воскресенье, 29 декабря 2013 г.

Hz. İsa – Azəri türk bəgi olmuşdur

       

        Batin elminə görə, bütün dinlər və ümumiyyətlə bütün inkişaf bir yerdən, qədim Misir abidələrində Geliopol, yəni Gel adlanan şəhərdən başlamışdır. Məhz burada qədim Misirin ilk piri Amon (firon Əman), sufizmin tərikə yolu ilə ilkin materiyanın qanunlarını dərk etmiş və bu substansiyadan göydə Ra günəş diski yaratmışdır. Özü fiziki öldükdən sonra onun ruhu göyə qalxaraq Ra günəşi ilə birləşmiş və İslamın Rəhman adlandırdığı Ra-Amon Allahına çevrilmişdir. Qədim Misirin bütün tilsim və sehrləri Geliopol kahinlari tərəfindən tərtib olunmuşdur. Məhz bu Gel eli qədim mənbələrdə yəhudi, xristian, müsəlman və s. peyğəmbərlərinin də vətəni sayılır. Bütün bunlar haqqında mən, kitab və məqalələrimdə geniş izahlar verdiyim üçün mənbələrin əksəriyyətini burada qeyd etmirəm (www.gilarbeg.com).
         Ra-Amon Allahının köməkçiləri olan və o zamanlar teurq adlanan türk maqları, Onun başçılığı ilə - teurqiya, yəni Allahyaratma mərasimi keçirmiş və göydə, bütün varlıqları əhatə edən Atum Allahını yaratmışlar. Məşhur sufi Mühiddin İbn Ərəbi Atum Allahını - Kamil İnsan və Adəm adlandırır. Digər sufi Əl Qəzali isə bu Kamil İnsanı Məhəmməd peyğəmbər kimi təsvir edir və Kosmik qüvvə sayır. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Məhəmməd peyğəmbərin axirətdə yenidən dirilməsini xristian mənbələri də təsdiq edir və s.
       Qədim Misir fironu (pir) Amon, Ra günəşi ilə eyni zamanda Ay rəmzli obraz da yaratmışdır ki, bu da axirətdə Ra-Amon (Rəhman) Allahının yerinə keçəcək Mehdinin (Rəhim) obrazıdır. Rəvayətlərdə bu hadisə, dünyaya şah kimi gəlmiş Osiris (Asar/Usiri/Azər) Allahının axirətə yaxın qardaşı Set tərəfindən öldürülməsi, axirətdə isə Osiris oğlu Qor (Horos) tərəfindən yenidən dirilməsi kimi qeyd olunur. Deməli, Mehdi obrazı öz mənbəyini qədim Misirin Qor haqqındakı rəvayətindən götürür ki, biz də Mehdi ilə bağlı bütün yazıları, Misir yazıları izah etməliyik.
        Qədim misirlilərin “Ölüm şahlığı Duatda olanlar” (“Amduat kitabı”) kitabında, axirətdə baş verəcək bu hadisə, 12 saat ərzində qoca Günəşin yerinə, kitabda «gecə Günəşi» (Ay mənasında) adlandırılan və “Gizlində olan” cavan Günəşin keçməsi kimi göstərilir. Burada “Gizlində olan” cavan Günəş eyni zamanda “möhür gözləyən evin gözətçisi” - Nu-Oziri (Nu-Osiris) adlandırılır və bu da Nu şəhərində olan Asar, yəni Osiris Allahı deməkdir. Nu (İunu) şəhəri Qədim Misir mənbələrində Gel şəhərinin digər adı sayılır və mənbələrdən məlumdur ki, Osiris Allahının bədəni burada uyuyur. Deməli, Osiris Allahının dirilməsi, yəni Mehdinin gəlişi də Gel elində olmalıdır.
         Mehdinin çıxışı prosesi “Amduat kitabı”nda çox mürəkkəb bir ritual kimi təsvir edilir ki, buradakı Allah - “Torpağı möhürləyərək” Mehdinin gəlişinə qədər ona nəzarət edir. Axirətdə gəlməli olan Mehdi özü burada Möhür rolunu oynayır və Allah, ölüm şahlığına düşən Mehdiyə Qeyb dünyasının torpaqlarını əbədi bağışlayır.   
         Məşhur sufi Mühiddin İbn Ərəbi möhürlənmiş bu xəzinəni Varis adlandırır. Digər yerdə isə İbn Ərəbi, Məhəmməd peyğəmbəri - “peyğəmbərlərin möhürü” kimi qeyd edir ki, bu da axirətdə Ra-Amon Allahın yerinə məhz onun keçəcəyi deməkdir. Məhəmməd peyğəmbərə aid olan Əhməd [(H)MD] rəmzi də, hər bir samitin bir rəmz olduğu sufizmdə Mehdi [M(H)D] rəmzi ilə eyni mənalıdır. Sufizmdə Allah, yəni ilkin materiya mənasında olan “Hu” rəmzi, yalnız ekstaz (şamanlıqda qamlıq vəziyyəti) vəziyyətində göründüyü üçün, bu rəmz mənbələrdə bəzən yazılmır. Bu isə o deməkdir ki, axirətdə gələcək və “Gizlində olan” obraz - elə Məhəmməd peyğəmbərdir. Əhməd və Mehdi rəmzlərinin kökü olan “MD” rəmzi sufizmdə Adəm kimi də oxunur və bu da axirətdə diriləcək Atum Allahı mənasındadır. Təbii ki, bu - təvil, yəni yeddi qat dərinliyə malik Batin (Ledun) elminin bir qatının mənasıdır. “Batini-Qurankitabımda mən bütün bunlara geniş elmi izah vermişəm.
       Qədim Misir mənbələrində Mehdi obrazında qeyd olunan Nu-Oziri (Nu-Usiri) [N-ZR/N-SR] rəmzi, sufizmdə Nizar/Nazor/Nazar/Nasır [NZR/NSR] və s. rəmzlərlə eynidir. Yəhudi mənbələrində Oziri Allahının törəmələri olan teurq-türklər nazoreylər adlandırılır və Əhdi-Ətiqə görə onlar öz həyatlarını Allaha həsr etmiş müqəddəslər nəslidir. Xristian mənbələrində isə nazorey rəmzi nazaret/nasara kimi qeyd olunur və İsa peyğəmbərə şamil edilir. İslamda isə bu nazorey-nazaretlilər - nizarilər kimi tanınır. Deməli, qədim Misirin Mehdi obrazı - yəhudi, xristian və islamda eyni adla - “NZR” (NSR) adı ilə çıxış edirlər.
        İsmaili şiələri olan nizarilərdə - Nizar irqin fəxri sayılır və deyilənə görə o sağdır, lakin onu heç kim görə bilməz. O əbədi yaşayır və şahlıq edir. Bu isə o deməkdir ki, ismaili müqəddəsi olan Nizar - əbədiyaşar Xızır peyğəmbərin obrazıdır. Xızır rəmzi isə, mənbələrdə Azər rəmzi ilə əvəz olunan Xəzər rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, Nizar rəmzi altında qədim Misirin Nu şəhərində yaşayan Oziri, yəni Osiris/Asar/Azər Allahı gizlənir.
       Xristianlıqda nazaretli (nasara) Hz. İsa yəhudi peyğəmbəri sayılır və bu gün artıq məlumdur ki, qədim mənbələrdə yəhudi, yəni seçilmiş dedikdə Xəzər türk bəyləri nəzərdə tutulur. Mən “Qurandakı İsrail oğulları – Azəri türk bəyləridir” adlı məqaləmdə Qurandakı İsrail oğullarının Azəri türkləri olduğunu göstərmişəm. Buradakı İsrail/İzrail rəmzi də Oziri/Asar-Eli (Azər-Eli), yəni Osiris Allahının göydəki Eli mənasındadır. Qeyd etmək istərdim ki, Məhəmməd peyğəmbərə aid edilən Rəsul [RS-L] rəmzi də, batin elmində Asar-Eli [SR-L] kimi də oxunur ki, bu da Məhəmməd peyğəmbərin göydə yaradılmış Atum Allahı obrazında olması deməkdir. Deməli, İsa peyğəmbər Oziri teurqlarından, yəni Azəri türklərindən olmalıdır.
        İsa adı yəhudi mənbələrində Yeşua kimi yazılır ki, bu da qədim Misir mənbələrində Şu Allahı kimi qeyd olunur və “Allah Ruhu” mənasında həm ilkin materiyanın “ruhu”nu və həm də pir Amonun ruhunu bildirir. İslamda isə Şu və Yeşua rəmzləri Şiə kimi qalmışdır. Deməli, Şiə nizariləri, Yeşua nazoreyləri və İsanın nazaretliləri, qədim Misirin Gel elinin teurq-türkləridir. Türk-teurqların göydə Allah yaratması haqqında mən – “Türk”, “Türkiyə” nə deməkdir? Ağlasığmaz həqiqətlər” adlı məqalədə məlumat vermişəm. 
       Hz. İsaya şamil edilən Qaliley [QLL] rəmzi isə, sufilərin Xulul [XLL] adlandırdıqları və “Allahın təcəssümü”, “Allaha qovuşma”, “Allahla vəhdət” mənasında olan sufi rəmzidir. Bu rəmz sufizmin tərikə yolunun bəqa fazası ilə, yəni bəglik məqamı ilə eyni mənalıdır. Deməli, İsa peyğəmbəri ona görə Qalileyli (Cəlil) adlandırırlar ki, o Allahla, yəni həyatverici enerji mənasında olan ilkin materiya (“Hu”) ilə vəhdət təşkil (“Vəhdət əl Vücud” rəmzi) edir. Bu isə Ruh mənasında olan İsa peyğəmbərin, ilkin materiyadan Ra günəş diskini yaradaraq, onunla birləşmiş “Ra-Amon Allahının Ruhu” obrazında olması deməkdir.
        Bütün bunlar isə onu göstərir ki, Mehdi obrazı çox çətin dərk edilən obrazdır və onun gəlişi ölüm şahlığı ilə, yəni axirətdə gələcək bir insanın, öləndən sonra ruhunun bu şahlıqda Günəşə çevrilməsi ilə bağlıdır. Deməli, Mehdinin gəlişi - “Ruh” mənasında olan İsadan sonra olmalıdır. İncilə görə də, İsanın Allah qismində göydən gəlişi, onun ölümündən sonra olur. İsa, bütün dinlərin gizli mənalarını, yəni batini mənalarını açdıqdan sonra “çarmıxa” çəkilir və yalnız ölümündən 3 gün sonra gözəgörünməz Ruh kimi dirilir.
        Digər tərəfdən, Qaliley [QLL] rəmzi sufizmdə Gel-Eli [GL-L] mənasını verir ki, bu da Misirin Geliopol şəhəri mənasındadır. İslamda Gel rəmzi Aqil (Akil) kimi məlumdur və Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə Əlinin qardaşı Aqilə [QL], yəni Gelə [GL] çatmış evdir. Belə çıxır ki, Məhəmməd peyğəmbər də Gel rəmzi ilə, yəni qədim Geliopol şəhəri ilə bağlıdır.
        Şiəlikdə Gel eli, batiniliyə həyat vermiş Gelat (Qulat) nizarilərinin müqəddəs ocağı hesab olunur. Buradan isə belə nəticə çıxara bilərik ki, Gel (Gelat/Qulat) elinin batini türkləri, elə qədim Misir kahinləri olan və göydə Allah yaradan teurqlardır.
         Tövratda da Gelat/Qulat [GLT/QLT] ismaililəri - Qalaad [QL-D] elinin əhli hesab olunur. Əhdi-Ətiqdə Qalaad - Allah üçün xüsusi yer sayılır və Allah, Qalaadı – “Mənim Qalaadım” adlandırır. Burada yaşayanlar isə - Allahın özünə qulluq üçün seçdiyi yəhudilərin Levit (İslamda Əl-Beyt) nəslidir və Tövratda Allah Levitləri - “Mənim Levitlərim” (Levit [LVT] - Əl-Beyt [LBT]) adlandırır. Bu isə o deməkdir ki, türk bəyləri həqiqətən də, Allahın Özünə qulluq üçün seçdiyi nazoreylər, yəni nizarilərdir.
        Batin elmində seçilmiş dedikdə “biliyinə görə seçilmişlər“ nəzərdə tutulur ki, bu da Qurana görə İsrail oğullarıdır. İslamda biliyinə görə seçilmişlər - “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasındadır ki, bu Ev də Əl-Beytdir. Əgər nəzərə alsaq ki, biliyinə görə seçilmişlər dedikdə, Quranın gizli mənalarını bilən batinilər nəzərdə tutulur, razılaşarıq ki, Əl-Beyt elə qədim Misir kahinlərinin və nizarilərin Gel (Gelat/Qulat) elidir.
         Çoxsaylı şiə müəllifləri, o cümlədən Xaydar Amoli və Kamal Kaşani, İoannın İncilinə əsaslanaraq axirətdə gələcək Mehdinin gəlişini Parakletin gözlənilən gəlişi kimi qəbul edirlər. Paraklet [PR-KLT] rəmzi - Pir-Kelat [PR-KLT] mənasındadır ki, bu da Gel eli olan Gelatın - fironların müqəddəs ocağı olması deməkdir. Rus mənbələrində nizarilərin Qulat [QLT] rəmzi - Kolyada [KLD] kimi yazılır və bildirilir ki, İsa Məsih məhz Kolyadadan çıxacaqdır. Kolyada [KLD] və Gelat [GLT] rəmzi ilə eyni mənalı olan Kleytodan [KLT] isə, Əflatuna görə, dəniz Allahı olan Poseydonun şahlar nəsli başlanır və bu nəsil atlantidalıların nəslidir. Əgər nəzərə alsaq ki, Heraklın şahlar nəsli olan sak-skiflər də Gel elindən başlanır, razılaşarıq ki, “biliyinə görə seçilmişlər” nəsli eyni zamanda qədim dünyanın bütün şahlarının nəslidir.
         Mənbələrdə Hz. İsanın gizli elmi bilməsi və elmi ilə “qaranlığa nur saçması” onu göstərir ki, o bilavasitə batini türklərdən olmalıdır. Qurana görə də İsa müdrikliklə gəlmişdir ki, insanların mübahisələrinə səbəb olanları izah etsin. Qədim Misir yazılarında da, İsa peyğəmbərə aid edilən Xoris (Xristos rəmzi) rəmzi “Bakxoris” kimi yazılır ki, bu da Bəg-Xris, yəni sufizmin “Bəqa səviyyəsinə yüksəlmiş Xristos” mənasındadır. Bakxorisin müdrikliyi haqqında qədim mənbələrdə rəvayətlər danışılır və bu da İsa obrazının batin elminə sahib olması deməkdir.
        Tədqiqatlar göstərir ki, xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə imam Əli ilə əvəz edilir. Şiələrin Əli-Allahi təriqətində də Əlini Allah kimi qəbul edirlər. Quranda imam Əlinin adı çəkilmir, əvəzində isə Məryəm oğlu İsanın adına 23 dəfə rast gəlinir. Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə Hz. İsanı – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir. İbn Ərəbi, varis rəmzi altında, Allahın “Ol!” əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Ol!” əmri ilə yaratmışdır. Hədislərə görə də Məhəmməd peyğəmbər yalnız Məryəm oğlu İsanı özünə yaxın hesab edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı - imam Əli kimi qəbul edir. Bu isə o deməkdir ki, axirətdə, imam Əli ilə eyni obrazda çıxış edən İsa, yəni İisus Xristos gəlməlidir.
        Şiəlikdə qədim sirləri bilən Allah obrazı imam Əlinin obrazıdır. Şiə imamı Allahın yerdəki nümayəndəsi, Onun qapısı, ilahi sirlərin varisidir və yalnız onun vasitəsi ilə Allaha yaxınlaşmaq mümkündür. Dördüncü imamın sözlərinə görə - “Allahın dərki – İmamın dərkidir”, “Öz İmamını tanımadan ölən, cahil olaraq ölmüşdür”. Mənbələrə görə ilahi sirləri bilən Məhəmməd peyğəmbər, onları yalnız Əliyə açmışdır. Peyğəmbər demişdir: “Mən elm şəhəri, Əli isə onun qapısıdır. Hər kim bu elmə sahib olmaq istəyirsə, bu qapıdan keçməlidir”. Bu isə o deməkdir ki, imam Əli obrazı da, İsa peyğəmbər kimi axirətdə gələn Mehdinin obrazlarıdır.
         Mühiddin ibn Ərəbiyə görə, İslam dini Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. Ərəbi bildirir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da Dinin göydəki El mənasında olmasını bildirir. Deməli, Ərəbiyə görə Din rəmzi göydəki El anlamındadır və bu Eli Allah, İsrailin yəhudi peyğəmbərləri olan İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Qurana görə şiəlik də Nuh və İbrahim peyğəmbərdən başlanır. El [L] rəmzinin Əli [L] rəmzi ilə eyni məna verməsi o deməkdir ki, axirətdə göydə yaradılacaq El vilayəti - elə Əlinin, yəni Mehdinin zühuru mənasındadır.
          Yazdığımız kimi İbn Ərəbiyə görə, Allah İslam dinini İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Tövrata görə isə Allah, İbrahim, Yaqub və onların törəmələrinə and içərək Xanaan (Knun) və Alban (Lbnun) torpaqlarını verir. Alban [LBN] rəmzinin sufizmdə Nəbi-Eli [NBL] kimi də oxunuşunu nəzərə alsaq razılaşarıq ki, Albaniya rəmzi altında peyğəmbərlərin göydəki Eli başa düşülməlidir.
          Lakin tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi vərəsəliklə Gel-GelarKüninin Sisaka nəslindən “kiməsə” əbədi olaraq verilmişdir. Belə çıxır ki, mənbələrdə İbrahim və Yaqub oğulları dedikdə, Gelar türk bəyləri nəzərdə tutulmalıdır və İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinə verilmişdir.
            Burada qeyd olunan “kiməsə” sözü, axirətdə Gelar türklərindən çıxacaq və batini sirləri bilən insan mənasındadır ki, o sirləri bildiyi üçün “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasında “Əhli-Beyt” üzvü sayılacaq. Əhli-Beytin üzvü olan şiə imamı Əli adının, Albaniyanın digər adı olan Alu rəmzi ilə eyniliyi onu göstərir ki, Mehdini göydəki zühuru burada, yəni Gel elində baş verməlidir.    
           Qeyd etmək lazımdır ki, Albaniya dedikdə - Geliopol göylərində teurqiya vasitəsi ilə yaradılmış Yuxarı Misir ölkəsi nəzərdə tutulmalıdır. Biz bilirik ki, Geliopol şəhəri Aşağı və Yuxarı hissələrə bölünürdü ki, mənbələrdə Atum Allahı «Geliopolun iki torpağının sahibi» adlanırdı. Deməli, Albaniya - Yuxarı Misir ölkəsi, Knun, yəni Xanaan isə Aşağa Misir ölkəsi mənasındadır. Bu iki ölkənin tacının sahibi isə mənbələrdə “İki dünyanın sahibi” adlandırılırdı. Əgər nəzərə alsaq ki, Məhəmməd peyğəmbər də mənbələrdə “İki dünyanın sahibi” adlandırılırdı, qəbul edərik ki, peyğəmbərimiz həqiqətən də Gel elində yaradılmış və axirətdə yenidən yaranacaq Atum Allahının, yəni Adəmin obrazıdır.
            Bu gün Azərbaycan adlanan ərazisində yaşayan batini-nizarilər – mənbələrdə “məlahi” və “mülhid”lər adlandırılır ki, bu da “mələk” və “mələklər ölkəsi” olan “Mələküt dünyası” deməkdir. Batinilərin mənbələrdə mələk adlandırılması, onların ölümsüzlər nəsli olması deməkdir. Qədim Misir mənbələrində Qor Allahının nəsli – “Qor yoluyla gedənlər” adlandırılır və mətnlərə görə bu insanlar ölmür, sadəcə qanad geyərək cənnətə uçurlar. Rəvayətə görə, Hz. Məhəmməd, yəhudi, xristian və müsəlmanların yetmişdən çox olan təriqətlərinin yalnız birinin Cənnətə, qalanlarının isə Cəhənnəmə düşəcəklərini bildirmişdi. Bu bir təriqət isə - yəhudi, xristian və müsəlmanların nazorey, nazaret və nizari adlandırdığı, mənbələrdə Gel, Gelat (Qulat/Xalda/Kolyada/Kleyto/Kelt və s.) kimi də qeyd olunan Gelar bəylərinin batini təriqətidir.
           Bütün bunlar o deməkdir ki, gözlənilən Hz. İsa, heç də adi insan yox, qədim peyğəmbərlər və şahlar nəslinin nümayəndəsi olacaqdır. Bu nəsil isə mənbələrdə Gel, Gelat, Gilan və s. indi isə Gelar adlanan məkanda yaşayan türk bəylərinin nəslidir. Qədim mənbələrdə Gilar adı - “Ölüb-dirilən Allah”ın (Osiris, Attis, Adonis, Tammuz, Kibela və s.) bayramına aid edilirdi. Hz. İsanın da “Ölüb-dirilən Allah” obrazında olmasını nəzərə alsaq, razılaşarıq ki, batini sirləri bilən və axirətdə gələn bu türk bəyi öləndən sonra, ruhu göyə qalxaraq, göydəki Dünya ağacının sahibinə cevriləcəkdir.
İnama görə, Əhdi-Ətiqdə - Misir, Assur ölkəsi, Avropa mifologiyasında isə İqdrasil adlanan “Dünya ağacı”nın başında Allahının (Odin-Azər/Asar) evi olmuşdur. Bu ağacın altındakı mağarada isə Qlar (Gilar) adlı əjdaha yatır. Rəvayətlərə görə, İsa peyğəmbər də ağacın altında olan mağarada doğulmuşdur ki, bu da İqdrasil ağacının altındakı Qlar mağarası mənasındadır. Digər tərəfdən, mənbələrə görə, İqdrasil Dünya ağacının üç kökü vardır ki, bunlar da Asqard, Midqard və Nifliem adlanır. Burada Nifliem yeraltı dünya, Midqard – insanların yaşadığı orta dünya, Asqard isə Allahların Göydəki evi hesab edilir. Lakin bu üç köklü ağac mənbələrdə üç ayaqlı uzunqulağ kimi də göstərilir və Əhdi-Ətiqə görə Hz. İsa axirətdə məhz uzunqulağ üstə gələcəkdir (Библия, Захар. 9:9-10).
IX əsrə aid “Bundaxişn” kosmoqonik pəhləvi yazısında bu uzunqulağ, Frahvkard dənizinin ortasında dayanmış üçayaqlı kosmik varlıq kimi təsvir olunur. Onun altı gözü, doqquz ağzı, iki qulağı, bir buynuzu, göy başı, ağ bədəni, ruhani qidası var və o mömindir... O Özü Xunbənd dağı boydadır və hər üç ayağı elədir ki, o yerdə duranda, min qoyun bir yerə yığışanda onun altından keçə bilir. Dırnaqları arasında öz ilxısı ilə min insan yerləşə bilər. Qulaqları ilə isə bütün Mazandaranı örtə bilər və s. (Бундахишн, XIX böl., “О трехногом осле”, sayt: http://blagoverie.org/tradition/pehlevi/bundahishn/bund18-19.phtml#p19). İran mifologiyasında, Avestada bu uzunqulağ Xər/Xərə adlanır ki, o okeanın ortasında durmuş mifik obrazdır (В. Ю. Крюкова, “Приводные” существа и трехногий осел xara - в зороастрийской мифологии”, sayt:  http://www.kunstkamera.ru/files/lib/978-5-88431-211-1/978-5-88431-211-1_05.pdf). Mətnlərdə, eyni zamanda yer kürəsinin üçdə biri boyda olan kosmik insandan və onun dirilməsi ilə bağlı yaradılışdan danışılır ki, bu da Xər rəmzinin bilavasitə Kamil İnsanın, dünyanı idarə etməsi üçün yaratdığı kosmik varlıq mənasında olması deməkdir. Bu isə Xər uzunqulağının - “Kainat atı”nın digər variantı olması deməkdir. Əgər Rəhman Allah “Kainat atı”nı, dünyanın yaradılışı zamanı, dünyanı axirətədək idarə etmək üçün yaratmışdısa, Xər uzunqulağı - axirətdən sonrakı dövrlərdə dünyanı idarə etmək üçün yaranacaq kosmik varlıqdır. Deyimlərdə Xər uzunqulağının türklərə aid edilərək – “Türki-Xər” adlandırılması da axirətdə gələcək İsa (Xər-Xoris/Xristos) peyğəmbərin məhz türk olmasına işarədir.
Tövratda uzunqulaq obrazı İbrahim peyğəmbərin Həcərdən olan oğlu İsmailə də şamil edilir: “Və Allahın mələyi ona (Həcərə) dedi: “Sən hamilə qalacaqsan və oğul doğacaqsan və onu İzmail adlandıracaqsan, çünki Allah sənin kədərini eşitdi. Və o “Pere Adam” kimi – onun əli hamıda, hamının əli onda olacaq və o öz qardaşları ilə üz-üzə yaşayacaq” (Библия, Быт.16:11-12). Buradakı “Pere Adam” rəmzi sufizmdə “Pir-Adəm”, yəni “firon Atum Allahı” mənasını verirsə də, yəhudi dilində bu “vəhşi uzunqulaq” mənasındadır. Bu isə o deməkdir ki, axirətdə gəlməli olan İsa peyğəmbərin obrazı məhz İbrahim peyğəmbərin oğlu İsmailin obrazıdır. Tövrata və digər mənbələrə görə, İsmail Faran səhrasında yaşayırdı və məhz buradan Mehdi mənasında olan Allahın nuru yayıldı (Библия, Быт.21:20-21, Втор.33:2). Avvakum peyğəmbər də bu haqda yazır: “Femandan Allah və Faran dağından müqəddəs gələcək. Onun böyüklüyü Göyləri və onun şöhrəti isə yerlərlə dolacaq” (Библия, Авак. 3:3). Belə çıxır ki, axirətdə gələcək Mehdi məhz Faran dağından zühur edəcəkdir. Faran rəmzi isə efir mənasındadır ki, bu İlahi od da Cəbərut aləmində qorunur və s.
Bütün bunlar onu sübut edir ki, Hz. İsa Azəri türk bəgi olmuşdur. Daha dəqiq məlumatlar və təkzibolunmaz faktlar isə, müəllifi olduğum “Batini-Quran” kitabım və məqalələrimdə verilmişdir.

                                                                                       Firudin Gilar Bəg
                                                                                              www.gilarbeg.com                                                                                                                                   


среда, 25 декабря 2013 г.

Allah - türkləri, оnlar isə insanı yaratdılar


Son dövrün elmi araşdırmaları sübut etmişdir ki, bu gün qəbul olunmuş qədim tarix səhvdir və biz keçmiş haqqında demək olar ki heç nə bilmirik. Ümumiyyətlə, əski dövr haqda fikir irəli sürməzdən əvvəl o dövrün məntiqini araşdırıb başa düşmək vacibdir. Firdovsi «Şahnamə»sində yazır: «Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə yazdım inan. Ağılla oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər». Kitabında divlərdən, möcüzələrdən yazan Firdovsinin belə yazması onu göstərir ki, qədim həqiqətlər rəmzlərlə yazılmışdır və onları dərk etmək üçün rəmzləri açmaq lazımdır. 

Bu gün qəbul edilmişdir ki, insanı Allah yaratmışdır. Lakin Tövratda Allahın iki növ insan yaratması xüsusi qeyd edilir. Araşdırıcı A. L. Xosroev, Aleksandriyalı Filona əsasən bu haqda yazır: «Təşkil olunmuş insanla (Tövrat, I kitab.2:7), Allahın obrazı ilə əvvəl yaranmış insan (Töv. I kit.1:27) arasında çox böyük fərq var. Çünki, hissiyatla bağlı yaradılan, yəni təşkil olunmuş insan, artıq keyfiyyətə aiddir və bədənlə ruhdan ibarətdir ki, kişi və qadın təbiətinə görə ölümlüdür. Obraza uyğun yaradılan isə – hansısa ilkin obrazdır və ya nəsil, və ya möhürdür, ağıllı, bədənsizdir: nə kişi, nə də qadın təbiətinə görə məhv olmayandır: «Yer» (Töv. I kit.2:7) və «Göy» (Töv. I kit.1:27) insanı. Göy adamı, Allahın obrazından yarandığı üçün məhv olmur və yerə aidiyyəti yoxdur, yer adamı isə qanunsuz materiyadan yaranmışdır ki, onu Musa peyğəmbər «kül» adlandırmışdır. Buna görə də Filon deyir ki, Göy insanı əllə düzəldilməmiş, Allahın obrazı ilə nüsxələnmişdir (möhürlənmişdir). Yer adamı isə usta vasitəsi ilə düzəldilmişdir» (А. Л. Хосроев, «Александрийское христианство», M. [Moskva] 1991, səh.110). Əflatunun (Platon) «Timey» əsərində bu haqda geniş danışılır. Bu fikir Quranla da təsdiqlənir: «O sudan bir insan düzəldib, ona qohum kişi və qadın yaratdı. Allah həqiqətən qüdrətlidir» (Quran, 25:56). Əgər biz su rəmzinin mənbələrdə ilkin materiyanın rəmzi olduğunu nəzərə alsaq, başa düşərik ki, Adəm adi insan yox, «dirilik suyundan», yəni ilkin materiyadan yaradılmış mistik varlıqdır. Adi insanlar isə bu mistik varlığa qohum kimi yaradılmışlar. Quranda, Allahın ilk insanı yaradandan sonra mələklərə, Adəmə sitayiş etməyi əmr etməsi onu göstərir ki, Adəm həqiqətən də Allahın obrazıdır. 

Mənbələrdə Adəm [DM] rəmzi Osman [SMN] rəmzinə aid edilir və “Dami Osman” [DM-SMN] kimi yazılır. Diodor Siciliyalı Osman rəmzini “Osimon-Dias”, yəni Osman-Allah kimi qeyd edir və bu rəmzi II Ramsesə aid edir (Г. В. Носовский, А. Т. Фоменко, «Империя», M., 2000, səh.537). Bu o deməkdir ki, Osman elə Adəm, yəni adi insanları yaratmış Allah mənasındadır. Əski Misir yazılarına görə isə Allah ilk olaraq Oziri Allahını yaratmış və bəşəriyyət üzərində hakim təyin etmişdir. Məhz bundan sonra dünyanın 72 milləti yaradılmışdır. Oziri rəmzi bu gün türklərin Azər qolunun adı kimi qalmışdır. Belə çıxır türklərin ən əski qolu olan Azəri türkləri Osman nəslidir və bu Göy türkləri Allahın obrazına görə möhürlənmişlər. Adi insanlar isə usta, yəni bu Göy türklərinin əlləri ilə yaradılmışlar. 

Tövrata və s. mənbələrə görə, «İlk insan yarananda dünyanın o başından bu başına qədər olmuşdu» və yalnız günah işlətdikdən sonra Allah əlini qoyub onu kiçiltmişdir (Töv. V kit.4:32). Deməli, ilk yaranmış türklər Allahın qoyduğu qanunları pozduğu üçün, yəni «Adəmin cənnət almasını yeməsi» rəmzi ilə bağlı cənnətdən qovulmuş və bununla da öz qüdrətini itirmişlər. Göy türkünün rəmzi olan Adəmin (qədim Misirin Atum Allahı) obrazının öz qüdrətini itirməsi rəmzi Misir yazılarında Ozirinin (Azərin) axirətə yaxın ölməsi və axirətdə yenidən dirilməsi kimi qeyd olunur. Qurana görə, Azər - İbrahim peyğəmbərin atasıdır və o, büt düzəldib onlara can verir (Quran, 6:74). Yunan mifologiyasına görə, adi insan yaradıb ona can verən Prometeydir və o Zevs Allahı tərəfindən Qafqaz dağlarına qandallanmışdır. Prometey rəmzinin sufizmdə «Pir-Midiya», yəni «Midiya fironu» mənasını verməsi və onun insan yaratması, bu obrazın Allah mənasında olması deməkdir. Məlumdur ki, Prometey insanlara ilahi od gətirmişdir. Tövrata görə bu işi Musa peyğəmbər görmüşdür və o da Madiamdan, yəni Midiyadan olmuşdur. Z. Freydə görə Musa peyğəmbər Kadeş, yəni Kadus kahinlərinin əcdadı sayılır. Tarixçi B. A. Turayev isə bildirir ki, amoreylər, yəni marlar ölkəsi olan Kadeş – Aziru (Azəri) şahlığıdır. Araşdırmalarımızdan çıxan nəticəyə görə, amoreylər, yəni midiyalı marlar – bu gün ad və soyadlarının qarşısına «mir» sözləri yazılan əmir-seyidlərin (amorey-sutilər) əcdadlarıdır. Mar rəmzi ən əski dövrlərdən əjdahalar (ilan) nəslinə aid edilmişdir ki, erməni tarixçisi Təbrizli Arakel “əjdahadan doğulmuş” Midiya maqlarını “Osman şahlarının nəsli” adlandırır (А. Даврижеци, «Книга историй», M. 1973, səh.51). Bu isə onu göstərir ki, pir, bəg, seyid, şıx və s. adlandırdığımız Osman-Azəri müqəddəsləri adi insanların nəsli yox, Göydən gəlmiş və Allahın obrazı ilə nüsxələnmiş (qəlibdə yaradılmış!) 120 min (İslamda 124000) peyğəmbərin nəslidir. 

A. Oppenheym “Qədim Mesapotamiya” kitabında açıq yazır ki, Mesapotamiyanın məşhur şahlar nəslinin, yəni Kutilər sülaləsinin hakimiyyəti mifik dövrlərdən - “şah (çar) hakimiyyətinin Göydən yerə endiyi dövr”lərdən başlanır (А. Л. Оппенхейм, «Древняя Месопотамия», М., 1980, səh.146). Əl Kufinin “Kitab əl-fütuh” əsərində isə nəzərə çatdırılır ki, Göydən yerə enmişlər - Salman ibn Rəbiyə və İran əhalisindən onunla gələnlərdir («Azərbaycan tarixi üzrə qaynaqlar», B., 1989, səh.59). Belə çıxır ki, Kutilər, Salman ibn Rəbiyə və onunla gələnlər - Osman şahlarının nəslidir və şah hakimiyyəti də onlarla birlikdə göydən yerə enmişdir. 
Qəbul olunmuşdur ki, İbrahim və digər bütün peyğəmbərlər yəhudilər nəslidir. Lakin bütün qədim mənbələrdə yəhudi deyəndə bilavasitə Xəzər türkləri olan xaqan və bəglər nəsli nəzərdə tutulur. Xəzər rəmzi sufilikdə ölümsüzlük qazanmış Xızır peyğəmbərin rəmzidir və bu rəmz bilavasitə ilkin materiya, yəni «dirilik suyu» ilə bağlıdır. İlkin materiya isə adi insanlar üçün gözəgörünməzdir və onu yalnız şamanlıq, qamlıq məqamında görmək mümkündür. Buna görə də sufizmdə ilkin materiyanın rəmzi olan “X” (“Q”/“G”/“H” və s.) səsi mənbələrdə bəzən yazılmır və bu halda Xəzər rəmzi Azər rəmzi kimi oxunur. Erməni mənbələrində Xazarapati (Xazarapet-Xəzər-Yafət) rəmzinin eyni zamanda Azarapati/Azarapet (Atropat rəmzi) kimi yazılışı məhz bu mənadadır. Buradakı Pat rəmzi isə Müqəddəs Azəri-Osman nəslinin - Yafət (Apet), yəni Misir yazılarındakı Pta Allahının nəsli olmasını göstərir. 

Luka peyğəmbərin «İncil»ində İbrahimin atası Azər yox, Lazar kimi qeyd olunur (Əhdi-Cədid. Luk.16:22-25). Lazar [LZR] rəmzi sufilikdə El-Azər, yəni Azəri eli [L-ZR] deməkdir və bu rəmz İzrail [ZR-L] (Israil) rəmzi ilə eynidir. Məşhur ingilis alimi Artur Kestler 1976-cı ildə Amerikada çap olunmuş «Onüçüncü boy» kitabında onlarla sitat gətirərək bütün dünyaya sübut etmişdir ki, yəhudilər indiki İordan ərazisindən yox, arilərin (ər-ərənlər) vətəni olan Qafqazdan çıxmışlar və əsl yəhudilər Xəzər xaqanı və türk bəgləridir (A. Кестлер. «Тринадцатое колено», sayt:
http://www.lib.ru/INPROZ/KESTLER/hazary.txt). Belə çıxır ki, qədim mənbələrdəki «Midiya yəhudiləri», yəni «Ya-Xuda» kimi yazılan Kuti rəmzi Azəri-Osman müqəddəsləri olan Kadeş, yəni kaduslar nəslinə şamil edilməlidir. 

İslamda «müqəddəs» mənasını verən «kuddus», «əqdəs» rəmzləri də qədim Midiyanın «kadus» rəmzi ilə bağlıdır. Əhdi-Ətiqdə kuddus, əqdəs [KDDS/QDS], yəni müqəddəslik rəmzi kodeş [KDŞ] kimi yazılır. Xristian yazılarında bildirilir ki, «müqəddəs» sözü Əhdi-Ətiqdəki semit köklü «kodeş»lə (kdsh – müqəddəs) bağlıdır. Bu rəmz bəzi yerlərdə Allahlara və onunla bağlı olan şeylərə aid edilir. Əhdi-Cədiddə «kodeş» sözünün ekvivalenti yunan sözü olan «osios», «aqios», «aqiazo» və s. terminləridir. Əhdi-Ətiq sitatlarında «osios» - «Kodeş İsrael» (kedosh Yisrael), yəni Müqəddəs İsrail sözünün ekvivalentidir ki, onu Əhdi-Cədid müəllifləri Xristə və ya Allaha aid edirlər. 

Xristianlar müqəddəslərini «aqi», «aqiya» adlandırırlar ki, bu rəmz Əhdi-Ətiq köklü sayılır və «Allaha qulluq və onu şöhrətləndirmə üçün ayrılmışlar» mənasındadır. Xristian müqəddəslərinin «aqi» adlandırılması, onların Azəri-Osman müqəddəsləri olan «ağa»lar nəsli, yəni pir, bəg, seyid, şıx və s. müqəddəslər nəsli olması deməkdir. Bütün bunlar isə o nəticəyə gətirib çıxarır ki, «Kodeş İsrael» rəmzi - «Müqəddəs Azəri eli» kimi başa düşülməlidir. 

Bildirmək istərdik ki, rusların «Boq» rəmzi (iran. Baqa) məhz türklərin Bəg sözüdür. Eyni mənalı «Qospod» rəmzi isə «Aqios-Pta», yəni «Oğuz-Yafət» deməkdir. Erməni və gürcülərin «Katalikos» rəmzləri də bu mənada – «Xuda Eli - Oğuz» fikrini ifadə edir və s. 

Quranda açıq qeyd olunur ki, Quran kitabı məhz İsrail oğulları üçün, yəni Azəri müqəddəsləri üçün göndərilmişdir və onlar Allah üçün bütün bəşəriyyətdən üstün olmuşlar: «Həqiqətən, Bu Quran İsrail oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir. Və həqiqətən o, əldə rəhbər və möminlər üçün rəhmətdir (mərhəmət)… And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət və peyğəmbərlik əta etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərə üstün etmişdik!… Ey İsrail övladları! Sizə bəxş etdiyim nemətlərimi və sizi vaxtilə bütün aləmlərdə üstün tütduğumu yada salın… Ey İsrail oğulları, Sizə bəxş etdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözə əməl edin ki, mən də sizə olan əhdimi yerinə yetirim və yalnız məndən qorxun… Biz onları elmlərinə görə aləmlərdən üstün tutduq… Biz İsrail oğullarına kitab, müdriklik və peyğəmbərlik verdik, və onlara pak nemətlərdən ruzi verdik və onları aləmlərdən üstün etdik!... Verdiyi nemətlərlə sınamaq üçün O, yerdə sizi varislər etdi və dərəcələrə görə birinizi digərindən üstün tutdu. Həqiqətən, sənin Allahın cəzanı tez verəndir, bağışlayan və rəhmlidir» (Quran, 27:76,77, 45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165). Azəri (Osman) müqəddəslərinin Allahın varisləri sayılması, onların möcüzələr göstərmək qüdrətində Allaha yaxın olması ilə bağlıdır. Bu nəslin Allaha «söz verməsi» deyəndə isə, onların Ararat dağında Allahla bağladıqları müqavilə başa düşülməlidir (Tövrat. I kit.8:4, 9). 

Azəri-Osman müqəddəslərinin, yəni «Kitabi Dədə Qorqud»da «ərənlərin əvrəni» (ərənlərin yəhudisi, seçilmişi) adlandırılan Midiya yəhudilərinin əsas qolu «levit» adlanır ki, onlar öz həyatlarını Allaha həsr etmişlər. İslamda bu qol «əl-Beyt» (əhli-Beyt) kimi yazılır və Məhəmməd peyğəmbərin Ailəsi mənasındadır. Ümumiyyətlə, Məhəmməd rəmzi sufizmdə «Midiya maqı» deməkdir. Quranda Allah Nurunun (Quran, 24:35, 61:8-9, 64:8) Məhəmməd peyğəmbərə verilməsi və ibn Ərəbinin bu Nuru «Həqiqə Məhəmmədiyyə» (Haqq-Məhəmməd) rəmzi ilə əlaqələndirməsi onu göstərir ki, Məhəmməd peyğəmbər adi insan yox, Kosmik İnsan (Adəm) olan və Allah funksiyasını daşıyan bir Varlıqdır. Belə çıxır ki, Məhəmməd peyğəmbər - nəhəng insan, yəni Allahu-Kəbirdir (Əkbər). Sufilər dahisi Qəzaliyə görə də Məhəmməd peyğəmbər kosmik insanın obrazıdır. Məhəmməd peyğəmbərin «iki dünyanın ağası» adlanması isə o deməkdir ki, o məhz qədim Misirin Ra-Amon (Amon-Ra), yəni Ra-Əman Allahının obrazıdır. Quranda Ra-Əman rəmzi Rəhman kimi yazılmışdır. Mənbələrə görə Qədim Misirin Ra-Amon Allahı ilkin materiyada, yəni göydə ruhlar dünyası yaratmış və öləndən sonra da Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar tutmuşdur. Firdovsi «Şahnamə»sində Amon Allahının Göyü tutması hadisəsini Cəmşidlə bağlayır və qeyd edir ki, o bir dənizi keçib Göyə ilk ayaq açır. Göydə Kəyan taxtı qurub, divin çiynində taxta çıxan Cəmşid fəzada Günəştək qərar tutur. Quranda bu hadisə, yəni Allahın Göyə - ərşə yüksəlməsi belə təsvir olunur: «O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini Göyə yönəldib, onları yeddi Göy olaraq düzəltdi… Allah Göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və Günəşi, Ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu (Quran, 2:29, 13:2, 20:5). 

Ra-Əman, yəni Rəhmanın ərşə - göylərə hakim olub Allaha çevrilməsi Mogilyan və Gültəkin abidələrinin ilk sətirlərində belə qeyd olunur: «Mən Tanrı tək Tanrı yaratmış bilici türk xanı... Mən Tanrı tək Göydə yaranmış bilici türk xanı...». Bu o deməkdir ki, Rəhman Allah məhz türk xanının obrazıdır. «Kitabi - Dədə Qorqud» abidəsində Ra-Əman Allahı - «varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda səhabəsi olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bügdüz Əmən» kimi qeyd olunur. Kadus mənasında olan Bügdüz [B-KDZ] rəmzi qədim misir yazılarında Təktüz (Taktiz Amon) kimi yazılır. Nizami Gəncəvi «İskəndərnamə» əsərində «Təkdis taxtı»nın sahibini «Sahibkəran», yəni yerin-göyün sahibi, ağası adlandırır. Belə çıxır ki, yerin-göyün sahibi olan Amon-Ra Allahı elə Oğuz bəgi olan Əmandır. Dilimizdə Amon Allahının adı Əmanulla, yəni Əman-Allah kimi qalmışdır. Qədim Misir mənbələrində bu Allah Napatlı Amon kimi də qeyd olunur ki, Strabonun «Coğrafiyası»sına görə kaduslar, amardlar və s. tayfalar məhz Nifat, yəni Napat və Zaqr dağlarına səpələnmişlər. Bu isə o deməkdir ki, bütün qədim mənbələrdə Allahlar yurdu deyəndə məhz Azəri (Osman) müqəddəslərinin vətəni olan Azərbaycan nəzərdə tutulmalıdır. Sufilikdə Azər rəmzi – “İssi Ra”, Osman rəmzi isə “İssi Əman” kimi açiqlanır ki, burada “issi” rəmzi “ruh” mənasındadır. Deməli, Azəri və Osman rəmzləri bilavasitə Ra – Əman, yəni Rəhman Allaha aid rəmzlərdir. 


Erməni, ərəb, yəhudi və s. tarixçilərinə görə bütün tarix yalnız seçilmişlərə, yəni əsil yəhudilərə aiddir. Dahi Ərəbi xüsusi qeyd edir ki, seçilmişlərin adi insanlardan fərqi ondadır ki onlar Allahın sirlərini bilmişlər. Nikolay Rerix özünün «Nur saçan Şambala» əsərində qədim Azəriləri - Böyük sirləri bilən «Böyük Azərilər» («Velikiye Azarı») adlandırır. Hegel isə özünün «Ruhun fəlsəfəsi» kitabında, Qafqaz irqinin müsəlman əhalisini ən ali insan kimi göstərir və qeyd edir ki, inkişafın əsas səbəbkarları məhz onlardır. Lakin o buradakı pir, bəg, seyid, ağa, şıx və s. Azəri müqəddəslərini «ərəb» adlandırır ki, həqiqətdə onun dövründə Qafqazda ərəb dilində danışan xalq olmamışdır. 

Ərəb (Ereb) rəmzi qədim yunan mifologiyasında xaos mənasındadır və göyləri bildirir. E. ə. VIII əsrə aid Assuriya yazılarında Midiya ərazisində «Şərqin ərəbləri» (dəqiq: «Günəşin çıxdığı yerin ərəbləri») ölkəsinin adı çəkilir (И. Дьяконов, «История Мидии», М-Л., 1956, səh.219-221). Qəddar Assur şahı Sanxerib isə urbi, yəni ərəbləri - arami və xaldeylərlə birlikdə Uruk, Nippur və s. ölkələrdən çıxarmışdır (orada). Sanxerib rəmzinin «Sünik-ərəb» mənasında olması onu deməyə əsas verir ki, bu ərəblər ölkəsi məhz Midiyanın Sünik vilayəti ilə, yəni Albaniya ilə bağlıdır. Təbəriyə görə də indiki ərəblər əsil ərəblər deyil. Əsil ərəblər mifik Ad, Samud, Amalik, Casim, Cadis və s. tayfalarıdır ki, İslama qədər köçüb getmişlər (Тəбəри, I/215). Buradakı Cədis rəmzi təbii ki kadus nəslinə, yəni müqəddəs mənasında Midiya maqlarına aid rəmzdir. Deməli, Hegelin Azəri türklərinin hamısını seyid mənasında ərəb adlandırması təsadüfi deyildir. 

Mənbələrdən məlumdur ki, Midiyada əsasən «dağ və səhralarda dolaşan qüdrətli midiyalılar» yaşamışlar. Burada «dağ və səhralarda dolaşan» deyəndə, Midiya dağlarını və ilkin materiya səhralarında ekstatik vəziyyətdə («suluq») dolaşan midiyalı maqlar nəzərdə tutulmalıdır. Sufizmdə, ekstatik vəziyyətdə («suluq») dolaşanlara, yəni sufi müridlərinə türüklər - türklər deyirlər. Sufi, tərikə (təriqət) silsiləsini, yəni sufi qardaşlığının (türük) mistik yolunu keçib sufiliyin ən ali məqamı olan bəqa (bəglik) fazasına, yəni Allahla - ilkin materiya ilə vəhdət səviyyəsinə nail olmaq üçün kamillik yolunu keçir. Deməli, tərikə yolu – türkün Haqqla vəhdət, yəni Allaha çevrilmə yoludur. Bu isə o deməkdir ki, «Şərqin ərəbləri» ölkəsi deyəndə, Sührəvərdinin Şərq kimi rəmzləndirdiyi Göydəki Ereb ölkəsində - Ərəbistanda dolaşan Midiya maqlarının ölkəsi başa düşülməlidir. Məhəmməd peyğəmbərin ərəb olması da bu mənada onun Göydə yaşayan Rəb, yəni Allah olması deməkdir.

Dini inama görə, Məhəmməd peyğəmbər Merac gecəsi insanbaşlı Buraq atı ilə Məkkədən səmadakı Yersəlimə «səyahətə» çıxmış, oradan isə «nur pilləkənı» ilə (bəzən «pilləkən gecəsi» də adlanır) qalxaraq, Allahla görüşüb «söhbət» etmişdir. Son peyğəmbərin merac gecəsi yeddi Göyü keçib Allahla görüşməsi, onun sufi silsiləsini, yəni tərikə (türk) yolunu keçməsi mənasındadır. 

Bildirmək istərdik ki, Mahmud Kaşğarinin qeydə aldığı hədislərin birində Allah Şərqdəki bu türkləri öz ordusu adlandırır və qəzəbi tutduğu xalqın üzərinə məhz bu ordunu göndərir. Quranda bu nəhənglər Allahın sevimli xalqı adlandırılır (Quran, 5:54). Əflatunun yazdığına görə isə yer insanlarını Allah özü yox, onun ilk yaratdığı bu sevimli xalqı, yəni nəhəng türklər (Göy türkləri) yaratmışlar: «Buna görə Mən sizə yaranışın başlanğıcını və toxumunu təqdim edirəm; qalanları ilə siz özünüz məşğul olub, ölümlülük ilə ölümsüzlüyü birləşdirib canlı varlıqların yaranışını qurtarın, sonra onlara qida hazırlayın, qidalandırın və onları qaytarın, ölümdən sonra isə onları yenidən özünüzə qəbul edin» (Platon «Timey» 41B,D,S). Bu isə o deməkdir ki, insanların ölümündən sonra onların ruhlarını göyə qaytaran «Əzrail» [ZR-L] nəsli də «Azəri eli»nin [ZR-L] mələkləridir. Erməni tarixçisi M. Xorenatsinin türkləri - mələk, yəni «Tork-Anqelea» adlandırması məhz bu mənadadır (М. Хоренаци, книга I, səh.. Belə çıxır ki, mənbələrdə kadusların, yəni müqəddəslərin «qaniçən (qanasusamış) kadus» adlandırılması, onların ölüm mələyi olan Əzrail (Izrail/Azərel) nəsli olması ilə bağlıdır. Qeyd edək ki, qədim Misirdə də Oziri/Osiris Allahı, yəni Azər/Əsər - ölüm şahlığının Allahı və şahı sayılırdı. 

Bütün bunlar o nəticəyə gətirib çıxarır ki, türklər – yerin adi insanlarından fərqli olan Göy insanının nəslidir. M. Xorenatsi isə açıq yazır ki, bütün müqəddəs yazılar yalnız «seçilmişlər» adlanan yəhudilərə (xuda/kuti nəsli) aiddir, adi insanlar isə nifrətə layiq olduqları üçün yazılarda qeyd olunmağa layiq deyillər. Deməli, qədim mənbələrdəki bütün yazılar, o cümlədən qədim misir, şumer, yunan, çin, hind, erməni və s. yazılar bu və ya digər variantlarda məhz Göy insanın nəsli ilə, yəni Azəri-Osman türklərinin eli ilə bağlıdır. Adi insanların həyatı isə digər canlıların həyatından fərqlənmədiyi üçün kitablarda yazılmağa layiq deyildir və ərəb, yəhudi, hind və s. mənbələri bu insanları “heyvani insan” adlandırır. 

Bunlar haqda daha geniş məlumat, yeni çapdan çıxmış «Batini-Quran» kitabında verilmişdir. Kitabın bir hissəsi internetdə yer alır. Bu kitabı dərk edən insan qədim dünyanın demək olar ki bütün sirlərindən agah olacaqdır.

                                Firudin Gilar Bəg

среда, 27 ноября 2013 г.

Biz – zəncir vuran müdriklərik



Bildiyimiz kimi məhərrəmliyin əsas proseslərindən biri də zəncir vurma prosesidir və bu gün insanların demək olar ki əksəriyyəti bunu cəhalət göstəricisi sayır. Dini qurumlarımız bu prosesə arzuolunmaz hərəkət kimi icazə verməsələr də, ölkəmizdə hələ də zəncir vuranlara rast gəlinir. Digər müsəlman ölkələrində də bu mərasim keçirilir ki, orada şiələrin bu hərəkətlərinə müdaxilə yoxdur və onlar Pakistandan ərəb ölkələrinə qədər hər yerdə bu hərəkətləri davam etdirirlər. Bəs elm və texnikanın inkişaf etdiyi bu dövrdə şiələr nəyə görə öz ayinlərinə son vermirlər. Bu suala cavab vermək üçün bu ayinləri bu günə qədər gətirib çıxarmış şiəliyin nə olduğunu və haradan başladığını araşdırmaq lazımdır. 
Zahiri İslamda şiəlik peyğəmbərimizin kürəkəni imam Əli ilə bağlı olsa da, Batini İslamda bu daha qədimlərə, dəqiq desək Şumerə gedib çıxır. Qurana görə ilk şiələr Nuh və yəhudilərin patriarxı olan İbrahim peyğəmbər olmuşlar (Quran, 37:83). Nuh gəmidən Azərbaycanda, yəni Ağrı (Ararat) dağında enmişdir. Deməli, şiəlik də Azərbaycan ərazisi ilə bağlı olmalıdır. İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenə görə, çoxlu İran mənşəli texniki terminlərin mövcudluğu, şiə ezoterizminin İranda, müsəlmanlığın bura gəlişindən əvvəl olması deməkdir. Belə çıxır ki, şiəlik indiki Ərəbistandan deyil, qəbul edilmiş dövrdən minilliklər əvvəl İran ərazisindən başlanır. Bunu mənbələr də təsdiq edir. Bu haqda mən çoxlu məqalələr yazmışam və burada təkrarı mənasız hesab edirəm (“Həqiqi İslam Şumerdən başlanır” məqaləm, sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1212).
“Batini-Quran” kitabımda və məqalələrimdə mən göstərmişəm ki, mənbələrə görə Allah iki növ insan yaradıb və bunun da ilkini, qədim Misirin Asar/Osiris (Azər) Allahının nəslidir. Adi insanları isə bu Allahlar nəsli öz əlləri ilə “duluzçu dəzgahında” yaratmışdır (sayt: http://gilarbey.blogspot.com/2013/03/allah-turklri-nlar-is-insan-yaratdlar_5.html). Misir mənbələrində ölümsüz Osiris Allahının nəsli “Saxu” kimi, Assur mənbələrində Üşşakku şahlar nəsli kimi, erməni mənbələrində isə Sisaka nəsli kimi qeyd olunur ki, biz bunları sak (şak) kimi tanıyırıq. Rəvayətə görə, saklar nəsli Heraklın yarıilan, yarıqadın Yexidnadan törəmiş şahlar nəslidir və Hind mənbələrinə görə, Buddizm məhz bu şahlar nəslinin xüsusi elmidir ki, onu yalnız şahlar nəsli dərk edə bilər. Bu Allahlar nəslinin adi insanlardan fərqi ondadır ki, onlar, sufilərin “Hu” adlandırdığı ilkin materiya ilə vəhdət təşkil edirlər. İlkin materiyanı biz mənbələrdən İlahi od, dirilik suyu və s. kimi tanıyırıq. İslamda bu vəhdət “Vəhdət əl Vücud”, “İttihad əl Ləhut, bin nəsut” və s. kimi qeyd olunur və bu da insanla İlahi mahiyyətin, yəni Allahın vəhdəti, birləşməsi deməkdir. İslamda Allahla vəhdət təşkil edən insanlar - müqəddəslər, vəlilər nəsli hesab olunur ki, bu mələklər nəsli insanla Allah arasında vasitəçi rolunu oynayır. İslam bu insanları sufi müdrikləri kimi təqdim edir və onlarda möcüzələr göstərmək qabiliyyəti olmuşdur. Məşhur sufi alimi Mühiddin ibn Ərəbi bu insanları Məhəmməd peyğəmbərin nəsli kimi göstərir və sufizmdə Məhəmməd peyğəmbər kosmik İnsan-Allah mənasındadır.
Qədim Misir yazılarında Məhəmməd peyğəmbərin obrazı - Atum, Maat, Asar, Ra-Amon və s. kimi qeyd olunurdu ki, bu Allahların ruhu - Şu (Allahı) adlanırdı. Məhz Şu adını yəhudilər Yeşua, xritianlar İsa, müsəlmanlar isə Şiə adlandırmağa başladılar. Mühiddin ibn Ərəbi də şiəliklə xristianlığın eyni kökdən olmasını xüsusi vurğulamışdır və mən bu haqda məqalələrimdə yazmışam. Qədim Misir mətnlərinə görə, Misir fironu, yəni pir Amon göydə qurban ruhlarından Ra günəş diski yaradır. Özü fiziki öləndən sonra, onun  ruhu göyə qalxaraq bu Ra diski ilə birləşir və bu vəhdətdən göydə Ra-Amon Allahı yaranır. Quranda Ra-Amonun göydə yaranışı - Rəhmanın ərşə yüksəlməsi və Günəşi, Ayı özünə tabe etməsi kimi qeyd olunur. Şumerlilər Ra-Amon Allahının ən uca ad olan Asar/Osiris adlandırdılar ki, biz bu adı Azər/Aşşur kimi də tanıyırıq. Deməli, Şiə dedikdə, göyə Ra-Amon və ya Asar adlanan Allahın Şu ruhunu özündə daşıyan müqəddəs təsəvvür olunmalıdır. Biz Asar/Osiris Allahının bu pirlər (firon) nəslini Azəri pirləri olan seyid, bəg, şıx və s. kimi tanıyırıq.
Qədim Misir rəvayətinə görə, ilk yaradılmış Osiris (Asar) Allahı axirətdə ölür və oğlu Qor gəlib onu yenidən dirildir. Osirisin ölüb-dirilməsi hadisəsinin səhnələşdirilmiş ayini qədim Misirdən, Şumerdən başlayaraq bütün dünyaya yayılmışdı. Digər mənbələrdə, səhnələşdirilmiş bu ayin - Dionis, Attis, Kibela, Adonis, İsa və s. Allahların ölüb-dirilməsi kimi qeyd olunur. Mən, “Aşura haqqında ağlasığmaz həqiqətlər” adlı məqaləmdə bu haqda geniş yazmışam (bax. http://gilarbey.blogspot.com/2013/03/asura-haqqnda-aglasgmaz-hqiqtlr.html). Deməli, şiələrin zəncir vurma hərəkətləri də adi insanın yox, Ra-Amon və ya Asar/Aşşur/Azər adlanan Allahın ölümüdür. Aşura da Aşşur, yəni Asar/Osiris deməkdir. Bu Allahın yerdəki törəmələri isə Azəri pirlərinin şiələr nəsli olan seyid, bəg, şıx və s. müqəddəsləri nəslidir. Asar/Azər Allahının ölümü ilə, Azəri müqəddəsləri də, onları bəşəriyyətdə hamıdan üstün edən qüdrətini itirdilər və onlar adi insana çevrildilər. Misal üçün təkcə onu qeyd etmək kifayət edər ki, bu gün Mir Mövsüm Ağa kimi tanıdığımız mömin, sağlığında sözlə insanların arzularını həyata keçirə bilirdi və bu gün də minlərlə həmvətənlilərimiz onun qəbrinin üstünə gedib, nəzir verirlər. Lakin onun nəslindən olan digər seyid-bəglər isə möcüzələr göstərə bilmir. Deməli, Aşura – Azəri müqəddəslər nəslinin, ona hakimiyyət üçün verilmiş qüdrətinin itməsinin mərasimidir. Adi insanlara bunların aidiyyəti yoxdur. Çünki onlar hökmranlar, müqəddəslər nəsli kimi yaranmamışlar və heç nə də itirməmişlər. Müqəddəslər nəsli üçün isə bu çox ağır dərddir. Çünki bu, dünyaya 5200 il hökmranlıq etmiş insanların adi insana çevrilməsi deməkdir.
Mən kitab və məqalələrimdə göstərmişəm ki, bütün dünyanın sahibləri Azəri türk bəgləri olmuşlar. Avropada onları Odin (Azər/Ezir) Allahının şahlar nəsli kimi tanıyırlar ki, mənbələrdə “Quş dili” bilən bu padişahlar nəsli – Qulyardlar, yəni Gel oğulları kimi qeyd olunurlar. 12 Azəri (Ezir) müqəddəsi sayılan bu nəslin törəmələri 18-ci əsrə qədər bütün Avropada şahlıq etmişlər. Yalnız bu zamandan sonra onlarla qarışıqlar meydana gəlmişlər ki, bununla da onlar həm “Quş dili”ni və həm də İlahi qüdrətlərini itirmişlər.
Aşura mərasimi Avropada İsanın ölüb-dirilməsi kimi qalmışdır ki, bu da yeni il ərəfəsində təntənəli surətdə keçirilir. Deməli, bu gün Azərbaycanda cahillik göstəricisi sayılan zəncir vurma hərəkətləri - Azəriləri hamıdan qüdrətli edən Asar/Osiris Allahının ölümünün yas mərasimidir. Ra-Amon Allah bu ölümü əvvəlcədən Lövhi-Məhfuzda yazdığı üçün, bunun baş verəcəyi hamıya əvvəlcədən məlum idi və o zamanlardan bu törən keçirilməyə başlamışdı. Qədim mənbələrdə Osiris Allahının ölümü rəmzi olaraq Zevsin vətərinin kəsilməsi kimi qeyd olunur ki, bundan sonra o dünyanı idarə edə bilmir. İslamda bu obraz, “Əbəlfəzin qollarının düşməsi” kimi məlumdur. Axirət ərəfəsində haqq-ədalətin itməsi də məhz Azər Allahının, yəni Ra-Amon Allahının öz qürdətini itirməsi mənasındadır. Bu gün bütün dünyada baş verən haqsızlıqlar onu göstərir ki, bəşəriyyətə hökmran kimi yaradılmış Azər/Asar Allahı artıq ölmüşdür.
Azər Allahının ölməsi Əhdi-Ətiqdə Lazarın (El-Azər) ölməsi kimi qeyd edilir. Rəvayətdə, İsa peyğəmbər gələrək üç gün əvvəl ölmüş Lazarı dirildir. Xristian mənbələrindən olan “Yanıçarın yazılarında” isə ölüb-dirilən Allah kimi Məhəmməd peyğəmbər göstərilir. İslamda Məhəmməd peyğəmbərin yerinə imam Əli keçir ki, bu da axirətdən sonra Allah hakimiyyətinin İmam Əli şiələrindən bir nəfərə verilməsi mənasındadır. Əgər nəzərə alsaq ki, qədimdə Aşura mərasimində əsas zəncir vuranlar imam Əlinin ifrat şiələri olmuşlar, qəbul edərik ki, Allah ruhunu daşıyanlar məhz bu batini şiələridir və biz onları Gel, Gelati-Şiə kimi tanıyırıq. Mənbələrdə məhz bu batinilər, qədim sirləri bilən sufilər nəsli kimi tanınır.
Sufilər Allahı öz yarı, sevgilisi, dostu kimi qəbul edirlər. Batin elmində “Allah Adəmin qabırğasından Həvvanı yaratdı” dedikdə, adi qadınlar yox, məhz sufi pirləri nəzərdə tutulur. Adi insanlar sufizmdə “danışan heyvan” kimi qəbul edilir və digər canlılara bərabər tutularaq, yazılarda qeyd olunmağa layiq görülmürlər. Möcüzələr göstərmək qüdrətinə sahib olan sufi pirləri, yerdə Rəhman Allahın yarısı, arvadı rəmzindədirlər. Məhz bu kişi-qadın münasibəti rəmzinə görə, Allah yerdəki yarısına (yarına) öz enerjisindən, yəni dirilik suyundan verir və seyid-pirlər bunun hesabına möcüzələr göstərmək qüdrətinə sahib olurdular.
Bu gün qədim sirlərdən xəbərsiz insanlar, Azər Allahının obrazı olan Koroğlu haqqında xoşagəlməz fikirlər söyləyirlər. Koroğlu, dirilik suyunda yuyunmuş, əlində göydən gəlmiş Misri qılınc tutumuş qəhrəmandır. Onun mindiyi at isə dənizdən çıxan atla adi atın cütləşməsindən əmələ gəlmişdir. Sirləri bilməyən insanlar təbii ki, bunları dərk edə bilməzlər. Sufilər üçün isə bu çox dərin mənalara malik rəmzdir. Bunlar, Koroğlu obrazının ölümsüz olması, onun insanların canlarını alan, bəşəriyyətə hakimlik edən və onu idarə edən Allah obrazında olması deməkdir. Koroğlu rəmzi – sufizmdə “Qor Oğlu” kimi açılır ki, bu da Herakl rəmzi kimi “Qor-İlahi”, yəni qədim Misirin Qor Allahı mənasındadır. Qor Allahı isə elə Ra-Amon, yəni Rəhman Allahdır.
Rəvayətdə Koroğlunun döyüşçüləri “dəli” adlandırılır ki, bu rəmz də sufilərə aiddir. Sufizmin tərikə yolunu gedən mürid, Fəna fazasına (fəna fiş-şeyx) qədəm qoyduqda, kamil iradəsi (iradat) və məhəbbətinə (eşq) görə ustadına, yəni Allaha tam cəzb olunur. O, (sufinin ruhu) Allahla iradələrinin (istəklərinin) birləşməsinə görə Allahın varlığında yox olur və hər yerdə ancaq onu görür. Sufilərdə sevgili dedikdə - Allahı, Məhəmməd peyğəmbəri sevmək, onlara böyük hörmət başa düşülür. Sufilərin çoxu özlərini «sevgili» (mühibb, aşiq) və ya «yar», «dost» adlandırırdılar. Ustada, yəni Allaha bu qeyri iradi sevgi – sufilərdə İlahi vergi sayılan ürəklə («dəl») bağlıdır. Sufiliyin bu məqamında məhəbbətin gücü o dərəcədə vacibdir ki, ustad çox vaxt «ürək dostu» («sahibdil», «əhli-dil») və s. adlandırılır. Dəl rəmzindən yaranmış “dəli” sözü Əl Əndəlusinin lüğətində «məcnun» kimi tərcümə olunmuşdur. Qəbul olunmuş məntiqə görə, qədim mənbələrdə məcnun - «cinlərlə əlaqəyə girmiş», yəni magiya ilə məşğul olanlara deyilirdi. Daha sonralar «Allaha səyahət» edən bütün maqlar məcnun adlanmağa başladı. Deməli, Koroğlunu dəliləri elə tərikə yolunu getmiş sufilərdir ki, Quranda onlar Səf-Səf duran mələklər ordusu kimi qeyd olunur və mən “Allahın Şərqdəki türk ordusu” adlı məqaləmdə bu haqda geniş məlumat vermişəm (sayt: http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1244). Bu isə o deməkdir ki, rəvayətlərdəki Koroğlu – Tək Allah, onun dəliləri isə mənbələrdə Allahlar, padişahlar və peyğəmbərlər nəsli kimi qeyd olunan sufi pirləridir. Koroğlunun öz müqəddəsləri ilə münasibəti də, Tək Allahla möminin münasibəti kimi, rəmzi olaraq kişi-qadın münasibətinə bərabər qəbul edilir.
Bütün bunlar o deməkdir ki, zəncir vuran şiələr Allahın sevimli xalqı olan Azər övladlarıdır. Qədim yəhudilərdə, yəni Xəzər (Azər) türk bəglərində bu sufilər - “levit”, İslamda isə “Əl-Beyt” (Əhli-Beyt) adlanırlar. Sufilər, Əhli-Beyt, yəni “Ev Əhli” dedikdə adi möminləri yox, “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü nəzərdə tutulur ki, bu da peyğəmbərin ailəsi mənasındadır. Məşhur sufi Əl-Əşari, qədim sirləri bilən bu Ev əhlini - “Danışan Quran” kimi, yəni Qurandakı biliklərin, onların ürəyində olması kimi xarakterizə edir (Абу аль-Хасан аль-Аш‘ари, “Разъяснение основ вероисповедания”, böl. 6,  http://d1.islamhouse.com/data/ru/ih_books/single/ru_Ibana_in_asul_diyana.pdf). Deməli, Əl-Beyt rəmzi - ailə qohumluğu yox, Quranın batini mənasını bilən və peyğəmbər Evinə aid olan bəglər mənasındadır. “Bxaqavad-Gita” kitabında bu bəglər – Bxakti, yəni Bəg-Xuda kimi qeyd olunurlar və burada Allah açıq elan edir ki, yalnız “Mənim bxaktilərim” məni lazımi dərəcədə dərk edə bilərlər və mənim təbiətimə çata bilərlər. Bu kitabda Allah bildirir ki, bxaktilər, öləndə möminə çevrilir və cənnətdə əbədi dinclik tapırlar (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 13/19; 9/31). Buradan isə belə nəticə çıxarmaq olar ki, Allah sevimli şiələrinə, adi insanlardan fərqli olaraq ölümsüzlük də vermişdir. Bu isə sufilərdə xoşbəxtlik deməkdir.

Mən, “Масонство - тайная организация ассасинов” adlı məqalədə göstərmişəm ki, bütün dünyanın şahları, hökmranları məhz ölümsüz Asar (Osiris) Allahının nəslidir və Allah bu batini şiələr nəsilini bəşəriyyətdən üstün yaratmış və onlara ölümsüzlük vermişdir (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1207). Bu gün zəncir vuran insanlar da məhz Allahın bu nəslinin dünyaya səpələnmiş törəmələridir. Bəşəriyyətdən üstün yaradılmış insanlar üçün, onlara xüsusi üstünlük verən Allahın ölməsi ən acı hadisə, bədbəxtlik deyilmi? İldə bir dəfə müqəddəslər nəsli, Allahın bu yaxşılıqlarına görə bədənlərinə əzab verəndə nə olacaq ki? İnsanın ən əzizi, valideyni öləndə onunçün yas tutur. İndi isə bütün Allahlar nəslinə və adi insanlara həyat vermiş Tək Allah olan Ra-Amon Allahı ölmüşdür. Onunçün başqa cür necə yas tutula bilərdi? Adi insanlar üçün bunun fərqi olmaya da bilər. Lakin biz, batini-ismaili şiələri üçün bu çox ağır dərddir. Bu, biz seyid-bəglərin cəddinin, peyğəmbərinin ölümü deməkdir ki, bundan sonra biz “Ya Cəddim” deyib peyğəmbərimizdən köməklik görə bilməyəcəyik.

Mənim, zəncir vurmanı cəhalət sayan insanlara heç bir iradım yoxdur. Biz sufiləri, başqalarının fikri heç vaxt maraqlandırmamışdır. Biz Allahımızla münasibətimizi öz ürəyimizdə qurmuşuq və bu Ər-arvad münasibəti rəmzində namus məsələsidir. Namuslu arvad, Allah kimi Ərin yasını ən yüksək səviyyədə keçirməlidir. Kimin bu haqda nə düşünməsindən asılı olmayaraq. Biz, zəncir vuran müdriklərik.

                                                                    Firudin Gilar Bəg
                                                                    www.gilarbeg.com