdə onlar - “Quş dili bilən Qulyardlar” (Gelard)
adlandırılırlar. Bütün Avropa şahları və zadəganları bu Gel oğullarının törəmələridirlər.
İlk mason təşkilatını da məhz onlar yaratmışlar.
Sufi-batinilikdə Gelar (GLR) rəmzi ilə eyni mənalı
“religiya” (RLG) rəmzi “din” mənasını verir və bu da bütün dinlərin məhz bu el
ilə bağlı olması deməkdir. İslamda Gel rəmzi Akil kimi keçir və Buxarinin hədisinə
görə, Məhəmməd peyğəmbərin Evi – vərəsəliklə Akilə, yəni Gelə çatmış Evdir. Deməli,
Gel Evi – həm də Məhəmməd peyğəmbərin Evidir və o Əbu Talibin oğlu Akilə (Aqil)
çatmışdır.
İslamın ərəb dövründə Gelar rəmzi Cəlair formasına
düşür və Amon Allahın bu Gel oğulları qısaca olaraq AmonGel, yəni “Monqol” kimi
rəmzləndirilir. Sonralar Cəlair şahları hökmranlıq üçün Orta Asiyaya və s. əraziyə
səpələnirlər. Ay rəmzinə sitayiş edən Gel oğulları, İslam mənbələrində Gel şiələri
- Gelati-Şiə (Qulat) kimi qeyd olunur. Onların ən qədim dini olan “İsna Aşəriyə”
(On iki imam) dini isə batinilikdə - “Ölümsüz Aşar (Asar/Osiris/Azər) Allahın
Ruhu”nun dini deməkdir və Asar/Osiris Allahının göydəki ruhlar dünyasının dini
anlamındadır. Məhşur sufi Mühiddin ibn Ərəbiyə görə, “Din” rəmzi özü də göydəki
El, yəni Vilayət, Dünya deməkdir. Mənbələrdə İsna Aşəriyə - “Cəzirə İsna Aşəriyə”
adlanır ki, bu da Asar/Osiris/Azər ölüm şahlığının ada kimi mövcudluğu anlamındadır.
Belə çıxır ki, Cəlair ərənləri olan Gelat şiələrinin İsna Aşəriyə, yəni On iki
imam dini İslamdan min illər əvvəl mövcud olmuşdur.
Tövratda Gelat (GLD) rəmzi – Qalaad (QLD) kimi
yazılır və İsmaili (İzmail) seçilmişlərinin şəhəri mənasında göstərilir. Bu kitabda,
Allah Qalaadı (Gelat) – “Mənim Qalaadım”
adlandırır və bu da Gel elinin - “Allahın Mülkü” mənasında olması deməkdir.
Gelat-şiələrin İsmailiyə fəlsəfəsinə
görə “dünya” - 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (cəzirə) ibarətdir
ki, hərəsinin öz ali xətibi var və onları “Dai Duat əl-cəzirə” adlandırırlar. Buradakı “Duat” rəmzi, qədim
Misir fəlsəfəsində də ölüm şahlığı adlandırılır ki, Duatın sahibi də Asar/Aşar
(Osiris/Azər) Allahıdır. Mənbələrə görə, II Nəsir əd-din Məhəmməd Sökmən, Xelata (Gelat) və “On iki şəhər”ə
yiyələndikdən sonra, özünü Şah-Ərmən adlandırdı. Bundan sonra isə Xelat - Azərbaycan
atabəglər ailəsinin malikanəsinə çevrildi. Sufi-batinilərdə, Məhəmməd Sökmənin
Xelatda (Gelat) özünü Ərmən (RMN) Şah adlandırması, onun Gel şəhərində
(Geliopol) Ra-Amon (R-MN) Allahına çevrilməsi anlamındadır. Bu isə o deməkdir
ki, Məhəmməd Sökmən, göydə 12 hissədən ibarət Arian-Alban dünyasını yaradandan
sonra özünü Ra-Amon (Rəhman) Allah adlandırmışdır. Buradan isə belə nəticə çıxarmaq
olar ki, Gel oğullarının İsmailiyə fəlsəfəsi elə
qədim Misirin Geliopol kosmoqoniyasıdır. Başqa sözlə, Gelat-şiələrin “İsna Aşəriyə”
dini – qədim Misir Allahı olan Asar/Azər Allahının dinidir.
Şah İsmayıl Xətai
– “Ərənlər sərvəti ol paki dindür” dedikdə, məhz Gel cəlairlərinin İsna Aşəriyə
dinini nəzərdə tutmuşdur. Məhz bu Cəlair ərənləri İslamda müqəddəs hesab
olunurlar. Bəktaşi ordeninin dərvişləri salamlaşanda bir-birlərinə
müraciət edib – “Ya Hu ərənlər”, “Hu dost ərənlər”, “Ey Vallah ərənlər”, “Ey
Vallah şahim” və s. deyirlər. Buradakı Vallah (Billah), yəni Ba-Allahı rəmzinin
ərən rəmzinə aid edilməsi, ərən rəmzinin bilavasitə Göydəki ruhlara aid olması
deməkdir. “Hu” rəmzi isə İlah, yəni hər şeyə həyat vermiş ilkin materiya mənasındadır.
Ərənlərin – Hu ərən, Dost ərən, Vallah ərən adlanması, onların həqiqətən də
dünyanın sahibləri, yəni Allahlar nəsli olması deməkdir.
Cahangir Zeynaloğlu “Müxtəsər Azərbaycan
tarixi” kitabında bildirir ki, Monqol əsilli elxanların əhəmiyyətli mövqeləri Azərbaycan
məmləkəti idi və onların paytaxtı da Marağa, Təbriz, Sultaniyyə kimi şəhərlər
olmuşdu. Əbu Səid xandan sonra gələn hökmdar sikkələrində, pulların kəsildiyi
yer “zərbi-Azərbaycan” adlanırdı. “Mirat ül buldani Nasiri” kitabında bu
elxanlar Təbriz şəhərinə aid edilərək, “Azərbaycan hökuməti” deyə tərif edilirdi.
Bu numizmatika nümunələrində cəlairlərin titulları – “Xəllədə Mülkəhu”, “Xəllədullah
Mülkəhu” kimi yazılırdı. Buradakı Xəllədə/Xəllədullah rəmzləri batini mənada -
Gel elinin Allah eli olması, MülkəHu rəmzi isə “Hu Mülkü” mənasında - İlahın,
Allahın mülkü deməkdir. Başqa sözlə, cəlairlərin Gel eli – Allahın mülküdür. Bütün
bunlar haqda daha geniş məlumatlar, müəllifi olduğum “Batini-Quran” kitabında və
çoxsaylı məqalələrimdə fakt və mənbələrlə verilmişdir (sayt: www.gilarbeg.com).
Gelar, yəni Cəlair elinin Qacar nəsli
isə ən qədim mənbələrdəki Qor fironlarının (pir) Ər-Yafət nəslidir. Qacar rəmzi
sufi-batinilikdə Qa-Car kimi açılır ki, buradakı “Car” rəmzi Qor, “Q” rəmzi isə
Ağa anlamındadır. Deməli, Qa-Car sözü – Ağa Qor deməkdir. Bilirik ki, Qacar
şahlarının hakimiyyəti dövründə indiki İran ölkəsi – “Məmaliki Məhruseyi Qacar”,
yəni “Qorunan Qacar Məmləkəti” adlanmışdır. Zahiri mənada “Məmalik” rəmzi qul,
kölə, əsir, qulluqçu, birinin malı olan (Allahın) və s. mənalarını verirsə,
batini mənada “Məmalik” (MMLK) rəmzi – Mülk, Malik və Mələk mənasını verir və
Allaha (Malik), onun Mülkünə və Onun mələklərinə aid edilir. Başqa sözlə,
batini mənada “Məmaliki Məhruseyi Qacar” rəmzi – “Mələklə eyniləşdirilən Maliklərin
(Hökmranların) Allah tərəfindən qorunan Mülkü” fikrini ifadə edir. “Məmaliki Məhruseyi
Qacar” rəmzinin daha dərin batini mənalarını açsaq, bu rəmz – “Qam Asarlarına
(Osiris/Azərlərə) mənsub Qor Ağalarının Mülkü” mənasını verər.
Qacar dövlət atributlarında aslan
və günəş rəmzlərinin təsvir olunması onu deyir ki, əvvəldə gələn Günəş Allahı
Ra (Ra-Amon-Qor) və həm də axırda gələcək aslan rəmzli Qor Allahı bu şahlar nəsli
ilə bağlıdır. İfrat Gelat şiələrində aslan rəmzi - axırda gələcək imam Əliyə
aid edilir və bu rəmz ən qədim mənbələrdə El Allahı adlanır. Əgər Alban mənbələrində
Əli rəmzi Alu kimi yazılaraq, Albaniyanın digər adı kimi keçirsə, qədim Assurda
bu rəmz Assur, yəni Asar/Azər ölkəsinə
aid edilir. Qədim Misir yazılarında aslan rəmzi mənasında olan sfinks –
uzandığı yerin altındakı mağaranı qoruyur ki, bu mağara da mənbələrdə Sokaris
mağarası adlanır. Burda Allahın - “dünya”nı yaratdığı zaman istifadə etdiyi
yaraqlar, ilk Assurların mumiyaları və s. müqəddəs əşyalar qorunur. Bu isə o
deməkdir ki, Qacarlar həm də Mülk, Mələküt və Cəbərut mənasında olan Ariyana/Eran
“dünya”sının qoruyucularıdır.
İsmaili-batini şiələrinə görə,
Allah dünyanı - şahlıq verdiyi Qor nəsli vasitəsi ilə idarə edir. Əflatuna görə Allah, padişahlar və peyğəmbərlər nəslinin qaraciyərini xüsusi yaratmış və ona - Allahla əlaqə,
gələcəyi görmə və s. İlahi xüsusiyyətlər vermişdir. Onun məntiqinə görə,
peyğəmbər - göydə olan və fikirlərini rəmzlərlə “diktə edən” ruhdur. Peyğəmbərin
sirli rəmzlərinə izah verənlər isə, Allahın məhz bu iş üçün xüsusi yaratdığı Qor
nəsli, yəni Qacarlar nəslidir.
Həsən Ruhani Qacarları, İranı parçaladığına görə xain
adlandırır. Lakin o başa düşmür ki, Qacarlar bütün əmrlərini Allahın “diktəsi”
ilə verirlər. Allah isə axirətə yaxın dünyanı, Lövhi-Məhfuzda yazdığı Əzəl
yazıya uyğun idarə edir. Bu Əzəl yazıda Rəhman Allah, axirətlə bağlı olacaqları
da əvvəlcədən müəyyənləşdirmişdir. Axirətdə, Sühravərdinin “İşıq İnsanı”
adlandırdığı Asar/Osiris Allahının yenidən dirilməsi üçün, əvvəldə yaranan Asar/Azər
işıqda tam parçalanmalı və göylərdə, ilk yaranışda olduğu kimi xaos olmalıdır.
Eyni vəziyyət yerdəki cəmiyyətdə də baş verməlidir ki, məhz bu xaos
vəziyyətində, əvvəldə olduğu yaranış təkrarlansın. Məhz bundan sonra Tövratda
yazıldığı kimi, göylərdə, parçalanmış İşıq İnsanının bədəni birləşməli və yeni
El, Vilayət, Dünya zühur etməlidir. Bu isə o deməkdir ki, Qacarların, İranın
parçalanmasında heç bir günahı yoxdur. Hər şey Əzəl yazıya uyğun baş verir.
Yazdıqlarıma son nəticə kimi, onu bildirmək istərdim
ki, bu gün İran adlanan ölkə - Allahın Cəlair bəglərinə əbədi verdiyi və
qoruduğu şəxsi Mülküdür. Qacar şahları da Allahın özünə qulluq üçün seçdiyi
xüsusi padişahlar və peyğəmbərlər nəslidir. Adi insanların Allahın və Onun
şahlar nəslinin işlərini müzakirə etməyə nə haqqı, nə də ağlı çatmaz.
Firudin Gilar Bəg
Комментариев нет:
Отправить комментарий