Mason təşkilatları
haqqında bu günə qədər minlərlə məqalə və kitabların yazılmasına baxmayaraq, təşkilatın
keçmişi və əsas mənbəyi hamı üçün qaranlıqdır. Biz bu qaranlığa işıq salmaq
missiyasını öz üzərimizə götürərək masonluğun əsas ideyasının nə olduğunu hamı
üçün açmaq qərarına gəldik. Təşkilatın ideyasının hamı üçün açılması, bu təşkilatın
əsas prinsiplərindən olan “gizlilik” prinsipinin öz gücünü itirməsi deməkdir.
Bu isə - qədim Misir yazılarında “İsidanın örpəyinin qaldırılması”, Quranda isə
«Baldırların açılacağı o gün»lə (Quran, 68:42) bağlıdır. Bütün bunları dərk etmək
üçün isə ən qədim sirləri bilmək vacibdir. Biz bu məqalələrimizdə masonluqla
yanaşı dinlərin də bəzi qaranlıq hissələrini aydınlaşdıracağıq və bütün yazılı,
şifahi ədəbiyyatın bir hadisənin izləri olduğunu sübut etməyə çalışacağıq.
Hər şeydən əvvəl
ondan başlayaq ki, “azad bənnalar” adlandırılan masonlar özləri özlərini
Süleyman məbədgahı ordeninin varisləri (tamplierlər) hesab edirlər. Masonluğun
yaranması da Süleyman peyğəmbərin Qüds şəhərində Allah üçün tikdiyi məbədgahla,
onun tikintisi ilə bağlıdır. Bu məbədgah bəzi mənbələrdə Azərbaycan ərazisində qeyd
olunur ki, bunula bağlı faktlara nəzər salaq.
Talmud yazır
ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi evin ərazisində, yəni Moria
torpağında, İbrahim peyğəmbər İsağın qollarını bağlamış və bu yerdə Nuh gəmidən
düşüb qurban kəsmişdir… və Adəm də burada yaradılandan sonra qurban kəsmiş və o
məhz bu torpaqdan yaranmışdır. I əsrdə yaşamış
ravi Simeon ben Yoxayın sözlərinə görə Moria dağı müqəddəsliyinə görə o dünyaya
bərabərdir. Qədim Misir dilçiliyinə və sufiliyə görə
Moria rəmzi mar, marlar torpağı, yəni Midiya ərazisi, Qüds isə Kadus, yəni Kudduslar
(müqəddəslər) vilayəti deməkdir. Belə çıxır ki, Süleyman peyğəmbərin Qüdsdə
Allah üçün tikdiyi ev Midiya ərazisində
yerləşməlidir. Bu isə o deməkdir ki, həqiqi Yerusəlim, Nuhun gəmidən düşüb
qurban kəsdiyi yerdə tikilmişdir ki, bura da Kadus müqəddəslərinin vətəni olan Midiya
ərazisidir.
Kadus
(islamda kuddus - müqəddəs deməkdir) rəmzi yəhudi dilində də müqəddəs mənasında
Kodeş kimi yazılır ki, bu rəmz masonların ən son dərəcələri hesab olunur.
“Böyük seçilmiş Kadoş” dərəcəsi almış hər bir mason çəkməsində xaç gəzdirirdi.
Masonların xaç gəzdirmələri onların heç də xristian olmaları mənasında deyil.
Xaç rəmzi xristianlıqdan əvvəl həyat enerjisi mənasında (qədim Misirda Anx rəmzi)
işlənmişdir. Mənbələrə görə masonlar ümumiyyətlə xristianlığı qəbul etmirlər və
yalnız “Bütün dünyaların Ali Arxitektoruna”na sitayiş edirlər. Masonların təliminə
görə nə dil, nə dərəcə, nə var-dövlət, nə vəziyyət onlar üçün məna kəsb etmir, onlar
üçün bütün masonlar qardaşdırlar. Adi xalq isə, böyük fransa inqlabının
ideoloqu mason Volterin dediyi kimi, kobud və dözümsüzdür – bunlar – boyunduruğa,
çodara və yemə ehtiyacı olan öküzlərdir.
Mason rəmzlərinin
və ayinlərinin yəhudi mənşəli olması da hamıya məlumdur. Onların təliminə görə
masonlar Adəmdən fərqli olaraq Yeqova (Yəhva) Allahına bərabər olan və oddan
yaranan Kainin nəslidirlər. Masonların özlərini adi insanlardan fərqli hesab
etmələri də onların mənbələrdə seçilmişlər adlanmaları ilə bağlıdır. Qeyd etmək
lazımdır ki, peyğəmbərlər nəsli də mənbələrdə seçilmişlər adlandırılır. Sufi
dahisi İbn Ərəbiyə görə, peyğəmbərlər xüsusi müqəddəslərdir ki, yüksək əbədi səviyyələri
mövcuddur, onlar odda, yəni cənnətdə elçi və peyğəmbərlərlə əbədi dünyada
olurlar. Bu isə o deməkdir ki, özlərini peyğəmbərlərlə eyniləşdirən qədim masonlar
adi insandan fərqli olmuşlar.
Həqiqətən də, Tövrata görə Allah iki növ insan
yaratmışdır. Araşdırıcı A. L. Xosroev, Aleksandriyalı Filona əsasən yazır: «Təşkil
olunmuş insanla (Tövrat, I kitab.2:7), Allahın obrazı ilə əvvəl yaranmış insan
(Töv. I kit.1:27) arasında çox böyük fərq var... «Yer» (Töv. I kit.2:7) və «Göy» (Töv. I
kit.1:27) insanı. Göy adamı, Allahın obrazından yarandığı üçün məhv olmur və
yerə aidiyyəti yoxdur, yer adamı isə qanunsuz materiyadan yaranmışdır ki, onu
Musa peyğəmbər «kül» adlandırmışdır. Buna görə də Filon deyir ki, Göy insanı əllə
düzəldilməmiş, Allahın obrazı ilə nüsxələnmişdir (möhürlənmişdir). Yer adamı isə
usta vasitəsi ilə düzəldilmişdir» (А. Л. Хосроев, «Александрийское
христианство», M. 1991, səh.110). Bu fikir Quranla da təsdiqlənir: «O sudan bir
insan düzəldib, ona qohum kişi və qadın yaratdı. Allah həqiqətən qüdrətlidir»
(Quran, 25:56). Əgər biz su rəmzinin mənbələrdə ilkin materiyanın rəmzi
olduğunu nəzərə alsaq, başa düşərik ki, Adəm adi insan yox, «dirilik suyundan»,
yəni ilkin materiyadan yaradılmış mistik varlıqdır. Bu isə o deməkdir ki,
masonlar özlərini Allahın obrazı ilə nüsxələnmiş Göy insanının törəmələri hesab
edirlər. Lakin Göy insanı dedikdə Göy türkləri yada düşür ki, Xəzər ətrafında
yaşamış məhz bu türklər mənbələrdə yəhudilər adlanır.
Məşhur
ingilis alimi Artur Kestler 1976-cı ildə Amerikada çap olunmuş «Onüçüncü boy»
kitabında onlarla sitat gətirərək bütün dünyaya sübut etmişdir ki, yəhudilər
indiki İordan ərazisindən yox, arilərin (ər-ərənlər) vətəni olan Qafqazdan
çıxmışlar və əsl yəhudilər Xəzər xaqanı və türk bəgləridir (A. Кестлер. «Тринадцатое
колено», sayt: http://www.lib.ru/INPROZ/KESTLER/hazary.txt). Bunu bütün qədim mənbələr də
təsdiq edir. Belə çıxır ki, Göy insanlarının vətəni Midiya ərazisində yaşayan
türk bəgləridir.
Əhdi-Ətiqdə Midiya - Madiam kimi qeyd olunur ki, bu
şəhər Xanaan torpağında yerləşir və oranın əhalisi, subasmanı yaşamış cadugərlərin,
ən qüdrətli müdriklərin və maqların övladlarıdır. Mənbələrə görə, Midiya ölkəsinə
yəhudiləri assuriyalılar köçürmüşlər. Əl-Müqəddəsi də təsdiq edir ki, «Midiyada
yəhudilər xristianlardan çoxdurlar». Quranda Midiya – Madyan kimi qeyd olunur ki,
Musa peyğəmbər məhz burada göydən İlahi od gətirib ondan “Vəhy çadırı” düzəltmişdir
və s.
Digər tərəfdən rəvayətə
görə masonlar Xaldeya, Misir və Hindistan müdriklərinin və alimlərinin irsidir.
Qədim dilçiliyə görə Xaldeya/Xald rəmzi Kelt/Gelad rəmzi mənasındadır ki, mənbələrdə
bu rəmz məhz Gel elinə aid edilir.
Tarixçisi M. Xorenatsi bildirir ki, Qüds, yəni
Yerusəlim şəhəri tikilib qurtarandan sonra o Gel adlanmağa başlandı. Herodota (IV/
8) görə, Gerionun öküzlərini qovub Gelə gələn Herakl, buradakı mağarada öz
atlarına görə, yarıinsan-yarıilan olan Yexidna ilə cütləşir və buradan şah nəsli
olan şah skifləri yaranır. İppolit, özünün V kitabı olan «Refutatio»-nun
sonunda psevdoqnostik İustinin sistemini təsvir edərək İustinin doktrinasını
Herodotun Herakl haqqındakı rəvayətlə əlaqələndirir. İppolit, hər şeydən əvvəl
onun tələblərini çatdırır: «Göz görməyən, qulaq eşitməyən, ürəyə dammayan, və
hamıdan uca olan böyük səadəti bilmək istəyirsənsə, bu təlimin gizli
saxlanmasını and iç» (Ref. V/24.). Burada İustin, Heraklın Yexidna ilə cütləşməsini,
Ata adlandırdığı Allahın Edemlə (İzraillə) cütləşməsi kimi təsvir edir ki,
buradan 24 mələk doğulur. Belə çıxır ki, son adı Gel olan Qüds, yəni Yerusəlim
şəhəri bilavasitə Allahla bağlıdır və mənbələrdə «ilandan doğulmuş midiyalılar»
deyəndə də Midiya ərazisində yaşayan Kaduslar, yəni müqəddəs mələklər nəsli nəzərdə
tutulmalıdır.
Mənbələrdə mələk
rəmzi mələhi, məlahi, əl-mülhid, əl-məlahid kimi yazılır ki, bu insanlar Midiya
ərazisində ismaililər və nizarilər kimi tanınır. Lakin Mülhid, məlahid rəmzləri
mələküt rəmzinə də uyğun gəlir ki, bu da sufilər dahisi Qəzaliyə görə göydəki mələklər
dünyasıdır. Quranda Mələküt - yerdəki Mülkün hakimiyyətinin əksi, Allahın ali
hakimiyyəti, Allahın əmri və İlahi sirlərin əsası mənasındadır (Quran, 6:75,
7:185, 23:88, 36:83). Bu isə o deməkdir ki, Heraklın Yexidna ilə cütləşməsi
kosmik hadisədir və göydə yaradılmış ruhlar dünyası ilə bağlıdır.
İppolitin bu
hadisəni çox gizli sirr kimi təqdim etməsi bunun hamı üçün nəzərdə tutulmaması
deməkdir. Eyni mənalı yazılar Şumer ,
Babil, Assur və s. mənbələrdə də verilir. Bu mətnlərdə vacib öyüdlər «xəbərdarlara»
dodaqdan dodağa ötürülürdü. Konteney, Assur-Babil ədəbiyyatı haqqında yazır ki,
«həqiqətən də biz uyğun sahənin tam izahı ilə əlaqədar bir dənə də olsun, nəsihət
xarakterli inşa tapa bilmərik. Kahinlər çalışırdılar ki, xalqa elə inşalar
çatdırılsın ki, onların əsl mənalarının dərki üçün mütləq şərhçiyə ehtiyac
olsun. Mətndə tez-tez bu ifadə təkrarlanır: «Yalnız xəbərdarı sən bununla tanış edə bilərsən, xəbərdar
olmayanlar bunları bilməməlidir!». Bütün bunlar o deməkdir ki, ilkin masonluq
da məhz Allahla bağlı sirləri bilən insanların təşkilatı olmuşdur.
Bu sirləri daha yaxşı
başa düşmək üçün isə Süleyman peyğəmbərlə bağlı digər faktlara daha dərindən nəzər
salaq. Qurana görə, Süleyman peyğəmbərə kosmik qüdrət verilmişdi. Davudun
yerinə keçən Süleymana Allah quşların dilini və bütün istədiklərini vermişdir:
cinlər, insanlar ordusu onun qarşısında yığışmışlar, onun işlərini görürlər və
Allah özü onu himayə edir. Allah ona, onun istəyi ilə hər yerə axan küləyi tabe
etmişdi ki, o hara istəsəydi, külək ora hərəkət edirdi (Quran, 21:81-82, 27:16-17, 34:10-13, 38: 33-39). Digər
mənbələrə görə də Süleyman maqların ən alisi olmuşdur. Ərəb tarixçiləri
isə təsdiq edirlər ki, Süleyman peyğəmbər özü və bütün sarayı uçan xalçada Göydə
uçurmuş. Xalça yaşıl ipəkdən toxunmuş və eyni zamanda yüzlərlə insanı daşıya
bilirmiş. Yəhudi deyimlərinə görə isə xalçanın sahəsi altmış kvadrat milə bərabər
olmuş, yaşıl ipək isə qızılla naxışlanmışdır və s.
Misirdə, Naq
Hammadidə tapılmış «Həqiqətin şahidliyi» adlı mətnlərdə yazılır ki, Süleyman
Allah evini cinlərin köməyi ilə tikmişdir. Tikib qurtarandan sonra, o cinləri məbədgahda
bağlamışdır. Belə çıxır ki, Yerusəlimi, yəni Qüdsü - Süleymanın elə orada
bağladığı cinlər tikmişlər.
Qurana görə Allah cinləri, Ona səcdə etməsi
üçün xüsusi olaraq təmiz və qızğın oddan yaratmışdır (Quran, 51:56, 55:15,
15:27). Quranın 72-ci surəsi «əl-Cinn», yəni cinlər adlanır və burada onlar
düzgünlüyü sevən qüdrətli keşikçilərdir və onlar nur saçırlar (Quran, 72:5,7). Bütün
dinlərdə və qədim mənbələrdə təmiz od dedikdə, yer kürəsini əhatə etmiş və bəşəriyyətə
həyat vermiş ilkin materiya nəzərdə tutulur.
Şumer mifologiyasında “qal” (gel), akkadlarda “qallu” adlandırılan cinlər yeraltı dünyanın, yəni cəhənnəmin ruhları hesab edilirdilər («İstoriya drevneqo Vostoka», tom I, M., 1983, səh. 453). Qədim misirlilərin məşhur «Ölüm şahlığı» kitabında qeyd olunur ki, ilan və ya insan simasında olan cinlər Sokaris (Sokar/Arsak – F. G. B.) gizli mağarasını qoruyur. İbn Sinanın «Yakzan oğlu Hayy haqqında traktat»a görə isə cinlər (hinn) və mələklər Şərq tərəfdə yaşayırlar və onları sərhəd ayırır. İbn Sina buradakı mələklər nəslinin yurdunu, ruhun bədəndən çıxıb azad olandan sonra son mənzili kimi göstərir və qeyd edir ki, Göylərə aparan yol bilavasitə buradandır və bu yolun insan üçün tapılması mümkün deyil. Göylərdə yaşayanların isə öz şahı var, onu ən yaxın etibarlı gözətçiləri qoruyur. Günəş rəmzində olan məhz bu şahı İbn Sina Allah kimi göstərir. Bu isə o deməkdir ki, Süleyman peyğəmbər cinlərin köməyi ilə göydə, yəni ilkin materiyada ruhlar dünyası yaratmışdır ki, bu binanın rəmzi oxşarı da yer altında gizlədilmişdir.
Məhşur sufi
müqəddəsi Əziz Əd-din İbn Mühəmməd Nəsəfi (XIII əsr), özünün «Zübdad əl-xəkaik»
əsərində ilkin materiyanı ağılla, ruhla, şüa ilə, kəlamla, Cəbraillə, Mikaillə,
İsrafillə, Əzraillə, «Lövhi-Məhfuz»la, Allahın evi ilə, Adəmlə, mələklər
şahlığı ilə və s.-lə əlaqələndirir ki, bu da, bütün bunların məhz ilkin
materiyadan yaranması mənasındadır.
Misirşünas U.
Bac, «Nesi Amsu-nun papirusu»ndan Amon Allahının ilkin materiyada, yəni Yer kürəsini
əhatə etmiş efirdə «dünya» yaratması prosesini açıqlayır. Bu sirli yazıda söhbət,
qədim Misirdə Allahların atası və ağası adlandırılan Amonun, sular adlandırılan
ilkin materiyada, yəni göydə Osiris (Oziri) adı ilə Allahlar nəsli olan Oziri nəslini
və Qeb (Qaba aləm/Qiblə/Kəbə) torpağını yaratması prosesindən gedir. Süleyman
[SLMN] rəmzi də, yalnız samitlərin xüsusi məna ifadə etdiyi qədim Misir dilçiliyində və sufilikdə “İssi-El-Amon” [SS-L-MN] kimi izah
olunur ki, bu da göydəki elin ruhunun Amon Allahının ruhu olması mənasındadır. Tövrat
kitabından bilirik ki, Yaqub, İlahi yuxu görəndən sonra, başının altındakı daşı
«Betel» (əl-Beyt –F.G.B.) adlandırmış və «bu yer necə də qorxuludur! bura Allah
evindən başqa bir şey deyildir, bura Göyün qapılarıdır» demişdi. Bu isə o deməkdir
ki, Allah evi dedikdə eyni zamanda Amon Allahının göydə yaratdığı ruhlar
dünyası nəzərdə tutulmalıdır.
Yaqubun (Ya-Qeba)
digər adının İsrail/İzrail (Osiri-Eli/Oziri-Eli) olması onu göstərir ki, qədim
Misir mətnlərinə görə göydə yaradılmış Qeb “torpağı” (İslamda Kəbə və Qiblə) elə
Osiris/Oziri Allahının göydəki elidir. Qeb [QB] rəmzi yəhudi dinində Allahın
İeqova [QV] adı kimi də qalmışdır ki, mason lojalarının sədrlərinin və ya
ustalarının əyləşdiyi taxtdakı rəsmlərdə nur saçan günəşin içində və hər yerdə
yəhudi hərfləri ilə İeqova (Yahve) sözü yazılmışdı. Mason lojalarının “Allah
xalqı”, “Yeni İzrail” adlandırılması, onların bilavasitə qədim yəhudilərin, yəni
türk bəglərinin təşkilatı olması mənasındadır. Bu isə o deməkdir ki, ilkin masonluq
bilavasitə göydə yaradılmış Qeb aləminin yaradılması ilə bağlı olmuşdur.
“Kitabi-Dədə Qorqud”da Qeb rəmzi “Qaba aləm” adlandırılır ki, onu da Bayandur
xan “götürmüşdür” və s.
Qeyd etmək lazımdır ki, İzrail və Əzrail rəmzi qədim
dilçilikdə Oziri-Elı (Azər eli) mənasını verir ki, bu da göydəki Qaba aləmin elə
Oziri Allahlarının, yəni Əzraillər elinin olması deməkdir. Tövrata görə,
İzrail (İsrail) yəhudiləri - amoreylər, yəni marlar torpağı (Midiya) olan İazər,
yəni Azər (Oziri) torpağlarında yaşayırmış və onlar amoreyləri qovub onların kəndlərini
tutdular (Библия; Чис.21:32). B. A. Turayevə görə
də amoreylər, yəni mar-midiyalıların ölkəsi Aziru, yəni Azər/Oziri şahlığıdır.
Azəri torpağında nurla bağlı insanlar - pirlər, bəglər,
seyidlər, şıxlar nəslidir ki, bu gün də onların yaşlı nəsli adi insan
olmadıqlarını və Allahın nurundan yarandıqlarını iddia edirlər. Pirlər nəslinin
sözlə varlıqlara fiziki təsiri və hətta adam öldürmək qabiliyyəti, bu
insanların həqiqətən Əzraillər nəsli olması deməkdir. Mənbələrdə kadusların, yəni
kuddus müqəddəslərinin “qaniçən” adlandırılması da onların ölüm şahı Ozirinin nəslinin
nümayəndəsi olması ilə bağlıdır. Qədim Misir yazılarına görə Allah ilk olaraq məhz
ölüm şahlığının hakimi Ozirini (Azər) İlahi nurdan bəşəriyyətə hökmran kimi
yaratmışdır. Daha sonra isə Set rəmzində dünyanın 72 millətini adi gildən tərtib
etmişdir. Bütün bunlar o deməkdir ki, ilk mason təşkilatını məhz Azəri müqəddəsləri
olan pir, bəg, seyid, şıx nəsli yaratmışdır və burada da əsas məqsəd yaranışla
bağlı sirlərin gildən yaranmış yer insanlarından gizlətmək olmuşdur.
Quranda açıq qeyd olunur ki, Quran kitabı məhz
İsrail oğulları üçün, yəni Azəri müqəddəsləri üçün göndərilmişdir və onlar
Allah üçün bütün bəşəriyyətdən üstün olmuşlar: «Həqiqətən, Bu Quran İsrail
oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir. Və
həqiqətən o, əldə rəhbər və möminlər üçün rəhmətdir (mərhəmət)… And olsun ki,
Biz İsrail oğullarına Kitab, hikmət və peyğəmbərlik əta etmiş, onlara pak nemətlərdən
ruzi vermiş və onları aləmlərə üstün etmişdik!… Ey İsrail övladları! Sizə bəxş
etdiyim nemətlərimi və sizi vaxtilə bütün aləmlərdə üstün tutduğumu yada salın…
Ey İsrail oğulları, Sizə bəxş etdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözə
əməl edin ki, mən də sizə olan əhdimi yerinə yetirim və yalnız məndən qorxun…
Biz onları elmlərinə görə aləmlərdən üstün tutduq… Biz İsrail oğullarına kitab,
müdriklik və peyğəmbərlik verdik, və onlara pak nemətlərdən ruzi verdik və
onları aləmlərdən üstün etdik!... Verdiyi nemətlərlə sınamaq üçün O, yerdə sizi
varislər etdi və dərəcələrə görə birinizi digərindən üstün tutdu. Həqiqətən, sənin
Allahın cəzanı tez verəndir, bağışlayan və rəhmlidir» (Quran, 27:76,77, 45:16,
2:47,122,40, 44:32, 45:16, 6:165). Azəri müqəddəslərinin Allahın varisləri
sayılması, onların möcüzələr göstərmək qüdrətində Allaha yaxın olması ilə
bağlıdır. Bu nəslin Allaha «söz verməsi» deyəndə isə, onların Ararat dağında
Allahla bağladıqları müqavilə başa düşülməlidir (Tövrat. I kit.8:4, 9).
Qəbul olunmuşdur ki, İbrahim və digər bütün peyğəmbərlər
yəhudilər nəslidir. Yazdığımız kimi qədim mənbələrdə yəhudi deyəndə bilavasitə
Xəzər türkləri olan xaqan və bəglər nəsli nəzərdə tutulur. Xəzər rəmzi sufilikdə
ölümsüzlük qazanmış Xızır peyğəmbərin rəmzidir və bu rəmz bilavasitə ilkin
materiya, yəni İlahi odla bağlıdır. İlkin materiya isə adi insanlar üçün gözəgörünməzdir
və onu yalnız şamanlıq, qamlıq məqamında görmək mümkündür. Buna görə də sufizmdə
ilkin materiyanın rəmzi olan “X” (“Q”/“G”/“H” və s.) səsi mənbələrdə bəzən
yazılmır və bu halda Xəzər rəmzi Azər rəmzi kimi oxunur. Erməni mənbələrində
Xazarapati (Xazarapet-Xəzər-Yafət) rəmzinin eyni zamanda Azarapati/Azarapet
kimi yazılışı Xəzər rəmzinin Azər rəmzi ilə eyni olması deməkdir. Buradakı Pat
rəmzi isə Müqəddəs Azəri nəslinin - Yafət (Apet), yəni Misir yazılarındakı Pta
Allahının nəsli olmasını göstərir. Qeyd etmək istərdim ki, islamda müqəddəs mənasını
verən “Həzrət” rəmzi məhz Xızır-Ata fikrini ifadə edir ki, bu da elə Azər-Ata
deməkdir.
Azəri müqəddəslərinin, yəni «Kitabi Dədə Qorqud»da
«ərənlərin əvrəni» (ərənlərin yəhudisi, seçilmişi) adlandırılan Midiya yəhudilərinin
əsas qolu «levit» adlanır ki, onlar öz həyatlarını Allaha həsr etmişlər.
İslamda bu qol «əl-Beyt» (əhli-Beyt) kimi yazılır və Məhəmməd peyğəmbərin Ailəsi
mənasındadır. Ümumiyyətlə, Məhəmməd rəmzi sufizmdə «Midiya maqı» deməkdir.
Quranda Allah Nurunun (Quran, 24:35, 61:8-9, 64:8) Məhəmməd peyğəmbərə verilməsi
və ibn Ərəbinin bu Nuru «Həqiqə Məhəmmədiyyə» (Haqq-Məhəmməd) rəmzi ilə əlaqələndirməsi
onu göstərir ki, Məhəmməd peyğəmbər adi insan yox, Kosmik İnsan (Adəm) olan və
Allah funksiyasını daşıyan bir Varlıqdır. Belə çıxır ki, Məhəmməd peyğəmbər - nəhəng
insan, yəni Allahu-Kəbirdir (Əkbər). Sufilər dahisi Qəzaliyə görə də Məhəmməd
peyğəmbər kosmik insanın obrazıdır. Məhəmməd peyğəmbərin «iki dünyanın ağası»
adlanması isə o deməkdir ki, o məhz qədim Misirin Ra-Amon (Amon-Ra), yəni
Ra-Əman – Rəhman Allahının obrazıdır. Bütün bunlar isə o deməkdir ki, qədim mason
lojaları həqiqətən də insanların bilmədikləri bilən xüsusi insanların təşkilatı
olmuşdur.
Mövzudan kənara çıxaraq qeyd etmək istərdim ki, bu gün
heç bir islam alimi əl Ərəbi, Qəzali, Əşari və s. kimi islam dahilərinin
kitablarına təfsir verə bilmir. Yəhudi ravvinləri də, xristian alimləri də nə
Tövratda, nə də digər qədim yazılarda söhbətin nədən getdiyini belə dərk edə
bilmirlər. Bu isə o deməkdir ki, qədim masonların qoruduğu gizli elm bu günə qədər
də sirli qalmışdır. Bu gün isə mason lojalarında oturanlar özləri də bu elmdən
xəbərsizdirlər. Çünki onlar həqiqi masonların törəmələri deyil, adi insanlarla
qarışmış, vəzifə və imkanlarına görə mason adı altında birləşmiş insanların
toplumudur.
Masonların qüdrətli lojalarından biri də 1776 ildə
yaradılmış “Oziris” adlanırdı ki, burada yalnız şahzadələr və əsilzadələr nəslinin
nümayəndələri yığışmışdı. Masonlar
Allahı “Bütün dünyaların Ali Qururcusu” adlandırırlar və bu onların qədim sirlərdən
həqiqətən xəbərdar olması ilə bağlıdır. Çünki, yalnız qədim sirlərdən xəbərdar
olanlar bilir ki, Allah mücərrəd bir varlıq yox, magiya vasitəsi ilə insanları
və göydə ruhlar dünyası yaratmış, əvvəllər yerdə insan kimi yaşamış, ərşə yüksələndən
sonra isə bütün dünyanı özünə tabe etmiş Misirin ilk fironu Amonun ruhudur. Azad
bənnalar (free-mason) sözündəki “azad” sözünün “free” rəmzi ilə qeyd olunması
da rəmzlər dilində firon, yəni qədim Misirin ilk Pir-i mənasında olması deməkdir.
Mason
ordeninin ən ali rəhbərliyi Şərq adlanır ki, bu da Şərqin seçilmişlər vilayəti
olması ilə, bütün insan müdrikliyinin məhz buradan çıxması ilə əlaqədardır. Ümumiyyətlə,
Şərq rəmzi azərbaycanlı dahi Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfəsində əsas
yer tutur. Burada “Şərq” dedikdə söhbət coğrafi yerdən yox, metafizik Şərqdən,
Ruhun Şərqindən gedir. Sührəvərdi fəlsəfəsinin araşdırıcısı A. Korben qeyd edir
ki, Sührəvərdi ezoterizmi, Şərq rəmzi altında ruhun mənbəyi, Mələkütü (mələklər
aləmi) nəzərdə tutur: «Bu Şərq əsl mənbə, hər şeyin mərkəzi və məqsədidir.
Oradan varlıqların kainata yolu başlayır və «Qərb quyuları ilə» sınaqdan keçəndən
sonra ora da qaytarılır». Sufilər «Şərq» deyəndə, yer üzərində, yəni torpaqdakı
məkan yox, vertikal istiqamətdəki, yəni Göydəki Allahlar, mələklər dünyasını nəzərdə
tuturlar. Bu ölkə şəxsiyyət kimi də, yəni Mələk, Pir, Simurq, Cəbrail, Süleyman
şah, Xızır (Xıdır), Aran və s. adlar altında da çıxış edir.
Biz yuxarıda
qeyd etdik ki, Midiya ərazisindəki ismaili-nizariləri - məlahi, yəni mələk
adlandırırlar və onlar əl-mülhid, yəni Mələküt dünyası ilə bağlıdırlar.
İsmaililərin bu dünyası Ələmut adlandırılan sirli qala ilə bağlıdır ki,
ismaili-nizarilərə buna görə “qala adamları” da deyilir. Maraqlı haldır ki,
tamplierlər, yəni Süleyman məbədgahı ordeninin varisləri də özlərini “məbəd
adamları” adlandırırdılar ki, buradakı məbəd elə Süleyman peyğəmbərin tikdiyi
qala mənasındadır. Mənbələrə görə bu ordenin ilk cəngavərləri Allahın Qəbrinin
məbədgahının xidmətində durmaq üçün təşkil olunmuşdular. Belə çıxır ki,
tamplierlər ordeni elə Həsən ibn Sabbahın sufi ordeninin avropaya və s. ölkələrə
çoxdan köçmüş bir qoludur və xristian Allahının (İsa peyğəmbər) da qəbri məhz
burada yerləşir.
İsa peyğəmbər Nazaretin
Qaliley şəhərindən olmuşdur ki, burada «Nazaret» deyəndə nizarilər, yəni
ismaililər eli nəzərdə tutulur. Nizari/Nazaret rəmzinin «Nisir» variantı,
Gilqameş haqqındakı rəvayətdə Subasmadan sonra (Nuh) gəminin «lövbər saldığı»
dağın adıdır. Qaliley deyəndə isə Qalil/Xəlil, yəni Gel-eli başa düşülməlidir. Təsəvvüf
elmində xəlil/xulul rəmzləri - «Allahla vəhdət təşkil etmək», «Allaha qovuşmaq»
mənasındadır. Deməli, Gel eli dedikdə Allahın göydə yaratdığı Mələküt dünyası
ilə vəhdət təşkil edən müqəddəslərin yurdu başa düşülməlidir.
Biz yuxarıda
Gel elinin Herodotla əlaqəsindən yazdıq. Əlavə olaraq bildirmək istərdim ki, ən
qədim Misir mənbələrində Gel eli Yuxarı və Aşağı Geldən ibarətdir və bura, yəni
Geliopol - Günəş Allahı Ra-nın vətəni hesab edilir. Geliopoldan çıxan Ptah (Yafət)
Allahı indi də yaşayır və məhz burada Osiris, yəni Azər Allahının bədəni
uyuyur. Ölənlərin ruhları da məhz burada yeni sima alıb ruhlar dünyasına köçür.
Digər tərəfdən məhz buradakı Biqqe məbədgahında (Quranda Bəkkə) Ba Allahı
(İslamda Vallah) bildirir ki, “O, bütün olmuş və olacaqların yazıldığı kitabı (“Lövhi
Məhfuz”) qoruyur”. Buxariyə görə Məhəmməd peyğəmbərin evi vərəsəliklə Akilə, yəni
Gelə çatmış evdir.
Biz qeyd
etdik ki, sufilikdə və qədim dilçilikdə Məhəmməd
rəmzi “Midiya maqı” deməkdir. Midiya rəmzi isə Mədinə [MDN] rəmzi ilə eyni olan
əl-Mədain [MDN] rəmzinə uyğun gəlir ki, bu şəhər də sasani iranın Ktesifon (Katus-Fon)
şəhəri hesab edilən və ərəblərin sasanilərlə Kadisiyyə (Kadus ərazisində) ətrafındakı
qələbə vuruşundan sonra ona verilən addır. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər
həqiqətən Kadus/Kuddus müqəddəsləri nəslindəndir. “Batini-Quran” kitabında biz
buna aid çoxlu sayda sitatlar gətirmişik. Buxarinin hədislərində Məhəmməd peyğəmbərin
həcclə bağlı saç yapışdırması, qətra sürtməsi, ihram vəziyyətində olması,
qurban kəsməsi və s. magik rituallar keçirməsi, onun həqiqətən də Midiya maqı
olması deməkdir və s.
Bütün bunlar
isə o deməkdir ki, İsa peyğəmbərin, qədim Misir Allahlarının və İslam müqəddəslərinin
də vətəni Azərbaycan ərazisində mövcud olmuş Midiya şəhəridir və mason təşkilatı
da xristian Allahının qəbrini məhz burada qorumuşlar.
İsmaililərə
görə, İmam - irqin fəxri olan Nizardır, hansı ki, deyilənə görə sağdır, lakin
onu heç kim görə bilməz. O həmişə əbədi yaşayır və şahlıq edir. Nizarın əbədi
yaşayıb şahlıq etməsi, onun Qədim Misirin Nu-Oziri (Nizar) Allahı rolunda
olması mənasındadır. Belə çıxır ki, Nizar deyəndə qədim Misirdə ilkin materiya
(dirilik suyu, İlahi od və s.) mənasında olan Oziri/Osiris Allahı başa düşülməlidir.
Qədim Misir mətnlərinin birində Osiris-Nu Allahının – «mən Sebek Allahı kimi
diriləcəyəm» deyimi isə Sabbahın məhz qədim Misirin Sebek Allahı rəmzində olması
mənasındadır. Buradan çıxan nəticə isə odur ki, Midiyanın Ələmut qalası
bilavasitə Allahla bağlı olan qaladır və buranın əhalisi də ölümsüzlük qazanmış
Xızır (Xəzər/Azər) peyğəmbərin, yəni Xəzər türklərinin törəmələridir.
Türk rəmzini
tarixçi M. Xorenatsinin Tork kimi yazır və Anqelea rəmzi
ilə, yəni mələklə eyniləşdirir ki, bu da tərikə yolunu keçərək
sufiliyin bəqa (Allahla vəhdət) səviyyəsinə ucalmış Azəri bəglərinin (bəqa səviyyəsində
olanlar nəsli) elə mələklər nəsli olması mənasındadır. Deməli, Həsən ibn
Sabbahın mələhiləri elə Azəri türk bəgləridir. Kitabi - Dədə Qorqudda məhz bu bəg-ərənlər
“Dünya mənim” deyərək öyünürlər ki, bu da onların, “Dünyanın sahibləri” olması
mənasındadır.
Qeyd etmək
lazımdır ki, əsası hələ XVII əsrdə qoyulmuş və XIX əsrdə yenidən dirçəldilmiş
“Qızılgül və Xaç Qardaşlığı” (Rozenkreyser Ordeni) mistik təşkilatının banilərindən
hesab edilən və Kral Mason Ensiklopediyasının müəllifi olan mason Kennet
Makkenzi Həsən ibn Sabbahın mistik ordenini mason ordeni adlandırır və qeyd
edir ki, “onlar İslamın gizli doktrinasının müəllimləri olmuşlar: onlar riyaziyyat
və fəlsəfəyə üstünlük vermiş və çox qiymətli əsərlər yaratmışlar. Ordenin
Başçısı Şeyx əl-Cəbəl (“Dağ Qocası”) adlanırdı və onların Böyük Müəllimi kimi həyat
və ölüm vermə gücünə malik idi”. Bu isə o deməkdir ki, sufi türklərinin qardaşlığı
ilə masonların təlimləri eyni mənbədən qaynaqlanır.
Digər tərəfdən,
mason təşkilatı da sufi təşkilatı kimi səviyyələrə bölünür və sufi qardaşlığı
kimi də qardaşlıq adlandırılır. Onların öz rəmzlər dili mövcud olmuşdur.
Ümumiyyətlə, qəbul olunmuşdur ki, mason ideologiyası – insanlar üzərində ali
hakimiyyətin, seçilmişlərin ideologiyasıdır. Masonların son məqsədi – onların
hakim olduğu dünyəvi qayda-qanunun yaradılmasıdır. Rus masonları özlüyündə və
dünyadakı pisliklərə qarşı mübarizədən, bu dünya ilə ruhlar dünyası arasındakı mistik
pillələri qalxmaqdan danışırdı. Bu pillələrdə çoxlu səviyyələr var ki, bunların
da əsası – özünüdərk, tövbə, daxili məbədin
tikilməsi, ali dərketmə, bəzilərində - ekstaz, digərlərində isə böyük
sükutda seyretmədir (О. Платонов «Тайная
история масонства»). Bu isə elə sufi silsiləsi, sufi məqamları deməkdir.
Rus masonu N.
Novikovun yazdığına görə masonluğa daxil olanlara “İşin altı böyük günləri”
sirli çertyoju göstərərək deyirdilər ki, “bu çertyoj kabbala ilə tərtib edilib,
aşağı qradusda olanlar onu dərk edə bilməzlər. Onu yalnız yuxarı qradusda olanlar anlaya bilərlər”. Ən
ali təbəqəli mason, doktor Papyus isə ilk masonluq haqqında belə deyir: “Görünən
işıqdan başqa, onlar (qardaşlıqlar) varlıqlarda naməlum güc və enerjin mənbəyi
olan görünməyan nuru seyr edirdilər. Bu dünyaya düşən və hər bir insanı nurlandıran
bu gizli nur beşbucaqlı ulduz şəklində təsvir olunur”. İnsan rəmzində olan və
özündən sirli nur saçan məhz bu beşbucaqlı “alovlu ulduz” dünya masonlarının
emblemi oldu (В.Ф.Иванов «Тайны масонства»). Papyusun qeyd etdiyi nur, elə
sufilərin cövhər və s. adlandırdıqları ilkin materiyadır ki, bütün həyat məhz
ondan başlamışdır. Bu isə o deməkdir ki, ilkin masonlar olan Göy insanları -
nurdan xüsusi iş üçün yaradılmış pirlər, bəglər, seyidlər, şıxlar və s. Azəri
müqəddəsləri olmuşlar.
Əflatuna görə,
əbədi, dəyişməz elə ideya dünyası var ki, oradan bu dünyaya ilkin materiya
tökülür. Ptolomeyə qədər ilkin materiya - uzadılmış düzbucaqlı şəklində qeyd
olunurdu ki, mason lojaları da məhz bu rəmzlə qeyd olunur (О.Платонов «Тайная
история масонства»). Masonlar lojalarını çox vaxt Süleyman məbədi
adlandırırdılar və qarşılarına məqsəd kimi onlar, insan üçün yer cənnəti olan
Edem yaratmaq, yerdə qızıl əsrdə olduğu kimi həqiqət və məhəbbətin hakim olduğu
cəmiyyət qurmaq olmuşdur. Lakin masonların cənnətini qurmaqda insanlara maneə
kimi din, monarxiya, millətlər durur ki, onlarla da mübarizə aparmaq əsas işlərdən
hesab edilir. Masonların Allaha yox, dünyanın Arxitektoruna müraciətləri,
onların bilavasitə dünyanın qurucusu olan Amon Allahına müraciətləri mənasındadır.
Məhz O, əvvəl ilkin materiyanı özünə tabe etmiş, daha sonra isə ərşə yüksələrək,
onunla vəhdət təşkil etmiş (sufilərdə “Vəhdət əl-Vücud) Ra-Amon Allahına
(islamda Rəhman) çevrilmişdir. Məhşur filosof Spinoza (XVII əsr) da Allah
dedikdə məhz bu Arxitektoru nəzərdə tutur ki, O “Dünyanı” öz azad iradəsi ilə
yaratmışdır. Spinoza bildirir ki, hər yerdə mövcud olan və vahid olan Allaha
iman vacibdir, lakin kim Allahı və onun yerə təsirini necə təsəvvür edirsə,
onun inamının mahiyyətinə dəxli yoxdur. Qoy hər kəs, ağlının dərketmə qabiliyyətinə
uyğun olana inansın” (В.Ф.Иванов
«Тайны масонства»).
Mason təşkilatında
- günəş, dünyanın və birliyin sütunu, iki birləşmiş əl, pərgar, künc ləməsi və s. rəmzlərinə
üstünlük verilirdi ki, bu rəmzlərin hamısı Amon Allahı və onun yaratdıqları ilə
bağlıdır. Təsəvvüf elmində və qədim Misirdə günəş – Günəş Allahı olan Ra-Amon
(Rəhman), sütun – göydəki Qaba aləmi saxlayan göy sütunları (Herakl sütunları),
iki birləşmiş əl isə qədim Misirdə Allahın əllərinin (Ka) göydəki kölgəsi
(islamda Ələm) mənasındadır. Burada pərgar, künc ləməsi və s. rəmzlər
isə Amon Allahının yerin altında gizlətdiyi Allah evinin (Süleyman məbədgahı)
tikintisinin çox dəqiqliklə aparılmasına işarədir.
Süleyman məbədgahı
ordeninin varisləri olan tampliyerlərin əsas rəmzlərindən biri at üstündə iki nəfərin
rəsmidir ki, masonlar bunu, ilk masonların kasıb olmaları ilə izah edirlər. Təbii
ki, bu qədim sirlərdən xəbəri olmayan adi insanın izahıdır. Həqiqətdə isə, bir
at üstündə iki nəfər dedikdə, “Kainat atı”nı minmiş iki nəfər başa düşülməlidir
ki, buradakı birinci insan qədim Misir fironu Amon, ikincisi isə axirətdə onun
yerinə keçəcək Mehdi mənasındadır. Kainat atı (mifologiyada kentavr, islamda
Buraq) dedikdə, bütün yer kürəsini əhatə etmiş ilkin materiyanı öz atı rəmzində
“minmiş” və onu idarə edən insan ruhu təsəvvür olunmalıdır. Qədim Misir
yazılarında “minmək” rəmzi çətin dərk olunan xüsusi rəmzlərdən hesab olunur ki,
mən “Batini-Quran” kitabımda buna və Kainat atının yaradılması prosesinə elmi
izah vermişəm.
Masonların əsas
rəmzlərindən biri də, ortasında bir göz olan və uc hissəsi göydə şəfəq saçan,
aşağı hissəsi isə yerdə təsvir olunan piramidadır. Bütün qədim rəmzlər kimi
bunun da bir neçə mənası var ki, burada əsas məna: Dünyanı idarə edən Ra-Amon
Allahının göydə olması, hər şeyi gözləri ilə görməsi və idarə etməsidir. Göydə
təsvir olunan kiçik piramida eyni zamanda, ən qədim zamanlarda göydə yaradılmış
Mehdinin ruhu (ağlı, yaddaşı) və “dünyası” mənasındadır ki, məhz O axirətdə yerə
enməli və yaradılış tam başa çatmalıdır.
Piramida rəmzi
(Prometey rəmzi kimi) qədim Misir dilçiliyində və sufilikdə Pir-Mada mənasında
“Müqəddəs Midiya” deməkdir. Bu rəmz ümumiyyətlə əbədilik, uzun müddətlilik mənasındadır
və Ra-Amon Allahının bu yaratdıqlarının hələ uzun müddət yerdə mövcud olacağına
işarədir. Masonların bu rəmzi özlərinə əsas rəmz seçmələri də onların Ra-Əman
(Rəhman) Allahının göstərişlərinin həyata keçirənləri olmaları deməkdir və s.
Cihangir
Gener “İsmaililik ve Templiyerler” məqaləsində Süleyman məbədi varislərinin
ismaili şıələrinin əlaqəsindən yazır. Müəllif, xristianların xaç yürüşləri
zamanı ismaililərlə görüşdüklərini bildirir. Xaç yürüşlərinin əsas məqsədi müqəddəslər
müqəddəsi olan Süleyman məbədinin yerləşdiyi Qüdsü müsəlmanların əllərindən
almaq və onu qorumaq olmuşdur. Görüş zamanı məlum olur ki, xristianların Batıni doktrin məbədini qorumaq istəyən
xaçlılarla assasinlər eyni ideyaya qulluq edirlər.
Cihangir
Generin yazdığına görə xristian şovalyeləri Həsən Sabbahın dəvəti ilə Ələmut
qalasını ziyarət edir və burada islamın gizli doktrinası ilə tanış olurlar.
Buradan qayıtdıqdan sonra xaçlılar katolik inancından uzaqlaşaraq ağıla
üstünlük verən ezoterik doktrinə bağlanırlar. Tampliyerlərin bu inanc dəyişikliyi
sonradan bütün Avropaya yayılır və bu katolik kilsəsinin də zəifləməsinə səbəb
olur. Bunu görən Papa onları müsəlmanlarla əlaqə qurmaqda və hətta müsəlmanlaşmada
günahlandırır. Məhz bundan sonra onlar ezoterik bilgiyə əsaslanan həqiqi inamı
saxlamaqla xristian ənənəsini qoruyurlar.
Təşkilatlanmalarını ismaili təşkilatına
oxşatmağa çalışan tampliyerlər, intizamı, ierarxiyanı, təriqətin başçısı olan
Böyük ustada mütləq bağlılıq və itaət kimi ismaili qanunlarını tətbiq edirdilər.
“Mass” adı verilən ayinlərdə, Müqəddəs
Ruhun simvolu olaraq qəbul etdikləri çörəyə çirkli ola biləcək əlləriylə
dəyməmək üçün əlcək geyən Templiyerlerin önlükləri də ağ idi. Templiyerlərin
yalnız önlükləri və əlcəkləri deyil, bütün geyimlərində ağ rəng üstünlük təşkil
edirdi. Bu ənənəni də ismaililərdən alan Templiyerler, tək fərq olaraq, libaslarınının
üzərinə xaçlıların simvolu olan bir xaç tikdirdilər. Templiyerlər də,
təlimçiləri ismaililər kimi, uca bir varlığa və insanın o varlığın bir parçası
olduğuna inanırdılar. Cəngavərlərin ən əhəmiyyətli prinsipi, hər kəsi
inanclarında azad buraxaraq, öz inanclarını kimsəyə zorla, məcburi qəbula çalışmamaq idi. Templiyerler, eynilə ismaililər kimi bir-birlərini tanıya bilmək üçün gizli işarə, parol və simvollardan istifadə etməyə başladılar. Bu
gizlilik daha sonrakı illərdə
Papalığın təzyiqlərindən xilas olmaq üçün də işə yaradı (Cihangir
Gener “İsmaililik ve Templiyerler”, http://www.hermetics.org/ismailliler.html).
Qeyd etmək lazımdır
ki, tampliyerlərin xaç rəmzi gəzdirmələri, yuxarıda qeyd etdiyimiz kimi
xristian dini ilə qətiyyən bağlı deyildir. Tədqiqatçılar bu rəmzin xristianlıqdan
daha da qədim olması qənaətinə gəlmişlər. Xaçı boyunlarında hələ Assurbanipal,
Şəmçi-Bin ( e. ə. X əsr) və s. çarlar və ya ilk keşişlər xristianlıqdan
1000 il əvvəl gəzdirirdilər. Araşdırıcılara
görə xaç daşıyan aramey döyüşçüləri onu döyüşdə müdafiə üçün amulet kimi
asırdılar. Qədim Misirdə üst hissəsi dairəvi olan xaç (Anx rəmzi) həyat və
Allahların rəmzi hesab edilirdi. Babildə bu, Anu Allahına aid hesab olunurdu.
Assuriyada isə xaç rəmzi günəş Allahı olan Aşşurun (Assur/Oziri/Azər) atributu
hesab edilirdi.
Lakin İspan
katolik inkvizisiyasının rəmzlərində xaç, Allaha xatir milyonlarla insanı öldürənlərə
aid edilir, terrorun və insana nifrətin rəmzi sayılırdı (Ем. Ярославский, «Как
родятся, живут и умерают Боги», M., 1941, səh. 98,99). Hindistanda da xaç,
uşaqları öldürən fiqurun başının üstündə və Krişna Allahının əlində təsvir
olunurdu. Bu gün də xaç rəmzi eyni zamanda ölüm rəmzi hesab edilir və qəbirlərin
üstündə yerləşdirilir.
Qədim Misir
dilçiliyində və sufilikdə “həyat” mənasında olan xaç (Anx) rəmzi, bütün bəşəriyyətə
həyat vermiş ilkin materiyanın rəmzi hesab edilir. Qədim Misir fironu (piri)
Amon ilk dəfə sufiliyin bəqa (bəglik) səviyyəsinə yüksələrək ilkin materiya ilə
vəhdət təşkil etmiş (“Vəhdət əl Vücud”) və onu idarə edən Ra-Amon (Ra-Əman/Rəhman)
Allaha çevrilmişdir. Məhz bundan sonra Allah göydə Qaba (Qeb/Qeyb/Kəbə) aləmi və
s. yaratmışdır. Qurban ruhları və magiya ilə yaradılmış bu “dünya” da ilkin
materiyadan təşkil olunduğu üçün, Anx rəmzi eyni zamanda bu ruhlar dünyasının rəmzi
hesab olunur. Qədim rəsmlərdə bu “dünya” - dünya ağacı kimi də təsəvvür olunur
ki, ölənlərin ruhları bu gözəgörünməz ağacın gövdəsi ilə yuxarı qalxır və
ölümündən sonrakı həyatlarını da ağacın budaqlarındakı “dünya”da quş rəmzində
davam etdirirlər. Deməli, xaç rəmzi eyni zamanda bu “dünya ağacı”nın rəmzidir
ki, xristianlıqla bağlı mənbələrdə həyat verən xaçın yerinə çox vaxt məhz həyat
verən ağac qeyd olunur. Buna görə də dilimizdəki “xaç” [XÇ] sözü ilə “ağac” [ĞC]
sözü qədim Misir dilçiliyinə və sufiliyə görə eyni kökdəndir.
Bütün bunlar
o deməkdir ki, ilk xaçlılar, yəni xaç götürən qədim tampliyerlər, ilkin
materiya ilə vəhdət təşkil edən müqəddəslər nəslinin, yəni batini kuddus/kadus
pirlərinin nümayəndələri olmuşlar. “Kitabi - Dədə Qorqud»da bu rəmz - «Qaba aləm
götürən Bayandır xan» kimi qeyd olunur. Əsərin əsas qəhrəmanı olan Qazan xan bu
kitabda «keşiş» də adlandırılır. Qədim Misir dilçiliyində və sufilikdə Bayandır
rəmzi “Ba-Neter” mənasında Ba-Allahı (islamda Vallah) mənasında qeyd olunur ki,
Ba quşu qədim Misirdə ölümsüzlük qazanmış Allahın ruhu mənasındadır. Bu isə o
deməkdir ki, ilk xaçlılar, ilkin materiya və Qaba aləmlə bağlı olan türk bəg və
xanları olmuşlar.
Qədim Misirdə
Anx [NX] adlandırılan xaç, türk və islam mənbələrindəki inaq/inoq [NQ] rəmzi ilə
eyni mənalıdır və bilavasitə bəglərə aid edilir. «Kitabi - Dədə Qorqud»da eşikdəki
bəglər - “inaq bəgləri” [NQ] adlandırılır. Xristian mənbələrində «inaq»/«inoq»
[NQ] rəmzi zahidlərin «Böyük səhranın qardaşlığı» cəmiyyətinin dərəcəsidir və
Arakel Təbrizliyə görə bu “səhra”nı Midiyanın Sünik vilayətində möminlər “tikmişlər”.
Burada “səhra” dedikdə təbii ki, ilkin materiyada ruhlar üçün yaşayış yeri nəzərdə
tutulur. Bu isə o deməkdir ki, xaç gəzdirən və cəngavər kimi təsvir edilən ilk
xristianlar elə Azəri-türk inaq bəgləri olmuşlar. Onlar göydə səhra rəmzində
ruhlar dünyası yaratmış və orada ölümdən sonrakı həyatlarını quş rəmzli ruh şəklində
davam etdirmişlər.
İnaq bəgləri [NQ-BĞ] mənbələrdə eyni zamanda
vikinq [VK-NQ] kimi də yazılır ki, qədim Misir dilçiliyində və sufilikdə bunlar
eyni mənalıdır. Salnaməçi Snore saqalarda açıq yazır ki, vikinqlərin [VK-NQ]
(inaq bəgləri) ilk şahı Odin öz xalqını Azər ölkəsindən çıxarmışdır. Şimal
salnaməçilərinə görə, Asiyanın Azər tayfasının başçısı olan Ziqqe (Sak rəmzi) Avropanın
şimalına, onları Xəzər (Kaspi) dənizindən gətirmişdir. O, Qara dənizdən
başlayaraq indiki Rusiyadan keçəndə burada hakim kimi, oğlanlarından birini saxlayır:
eyni ilə o indiki Saksoniyada və Fransada da edir. Sonra o Daniyaya tərəf hərəkət
edir və onlar burada onun beşinci oğlu olan Skoldanı hakim kimi qəbul edirlər.
Oradan o İsveçə gedərək, burada özü hakimlik edir və özünə Odin adını götürür
(«Сенсационное открытие Тура Хейердала в Азербайджане». Sayt: http://forum.33b.ru/topic1855339.html).
Bu isə o deməkdir ki, xaçlı adlandırılan cəngavərlərin kökü, assasin
adlandırılan Azəri türklərindən başlanır və sonralar onların törəmələri
assasinlər ilə görüşdükdə və onların Batini doktrinası ilə tanış olduqda,
onlarla qohumluq əlaqəsini dərk etmiş və onların sistemini öz təşkilatına tətbiq
etmişlər.
Yazdıqlarımızdan
belə çıxır ki, ilk masonlar Azərbaycan ərazisində yaşamış Azəri türk bəglərinin
ismaili-nizari qoluna aid kadus/kuddus müqəddəslərinin nümayəndələri olmuşlar və
xristian dini də qədim Misir dini ilə sıx bağlı olan ismaili-nizari fəlsəfəsindəki
cərəyanlardan biri olmuşdur. Süleyman məbədgahı ordeninin bu cəngavərləri də bu
məbədgahın xidmətində durmaq üçün təşkil olunmuş assasinlərdir. Onların mənbələrdə
“bəkçilər” (gözətçi) və ya “sirr bəkçiləri” adlanması da bu gözətçilərin batini
türk bəgləri olması ilə bağlıdır.
İran mənbələrində batini bəglərin, yəni “sirr bəkçi”lərinin Anx həyat
enerjisi “farbaq” adlanır. M. Boys farbaq rəmzini «farnanın yiyəsi» və ya «farnanın
hesabına uğur qazanan» kimi mənalandırır ki, bu da farnanın (efir rəmzi ilə
eynidir) ilkin materiya mənasında olması deməkdir. İran mifologiyasında farn (firon
rəmzi) – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir. Kahinlər
bu odu tərifləyərək, «farra» elementinə böyük əhəmiyyət verir və onu İlahi
Xvarenin özü ilə eyniləşdirirdilər (М.Бойс, «Зороастрийцы», М.,1987, səh.150).
Qədim insanların təsəvvürlərinə görə fironları və digər müqəddəsləri hansısa
substansiya, yəni İlahi nur əhatə edir ki, bu da elə şahlarda nəsildən nəsilə
keçən, əbədi mövcud hesab edilərək İlahi bolluq rəmzi olan və farna kimi də rəmzləndirilən
ilkin materiyadır (efir). Nəzərə alsaq ki, farbaq rəmzindəki baq rəmzi bəg mənasındadır,
razılaşarıq ki, müqəddəslər nəsli sayılan pirlərin, bəglərin, şıxların, seyidlərin
və s. Azərbaycan müqəddəslərinin «özləri ilə gəzdirdikləri» İlahi od, «cəddim» adlandırdıqları
əcdadları pir Amonun, yəni firon Əmanın İlahi odudur.
Mifologiyaya görə İlahi odu ilk dəfə göydən Yafət oğlu Prometey
(Pir-Maday) gətirmiş və insanı məhz bu oddan yaradıb ona can vermişdir. Qurana (6:74) görə isə, büt düzəldib onlara
can verən İbrahim peyğəmbərin atası Azərdir. Tövrata görə Azər (İazer)
torpaqlarını tutan və amoreyləri (mar-midiyalılari) buradan qovan, Kades
(Kadus) kahinlərinin banisi Musa peyğəmbər, Göydən İlahi odu bilavasitə Sinay,
yəni Süni (Sünik-Albaniya) dağına gətirmişdir (Çis.21:32, İsx.3:2,13:21). Qurana
görə bu dağda İbrahim peyğəmbər və İsmail İlahi oddan bina tikmişlər və Allah bu
evi “təhlükədən uzaq bir ölkə”yə, yəni cənnətə çevirmişdir (37:97, 21:69,
2:126-128).
Sebeos, özünün İmperator
İrakla həsr etdiyi kitabında «canlı od» dedikdə bilavasitə Allahı nəzərdə tutur.
İranşünas R. Fray bildirir ki, Sebeosa, Ammian Marsellinə və başqa mənbələrin
verdiyi məlumata görə, hər şahın öz odu var idi ki, onun şahlığının əvvəlində
yandırılırdı və daşınan mehrabda saxlanılırdı. Devid Rol isə nəzərə çatdırır
ki, “Əhdi-Cədid”in Vulqata tərcüməsinə görə Nuh “Allahı özündə gəzdirirdi”
(Д.Рол «Генезис цивилизации, Откуда мы произошли…», Ексмо, М., 2002, стр.170).
Tarixçi M. Xorenatsi Nuh peyğəmbər haqqında yazarkən, onu Tövratın, dünyanın
yaradılışının yeddinci günündə, Allahın yaradılışı başa çatdırdıqdan sonra dilcəlməsi
ilə əlaqələndirir ki, buradaki dincəlmək (sakitləşmək) rəmzi, fiziki ölümlə
eyni mənada olub, ruhun, ruhlar dünyasında hüzur içində yaşaması mənasındadır
(“F.G.B. “Batini-Quran”, səh.95,96). Bu isə o deməkdir ki, qədim Misirin Anx “həyat
enerjisi” [NX] ilə eyni məna verən Nuh [NH/NX] rəmzi, ilkin materiyada
ölümsüzlük qazanmış Amon Allahının ruhunun rəmzidir və bu Ruh ilkin materiya ilə
vəhdət təşkil edir.
Amon Allahının
törəmələri olan ismaili-batini müqəddəsləri, yəni kadus bəgləri mənbələrdə “qənisən
kadus” adlandırılır ki, bu da onların eyni zamanda ölüm mələkləri (ismaili məlahilər,
mülhidlər) olan əzrail [ZR-L], yəni Azəri-elinin [ZR-L] nəsli olması deməkdir.
Deməli, İspan katolik inkvizisiyasının rəmzlərində Allaha xatir milyonlarla
insanı öldürənlər ölüm mələkləri elə “sirr bəkçilər”, yəni batini doktrinasını
bilən assasinlərdir. Assasin rəmzi digər mənbələrdə killer (gel-ər) kimi yazılır
ki, bu da onların Midiyanın Gel/Hel adlandırılan ölüm şahlığının ərləri, ərənləri
olması mənasındadır.
Yazdıqlarımızdan
belə çıxır ki, ilkin masonlar, hələ 5500 il bundan əvvəl, indiki Azərbaycan ərazisində,
qədim Misirin Ra-Əman Allahı tərəfindən nurdan (ədəbiyyatda Nuri-Azər) yaradılmış
və müqəddəslər nəsli olan Azəri pirləri (Ozirinin fironlar nəsli) olmuşlar. Xüsusi
yolla yaradılmış bu insanlar (Azərilər/Ozirilər), yerdə Süleyman qülləsini
(ruhlar dünyası və onun yerdəki rəmzini) “tikdikdən” sonra o dünyaya köçmüş və əzraillərə
çevrilmişlər. Mənbələrdə ölüm mələkləri (məlahilər) olan məhz bu əzraillər - assasinlər,
fədailər və s. adlarla adlandırılır və real insanlar kimi göstərilir. Qeyd edək
ki, fədai rəmzi də Yafət övladlarına, onların qədim Misirin Ptah/Pta
(Yapet/Yafet) Allahı kimi söz qüdrətinə malik olduqları üçün verilmişdir.
Gözəgörünməz
mələklərin mənbələrdə, yerdə yaşayan insanlar kimi real qeyd olunması hələ ən qədim
mənbələrdən məlumdur. Tədqiqatçıların sözlərinə görə, qədim Misirdə bütün görünən
və görünməz varlıqlar, köhnə şahlıqda maddi göstərilirdi. İnsanın mənəvi həyatı
da, o dünyadakı varlıqlar kimi, cismani daxilin, əsasən də ürəyin fəaliyyəti
kimi başa düşülürdü («История древнего Востока», II cild, М., 1988, səh.378).
Bu isə o deməkdir ki, mənbələrdə, göydəki hadisələr də yerdəki hadisələr kimi
real göstərilir. Assasinlərin - mülhid, məlahi adlandırılması da onların mələküt
dünyasında, yəni göydəki Qaba aləmdə yaşamaları mənasındadır. Marko Polo süd və
bal çayının axdığı ismaililərin Mulekt, yəni Mələküt dünyasını cənnətlə eyniləşdirir.
Mövzudan kənara
çıxaraq insanların qədim sirləri bilməməsi ilə bağlı bəzi həqiqətləri
oxucuların nəzərinə çatdırmaq istəyirəm. Bu gün bütün dünyada minlərlə elm
ocaqlarında qədim yazıları öyrənən kafedralar, təşkilatlar və s. mərkəzlər var
və onlar artıq yüz illərdir ki, bu işlə məşğuldurlar. Buna baxmayaraq qədim
elmləri son iki yüz ildə dərk edən olmamışdır. Və bunun da əsas səbəbi qədim
tarix, fəlsəfə, din, folklor və s. sahələrdəki anlaşılmazlıq, qədim mənbələrdə
yazılanlara qədim müdriklərin öz məntiqləri ilə yox, müasir alimlərin bu günkü
məntiqləri ilə yanaşmalarıdır. Son araşdırmaların gəldiyi nəticəyə görə,
ümumiyyətlə qəbul edilmiş tarix səhvdir və mənbələrdə yazılanlar düzgün başa
düşülməmişdir. Əflatun, Fales, Demokrit, Filon və s. kimi filosofların da elmləri
izah olunmamış, onların yazdıqlarını o dövrün elminin zəifliyi ilə izah etmişlər.
Eyni sözləri din sahəsinə də aid etmək olar. Ən kamil din kimi qəbul etdiyimiz
İslamın həqiqi mənası heç kimə məlum deyil. Din xadimləri özləri İslam dahiləri
olan Ərəbi, Qəzali, Əşari və s. kimi zəkaların yazdıqlarını dərk etmirlər. Bu
gün heç kim dinlərin mənbəyi haqqında demək olar ki, heç nə bilmir. Folklor
nümunələri də bu günə qədər araşdırılmamışdır. Yazıya alınmış bir dənə də olsun
rəvayətin, mifin, mərasimin, adət-ənənənin, deyimlərin və s. nümunələrin elmi
izahı verilməmişdir. Bütün bunlar isə o deməkdir ki, insanlar qədim yazıları
oxusalar da, onu dərk edə bilməmişlər və mənbələrin arasında kor kimi gəzirlər.
Bu isə yazıların batini yox, zahiri mənalarının öyrənilməsi ilə bağlıdır.
Quranda
(18:90) Allah, günəşin çıxdığı yerdə yaşayan bir qrup insanla Özü arasında örtük
yaratmadığını bildirir ki, bunlar da Şərqdə, yəni Albaniya ilə Midiya arasında
yaşayan və qədim sirləri bilən batini ismaililəridir. Bu sufilərin qədim
yazılara elmi izah vermədiyi halda heç kimin bu yazıları dərk etməsi mümkün
deyildir. Əl-Qəzali bu sufilər haqqında yazır: «Mənim üçün aydın oldu ki, sufilər
– təkcə sözdə yox, həqiqətdə də daxili biliyə malik olan insanlardır. Mən başa
düşdüm ki, öyrənmək vasitəsilə mən onlardan nə mümkünsə öyrəndim, o şey ki, öyrənilməmiş
qaldı, onu ekstaz və zahidlik həyatından başqa yolla öyrənmək mümkün deyil». İmam
Əlinin “Nəhçül-Bəlağa” kitabına izah verən şeyx əl-Bəhrani də xüsusi qeyd edir
ki, “həqiqət, heç şübhə yoxdur ki, Allah adamları olan sufilərin yolundadır”. Deməli,
Allah qədim sirləri axirətə qədər saxlamaq üçün yalnız batini sufilərinə bu
sirləri açmışdır və məhz onlar bütün dinlərin və elmlərin kökündə duran sirlərdən
xəbərdar olmuşlar.
Əl Bundarinin
1226-cı ildə tərtib etdiyi mənbələrində batini, mələküt və həşişiyyə rəmzləri
sinonim kimi qeyd edilir. İbn Müyəssər isə bildirir ki, ismaililəri Suriyada həçiçiyyə, Ələmutda batiniyyə və məlahid,
Xorasanda isə təlimiyyə adlandırırdılar. Bəzi mənbələrə görə həşişiyyə adı
onlara, həşişdən istifadə etdiyi üçün verilmişdir. Araşdırıcı Frans Rozental isə
qeyd edir ki, orta əsr müsəlman mübahisələrində həşiş istifadə edənlər qara
camaat, aşağı təbəqəli insanlar sayılmışlar ki, onlar zərərli ehtiraslarına görə
şəxsiyyətin düşkünlüyü səviyyəsinə enmişdilər. Cəmiyyətdən qovulmuş bu tip
insanları islam cəmiyyəti ümumiyyətlə qəbul etmirdi. Bu isə o deməkdir ki,
ismaililərinin həşişdən istifadə etməsi qeyri-mümkün olmuşdur. İsmaili fədailərinin
öz rəhbərlərinə kor-təbii sitayişi mənbələrdə xüsusi qeyd olunur. Avropada isə
həşişilərin rəhbərlərini, bu rəhbərin kim olduğunu bilmədən qorxu ilə “dağ
şeyxləri” adlandırırdılar (Ф. Дафтари, “Легенды об ассасинах. Мифы об
исмаилитах”, sayt: http://ec-dejavu.ru/h/Hashshashin.html).
Bildirmək istərdim
ki, sufilikdə şərab içmək, həşişdən istifadə etmək və s. insanların halını dəyişən
vasitələr, tərikə yolunu gedən sufinin bu yolu keçdiyi zaman keçirdiyi hisslərin
rəmzidir. Sufi, mütləq reallıq olan həqiqətə, yəni fəna (itirilmə) və bəqa
(baka) səviyyəsinə yüksələrək Allaha, yəni İlahi mühitə qovuşur. Bu səviyyədə
sufi ilə Allah (ilkin materiya) arasında heç bir maneə olmur və insan özünü şərab
içmiş, həşiş istifadə etmiş kimi aparır ki, sufilərin mənbələrdə “dəli” (məcnun)
adlandırılması da bunula bağlıdır. Deməli, həşişi adı batinilərə, onların ekstazda
özlərini “itirib”, ruhlarının Allahda səyahət (suluq rəmzi) etmələri ilə bağlı
verilmişdir. Qədim mənbələrdə bu müqəddəslərə “dağ və səhralarda dolaşan qüdrətli
midiyalılar» deyirdilər ki, burada dağ dedikdə Midiya dağları, səhra dedikdə isə
yuxarıda yazdığımız Sünik göylərində yaradılmış ilkin materiya səhralarında
ekstatik vəziyyətdə («suluq») dolaşan midiyalılar, yəni tərikə yolunu gedən batini
türkləri başa düşülməlidir.
Digər tərəfdən, batinilərin haşişi/xaşişi adlandırılması, bu
insanların ən qədim mənbələrdəki qeyd olunan xüsusi təyinatı ilə də bağlıdır.
Xaşiş/Həşiş rəmzi ən qədim mənbələrdə Kaşşi kimi qeyd olunur və kassitlərə aid
edilir. İ. Dyakonova görə, - Kar-Kaşşi yaşayış məskəni Midiyadakı “Babillərin
qalası”dır (Silxazi) və buranın hökmdarı Kşatritidir (Kaştariti) (И. Дяконов,
«История Мидии», М-Л., 1956, səh. 267, 276-278). Qədim iranlıların inamlarına
görə Xşatra, yəni Kaştariti - hamını və daşdan olan hər şeyi gözləyən yüksək
Göyün sahibidir, yəni Allahdır. Akkad-Şumer mənbələrində «XŞ» rəmzi - «xas»,
«xassus» və «kişş», «kişşatim» və s. kimi də yazılır ki, bu da onun kassi,
kassit rəmzləri ilə bağlılığı deməkdir. Qədim mətnlərdə bildirilir ki, əvvəllər
Aşşur «işşakumu», «işşaku» titulunu daşıyan Şəmşi-Adad, Aşşuru tutduqdan sonra
məbəd tikintisinə başlayır və sonradan bu titulu ataraq, Enlilin təyin etdiyi
«çoxluqlar şahlığı – şar kişşatim» rütbəsini saxlayır. Çoxluqlar şahı mənasını
verən «şar kişşatim» titulunu alanlardan biri də, əvvəllər akkad-Şumer titulu
olan «Kiş-in luqalı» titulu ilə adlandırılan Sarqon olmuşdur. Mənbələrə görə, qədim
ölkələrin sahibləri özlərini əsasən «isak», ideoqrafik yazılışda «patesi», bəzən
isə «luqal» (sumer.) titulları ilə adlandırırdılar. «Kişşatim» rəmzi, sağa və
sola oxunuşda eyni məna verən və yalnız samitlərin məna ifadə etdiyi qədim
dilçilikdə, «işşakum» rəmzi ilə eyni hesab edilir və buradakı kişş/şşak rəmzləri
«Allah ruhu» deməkdir. İsaka (Sisaka – issi Ağa) rəmzi eyni zamanda patesi, yəni
Pat-issi (qədim Misirin Pta Allahının ruhu) və luqal, yəni qall/xəlil rəmzləri
ilə eyni mənalıdır (F.G.B. “Batini-Quran”, səh.602-606).
Luqal [L-QL]
rəmzi sufilikdə və qədim dilçilikdə Qall/Qalil/Xəlil/Xulul [QL-L/XL-L] rəmzləri
ilə eyni mənalı olub, Allahı və Allahla vəhdəti bildirir. Digər tərəfdən isə müsəlmanların
“Allah” sözü də Xəlil/Xulul (Həlil/Hulul) rəmzləri ilə eyni mənalıdır və bu rəmzlərdən
yaranmışdır. Bu isə o deməkdir ki, müsəlmanların Allahları ilə qədim Allahlar
bir varlığın müxtəlif adlarıdır, yəni Allah birdir. Və qədim Misirdə Allahların
atası və yaradıcısı adlandırılan bu tək Allah Ra-Amon (Ra-Əman - Rəhman), mənbələrə
görə Günəşin çıxdığı yerdə, yəni Albaniya ilə Midiya arasındakı Geliopoldan
(Gel şəhərindən) ərşə yüksəlmişdir. Burada tikilmiş Midiya qalası isə mənbələrdə
Ələmut (Muta-eli/Midiya eli) qalası, Babil qülləsi
kimi dünyaya məlumdur və s.
Ərəb mənbələrində
“xaşişi” sözünün kökü olan “xaş” rəmzi - “xas”, “əl-xassə” kimi yazılır və “xalq”,
“kütlə” mənalarında işlənən “əl-ümma”nın (əl-əvvam, yəni avam) əksi olan
“seçilmişlər”, “nüfuz sahibləri” (əl-xəvvas) və s. “müqəddəslər nəsli” deməkdir.
Mütəxəssislərin yazdığına görə, əl-xassə rəmzi əsasən sufi müdriklərinə aiddir
ki, dinin həqiqi sirlərinə yalnız onlar bələddirlər. Digər bütün müsəlmanlar isə
yalnız şəriətin qanunlarını yerinə yetirməklə məşğul olmalıdırlar. İslamın
gizli doktrinasını (əl-batin), yəni əsil mənasını bilən əl-xassə seçilmişləri əsasən
ismaili ierarxiyasının ən ali dərəcəsinə malikdirlər. Bəzi ədəbiyyatda «əl-xassə»
və «əl-ümma» xüsusi və qəti məna daşıyır: «əl-xassə» - şiə (əş-şiə) termininin
sinonimi, «əl-ümma» isə sünni (əhl əs-sünnə və-l-camaa və ya əshab əl-hədis)
termininin sinonimi kimi qəbul edilmişdir.
Assasin
ordeninin banisi Həsən ibn Sabahın adı «əl-Həsən ibn Qas-Sabbah» kimi də qeyd
olunur ki, buradakı Qas (Kas) rəmzi xristianların Aqios (Oğuz) və s. mənasında
müqəddəs deməkdir. Belə çıxır ki, «xaşişi» adlanan «əl-xassə» seçilmişləri, yəni
kassitlər bilavasitə ruhlar dünyasına başlayan yolun üstündə - Ələmut, yəni
Babil qalasında yaşayırlar.
Babil rəmzi mənbələrə
görə «Allahın qapısı» mənasını verir və tarixçi B. A. Turayevə görə klassik yazıçılar
Babil qülləsini - «Belin sərdabəsi», yəni Mardukun sərdabəsi adlandırırlar. O,
Bel/Baal, yəni Vaal Allahını Mardukla eyniləşdirir və qeyd edir ki, Bel/Vil, yəni
Vaalı - Demiurq, yaradıcı Allah
sayırlar. Bu isə o deməkdir ki, Babil, yəni Ələmut qalası yaradıcı Allahla - qədim
Misirlilərin Ra-Amon (Ra-Əman), islamın isə Rəhman Allahı ilə bağlı olan
qaladır.
Tövrata görə,
Xarranda (Arranla eyni mənalıdır) Yaqub peyğəmbər, yuxuda Göyə qədər qalxan
pilləkən görür və yuxudan ayılarkən “Bura Allah evindən başqa bir şey deyildir,
bura Göyün qapısıdır” deyir. Yuxu gördüyü yerə böyük daş qoyan (Kəbə daşı) Yaqub
onu «betel» (əl-beyt) – «Allahın evi» adlandırır (Bıt.28:16-22). Belə çıxır ki,
Babil qalası elə Süleyman peyğəmbərin Allah üçün tikdiyi qaladır.
Tövrat yazır
ki, Şərqdən gələn (günəşin çıxdığı yerdən) və bir dildə danışan insanlar,
dünyaya səpələnməzdən əvvəl, “ad qoymaq” üçün «başı Göylərə çatan» Babil qülləsini
tikdilər. İran yazılarında Babil - Assur ölkəsi, yəni Asuristan adlanır. Lakin
Tövratda Misir, Assur və Babil ölkəsi, kökü dünya sularında (ilkin materiya)
olan “Dünya ağacı” kimi rəmzləndirilir ki, bu da Livan, yəni Alban (Əlvan)
torpağında ucaldılmışdır (İez.31:3,4,7). Bu dünya ağacı Buxarinin hədislərinə
görə, cənnətdə elə bir nəhəng ağacdır ki, çapar onun kölgəsində yüz il getsə,
yenə də bütün yolu gedə bilməz.
Gürcü abidəsi
olan «David və Konstantinin əzabı» yazısına görə, Xristos əzabı məhz “həyat
ağacı”nda qəbul edir və bu həyat ağacından sonsuz möcüzələr əmələ gəlir.
Sebeosun yazısında da İrakli həyat ağacını yox, göylərin yaratdığı müqəddəs
Xaçı qaytarır. M. Xorenatsiyə görə isə, Xristin xaçını şəhərdən Şərq tərəfdəki
təpədə yaratmışlar və Allah göydən bulud sütunu göndərmiş, dağlar ətirlə dolmuş
və xaç formasında işıq əmələ gəlmişdir. O vaxtlardan ondan şəfaverici möcüzələr
baş verir. Belə çıxır ki, İsanın çarmıxa çəkildiyi xaç, Midiyada Allah tərəfdən
yaradılmış və başı göylərə çatan həyat ağacının rəmzidir. Əgər biz yuxarıda
yazılanları nəzərə alsaq başa düşərik ki, xaç rəmzi elə Kitabi - Dədə Qorqudda “Qaba
ağac” kimi qeyd olunan ruhlar dünyasının rəmzidir və bütün insanların ruhları
ölümündən sonra bura köçür.
Qədim Misir mətnlərinin
birində yenilməz Osiris Nu Allahı deyir: «… Mən Aser (Osiris/Oziri – F. G. B.)
ağacındakı Allahın budağıyam və mənim
doğumum – [Ra-nın] bu günkü doğuluşudur”. Deməli, Aser/Asuristan, yəni Oziri ölkəsi
dedikdə, göydə, ilkin materiyada ağac rəmzində yaradılmış ruhlar dünyası başa
düşülməlidir ki, bu həyat ağacı, həyat enerjisi olan ilkin materiyadan təşkil
olunduğu üçün Anx (xaç) rəmzi ilə, yəni həyat enerjisinin rəmzi ilə təsvir
olunur.
Yazdıqlarımızdan
belə çıxır ki, ilk xaçlılar həqiqətən də “ağac” rəmzində olan, göydəki aləmi “götürən”
Azəri müqəddəslər olmuşlar və xaç rəmzi də bilavasitə müqəddəs Azər elinə aid
olan rəmzdir.
Xaç ağacına
vurularaq öldürülən və sonra yenidən dirilən Xristosun mərasimi, mənbələrdə
bütpərəstlərin ölüb-dirilən Tammuz/Ta-uz, Osiris/Oziri, Adonis, Attis, Kibela və
s. Allahların ölüb-dirilməsi mərasimi ilə eyni ərazidə və eyni vaxtda
keçirilirdi. C. Frezer yazır ki, buna görə xristian və bütpərəstlər arasında
mübahisələr olurdu. Bütpərəstlər, xristianların «ölüb-dirilən Xristos»un mərasimini
saxta adlandırıb, öz mərasimlərinin daha qədim olduğunu iddia edirdilər (Дж.
Фрезер, «Золотая ветвь», M.1986, səh.350,351, 339). Bütün bu mərasimlərin kökü
isə bilavasitə qədim Misirin “ölüb-dirilən Oziri”, yəni “ölüb-dirilən Azər”
Allahı haqqındakı rəvayətlə bağlıdır ki, onun da yaşı 5500 ildən artıqdır.
Olüb-dirilən İsa
peyğəmbərin (İisus Xristos) yəhudi olması, onun Xəzər, yəni Azəri türk bəgi
olması deməkdir. İsanın qədim sirləri bilməsi və Nazaretli olması – onun nizari,
yəni ismaili batinilərindən olması, Qaliley [QLL] şəhərindən olması isə, onun xəlil
[XLL] nəslindən, yəni Gel elindən olması deməkdir. Deməli, İsa peyğəmbərin
“ölüb-dirilməsi”, elə qədim Misir mənbələrindəki Oziri, yəni Azər Allahının
“ölüb-dirilməsi” mənasındadır və s.
Bütün bunlar
o deməkdir ki, ilk mason təşkilatı - “Qaba aləm götürən”, yəni xaçlı (xaç
daşıyan - əhli-səlib) adlandırılan Azəri-türk bəglərinin təşkilatı olmuşdur ki,
onlar seçilmişlər nəsli olduqları üçün Allahın sirlərini bilmişlər. Bu sirləri
hamıdan gizli saxlamaq və Allahın qoyduğu qanunları yerinə yetirmək, Allahın əvvəlcədən
təyin etdiyini və “Lövhi-Məhfuz”da yazılanları həyata keçirmək üçün bu batinilər
müxtəlif germetik təşkilatlar yaratmışdılar ki, onlardan biri də bu gün dünya
siyasətinə təsir edən mason təşkilatıdır.
Qədin sirlərin
bilavasitə Azərbaycanla və azərbaycanlılarla, yəni kadus/kuddus müqəddəsləri ilə
bağlı olmasını mən, istənilən qədər təkzibolunmaz faktlarla və sübutlarla
“Batini-Quran” kitabımda vermişəm.
Firudin Gilar
Bəg
Комментариев нет:
Отправить комментарий