пятница, 12 апреля 2013 г.

Özümçün deyiləm – “Мне за державу обидно”


Qarabağ müharibəsi başlayanda mən istehsalla məşğul idim və özümün daş karxanam var idi. Gələcək həyatımı da iş adamı kimi təsəvvür edirdim. Kitab oxumaqdan xoşum gəlmirdi. Buna baxmayaraq tez-tez kitab dükanlarına və bukinistlərə gedib, tarix, fəlsəfə və s. sahələrə aid kitablar alırdım. Bir xeyli kitab yığdıqdan sonra, məndə, bunları oxuyub xalqımız və millətimiz haqqında həqiqətləri bilmək marağı oyandı. Beləliklə 1990-cı illərin əvvəllərindən mən elmlə məşğul olmağa başladım.
İlk dəfə kimmirlərin – qam ərləri, yəni şamanlar, maqlar olmasını anlayanda uçmağa qanadım yox idi. Sonra, qədim Misirin fironu Taktiz Amonun elə Kitabi-Dədə Qorquddakı Bəkdüz Əman olduğunu kəşf etdim və rəmzlər dünyasının sirlərini anlanmağa başladım. Bununla da qədim dünyanın sirləri mənim üçün açıldı. 1994-cü ildə ilk məqaləm, 1996-cı ildə isə ilk kitabım olan “Qor Əman” kitabı çapdan çıxdı. Bu kitabda, mənbələrin az olmasına baxmayaraq çox maraqlı faktlar üzə çıxarmışdım. Riyaziyyatçı üçün əsas məsələ düsturun düzgün tərtib edilməsidir və mənim də düsturum düzgün tərtib edilmişdi. Kitabları götürüb, müzakirə üçün institutlara müraciət etdim. Elə bilirdim ki, alimlər mənim açdığım həqiqətləri görüb, məni tərifləyəcəklər və elimiz haqqında həqiqətlərin üzə çıxmasında bu kitab böyük rol oynayacaq.
Lakin gözlədiyimin əksinə olaraq, alimlər mənim kitabımda göstərilən faktlara münasibət bildirmək əvəzinə, mənim düzgün ideologiyaya qulluq etmədiyimi bildirdilər. Mən onların nə demək istədiklərini anlamırdım və yazdıqlarımın da düzgün olduğunu məqalələrimdə sübut edirdim. Yalnız iki-üç ildən sonra mən başa düşdüm ki, Azərbaycanda elm yox, kiminsə diktə etdiyi fikir elm kimi təqdim olunur. Təbii ki, riyazi məntiqə malik insan kimi mən bunları qəbul etmədim və o vaxtdan elm adamları ilə mübarizəyə başladım.
Rusiyanın riyaziyyatçı akademiki Fomenko, öz “Yeni xronologiya” məntiqini irəli sürəndə, mən onun kitabını Moskvadan gətirtdim və indi AMEA-nın Tarix institunun direktoru olan Yaqub Mahmudova verdim. Üç ay “İmperiya” kitabı Yaqub müəllimdə qaldı. Bu kitab, qəbul olunmuş bütün tarixi, elmi faktlarla alt-üst edirdi. Fomenkonun gəldiyi nəticələr çox düzgün idi. Lakin o, bütün keçmişi Rusiya ilə bağlayırdı ki, bu da onun böyük səhvi idi. Mən o vaxt Yaqub Mahmudova, mərhum İqrar Əliyevə bildirdim ki, Fomenkonun cavabını vermək lazımdır. Onlar buna etiraz etdilər. Mən tək Fomenko və Nosovskinin cavabını verdim və bu cavabı da KİV-də yaydım.
Sonralar elmi müzakirələr keçirmək üçün dəfələrlə Prezident aparatından tutmuş müxtəlif elm ocaqlarına, Dini elmi şuraya müraciətlər edirdim. Lakin bütün cəhdlərim uğursuzluqla nəticələnirdi. 2004-cü ildə, mənim elmi nəticələrimi kiminsə mənimsəmək istədiyini eşitdim və KİV-də “Azərbaycanda elm yox, plaqiatlıq inkişaf edir” adlı məqalə yazdım və bununla da “elm adamlarının” düşməninə çevrildim.
2008-ci ildə son kitabım olan “Batini-Quran” kitabını çap etdirdim. Bu kitabda mən qədim dünyanın bu günə qədər açılmayan bütün sirlərinə elimi izah verdim. Qədim sirləri açan, həqiqətlərə tam işıq salan ikinci belə bir kitab yazılmamışdır və yazılmayacaqdır da. Çünki bütün sirlərin əsl mənasını mən artıq bu kitabda tam aydınlığı ilə göstərmişəm. Bu kitab eyni zamanda bütün dinlərin bir olduğunu və hamısının da Azərbaycanla bağlı olduğunu sübut edir. “Batini-Quran” kitabı - İlahi elmin giriş qapısıdır və yalnız onun vasitəsi ilə qədim mənbələri dərk etmək mümkündür. Çünki bütün qədim yazılar, kosmik səviyyəli çox böyük bir hadisənin axirətə qədər sirr qalması məqsədilə, rəmzlərlə, yəni “quş dilində” yazılmışdır və bu rəmzlərin də açarı “Batini-Quran” kitabıdır. Xoşbəxtlik ondadır ki, bu kosmik səviyyəli hadisə də məhz Azərbaycan və azərbaycanlılarla bağlıdır. Əgər bu həqiqət ortaya çıxsa, bütün insanların Azərbaycana və azərbaycanlılara münasibəti dəyişəcək və Azərilər, digər xalqların gözündə adi insanlardan müqəddəslər nəslinin törəmələrinə çevriləcək. Dünyanın bütün millət və xalqları bu xoşbəxtliyə nail olmaq üçün istənilən üsula əl atardı. Yalnız Azərbaycan alimləri bunu qəbul etmədilər və əksinə olaraq mənim KİV-ə çıxışımı da məhdudlaşdırdılar. Maraqlı haldır ki, bu istiqamətdə müxalifətlə bağlı olan KİV də onlarla həmrəyliyini büruzə verdi.
Mənim istədiyim sadəcə müzakirələr keçirmək idi. Müzakirələr isə tarixlə bağlı olan bütün alimlərin bu günə qədər yazdıqlarının cəfəngiyyat olduğunu meydana çıxaracaqdı və buna görə də alimlər bu müzakirəyə getmədilər. Deməli, Azərbaycan xalqının gələcəyi, övladlarımızın xoşbəxtliyi kimlərinsə şəxsi maraqlarına qurban verildi. Mən, Azərbaycanın yenidən ən ali səviyyədə olması üçün, onun yenidən dirilib, qədimdəki şöhrətini qaytarması üçün çalışırdım. Bunun üçün nəzəri və praktik yolları da ən yuxarı təşkilatlara dəfələrlə bildirdim. Praktik variant – Əhd sandığının və Allahın Yaradılışla bağlı Əşyalarının tapılması idi ki, bu da bilən adam üçün zaman məsələsi idi. Bu halda, Azərbaycan bir ildə həm bütün torpaqlarını qaytaracaqdı və həm də dünyanın ən inkişaf etmiş ölkəsinə çevriləcəkdi. Lakin mənim bütün müraciətlərim kimi bu müraciətim də cavabsız qaldı. Anladığım isə o oldu ki, xalqla ziyalı təbəqəsi arasında uçurum var və bunların həyatlarının əsas meyarları tam müxtəlifdir.
 Mən, həyatını ləyaqətlə yaşamış sufiyəm və özümü də dünyanın ən xoşbəxt insanı sayıram. Çünki dünyanın ən qədim və ən şöhrətli nəsli olan Gilar bəglərinin nümayəndəsiyəm. Bütün bəşəriyyət, düşünən insan kimi mövcudluğuna görə bizlərə – Azəri türk bəglərinə borcludur. Biz, Azəri bəgləri - insanları heyvan səviyyəsindən çıxarıb, onlara elm, mədəniyyət vermişik. Qədim dünyanın bütün qəhrəmanları, peyğəmbərləri məhz bu Gel elinin törəmələri olmuşlar. Mənbələrə görə Rəhman Allah buradan ərşə yüksəlmiş, İbrahim burada oda “atılmış”, Musa peyğəmbər burada İlahi oddan özünün “Vəhy çadırını”, yəni cənnət yaratmışdır. Axirətdə də Rəhman Allah - mənbələrdə Albaniya, Alu adlandırılan göydəki bu cənnəti, bizlərdən birinə əbədi verəcəyinə and içmişdir.
Sufizmdə Albaniya – nəbilər, peyğəmbərlər eli deməkdir və bura bütün müqəddəslərin ölümsüzlük qazandığı yerdir. Quran, Tövrat, İncil və s. bütün qədim kitablar bilavasitə bu Dilmun cənnətinin yaradılmasına və axirətdə onun bir nəfərə verilməsinə həsr olunmuşdur. Bu bir nəfərsə Albanların öz nəslindən, lakin bütün sirləri bilənlərdən olacaqdır. Çünki ilkin materiya, yəni ilahi enerji - kamil sistemdir və yalnız bu kamil elmi bilən, bu sistemin sahibinə çevrilə bilər. Mənbələrdə seçilmiş dedikdə də “elminə görə seçilmə” nəzərdə tutulur. Batin elmində bu insan - “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasındadır ki, İslamda bu “Əhli-Beyt” adlanır.
Mən, Allahın “Dünya” yaratmaq fikrinə düşməsindən, axirətə qədər və axirətdən də 2200 il sonrakı prosesləri bilən yeganə sufiyəm. Bu o deməkdir ki, mənim Albaniyanın sahibinə çevrilmə şansım az deyil. Təbii ki, kimin kim olduğunu zaman göstərəcək. Ancaq fakt odur ki, mənim mübarizəm müqəddəs Azərin dirilməsi üçün idi.
Qədim mənbələrə görə, dünyaya sahib kimi yaradılmış Azəri - qardaşı Set (Satana/Şet/Şeytan) tərəfindən öldürülür. Lakin oğlu Qor, anası İsida ilə əziyyətlə də olsa onu dirildir. Deməli, Azərin dirilməsi də zaman məsələsidir. Şeytani hisslərinin əsirinə çevrilmiş bütün insanların cəhdlərinə baxmayaraq, Allah, Azərin diriləcəyinə əvvəlcədən Lövhi-Məhfuzda qərar vermişdir. Allahın işi isə, əvvəlcədən yazdıqlarını həyata keçirməkdən ibarətdir.
Azərlə Setin mübarizəsi - həqiqətlə yalanın, yaxşı ilə pisin - Mardukla Tiamatın, Allahla Xaosun mübarizəsidir. Bu Günəş oğulları ilə şeytani qüvvələrə qulluq edən insanların mübarizəsidir və bütün insanlar, istəsələr də istəməsələr də bu müqəddəs mübarizədə kimin yanında olacaqlarını seçim etmək məcburiyyətindədirlər. Məhz bu əsl cihadın sonunda, göydə yeni Azər şahlığı, Albaniya cənnəti yaranacaq ki, bununla da yalan, pislik, şeytan qovulacaqdır.
Qurana görə, Allah insanı Özünə qulluq, itaət üçün yaratmışdır və itaət edənlərə öz Dilmun cənnətində yer söz vermişdir. Kimliyindən aslı olmayaraq itaət etməyənlər nə bu dünyada, nə də o dünyada xoşbəxtlik görməyəcəklər. Çox təəsüfləndirici haldır ki, bu müqəddəs işdə müsəlmanlar, əsasən də şiələr öz borclarını yerinə yetirmədilər. Çünki şiəliyə görə Vilayət elə Əlidir, yəni Alu adlandırılan Albaniyadır. Hər bir şiənin həyatının mənası da, zamanı gələndə öz imamını axtarmaq və ona mütləq itaət etməkdən ibarət olmalı idi.

                                                                                     Firudin Gilar Bəg
                                                                                     www.gilarbeg.com







вторник, 9 апреля 2013 г.

“Oğuznamə”dəki Azərbaycan haqda rəvayətin elmi izahı


“Azər”, “Azərbaycan” kəlməsinin nə demək olduğu haqqında çox yazılar yazılmışdır və mən də bu barədə öz fikirlərimi bildirmişəm. Bu məqalədə isə mən bilavasitə Fəzlullah Rəşidəddinin “Cəmi ət – Təvarix” əsərində, “Azərbaycan” adının yaranması haqqındakı rəvayətinə elmi izah verəcəyəm. Lakin öncə Şаh İsmаil Xətainin həqiqət haqqında bir sözünü yada salmaq istəyirəm. Şah babamız yazır: “Həqiqət bir gizli sirdir, açа bilirsən, gəl bəri. Küfr içində imаn vаrdır, sеçə bilirsən, gəl bəri”. Şah İsmail Xətaiyə görə, həqiqət sirdir və onu anlamaq üçün sirlər açılmalıdır. Bu sirlər isə Əflatuna görə, çox böyük və təəccübə layiq bir hadisə ilə bağlıdır. Lakin zaman keçdikcə bunlar yaddaşlardan silinmişdir və bunlar haqqında ayrıca danışırlar (Platon, «Politik», 269s).  
Fəzlullah Rəşidəddin, Azərbaycan adının yaranması ilə bağlı yazır: “Oğuz, Öz özəl atlarını Ucanın geniş otlaqlarına buraxdı. Orada olduqları vaxt Oğuz təpə yaratmaq üçün hərənin ətəyində torpaq gətirib onu bir yerə tökməsini buyurdu. Öncə o özü ətəyində torpaq gətirib tökdü. Bunu o özü etdiyi üçün bütün döyüşçülər də onun kimi bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə düzəldi və adını Azərbayqan qoydular. “Azər” türkcə uca deməkdir,“bayqan” varlıların, böyüklərin yeri anlamını verir [Bu ölkə belə adla tanındı və elə buna görə də bu gün Azərbaycan adlanır]”. Bu yazının açmasını vermək üçün, öncə onun dilini, məntiqini anlamaq lazımdır.
Oğuzların əsas kitablarından biri olan Kitabi-Dədə Qorqudda, Oğuz qəhrəmanlarının bir yerə gedişinin “qondu” sözü ilə qeyd olunması, “ağ saqqallı baban yeri uçmaq olsun”, “qanadların ucu qırılmasın”, “Qadir ulu Tanrıya yaxın uçan” və s. ifadələri, Oğuz ərənlərinin quş rəmzli ruh obrazında göstərilməsi deməkdir. Qədim Misir yazılaırnda quş deyəndə, ölənlərin Ba ruhu nəzərdə tutulurdu ki, insan öləndə onun ruhu bədəndən çıxıb, Göydəki ruhlar dünyasına köçürdü. Burada Benu quşuna çevrilən Ba ruhu əbədi xoşbəxtlik qazanırdı. Deməli, Oğuz qəhrəmanları, Göydə ölümsüzlük qazanmış qədim Misir, Şumer Allahları ilə eyni mənalıdır. Mən kitab və məqalələrimdə yazmışam ki, qədim mənbələrə görə, Şumer qəhrəmanları Azərbaycan ərazisində Dilmun cənnəti yaradaraq, orada ölümsüzlük qazanmışlar. Bu isə o deməkdir ki, Oğuznamədə qeyd olunan hadisələr Göydəki Dilmun cənnətinə də aid edilə bilər. Kitabi-Dədə Qorqudda Əzrailin real varlıq kimi göstərilməsi, onun insanla söhbəti sübut edir ki, buradakı hadisələr həm bu dünyaya və həm də qeyd etdiyim Dilmun cənnətinə aid edilməlidir.
 Digər tərəfdən, sufilərdə “quş dili” ifadəsi var ki, bu da rəmzlər dili mənasında, bizim bu gün Sufizm, Batin, Təvil, Ledun və s. adlandırdığımız elmdir. Deməli, Oğuznamə əsərini anlamaq üçün rəmzlər dilinə müraciət etmək lazım gələcək.
Rəşidəddinin rəvayətindən belə çıxır ki, Azərbaycan adını hansısa təpəyə Oğuz və onun döyüşçüləri qoymuşlar. Buna görə də ilk olaraq Oğuzun özü haqqında, yəni onun kimliyi barədə məlumatlar əldə etmək lazımdır.
Oğuznamə üzərində ciddi elmi iş aparan Şerbak yazır ki, əlyazmanın ikinci sətrinin birinci və üçüncü sözlərinin arasında öküz şəkli çəkilmişdir. Oğuz xaqan dastanında deyilir: “Bəlli olsun dedilər, onun görünüşü bax budur” və öküz şəkli göstərilir” (M. Seyidov, «Azərbaycan mifik təfəkkürünün qaynaqları», B., 1983, səh.27). Öküz simasında doğulan oğlanın üzü Göy, ağzı al qırmızı, gözləri al, saçları, qaşları qara idi. Onun ayağı öküz ayağına, beli qurd belinə, çiyni samur çiyninə, köksü ayı köksünə bənzəyirdi. Oğuzun simasının bu heyvanlara bənzəməsi onu göstərir ki, Oğuz obrazı fantosmaqorik obrazdır və onu anlamaq üçün daha geniş informasiya gərəkdir.
Araşdırıcı S. P. Tolstov yazır ki, Oğuzun “kişi stixiyası” - ünsürü (birinci arvadı) və “su stixiyası” (ikinci arvadı) ilə izdivacından Kainat yaranmışdır. Digər rəvayətlərin birində deyilir ki, bir gün Oğuz xaqan Göy hakiminə (Tanrıya) tapındı və Göydən Göy bir şüa düşdü. Günəşdən işıqlı, Aydan parlaq olan bu şüanın içində bir qız vardı (M. Seyidov, «Azərbaycan mifik təfəkkürünün qaynaqları», B., 1983, səh.26, 262, 263). Bənzər rəvayətdə isə bildirilir ki, Oğuz xaqan “Muz” dağında çadır qurur və sübhə yaxın Oğuzun çadırına Günəş kimi işıq düşür. Bu işığın içindən Göy tüklü erkək qurd çıxır və Oğuzun qarşısında gedərək ona yol göstərir və s. (F. Bayat, «Oğuz Xaqan dastanı», B., 1993, səh.130). Oxşar hadisə azərbaycanlıların “Tapdıq” nağılında da nəzərə çatdırılır. Burada Günəşlə Qara divin izdivacından doğulan Tapdıq şüa ilə birgə yerə düşür (M. Seyidov, «Azərbaycan mifik təfəkkürünün qaynaqları», B., 1983, səh. 25). Bu isə o deməkdir Oğuz obrazı kainatla, işıqla, nurla bağlı obrazdır və onun tam təsəvvür etmək üçün digər bənzər mətnləri də nəzərə almaq lazımdır. Bənzər hadisə isə Tövrat kitabında Musa peyğəmbərə aid edilir.
Tövrata görə, Musa peyğəmbər İlahi oddan, yəni ilkin materiaydan Göydə cadır qurmuşdur. Allahın sakin (Skiniya rəmzi) olduğu bu “Vəhy çadırı” Musa peyğəmbər tərəfindən “qalmaq” üçün yaradılmışdır. Bu çadırın qurulduğu gün mistik bulud vəhy çadırını bürümüş və axşamdan səhərə qədər çadırın üstündə od kimi görünmüşdü. Yəhudilərin səhrada dolaşdığı zaman Allah onların qarşısında - gündüz bulud sütunu formasında, gecə isə odlu sütun formasında gedirmiş. Musa peyğəmbər “Vəhy çadırı”na girəndə bulud sütunu “Vəhy çadırı”nın qapısında dayanır və Allah Musa peyğəmbərlə danışırmış (Библия, Исх.33:7-9). Bu od, Göydən Skiniyanın (sakin), yəni “Vəhy çadırı”nın  təsdiq edilməsi zamanı Allahın əmri ilə enmiş və heç vaxt da sönməməlidir. Qurbangahda möcüzəvi surətdə yanmağa başlamış bu müqəddəs od həmişə gözlənilir (Библия, Лев.6:12,13). Belə ki, bura həmişə qurban gətirilir və ora həmişə təzə qan tökülür ki, bu qurbanın tüstüsü Göyə qalxırdı. Deməli, Oğuz xaqanın obrazı elə Musa peyğəmbərin obrazıdır və o qurban vasitəsi ilə İlahi oddan, yəni ilkin materiyadan Göydə cadır yaratmışdır.
Çadır rəmzinə ilk dəfə qədim Misir yazılarında rast gəlinir və bu mətnlərdəki V sülalənin Neferirkara çarının yazısında Allahın çadırından danışılır. Mütəxəssislər bunu Allahın məbədindəki həyəti kimi də qeyd etmişlər ki, Allah bilavasitə bu çadırda mövcud olmuşdur (Древний Восток, сборник 1, М., 1975, səh.116).
Oğuz xaqan eposunda deyilir: “Qoy Günəş bizim bayrağımız, Göy isə çadırımız olsun” (F. Bayat, «Oğuz Xaqan dastanı», B., 1993, səh.127). Oğuz xaqanın Göyü çadır adlandırması məntiqinə Kitabi-Dədə Qorqudda da rast gəlinir. Belə ki, burada Göy çadırı – “doqsan başlı ban evi”, “ağ ban ev”, “ağ otaq”, “qızıl başlı ala çadır” və s. adlandılır. Bu ağ ban evli, ağ otaqlı çadır həm qara yerin üzərinə və həm də gög ala (görkli) çəmənə otaq kimi tikdirilmişdir. O - “Atlasda yapılanda Göy sayvanlı” çadır adlandırılır ki, Alar sabah sapa yerdə tikilmişdir (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh.42,55,63,68,94,91,126). Belə çıxır ki, Oğuz dastanında söhbət, qurbanlar vasitəsi ilə, Göy çadırı kimi təsəvvür olunan ruhlar dünyasının yaradılmasından gedir.
Kitabi-Dədə Qorqudda bildirilir ki, Allahdan “bir şey” qazanmaq üçün, çadır qurub qurban mərasimi keçirmək, atdan-ayğırdan, dəvədən-buğra, qoyundan-qoç öldürüb, təpə kimi ət yığıb, ulu toy etmək lazımdır. Qurban mərasimi Oğuznamədə də nəzərə çatdırılır. Burada bildirilir ki, öz yurduna sağ-salamat qayıtması ilə əlaqədar Oğuz, bayram üçün 90 min qoyun, 900 min dayça qırdırır və pir edib qızıl ev, çadır ucaldır. Bu isə o deməkdir ki, Oğuzun təpə yaratmaq üçün ətəyində gətirdiyi “torpaq”, Göyə qalxan qurban ruhlarıdır. Yerdə qurbanlıq heyvanların çəsədlərindən təpə düzəldən Oğuz, magiyanın “bənzər bənzər yaradar” (qomeopatik magiya) qanununa uyğun olaraq, onların ruhlarından da Göydə “təpə” yaratmışdır. Qurbanlıq heyvanlardan biri də öküz olmuşdur ki, qədim Misir rəsmlərində, Göydəki ruhlar dünyası Göy öküzünün bədənində göstərilir.
Öküz rəmzi qədim Misir yazılarında Ra-Amon Allahına aid edilir və O - “Ta-Setinin öküzü”  (İlkin materiyadan yaranmış Öküz) adlandırılır. Mənbələrdə bu öküz “Geliopol öküzü” kimi də qeyd olunur (О. И. Павлова, «Амон Фиванский», М., 1984, səh.75). Deməli, Oğuz, yəni öküz obrazı elə Ra-Amon Allahının obrazıdır. Misir yazılarında açıq yazılır ki, Nut Göyü – Göy öküzünə çevrilərək Ra Günəşini öz belinə götürür və onu, Osirisin ayağı qaldığı Maryutun şəhərinə gətirir (Э. А. Уоллис Бадж, «Египетская книга мертвых», М-СПб, Ексмо, 2005, səh.22). Mariyut rəmzi mənbələrdə Mar-Tu (Ta-Meri) kimi yazılır və marlara, yəni midiyalılara aid edilir. Bu isə o deməkdir ki, Ra-Amon Allahı Göy aləmini öküz rəmzində özünə tabe etmiş və oranda Ra Günəşi obrazında yaşayır.
Kitabi-Dədə Qorqud abidəsinin Vatikan variantında qeyd olunur ki, «Oğuzun içində təmam vilayəti zahir olmuşdu». Bu o deməkdir ki, bir elin içində ikinci el yaranmışdı. Deməli, abidədə qeyd olunan Taş el - Oğuz eli (Taş Oğuz), onun içində yaranmış el isə İç eldir (İç Oğuz). Burada «vilayət» sözünün işlənməsi isə onu göstərir ki, «təmam vilayəti» anlayışı bilavasitə sufizmlə bağlıdır. Sufizmdə «vilayə», «vilayət» sözləri (övliya, vəli sözləri ilə eynidir), sufi müqəddəslərinin keyfiyyəti, onların Allahla bağlılığı mənasındadır. Lakin bu rəmz eyni zamanda ərazini, məkanı bildirir ki, bu da İlahi nurdan yaradılmış ərazi, vilayət deməkdir.
Yazdıqlarımızdan belə çıxır ki, Oğuz obrazı qədim Misirin Ra-Amon Allahının obrazıdır və bu Allah, Oğuz elinin Göylərində çadır kimi təsəvvür olunan ruhlar vilayəti, yəni cənnət yaratmışdır. Bu vilayətin Oğuzun içində yaranması isə o deməkdir ki, Oğuz burada Göylərdə yaranmış El mənasındadır. Mən kitab və məqalələrimdə xüsusi qeyd etmişəm ki, Orxon Yenisey abidələrində türk xanının iddiasına görə məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır. “Moyun Çor” abidəsində isə türk xanı Tolis bildirir ki, o Tanrıda olmuş və orada El yaratmışdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134). Bu isə Oğuzun həqiqətən də qədim Misirin Ra-Amon Allahı obrazında olması deməkdir və Göydəki cənnəti də məhz O yaratmışdır.
Oğuz rəmzi ən qədim rəmzlərdən biri olub, mənbələrdə Okuz, Xaos, Aqios, Kus, Kuş, Kiş və s. kimi yazılır və müxtəlif mənalarda göstərilir. Bu rəmzin kökü Oğ, Oq, Ok və s. rəmzləridir ki, Kitabi-Dədə Qorqudda, İç Oğuz əvəzinə digər yerdə Üç Oq yazılır. Sufizmdə əsas mənanı samitlər daşıyır ki, buradakı “Ğ”, “Q”, “K” və bənzər rəmzlər – “Hu” adlandırılan ilkin materiyanı bidirir. “Hu”, yəni ilkin materiya isə bütün bəşəriyyətə həyat vermiş enerjidir və mənbələrdə bu ünsür - “İlahi od”, “dirilik suyu” və s. kimi qeyd olunur. Oğuz rəmzindəki “Z” samiti isə Kitabi-Dədə Qorqudda “İssi” kimi yazılan (İslamda Uzzi) və “ruh” mənasını verən rəmzdir. Deməli, Oğuz dedikdə - “Oq-İssi”, yəni “ilkin materiyanın ruhu” fikri başa düşülməlidir ki, bu da həm ilkin materiyanın özünə və həm də bu materiyadan əmələ gəlmiş insan ruhuna aid edilir. Qədim Misir yazılarında “KZ” kimi yazılan bu rəmz - “həyat enerjisi” fikrini ifadə edirdi və ilkin materiya mənasını verirdi. Deyimlərimizdəki eyni mənalı Xız rəmzi də İlahi od mənasında işlənir və onu yalnız ölümsüzlük qazanmış Xızır peyğəmbər gətirə bilir: “Xızır, Xızır Xız gətir, var dərədən od gətir” və s.
Oğuzun, Öz özəl atlarını Ucanın geniş otlaqlarına buraxması dedikdə, burada söhbət, qurbankəsmə ritualı zamanı bu atların ruhlarının ilkin materiya sahələrinə yayılması başa düşülməlidir. Ucan rəmzi sufizmdə Can, Qan, Xan, Kün və s. rəmzlərlə eyni mənalıdır və qurban ruhlarının ilkin materiya ilə qarışığını bildirir. Şumer və s. mənbələrində bu rəmz Ki-Nun, Nunki, Enki, Kənan, Kün və s. formalarda yazılır və Göydə yaradılmış Edin (Ədn) cənnət mənasında olan Etemenanki abidəsinə aid edilir. Bu rəmzi başa düşmək üçün qədim Hind mənbələrindəki “Aşvamedxa” ritualının mənasını bilmək vacibdir. Aşvamedxa ritualı – “Kainat atı”nın yaradılması ritualıdır ki, bu zaman maq (teurq) - söz, fikir və qurban ritualı vasitəsilə, kəsilən qurbanın ruhunu Göylərlə əlaqələndirir və bundan sonra Göyləri maq idarə etməyə başlayır. Mən “Batini-Quran” kitabında bu ritualın elmi izahını vermişəm (Firudin Gilar Bəg, “Batini-Quran”, B.,2008, səh.72). Qədim mənbələrdə qeyd olunan kentavr, yəni adambaşlı at obrazı da məhz Göyləri idarə edən bu maq-teurqun obrazıdır. Deməli, Oğuzun, özəl atlarını Ucanın geniş otlağına buraxması dedikdə, Oğuz obrazında göstərilən türk piri (fironu) Amonun keçirdiyi Teurqiya (Allahyaratma) ritualı başa düşülməlidir.
Kainat atının yaradılması haqda məşhur sufi Mühidin ibn Ərəbi də danışır. O, kainat atının yaranma prosesini Livan dağları ilə bağlayır ki, qədim mənbələrdə Livan rəmzi Alban rəmzi mənasındadır. İbn Ərəbi “Füsus ül Hikəm” kitabında yazır: «İlya – İdris idi ki, Nuha qədər peyğəmbər olmuşdu, Allah onu yüksək yerə ucaltmışdı: O Göy  kürəsini mərkəzində, Günəş kürəsində dincəlir... Bax, bu İdris olan İlyaya elə gəldi ki, Livan dağı (bu dağın adı  “lubana” sözündəndir və “tələbat” deməkdir), bütün orqanları oddan olan odlu ayğırdan qopdu. Bunu görəndə o, ayğırı yəhərlədi, onda olan üsyani ehtiraslar onu tərk etdi: o ehtirassız ağıla çevrildi, çünki artıq ruhun tamahkar məqsədindən ayrılmışdı. Allah onda təmizlənmiş halda oldu – o zaman onda Allah haqqındakı biliyin yarısı var idi. Çünki ağıl özündən başqa, hər şeydən yayınanda və yalnız öz düşüncələrindən qaynaqlananda, o  Allahı bənzətmədə yox, təmizlənmiş halda tanıyır. Əgər Allah ona öz təzahüründə bilik verirsə, onun Allah haqqındakı biliyi həyata keçir: O onu birində təmizləyəcək, digərində bənzədəcək, Allahın təbii və elementar formalarındakı axmasını görəcək: bu zaman o istənilən formada Allahın təzahürünü, həmin formanın təzahürü kimi görəcək. Allahın göndərdiyi və gətirilən qanunlar haqqındakı bilik tam halda belədir, bu biliklər təxəyyülün bütün gücü ilə bərqərar olmuşdur” (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl.22). İbn Ərəbinin bu sitatından da görünür ki, burada söhbət, mənası çox dərin olan bir yaradılışdan gedir və onu müasir məntiqli insanlara izah etmək çox çətindir. Əsas məsələ isə odur ki, bu Kainat atı yaradıldıqdan sonra, bütün dünya – Göydə Allah yaratmış türk xanı Ra-Amonun iradəsinə (beyninə) tabe olur. Başqa sözlə Oğuz, bu ritualdan sonra dünyanın sahibinə çevrilir.  
Kitabi-Dədə Qorqudda bildirilir ki, Səgrək özünün, yelisi qara “qazlıq” atına minib, “Qanlı Oğuz eli”ndəki Arqurı yatan Ala dağ ətəginə gəldi (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh.111). Səgrəyin atının “qazlıq” adlandırılması, onun Qaz/Xız/Xaos mənasında olan ilkin materiyadan yaradılmış Kainat atına minməsi deməkdir. Burada Oğuz elinin də “qanlı” adlandırılması, bu elin də qanla, yəni qurban ruhlarından yaradılması mənasındadır.
Kitabi-Dədə Qorqudda, Oğuzların çadırları qırmızı, Oğuz eli isə qanlıdır və o qana bulanmış çaydan o tərəfdə yerləşir. Kitabda Dərbənd şəhəri “qanlı qara Dərvənd” adlanır və o kafirlərin yaşadığı iqlim Aranda, yəni Aran ölkəsində yerləşir. Bu qanlı dünyanın girişi isə qanlı sulardan o yandadır. Lakin kitabda təkcə Oğuz eli qanlı adlandırılmır. Buradakı bəglər – “Qanlı Oğuz bəgləri”, sular – “qanlı-qanlı sular”, Oğuz elinin ordusu isə “Qan alaca ordu” adlandırılır  (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh.58,38,74). Bu isə o deməkdir ki, Oğuz eli, qanla, yəni qurban vasitəsi ilə Göydə yaradılmış ruhlar dünyasıdır.
 Maraqlı faktdır ki, buradakı qanlı sular daşqınla əlaqələndirilərək “qanlı suyun daşqını” ifadəsi işlədilir. Bu isə qədim mənbələrdəki Nuhun daşqını, yəni “subasma” mənasındadır. Əhdi-Ətiqə görə, Allah məhz bu subasma üzərində hökmranlıq qazanmışdı (Библия, Псалом, 28:10). Belə çıxır ki, Oğuz elinin “qanlı” adlanması - ilkin suların (ilkin materiyanın) daşması ilə, yəni subasma hadisəsi ilə bağlıdır və Oğuz xaqanın obrazı Teurqiya ilə Göydə Allah yaratmış türk xanının obrazıdır.
Oğuzun təpə yaratması üçün ətəyində torpaq gətirməsi də rəmzi mənadadır. Qədim Misir yazılarında bu təpə, xaosdan, yəni ilkin materiyadan yaradılmış “İlkin təpə” adlandırılır. “Piramida mətnləri”nə görə, Atum Allahı bu təpə ilə birgə yoxdan var olmuşdur. Öz-özünü yaratmış Atum Allahı mənbələrdə Geliopol, yəni Gel şəhəri ilə əlaqələndirilir və ilkin Benben təpəsi də məhz burada əmələ gəlmişdir. Kitabi-Dədə Qorqudda Benben təpəsi – “Bambam təpə başı” kimi qeyd olunur. Mənbələrə görə qədim Misirin Atum Allahı - Doqquz Allahdan (Enneadanın Doqquz Allahı) yaranmışdır ki, bu rəmz bizə Doqquz Oğuz kimi məlumdur. Bu isə onu deməyə əsas verir ki, Oğuzun təpə yaratması rəmzi, ilkin materiyadan Göydə ruhlar dünyası yaratması mənasındadır və Tövrata görə bu Göy dünyası “7 günə” yaradılmışdır.
Tövrat yazır ki, Allah yeri və Göyü yaradanda, yerdə hələ heç bir kol-kos yox idi və sahələrdə heç bir ot birtmirdi. Çünki, Allah hələ yerə yağış göndərmirdi və yerdə əkin əkmək üçün insan yaranmamışdı. Lakin yerdən buxar qalxırdı və yer üzünü bütöv suvarırdı. Məhz bu buxarın qalxmasından sonra Allah Adəmi və onun üçün Şərqdə Edem cənnətini yaratdı (Библия, Быт. 2:4-8). Buradakı Adəm və Edem rəmzləri, qədim Misirin Atum rəmzi ilə eyni formada yazılır. Məşhur araşdırıcı Devid Rola görə, Adəm [DM] adı, qədim Misirin Atum [TM] Allahının adı ilə eyni mənalıdır (Д. Рол Генезис цивилизации. Откуда мы произошли… Эксмо, М., 2002, səh. 441). Bu isə Adəmin elə Atum Allahı olması deməkdir. Belə çıxır ki, buxar deyəndə, adi buxar yox, qurban ruhlarının buxar kimi Göyə qalxması başa düşülməlidir və Göydəki Edem (Dilmun) cənnəti, Adəm də bu qurban ruhundan yaranmışdır. Tövrata görə, Adəm yaradılanda kosmik ölçülü, yəni “dünyanın o başından bu başına qədər” olmuşdu (Библия, Втор. 4:32). Bu isə, söhbətin həqiqətən də Göydə yaradılmış kosmik ölçülü varlıqlardan getməsi deməkdir. Mühiddin ibn Ərəbi, yaradılmış Adəmi – Allah və “dünya” adlandırır (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl.1). Mən - “Книга Гора или расшифровка Торы” adlı kitabımda faktlarla göstərmişəm ki, dünyanı altı günə yaradan və yeddinci gün dincələn Allah elə qədim Misirin Ra-Amon Allahıdır və “Allah dünyanı yaratdı” dedikdə də söhbət yaşadığımız fiziki dünyadan yox, Göydə, Atum Allahının bədənində yaradılmış ruhlar dünyasından gedir. Hədislərə görə də - “torpaq öküzün buynuzunda, öküz balıqda, balıq suda, su havada, hava isə nəmlikdə dayanır və nəmlikdə bilənlərin biliyi hüdudlanır”. Belə çıxır ki, qədim mənbələrdə yer, torpaq deyəndə, yaşadığımız bu fiziki dünya yox, Oğuzun qurban vasitəsi ilə Göydə yaratdığı ruhlar dünyası, yəni cənnət başa düşülməlidir.
Atum rəmzi sufizmdə Tamam rəmzi ilə eyni mənalıdır ki, Kitabi-Dədə Qorquda görə Tamam vilayəti Oğuzun içində zahir olmuşdu. Deməli, Oğuzun içində zahir olan Tamam vilayəti – elə qədim Misirin Atum Allahıdır ki, o da ilkin təpə ilə birlikdə zühur etmişdir. 
Yazdıqlarımızdan belə qənaətə gəlmək olar ki, Oğuzun özünün və döyüşçülərinin torpaq gətirib, təpə düzəltməsi, qurban ruhlarından Göydə ruhlar dünyası yaratması mənasındadır. Qədim Misirin “Ölülər kitabın”a görə, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Beytdə yerləşdirir və Allahın taxtı üçün sular yaradır. Buradakı Beyt, yəni Ev elə Allahın Evi mənasında ruhlar dünyası deməkdir.
Qədim Misir mənbələrində Göylərdə yaradılmış bu ruhlar dünyası - Nut Göyündə yaradılmış Qeb torpağı (İslamda Qeyb aləmi) kimi də məlumdur. Kitabi-Dədə Qorqudda “Qaba aləm” kimi qeyd olunan bu Qeb Eli, digər mənbələrdə Qebel, Qubla, Qiblə, Qəbələ və s. kimi yazılır.
Qəbələ şəhəri mənbələrə görə - Alban dövlətinin paytaxtı, Alban Arşakidlərinin iqamətgahı və Alban arxiepiskopunun qərargahı olmuşdur. Əl-Bəlazuri, “Kitab Fütuh əl-Buldan” əsərində Qəbələni Xəzər adlandırır və onun Arranda tikildiyini qeyd edir. Digər mənbələrdə Xəzər rəmzi Azər, Arran rəmzi isə Xarran kimi də yazılır ki, sufizmdə bunlar eyni məna daşıyırlar. Xarran – ən qədim mənbələrdə Azər oğlu İbrahim peyğəmbərin vətəni olmuşdur. İbrahim peyğəmbərsə Qurana və Mühiddin ibn Ərəbiyə görə, İlahi oddan (Azər odu) Göydə cənnət yaratmış müqəddəsin obrazıdır.
Qəbələ rəmzi ən qədim Misir yazılarında Qubla kimi də yazılır ki, rəvayətə görə ölmüş Osiris, yəni qədim Misirin Asar Allahının bədəninin yerləşdiyi “Qutu” burada sahilə atılmış və o buradakı “ağac”da “ucalmışdır”. Bənzər hadisə Oğuznamədə Qıpçağın doğulması kimi qeyd olunur. Ağac rəmzi Əhdi-Ətiqdə “Dünya ağacı” mənasında, Allahın Göydəki eli kimi göstərilərək, Misir, Assur ölkələri adlandırılır (Библия, Езек.31:3,4,7). Devid Rol, Misir sözünün – “M-Asar”, yəni “Asardan doğulmuşlar” (Azər oğulları) mənasında olduğunu yazır. Asar (Osiris) rəmzinin mənbələrdə Oziri, Aziru, Azər və s. kimi də yazılışını nəzərə alsaq başa düşərik ki, Göylərdə yaradılmış ruhlar dünyası elə qədim Misirdə ölüm şahlığı adlandırılan Osiris/Asar Allahının şahlığıdır. Azərbaycan dedikdə də Göydə, Asar/Osiris/Azər Allahının şahlıq etdiyi cənnət təsəvvür olunmalıdır. 
Bütün bunlar o deməkdir ki, Azərbaycan adlandırılan təpə, qurban ruhlarından Göydə yaradılmış təpə mənasındadır və digər mənbələrdə bu təpə - Göy okeanındakı ada kimi də təsvir olunur. Ölmüş insanın ruhu da bu təpəyə qalxaraq burada ömrünü Ba/Benu quşu cildində davam etdirir. Benu quşlarının Göydəki bu eli də mənbələrdə El-Benu, yəni Alban kimi yazılır. Belə çıxır ki, Albaniya elə Azərbaycan Göylərində yaradılmış ruhlar dünyasıdır.
Tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi - vərəsəliklə Gel elindəki GelarKüni nəslindən kiməsə əbədi verilmişdir (М. Хоренаци «История Армении», I kitab, böl.12). M. Xorenatsi, əjdahalar nəsli olan GelarKüninin Sisaka/Sisakan tayfasını -  “qədim şah toxumu” və tacqoyan Baqaratın, yəni Aratta bəglərinin nəsli adlandırır. Sisakan rəmzi onu göstərir ki, Allahın sakinliyi olan “Vəhy çadırı” (Skiniya) məhz burada yaradılmışdır və Sisakan nəsli də Allah ruhunu daşıyan müqəddəslər nəslidir. Tacqoyan rəmzi isə o deməkdir ki, bütün ölkələrin şahlarının tacını məhz bu Gel elindən olan bəglər qoymuşlar.
Bartold yazır ki, Səlcuq imperiyası dövründə yayılmış türk geneoloji rəvayətlərində “Oğuz” adı əvəzinə “Çigil” (İç-Gel) adı çəkilirdi ki, İssık-Göl (Sisaka-Gel – F. G. B.) ətrafında yaşayan bu köçəri çigillərin (karluk – F. G. B.) arasında xristianlar da mövcud idi. Zəkəriyyə Qəzvini (XIII əsr.) də oğuzları xristian saymışdır və mənbələrə görə Albaniyada da xristianlar yaşamışlar. Yazılanlara görə, onların şimal qonşuları olan kimakların ölkəsində qaya olmuşdur ki, onda adam ayağının, dizinin və uşaq ayağının izləri var idi. Oğuzlar onu İsa peyğəmbərə aid edib, bu izlərə səcdə edirdilər (В. В. Бартольд, «Сочинения», том.II, часть I, М., 1963, səh. 578,36,565).
Çigil rəmzi – İç Gel, yəni İç Oğuz mənasındadır. İç Oğuz isə, Göydəki ruhlar dünyasıdır və burada quş qiyafəsində olan ruhlar yaşayır. Xristian sözünün kökü olan Xris rəmzi, ən qədim mənbələrdə Horos/Horis kimi yazılan qədim Misirin Qor Allahının rəmzidir. Qor qızılquşu rəmzində olan Misir Allahlarının vətəni isə El-Benudur, yəni Albaniyadır. Bu isə o deməkdir ki, ən qədim mənbələrdə xristian dedikdə Benu Elində qızılquş qiyafəsində yaşayan Qor fironlarının ruhu nəzərdə tutulurdu və bunlar da mənbələrdə ölümsüzlük qazanmış Azərin, yəni Asar/Osiris Allahının müqəddəslər nəslinə aiddir. Xristianların Qalileydən, yəni Gel elindən olan İsa peyğəmbəri - yəhudilərdə Yeşua, qədim Misirdə Şu Allahı, müsəlmanlarda isə Şiə kimi qalmışdır. Gel elinin şiə nizariləri (Gelati-Şiə) isə ən qədim mənbələrdə nazaretli və ya nasaralı adlandırılırdı və mən bu rəmzlərə son məqalələrimdə izah vermişəm.
Avropa mənbələrində Azəri müqəddəslərinin Gel nəsli – Gel oğulları (Qulyard) adlandırılır və bütün Avropa şahlarının, din xadimlərinin, masonların onlar olduğu nəzərə çatdırılır. Qrase DeOrseninin “Quş dili. Avropanın gizli tarixi” adlı kitabına görə, Avropadakı bütün qədim tikililəri də - bu “quş dil”i bilən Gel oğulları yaratmışlar. Əgər nəzərə alsaq ki, Şimal salnamələrinə görə, Azər tayfasının başçısı Ziqqe öz tayfasını Xəzər ətrafından Avropaya gətirir və Rusiyadan başlayaraq Avropa ölkələrinin hər birində öz oğullarından birini başçı qoymuşdur, razılaşarıq ki, Ziqqe rəmzi elə Sisaka rəmzidir. Sisaka nəslinin Gel eli isə elə ilkin təpənin yaradıldığı Geliopol şəhəridir. Belə çıxır ki, Rəşidəddinin “bayqan” rəmzini varlıların, böyüklərin yeri anlamında göstərməsi heç də təsadüfi deyildir. Azərbaycan adlanan ölkə Gel elindən başlanır ki, məhz buranın qədim sakinləri olan bəg-ərənlər, Kitabi-Dədə Qorqudda “Dünya Mənim” deyərək, dünyanın sahibləri olduğunu iddia etmişlər.
Sonda onu bildirmək istəyirəm ki, mən, “Batini-Quran” kitabında və məqalələrimdə bütün bu rəmzlərin tam elmi izahını vermişəm. Gəldiyim nəticə isə ondan ibarətdir ki, Azərbaycan adlanan ölkə - Allahın “Dünya” yaratmağa başladığı ən qədim və müqəddəs yeridir. Bunu kitab və məqalələrimdə də mən təkzibolunmaz saysız faktlarla sübut etmişəm.

                                                                         Firudin Gilar Bəg
                                                                         www.gilarbeg.com

четверг, 28 марта 2013 г.

Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi


Cənnət nədir, harada və necə yaranmışdır? Biz bu cənnətə düşə biləcəyikmi? Bu haqda məlumatları hardan öyrənmək olar və s. suallar, insan yaşlaşdıqca, onu düşündürməyə başlayan ən əsas suallardır. Bu suallara cavab tapmaq üçün isə, qədim mənbələri diqqətlə araşdırmaq lazımdır. Lakin bu mənbələr xüsusi məntiqlə yazılmışdır və onları anlamaq üçün, qədim sirləri bilmək vacibdir. Bu haqda mən, “Batini-Quran” kitabında, məqalələrimdə geniş məlumat vermişəm və bildirmişəm ki, bütün qədim yazıların batini, yəni gizli mənaları vardır. Rəmzlərlə yazılan bu gizli mənalarda, Allahın bu dünyada gördüyü işlər təsvir olunur.
Əflatuna görə, bütün qədim yazılar və digər şeylər, sirli bir hadisəyə həsr olunmuşdur  (1). Bu hadisə isə, Allahın, insanların tam xoşbəxtliyə çatması üçün göydə yaratdığı Cənnətlə bağlıdır.
Cənnət haqqında məlumatlara, demək olar ki, bütün xalqların rəvayət və mifologiyalarında rast gəlinir. Şumer, Misirdən tutmuş Çin, Hind, Kelt, Ərəb, Rus, Yapon və s. xalqların mənbələrində Cənnət haqqında məlumatlar verilir və bu məlumatlar heç də fantaziya kimi qeyd olunmur. Bu isə o deməkdir ki, bu məlumatlarda həqiqət vardır, yəni Cənnət həqiqətən mövcud olmuşdur.
Əflatun “Fedon” əsərində, insanın öləndən sonra o dünyaya düşüb, orada əbədi yaşamasını reallıq kimi göstərir və qeyd edir ki, “orada da insanlar yerdə yaşadıqları kimi yaşayırlar. Onların da orada öz məbədləri, müqəddəs yerləri var və onlar o dünyada, yəni Cənnətdə dərdsiz-qəmsiz ömür sürürlər. O dünyadakılar yerdəki insanlarla yuxugörmə və s. telepatik yollarla əlaqə saxlayırlar... Bizim üçün su, dəniz nədirsə, onlar üçün o havadır. Bizim üçün hava nədirsə, onlar üçün o efirdir. Onlar heç vaxt xəstələnmirlər. Ağılda, görmə və eşitmədə onlar bizdən hava sudan və efir havadan nə qədər təmizdirsə, bir o qədər fərqlənirlər” (2). Deməli, qədim dövrün ən görkəmli filosofu olan Əflatuna görə, Cənnət həqiqətən mövcuddur.
Cənnət haqqında ilk məlumat, hələ 5 min il bundan əvvəlki Şumer yazılarında verilir. Burada, Allahların əbədi yaşamaları üçün yaratdıqları Dilmun xoşbəxtlik adasından danışılır. Ümumiyyətlə xoşbəxtlik rəmzi bütün qədim mənbələrdə, insanın ölümündən sonrakı vəziyyətinə, yəni insan ruhunun düşdüyü məkandakı vəziyyətinə aid edilir. Qədim yazıların məşhur araşdırıcısı Devid Rolun yazdığına görə, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır. Rolun gətirdiyi sitatlara görə, Dilmun, Zaqros dağ təpələrinin arxasında, İran ərazisində yerləşir. Günəşin doğduğu yerdə, yəni Şərqdə yaradılmış Cənnət, mənbələrdə “Ölməzlər ölkəsi” adlandırılır ki, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. Bura xoşbəxtlik, hüzur yeridir və ən əsası təhlükəsiz yerdir (3).
Məşhur arxeoloq və alim Piter Kornuellə görə, Dilmun/Tilmun adasının digər adı Tilosdur ki, bizə bu rəmz Tolis kimi məlumdur (4). Mənbələrdə Tolis (Toliş) rəmzi Göytürk xaqanlığına aid edilir və Türk Budunu adlandırılır. “Moyun Çor” abidəsində türk xanı Tolis iddia edir ki, o Tanrıda olmuş və orada El yaratmışdır. Orxon Yenisey abidələrindəki Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində isə türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (5). Türklərin göydə Tanrı, yəni Allah yaratması mənbələrlə də təsdiqlənir. Bu mənbələrdə “türk” sözü “teurq” kimi yazılır ki, Batin elmində bunlar eyni mənalı sözlərdir. Xalkidli Yamvlix, özünün əsas kitabı olan “Misir sirləri haqqında” kitabında teurqları Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri - ruhlarının yaradıcı Allahla vəhdətidir (6). O, teurqun Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Qəbul olunmuşdur ki, “teurqiya” sözü - Allahla vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah yaratma” kimi də tərcümə edirlər. Deməli, türk sözü ən qədim mənbələrdə - “göydə Allah yaradan müdrik” mənasında olmuşdur. Teurqların göydə Allah yaratma prosesinin texnologiyası hind mənbələri olan Upanişadalarda qeyd olunur. Burada brahman və kahinlər - himn, qurbanlıq formulu və magik hərəkətlərlə, qurbanlıq heyvanların ruhlarının göydə toplanmasına və onların iradələrini həyata keçirən kosmik varlığa, yəni Elə çevrilməsinə nail olurlar. Bu o deməkdir ki, Göytürk xaqanlığı - Göydə, qurbanlıq heyvanların ruhlarından, magiya vasitəsi ilə yaradılmış El mənasındadır və bu Eli – Tolis (Toliş) Türk Budunu yaratmışdır. Devid Rolun Dilmun adlandırdığı, ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı ölkə də - elə türklərin Göydə yaratdığı Göytürk xaqanlığıdır.
Hindlərin məşhur “Bxaqavad-Gita” (Bhaqavad-Gita) kitabına görə ruhlar dünyası - Dxarmakşetradakı Kuru sahəsində yaradılmışdır ki, burada Allahlar qurban mərasimi keçirirlər. Məhz buradakı “döyüş”dən sonra – ruhlar dünyası, yəni günahlardan, bədbəxtlikdən kənar brahman dünyası yaranır ki, bu da əbədi xoşbəxtlik dünyası mənasındadır (7).
Dilmun rəmzi Sebeosun əsərində Delum kimi yazılır və onun Midiya dağları ilə bağlı olduğu göstərilir (8). İran ərazisində bu rəmz Deyləm kimi məlumdur və bura İsmaili dövlətinə daxil olmuşdur. Əbu əl-Ala İbn Xassul, “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində, İbrahim əs-Sabinin “Ət-Taci” kitabına əsasən, Deyləmilərin geneologiyasını, onların dövlətlərini, ləyaqətlərini xüsusi qeyd edir və onların tam xoşbəxtliyə çatmalarının sirlərini və onların zamanı qabaqlamalarını xüsusi vurğulayır (9). Deməli, zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış Deyləmlər - Dilmun adasında ölümsüzlük və xoşbəxtlik qazanmış Tolis türkləridir. Buradakı ada rəmzi, Dilmun Cənnətinin göy okeanında ada kimi təsəvvür edilməsi mənasındadır.
Deyləm ərazisi mənbələrdə Gilan adlanır ki, Herodot bu ərazini Gelon kimi qeyd edir və əhalisini də skif/sak tayfası olan Budinlər adlandırır. Budinlər isə elə Tolis (Toliş) Türk Budunu mənasındadır. Mənbələrdə saklar deyəndə, adlı-sanlı tayfa olan Sisaka nəsli nəzərdə tutulur və Gel eli olan Gelarküniyə aid edilir. Deyləm (Delum) rəmzi də Gelarkünidə yaradılmış Telami tikilisidir (10).  Deməli, Gilan, Gelon, Deyləm, Delum və s. dedikdə, Gel Eli olan Gelarküni başa düşülməlidir. Gel şəhəri, yəni Geliopol - qədim Misir yazılarında, Allahın “Dünya”nı yaratmağa başladığı yer sayılır və mənbələrə görə, Asar/Osiris Allahının bədəni burada uyuyur. Qədim Misir mənbələrində Asar/Osiris/Azər şahlığı - ölüm şahlığı, yəni Cənnət adlanırdı ki, ölənlərin ruhu burada həyatlarını davam etdirirdilər.
Qədim Misirlilərin “Ölülər kitabı”nda, ölüm şahlığı Sexet-xotepet, və ya “Dinclik (hüzur) sahələri” (Yelisey sahələri) adlandırılır. Bu kitabdakı bir bölümün mətni belədir: “Buradan Sexet-Xotepet və işığa çıxma haqqında bölüm başlanır: Ölüm şahlığına giriş və çıxış haqqında bölüm: Sexet-Aaru-da görünmə: Küləklər hökmdarı, Qüdrətli şəhər Sexet-Xotepetdə qalma: Orada güc qazanma: Orada Hu-ya çevrilmə: O torpaqlarda əkin əkmə: Orada məhsul yığma: Orada qidalanma: Orada susuzluğu dəf etmə: Orada cismani məhəbbətlə məşğul olma: Və yerdə edilənləri hamısının orada edilməsi” (11). Bu isə o deməkdir ki, Dilmun cənnəti, bizim yaşadığımız fiziki məkan kimi yaradılmışdır və insanların ruhları, orada da bu dünyadakı kimi yaşayırlar.
Məşhur alim Devid Rol, Dilmun xoşbəxtlik adasını eyni zamanda nəhəng ilan obrazında göstərir və onu eyni zamanda Atum-Xarakti obrazında böyük Günəş Allahı və Ra-Atum Allahı adlandırır (12). Buradakı Atum rəmzi, Şumer yazılarında Etemenanki, yəni Atum-Nunki formasında yazılır ki, bu da Babildə tikilmiş “yerlə göyün təməl evi” mənasındadır. Tövrata görə, məhz Babil qülləsinin tikilməsindən sonra Allah insanların dillərini dəyişib, dünyaya səpələdi ki, bu tikinti haqqında məlumatlar insanlar üçün gizli qalsın. Deməli, başı göylərə çatan Babil qülləsi elə Dilmun Cənnətinin rəmzidir.
Devid Rol, Cənnətin yaradıldığı yeri Edin adlandırır ki, Quranda da Cənnətin adlarından biri Ədn kimi qeyd olunur. Quran yazır: “Allah mömin kişi və qadınlara əbədi qalmaq üçün altından çaylar axan bağlar və Ədn cənnətində gözəl yaşayış yeri vəd etmişdir. Allahın bu xoş niyyəti daha böyükdür: bu – böyük xoşbəxtlikdir… Onların Allah yanındakı mükafatı – altında çaylar axan Ədn cənnətidir ki, onlar orada əbədi qalacaqdır…” (13).
Batin elmində Ədn/Edin rəmzi eyni zamanda Din rəmzidir və bu da insanın etiqadını, inancını bildirir. Məşhur İslam alimi Mühiddin ibn Ərəbinin yazdığına görə, İslam dini də Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu, o dünyada ömrünü davam etdirəcəkdir. İbn Ərəbi bildirir ki, Allah İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada “Din” rəmzi - “El” (“Əl”) rəmzi ilə qeyd edilir (14). Bu isə o deməkdir ki, İslam Dini elə Deyləm türklərinin göydə yaratdığı Göytürk xaqanlığıdır və bu Cənnət də Allah tərəfindən Azər oğlu İbrahim peyğəmbərin nəslinə vəd edilmişdir.
Mühiddin ibn Ərəbi, insan öləndən sonra ruhunun düşdüyü məkanı od, atəş kimi qeyd edir. Bu od İbrahim peyğəmbərin atıldığı İlahi oddur. İbn Ərəbi insan ruhunun bu odda yaşamasını reallıq kimi göstərir və bildirir ki, Allah, öləndən sonra insanın ruhunun bura düşməsinin vahid qanununu yaratmışdır (15). Mən, “Azərbaycan – Azər odunun yaradıldığı yerdir” adlı məqaləmdə, İlahi odun bilavasitə Azərbaycan və Azərilərlə bağlı olmasını faktlarla göstərmişəm.
İlahi od haqqında Ammian Marsellin yazır: «Danışırlar ki, əgər buna inanmaq mümkünsə, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirir (16). Bu o deməkdir ki, Asiya şahlarının nəsli elə Azər oğlu İbrahim peyğəmbərin nəslidir və Cənnət də məhz onların nəslinə vəd edilmişdir.
Tövratda, Allahın İbrahimə, İsaqa, Yaquba və onların törəmələrinə miras kimi vəd edilən Cənnət - Knun və Lbnun, yəni Kənan və Albaniya kimi qeyd edilir (17). Burada Knun rəmzi – yer altında tikilmiş Etemenanki məbədi, Lbnun rəmzi isə, bu məbədin göylərində yaradılmış və Cənnət mənasında olan Albaniya ölkəsidir. Tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi - vərəsəliklə Gelarküni nəslindən kiməsə əbədi verilmişdir (18). M. Xorenatsi Gelarkünini Gel adlandırır ki, bu da onun, qədim Misirin Geliopol şəhəri mənasında olması deməkdir.
Göy türklərin Gel şəhərinin göylərində yaratdığı El, yəni “Gel-Eli” rəmzi mənbələrdə Qalil/Xəlil və s. kimi yazılaraq, İsa və İbrahim peyğəmbərlərə aid edilir. Lakin Qalil/Xəlil rəmzi digər mənbələrdə Qolelu/Xalul kimi də yazılaraq Karluklara aid edilir. Mənbələrə görə, Şərqi karluklar gellərdir və alimlərin çoxu gelləri və qelolu tayfasını karluk hesab edirdilər (19). Batin elmində karluk rəmzi “Qor-İlahi” (Qor Allahı), müqəddəs Gelar və s. mənalar daşıyır.  
Xalul/qolelu, yəni xəlil rəmzi təsəvvüf elmində Allahla vəhdət təşkil etmək, Allaha qovuşmaq (xulul) mənasındadır. Batin elmində bu rəmzlər “Allah” sözü ilə də eyni mənalıdır və Xəlilullah dedikdə də bu rəmzin bilavasitə Allaha aid olması nəzərə çatdırılır. Allahla vəhdətə nail olanlar sufizmdə eyni zamanda Bəg adlanır ki, bu da onun tərikə yolunun “bəqa” səviyyəsini yüksəlməsini və bu səviyyədə Allahla (ilkin materiya) vəhdətini bildirir. Karluk şahlarının titullarının da Yabqu, yəni Ya-Bəg olması, Karlukların Allahla vəhdətinə işarədir. Bu isə o deməkdir ki, Xalul/Qolelu adlandırılan Karluk Yabquları – M. Xorenatsinin Gel adlandırdığı Gelarküni bəgləridir.
Qeyd etmək lazımdır ki, islamdakı “behişt” rəmzi – “bəg- şiyat” kimi açıqlanır ki, “şiyat” rəmzi qədim mənbələrdə şənlik, xoşbəxtlik, səadət, inkişaf, bolluq və s. mənasında olmuşdur. Deməli behişt – “bəglik səviyyəsində yaradılmış xoşbəxt həyat” deməkdir. Mənbələrdəki “baqi İrəm” rəmzi də sufizmdə -“bəglik səviyyəsində yaradılmış İrəm” fikrini ifadə edir və İrəm bağının Cənnət mənasında olmasını bildirir. Batin elminin qanunlarına görə, dilimizdəki Vəhy (“Vahiy”) sözü də - Bəqa/Bəg rəmzindən yaranmışdır. Vəhy – bəqa səviyyəsində ilkin materiyadan və onunla vəhdət təşkil edən Rəhman Allahdan qəbul edilən informasiya deməkdir.
Bütün bunlar onu göstərir ki, Cənnət - ölmüş insanlarının ruhlarının məhv olmaması üçün göydə yaradılmış dünyadır və bu dünyanı da Talış dağlarının sakinləri olan Gelar türk bəgləri yaratmışlar. İslam dini də Mühiddin ibn Ərəbiyə görə bilavasitə onlara verilmişdir.
Qədim Misir yazılarında Cənnət mənasında olan ölüm şahlığı - Asar/Osiris/Azər Allahının şahlığı adlandırılır ki, bu şahlıq da məhz Gel elində, yəni Gelarkünidə yaradılmışdır. Mətnlərə görə, axirətə yaxın Asar/Osiris/Azər Allahı ölür və yalnız sonradan arvadı İsida və oğlu Qor onu dirildirlər. Asar/Osiris/Azər Allahının ölümü, göydəki Cənnətin axirətdə məhv olması və sonradan onun əvəzində yeni ruhlar dünyasının yaranması mənasındadır. Bütün Misir yazılarının əsas mövzularından biri də axirətdə yeni Asar/Osiris/Azər Allahının doğulması mövzusudur. Bu doğumun rəmzlərlə təsviri, Ölüm şahlığı olan Sokaris (Arsak) mağarasında göstərilir. İnsan kimi doğulmuş Asar/Osiris/Azər ölən kimi, onun ruhu Ra-Amon Allahın hüzuruna qalxır və burada Yuxarı Misirin, yəni Cənnətin tacını Ra-Amon Allahından qəbul edir. Bundan sonrakı dövrün sahibi isə artıq Günəş Allahı olan Ra-Amon yox, onun ruhunu daşıyan Ay Allahı Tot olur. Müdrikliyi ilə seçilən Tot, digər yerdə müdrik Bekxoris adlandırılır ki, bu da onun Qor fironlarının Bəg nəslindən olması deməkdir.
Qor rəmzi mənbələrdə Xoris/Horus və s. kimi yazılır və xristianların Xrist/Xristos, yəni Hz. İsa da Qor Allahı deməkdir. Belə çıxır ki, axirətdə gələn Qalileyli (Gel-Eli) İsa peyğəmbər elə qədim Misirin Qor Allahıdır. İsa rəmzi - qədim Misir yazılaırnda “Allah ruhu” mənasını verən Şu Allahı kimi, yəhudilərdə Yeşua, müsəlmanlarda isə Şiə kimi qalmışdır. Mühiddin ibn Ərəbi, İsa peyğəmbəri - “mütləq vilayətin möhürü” adlandırır ki, bu da onun imam Əli ilə eyni obrazda olması, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşməsi deməkdir (20). Bu isə o nəticəyə gətirib çıxarır ki, axirətdə Cənnət – imam Əli nəslindən olan müdrik bir nəfərə veriləcəkdir. İmam Əli fədailəri isə mənbələrdə Gel/Gelat ifrat batini şiələridir və bu haqda mən “Batini-Quran” kitabında və məqalələrimdə geniş məlumat vermişəm. Gelat rəmzinin Xüld kimi yazılışı və Quranda Cənnətə aid edilməsi, Xüld Cənnətinin bilavasitə Gel türk bəglərinə vəd edilməsi deməkdir (21).
Quranda Cənnətin axirətdə yenisi ilə əvəz olunması açıq yazılır. Burada qeyd olunur ki, vəd edilən Cənnət axirətdə yenidən yaranacaq və öz vəzifəsini yerinə yetirən varisə qismət olacaq. Heç kim onun qarşısını ala bilməyəcək. Axirət məhkəməsində bu Cənnətə yalnız günahsız insanlar düşəcəklər. Ədalətsiz insanlar isə təbii ki, əbədi xoşbəxtlik sayılan Cənnəti görməyəcəklər (22). Qurana görə varis də öldürüb-diriltmək qabiliyyətinə malik olacaq: “Sənin Allahın mələklərə: Mən yer üzündə bir “xəlifə” (canişin) təyin edəcəyəm” dedi… Məhz Biz – Biz öldürür və dirildirik və Biz varislərik… Musa öz xalqına dedi: “Allahdan kömək istəyin və dözün! Axı Yer Allahındır: O onu, öz qullarından istədiyinə vərəsəliklə verir, Allahdan qorxanların axırı yaxşıdır!... Bu bağı biz qullarımız arasında Allahdan qorxana vərəsəliklə verəcəyik!.... Biz Zəburda da yazmışdıq ki, torpaq vərəsəliklə mənim mömin qullarıma çatacaq!... (Ya Allah) Məni Nəim cənnətinin varisi et!” (23).
Yazdıqlarımdan çıxan nəticə odur ki, Cənnət - əcdadlarımız tərəfindən göydə yaradılmış ruhlar dünyasıdır. Bu ruhlar dünya Azərbaycan göylərində, qurban və magik rituallar vasitəsi ilə yaradılmışdır. Axirətdə bu dünya yenisi ilə əvəz olunacaq və vərəsəliklə varisə, yəni Azəri türk bəylərindən bir nəfərə çatacaqdır.
Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.


Ədəbiyyat
1.     Platon, «Politik», 269s
2.     Platon, «Fedon» 110, 111
3.     Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Ексмо, М., 2002, səh. 267, 271
4.    Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Ексмо, М., 2002, səh.  275
5.    Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134
6.    А. Ф. Лосев “История античной эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm
7.    Упанишады, М., 2000, səh. 252
8.    Себеос. История императора Иракла. 37, отд. III, böl. 37
9.     Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 104-107
10.   М. Хоренаци, kit., II, böl.. 8
11.  Уоллес Бадж Э. А. – “Египетская книга мертвых”, М-СПб, Ексмо, 2005, səh. 523, 524
12.  Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Ексмо, М., 2002, səh. 438, 439
13.  Quran, 9:72, 98:8
14.  Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”,böl. 8
15.  Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”,böl. 18
16.  «История Иранского государства и культуры, М., 1971, səh. 216
17.  Библия, Втор.1:6-8
18.  М. Хоренаци «История Армении», I kitab, böl.12
19.  L. Qumilyov, «Qədim türklər», B., 1993, səh. 473
20.  Анри Корбэн, История Исламской  философии, səh.40, sayt: http://ruh.kz/blog/anri-korben-istoriya-islamskoi-filosofii
21.  Quran, 25:15
22.  Quran, 14:48, 55:46,62, 6:134,135, 7:8,9
23.  Quran, 2:30, 15:23, 7:128, 19:63, 21:105, 26:85

                                                                                 Firudin Gilar Bəg
                                                                               www.gilarbeg.com








четверг, 14 марта 2013 г.

Azəriləri təhqir edən prof. İlber Ortaylıya cavab


Bu günlərdə internetdəki sosial şəbəkələrdən olan facebookda, Türkiyənin tarix alimi İlber Ortaylının, xalqımızın adı ilə bağlı bu şərhini oxudum: “Azərbaycandakı xalq Oğuz türküdür. Mənim xahişim, azərbaycanlıları belə əsəbləşdirən bu Azəri sözünün işlədilməməsidir. Bu kimi ifadələrə çox diqqət etmək lazımdır. Azəri sözü təhqirdir. Bəzi şeyləri bilmək lazımdır” (Sayt: https://www.facebook.com/azerbaycan.oguzlar.yurdumuz ).
İlber bəyin, Azəri adını təhqir kimi qiymətləndirməsi, sözün düzü məni dəhşətə gətirdi. Necə ola bilər ki, tarix professoru, 60 milyonluq bir xalqın, min illərlə daşıdığı adı təhqir hesab etsin. Bu adı biz özümüzə götürməmişik və bu ad ən qədim zamanlardan bizlərə verilən addır. Elə isə niyə tanınmış türk professoru bizi təhqir edir?
Türkiyə ilə Azərbaycanın qardaş ölkə olması hamıya məlumdur və bu gün Azərbaycanın əksər əhalisi türk televiziyasına baxır. Bəs nə məqsədlə İlber bəy Azəriləri qəzəbləndirəcək bu fikirləri söyləyir? Azər adının nə məna kəsb etdiyini məgər İlber bəy bizdən yaxşı bilir? Azər adının haradan gəldiyini və əsl mənasını bir daha bu alimin nəzərinə çatdırmaq istəyirəm ki, nə dərəcədə yanlış fikir söylədiyini anlasın.
Yaqut əl-Həməviyə görə, Azər - pəhləvicə od deməkdir və Azərbaycan ədəbiyyatındakı “Nuri Azər” ifadəsi - “Azər odu” (İlahi nur) mənasındadır. Quranda Azər - İbrahim peyğəmbərin atası kimi qeyd olunur və bu kitabda O, büt düzəldib onları İlahlara, yəni Allahlara çevirən Tanrı kimi göstərilir (Quran, 6:74). Quranda açıq yazılır ki, Azər oğlu İbrahim peyğəmbər ilahi oddan (nurdan) Bina tikmişdir və ora cənnətə çevrilmişdir (Quran, 37:97, 21:69, 2:126-128). Kitabi - Dədə Qorquda görə də İbrahim peyğəmbərə xilas kimi verilən bu od – bustana, yəni Cənnəti-gülüstana çevrilmişdir (Kitabi - Dədə Qorqud, B., 1988, səh.109). Məşhur sufi Mühiddin ibn Ərəbiyə görə də bu od, peyğəmbərlərin yaşadığı cənnətdir (İbn Ərəbi, “Füsusül Hikəm”, böl.14). İbn Ərəbi, İbrahim peyğəmbərin İlahi oddan yaranmış cənnətini, ölmüş insanın ruhunun əbədi xoşbəxt yaşayacağı yer kimi göstərir. O, bu mülkün bilavasitə İbrahim nəslinə verilməsini xüsusi qeyd edir. İbn Ərəbi bildirir ki, Allah - ölüm zamanı insan ruhunun göydəki ruhlar dünyasına düşməsinin qanununu yaratmışdır. Bu qanuna tabe olanın, yəni müsəlmanların ruhları məhz ora qayıdır. Deməli, qədim mənbələrdə Azər adı - cənnətlə bağlıdır və bu cənnəti də Azər oğlu İbrahim peyğəmbər yaratmışdır. 
Lakin ibn Ərəbiyə görə adi insanlar bunları dərk etmək iqtidarında deyillər. Çünki onları təbiət və şəhvət idarə edir və onlar zəif ağılda olan məntiqsiz insanlardır (Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”, böl.25). İbn Ərəbi bildirir ki, bu sirləri yalnız seçilmişlər dərk edə bilər. Seçilmişlər dedikdə isə, mənbələrdə “biliyinə görə seçilmişlər“, yəni “Beyt əl-elm vəl-marifət vəl-hikmət” - “elm, bilik və hikmət Evi”nin üzvü nəzərdə tutulur. İbn Ərəbi bu seçilmişləri - Məhəmməd peyğəmbərin xalqı adlandırır və nəzərə çatdırır ki, onlara Süleyman pilləsi verildiyi üçün hamıdan üstündürlər (Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”, böl.16). Süleyman pilləsi - Süleyman peyğəmbərin bildiyi “quş dili” mənasındadır. Seçilmişlərin bu “quş dili” - rəmzlər dilidir və bizlərə bu dil sufizm, batin, ledun, təvil və s. elmlər kimi məlumdur. Bu rəmzlər dilində, mənanı yalnız samitlər daşıyır, saitlər isə bağlayıcı rol oynayır. Sağa və ya sola oxunuşundan asılı olmayaraq bütün dillərdə bu samitlər eyni fikri bildirir və s.
Bütün bunlar o deməkdir ki, Azər adı ilə bağlı olan sirlər, adi insanlar üçün çətin dərk olunandır. Buna baxmayaraq biz daha qədimlərə gedib, Azər adının haradan başladığının izahını verəcəyik.
Ərəb mənbələrinə görə (İbn əl-Fəqih, Yaqut, əd-Diməşqi və b.) azərbaycanlı və ya Azəri adı, Nuh peyğəmbərin törəməsi olan Azərbaz ibn əl İranın adından götürülmüşdür (N. Vəlixanlı, “Ərəb xilafəti və Azərbaycan”, B.1993, səh. 47). Azərbaz rəmzi ən qədim Şumer mənbələrində Asar və Abzu kimi qeyd olunur. Batin elmində Asar-Abzu elə Azərbaz deməkdir. Şumer mənbələrində Abzu (Baz) - Enmerkar şahın Aratta ölkəsində Böyük Allahlar üçün yaratdığı müqəddəs məbədgah, yəni cənnət mənasındadır. Məhz bu Abzunun “ürəyində” Asar, yəni Azər Allahı yaranmışdır. Məşhur alim Devid Rolun yazdığına görə, şumerlilər,  Zaqros dağları ətrafından gəlmiş Enmerkarı - İlahilik statusu olan Enki oğlu Asara qədər ucaltdılar. Mənbələrdə Asar Allahı eyni zamanda Asar-Luhi kimi də yazılır ki, bu da sufizmdə elə Azər-İlahi, yəni Azər-Allahı deməkdir (Devid Rol, “İtirilmiş Əhd”). Devid Rol xüsusi qeyd edir ki, Misir mədəniyyətini də, Mesopotamiyadan köçüb gəlmiş bu Asar (Asər) oğulları yaratmışlar və onlar Qor (Xor) fironlarının nəslidirlər. Rola görə, Misir adı da – “M-Asar”, yəni “Asardan doğulmuşlar” (Asar oğulları) mənasındadır. Deməli, Azər adı qədim Misirdə Asar, yəni Osiris kimi tanıdığımız Allahın adıdır.
Batin elmində Enmerkar rəmzi Ra-Amon-Qor kimi açıqlanır və bu da qədim Misirin Ra-Amon və Qor Allahı deməkdir. Mənbələrə görə qədim Misirin ilk fironu (piri) olan Amon (Əman) - İlahi nurdan, yəni ilkin materiyadan göydə Ra günəş diskini yaratmışdır. Özü öləndən sonra, onun ruhu göyə qalxaraq Ra diski ilə birləşmiş və Ra-Amon Allahına çevrilmişdir. İslamda bu yaranış, Rəhman (Ra-Əman) Allahın ərşə yüksəlməsi kimi qeyd olunur. Ra diski ilə pir Amonun ruhunun vəhdəti islamda “Vəhdət əl Vücud” adlanır. Bu birləşmədən, yəni Ra-nın Amonun ruhu ilə vəhdətindən isə göydə qızılquş kimi uçan Qor Allahı yaranmışdır. Deməli, Asar/Azər Allahı dedikdə, qədim Misirdə Ra-Amon-Qor, Şumerdə isə Enmerkar adlanan Allah nəzərdə tutulmalıdır.
Enmerkar Allahı, Aratta ölkəsi olan Eriduda Allahlar üçün Abzu cənnətini yaradır və bu rəmz də firon Amonun Ba ruhu (Ba-İssi) mənasındadır. Bu cənnət firon (pir) Amonun Ba ruhunun, yəni ürəyinin məhsulu olduğu üçün, qədim Misir mənbələrində cənnət - “ürəklər evi” adlandırılır (Э. А. Уоллес Бадж, “Египетская книга мертвых”, М-СПб.. 2005, səh.647). Deməli, Abzu cənnəti qədim Allahların Ba adlanan ruhlarının evidir.
Xalkidli Yamvlix özünün  “Misir sirləri haqqında” kitabında, göydə cənnət yaratmış firon Amonu və onun köməkçilərini teurq adlandırır. Teurq sözü isə “türk” (tərikə yolunu gedən) deməkdir. Yamvlix teurqları - Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri, ruhlarının Allahla vəhdətidir (А. Ф. ЛосевИстория античной эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm). Teurqun, Allahla vəhdəti üçün keçirdiyi ayinlər - “teurqiya” adlandırır. Qəbul olunmuşdur ki, “teurqiya” sözü - Allahla vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah yaratma” kimi də tərcümə edirlər. Türkiyə ölkəsinin adı da məhz Teurqiya sözündən yaranmışdır və mən “Türk, Türkiyə nə deməkdir. Ağlasığmaz həqiqətlər” adlı məqaləmdə buna izah vermişəm.
Eriduda (Aratta) Allahlar evinin, yəni cənnətin yaradılması Babil mənbələrində Marduk Allahına aid edilir və D. Rol da Asar/Assur adının, Marduk Allahının digər adi olmasını yazır. Şumer mifologiyasına görə, Marduk Allahı Tiamata, yəni Göy okeanına qalib gələndən sonra, onun bir hissəsini, Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı Göy və Yerin təməl evini cəhənnəmin sinəsində elə tikir ki, onun başı Göylərə çatır (Б. А. Тураев, «Историю Древнего Востока», II cild, Л., 1935, səh.91). Deməli, Etemenanki adlanan Göy və Yerin təməl evi elə Abzu, yəni Baz cənnətidir. 
Göy əjdahası Tiamata qalib gəldiyi üçün, Marduk Allahı mənbələrdə əjdaha ilə bir yerdə qeyd edilir və Marduk adındakı “mar” rəmzi də əjdaha, ilan mənasını verir. Mənbələrdə “mar”, yəni ilanla (əjdaha) bağlı olan xalq - Midiya xalqıdır ki, onlar da Azərbaycanın Ərdəbil şəhəri ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar. Rəvayətə görə, Herakl Gileyaya gələrək, buradakı mağarada, yarıqadın-yarıilan Yexidna ilə cütləşir. Bu izdivacdan skif/sak - şahlar və mələklər nəsli yaranır ki, mənbələrdə onlar “ilandan (əjdahadan) doğulmuş midiyalılar” adlandırılır. Ezoterik xristianlıqda, Herakl rolunda Allah, Yexidna rolunda isə Edem, İzrail çıxış edir və onların izdivacından xəbər gətirən mələklər nəsli yaranır. Bu isə o deməkdir ki, Mardukun, Heraklın nəsli olan ilandan doğulmuş midiyalılar - mələklər nəslidir.
Tarixçi Moisey Xorenatsi “Ermənistan tarixi” kitabında, ilandan doğulmuş midiyalıları “əjdahadan doğulmuşlar” adlandırır. Onun yazdığına görə, əjdahalar nəsli olan Sisaka, yəni saklar nəsli - “qədim şah toxumu” olan, tacqoyan Baqaratın ərənlər nəslidir. Baqarat rəmzi – Bəg-Arat kimi izah olunur ki, bu da Aratta bəgi fikrini ifadə edir. M. Xorenatsi, bəglərin bu əjdaha nəslini Yafət-Ərən nəsli hesab edərək, Gel eli, yəni Gelarküni ilə əlaqələndirir. Gel eli isə elə Heraklın Yexidna ilə cütləşdiyi Gileya mağarasının olduğu yerdır.
Qədim Misir mənbələrinə görə, Gel eli, yəni Geliopol şəhəri – Allahın, göydəki ruhlar dünyasını yaratmağa başladığı yerdir və buradan çıxmış Ptah (Yafət/Fateh rəmzləri) Allahı indi də yaşayır. Burada Osiris, yəni Asar/Azər Allahının bədəni uyuyur və axirətdə də O buradan zühur edəcəkdir. Bu isə o deməkdir ki, Abzu, yəni Baz evi elə Midiyanın Gel şəhəridir ki, Azər/Asar Allahının bədəni də burada uyuyur. Belə çıxır ki, ərəb mənbələrində İran oğlu Azərbaz deyəndə, ərənlərin Azərbaycandakı Gel eli, yəni Gelarküni nəzərdə tutulur.
Baz, yəni Abzu məbədgahı Azərbaycanda Bəzz qalası kimi məlumdur və bu qala xürrəmilərin qalası hesab olunur. Babək burada çıxış etmişdir və Mehdinin də zühuru buradan gözlənilir (“Azərbaycan tarixi üzrə qaynaqlar”, B., 1989, səh.119). Mənbələrə görə, Bəzz vilayəti Azərbaycanla Arran arasında yerləşir və bu rəmz altında ölkə, torpaq, şəhər, kənd, dağ, qayalıq və daşlıq yer nəzərdə tutulur (Z. Bünyadov «Azərbaycan VII-IX əsrlərdə», B.1989; səh. 229-230). Bu isə o deməkdir ki, Bəzz qalası Enmerkar Allahının Arattada, Allahlar üçün tikdiyi ruhlar dünyasıdır və Azər/Asar Allahı da məhz burada yaranmışdır. 
Gelarküni adındakı “Küni” rəmzi - Quranda “Kün!”, yəni Allahın “Ol!” əmrini bildirir və Allah, istədiyini bu əmrlə yaradır. Şumer mənbələrində Kün rəmzi – Ki-Nun, Nun-ki, Enki, və s. kimi yazılaraq, Etemenanki məbədinə aid edilir və buranın digər adı da Esagil, yəni Gel məbədidir. Belə çıxır ki, qədim Misirin Gel şəhəri olan Geliopol, şumerlilərin Etemenanki məbədindən başlanır.
Mənbələrdə Kün rəmzi Kənan (Ki-Nun) kimi də yazılaraq yəhudilərə, yəni Azər oğlu İbrahim peyğəmbərin nəslinə aid edilir. Türklərin, İbrahim peyğəmbərin nəsli olması haqqındakı rəvayətlərə, Təbəri, ibn əl-İbri, ibn əl-Fakih və s. əsərlərində rast gəlinir. Son dövrlərdə isə Artur Kestler bütün dünyaya sübut etdi ki, əsl yəhudilər (seçilmişlər) - Xəzər xaqanı və Xəzər türk bəgləridir. Kitabi - Dədə Qorqudda da bəg-ərənlər  – “ərənlər əvrəni”, “Adəmilər əvrəni”, yəni “ərənlər yəhudisi”, “Adəmilər yəhudisi” adlandırılır ki, bu da türk bəglərinin seçilmişlər nəsli olması deməkdir.
Mənbələrə görə, Azər oğlu İbrahim peyğəmbərin vətəni Mesopotamiyanın Xarran şəhəridir. Xarran rəmzi mənbələrdə Arran kimi, Xəzər rəmzi isə Azər kimi də qeyd olunur. Xarranın Arran kimi yazılışı onunla bağlıdır ki, sufilərin Allah mənasında qəbul etdikləri ”Hu” rəmzi, gözə görünməyən İlahi Nuru, yəni ilkin materiyanı bildirir və onu yalnız ekstatik vəziyyətdə görmək mümkündür. Buna görə də “H” samiti bəzən yazılmır. Arran isə Azərbaycanın qədim adlarından biridir və buranı Xəzər ölkəsi də adlandırırlar. Bu isə o deməkdir ki, Azər oğlu İbrahim peyğəmbər Azərbaycan ərazisində yaşamışdır.
Buxariyə görə, müsəlmanların ibadət yeri, İbrahim peyğəmbərin dayandığı yerdir, yəni Xarrandır (Arran) və iki dünyanın səddi də buradadır. Mesopotamiya mənbələrində, Xarrandan çıxan və İslamın rəmzi olan Ay rəmzi - El Allahına aid edilir və İl-Amurru adlandırılır. İl-Amurru rəmzini biz Əli-Əmir, yəni Əli Əmir əl möminin kimi tanıyırıq. El Allahı isə Səlim şəhərinin Allahı hesab olunur və Batin elmində Səlim rəmzi - İslam rəmzi ilə eyni mənalıdır.
El Allahı, türklərin “Moyun Çor” abidəsinə görə türk xanı tərəfindən yaradılmışdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134). Burada türk xanı iddia edir ki, məhz O - Tanrıda, yəni ilkin materiyada olmuş və orada El yaratmışdır (oranı İl etmişdir). Bu isə o deməkdir ki, İslam dini də göydə yaradılmış cənnət mənasındadır. Mühiddin ibn Ərəbinin yazdığına görə də, din - göydə yaradılmış “dünya” mənasındadır və onu qəbul edən insanın ruhu, o dünyada ömrünü davam etdirəcəkdir. İbn Ərəbi bildirir ki, Allah İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da dinin göydəki El mənasında olmasını bildirir. İbn Ərəbiyə görə, İslam dini Allahdadır və bu dinə tabe olaraq ölmək, Allahın qoyduğu qanuna tabe olub, onun göydə yaratdığı dünyada əbədi yaşamaq mənasındadır (İbn Ərəbi, “Füsus ül Hikəm”,8). Deməli, İbn Ərəbiyə görə din rəmzi - göydəki El anlamındadır və müsəlman olaraq ölmək də, Allahın yaratdığı dində, yəni İslam Elində əbədi həyat qazanmaq mənasını bildirir. Bu isə o deməkdir ki, İslam aləmi, yəni Darüssəlam - göydə yaradılmış cənnət olan Azəri elidir, yəni Osiris Allahının şahlığıdır.
Mühiddin İbn Ərəbi bildirir ki, ilk müsəlmanlar, İslamı övladlarına vəsiyyət etmiş İbrahim və Yaqub peyğəmbərlər olmuşlar. Qurana (37:83) görə, ilk şiələr də Nuh və İbrahim peyğəmbərlərdir. Ümumiyyətlə, İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenin gəldiyi nəticəyə görə, şiə ezoterizmi İranda, müsəlmanlıqdan da əvvəl olmuşdur. Bu isə o deməkdir ki, Batin elminə görə şiəlik və müsəlmanlıq heç də qəbul edildiyi kimi VII əsrdən sonra yaranmamışdır.
Batin elmində, “Allahdan başqa İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti - “İlkin materiyadan (İlahi Nur) başqa həyat verən enerji yoxdur, Məhəmməd - ondan yaranmış göydəki Azər (Asar/Osiris) Elidir” mənasındadır. Belə çıxır ki, əsl İslam dini Azərbaycandan və Azərilərdən başlanır.
Mən “Batini-Quran” kitabında və məqalələrimdə göstərmişəm ki, sufilərə görə Məhəmməd peyğəmbər kosmik insandır və peyğəmbərlər nəsli də bu insanın bənzəri kimi yaradılmışdır. Mənbələrdə bu nəsil ənsarilər, nizarilər kimi qeyd olunur və biz bunları seyidlər və ya batinilər kimi tanıyırıq. Ənsar/Nizar rəmzi qədim Misir mənbələrində Nu-Asar/Nu-Oziri (Osiris/Usiri və s.) kimi yazılırdı və “Nu/İunu şəhərində yaşayan Asar/Azər Allahı” mənasını verirdi. Nu/İunu şəhəri isə elə Gel şəhəri, yəni Geliopoldur. Yəhudi mənbələrində Ənsar/Nizar rəmzi - Nazorey, xristian mənbələrində isə Nasara/Nazaret kimi qeyd olunur.
Bildiyimiz kimi, Nizar rəmzi, Ələmut qalasında cənnət yaratmış Həsən ibn Sabbaha aid edilir və mənbələrə görə Nizar indi də yaşayır. Bu isə o deməkdir ki, Azər Allahının nəsli elə ismaili-nizari şiələri olan seyidlərin nəslidir. Şiə rəmzi ən qədim Misir yazılarında Şu Allahı kimi qeyd olunurdu və “Allah ruhu” mənasını verirdi. Yəhudilər Şu rəmzini -  Yeşua, xristianlar isə İsa peyğəmbər adlandırdılar. Mühiddin ibn Ərəbi, İsa peyğəmbəri - “mütləq vilayətin möhürü” adlandırır ki, bu da onun imam Əli ilə eyni obrazda olması, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşməsi deməkdir (Анри Корбэн, История Исламской  философии, səh.40, sayt: http://ruh.kz/blog/anri-korben-istoriya-islamskoi-filosofii ). Deməli, bütün dinlər birdir və onlar bilavasitə Azər Allahı ilə bağlıdır.
Tarixçi Robert Makkoy bildirir ki, şimal salnamələrinə görə, Azər tayfasının başçısı Ziqqe, öz tayfasını Xəzər ətrafından Avropaya gətirir və Rusiyadan başlayaraq Avropa ölkələrinin hər birində öz oğullarından birini başçı qoyur. Özü isə Odin adını götürərək, burada qanunlar toplusu və gizli ayinlər keçirən, Ezir (Azər) adlanan 12 kahindən ibarət müqəddəs cəmiyyət yaradır (Sayt: http://www.proza.ru/2012/08/03/702). Onlar, insanlar üzərində ədalət məhkəməsi qurur və gələcəkdən xəbərlər verirdilər. Gizli ayinlərdə onlar ölüm Allahının (yəni Osiris/Azər) uca şəninə təriflər söyləyir və onun ölümü ilə bağlı matəm mərasimi (yəni Aşura) keçirirdilər.
Son dövrün araşdırmalarından da məlum olur ki, bütün Avropanın sahibləri, 9-cu əsrdə oraya köçmüş Gel oğullarıdır və mənbələrdə onlar “quş dili” bilən Qulyardlar adlandırılırlar. Bütün Avropa şahları, zadəganları bu Gel oğullarının törəmələridir. 18-ci əsrə qədər Avropadakı bütün abidələri məhz bu Gel oğulları tikmişlər. İlk mason təşkilatını da onlar yaratmışlar (Sayt:  http://www.proza.ru/2012/08/03/702). İslamın rəmzi olan Ay rəmzinə sitayiş edən bu Gel oğulları, ərəb mənbələrində Gel şiələri, yəni Gelati-Şiə (Qulat) adlandırılan ifrat şiələrdir ki, biz onları Azəri bəgləri, seyidləri və s. kimi tanıyırıq. Belə çıxır ki, Gel oğulları elə əjdahalar nəsli olan Sisaka, yəni Gelarküninin şahlar nəslidir.
Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin evi, vərəsəliklə Aqilə, yəni Gelə çatmış evidir. Deməli, ifrat şiələrin Gel (Gelat/Qulat) evi elə Məhəmməd peyğəmbərin Əbu Talibin oğlu Aqilə qalmış evidir. Əhdi-Ətiqdə, Gel/Gelat şəhəri – Qalaad kimi qeyd olunur və Allah üçün xüsusi yer sayılır. Allah Qalaadı – “Mənim Qalaadım”adlandırır ki, bu Gel evinin elə Allahın Mülkü olması mənasındadır. Allahın Mülkünda yaşayan ismaili nizariləri də mənbələrdə Mələküt əhli, yəni mülhidlər, məlahilər adlandırılır ki, bu da onların mələklər nəsli olması deməkdir.
Mələk rəmzi Azəri kaduslarına (kuddus), yəni müqəddəslərinə ona görə aid edilir ki, onlar öləndə, ruhları Qor qızılquşuna çevrilərək Azər dünyasına köçürlər və burada ölümsüzlük qazanırlar. Məhəmməd peyğəmbərin dediyinə görə müsəlman, xristian və yəhudilərin hərəsinin yetmişdən artıq olan təriqətlərinin yalnız biri cənnətə gedir ki, bu da peyğəmbərin və onun sahabələrinin yolu ilə gedənlərdir. “Peyğəmbərin yolu ilə gedənlər” dedikdə, qədim Misirin Qor fironlarının yolu ilə gedənlər nəzərdə tutulur ki, bu da elə Azəri türk bəgləri və seyidləridir.
Quranda Azər eli – İzrail/İsrail kimi yazılır və batin elmində bu elə Asar/Azər Allahının eli deməkdir. Quran açıq yazır ki, bu kitab, Allahın aləmlərdən üstün yaratdığı İsrail oğullarına göndərilmişdir. Allah onlara müdriklik, peyğəmbərlik, bərəkət və gözəl yurd vermiş, onlara cənnəti vəd etmişdir. Onlar elm və biliklərinə görə seçilib, varislər olaraq ucaldılmışlar (Quran 27:76,77, 10:93, 5:12, 45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165). Qurana görə, Allah göydəki cənnətini də vərəsəliklə öz seçdiyi varisinə verəcəkdir (Quran, 2:30, 15:23, 7:128, 19:63, 21:105, 26:85). Tövrata görə də, Allah and içərək torpağı İbrahim, İsaq və Yaqub nəslinə vərəsəliklə verəcəyini bildirmişdir (Библия, Исход, 6:8). Burada torpaq deyəndə, Knun və Lbnun torpaqları nəzərdə tutulur ki, bu da Kənan (Ki-Nun/Nun-Ki), yəni yerin altında tikilmiş Etemenanki-Abzu məbədi və onun göylərində yaradılmış Alban ruhlar dünyasıdır (Библия, Втор.1:7-8). Alban [LBN] və Lbnun [LBNN] rəmzlərinin sufizmdə Nəbi-Eli [NBL] kimi də oxunuşunu nəzərə alsaq razılaşarıq ki, Albaniya rəmzi altında peyğəmbərlərin göydəki Eli başa düşünülməlidir. Mənbələrdə Alban ölkəsi - Arran (Xarran) kimi də qeyd olunur və Azərbaycana aid edilir.
Tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” kitabına görə, Albaniya (Arran) ölkəsi vərəsəliklə GelarKüni nəslindən kiməsə əbədi olaraq verilmişdir (I Kitab, böl.12). Belə çıxır ki, İbrahim və Yaqub oğulları dedikdə, Azəri türklərinin Gelar bəgləri nəzərdə tutulmalıdır və İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinə verilmişdir.
Əflatun ilk Azəriləri – Allahlar nəsli kimi göstərir və adi, ölümlü insanları da məhz onların yaratdıqlarını bildirir (Əflatun, “Timey”, 41B,D,S). Bu dünyadakı bütün inkişaf məhz Azər oğullaının hesabına baş vermişdir. Çünki, sadəcə onlar İlahi nurla, yəni ilkin materiya ilə vəhdət təşkil edirlər və ondan informasiya almaq qabiliyyətinə malikdirlər. Bu gün bizim - pir, bəg, seyid, şıx və s. adlandırdığımız Azəri müqəddəslərini, məşhur sufi Şihabəddin Yəhya Sühravərdiyə görə, Allah Özü himayə edir. Mənbələrdə padişahlar və peyğəmbərlər nəsli dedikdə də məhz onlar nəzərdə tutulurlar. Bütün İran şahları - Alban şahı olan Aranın Sisaka nəslinə aiddir. Osman şahlarının da nəsli məhz «ilandan doğulmuş» («əjdahadan doğulmuş») bu Midiya maqlarının nəslidir (А. Даврижеци «Книга историй»,  М., 1973, böl. 51). Çin, Yapon imperatorlarından tutmuş qədim dünyanın bütün sahibləri bu əjdahalar nəslinin törəmələri olmuşlar.
Mən sadəcə bir sitatın batini izahını verməklə göstərdim ki, Azər adı, İlber bəyin qeyd etdiyi kimi təhqir deyildir. Əksinə, Azər adı - Rəhman Allahın, ən ali status kimi özünə götürdüyü addır. Mən bütün mənbələrdə yazılanların elmi açmasını verib, onların hamısında Azər adının Allahla bağlı olduğunu sübut edə bilərəm.
Bu gün Azərilərin bu səviyyəyə enmələri, Rəhman Allahın “Lövhi-Məhfuz”da yazdığına uyğun baş verir. Qədim Misir yazılarına görə də, dünyaya sahib kimi doğulmuş Azər (Osiris) Allahı axirətə yaxın Set tərəfindən öldürülür. Lakin sonradan Qor Allahı onu yenidən dirildir və o yenə dünyanın sahibinə çevrilir.
İlber bəyə məsləhətim odur ki, əsl mənasını dərk etmədiyi yazıları “oxuyub”, xalqların keçmişi haqqında hökm verməsin. Onun bu gün tarix adlandırdığı elm - başdan ayağa cəfəngiyyatdır. Bunu artıq Fomenko, Topper və s. kimi alimlər sübut etmişlər. Əsl tarix, vaxtı gələndə yenidən yazılacaqdır.

                                                                                  Firudin Gilar Bəg
                                                                                 www.gilarbeg.com