Bildiyimiz kimi, mənbələrdə “qızılbaş” rəmzi Şah
İsmayıl Xətainin ordusuna və onu əhatə edən tayfalara aid edilir. Mənbələrdə bu
rəmz Uhud döyüşü ilə əlaqələndirilir ki, rəvayətə görə peyğəmbər bu döyüşdə
yaralanır və başı qana bürünür. Bundan sonra imam Əli başına qırmzı tac qoyur və
“qızılbaş” adı da guya buradan qalmışdır. Təbii ki, bunlar rəmzlərdir və birbaşa
mənasının “qızılbaş” rəmzinə heç bir aidiyyəti yoxdur.
“Qızılbaş” rəmzini tam dərk etmək üçün qədim
yazıların batini mənalarını bilmək vacibdir. Batini mənanı anlamaq üçün isə, qədim
mənbələr diqqətlə araşdırılmalıdır. Əhdi-Ətiqdə, Daniil peyğəmbərin kitabında
deyilir ki, Babil və Yerusəlim şahı Navuxodonosor yuxu görür və yozumunu
xaldeylərdən tələb edir. Navuxodonosor yuxuda, başı qızıldan, sinəsi və qolları
gümüşdən, ombası misdən, baldırı dəmirdən, ayaqları isə yarı dəmirdən və yarı
daşdan böyük bir insan heykəli görür. Dağdan qopan daş bu heykəli dağıdır və
daş özü bütün dünyanı tutan nəhəng dağa çevrilir. Yuxunun yozumunu Daniil
peyğəmbər verir. O, bu yuxunu yozarkən Navuxodonosoru – Allahın, bütün insanlar
və canlılar üzərində hakimiyyət verdiyi şahlar şahı adlandırır və bildirir ki,
qızıl baş elə Navuxodonosordur (Библия, Дан. 2:37,38). Daniil peyğəmbər bu
yozumda söhbətin gələcək zamanlarda baş verəcək hadisələrdən getdiyini bildirir.
Deməli, Əhdi-Ətiqdə “qızılbaş” rəmzi – nəhəng insanın başı mənasında
Navuxodonosor şaha aiddir. Bu rəmzləri anlamaq üçünsə, batiniliyin daha dərin
qatlarına enmək lazımdır.
Əvvəlcə ondan başlayaq ki, Navuxodonosor (Nebuchadnezzar)
Xaldeya imperiyasının banisidir. Xaldeya imperiyası bizlərə Azərbaycanın Xilat
Atabəgləri ailəsinin şahlığı kimi tanışdır və bu haqda mən məqalələrimdə
yazmışam. Deməli, Navuxodonosor adı bilavasitə Azərbaycan və Azəri türk bəgləri
ilə bağlıdır. Digər tərəfdən, Navuxodonosor adı bir rəmzdir və bu rəmz
Nəbi-Xuda/Kuti-Nasar/Nizar kimi açılır. Nəbi rəmzi qədim Misirdəki Benu (Ba) rəmzinin
digər yazılış formasıdır və “göydə, quş obrazında ölümsüzlük qazanmış ruh”
deməkdir. Xuda/Kuti rəmzi ən qədim mənbələrdə göydən gəlmiş və şahlılğı da
göydən endirilmiş Allahlar nəsli ilə bağlıdır. Nosor rəmzi isə qədim Misirdə
Nu-Asar kimi keçir ki, xristianlarda bu rəmz Nasar, müsəlmanlarda isə
Ənsar/Nizar kimi qalmışdır və Mehdi obrazında göstərilən Asar/Osiris Allahı
deməkdir. Belə çıxır ki, Navuxodonosor rəmzi - göydə ölümsüzlük qazanmış
Allahın Ba ruhunun (Bəsmələ) Kuti obrazında yenidən yerə enməsi və Asar/Osiris
Allahı kimi insan vücudunda zühur etməsinın rəmzidir. Daniilin, Navuxodonosorun
yuxusunun gələcəyə aid olmasını bildirməsi də onu deməyə əsas verir ki, burada
söhbət məhz axirətdən gedir. Navuxodonosorun oğlu mənbələrdə Valtasar adlanır
ki, bu da “Vilayəti Asar/Azər” (Balaat-Asar) deməkdir (Библия, Дан.5:2).
Maraqlıdır ki, mənbələrdə Daniil peyğəmbər də Valtasar adlanır. Bu isə o
deməkdir ki, burada qeyd olunanlar gələcəkdə, Azərbaycanda olacaqlarla bağlıdır.
Navuxodonosor yuxuda, başı qızıldan, sinəsi və
qolları gümüşdən, ombası misdən, baldırı dəmirdən, ayaqları isə yarı dəmirdən
və yarı daşdan böyük bir insan heykəl görür ki, batinilərdə bu heykəl – ayağı
yerdə, başı göylərdə olan kosmik insan obrazında, qədim Misirin Atum Allahının
rəmzidir. Şumerlilərin Luqal adlandırdığı bu kosmik insan, digər mənbələrində
Adəm kimi keçir və bu ilk kosmik insanı sufi alimi Mühiddin ibn Ərəbi - Haqq, yəni Allah adlandırır. Sufi-batinilərdə
Luqal rəmzi ilə Allah rəmzi eyni mənalıdır. Bu isə o deməkdir ki,
Navuxodonosorun gördüyü heykəl – göydə, magiya ilə yaradılmış Allahın
obrazıdır. Buradakı qızıl, gümüş, mis, dəmir və daş - kosmik İnsan-Allahının
yaradılışında bu daş və metallardan istifadə olunmasına işarədir.
Navuxodonosorun yuxusunda, dağdan qopan daş heykəli
dağıdır və daş özü bütün dünyanı tutan nəhəng dağa çevrilir. Buradakı dağ rəmzi
– göyə qaldırılmış dağ, yəni göydəki cənnət mənasındadır ki, qədim fəlsəfədə bu
cənnət, kosmik İnsan-Allahın, yəni Adəmin bədənindədir. Quranda da göyə
qaldırılmış bu dağdan (dağdakı cənnətdən) danışılır (Quran 7:171). Tövratda
cənnət mənasında olan Edem rəmzi Adəm rəmzi ilə formada yazılır ki, bu da
cənnətin məhz Adəmin daxilində olması deməkdir. Ermənistan tarixində, bədəni
ölkə kimi göstərilən kosmik insan - Aran adlandırılır. Başqa sözlə, “dağdan
qopan daş” dedikdə, göydəki cənnətdən gələn “daş” başa düşülməlidir.
Xristianlıqda dağdan qopan daş - axirətdə gələcək
Mehdi, yəni İsa peyğəmbər deməkdir. Əhdi-Ətiqdə Allah İsa peyğəmbərə deyir:
“Sən Petrsən (daş) və mən bu daşda öz kilsəmi quracam” (Библия, Откров. 21:14).
Başqa sözlə, dağdan qopan daş İsa peyğəmbərin rəmzidir ki, O əvvəldə gələn
kosmik Allahı məhv edir və sonradan özü Onun yerinə keçir. Bu rəmz Əhdi-Ətiqdə
Davud şahın Qoliafı (Qoliat/Calut/Xilat) bir daşla məğlub etməsi kimi də
göstərilir (Əhdi-Ətiq, 1 Цар. 17:49-51). Belə çıxır ki, burada əvvəldə gələn
Allahın, axirətdə gələcək Mehdiyə öz taxt-tacını verməsi - “daşın” heykəli
dağıtması kimi rəmzləndirilmişdir. Daniil peyğəmbər, bu yuxunu yozarkən
Navuxodonosoru – Allahın, bütün insanlar və canlılar üzərində hakimiyyət
verdiyi şahlar şahı adlandırır ki, bu da Navuxodonosor obrazının elə Tək
Allahın obrazında olması deməkdir. Daniil peyğəmbər sonda açıq bildirir ki,
heykəlin dağıldığı zaman qopan qızıl başı Navuxodonosordur. Bu isə o deməkdir
ki, Qızılbaş Navuxodonosor elə qədim
Misirin Ra-Amon, islamın isə Rəhman adlandırdığı Tək Allahdır. Qədim Misir
fəlsəfəsində də Allah dedikdə - ilkin materiyadan yaradılmış Ra diski və onunla
birləşən firon/pir Amonun Ba ruhu başa düşülür.
Bu gün “qızılbaşlar” dedikdə Şah ismayıl Xətainin
Azəri türk seyid-bəgləri nəzərdə tutulur. Mənbələrdə onlar “sorxsər bidin mülhidləri” adlandırılır ki,
bu da batinilərdə, qızılbaşların – “ölümsüz Azərilərin beyt mələkləri” (daha dərin
mənaları var) fikrini ifadə edir. Bu rəmzi isə ismaili-nizarilərə aid rəmzdir
ki, Navuxodonosor rəmzi ilə eyni mənalıdır.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, Qızılbaş
dedikdə - göydə ölümsüzlük qazanmış Ra-Amon/Rəhman Allah, qızılbaşlar dedikdə isə,
bu Allahı “Cəddim”, yəni “Əcdadım” adlandıran Azəri türk pirləri, seyid-bəgləri
və s. müqəddəsləri başa düşülməlidir.
Bütün bunlar haqda daha geniş məlumatlar
Batini-Quran kitabında və məqalələrimdə verilmişdir.
Firudin
Gilar Bəg
Комментариев нет:
Отправить комментарий